Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-15/2024 09.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X3 ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə1, Nümayəndə2 və Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı “yerin təkindən istifadə hüququnun ləğv edilməsi barədə qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(118)-222/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Quba rayon İcra Hakimiyyəti Başçısının 11 may 2017-ci il tarixli, 73 nömrəli sərəncamı ilə Qudyalçay yatağından 15,0 ha torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 oktyabr 2018-ci il tarixli, 01093 nömrəli “Dağ mədən ayırması” aktı ilə İddiaçı Qudyalçay yatağından 15,0 ha torpaq sahəsində yer təki sahəsindən istifadə hüququ verilmişdir. X12 X4 əməkdaşları tərəfindən İddiaçı fəaliyyət göstərdiyi əraziyə baxış keçirilmiş və baxış zamanı ona ayrılmış sahənin hüdudlarından kənarda qum-çınqıl hasil edildiyi aşkar edilmiş və bu barədə 28 oktyabr 2020-ci il tarixli akt tərtib edilmişdir. Daha sonra X10 14 dekabr 2020-ci il tarixli, 14/20 nömrəli qərarı ilə 10 oktyabr 2018ci il tarixli, 01093 nömrəli “Dağ mədən ayırması” aktı ilə İddiaçı ayrılmış yer təki sahəsindən istifadə hüququ icazə şərtlərinin və yerin təkindən istifadə qayda və normativlərinin pozulmasına görə 3 ay müddətinə dayandırılmışdır. X12 X4 27 may 2021-ci il tarixli, 73 nömrəli qərarına əsasən 10 oktyabr 2018-ci il tarixli, 01093 nömrəli “Dağ mədən ayırması” aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə bu qərar imzalandığı gündən ləğv edilmişdir. İddiaçı ərizə ilə X12 X5 müraciət edərək, 10 oktyabr 2018-ci il tarixli, 01093 nömrəli “Dağ mədən ayırması” aktı ilə ona ayrılmış yer təki sahəsindən istifadə hüququnun bərpa edilməsini xahiş etmişdir. Agentlik 28 yanvar 2021-ci il tarixli, 19/Z-014 nömrəli məktubu ilə İddiaçı müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim etdiyi markşeyder planı müvafiq qaydada təsdiq olunmamışdır. İstismar işləri apardığı sahəyə baxış zamanı müvafiq icazə sənədi ilə ayrılmış sahədən kənarda fəaliyyət göstərdiyi müəyyən olunmuş, bu barədə akt tərtib edilmişdir. Ayrılmış sahədə qonşu istismarçılar tərəfindən hasilatın aparılması məsələsinin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Eyni zamanda, ayrılmış sahədən kənarda aparılmış hasilat nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi məqsədilə aidiyyəti üzrə regional vergi xidmətinə müraciət etməlidir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin yerin təkindən istifadə hüququnun ləğv edilməsi barədə 27 may 2021-ci il tarixli, 73 nömrəli qərarının etibarsız hesab edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin yerin təkindən istifadə hüququnun ləğv edilməsi barədə 27 may 2021-ci il tarixli, 73 nömrəli qərarı qanunsuzdur. Belə ki, qeyd olunan məsələlərin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 06 mart 2020-ci il tarixli Fərmanı ilə X7 dövlət balansının aparılması qaydaları təsdiq edilmişdir. Qaydaların tələblərindən göründüyü kimi faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan istifadəçilər tərəfindən törədilmiş bütün pozuntular Azərbaycan Respublikası Energetika Nazirliyinin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş aktlar əsasında müəyyənləşdirilir. xx.xx.2020-ci il tarixdə Agentliyə müraciət edərək bildirmişdir ki, cari ilin əvvəllərində ETSN-nin mütəxəsissləri və yerli Ekologiya idarəsinin mütəxəsissləri ilə müvafiq DMAA ilə ona ayrılmış əraziyə baxış keçirilmiş müvafiq aktlar tərtib olunmuş, həmçinin, qanuna müvafiq qaydada 5GK ödənilmiş və inkişaf planı tərtib olunmuşdur. Eləcə də ilin əvəllərində karxananın təmirinə başlanmış, mövcud pandemiya şəraitində karxananın yeni avadanlıqlarının çatdırılmasında ləngimələr yarandığına görə təmir işləri də başa çatdırılmamışdır. Bu vəziyyəti təsdiq edən fotoşəkillər vardır, həmçinin, agentliyin əməkdaşları da vəziyyətin əyani şahidi olmuşlar. İddiaçının müraciətinə cavab olaraq agentliyin xx.xx.2021-ci il tarixli 19/Z-014 saylı məktubu və həmin məktuba əlavə olunmuş arayışla ona bildirilmişdir ki, 488.400 m3 qanunsuz hasilat aparılması faktı qanuni əsaslarla müəyyən edilmişdir. Qeyd edir ki, 1 il ərzində 488.400 m3 hasilatın aparılması real olmamaqla praktiki cəhətdən mümkün deyildir. Qudyalçayda yaz və payız aylarında çoxlu sayda sellər müşahidə olunur. Bunun nəticəsində çoxlu sayda yarğanlar əmələ gəlir. Bütün bunları nəzərə alaraq çayın həmin nöqtəsi sağ və sol kənarlarından yox, çaylağın daxilindən nəzərə alınmalıdır. Bununla bərabər Agentliyə vergi bəyannaməsini və istifadə olunmuş elektrik enerjisinin ödəmələrinin surətlərini təqdim etmişdir. 1 il ərzində 3.679,2 manat elektrik enerjisindən istifadə olunmuşdursa, 488.400 m3 həcmində hasilat heç bir reallığa uyğun deyil. Çünki xx.xx.2020-ci il üzrə X7 064 nömrəli balans hesabatında xx.xx.2020-ci ilə olan qalıq ehtiyat 496,000 m3 göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2-1(112)-7740/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X12 X4 27 may 2021-ci il tarixli, 73 nömrəli yerin təkindən istifadə hüququnun ləğv edilməsi barədə qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz edərək qeyd etmişdir ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi çərçivəsində çay hövzələrində yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və gücləndirilməsi nəzərdə tutulmuşdur. Sözügedən tədbirlər çərçivəsində Quba rayonu ərazisində çay hövzələrində yerləşən qum-çınqıl karxanalarına baxış keçirilən zaman “Qudyalçay” qum-çınqıl yatağında iddiaçının istifadəsinə verilmiş yer təki sahəsinin hüdudlarından kənarda 13.2 ha sahədə orta istismar dərinliyi 3.7 metr olmaqla 488 400 m3 həcmində qum-çınqıl qarışığı hasil edildiyi müəyyən edilmişdir. Baxışın nəticələrinə uyğun olaraq tərtib edilmiş 00013 nömrəli akt vətəndaşın nümayəndəsi T.İddiaçı tərəfindən imzalanmışdır. Baxışın nəticəsinə uyğun olaraq 10 oktyabr 2018-ci il tarixli 01093 nömrəli “Dağ-mədən ayırması” aktı ilə iddiaçıya ayrılmış yer təki sahəsindən istifadə hüququ icazə şərtlərinin və yerin təkindən istifadə qayda və normativlərinin pozulmasına görə X12 X4 İdarə Heyətinin 14/20 nömrəli Qərarı ilə 3 ay müddətinə dayandırılmışdır. İcazənin dayandırıldığı müddət bitənədək aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədi ilə məcburi göstərişlər verilmişdir. İddiaçı tərəfindən yer təkindən istifadə hüququnun dayandırılmasına əsas olan hallar aradan qaldırılmadığından və dövlətə dəymiş maddi ziyan ödənilmədiyindən “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ (Dağ-mədən ayırması aktı) X10 27 may 2021-ci il tarixli 73 nömrəli qərarı ilə ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(118)-222/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdehin qərarda göstərdiyi dəlillərin yoxlanılması üçün məhkəmə tərəfindən məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekpsertizanın rəyi ilə iddiaçının həqiqətən də 15,0 ha torpaq sahəsindən kənarda 0,35 ha sahədə hasilat aparıldığı və təqdim olunan torpaq sahəsində aparılan hasilatın (istismarın) dərinliyi müxtəlif olmaqla 1, 2 və 3 metr arasında dəyişməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş 18/32 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ona ayrılmış qum - çınqıl sahəsi Quba rayonu ərazisində, Qudyalçayın vadisində, Dəlləkli (Petropavlovka) qum — çınqıl yatağının hüdudları daxilində yerləşir. Yatağın istismar dərinliyi dağ- mədən ayırmasına əsasən 5 m qədər nəzərdə tutulmuşdur. Əraziyə baxış keçirən zaman ilkin olaraq sahənin künc nöqtələri dəqiqləşdirilmiş, yataq ərazisində ayrılmış 15.0 ha qum-çınqıl sahəsini ilkin ehtiyatı 750 min m3 olmuşdur. Oktyabr 2018 - ci il tarixinə yatağın qalıq ehtiyatı 500 min m3 təşkil etmiş, 15.0 ha qum - çınqıl sahəsinin şərq və şimal - şərq hissəsində oktyabr 2018-ci il tarixinə qədər əvvəlki istismarçı tərəfindən sahənin daxilindən 6 ha ərazidə 2 - 5.0 m dərinliyə qədər dərinliyə, ümumilikdə, 250 min m3 istismar olunmuşdur. Fiziki şəxsə ayrılmış 15.0 ha qum - çınqıl sahəsindən kənarda fiziki şəxs İddiaçı tərəfindən istismar işləri aparılmamışdır. xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilə qədər fiziki şəxs İddiaçı tərəfindən ona ayrılmış sahənin 3 nömrəli mərz nöqtəsindən cənub hissəsinə doğru 5000 m3 yaxın istismar işi aparılmışdır. Ərazinin qərb və cənub cinahlarının 9.0 hektarında ümumiyyətlə istismar işləri aparılmamışdır. Sahənin qalıq ehtiyyatı 495 min m3 yaxın təşkil edir. Bununla belə iş üzrə təyin edilmiş məhkəmə-tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/3709 saylı ekspert rəyində isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinin mütəxəssis rəyinə əsaslanaraq, 10 oktyabr 2018-ci il tarixli 01093 nömrəli “Dağ mədən ayrılması” aktı ilə iddiaçının istifadəsinə verilmiş 15,0 ha torpaq sahəsindən kənarda 0,35 ha sahədə, 15,0 ha torpaq sahəsinin daxilində (şərq tərəfindən üç hissədən ibarət olmaqla) 3,73 ha sahədə hasilat aparıldığı müəyyən edilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, təqdim olunan torpaq sahəsində aparılan hasilatın (istismarın) dərinliyi müxtəlif olmaqla 1, 2 və 3 metr arasında dəyişir. Göründüyü kimi iş üzrə təyin edilmiş məhkəmə-tikinti-texniki ekspertizasının rəyi və Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi biri-birini təkzib etdiyi halda, işə baxan məhkəmə ekspert rəyinə əsaslanaraq qərar qəbul etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi tərəfindən 2022-ci ilin fevral ayında araşdırma aparılan zaman Quba rayonu, Qudyalçayın vadisində, istifadəsinə ayrılmış qum — çınqıl yatağında qum-çınqıl hasilatı ilə əlaqədar heç bir fəaliyyət olmamış, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-tikinti-texniki ekspertizasının ekspert rəyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinin mütəxəssis rəyinə əsaslanmaqla, mütəxəssislər tərəfindən araşdırma aparılan zaman isə həmin ərazidə artıq “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” nin əməkdaşları tərəfindən qum-çınqıl hasilatının aparıldığı aşkar edilmişdir. Bu faktı sübut edən video-disk və fotoşəkillər tərəfindən iş materiallarına da əlavə edilmişdir. Göründüyü kimi yerin təkindən istifadədə və onun mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmama, yataqayırma hüdudundan kənara çıxılmaqla faydalı qazıntılar çıxarılma barədə iş materiallarında mötəbər sübut əlavə edilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı onun hüquqlarının pozulması ilə nəticələnmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçının fəaliyyət göstərdiyi ərazidə cavabdeh tərəfindən aparılmış yoxlama (monitorinq) sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Belə ki, tərəflərindən iddiaçının sahibkarlıq fəaliyyəti deyil, qum-çınqıl yatağının istismar vəziyyəti, aparılan hasilat və s. yoxlanılmışdır. Bu baxımdan, yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdilər. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 59. Azad sahibkarlıq hüququ İ. Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Yerin təkindən istifadə hüququnun dayandırılması, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydası Yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur; 1.1.3. yoxlayıcı orqan - qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanı və ya publik hüquqi şəxslər; (-) Maddə 2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. 13.5. Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”: 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “İnzibati icraat haqqında” Qanun: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin faktiki hallarından görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının sahibkarlıq fəaliyyəti həyata keçirdiyi əraziyə baxış keçirilmiş və monitorinq zamanı həm “Dağ-mədən ayırması aktı” üzrə iddiaçıya verilmiş torpaq sahəsinin hüdudları daxilində, həm də onun xaricində istismar işlərinin aparıldığı, daxilində sahəsi 6,0 ha orta istismar dərinliyi 3,7 metr olmaqla, 222.000 m3 sahədə hasilat aparıldığı, xaricində isə sahəsi 13,2 ha orta istismar dərinliyi 3,7 metr olmaqla, 488.400 m3 sahədə hasilat aparıldığı, iddiaçının 2 il müddətinə yaxın ərazidə fəaliyyət göstərmədiyi müəyyən edilmiş və bu barədə 28 oktyabr 2020-ci il tarixli akt tərtib edilmişdir. Məhz həmin aktda qeyd olunan hallar əsasında cavabdehin 14 dekabr 2020-ci il tarixli, 14/20 nömrəli qərarı ilə iddiaçıya ayrılmış yer təki sahəsindən istifadə hüququ 3 ay müddətinə dayandırılmış, daha sonra 27 may 2021-ci il tarixli, 73 nömrəli qərarla bu hüquq ləğv edilmişdir. Həmçinin işdən görünür ki, 10 oktyabr 2018-ci il tarixli 01093 nömrəli “Dağ-mədən ayırması” aktı ilə iddiaçıya ayrılmış yer təki sahəsindən istifadə ilə bağlı qanunvericiliyin tələblərinin pozulması və həmin torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 4,68 ha torpaq sahəsindən qanunsuz hasilatla bağlı iddiaçının atası X8 barəsində cinayət işi başlanmış, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(124)- 304/2023 nömrəli hökmü ilə X8 Azərbaycan Respublikası CM-nin 188.4.2, 247 və 308.2-ci maddələri ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən ona icazə verilmiş sahədən kənarda hasilatın aparılıb-aparılmamasının müəyyən edilməsi ilə əlaqədar iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 sentyabr 2022-ci il tarixli, 10/3079 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, 10 oktyabr 2018ci il tarixli 01093 nömrəli “Dağ-mədən ayrılması” aktı ilə iddiaçının istifadəsinə verilmiş 15,0 ha torpaq sahəsindən kənarda 0,35 ha sahədə, 15,0 ha torpaq sahəsinin daxilində (şərq tərəfindən üç hissədən ibarət olmaqla) 3,73 ha sahədə hasilat aparıldığı müəyyən edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, təqdim olunan torpaq sahəsində aparılan hasilatın (istismarın) dərinliyi müxtəlif olmaqla 1, 2 və 3 metr arasında dəyişir. Birinci instansiya məhkəməsi qeyd olunan ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmiş halları – iddiaçı tərəfindən ona icazə verilmiş sahədən kənarda hasilat işlərinin aparıldığını müəyyən edildiyini qeyd edərək iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İşin hallarından müəyyən olunur ki, iddiaçının yerin təkindən istifadə hüququnun dayandırılması və ləğv edilməsi ilə əlaqədar qərarlar məhz 28 oktyabr 2020-ci tarixli akt əsasında qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, sahibkarlıq sahəsində aparılan istənilən yoxlama “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” nin müddəalarına riayət edilməklə aparılmalıdır. Belə ki, sadalanan normativ–hüquqi aktların yuxarıda istinad edilən normalarında hər hansı istisna olmadan, imperativ şəkildə, bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir. Qeyd edilməlidir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, suiistifadələrin qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də, əgər hər hansı bir yoxlamanın nəticəsində sahibkarlıq fəaliyyətini həyata keçirən subyektə məsuliyyət tədbiri tətbiq olunursa, həmin yoxlama mütləq qaydada vahid məlumat reyestrində qeydə alınmalıdır. Qanunverciliyin bu tənzimləməsi imperativ xarakter daşıyır. Vahid məlumat reyestrində qeydə alınmadan yerlərdə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Hazırkı işdən isə görünür ki, iddiaçıya ayrılmış yer təki sahəsinə onun tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin müəyyən edilməsi ilə əlaqədar cavabdeh tərəfindən 2020-ci ilin oktyabr ayında aparılmış yoxlama (monitorinq) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bununla bağlı izahatında bildirmişdir ki, tərəflərindən iddiaçının sahibkarlıq fəaliyyəti deyil, yalnız qumçınqıl yatağının istismar vəziyyəti, aparılan hasilat və s. yoxlanıldığından onun fəaliyyət göstərdiyi ərazidə cavabdeh tərəfindən aparılmış yoxlama (monitorinq) sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Göründüyü kimi cavabdehin mövqeyi ondan ibarətdir ki, agentlik tərəfindən iddiaçının sahibkarlıq fəaliyyəti yoxlanmamış, yalnız yerin təkinin vəziyyəti yoxlanmışdır. Kollegiya cavabdehin həmin mövqeyini əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəfindən monitorinqin iddiaçının istifadəsində olan ərazinin hüdudları daxilində aparılması və yerin təkindən istifadənin qadağan edilməsi sahibkarlıq fəaliyyətinə birbaşa təsir edən amildir. Çünki iddiaçı yerin təkindən istifadə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirmiş və mənfəət əldə etmişdir. Sahibkarlıq sahəsində aparılan istənilən yoxlama nəticəsində qəbul edilən qərarlar isə yalnız yuxarıda qeyd edildiyi kimi yoxlamanın özünün reyestrdə qeydə alındığı halda məsuliyyət yaradır. Həmçinin, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarında formalaşmış məhkəmə təcrübəsini diqqətə çatdırmağı zəruri hesab edir. Belə ki, kassasiya instansiya məhkəməsinin icraatında olmuş 2-1(102)-2332/2023 nömrəli analoji - yerin təkindən istifadə hüququnun ləğv edilməsi barədə əmrin ləğvi tələbinə dair işdən görünür ki, həmin iş üzrə də cavabdeh X12 X6 tərəfindən iddiaçı MMC-nin sahibkarlıq fəaliyyətinin yoxlanılması zamanı istifadəyə icazə verilən ərazidən kənarda qum-çınqıl qarışığının hasil edilməsi faktı əsasında onun yerin təkindən istifadə hüququnun dayandırılması və daha sonra ləğv edilməsi barədə qərar qəbul edilmiş, yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparıldığından kassasiya instansiya məhkəməsi yoxlama nəticəsində qəbul edilmiş mübahisələndirilən əmrin qanunsuz olduğu qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama reyestrdə qeydə alınmadan aparıldığından sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Ona görə də, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və bu yoxlama nəticəsində qəbul edilmiş iddiaçının yerin təkindən istifadə hüququnun ləğv edilməsi barədə 27 may 2021-ci il tarixli, 73 nömrəli qərarla onun barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya münasibətdə qanunsuz və əlverişsiz inzibati akt qəbul edilmişdir. Belə inzibati akt isə “İnzibati icraat haqqında” Qanunun 67.3cü maddəsinin tələbi baxımından hər bir halda ləğv olunmalıdır. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(118)-222/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı yerin təkindən istifadə hüququnun ləğv edilməsi barədə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 X4 27 may 2021-ci il tarixli, 73 nömrəli qərarı ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.