Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-148/2024 06.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə, X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, e-2-1(118)-2275/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1962-ci il təvəllüdddür.
2. НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur.
3. İddiaçının adına açılmış ИТ-№ ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1983-xx.xx.1994-cü illərdə M.Əzizbəyov adına “Kimya sənayesi” İstehsalat birliyində, xx.xx.1994-xx.xx.1996-cı və xx.xx.1997-xx.xx.1997-ci illərdə “Bakı pivə” birliyində, xx.xx.1999-cu ildən hazırki tarixədək "xxxx" (Carlsberq Azerbaijan MMC)-də işləyir.
4. “Carlsberq Azerbaijan MMC” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1994-cü ildən hal-hazıradək müəssisədə çalışır. İddiaçı xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək 5-ci dərəcəli çilingər vəzifəsində işləyirdi. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2ə yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 7.2 bölməsinin a) bəndinə əsasən siyahıda sadalanan "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə qaz qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” peşə (vəzifəsinə) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək 5-ci dərəcəli çən yuyan, xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək 3-cü dərəcəli çən yuyan vəzifələrində işləyirdi. Göstərilən peşələr (vəzifələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının j5 bölməsinin əsasən siyahıda sadalanan "çənlərin, baklann və sistemlərin içərisinin təmizlənməsi ilə məşğul olan böyük ustalar və ustalar” peşə (vəzifəsinə) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. xx.xx.1999-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək hazır məhsul və tara üzrə anbar fəhləsi vəzifəsində işləyirdi. xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixinədək filtrasiya sahəsində fəhlə kimi işləyirdi. 01,09.2008-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək süzücü-operator vəzifəsində işləyirdi. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 7.38 bölməsinin a) bəndinə əsasən siyahıda sadalanan “süzmə aparatçıları” peşə ı vəzifəsinə ı güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. xx.xx.2009-xx.xx.2012-ci illərdə üyütmə sahəsində fəhlə kimi işləyirdi. xx.xx.2012-xx.xx.2013 sürücü- ekspeditor vəzifəsində işləyirdi. Göstərilən peşələr (vəzifələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35 bölməsinin əsasən siyahıda sadalanan "ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafıyageodeziya. geofizika, hidroqrafıya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” peşə (vəzifəsinə) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İddiaçı hal-hazırda üyütmə sahəsinin operatoru peşəsində əmək funksiyalarını zərərli və agır əmək şəraitli iş yerində icra edir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 3.9. bölməsinin a) bəndinə əsasən siyahıda sadalanan "doğrama-üyütmə-çeşidləmə mexanizmlərinin maşinistləri” peşə (vəzifəsinə) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1962-ci il təvəllüdlüdür. O, 1983-cü ildə etibarən əmək fəaliyyətinə başlamışdır. Həmin tarixdən müxtəlif müəssisələrdə və vəzifələrdə çalışmışdır. Lakin daha çox "xxxx" MMC-də çalışmışdır. Belə ki, "xxxx" MMC-nin 1289 nömrəli xx.xx.2022-ci il tarixli arayışından da görünür ki, o, həqiqətən də xx.xx.1994-cü il tarixdən hal-hazıradək "xxxx" MMC-də çalışır. İddiaçı həmin müəssisədə xx.xx.1994-cü ildən xx.xx.1994-cü il tarixədək 5-ci dərəcəli çilingər, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək 5-ci dərəcəli çən yuyan, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək 3-cü dərəcəli çən yuyan, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək hazır məhsul və tara üzrə anbar fəhləsi, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək həmin müəssisədə filtrasiya sahəsində fəhlə, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək süzücü-operator, xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək üyütmə sahəsində fəhlə, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək ekspeditor vəzifəsində çalışmışdır. İddiaçı hal-hazırda elə həmin müəssisədə üyütmə sahəsinin operatoru peşəsində əmək funksiyalarını zərərli və ağır əmək şəraitli iş yerində icra edir. Bütün bunları da iddiaçının ******* nömrəli əmək kitabçası və "xxxx" MMC-nin 1289 nömrəli xx.xx.2022-ci il tarixli arayışı da tam olaraq təsdiq edir. Beləliklə, iddiaçı illərdir, yəni xx.xx.1994-cü il tarixdən bu günə qədər "xxxx" MMC-də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarda, peşələrdə və vəzifələrdə zərərli və ağır şəraitli iş yerində çalışır. Belə ki, iddiaçının "xxxx" MMC-də xx.xx.1994-cü ildən xx.xx.1994-cü il tarixədək çalışdığı 5-ci dərəcəli çilingər vəzifəsi (peşəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 7.2-ci bölməsinin a) bəndinə əsasən siyahıda sadalanan “təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə qaz qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” peşə (vəzifəsinə) uyğun gəlir. Bu da ona bu vəzifədə işlədiyi dövr üçün güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Bundan başqa, iddiaçının həmin müəssisədə xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi 5-ci dərəcəli çən yuyan və xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi 3-cü dərəcəli çən yuyan vəzifələri (peşələri) də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 35-ci bölməsinə əsasən siyahıda sadalanan “çənlərin, bakların və sisternlərin içərisinin təmizlənməsi ilə məşğul olan böyük ustalar və ustalar” peşə (vəzifəsinə) uyğun gəlir və bu peşə də ona bu vəzifədə işlədiyi dövr üçün güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Bundan başqa, iddiaçının həmin müəssisədə xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək çalışdığı hazır məhsul və tara üzrə anbar fəhləsi vəzifəsi, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək çalışdığı filtrasiya sahəsində fəhlə peşəsi, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək süzücü-operator vəzifəsi də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 7.38-ci bölməsinin a) bəndinə əsasən siyahıda sadalanan “süzmə aparatçılar” peşə (vəzifəsinə) uyğun gəlir. Bundan başqa, iddiaçının həmin müəssisədə xx.xx.2009xx.xx.2012-ci il tarixlərində işlədiyi üyütmə sahəsində fəhlə və xx.xx.2012-xx.xx.2013-cü il tarixlərdə işlədiyi ekspeditor vəzifəsi də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 1.3-cü bölməsinə əsasən siyahıda sadalanan “ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” vəzifəsinə uyğun gəlir və bu peşə də iddiaçıya bu vəzifədə işlədiyi dövr üçün güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Bundan başqa, iddiaçının hal-hazırda həmin müəssisədə çalışdığı üyütmə sahəsinin operatoru peşəsi də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 3.9-cu bölməsinin a) bəndinə əsasən siyahıda sadalanan “doğrama-üyütmə-çeşidləmə mexanizmlərinin maşinistləri” peşə (vəzifəsinə) uyğun gəlir. b) Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
7. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) geologiya kəşfiyyat işləri (yerüstü) (1.3) bəndində ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafıya- geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər, metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) bişirmə, velsləmə bəndinin (7.2) fəhlələr (a) yarımbəndində təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə qaz qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, nadir metalların, kalsium, maqnezium və titanın metallurgiya və kimyametallurgiya üsulu ilə alınması bəndinin (7.38) fəhlələr yarımbəndində (a) süzmə aparatçıları vəzifələri, ümumi peşələr bölməsində (35) çənlərin, bakların və sistemlərin içərisinin təmizlənməsi ilə məşğul olan böyük ustalar və ustalar vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı mərkəzi filiala təqdim etdiyi "xxxx" MMC-nin iddiaçıya dair xx.xx.2022ci il tarixli 1289 nömrəli arayışında xx.xx.1994-xx.xx.1994-cü il və xx.xx.1999-xx.xx.2009cu il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə çilingər, hazır məhsul və tara üzrə anbar fəhləsi, filtirasiya sahəsində fəhlə və süzücü operator, xx.xx.1994xx.xx.1996-cı il və xx.xx.1997-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər ərzində çən yuyan, xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində isə sürücü-ekspeditor vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi "xxxx" MMC-nin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan metallurgiya istehsalatı (əlvan metallar) və dağ-mədən işləri sahələrinə aid deyil. Bundan başqa iddiaçının işlədiyi çən yuyan vəzifəsi yuxarıda göstərilən çənlərin, bakların və sistemlərin içərisinin təmizlənməsi ilə məşğul olan böyük ustalar və ustalar vəzifəsinə uyğun deyil. Bu səbəblərdən də iddiaçının güzəştli iş stajının olmadığı cavabdeh orqan tərəfindən müəyyən olunmuşdur. c) Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
8. Sumqayıt İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, e-2-1(118)-2275/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.(hakim V.Əzizova)
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi çən yuyan peşəsi həmin Siyahıda “Ümumi” adlanan 35-ci bölməsində yer almış “çənlərin, bakların və sisternlərin içərisinin təmizlənməsi ilə məşğul olan böyük ustalar və ustalar” yarımbölməsinə daxildir ki, orada sadəcə çənlərin yuyulması deyil, usta və böyük usta kimi çənlərin təmizlənməsi peşəsi nəzərdə tutulmuşdur. İddiaçı özü izahatında işlədiyi "xxxx" MMC-nin pivə istehsalatı ilə məşğul olduğunu bildirmişdir. Onun işlədiyi peşələrin və ümumiyyətlə, işlədiyi müəssisənin metallurgiya sahəsinə hər hansı aidiyyətinin olmamasına baxmayaraq iş yerindən təqdim etdiyi arayışda peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələr kimi göstərilərkən “Metallurgiya” bölməsinə aid şifrə və kodlar göstərilmişdir. Halbuki, həmin Siyahıda bütün peşələr bölmələr üzrə dəqiq göstərilmişdir. İddiaçının işlədiyi peşələrin Siyahıda göstərilən peşələrin adları ilə üst-üstə düşməsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vermir.
10. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göndərdiyi sənədlər nəzərə alınmamışdır. Belə ki, 1994-cü ildən etibarən hansı tarixlərdə hansı peşələrdə güzəştli şərtlərlə çalışdığı "xxxx" MMC-nin qəbul etdiyi 1289 nömrəli xx.xx.2022-ci il tarixli arayışda da tam olaraq sübut olunmuşdur. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı bütün bu faktiki və hüquqi halları nəzərə almadan imtina haqda qanunsuz qərar qəbul etmişdir. İşlədiyi bəzi peşələr məhkəmə tərəfindən yanlış qeyd olunub. Süzücü olaraq çalışdığı halda məhkəmə öz qərarında həmçinin sürücü ifadəsini də işlətmişdir. Lakin iş materiallarında olan sənədlərdən də tam olaraq aydın olur ki, işi süzücü olmuşdur. Bu yanlışlıq isə məhkəmənin tamamilə səhv qənaətə gəlməsinə səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının qeyd olunan hissələrinin yalnız metallurgiya sahəsinə aid olduğunu qeyd etmişdir. Bu isə tamamilə yanlışdır. Halbuki sözügedən qərarın özündə də bunun səhv olduğunu görmək mümkündür. İddiada qeyd edilən bütün iş yerləri güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Bu bir çox sənədlərlə də tam olaraq sübut olunmuşdur. Məhkəmə isə bu vəzifələrin keçərli olmadığını qeyd edir və pivə istehsalı ilə məşğul olduğunu əsas gətirərək iddianı təmin etməmişdir. Halbuki sözügedən qərar sadəcə metallurgiya sahəsində işləyənlər üçün deyil, metallurgiya və qərarda qeyd olunan digər sahələrlə bağlı zərərli və ağır şəraitlərdə müxtəlif işlərdə müxtəlif yerlərdə işləyən şəxslər üçün nəzərdə tutulmuşdur. Yəni qərarda tam olaraq iş yerləri qeyd olunmayıb. Bunu məhkəmə özü də qərara nəzər yetirdikdə görə bilər. Qərarda sadəcə müəyyən peşə və işlər yazılıb. Bu peşələrdə çalışan hər kəs isə qərarla müəyyənləşdirilmiş hüquqlarından istifadə edə bilər. Bu isə hansı iş yerində işləməsindən asılı olmayaraq müəyyən olunmuşdur. Məhkəmə metallurgiya sahəsində çalışmadığı üçün iddianı təmin etməmişdir. Bu isə hərtərəfli yanlış bir məsələdir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı iş yerləri deyil, peşələr müəyyənləşdirib. Buna əsasən də burada qeyd olunan peşələrdə çalışan hər kəs zərərli iş yerində çalışmış hesab olunmalıdır. Məhkəməyə təqdim etdiyi arayışlardan da görünür ki, uzun illərdir həmin qərarla müəyyənləşmiş zərərli və ağır peşələrdə çalışır. Bunu məhkəmə özü də qərarında qeyd edib. İş yerinin fərqli olmasına görə iddia təmin edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş, etiraz iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, iş materiallarında olan arayışda iddiaçının hansı dövrlərdə, hansı vəzifələrdə işləməsi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin əsaslandığı yeganə hal, müvafiq arayışda qeyd olunan vəzifələrin adları ilə bağlıdır. Vəzifə adları hər şirkətdə fərqli ola bilər. İddiaçının zərərli iş şəraitində işlədiyi dövrlər güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilklə tələb olunan müddətdən artıqdır. İddiaçının işlədiyi metallar həmin sahədə olan işlərdə istifadə olunurdu. İddiaçı zərərli metallarla işləmişdir. Pivənin istehsalı zamanı xüsusi kimyəvi maddələrdən istifadə olunmuşdur. Müəssisə təqdi etdiyi müvafiq arayışda bildirir ki, iddiaçının işlədiyi vəzifələr zərərli iş sahələri olmuşdur. Təqdim edilmiş əmək müqaviləsinin müvafiq bəndində iddiaçının zərərli işdə işləməsi öz əksini tapmışdır. Həmçinin, iddiaçı ilə eyni müəssisədə işləyən bir çox şəxslərə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. İddiaçının mübahisələndirilən dövrdə işlədiyi müəssisə bir neçə dəfə satılmış, hər bir işəgötürən iddiaçının işlədiyi sahənin zərərli olmasını qəbul etmiş, əmək müqaviləsində müvafiq qeydlər etmiş, ona uyğun ödənişlər etmişdir. İddiaçının işlədiyi sahə birbaşa olaraq metallurgiya sahəsi olmasa da, zərərli metallarla işlədiyi üçün hər bir halda zərər görmüşdür. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, işlədiyi müəssisə dağ-mədən işləri ilə məşğul olmamış, müəssisə metallurgiya istehsalatı ilə məşğul olmamışdır. Eyni müəssisədə işləyən güzəştli şərtlərlə pensiya alan iş yoldaşı var. Məhkəmə kollegiyasının iclasında cavabdehinin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər, məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişlər ki, Sumqayıt İnzibati Məhkəməsi qərarda vəzifələrin uyğunluğundan əlavə, bildirmişdir ki, iddiaçının işlədiyi sahələrin kateqoriyaları mübahisəlidir. Belə ki, iddiaçının işlədiyi müəssisə pivə istehsalı ilə məşğul olsa da, təqdim edilən arayışda metallurgiya, dağ-mədən işlərinə aid kateqoriyalar qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifələr də güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün müəyyən edilən vəzifələrə uyğun gəlmir. Belə ki, iddiaçının müəyyən dövrdə işlədiyi çən yuyan peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarxili qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda “Ümumi” adlanan 35-ci bölməsində yer almış “çənlərin, bakların və sisternlərin içərisinin təmizlənməsi ilə məşğul olan böyük ustalar və ustalar” yarımbölməsinə daxildir ki, orada sadəcə çənlərin yuyulması deyil, usta və böyük usta kimi çənlərin təmizlənməsi peşəsi nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 175 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli əlavədə göstərilən arayış formasından aydın olur ki, arayışda göstərilən vəzifə Nazirlər Kabinetinin müvafiq qərarında qeyd edilən bənd və yarımbəndə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən, hesab edirik ki, apellyasiya şikayəti əsassızdır. Mübahisələndirilən dövrdə digər vətəndaşlara güzəştli şərtlərlə pensiya təyin edilməsi iddiaçının işlədiyi sahənin zərərli olmasını sübut etmir. Müəssisə tərəfindən verilmiş arayışda qeyd edilən sahə ilə iddiaçının faktiki olaraq işlədiyi sahə üst-üstə düşmür. Belə ki, iddiaçının işlədiyi "xxxx" MMC-nin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”da nəzərdə tutulan metallurgiya istehsalatı (əlvan metallar) və dağ-mədən işləri sahələrinə aid deyil. Qarşı tərəf özü də bildirdi ki, müəssisə pivə istehsalı ilə məşğul olmuşdur. Həmçinin, vəzifələr arasında da uyğunsuzluq vardır. Qanunvericilikdə usta və böyük usta vəzifəsi nəzərdə tutulduğu halda, sözügedən arayışda iddiaçının çən yuyan vəzifəsində işdiyi qeyd edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
13. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
14. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
15. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
17. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi edilməsindən imtinası təşkil edir.
20. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və hesab etmişdir ki, iddiaçının tələb olunan azı 12 il 6 ay xüsusi staja malik olmasına dair şərt yerinə yetirilməmişdir. İddiaçı isə həmin qərarla razılaşmamışdır.
21. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 60 yaşının tamam olduğu tarixdən gözəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün iki element mövcud olmalıdır: 1) azı 25 il ümumi iş stajının mövcud olması 2) azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. 3) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcud olması
22. Cavabdehin iddiaçıya verdiyi imtina cavabı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 12 il 6 ay xüsusi staja malik olmaması ilə bağlıdır.
23. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
24. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir.
26. Məhkəmə kollegiyası iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı»ya uyğun olub-olmamasının yoxlanılmasını zəruri hesab edir.
27. İddiaçı 12 il 6 ay xüsusi staja malik olmasını "xxxx" MMC-də çilingər, çən yuyan, fəhlə, süzücü-operator və sürücü-ekspeditor peşələrində işləməsi ilə əsaslandırır.
28. İddiaçının "xxxx" MMC-dən təqdim etdiyi arayışda onun xx.xx.1997-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi çilingər peşəsi həmin Siyahıda 7.2-ci bölməsində yer almış "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə qaz qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” və xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi süzücü operator peşəsi 7.38-ci bölməsində yer alan “Süzmə aparatçıları” “Metallurgiya istehsalatı (əlvan metallar)” bölməsinə, xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək işlədiyi üyütmə sahəsində fəhlə peşəsi isə “Ümumi bölmə”də (35) "ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafıya-geodeziya. geofizika, hidroqrafıya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” bölməsində nəzədə tutulmuşdur. İddiaçının hazırda işlədiyi süzücü operator peşəsi isə həmin Siyahıda “Metallurgiya istehsalı (qara metallar)” bölməsində “doğrama-üyütmə-çeşidləmə mexanizmlərinin maşinistləri” kimi nəzərdə tutulmuşdur.
29. Məhkəmə kollegiyası tərəfindən "xxxx" MMC-yə sorğu göndərilərək iddiaçının işlədiyi peşələrə dair vəzifə təlimatının təsdiq edilmiş surətinin təqdim olunması, iddiaçının işlədiyi vəzifələrin müəssisənin fəaliyyət sahəsinə aid olub-olmaması barədə ətraflı məlumat verilməsi, eləcə də bununla bağlı məhkəməyə izahlı arayış təqdim olunması xahiş olunmuşdur.
30. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə müəyyən olunur ki, iddiaçının şirkətdə əmək fəaliyyəti dövründə tutduğu vəzifələr şirkətin fəaliyyət sahələrinin funksional və erqonomik xassələri də nəzərə alınaraq, pivə bişirmə sənayesi ilə birbaşa əlaqəlidir.
31. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan sənədlərlə iddiaçının 12 il 6 ay güzəştli iş stajına malik olduğu müəyyən edilmir.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, e-2-1(118)-2275/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.