Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-151/2024 16.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “xx.xx.2021-ci il tarixdən ona ikinci qrup əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1254/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1963-cü il təvəllüdlüdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 13 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən tərfib edilmiş FORMA №TSEK-2, SER TSE01№ 362781 saylı arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixinədək ikinci dərəcəli ümumi xəstəlik səbəbindən əlillik təyin edilmişdir. Sumqayıt 3 saylı Şəhər Xəstəxanası tərəfindən tərtib edilmiş Forma № 88 göndərişindən görünür ki, iddiaçıya “Əsas diaqnoz: Q82.8 dərinin digər dəqiqləşdirilmiş anadangəlmə inkişaf qüsurları, xəstə daimi müalicə qəbul etməlidir; Ağırlaşmalar: M81.2 hərəkətsizliklə bağlı osteoporoz, M83 yaşlılarda osteomalasiya, M68* sinovial qişaların və vətərlərin digər rubrikalarda təsnif olunan xəstəliklərdə zədələnməsi; Yanaşı xəstəliklər: T90.5 kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiyaya, F70.0 davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, yüngül dərəcəli əqli gerilik, əqli geriliyə görə təhlükəli işlərdən uzaq durmalı, H30.0 ocaqlı xorioretinal iltihab, görmə qabiliyyəti zəiflədiyi üçün eynəkdən istifadə etməli, K29.3 xroniki səthi qastrit, pəhriz saxlamalı, qida rejiminə əməl etməli” diaqnozu müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçıya “hər iki ovuc və pəncənin dərinin kobudlaşması və ağrıları səpkilər hərəkətin məhdudlaşması, XVİİ Sinif- anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları – Q80-Q89 – Digər anadangəlmə anomaliyalar (inkişaf qüsurları) – Q82- dərinin digər anadangəlmə... “diaqnozları ilə 2.2 – ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçıya “XVİİ Sinifanadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları – Q80-Q89 – Digər anadangəlmə anomaliyalar (inkişaf qüsurları) – Q82- dərinin digər anadangəlmə...; dərinin digər dəqiqləşdirilməmiş anadangəlmə inkişaf qüsurları, irsi ailəvi əl-ayaq kerotodermiyası, hərəkətsizliklə bağlı osteoporoz, hərəkətsizliklə bağlı osteoporoz” diaqnozları ilə “göndərişin natamam doldurulması – səbəb: əsas diaqnozun kliniki əlamətləri və ağırlaşmaları dəqiqləşdirilsin” səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 T229/2023 saylı rəyində qeyd edilmişdir ki, “1.İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə tibbi müayinəsi zamanı hər iki ayaqaltı nahiyyələrində və ovuclarında dərinin qalınlaşması, quruluğun çoxsaylı dərin çatlar, (keratodermiya) səpkilər və hərəkətinin məhdudluğu müəyyən olundu. O, xx.xx.2023-cü il tarixdə Akademik Z.Əliyeva adına Milli Oftamologiya Mərkəzində müayinə olunmuş və “H47.2 – Görmə sinirinin hissəvi atrofiyası. H52.2- Qarışıq astiqmatizm” diaqnozu, xx.xx.2023-cü il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinə olunarkən dəri həkimi tərəfindən “L85.1-Ə1 və ayaqların keratodermiyası; psixiatr tərəfindən F06.3; F48- Üzvi mənşəlilabil pozuntu konqitiv funksiyanın enməsi; nevroloq tərəfindən isə İ10- Arterial hipertenziya İİ dər. Yüksək risk ilə, İ67.8- Xroniki beyin işemiyası” diaqnozları müəyyən edilmişdir. 2.İddiaçı 2016-2021-ci illər aralığında əlillik təyin edilərkən müşahidə edilmiş xəstəliklər (hər iki ovuc və pəncənin dərinin kobudlaşması və ağrıları, səpkilər, hərəkətin məhdudlaşması, anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozğunluqları) hazırda müşahidə olunur. 3. İddiaçı 2016-2021-ci illər aralığında əlillik təyin edilərkən müşahidə edilmiş xəstəliklər (hər iki ovuc və pəncənin dərinin kobudlaşması və ağrıları, səpkilər, hərəkətin məhdudlaşması, anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozğunluqları) hazırda da müşahidə olunur, fərq isə ondan ibarətdir ki, xəstədə yaş artdıqca xəstəliyin ağırlaşmaları özünü daha ağır formada biruzə verirlər (məsələn hərəkətsizlikdən sümüklərdə osteoporoz artır, bu səbəbdən də hərkət məhdudluğu da artır və s.). 4.Yuxarıda qeyd edilən hazırda onun əziyyət çəkdiyi xəstəliklər anadangəlmə irsi olduğundan (anadangəlmə anomaliyaların) reablitasiya olunmurlar. 5.Qeyd edilən xəstəliklər əlaqədar o, dispanser qeydiyyatda olmalı və mütəmadi müayinə və müalicə almalıdır. 6.Sumqayıt 3 saylı Şəhər Xəstəxanasının göndərişində qeyd edilən “Əsas diaqnoz: Dərinin digər dəqiqləşdirilməmiş anadangəlmə inkişaf qüsurları, xəstə daimi müalicə qəbul etməlidir. Ağırlaşmalar: hərəkətsizliklə bağlı osteoporoz, yaşlılarda osteomalyasiya, sinovial qişaların və vətərlərin digər rubrikalarda təsnif olunan xəstəliklərdə zədələnməsi. Yanaşı xəstəliklər: kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya, davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, yüngül dərəcəli əqli gerilik, əqli geriliyə görə təhlükəli işlərdən uzaq durmalı, ocaqlı xorioretinal iltihab, görmə qabiliyyəti zəiflədiyi üçün eynəkdən istifadə etməli, xroniki səthi qastrit, pəhriz saxlamalı, qida rejiminə əməl etməli.” xəstəliklər tibbi sənədlərdə və əyani müayinədə müəyyən edildi. Daha dəqiq isə onu stasionara yerləşdirməklə nail olmaq olar”. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi”nin iddiaçıya ünvanladığı 11 mart 2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçının əlillik vəziyyəti Sumqayıt 3 saylı şəhər xəstəxanasının göndərişi əsasında xx.xx.2022-ci ildə qiymətləndirilmiş və “göndərişin natamam doldurulması” barədə qərar verilmişdir. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli, T29/2024 saylı rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı adına Sumqayıt 3 saylı şəhər xəstəxanasının göndərişində qeyd edilən “Əsas diaqnoz: Dərinin digər dəqiqləşdirilməmiş anadangəlmə inkişaf qüsurları, xəstə daimi müalicə qəbul etməlidir. Ağırlaşmalar: hərəkətsizliklə bağlı osteoporoz, yaşlılarda osteomalyasiya, sinovial qişaların və vətərlərin digər rubrikalarda təsnif olunan xəstəliklərdə zədələnməsi. Yanaşı xəstəliklər: kəllədaxili travmaların nəticələri, posttravmatik ensefalopatiya, davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, yüngül dərəcəli əqli gerilik, əqli geriliyə görə təhlükəli işlərdən uzaq durmalı, ocaqlı xorioretinal iltihab, görmə qabiliyyəti zəiflədiyi üçün eynəkdən istifadə etməli, xroniki səthi qastrit, pəhriz saxlamalı, qida rejiminə əməl etməl” diaqnozdakı xəstəliklər tibbi sənədlərdə və əyani müayinədə müəyyən edildi. Qeyd edilən diaqnoz 187 saylı qərarın meyarları ilə uyğunluq təşkil etsə də Forma 088 köhnə olduğundan əlillik dərəcəsinin təyini üçün tibb müəssisəsindən yeni Forma 088 rəsmiləşdirilməklə iddiaçının orqanizminin funksiyalarının pozulmasının faiz göstəriciləri və müddəti müəyyən edilə bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı barəsində ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “onun cavabdeh təşkilat tərəfindən səhiyyə müəssisəsinin 088№-li göndəriş sənədində qeyd olunan xəstəliyin vəziyyəti barədə, yəni ağır ümumi xəstəlik əsasında əlil olmasının müəyyən edilməsi və 01 iyun 2021-ci il tarixdən əlillik təyin olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra idddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2021-ci il tarixdən iddiaçıya ikinci qrup əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə Abşeron rayonu Giləzi qəsəbəsində anadan olmuşdur. O, 2003-cü ildən-2021-ci ilin may ayına kimi ümumi xəstəlikdən 2-ci qrup əlil kimi xüsusi yaradılmış şəraitdə işləmək bacarığı ilə əlil kimi pensiya almışdır. Sonuncu dəfə aldığı pensiyanın məbləği 250 manat olmuşdur. Lakin 2021-ci ilin may ayından sonra pensiyasınıı kəsmişlər və bildirmişlər ki, həkimlər düzgün 088 doldurmamışlar. Lakin bunun üçün o təqsirli deyildir. Yuxarıda göstərilənləri TƏBİB-in Xızı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının F-088 rəyi də bir daha sübut edir. Həmin rəydə əlilliyin təyini üçün TSEK-ə göndəriş üçün bütün əsaslar ilkin olaraq göstərilmişdir. Ona əlilliyin müəyyən edilməsi və pensiya təyini barədə cavabdehlərə dəfələrlə müraciət etməyisinə baxmayaraq cavabdeh təşkilatlar tərəfindən ona əlillik təyin edilməsi əvəzinə qanunsuz və əsassız olaraq əlillik təyin edilməsindən imtina edilmişdir. Halhazırda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklərə əsasən, zəruri sənədlər cavabdeh təşkilata göndərilmişdir. Lakin cavabdeh təşkilat tərəfindən qanunsuz və əsassız olaraq səhiyyə müəssisəsinin 088 Nli göndəriş sənədində qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında əlillik təyin olunmasına dair qərar qəbul etməli olduğu halda bunu etməkdən imtina etmişdir. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, imtina əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti Xızı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsur.a- deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliya = [inkişaf qüsurları] => Q82 - Dərinin digər anadangəlmə..., Diaqnozun mətni: Hər iki ovuc pəncənin dərinin kobudlaşması və ağrıları səpkilər hərəkətin məhdudlaşmas” “Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: ANOMİYALAR” səbəbi ilə bir il müddətinə verilmişdir. Elektron təyinatla xx.xx.2016-ci il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar (inkişaf qüsurlar) deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyala [inkişaf qüsurları] -> Q82 - Dərinin digər anadangəlmə..., Diaqnozun mətni: Hər iki ovuc vs pəncənin dərinin kobudlaşması və ağrıları səpkilər hərəkətin məhdudlaşması, Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: ANOMİYALAR;” səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir. Sumqayıt 3 saylı Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, “X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q82 - Dərinin digər anadangəlmə. Diaqnozun mətni; Dərinin digər dəqiqləşdirilmiş anadangəlmə inkişaf qüsurları, İrsi ailəvi əl-aya: kerotodermiyası. Hərəkətsizliklə bağlı osteoporoz, Hərəkətsizliklə bağlı osteoporoz., Məzkəzi göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozun kliniki əlamətləri və ağırlaşmaları dəqiqləşdirilsin.” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 3 saylı Şəhər Xəstəxanasının xx.xx.2022ci il tarixli göndərişi əsasında əsasında baxılmış, “X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q82 - Dərinin digər anadangəlmə. Diaqnozun mətni: Dərinin digər dəqiqləşdirilmiş anadangəlmə inkişaf qüsurları, Xəstə daim müalicə qəbul etməlidir. Ağırlaşma M81.2 Hərəkətsizliklə bağlı osteoporoz, xəstədə hərəkətsizliklə bağlı osteoporoz yaranıb. Ağırlaşma M83 yaşlılarda osteomalyasiya, Mərkəzə gönrdərilmənin/imtinanın səbəbi: göndərişin natamam doldurulması – xəstəliyin ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin.” Səbəbi ilə imtina verilmişdir. İddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərarından iddiaçının30 gün, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul etmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayət verildiyi vaxtdan 35 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq,o 2022-ci ilin iyun ayında, yəni təxminən 5 ay sonra xx.xx.2022-ci il tarixli göndəriş əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ’’İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 2.3-cü, bəndlərində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də həzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyim, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin, bir iddiada birləşdirilməsinin mümkünlüyünü. İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümüküniüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. Göründüyü kimi iddiaçı tərəfindən mümkünlük şərtlərinə də əməl edilməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020- ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydalarının 1.4- cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ,2008-ci il 29 : fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və yə stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının. İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5 1-cİ yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxanda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında TSEK tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Göründüyü kimi, iddiaçıya sonuncu göndəriş əsasında imtina verilməinin səbəbi – “Göndərişin natamam doldurulması- səbəb: xəstəliyin ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin” olmuşdur. İddiaçı sözgügedən aidiyyəti sənədləri təqdime dərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə də müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dırıcısi verilə bilər , buna görə də iddiaçının tələbi əsassızdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1254/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya ilkin olaraq “hər iki ovuc və pəncənin dərinin kobudlaşması və ağrıları səpkilər hərəkətin məhdudlaşması, XVİİ Sinifanadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları – Q80- Q89 – Digər anadangəlmə anomaliyalar (inkişaf qüsurları) – Q82- dərinin digər anadangəlmə...” diaqnozları təyin edilmişdir və bu diaqnozlar əsasında iddiaçıya ikinci qrup əlillik təyin edilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı isə “göndərişin natamam doldurulması – səbəb: əsas diaqnozun kliniki əlamətləri və ağırlaşmaları dəqiqləşdirilsin” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə iş üzrə zəruri sualların ekspert tərəfindən cavablandırılması üçün 2- 1(118)- 1254/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad qəbul etmişdir. Məhkəmənin qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 229/2023 saylı rəyində qeyd edilmişdir ki, “1.İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə tibbi müayinəsi zamanı hər iki ayaqaltı nahiyyələrində və ovuclarında dərinin qalınlaşması, quruluğun çoxsaylı dərin çatlar, (keratodermiya) səpkilər və hərəkətinin məhdudluğu müəyyən olundu. O,xx.xx.2023cü il tarixdə Akademik Z.Əliyeva adına Milli Oftamologiya Mərkəzində müayinə olunmuş və “H47.2 – Görmə sinirinin hissəvi atrofiyası.H52.2- Qarışıq astiqmatizm” diaqnozu, xx.xx.2023-cü il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasf’nda müayinə olunarkən dəri həkimi tərəfindən “L85.1-Ə1 və ayaqların keratodermiyası; psixiatr tərəfindən F06.3; F48- Üzvi mənşəlilabil pozuntu konqitiv funksiyanın enməsi; nevroloq tərəfindən isə İ10- Arterial hipertenziya İİ dər. Yüksək risk ilə, İ67.8- Xroniki beyin işemiyası” diaqnozları müəyyən edilmişdir. 2.İddiaçı 2016-2021-ci illər aralığında əlillik təyin edilərkən müşahidə edilmiş xəstəliklər (hər iki ovuc və pəncənin dərinin kobudlaşması və ağrıları, səpkilər, hərəkətin məhdudlaşması, anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozğunluqları) hazırda müşahidə olunur. 3. İddiaçı 2016-2021-ci illər aralığında əlillik təyin edilərkən müşahidə edilmiş xəstəliklər (hər iki ovuc və pəncənin dərinin kobudlaşması və ağrıları, səpkilər, hərəkətin məhdudlaşması, anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozğunluqları) hazırda da müşahidə olunur, fərq isə ondan ibarətdir ki, xəstədə yaş artdıqca xəstəliyin ağırlaşmaları özünü daha ağır formada biruzə verirlər (məsələn hərəkətsizlikdən sümüklərdə osteoporoz artır, bu səbəbdən də hərkət məhdudluğu da artır və s.). 4.Yuxarıda qeyd edilən hazırda onun əziyyət çəkdiyi xəstəliklər anadangəlmə irsi olduğundan (anadangəlmə anomaliyaların) reablitasiya olunmurlar. 5.Qeyd edilən xəstəliklər əlaqədar o, dispanser qeydiyyatda olmalı və mütəmadi müayinə və müalicə almalıdır. 6.Sumqayıt 3 saylı Şəhər Xəstəxanasının göndərişində qeyd edilən “Əsas diaqnoz: Dərinin digər dəqiqləşdirilməmiş anadangəlmə inkişaf qüsurları, xəstə daimi müalicə qəbul etməlidir. Ağırlaşmalar: hərəkətsizliklə bağlı osteoporoz, yaşlılarda osteomalyasiya, sinovial qişaların və vətərlərin digər rubrikalarda təsnif olunan xəstəliklərdə zədələnməsi. Yanaşı xəstəliklər: kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya, davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, yüngül dərəcəli əqli gerilik, əqli geriliyə görə təhlükəli işlərdən uzaq durmalı, ocaqlı xorioretinal iltihab, görmə qabiliyyəti zəiflədiyi üçün eynəkdən istifadə etməli, xroniki səthi qastrit, pəhriz saxlamalı, qida rejiminə əməl etməli.” xəstəliklər tibbi sənədlərdə və əyani müayinədə müəyyən edildi. Daha dəqiq isə onu stasionara yerləşdirməklə nail olmaq olar”.Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. İddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətininin dəlilləri iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin inzibati orqan tərəfindən müvafiq və yekun qərarın qəbul edilməsinə şərait yaratmaq məqsədilə aralıq qərardad qəbul etməmişdir. Buradan da birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların pozulduğu müəyyən olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahat verərək, öz izahatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı barəsində xx.xx.2024-cü il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edildiyini göstərmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, izahat verərək, öz izahatında iddia tələbini müdafiə etdiyini, əlillik təyinatının tarixi ilə razı olmadığını, ona məhz xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsini istədiyini bildirərək, iş üzrə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. ...
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (-). 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. (-). 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ...2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik (İQ-35-dən aşağı olanlar) (F70- F79);... 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ... 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9); ..... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlillik təyinatının aparılması ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinasını onunla əsaslandırmışdır ki, müvafiq tibbi müəssisəsi tərəfindən tərtib edilmiş tibbi göndəriş natamam doldurulmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində 2015-ci il tarixdə “Hər iki ovuc və pəncənindərinin kobudlaşması və ağrıları səpkilər hərəkətin məhdudlaşması” diaqnozu ilə bir illik müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra 2016-cı il tarixdə eyni diaqnoz əsasında beş illik müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin müddəti bitdikdən sonra müvafiq tibbi müəssisəsi tərəfindən iddiaçı barəsində xx.xx.2021-ci il tarixli tibbi göndəriş rəsmiləşdirilmiş, cavabdeh inzibati orqan tərəfindən “göndərişin natamam doldurulması” əsası ilə xx.xx.2021-ci il tarixdə imtina qərarı qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə yenidən müvafiq tibbi göndəriş rəsmiləşdirilmiş, cavabdeh inzibati orqan tərəfindən yenidən eyni əsasla əlillik təyinatının aparılmasından xx.xx.2022-ci il tarixdə imtina qərarı qəbul edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi və ona uyğun qərar qəbul edilməsi məqsədilə cavabdeh inzibati orqan üçün müddət təyin edilmiş, nəticə olaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdən müddətsiz ikinci dərəcə əlillik təyinatının aparılması barədə qərar qəbul edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ikinci dərəcə müddətsiz əlillik təyinatı aparıldığından, iddiaçının hüquqi marağı da məhz ona ikinci dərəcə əlillik təyinatının aparılması ilə bağlı olduğundan, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi və xəstəlik əlamətlərinin müvafiq qanunvericilik normalarının tələbinə əsasən əlillik təyinatı üçün əsas olub-olmaması ilə bağlı halların araaşdırılması zərurəti aradan qalxmışdır və qeyd edilən hallar işin mübahisəsiz halları kimi çıxış etmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona ikinci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. İndiki halda işin mübahisəli halını məhz əlillik təyinatının tarixi ilə bağlı olan hal təşkil edir. Belə ki, iddiaçı əlillik təyinatının tarixinin xx.xx.2021-ci il tarixdən müəyyən edilməsini istəyir, cavabdeh inzibati orqan isə iddiaçı barəsində xx.xx.2024-cü il tarixdən əlilik təyinatının aparılması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, indiki halda iddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin edilməsinə dair sonuncu imtia qərarı xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir.İddiaçı barəsində müvafiq tibb müəssisəsi tərəfindən rəsmişləşdirilmiş əvvəlki tibbi göndərişin rəsmiləşdirilməsi tarixi xx.xx.2021-ci il olmuş, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əvvəlki imtina qərarının tarixi isə xx.xx.2021-ci il olmuş, iddiaçı tərəfindən isə həmin imtina qərarı məhkəmə qaydasında mübahisələndirilməmiş, yalnız sonuncu imtina qərarı (xx.xx.2022-ci il) qəbul edildikdən sonra xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İndiki halda iddiaçı əlilliyin təyinat tarixinin məhz əvvəlki əlilliyin müddətinin bitdiyi vaxtdan müəyyən edilməsini istəyir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı mübahisələr üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsinə dair” İcmal məktubunda qeyd edilmişdir:”…50.Əlilliyinin qiymətləndirilməsi ilə əlaqədar yaranan məhkəmə mübahisələri üzrə xüsusi diqqət yetirilməli olan digər foir məsələ əlilliyin təyinat tarixinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı olaraq, ilk növbədə nəzərə alınmalıdır ki, qanunvericiliyin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsi). 51.Məhkəmə təcrübəsində qeyd olunan məsələ ilə bağlı bir neçə müxtəlif faktiki hallara malik işlərə rast gəlinir. Birinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi vəziyyətdir. Məhkəmələr imtinanı qanunsuz hesab etdikləri və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdikləri halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilərlər. Bu zaman, cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistqmə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. 52. İkinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciət edilməməsi, sonradan yeni göndəriş(lər)in verilməsi və həmin göndəriş əsasında sonrakı tarixlərdə əlilliyin müəyyən edilməsi vəziyyətidir. Bu zaman, bir qayda olaraq, göndərişlərin məzmununun eyniliyinə istinadla məhkəmələrdə əlilliyin təyinat tarixinin ilk göndəriş tarixinə uyğun dəyişdirilməsinə dair iddialar qaldırılır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, hətta göndərişlərin məzmununun eyniliyi müəyyən olunsa belə, ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərar mübahisələndirilmədən əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair iddialar təmin edilə bilməz. Belə ki, inzibati orqanın əvvəlki imtina qərarı “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 53. Üçüncü hal isə bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdiyi vəziyyətdir. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir.”.. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsi hissəsində əsassız olduğundan, həmin hissədə təmin edilməməli, habelə cavabdeh inzibati orqan tərəfidən iddiaçı barəsində əlilliyin təyin edilməsinə dair qərarı əlilliyin təyinat tarixinin xx.xx.2024-cü il kimi müəyyən edilməsi hissəsində qanunauyğun olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş sonuncu tibbi göndərişin tarixi xx.xx.2022-ci il tarix olmaqla, cavabdeh inzibati orqanın imtina qərarı isə xx.xx.2022-ci il tarix olduğundan, əlilliyin təyinat tarixi məhz sonuncu imtina qərarının tarixi əsas götürülməklə müəyyən edilməlidir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə gəldiyi nəticə qanunvericilik normasının tələbinə və vahid məhkəmə təcrübəsinə uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərraı ləğv edilməli, cavabdehin apellyasiya şikayəti həmin hissədə təmin edilməli, iş üzrə yeni qərar qəbul edilməklə, iddia tələbi qismən təmin edildiyindən, şikayət qalan hissədə əsassız olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçıya hüquqi yardım edilsə də, iddiaçı iddia tələbini müdafiə etdiyini, olduğu kimi baxılmasını istədiyini bildirmişdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, indiki halda iddiaçının iddia tələbi ona ikinci dərəcə əlillik təyinatının aparılması ilə bağlı olmuş, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məhz müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmış, bu hal iddia tələbində qeyd edilməsə də, iddiaçının hüquqi marağına və iddia tələbinin mahiyyətinə uyğun olmuşdur. Belə ki, İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İndiki halda iddiaçının hüquqi marağı ona ikinci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı olduğundan, cavabdeh tərəfindən məhz müddətsiz ikinci dərəcə əlillik təyinatı aparıldığından, məhkəmə kollegiyası iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından, iddiaçıya xx.xx.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1254/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.