Məhkəmə qərarları › İş №2-1(105)-15/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-15/2021

12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-15/2021 12.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu, Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh AR Vergilər Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)-1267/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh 2 saylı Ərazi Vergilər Departamentinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2019-cu il tarixli **********957800 saylı və xx.xx.2019-cu il tarixli “Pul vəsaitlərinin vergi ödəyicisinin ƏDV sub-hesabında dondurulması barədə” **********170800 saylı qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və qərarı qəbul etmiş və verginin hesablanmasında iştirak edən vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq araşdırma üçün Baş Prokurorluğa göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2019-cu il tarixli vergilərin hesablanması barədə qərarın qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, İddiaçı MMC-də aparılmış xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək operativ vergi nəzarəti tədbiri nəticəsində müəssisənin mal anbarlarında olan mal qalığının 2094803.49 manat məbləğində müəyyənləşdirilməsinin etibarsız və qanunsuz hesab edilməsi və qərarı qəbul etmiş və verginin hesablanmasında iştirak edən vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq araşdırmaq üçün Baş Prokurorluğa göndərilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 2008-ci ildən hüquqi şəxs kimi fəaliyyət göstərir və nizamnaməsinə uyğun olaraq xarici iqtisadi fəaliyyətlə məşğul olur. xx.xx.2019-cu il tarixdə 2 saylı Ərazi Vergilər Departamentindən kameral vergi yoxlanılması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktub daxil olmuşdur. İddiaçı müəyyən edilmiş 5 günü ötürmədən xx.xx.2019-cu il tarixli məktubu vergi orqanına təqdim etmişdir. Buna baxmayaraq cavabdeh xx.xx.2019-cu il tarixdə qanunsuz və əsassız qərar qəbul edərək iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Halbuki, cavabdehin həmin sənədləri tələb etməsi tam əsassız olmuşdur, həmin sənədlər vaxtında vergi orqanına təqdim edilmiş və dəqiqləşmə tələb edilməsinə zərurət olmamışdır. Həmçinin tələbnamədə vergi dövrü aprel 2019, bəyannamə adı isə ƏDV qeyd olunmuş, sənədlərin tələb edilməsi barədə tələbnamədə isə xx xxxx 2019-cu il tarixdə keçirilmiş operativ vergi nəzarəti nəticəsində yaranan uyğunsuzluqlar və mal qalığının çatışmazlığı göstərilmişdir. Bundan başqa mal qalığının yoxlanılması da qanunsuz olaraq həyata keçirilmişdir. Belə ki, iddiaçı müəssisənin rəhbərliyi vergi orqanında mal-materialların daha iki ünvanda yerləşməsini bildirsə də, vergi orqanı həmin anbarlara baxış keçirməmiş və mallar sayılmamışdır. Nəticədə iddiaçıya əsassız vergi məbləği hesablanmışdır. Həmin anbarlar icarədarın qeydiyyat kodu mövcud olmadığından qeydiyyata alınmamış ünvan 1 ünvanında yerləşirlər. Müəssisənin malların çox hissəsi həmin anbarlarda olmuşdur. Bundan başqa digər 4 anbarda mallara baxış keçirilərkən iddiaçının əməkdaşlarının iştirakı ilə akt tərtib edilməmiş, vergi orqanı əməkdaşları öz mülahizələrinə görə təxminən bir aydan sonra akt tərtib etmiş, malların sayı qeyd edilmiş və mütəxəssis rəyinə əsasən malların qiyməti müəyyənləşdirilmişdir. Vergi orqanı əməkdaşları müəssisənin sənədlərini xx xxxx 2019-cu il tarixdə götürərək xx xxxxx 2019-cu il tarixdə qaytarmışlar. Bununla da onlar malların qiymətini təsdiq edən sənəd və materialların təqdim olunmasına mane olmağa çalışmışlar. Yoxlama 13-xx xxxx 2019-cu il tarixdə keçirilməsinə baxmayaraq akt xx xxxxx 2019-cu il tarixdə tərtib edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı müəssisənin 2019-cu ilin aprel ayı üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsinin araşdırılması zamanı əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisi bəyannaməsi”nin 1 Nli Əlavəsinin “hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-materialların məbləği, cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləğləri və cari ilin müvafiq ayları üzrə təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş məbləğlərin fərqi ilə keçirilmiş operativ vergi nəzarəti tədbirləri üzrə hesabat dövründə tərtib edilmiş aktda qeyd edilmiş məbləği arasında kənarlaşma olduğu aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi 2018-ci il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsində hesabat dövrünün sonuna ƏDV ilə birlikdə 10972738,58 manat (ƏDV-siz 9298931.00) dəyərində mal qalığının olduğu qeyd edilmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 5843666.48 manat dəyərində (ƏDV ilə birlikdə) mal idxal edilmiş və 2019-cu ilin yanvar- aprel ayları üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrində 4753666.70 manat (ƏDV ilə birlikdə) dövriyyə göstərilmişdir. Vergilər Nazirliyinin 03.2019-cu il tarixli qərarına əsasən İddiaçı MMC-də keçirilən operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsi Hebət dəmir yolu stanıyasının cənubu, Lökbatan Xocasən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən anbarda tərtib edilmiş akta əsasən 143966.0 manat (ƏDV ilə birlikdə), Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2113-cü məhəllə ünvanına yerləşən anbarda tərtib edilmiş akta əsasən 82901.75 manat (ƏDV ilə birlikdə), Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2095-2096-cı məhəllə,560-cı küçə, 18-ci Zavağzal döngəsi ünvanında yerləşən anbarda tərtib edilmiş akta əsasən 454456.21 manat (ƏDV ilə birlikdə) və Sumqayıt şəhəri, Çerkassı küçəsində anbarda tərtib edilmiş akta əsasən 1413479.53 manat (ƏDV ilə birlikdə) dəyərində olmaqla, ümumilikdə 2094803.49 manat (ƏDV ilə birlikdə) mal qalığının olduğu müəyyən edilmişdir. Belə olan halda 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin nin 1 N-li Əlavəsinin “hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (********.58 manat) və cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (5843666.48 manat) məbləğlərinin (********.06 manat)_ cəmindən çıxılsın cari ilin müvafiq ayları üzrə təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş məbləğlərin (4753666.78 manat) fərqi ilə keçirilmiş operativ vergi nəzarəti tədbirləri üzrə hesabat dövründə tərtib edilmiş aktda qeyd edilmiş məbləği arasında 9967934.74 manat, o cümlədən 1520532.43 manat ƏDV məbləğində fərq olduğu müəyyən edilmişdir. Göstərilənlərlə bağlı iddiaçı müəssisəyə müraciət olunaraq 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, xərcləri təsdiq edən sənədləri və dəqiqləşdirilmiş bəyannamənin təqdim olunması tələb edilmiş, iddiaçı xx.xx.2019-cu il tarixdə vergi orqanına məktub göndərsə də, verqi orqanına hər hansı sənəd təqdim etməmişdir. Operativ vergi nəzarətinin nəticələrinə görə xx.xx.2019-cu il tarixdə VN-16 seriyalı 009281, 009282, 009284, 009283 nömrəli aktlar tərtib edilmişdir. Müəssisənin rəhbəri aktlarla tanış olaraq doğruluğunu öz imzası ilə təsdiq etmiş və bir nüxələrini qəbul etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)- 1267/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında göstərir ki, iddiaçının iddia tələbinin əsasları vergi orqanı tərəfindən müəyyən edilmiş malmaterialların qalıq sayı və dəyəri ilə bağlı deyil, göstərdiyi digər iki anbarda mal qalığının sayılmamasına söykənir. Şahid qismində yoxlayıcılar məhkəmədə ifadə verərkən cavabdehin nümayəndəsi tərəfindən mal qalığının hansı tarixə çıxarıldığı sualı verilmişdir. Yoxlayıcıların heç biri mal qalığının hansı tarixə sayıldığını konkret olaraq deyə bilməmişdir. xx.xx.2019-cu il tarixində həmin qaralama qeydləri əsasında aktlar tərtib olunmuşdur. xx xxxxx 2019-cu il tarixli siyahıda mallar mart ayında sayılan mallardır. Mallar yoxlama başlanan xx.xx.2019-cu il tarixdən 4-5 gün ərzində sayılmaqla nəticədə mart ayının ortasına (17-18 mart tarixləri) qalıq çıxarılmışdır. Bundan başqa xx.xx.2019-cu il tarixli 009281 saylı akta əlavə olunmuş malların siyahısı xx.xx.2019-cu tarixinə, digər aktlar üzrə siyahılar isə xx.xx.2019-ci il tarixinə tərtib olunmuşdur. Göründüyü kimi mal qalığının sayılması üzrə tarixlərdə olan ziddiyət məhkəmə tərəfindən araşdırılmamış və aktlar üzrə hansı tarixə malların sayının çıxarılması müəyyənləşdirilməmişdir. Malların dəyərinin müəyyən olunması üçün ekspertin dəvət olunması ilə bağlı qərarla tanış olma protokolunda və xx.xx.2019-cu il tarixli **********265100 saylı müəssisənin vergi orqanına ünvanladığı şikayət məktubunda malların dəyərinin ekspert tərəfindən müəyyən olunmasının əsassız olması barədə sənədlər nəzərə alınmamış və məhkəmə bu barədə düzgün qənaətə gəlməmişdir. Məhkəmə qərarında müəssisənin anbarında olan malların rəsmi sənədlərinin (alış-yük gömrük bəyannamələri və satış-elektron qaimə fakturalar) olması və yoxlamaya təqdim olunması göstərilsə də malların bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə ekspert dəvət olunması hansı zərurətdən yaranmasına məhkəmə heç bir aydınlıq gətirməmişdir. Hələ üstəlik olaraq qərarda absud şəkildə tələbin əsaslarının mal-material qalıqlarının sayı və dəyəri ilə bağlı olmadığını göstərmişdir. Halbuki, qeyd edilən məsələ ilə bağlı həm yazılı, həm də şifahi şəkildə əsaslandırmalar qeyd edilmiş və həmçinin operativ vergi nəzarəti tədbiri zamanı malların orta bazar qiymətinin müəyyən edilməsi ilə bağlı “ekspertizanın təyin edilməsi barədə” qərarla tanış olma protokoluna öz etirazlarını yazılı şəkildə əlavə etmişlər. Bundan əlavə xx.xx.2019-cu il tarixli **********265100 saylı cavabdehə göndərilmiş məktubla bununla əlaqədar ətraflı izahat və etirazlarını bildirmişlər. Bütün bu qeyd edilən sübutlar məhkəməyə təqdim edilən iş materiallarında öz əksini tapmışdır. Lakin hakim qərar qəbul edərkən bu məsələlərə lazımınca diqqət yetirilməmişdir. Beləliklə müəssisənin anbarlarında olan mal qalığının gündəlik dəyişməsinin (idxalı və satışı) nəzərə alınmaması, cavabdehin mal-materialların qalıq sayı, dəyəri və tarixlər üzrə uyğunsuzluq təşkil edən natamam aparılmış operativ vergi yoxlamasının nəticələri üzrə müəyyən edilmiş rəqəmlərlə iddiaçının vergi orqanına təqdim etdiyi 2019-cu ilin aprel ayı üzrə bəyannamə məlumatlarında olan rəqəmlərin (xx xxx 2019-cu il tarixə) müqayisə olunması ziddiyyət təşkil etdiyindən kameral qaydada əlavə vergilərin hesablanması əsassızdır. Qərarda “Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçı müəssisə həmin iki anbarın qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınması və həmin anbarlar barəsində vergi orqanına vaxtında məlumat verilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir" qeyd edilir. xx.xx.2019-cu il tarixdə aktın tərtibatı zamanı Hacıyev Rafiq tərəfindən iltizam verilərək xx.xx.2019-cu il tarixinə 7 təsərrüfat subyekti barədə müqavilələr təqdim olunmaqla bütün obyektlərin siyahısı və orada olan mallar barədə yoxlamada iştirak edən vergi orqanı əməkdaşlarına məlumat verilməsi bildirilmişdir. Bu obyektlər üzrə möhürlə və notarial qaydada təsdiq olunmuş icarə müqavilələri vergi orqanı nümayəndələrinə təqdim olunmuşdur. Həmin icarə müqavilələri icarədarın qeydiyyat kodu mövcud olmadığı üçün elektron qaydada qeydiyyatdan keçirilməsi mümkün olmamışdır. X1 şahid qismində ifadə verərkən iddiaçının onları yalnış ünvana apardığını bildirmişdir, iddiaçı yoxlayıcılari xx.xx.2019-cu il tarixində ünvan 4 ünvanında yerləşən anbara aparmış və yoxlayıcılara həmin malların müəssisəyə məxsus olduğunu bildirilsə də onlar həmin anbar nazirlik tərəfindən rəsmi qeydə alınmadığına görə orada yoxlama aparmayaraq, anbarda olan malları saymaqdan imtina etmişdir, iddiaçının nümayəndəsi məhkəmədə şahidə həmin malların kimə məxsusluğunu aydınlaşdırdınmı sualına "xeyr” cavabı vermişdir. Bütün bunlar onu göstərir ki, yoxlayıcılara əlavə anbarda malların olması barədə məlumat verilmişdir. Məhkəmə qərarında vergi orqanı operativ vergi nəzarətini həyata keçirməyə başladıqdan sonra həmin anbarlar barəsində məlumat verilməsi vergi orqanının üzərinə həmin anbarlarda da mal qalığının sayılması ilə bağlı öhdəlik qoymur qənaətinə gəlmişdir. Məhkəmə qərarında qeyd edilir ki, “Cavabdeh vergi orqanı yaranmış uyğunsuzluqla əlaqədar zəruri sənədləri, izahatı və dəqiqləşmiş bəyannaməni təqdim etməyi tələb etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixdə vergi orqanına məktub göndərsə də, tələb olunan sənədləri göndərməmişdir.Məhkəmənin qərarında, guya ki cavabdehin xx.xx.2019-cu ıl tarixli **********195700 saylı məktubda, yaranmış uyğunsuzluqla əlaqədar zəruri sənədləri, izahatı və dəqiqləşdirilmiş bəyannamənin təqdim etməyi tələb etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixdə vergi orqanına məktub göndərsə də, tələb olunan sənədləri göndərmədiyini göstərmişdir. Vergi orqanının xx.xx.2019-cu il tarixli **********195700 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubunun tələb olunan sənədlər bölməsində yalnız dəqiqləşdirilmiş ƏDV və ÖMV bəyannaməsi tələb olunmuşdur. Tərəflərindən cari ƏDV bəyannaməsinin düzgünlüyü barədə xx.xx.2019-cu il tarixində **********494900 nömrəli məktubla izahat verilmişdir. Göründüyü kimi müəssisədən bəyannamədən başqa heç bir sənəd tələb olunmadığı halda məhkəmə yalnış olaraq zəruri sənədlərin göndərilmədiyini qərarında göstərmişdir. Beləliklə cavabdehin obyektlər və tarixlər üzrə uyğunsuzluq təşkil edən natamam aparılmış operativ vergi yoxlamasının nəticələri ilə iddiaçının vergi orqanına təqdim etdiyi bəyannamə məlumatlarının müqayisəli şəkildə araşdırılması ziddiyyət təşkil etdiyindən kameral qaydada əlavə vergilərin hesablanması üçün əsaslı ola bilməz. Bundan əlavə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubun 2-ci bəndində MMC-nin vergi orqanına təqdim etdiyi hesabat məlumatları ilə operativ vergi yoxlaması nəticələri ilə müəyyən olunmuş mal qalıqları arasında olan uyğunsuzluğun yaranma səbəbləri barədə əvvəlcədən xx.xx.2019-cu il tarixli **********265100 saylı məktubda geniş izahat verilmişdir. Həmçinin, qeyd olunan şikayət məktubunda operativ vergi yoxlaması zamanı vergi işçiləri tərəfindən yol verilmiş hüquq pozuntuları barədə müfəssəl məlumat verilmişdir. Vergi orqanı tərəfindən şikayət məktubuna xx.xx.2019-cu il tarixli **********538800 saylı məktubla cavab verilərək “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarlar əsasında keçirilmiş vergi nəzarəti tədbirləri zamanı vergi qanunvericiliyinin pozulması halı aşkar edilməmiş və Cəmiyyət vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmədiyi bildirilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən şahid X7 ifadə verərək bildirdi ki, İddiaçı MMC-yə məxsus obyektlərdə mal qalığının yoxlanılmasında iştirak etmişdir, həmin vaxt tərtib edilmiş akt onun tərəfindən imzalanmışdır. Bu hadisə təxminən 2019-cu ildə baş verib, yoxlama 18-ci mikrorayon tərəfdə keçirilmişdir. Onu şahid qismində iştirak etməyi üçün dostu dəvət etmişdi. İddiaçı MMC-nin rəhbərinin ora dəvət edilməsini və iştirak etməsini xatırlamır. İmza çəkdiyi sənədi özü oxuyub imzalamışdır, ancaq halhazırda məzmununu xatırlamır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin faktiki hallarından görünür ki, vergi orqanı tərəfindən xx xxxx 2019-cu il tarixdə qəbul edilmiş qərar əsasında İddiaçı MMC-də pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi və malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış, həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə yerləşən anbarda 454456.21 manat dəyərində, Bakı şəhəri, Lökbatan qəsəbəsi Hebət dəmir yolu stanıyasının cənubu, Lökbatan Xocasən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən anbarda tərtib edilmiş akta əsasən 143966.0 manat, Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2113-cü məhəllə ünvanına yerləşən anbarda tərtib edilmiş akta əsasən 82901.75 manat və Sumqayıt şəhəri, Çerkassı küçəsində anbarda tərtib edilmiş akta əsasən 1413479.53 manat olmaqla ümumilikdə 2094803.49 dəyərində mal qalığının olduğu müəyyən edilmişdir. Qiymətləndirmə şirkətinin eksperti tərəfindən aşkar edilmiş malların dəyəri 2130191.5 manat müəyyən olunmuşdur. Beləliklə iddiaçı tərəfindən 2019-cu ilin yanvaraprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannamələrində uyğunsuzluğun mövcud olması aşkar edilmişdir. Belə ki, 2018-ci ildə iddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamədə hesabat dövrünün sonuna mal qalığının ********.52 manat olması göstərilmiş, 2019-cu ilin yanvar-aprel aylarında idxal edilən malların dəyəri 5843666.48 manat təşkil etmiş və vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrində 4753666.70 manat dövriyyə göstərilmişdir. Bu isə o deməkdir ki, vergi ödəyicisinin öz təqdim etdiyi vergi bəyannamələrinə əsasən mal qalığı ********.28 (********.52 + 5843666.48 – 4753666.7) manat təşkil etmişdir. Bununla da Mənfəət və ƏDV bəyannamələrində göstərilən mal və materialların məbləğləri ilə vergi nəzarəti tədbirləri nəticəsində müəyyən olunmuş məbləğlər arasında 9967934.79 (********.28 – 2094803.49) manat məbləğində fərq yaranmışdır. Aparılmış vergi yoxlamasının nəticələrinə uyğun olaraq vergi orqanı tərəfindən MMC-yə xx xxxx 2019-cu il tarixli **********957800 nömrəli qərarla 1520532.43 manat məbləğində əlavə vergi hesablanmışdır. Hazırda iddiaçı xx.xx.2019-cu il tarixli Vergilərin hesablanması barədə qərarı mübahisələndirərək, qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini , eyni zamanda İddiaçı MMC-də aparılmış xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək operativ vergi nəzarəti tədbiri nəticəsində müəssisənin mal anbarlarında olan mal qalığının 2094803.49 manat məbləğində müəyyənləşdirilməsinin etibarsız və qanunsuz hesab edilməsini tələb edir. İşə baxan məhkəmə iddianı təmin etməmiş və bu zaman ona əsaslanmışdır ki, iddiaçının iddia tələbinin əsasları vergi orqanı tərəfindən müəyyən edilmiş malmaterialların qalıq sayı və dəyəri ilə bağlı deyil, göstərdiyi digər iki anbarda mal qalığının sayılmamasına söykənir. İddiaçı müəssisə həmin iki anbarın qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınması və həmin anbarlar barəsində vergi orqanına vaxtında məlumat verilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərar üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********0872 saylı qərarından görünür ki, İddiaçı MMC-də pul vəsitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi və malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -operativ vergi nəzarətinin nəticəsi haqqında xx xxxxx 2019-cu il tarixli 009283 saylı aktdan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı vergi ödəyicisinə məxsus pul vəsitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması halları aşkar olunmadı. Vergi ödəyicisinə məxsus anbarlarda alış qiyməti ilə ümumi dəyəri 454456.21 manat dəyəri olan mal (kafel və metlax) siyahıya alınmışdır. Həmin malların VM ilə müəyyən edilmiş qaydada elektron qaimə fakturalar və elektron VHF əsasında əldə edildiyi müəyyən edilmişdir. -2019-cu ilin mart ayında vergi orqanı əməkdaşları və hal şahidlər X2 və X7 tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı MMC-də pul vəsaitinin uçotdan gizlədilməsi və uçota alınmaması hallarına nəzarət edilməsi, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura və ya elektron VHF əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə yoxlama zamanı müəssiənin rəhbəi Hacıyev Rafiq qərarla tanış olmuş , tələbnamənin surətini alsa da, yoxlama ilə bağlı arayış verməkdən, Vergilər Nazirliyinin uçot bazasında olan və digər ünvanlarda yerləşən obyektləri barədə İddiaçı MMC-yə məxsus təsərrüfat subyektləri barədə arayış verməkdən imtina etmişdir. -xx xxxxx 2019-cu il tarixli siyahılardan görünür ki, Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə yerləşən anbarda 454456.21 manat dəyərində, Bakı şəhəri, Lökbatan qəsəbəsi Hebət dəmir yolu stanıyasının cənubu, Lökbatan Xocasən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən anbarda tərtib edilmiş akta əsasən 143966.0 manat, Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2113-cü məhəllə ünvanına yerləşən anbarda tərtib edilmiş akta əsasən 82901.75 manat və Sumqayıt şəhəri, Çerkassı küçəsində anbarda tərtib edilmiş akta əsasən 1413479.53 manat dəyərində mal qalığının olduğu müəyyən edilmişdir. -2 saylı ƏVD tərəfindən iddiaçıya ünvanlanan xx xxxx 2019-cu il tarixli məktubdan məlum olur ki, xx xxx 2019-cu il tarixdə təqdim edilmiş 2019-cu ilin aprel ayı üçn ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Belə ki, vergi ödəyicisi tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 N-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (ƏDV ilə birlikdə ********.58 manat) + YGB məlumatlarına əsasən alınmış mal-materialların (5843666.48 manat) məbləğlərinin (********.06 manat) cəmindən çıxılsın cari ilin müvafiq ayları üzrə təqdim edilmiş bəyannamələrin 305-ci sətrinin C1, B1 və C2, B2 xanalarında əks etdirilmiş məbləğlərin (4753666.78 manat) fərqi ilə keçirilmiş operativ vergi nəzarəti tədbirləri üzrə hesabat dövründə tərtib edilmiş aktda qeyd edilmiş akt üzrə 2094803.49 manat malın yekun məbləği arasında 9967934,79 manat (o cümlədən 1520532,43 manat ƏDV) məbləğində fərq müəyyən edilmişdir. Bununla bağlı kameral vergi yoxlamasının başa çatdırılması üçün vergi ödəyicisindən 5 iş günü ərzində həmin dövr üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi və izahat məktubu təqdim etmək tələb edilmişdir. Cavabdehin müraciətinə cavab olaraq iddiaçı, xx xxx 2019-cu il tarixli məktubla İddiaçı MMC-nin pərakəndə ticarətdən dövriyyəsinin olmadığını, mal-material qalığında yaranan fərqin müəssisəyə qanunsuz olaraq qoyulan məhdudiyyətlərin nəticəsində yarandığını və bu halların 2019-cu ilin mart ayının ƏDV bəyannaməsində dəqiqləşdirilmiş hesabatda öz əksini tapdığını bildirmişdir. 2 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2019-cu il tarixli **********957800 saylı qərarından görünür ki, İddiaçı MMC-yə 2019-cu ilin aprel ayı üçün ƏDV üzrə 1520532.43 manat məbləğində əlavə vergi hesablanmışdır. -“xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin eksperti tərəfindən verilmiş rəydən görünür ki, ”İddiaçı” MMC-də aşkar edilmiş malların (çeşidləri və ayrıayrılıqda qiymətləri göstərilməklə) dəyəri 2130191.5 manat təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin : - 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 36.1-cı maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. -37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. -37.4-cü maddəsinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək və qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması vəödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicilərinini vəzifəsi kimi müəyyən edilmişdir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi Məcəlləsinin 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Göstərilən Məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara Göstərilən Məcəllənin 67.1, 67.1.1, 67.1.3, 67.1.6 və 67.1.9-cu maddələrinə əasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi, vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanları ödənilməli olan verginin məbləğini vergi yoxlaması materiallarından və vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələrindən istifadə etməklə hesablaya bilər. Hazırki iş üzrə iddiaçı iddia edir ki, iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində göstərilmiş mal və materialların qalıq məbləği ilə keçirilmiş operativ vergi orqanın tərtib etdiyi aktlar üzrə müəyyən olunmuş mal qalığı məbləğləri arasında fərqin yaranmasının səbəbi vergi orqanı tərəfindən ona məxsus olan iki anbarda yoxlanış keçirilməməsi olmuşdur. Belə ki, malların bir qismi həmin anbarda olduğundan vergi orqanı tərəfindən müəyyən olunmuş mal qalıqlarının məbləği olduğundan az göstərilmişdir. Cavabdeh tərəfindən həmin anbarlarda olan malların sayılmamasını isə əsassız və qanunsuz hesab edir. Cavabdeh vergi orqanı yaranmış uyğunsuzluqla əlaqədar zəruri sənədləri, izahatı və dəqiqləşmiş bəyannaməni təqdim etməyi tələb etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixdə vergi orqanına məktub göndərsə də, tələb olunan sənədləri göndərməmişdir. Məhkəmə kollegiyası tərəfindən həyata keçirilən araşdırma zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən qeyd edilən anbarlar qanunvericiliklə müəyyən olunmuş qaydada qeydə alınmamışdır. Belə ki, anbarlar yalnız icarə müqaviləsi əsasında hüquqi şəxsə icarəyə verilmişdir. Digər tərəfdən məhkəməyə məlum olmuşdur ki, həmin anbarlar vergi orqanında başqa şəxsin adına uçota alınmışdır. İddaçı məhkəməyə təqdim etdiyi apellyasiya şikayətində də vurğulamışdır ki, icarədarın müqavilələri icarədarın qeydiyyat kodu mövcud olmadığı üçün elektron qaydada qeydiyyatdan keçirilməsi mümkün olmamışdır. Eyni zamanda, iddiaçı qeyd etdiyi anbarlarda olan malların ona məxsus olmasını iddia etsə də, bunu dair hər hansı təsdiqedici sənədi də məhkəməyə təqdim edə bilməmişdir. Bundan savayı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təqdim etdiyi ƏDV bəyannaməsində göstərilən malların bir qisminin satılmadığını iddia etsə də, bununla bağlı təsdiqedici sübutları, yəni mal qalığına dair ilkin uçot sənədlərini məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının göstərdiyi dəlillər, yəni operativ vergi nəzarətinin nəticələrinə görə aktın sonradan tərtib edilməsi, aktda tarixin göstərilməməsi və s. kimi hallar formal xarakterlidir və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı mübahisədə cavabdeh mübahisələndirilən qərarının qəbul edilməsini zəruri edən faktiki halları sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin tələblərinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər isə əsassız olduğu üçün qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)- 1267/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar