Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-149/2024 30.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1862/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, xx.xx.2021-xx.xx.2022-ci il Sumqayıt şəhər 2 nömrəli xəstəxanasında müalicə almışdır. Azərbaycan Respublikası FHN Tibb Xidmətinin xx.xx.2021-ci il tarixli 1146 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı diaqnozu insulintələbli şəkərli diabet İİ tip, orta ağır forma subkompensasiya mərhələsində,ürəyin işemik xəstəliyi,gərginlik stenokardiyası aorta və tac arteriya larının ateraskelerozu,ürək çatışmamazlığı,Hipertoniya xəstəliyi, xroniki eritematoz, qastrit remissiya mərhələsində hər iki gözün sadə miopu olmaqla “Xəstəlikdir, xidmət dövründə alınmışdır”. TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, “diaqnoz əlillik əlaməti təyin etməməsi” və “əlavə müalicəyə ehtiyacın olması” səbəbindən İddiaçı əlilliyin təyinindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X6 tərəfindən verilmiş T/345 saylı xx.xx.2023-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində 1 müayinə olunarkən ona “İ79.2- Aşağı ətraflann diabetik angiopadyası. Xroniki işemiya İİ dər. E l i - Şəkərli diabet İİ st dp ağır forma.” Diaqnozu qoyulmuş hansı ki, iş materiallarında olan, əlillik vəziyyətinin tibbi- sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet., çoxsaylı ağırlaşmalarla, şəkərli diabet, İİ tip ağır forma (insulin tələbli). Diabetik polinevropatiya, aşağı ətrafların diabetik angiopadyası, diabetik ensefalopatiya. OU- Diabetik retinopatiya. Diabetik nefropatiya. Ürək çatmamazlığı, FS İİİ, ÜİX Gərginlik stenokardiyası, xroniki qastroduodent, Sol tərəfli varikoselektomiya cərrahı əməliyyatından sonrakı vəziyyət. QU- Miopİk astiqmatizm, Em və M2.0.” diaqnozla eynilik təşkil edir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı barəsinə əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq “diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X6 tərəfindən verilmiş T165/2024 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1.SN-nin “MTE və PAB” PHŞ müalicə müəssisəsi olmadığından onun qeyd edilən xəstəliklərdən əziyyət çəkibçəkməməsi barədə dəqiq fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet, İİ tip ağır forma (insulin tələbli), diabetik polinevropatiya, aşağı ətrafların diabetik angiopatiyası, diabetik ensefalopatiya, OU-Diabetik retinopatiya, diabetik nefropatiya, ürək çatmamazlığı, FS İİİ, ÜİX, gərginlik stenokardiyası, FS İİİ, xroniki qastroduodenit, sol tərəfli varikoselektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət, OUmiopik astiqmatizm, Em və M2.0” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edildiyindən onu inkar etmək də olmaz. Belə ki, xx.xx.2022-ci il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman hər iki aşağı ətrafda ödem, trofıki pozuntular izlənilməmiş, psixi xəstəlik əlamətləri aşkar olunmamış, anamnestik məlumalarda, instrumental və obyektiv müayinə nəticələrində şəkərli diabet xəstəliyinin əlillik təyinatına əsas verə biləcək ağırlaşmaları müəyyən edilməmişdir. Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası’nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən təyata keçirilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini və tələb kimi “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1983-cü il təvəllüdlüdür. 2013-cü ildən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Yanğından Mühafizə Xidmətində yanğınsöndürən vəzifəsində xidmət etmişdir. xx.xx.2021-ci il tarixdə iş saatında xidməti vəzifəsini yerinə yetirərkən komaya düşmüş və xəstəxanaya aparılmışdır. Həmin gündən mütəmadi və fasiləsiz stasionar və ambulator müalicələrdə olmuşdur. Müalicəsinin 6 ayı tamam olandan sonra cavabdehə əlilliyin təyin edilməsi üçün bir neçə dəfə göndəriş verilmiş, əyani müayinədən keçmişdir. Lakin cavabdeh əlilliyin təyin edilməsindən əsassız olaraq imtina etmişdir. Halbuki, onun məruz qaldığı xəstəliklər kifayət qədər ağırdır və getdikcə ağırlaşmaqdadır. Forma 88 nömrəli arayışda diaqnoz kimi “şəkərli diabet, 2 tip ağır formalı insulun tələbli, dekorpensasiya mərhələsi ürək prolapsı; ağırlaşmaları: periferik qan dövranının pozğunluğu ilə, aşağı ətrafların diabetik angiopatiyası, hipertoniya, diabetik polinevropatiya, diabetik ensifolapiya və s., yanaşı xəstəliklər : trifazik axım, ÜRX gərginlikstenokardiyası, durğunluq ürək çatmamazlığı, xroniki ürək çatmamazlığı, LVEF – 48%, astiqmatizm, OU-sadə miopik astiqmatizm və s.” göstərilmişdir. Müalicələrdən sonra onun vəziyyəti əksinə daha da pisləşmişdir. Buna baxmayaraq cavabdeh göndərişə cavab olaraq “diaqnozun əlillik əlamətlərinin təyin etməməsi” əsası ilə imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, "maddələr => E10-E14 - Şəkərli diabet => Е11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip agır forma Ağırlaşma:OU-Diabetik retinopatiya, Diobetik ensefalopatiya, Aşağı ətrafların diabetik angiopatiyası, Diabetik polinevropatiya: Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması, Səbəb- “Əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir ” səbəbi ilə imtina edilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10- E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip agır forma (insulin tələbli) Diabetik polinevropatiya. Aşağı ətrafların diabetik angiopatiyası.Diabetik ensefalopatiya.OU-Diabetik retinopatiya.Diabetik nefropatiya Ürək çatmamazlığı FS lil.ÜİX Gərginlik stenokardiyası FS İİİ Xroniki qastroduodenit Sol tərəfli varikoselektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət OU-Miopik astiqmatizm və M2.0;” Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Sumqayıt Tibb İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina edilmişdir. Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən 14 dekabr 2022-ci il tarixli, **********8 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Sumqayıt şəhər sakini xx.xx.1983-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0531003AAM6T nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə əyani müayinə olunmuş və ona “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar verilmişdir. Növbəti dəfə əliliik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Ekspertiza komissiyası tərəfindən xx.xx.2021- ci il tarixli 1146 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “İnsulintələbli şəkərli diabet, İİ (ikinci) tip, orta aqır forma, subkompensasiya mərhələsində. Preproliferativ diabetik retinopatiya. Diabetik ensefalopatiya. Diabetik polineyropatiya. Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası, İİ (ikinci) funksional sinif. Aorta və tac arteriyaların aterosklerozu. Ürək çatışmazlığı, İİ (ikinci) funksional sinif. Hipertoniya xəstəliyi, İİ (ikinci) mərhələ. Xroniki eritematoz qastrit, remissiya mərhələsində. Hər iki gözün sadə miopik astigmatizmi, Em/M-2.25 D” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şəkərli diabetdən əziyyət çəkdiyini ifadə etmiş, auskultasiya zamanı ürək tonları aydın eşidilmiş, patoloji küy qeyd edilməmiş, hər iki aşağı ətrafda tük örtüyü saxlanılmış, ödem, trofiki pozuntular izlənilməmiş, periferik nəbz kafi dolğunluqda olmuşdur. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Şəkərli diabet, İİ (ikinci) tip aqır forma. Dekompensasiya mərhələsi. Diabetik retinopatiya. Diabetik polineyropatiya. Diabetik ensefalopatiya” kimi müəyyənləşdirilsə də, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır.ƏƏSMN tabeliyində DTSERA-aa xx.xx.2022-ci il tarixli aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların divarlarında tək-tək kalsifik plaklar fonunda (hemodinamik əhəmiyyəti olmayan) normal sürətli magistral tipli trifazik axımlarkimi, həmin müəssisəTranstorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta normaldır. Ürək kameraları normal ölçüdədir. Septumun hipertrofiyası (1.3sm) Sol mədəciyin sistoladiastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, segmentar divar hərəkət pozğunluğu qeyd olunmur” qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1862/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı 2021-ci ilin yanvar ayından yuxarıda göstərilən xətsəliklərdən əziyyət çəkir, dəfələrlə stasionar və ambulator qaydada müalicə kursları qəbul etməsinə baxmayaraq səhhəti əksinə olaraq pisləşmiş, görmə qabiliyyəti, yeriməsi və orqanizmin s.funksiyaları daha da ağırlaşmışdır. Onun məruz qaldığı diaqnozlar forma N 88-də X1 uyğunlaşdırılaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə iddiaçının nəruz qaldığı xəstəliklərin bir neçəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbisosial ekspert komisiyası (TSEK) tərəfindən iddiaçının barəsində keçirilmiş müayinənin nəticəsində verilmiş imtinası qanunsuz hesab edilməli və İddiaçı Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik təyin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddiann təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X6 tərəfindən verilmiş T/345 saylı, xx.xx.2023-ci il tarixli ekspert rəyindən də görünür ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1.2-ci bəndinə əsasən göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İzibati icraat haqqıda” Azəbaycan Respublikası Qanununa və Azəbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və(vəya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır 2.6-cı bəndinə əsasən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya electron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: ....2.1 Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər-İ10-İ15... ....2.2 Ürəyin işemik xəstəliyi-İ20-İ25... ....2.3 Ürək çatışmazlığı-İ50... ....2.7 Digər rubrikalarda təsnif olunmayan xroniki venoz çatışmazlığı ilə özünü göstərən venaların, limfa damarlarının və limfa düyünlərinin xəstəlikləri-İ80-İ89... ....3.6.2. digər xroniki pankreatitlər-K86.1... ....6.1 Vegetativ (avtonom) sinir sisteminin pozuntuları-G90... ....8.1 Görmə itiliyi-H00-H59........11.2.1. insulindən asılı olmayan şəkərli diabet-E11.... ....11.2.2. böyrəklərin zədələnməsi ilə şəkərli diabet-diabetik nefropatiya (ifrazetmə funksiyasının pozuntusu dərəcəsindən asılı olaraq)-E10-E14.... ....11.2.3 diabetik retinopatiya-G93.4.... ....11.2.4. diabetik polineyropatiya-G63.2... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin edilməsindən imtina olunması əsası kimi diaqnozun əlillik əlaməti təyin etməsi üçün əsas olmaması halı çıxış etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, iddiaçı barəsində müvafiq tibbi müəssisəsi tərəfindən tibbi göndəriş rəsmiləşdirilmiş, həmin tibbi göndərişin məzmununda iddiaçı barəsində əsas diaqnoz İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmlarla, şəkərli diabet İİ tip ağır forma (insulin tələbli) (E11.7), ağırlaşmaları Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə), Diabetik polinevropatiya (G63.2*), İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə, Aşağı ətrafların angiopatiyası (E11.5), Dəqiqləşdirilməmiş ensefalopatiya, Diabetik ensefalopatiya (G93.4), Diabetikretinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə) OU-Diabetik retinopatiya (H36.0), İnsulindən asılı olmayan şəkərli diabet, böyrəklərin zədələnməsi ilə, Diobetik nefropatiya (E11.2), yanaşı xəstəliklər Ürək çatışmazlığı, Ürək çatışmazlığı FS İİİ (İ50), Dəqiqləşdirilməmiş xroniki qastrit, Xroniki qastroduodenit (K29.5), Aşağı ətraf venalarının vakrikoz genəlməsi, Sol tərəfli varikoselektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət (İ83), Stenokardiyanın digər formaları, ÜİX Gərginlik stenkardiyası FS İİİ (İ20.8), Astiqmatizm, OU-Miopikastiqmatizm Em və M2.0 (H52.2), Durğunluq, ürək çatışmazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, Hipertoniya xəstəliyi İİ mərhələ (İ11.0), Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, Qabarıq asteno nevrotik sindrom (G90.8), Digər xroniki pankreatitlər, Xroniki panreatit (K86.1), Dəmir defisiti anemiya, xroniki dəmir defisiti anemiya (D50), Ürəyin aterosklerotik xəstəliyi, Aorta-tac arteriyalarının ateroskleroti (İ25.1) kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müayinə olunarkən qoyulan diaqnoz onun barəsində müvafiq tibbi göndərişdə əks olunan diaqnozla eynilik təşkil edir. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” Publik hüquqi şəxs 1 nömrəli Şəhər Xəstəxanasının poliknika şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliknika şöbəsinin endokrinoloji kabinetində dispenser qeydiyyatındadır, diaqnoz: Şəkərli diabet İİ tip ağır forma (insulin tələbli), Diabetik polineyropatiya,Diabetik ensefalopatiya, Aşağı ətrafların diabetic angiopatiyası, Düyünlü zob,ÜİX gərginlik stenokardiyası İİİ fs. Asteno-nevrotik sindrom.Hipertoniya xəstəliyi İİ mərhələ, əlavə risk İV.XÜÇ-ğı İİfs.OU-Miopatik astiqmatizm kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən veirlmiş xx.xx.2021-ci il tarixli arayışın məzmunundan görünür ki, iddaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “insulindən asılı olmayan şəkərli diabet tip-2, orta ağır dərəcə subkompensasiya mərhələsində.Hər iki gözün başlanğıc diabetic retinopatiyası. Hər iki gözün sadə miopatik astiqmatizmi. Xroniki eritematoz qastroduodenitin kəskinləşməsi.Ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası İİ fs.Aorta və tax arteriyaların ateroskelorozu. Hipertoniya xəstəliyi İİ mərhələr.İİ f.s ürək çatışmazlığı” diaqnozu ilə ambulator və stasionar müayinədə olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ekspert rəyinin məzmunundan görünür ki, SN “MTE və PAB” müalicə müəssisəsi olmadığından, onun qeyd edilən xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə dəqiq fikir söyləmək mümkün olmadığı, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə qeyd edilmiş diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edildiyindən onu inkar da etmək olmaz, vətəndaşda əyani müayinə zamanı hər iki aşğı ətrafda ödəm, trofiki pozuntular izlənilməmiş,psixi xəstəlik əlamətləri aşkar edilməmiş, anmanestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində şəkərli diabet xəstəliyinin əlillik təyinatına əsas verə biləcək ağırlaşmaları müəyyən edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçıda müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərin mövcudluğu iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyləri əsasında öz təsdiqini tapır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı məhz həmin xəstəliklərlə əlaqədar olaraq 2021-ci il tarixdən müvafiq poliknikada dispenser qeydyyatındadır. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş əsas diaqnoz, ağırlaşmaları və yanaşı xəstəliklərin bir çoxu (XBT kodu E11, G63.2, İ25, İ50,İ11.0, İ83,H52.2,İ20.8,K86.1,H36.0 və digər) əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən müvafiq Qərarda əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan ağırlaşmalar və patofunksional dəyişikliklərin olmadığını qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə qədim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin ekspert rəyi, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin eidlməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edilməsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qnaunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, cavabdehin imtina və şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1862/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.