Məhkəmə qərarları › İş №2-1(105)-150/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-150/2024

26.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-150/2024 26.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X4 və X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi, hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin N4 avqust N0N3-cü il tarixli, N-1(118)-807/N0N3 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.N016-cı il tarixli, N785 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” yə əsasən onun “Müştərək travma (xx.xx.N015). Keçirilmiş qapalı kəllə-beyin və fəqərə sütunu travması. Sağ Vİ, Vİİ, Vİİİ, X qabırğaların yerdəyişən sınığından sonrakı bitişmə. L1 fəqərə cisminin kompression fəsadlaşmış, qapalı sınığına görə aparılmış TH11-Th1N-LN fəqərələrin transpedikulyar çıxarılmamış metal konstruksiya ilə fiksasiyası (xx.xx.N015) cərrahiyyə əməliyyatından sonrakı çanaq üzvləri funksiyalarının ləngimə tipli pozulması: Neyrogen (spinal) sidik kisəsi, xroniki sidik ləngiməsi, xroniki spastik kolit şəklində. LN-L3-L4-L5 fəqərələrinin spondilolistezi. Ağrı sindromu ilə” diaqnozu “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilmişdir. İddiaçı ilk dəfə xx.xx.N017-ci il tarixində TSEK-də müayinədən keçmiş və ona “Müştərək travma (xx.xx.N015). Keçirilmiş qapalı kəllə-beyin və fəqərə sütunu travması. Sağ Vİ, Vİİ, Vİİİ, X qabırğaların yerdəyişən sınığından sonrakı bitişmə. L1 fəqərə cisminin kompression fəsadlaşmış, qapalı sınığına görə aparılmış TH11-Th1N-LN fəqərələrin transpedikulyar çıxarılmamış metal konstruksiya ilə fiksasiyası (xx.xx.N015) cərrahiyyə əməliyyatından sonrakı çanaq üzvləri funksiyalarının ləngimə tipli pozulması: Neyrogen (spinal) sidik kisəsi, xroniki sidik ləngiməsi. LN-L5 fəqərə spondilolistezi ağrı ilə” diaqnozu ilə beş il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra İddiaçı barəsində Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.N0NN-ci il tarixli, 0N44003AAQKP nömrəli göndəriş tərtib edilmişdir. Həmin göndərişə əsasən, İddiaçı son 1 il ərzində - xx.xx.N0N1-ci il və xx.xx.N0NN-ci il tarixlərində XBT 10 T91.3 kodlu xəstəliklə ambulator müayinədə, xx.xx.N0N1-ci il tarixdən xx.xx.N0N1-ci il tarixədək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında T91.3 kodlu, xx.xx.N0NN-ci il tarixdə Bakı Respublika Neyrocərrahlıq Xəstəxanasında T91.3 kodlu xəstəliklə stasionar müalicədə olmuşdur. TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu: XBT 10 T91.3 “Onurğa beyni travmasının nəticələri L1 fəqərəsinin kompression qəlpəli fəsadlaşmış sınığına görə qapalı onurğa travmasının nəticələri”, ağırlaşmaları: N31.8 “Sidik kisəsinin digər sinir-əzələ disfunksiyaları neyrogen sidik kisəsi”, R33 “Sidik ifrazının ləngiməsi xroniki sidik ləngiməsi parodoksal işuriya”, Z96.8 “Digər dəqiqləşdirilmiş funksional implantın olması Th11-Th1N-LN fəqəqlərinin transpedikulyar fiksasiyası əməliyyatından sonrakı hal çıxarılmamış metal konstruksiya ilə”, G95.8 “Onurğa beyninin digər dəqiqləşdirilməmiş xəstəlikləri, çanaq orqanları funksiyasının ləngimə tip pozulması” qeyd edilmişdir. Həmin göndəriş TSEK-də xx.xx.N0NN-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Sözügedən imtina qərarından İddiaçı tərəfindən verilmiş şikayətlə əlaqədar xx.xx.N0NN-ci il tarixdə onun əlavə əyani müayinəsi həyata keçirilmiş və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və XN Sosial Ekspert Komissiyası tərəfindən 07 sentyabr N0NN-ci il tarixli, **********N nömrəli qərar qəbul edilmişdir. Qərarın N9-cu bəndində qeyd edilmişdir ki, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sidik saxlaya bilməməsindən, qəbizlikdən şikayətlənmiş, nevroloji statusunda ocaqlı patologiya aşkar edilməmiş, ətraflarda iflic, parez müəyyən olunmamışdır. Anamnestik məlumatlarda sidiyin saxlaya bilməməsini ifadə etsə də, sistostomanın, kateterizasiyanın olmaması müəyyən edilmiş, əyani baxış zamanı “pampersdən” istifadə etməmişdir. Təqdim edilmiş Akademik M.C.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxananın xx.xx.N0NN-ci il tarixli səhhətin müayinə aktında diaqnoz “Neyroqen sidik kisəsi. Xroniki sidik ləngiməsi ilə” kimi müəyyən olunsa da, əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə, AR Nazirlər Kabinetinin 30 dekabr N015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.N0NN-ci il tarixli Tibbi Sosial Ekspert Komissiyasının imtina barədə qərarının qanunsuz hesab edilməsi və İİ qrup əlillik dərəcəsinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N010-cu il tarixdən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində xidmət keçmişdir. xx.xx.N015ci il tarixdə xidmətdə olarkən avtoqəza nəticəsində qapalı kəllə beyin travması kəllənin təpə nayihəsinin, sağ said-dirsək oynağı nahiyələrinin əzilmiş cırılmış nahiyələrinin geniş həcmli hematoması və yumşaq toxumaların əzilməsi, döş qəfəsinin qapalı küt travması, heprnevmotoraks, L1 bel qəfəsinin kompression sınığı və digər taravmalarla xəstəxanaya yerləşdirilmişdir. "Th11, Th1NLN fəqərələrin transpedukulyar fiksasiyası” cərrahiyyə əməliyatına məruz qalmışdır. Aparılmış əməliyyatdan sonra onurğa sütununun L1 bel fəqərəsinin qapalı kompression fəsadlaşmış sınığına görə çıxarılmamış metal konstruksiyası ilə yaşamaq məcburiyyətində qalmışdır. xx.xx.N016-cı il tarixli Hərbi Həkim Komissiyasının xəstəlik haqqında N785 nömrəli (şəhadətnaməsi) qərarı ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab olunmuşdur. Cavabdeh orqanın qərarı ilə xx.xx.N017-ci il tarixdən N0NN-ci ilədək ikinci qrup əlil hesab edilmişdir. xx.xx.N0NN-ci il tarixli Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Cavabdehin imtinasını qanunsuz hesab edir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.N017-ci il tarixli göndərişi əsasında baxılmış və “S06 Kəllədaxili travma, Müştərək travma (xx.xx.N015). Keçirilmiş qapalı kəllə-beyin və fəqərə sütunu travması. Sağ Vİ, Vİİ, Vİİİ, X qabırğaların yerdəyişən sınığından sonrakı bitişmə. L1 fəqərə cisminin kompression fəsadlaşmış, qapalı sınığına görə aparılmış TH11-Th1N-LN fəqərələrin transpedikulyar çıxarılmamış metal konstruksiya ilə fiksasiyası (xx.xx.N015) cərrahiyyə əməliyyatından sonrakı çanaq üzvləri funksiyalarının ləngimə tipli pozulması: Neyrogen (spinal) sidik kisəsi, xroniki sidik ləngiməsi. LN-L5 fəq. spondilolistezi. Ağrı ilə” diaqnozu ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.N0NN-ci il tarixli göndərişi əsasında baxılmış və iddiaçıya diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina cavabı verilmişdir. Daha sonra iddiaçının əlavə əyani müayinəsi aparılmış və müayinə zamanı əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə, AR Nazirlər Kabinetinin 30 dekabr N015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Bundan əlavə, iddiaçının əlillik vəziyyətinə xx.xx.N0NN-ci il tarixdə imtina verilsə də, o, N0NN-ci ilin oktyabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdeh orqanın N4 mart N0NN-ci il tarixli imtinası əsasında qəbul edilmiş 07 sentyabr N0NN-ci il tarixli, **********N nömrəli qərarının ləğv edilməsi, ona hərbi xidmət dövrü ilə əlaqədar 14 mart N0NN-ci il tarixdən (Quba rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında) ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin N4 avqust N0N3-cü il tarixli, N-1(118)-807/N0N3 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin N4 mart N0NN-ci il tarixli imtinası əsasında qəbul edilmiş 07 sentyabr N0NN-ci il tarixli, **********N nömrəli qərar ləğv edilmiş, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar, ikinci qrup əlillik dərəcəsinin 14 mart N0NN-ci il tarixindən (Quba rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında) təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı alınmış ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvəllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. İddiaçı ona 14 mart N0NN-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçıya əlilliyin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Hesab edir ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (göndərişin tərtib olunduğu tarixdə qüvvədə olan redaksiyası): Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.N. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.N. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr N015-ci il tarixli, 595 nömrəli Fərmanı: (-)

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; (-)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin N015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may N0NN-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (-) 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.N. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.N. xüsusi səbəblərdən: 1.5.N.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.N.N. 1990-cı ilin N0 Yanvar hadisələri ilə əlaqədar; 1.5.N.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.N.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. (-) 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0NN-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. (-) N.N. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: N.N.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları: N. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; N.N.N. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; N.N.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; N.N.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; N.N.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı: İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; N.N.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı: İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; N.N.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı: İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı; (-)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0N0-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.N-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. N.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0N0-ci il 16 yanvar tarixli, 1N nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 1N (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) N.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. N.N-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. N.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.N və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinasının səbəbi diaqnozda əlillik əlamətinin müəyyən edilməməsi olmuşdur. Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş 0N44003AAQKP nömrəli göndərişə əsasən onda əsas diaqnoz XBT10 T91.3 “Onurğa beyni travmasının nəticələri L1 fəqərəsinin kompression qəlpəli fəsadlaşmış sınığına görə qapalı onurğa travmasının nəticələri”, ağırlaşmaları N31.8 “Sidik kisəsinin digər sinirəzələ disfunksiyaları neyrogen sidik kisəsi”, R33 “Sidik ifrazının ləngiməsi xroniki sidik ləngiməsi parodoksal işuriya”, Z96.8 “Digər dəqiqləşdirilmiş funksional implantın olması Th11-Th1N-LN fəqəqlərinin transpedikulyar fiksasiyası əməliyyatından sonrakı hal çıxarılmamış metal konstruksiya ilə”, G95.8 kodlu “Onurğa beyninin digər dəqiqləşdirilməmiş xəstəlikləri, çanaq orqanları funksiyasının ləngimə tip pozulması” xəstəlikləri mövcuddur. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsinə həvalə edilmişdir. Publik hüquqi şəxs tərəfindən verilmiş N7 mart N0N3-cü il tarixli, T 167/N0N3 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının müayinəsi nəticəsində müəyyən edilmişdir ki, 0N44003AAQKP nömrəli göndərişdə qeyd edilmiş “Onurğa beyni travmasının nəticələri, L1 fəqərəsinin fəsadlaşmış sınığına görə qəlpəli onurğa travmasının nəticələri. Th11-Th1N-LN fəqərələrinin transpedikulyar fiksasiyası əməliyyatından sonrakı hal. Çıxarılmamış metal konstruksiya ilə. Çanaq orqanları funksiyasının ləngimə tip pozulması, neyrogen sidik kisəsi, xroniki sidik ləngiməsi, parodoksal işuriya” diaqnozu N017-ci ildə iddiaçıya əlillik təyin edilərkən müəyyən edilmiş diaqnozla eynilik təşkil etsə də, hazırda xəstəliyin əlamətləri həmin illə müqayisədə daha da yüngülləşmiş, diaqnozun tərtibi zamanı konkret olaraq xəstənin subyektiv şikayətlərinə əsaslanılmışdır. Qeyd edilən xəstəliklərlə əlaqədar xəstələrin tam sağalıb-sağalmaması haqqında birmənalı fikir söyləmək mümkün deyildir, lakin vaxtaşırı idman müalicə tədbirləri əsas xəstəliyin və onun ağırlaşmalarının yüngülləşməsi ilə nəticələnə bilir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı isə məhkəmə kollegiyasının N9 noyabr N0N3-cü il tarixli qərardadı ilə iddiaçının əyani müayinəsinin aparılaraq əlillik vəziyyətinin qiymətləndirilməsi üçün cavabdehə bir aylıq müddət təyin edilmişdir. Məhkəmə qərardadının icrası nəticəsində cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək diaqnozun əlillik əlaməti təyin etməməsi barədə N7 fevral N0N4-cü il tarixli, 3-17-4/3-3-1517/N0N4 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, fəqərə zədələnməsinə müvafiq olaraq xəstədə sidik saxlamama olmalı idi ki, bunun əksinə olaraq ixtisaslaşmış tibb müəssisəsinin tibbi rəyində və DTSERA-da aparılmış USM müayinəsinin nəticəsinə əsasən qalıq sidik aşkarlanmış, klinik əlamətlər ilə tibbi sənədlər arasında uyğunsuzluq müəyyən edilmiş, ekspertiza zamanı obyektiv müayinə və vətəndaşın verdiyi anamnestik məlumatlara əsasən hal-hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə, AR Nazirlər Kabinetinin 13 may N0NN-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddiaçının əyani müayinəsini aparan həkim-ekspert X8 məhkəmə kollegiyasının iclasında izahatında bildirmişdir ki, hazırda iddiaçıda XBT10 T91 kodlu xəstəlik müşahidə edilir, çünki, o boyundan və gövdə nahiyəsindən travma almışdır. Onurğa sütununun böyük hissələrinin hərəkətsizliyi 6-7 fəqərənin hərəkətsiz vəziyyətdə olmasıdır, hansı ki, əyilib nəsə götürməyə maneə olur. İddiaçıda isə kompression sınıq olan hissədə 4 fəqərə bərkidilmişdir, bu da hərəkət məhdudiyyəti vermir. Müayinənin nəticələrinə dair cavabdeh tərəfindən məhkəməyə təqdim edilən qərardan, eləcə də müayinəni aparan həkim-ekspert X6 məhkəmə iclasında izahatından iddiaçıda nömrəli göndərişdə əsas diaqnoz T91.3, onun ağırlaşmaları N31.8, R33, Z96.8 və G95.8 kodlu xəstəliklərdən konkret olaraq hansının aşkar edilib-edilmədiyini, eləcə də aşkar edilən xəstəliklərin qanunvericiliyin tələbinə müvafiq olaraq əliliyin təyininə əsas olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Qeyd edilən səbəbdən, habelə, birinci instansiya məhkəməsində icraat zamanı verilmiş ekspert rəyində ekspert qarşısında qoyulmuş suallar tam və dolğun cavablandırılmadığından kollegiya tərəfindən iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsi tərəfindən verilmiş ilkin ekspert rəyi ilə eyni məzmunlu NN may N0N4-cü il tarixli, T 301/N0N4 nömrəli rəy verilmiş və rəydə əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının məhkəmə-tibbi müayinəsi zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmiş və onun xx.xx.N0N4-cü il tarixdə mütəxəssislər tərəfindən müayinəsi zamanı “Onurğanın birinci fəqərəsinin sınığına görə aparılmış transpedikulyar vintlərlə fiksasiya cərrahi əməliyyatından sonrakı vəziyyət. Üçüncü dərəcəli torakal hiperkifoz. Lomber hiperlordoz. Ağrı sindromu ilə” diaqnozu qoyulmuşdur. Beləliklə, sadalanan sübutlar məcmusunun qarşılıqlı təhlilindən (ekspert rəyləri, o cümlədən, həkim-ekspertin izahatı) müəyyən edilir ki, hazırda iddiaçıda 0N44003AAQKP nömrəli göndərişdə qeyd edilən T91.3 kodlu əsas diaqnoz “Onurğa beyni travmasının nəticələri L1 fəqərəsinin kompression qəlpəli fəsadlaşmış sınığına görə qapalı onurğa travmasının nəticələri” və onun ağırlaşmaları mövcuddur. Xəstəliklərin səbəbli əlaqəsinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.N016-cı il tarixli, N785 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” də adıçəkilən xəstəliklər “Travmadır, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə göstərilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıya qoyulmuş diaqnozun əlillik təyini üçün əsas verməməsini bildirsə də, yuxarıda qeyd olunan sənədlərdəki məlumatlardan müəyyən olunur ki, iddiaçıya ilkin əlilliyin təyini və təkrar əlillik üçün müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya N017-ci il tarixdən etibarən hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin etsə də, hazırda həmin diaqnozun əlillik təyini üçün əsas olmadığını iddia edir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, N017-ci ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (xx.xx.N0N4-cü il tarixli, N- 1(10N)-437N0N4 nömrəli, xx.xx.N0N4-cü il tarixli N-1(10N)-589/N0N4 nömrəli, xx.xx.N0N4-ci il tarixli N-1(10N)-671/N0N4 nömrəli, xx.xx.N0N4-cü il tarixli, N-1(10N)- 764/N0N4 nömrəli, xx.xx.N0N4-cü il tarixli, N-1(10N)-555/N0N4 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişsə, şəxsin cari xəstəliyi ona ikinci qrup əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaradır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində xx.xx.N0NN-ci il tarixli, 0N44003AAQKP nömrəli göndərişin (Forma 88) tərtib edildiyi qeyd edilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin N015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əsas diaqnozun birbaşa öz əksini tapmasa da, onun ağırlaşması kimi G95.8 diaqnozunda olan xəstəlik Əsasnamənin N.N və N.N.9-cu bəndlərinə əsasən, əlilliyin təyin edilməsinə əsas verir. Belə ki, qeyd edilən Əsasnamənin: - N.N-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) N.N.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, GN0,GN3-GN3.9, GN5-GN6, G35- G37.8, G45-G46.8, G95-G95.9); (-). Məhkəmə kollegiyası qeyd edir ki, göndərişdə qeyd edilən xəstəliklərin iddiaçıda olması işin tərəflər arasında mübahisələndirilməyən halıdır və iş üzrə alınmış ekspert rəyləri ilə də təsdiq olunmuşdur. Göndərişin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan Əsasnamədə isə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və yaxud ağırlaşma olması fərqləndirilməmişdir. Habelə, göndərişdə qeyd edilən əsas diaqnoz XBT 10 T91 və onun ağırlaşmaları olan Z96.8 və G95.8 kodlu xəstəliklər hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may N0NN-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələbləri baxımından da əlilliyin təyininə əsas verən xəstəliklərdir. Belə ki, T91 (boynun və gövdənin travmalarının nəticələri) və G95 (onurğa beyninin digər xəstəlikləri) kodlu xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları” nın 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinin 6.6.3-cü bəndində, Z96.8 kodlu xəstəlik isə (digər dəqiqləşdirilmiş funksional implantların olması) 3-cü “Həzm sistemi orqanlarının xəstəlikləri” bölməsinin 3.N.3-cü bəndində əlilliyin təyininə əsas verən xəstəliklər kimi təsbit edilmişdir və meyarların 3.N.3.N-ci bəndinə əsasən Z96.8 kodlu xəstəlik orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, 0N44003AAQKP nömrəli Forma 88 göndərişdəki əsas xəstəlik kimi qeyd edilmiş T91 kodlu və onun ağırlaşmaları olan Z96.8 və G95.8 kodlu xəstəliklər həm göndərişin tərtib edildiyi dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin tələblərinə əsasən iddiaçıya ikinci dərəcə əlilliyin, həm də hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları” na əsasən, müvafiq olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmişdir. Beləliklə, işin qeyd edilən hallarına əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin N4 avqust N0N3-cü il tarixli, N-1(118)-807/N0N3 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 10N5, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar