Məhkəmə qərarları › İş №2-1(105)-148/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-148/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-148/2025 22.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X6 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “oğlu X8 hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat etməsini təsdiq edən müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2-1(118)-29N/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “oğlu X8 hərbi xidmət vəzifələrinin İcrası zamanı vəfat etməsini təsdiq edən müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X4, N saylı hərbi hissə komandirin müavini-qərərgah rəisi vəzifəsində xidmət edərkən, xx.xx.2022-ci iİ tarixindən xx.xx.2022-ci il tarixədək hərbi hissə üzrə cavabdeh təyin olunmuşdur, xx.xx.2022-ci il tarixində saat 15.00 radələrində hərbi hissədə olarkən səhhəti pisləşmiş, özünü halsız hiss etmişdir. Vəziyyəti dahada pisləşdiyindən, ona tibbi yardım göstərilməsi üçün, Yevlax rayon Mərkəzi Xəstəxanasının həkimi, terapevti X7 hərbi hissəyə dəvət olunaraq, oğluna tibbi yardım göstərmişdir. Həmin gün axşam saatlarında gizir X1 vasitəsi ilə yaşadığı Tərtər şəhərindəki kirayə qaldığı evə aparılmışdır. Səhhəti təkrar pisləşdiyinə görə, Tərtər rayon Mərkəzi Xəstəxanasının həkim briqadası yaşadığı ünvana gəlmiş və tibbi yardım göstərilmişdir. xx.xx.2022-cü il tarixində səhər saatlarında iddiaçının oğlu vəfat etmişdir. Tərtər Hərbi Prokurorluğu tərəfindən, oğlunun ölüm faktı ilə əlaqədar aparılan araşdırma nəticəsində, xx.xx.2023-cü il tarixində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərar qəbul edilmişdir. Materiala əlavə olunmuş AZ-İİ 277258 nömrəli ölüm haqqında şəhadətnaməsinə əsasən, mərhumun xx.xx.2022-ci İİ tarixində "kardiogen şok" diaqnozu ilə ölməsi qeyd edilmişdir. "Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12" X25 xx.xx.2023-cü il tarixli K/142-2023 nömrəli komissiyon məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, mərhum oğlunun meyiti məhkəmə-tibbi ekspertizadan keçirilmədiyinə və ona təyin olunan "kardiogen şok kəskin transmural miokard infarktı" diaqnozu ölümündən sonra tərtib edildiyinə görə, ölümünün səbəbi barədə konkret fikir söylənməsi mümkün olmamışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının oğlunun ölümünə səbəb olmuş xəstəliyin kiliniki əlamətləri o, xx.xx.2023-cü il tarixində hərbi hissədə növbətçi kimi xidməti vəzifələrini yerinə yetirərkən olmuşdur. N nömrəli hərbi hissənin komandiri N mart N9-ci il tarixli, №83 əmrindən çıxarışından görünür ki, kapitan XN Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N9-cu il tarixli 096 nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin maddi texniki təminat üzrə müavini-bölmə rəisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Bərdə şəhəri) gəlmiş hesab edilmiş, N mart N9-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. 11 mart 2022-ci il tarixdə X4 hərbi hissənin maddi texniki təminat bölməsinin rəisi vəzifəsindən azad olunaraq (HUİ- 1601003), hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifəsinə təyin edilmişdir (HUİ-1601003). X4 N nömrəli hərbi hissənin qərargah rəsi-hərbi hissə komandirinin müavini, N noyabr 2022-ci il tarixdə saat 9:00- radələrində kirayə yaşadığı ünvan 2 ünvanında “kardiogen şok” nəticəsində vəfat etdiyinə görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin 20 dekabr 2022-ci il tarixli 01011 nömrəli əmrinə əsasən 22 dekabr 2022-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılmış hesab edilmişdir. Yevlax rayon Malbinəsi kənd xəstəxanasının həkimi X7 xx.xx.2022-ci il tarixdə hərbi hissəyə gələrək mərhum X10 ilkin müayinə edərək getmişdir. İş materiallarında olan 16 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında aşağıdakı faktlar öz əksini tapmışdır: N nömrəli hərbi hissə komandirinin sabiq müavini qərargah rəisi mayor X18 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hərbi hissə üzrə cavabdeh təyin olunmuş xx.xx.2022-ci il tarixdə saat N radələrində hərbi hissədə olarkən səhhəti pisləşmiş, özünü halsız hiss etmişdir. Hərbi hissədə stasionar müalicə üçün şərait olmadığından Elşad Paşayevə hərbi hospitala müraciət etməsi bununla bağlı şərait yaradılması bildirilsə də, Elşad Paşayev etiraz etmişdir. Elşad Paşayevin vəziyyəti daha da pisləşdiyindən hərbi hissənin mülki işçisi X2 rayon X13 X16 Ailə Sağlamlıq Mərkəzinin həkimi terapevt X3 hərbi hissəyə çağıraraq Elşad Paşayevə tibbi yardım göstərməsini xahiş etmişdir. Məlahət İsmayılova saat N radələrində hərbi hissəyə gələrək Elşad Paşayevə tibbi yardım göstərmiş bundan sonra Elşad Paşayevin vəziyyəti yaxşılaşmış ona yenə də xəstəxanaya gedib analiz verməsi tövsiyyə olunsa da, yaxşı olduğunu bildirərək getməmişdir. Həmin gün saat 19-20 radələrində Elşad Paşayev gizir X11 ilə birlikdə öz şəxsi avtomobili ilə yaşadığı Tərtər şəhərinə getmişdir. Elşad Paşayev evdə olduğu müddətdə halı yenidən pisləmiş, başında ağrılar olduğunu bildirmiş, bu zaman həyat yoldaşı Zərifə Paşayeva 103 Təcili və Tibbi yardım xidməti mərkəzinə zəng edərək həkim gəlməsini xahiş etmişdir. Saat 21:05-də Tərtər rayon Mərkəzi Xəstəxanası PHŞ nın TTTYS tərəfindən Elşad Paşayevin yaşadığı ünvana həkim briqadası göndərilmiş, həkim briqadası Elşad Paşayevi müayinə edərək tibbi yardım göstərmiş bundan sonra Elşad Paşayevin səhhəti yaxşılaşmış, həkimlər Elşad Paşayevə nevropatoloq yanına getməsini tövsiyə etsələr də, Elşad Paşayev razı olmamışdır. Elşad Paşayevin səhhəti xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində yenidən pisləşmiş, Zərifə Paşayeva yenidən 103 Təcili və Tibbi yardım xidməti mərkəzinə zəng edərək həkim gəlməsini demişdir. Saat 10:15-də Tərtər rayon Mərkəzi Xəstəxanası PHŞ min TTTYS tərəfindən həkim briqadası göndərilmiş, həkim briqadası Elşad Paşayevin yaşadığı ünvana çatdıqda Elşad Paşayevin artıq öldüyünü görmüşlər, Paşayev Eİşad Şırağa oğluna "Kardiogen şok (Kəskin transmural miokard infarktı)" diaqnozu qoyulmuşdur. Sözügedən qərarda qeyd edilmişdir ki, mərhumun ölümünə səbəb olmuş xəstəliyin (patologiyanın) kliniki əlamətləri o, xx.xx.2023-cü il tarixdə hərbi hissədə növbətçi vəzifələrini yerinə yetirərkən artıq onda mövcud olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Prokurorluğu Tərtər Hərbi Prokurorluğu tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X14” tərəfindən tərtib edilmiş K/142 nömrəli rəydə qeyd edilib ki, Elşad Paşayevin ölümünə səbəb olmuş xəstəliyin (patologiyanın) kliniki əlamətləri o, xx.xx.2023-cü il tarixdə hərbi hissədə növbətçi kimi xidməti vəzifələrini yerinə yetirərkən artıq onda mövcud olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının oğlu X8 hərbi xidmət vəzifələrinin İcrası zamanı vəfat etməsini təsdiq edən müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının oğlu X4, N saylı hərbi hissə komandirin müavini-qərərgah rəisi vəzifəsində xidmət edərkən, xx.xx.2022-ci iİ tarixindən xx.xx.2022-ci il tarixədək hərbi hissə üzrə cavabdeh təyin olunmuşdur, xx.xx.2022-ci il tarixində saat 15.00 radələrində hərbi hissədə olarkən səhhəti pisləşmiş, özünü halsız hiss etmişdir. Vəziyyəti dahada pisləşdiyindən, ona tibbi yardım göstərilməsi üçün, Yevlax rayon Mərkəzi Xəstəxanasının həkimi, terapevti X7 hərbi hissəyə dəvət olunaraq, oğluna tibbi yardım göstərmişdir. Həmin gün axşam saatlarında gizir X1 vasitəsi ilə yaşadığı Tərtər şəhərindəki kirayə qaldığı evə aparılmışdır. Səhhəti təkrar pisləşdiyinə görə, Tərtər rayon Mərkəzi Xəstəxanasının həkim briqadası yaşadığı ünvana gəlmiş və tibbi yardım göstərilmişdir. xx.xx.2022-cü il tarixində səhər saatlarında iddiaçının oğlu vəfat etmişdir. Tərtər Hərbi Prokurorluğu tərəfindən, oğlunun ölüm faktı ilə əlaqədar aparılan araşdırma nəticəsində, xx.xx.2023-cü il tarixində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərar qəbul edilmişdir. Materiala əlavə olunmuş AZ-İİ 277258 nömrəli ölüm haqqında şəhadətnaməsinə əsasən, mərhumun xx.xx.2022-ci İİ tarixində "kardiogen şok" diaqnozu ilə ölməsi qeyd edilmişdir. "Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12" X25 xx.xx.2023-cü il tarixli K/142-2023 nömrəli komissiyon məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, mərhum oğlunun meyiti məhkəmə-tibbi ekspertizadan keçirilmədiyinə və ona təyin olunan "kardiogen şok kəskin transmural miokard infarktı" diaqnozu ölümündən sonra tərtib edildiyinə görə, ölümünün səbəbi barədə konkret fikir söylənməsi mümkün olmamışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının oğlunun ölümünə səbəb olmuş xəstəliyin kiliniki əlamətləri o, xx.xx.2023-cü il tarixində hərbi hissədə növbətçi kimi xidməti vəzifələrini yerinə yetirərkən olmuşdur Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “Hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3.10.1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. N nömrəli hərbi hissənin sabiq qərargah rəisi-hərbi hissə komandirinin müavini mərhum X4 N noyabr 2022-ci il tarixdə saat 09:00-radələrində kirayə yaşadığı ünvan 2 ünvanda “kardiogen şok” nəticəsində vəfat etdiyi üçün ölümün səbəbi hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmadığı hesab edilmiş və iddiaçının müraciətinin təmin olunması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-29N/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır kı, Azərbaycan Respublikası Prokurorluğu Tərtər Hərbi Prokurorluğu tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X14” tərəfindən tərtib edilmiş K/142 nömrəli rəylə iddiaçının oğlu Elşad Paşayevin ölümünə səbəb olmuş xəstəliyin (patologiyanın) kliniki əlamətlərin onun xx.xx.2023-cü il tarixdə hərbi hissədə növbətçi kimi xidməti vəzifələrini yerinə yetirərkən artıq mövcud olması müəyyən edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla uyğun eyni məzmunda əsaslandırmışdır və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nə 16 saylı əlavəyə görə nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Bu sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı ölüm haqqında qeydlər aparır. Nizamnamənin 1.4.2 –cü bəndinə görə həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə həlak olmuş hərbi qulluqçu və toplanışa çağırılmış hərbi vəzifəli şəhid hesab edilir. Müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli N nömrəli arayışda hərbi hissənin sabiq qərargah rəısı-hərbı hissə komandirinin müavini mərhum mayor X9 N noyabr 2022-ci il tarixdə kirayə yaşadığı ünvanda "kardiogen şok” nəticəsində vəfat etdiyi göstərildiyi üçün ölümün səbəbi hərbi xidmət vəzifələrinin icrası ilə hesab edilə bilməz. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). Maddə 4. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 27. 27.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; 27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; 27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. Maddə 27.2. Hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin vəfat etmələri (həlak olmaları), yaxud bədən xəsarəti (yara, travma, kontuziya) almaları, aşağıdakı hallar nəticəsində baş verdikdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı sayılmır: 27.2.1. bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulan hallardan başqa, günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtı ərzində komandirin (rəisin) məlumatı olmadan və ya xidmət vaxtından sonra komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya digər göstərişin yerinə yetirilməsi ilə əlaqədar olmayan hallarda hərbi hissədən (xidmət yerindən) kənarda olması; 27.2.2. sərxoş vəziyyətdə olması; 27.2.3. inzibati xətanın və ya cinayətin törədilməsi. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3 İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apelyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçının oğlunun hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat etməsini təsdiq edən müvafiq arayışın verilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsi halları aşağıdakıladan ibarətdir: İddiaçının mərhum oğlu N nömrəli hərbi hissə komandirinin sabiq müavini qərargah rəisi mayor X9 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hərbi hissə üzrə cavabdeh təyin olunmuş xx.xx.2022-ci il tarixdə saat N radələrində hərbi hissədə olarkən səhhəti pisləşmiş, özünü halsız hiss etmişdir. Hərbi hissədə stasionar müalicə üçün şərait olmadığından Elşad Paşayevə hərbi hospitala müraciət etməsi bununla bağlı şərait yaradılması bildirilsə də, Elşad Paşayev etiraz etmişdir. Elşad Paşayevin vəziyyəti daha da pisləşdiyindən hərbi hissənin mülki işçisi X2 rayon X13 X16 Ailə Sağlamlıq Mərkəzinin həkimi terapevt X3 hərbi hissəyə çağıraraq Elşad Paşayevə tibbi yardım göstərməsini xahiş etmişdir. Məlahət İsmayılova saat N radələrində hərbi hissəyə gələrək Elşad Paşayevə tibbi yardım göstərmiş bundan sonra Elşad Paşayevin vəziyyəti yaxşılaşmış ona yenə də xəstəxanaya gedib analiz verməsi tövsiyyə olunsa da, yaxşı olduğunu bildirərək getməmişdir. Həmin gün saat 19-20 radələrində Elşad Paşayev gizir X11 ilə birlikdə öz şəxsi avtomobili ilə yaşadığı Tərtər şəhərinə getmişdir. Elşad Paşayev evdə olduğu müddətdə halı yenidən pisləmiş, başında ağrılar olduğunu bildirmiş, bu zaman həyat yoldaşı Zərifə Paşayeva 103 Təcili və Tibbi yardım xidməti mərkəzinə zəng edərək həkim gəlməsini xahiş etmişdir. Saat 21:05-də Tərtər rayon Mərkəzi Xəstəxanası PHŞ nın TTTYS tərəfindən Elşad Paşayevin yaşadığı ünvana həkim briqadası göndərilmiş, həkim briqadası Elşad Paşayevi müayinə edərək tibbi yardım göstərmiş bundan sonra Elşad Paşayevin səhhəti yaxşılaşmış, həkimlər Elşad Paşayevə nevropatoloq yanına getməsini tövsiyə etsələr də, Elşad Paşayev razı olmamışdır. Elşad Paşayevin səhhəti xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində yenidən pisləşmiş, Zərifə Paşayeva yenidən 103 Təcili və Tibbi yardım xidməti mərkəzinə zəng edərək həkim gəlməsini demişdir. Saat 10:15-də Tərtər rayon Mərkəzi Xəstəxanası PHŞ min TTTYS tərəfindən həkim briqadası göndərilmiş, həkim briqadası Elşad Paşayevin yaşadığı ünvana çatdıqda Elşad Paşayevin artıq vəfat etdiyini görmüşlər, Paşayev Eİşad Şırağa oğluna "Kardiogen şok (Kəskin transmural miokard infarktı)" diaqnozu qoyulmuşdur. Hazırda cavabdehin imtina üçün dəlili yalnız iddiaçının mərhum oğlunun hərbi hissə ərazisində deyil, yaşadığı ünvanda vəfat etməsindən ibarətdir. Yəni iddiaçı eyni diaqnozla xidmət yerində vəfat etmiş olsaydı, onun hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat etməsi kimi qəbul edərək tələb olunan arayışı verərdi. Bununla bağlı qeyd edilməlidir ki, iş materialları ilə, o cümlədən Tərtər Hərbi Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X14” tərəfindən tərtib edilmiş K/142 nömrəli rəyi ilə təsdiq edilir ki, Elşad Paşayevin ölümünə səbəb olmuş xəstəliyin (patologiyanın) kliniki əlamətləri o, xx.xx.2022-ci il tarixdə hərbi hissədə növbətçi kimi xidməti vəzifələrini yerinə yetirərkən artıq onda mövcud olmuşdur. İstinad olunan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda həmçinin qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə artıq E.Paşayevin səhhətində pisləşmə müşahidə edilmiş, hətta onu həmin gün saat 16 və 19-20 radələrində müayinə edən həkimlər hərbi hospitala müraciət etməyi, stasionar qaydada müayinə və müalicə olunmasını təkid etmişlər, lakin o, bundan imtina etdiyi üçün evinə aparılmışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, istinad olunan xüsusatlar nəzərə alındıqda mərhum E.Paşayevin vəfat etməsi onda bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə izlənilən xəstəliyin kliniki əlamətlərlə sıx bağlı olmaqla onların davamı olması öz təsdiqini tapmış və nəticə etibarı ilə, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini təmin etməklə düzgün nətcəyə gəlmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, əsassız olmuşdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2-1(118)-29N/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar