Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-152/2021 09.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi X3 və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «İddiaçı” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli **********138106 saylı qərarın ləğv edilməsi tələbi barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(118)-1195/2020 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı «İddiaçı” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli **********138106 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********182416 saylı qərarına əsasən iddiaçı müəssisədə səyyar vergi yoxlaması keçirilmiş və xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı müəssisənin əməkdaşları aktla razılaşmayaraq onu imzalamadan öz etirazını bildirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə “Vergi ödəyicisinini vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərara əsasən iddiaçıya ümumilikdə 1.412.622.41 manat əlavə vergi məbləği, 706.391.23 manat maliyyə sankiyası və vergi hesabatı müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə 80.00 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı həmin qərarı qanunsuz hesab edərək ləğv olunması barədə qərar çıxarılmasını xahiş edir. Belə ki, iddiaçı şirkət “BP X8” şirkətinin elan etdiyi tenderdə qalib gələrək BP ilə bağlanmış müqaviləyə əsasən onlara sərnişin daşınması xidmətini göstərir. Bu xidməti həyata keçirmək üçün 600-ə yaxın sürücü heyəti tələb edilirdi ki, bunun da böyük hissəsini işçi heyəti ilə, digər hissəsini isə bu istiqamətdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə həyata keçirmişdir. İşçilərlə əmək müqaviləsi, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə isə xidmət müqaviləsi bağlanmışdır. Xidməti müqavilə əsasında 206 nəfər fəaliyyət göstərir. Həmin şəxslər əvvəllər də BP şirkətinə xidmət göstərmişlər və əvvəl də bu cür müqavilələr əsasında fəaliyyət göstərmişlər. Yoxlama zamanı vergi orqanı hesab etmişdir ki, həmin 206 nəfərdən 16 nəfəri digər vergi ödəyicilərinə də xidmət göstərdiyindən onlarla bağlanan müqavilə qanuni hesab edilməli, qalan 190 nəfərlə isə əmək müqaviləsi bağlanmalı olmuşdur. Halbuki, bu iki tərəf arasında onların iradəsi ilə bağlanmış müqavilədir və vergi orqanının bu müqavilənin məzmununu dəyişdirmək səlahiyyəti yoxdur. Bundan başqa vergi orqanı tərəfindən prosessual pozuntulara da yol verilmişdir. Belə ki, yoxlama xx.xx.2020-ci il tarixdə başlasa da, əsassız olaraq xx.xx.2020-ci il tarixdə 1 il 1 ay sonra bitmişdir. Bu prosessual pozuntunun səbəbi isə iddiaçının üzərinə zorla qanunsuz vergi öhdəliyinin qoyulması olmuşdur. Cavabdeh həmçinin heç bir əsas olmadan 10810.45 manat mənfəət vergisi, 100620,44 manat ƏDV, 171091 manat ödəmə mənbəyindən vergi və həmin məbləğin 50% həcmində maliyyə sanksiyası tətbiq etmişdir. Yoxlama müddətinin süni şəkildə uzadılması və iddiaçının bu müddətdə dəqiqləşmə bəyannaməsini verə bilməməsi iddiaçını ödənməmiş sığortanı dəqiqləşmə verərək ödəyə bilməsi üçün məhdudiyyət yaratmışdır. Bu isə öz növbəsində iddiaçının maliyyə sanksiyasına məruz qalmasına səbəb olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(118)-1195/2020 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********138106 saylı qərarının əmlak, torpaq vergisi, ƏDV, mənfəət vergisi və vergi hesabatının və arayışın verilməməsinə görə maliyyə sankisyasının hesablanması hissəsi istisna olmaqla ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim V.Əzizova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsi və iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətlərinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslnadırmışdır ki, xx.xx.2020-ci il tarxli, **********138106 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla İddiaçı MMC üzrə aparılan səyyar vergi yoxlaması nəticəsi olaraq 2018-ci ilin mənfəət vergisi üzrə 10810.45 manat, ƏDV üzrə 85348.49 manat, əmlak vergisi üzrə 3390.08 manat, torpaq vergisi üzrə 120.0 manat, MDSS - İşəgötürənlə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslərə 668.882.02 manat, işsizlik sığortası üzrə rüblük hesabat üzrə 30531.80 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 246963.52 manat, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 80 manat, 2019-cu ilin ƏDV üzrə 15271.95 manat, MDSS - işəgötürənlə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslərə 247607.27 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 103696.83 manat cəmi 1.412.622.41 manat əlavə vergi borcu hesablamış və həmin məbləğin 50 % həcmində, yəni 706391.23 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. Məhkəmə iddia tələbini xidməti müqavilə ilə işləyənlərə münasibətdə hissəvi təmin etsə də, digər hallar üzrə iddia tələbi təmin edilməmişdir. İnzibati orqanın qəbul etydiyi qərarın doğruluğunu sübut etmək inzibati orqanın üzərindədir. İddiaçı olaraq qeyd olunan rəqəmlərin haradan götürülməsi barədə sübutların vergi orqanı tərəfindən əsaslandırılmasını tələb etsələr də, vergi orqanı tərəfindən tələb edilən vergilərin yaranmasını əsaslandıran sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin 197 və 202-ci maddələrinin tələbləri pozularaq 3390.08 manat əmlak vergisi az hesablanmışdır (cəlb olunan əmlakın qalıq dəyəri 2018-ci (ilin əvvəlinə 360817.44+ ilin sonuna 340233.96 manat) /1%=3505.26 - 115.18 =3390.08 manat). Buna əsasən 3390.08 manat əmlak vergisinin azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında 1695.04 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa, yoxlanılan dövrün torpaq vergisinin düzgünlüyü ilkin sənədlər əsasında yoxlanılarkən müəyyən edilmişdir ki, müəssisənin mülkiyyətində və istifadəsində Abşeron rayonunda 0.15 ha torpaq sahəsi olmasına baxmayaraq VM-nin 205 və 206-ci maddələrinin tələbləri pozulmuş, buna görə də 2018-ci il üzrə 120.00 manat torpaq vergisi hesablanmış, 60 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin müəssisənin balansında olan 50 avtomobil nəqliyyatı vasitəsi ilə Vergi Məcəlləsinin 58.2 maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan ümumilikdə 525 ay (ümumi maşınların fərqlənmə nişanı olmadan fəaliyyət göstərilmiş ay saylarına hasili) sərnişin daşınmasına görə cəmi 21000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa Vergi Məcəlləsinin 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövri üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Həmin Məcəllənin 85.4-cü maddəsində göstərilən 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin dəqiqləşdirilməsinə və əvəzləşdiıilməsinə yol verilmir. Həmin Məcəllənin 163.2.2. ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Göründüyü kimi, qanunverici vergi ödəyicisinə hesabatların dəqiqləşdirilməsi hüququnu vermişdir. Lakin Vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlaması təyin edildiyindən dəqiqləşmə verilməsi mümkün olmamışdır. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Növbədənkənar səyyar vergi yoxlaması təyin edildiyindən dəqiqləşmə vermək hüququndan istifadə edə bilməmişlər. Üzürlü səbəbdən dəqiqləşmə verə bilmədiklərindən küllü miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir. Maliyyə sanksiyaları hüquqlarının pozulması nəticəsində qəbul edilmişdir. Qeyd olunan qərar ləğv edilməli, vergi orqanı yenidən səyyar vergi yoxlaması keçirməlidir. 600-dən çox işçisi olan müəssisəyə qarşı əsassız olaraq küllü miqdarda maliyyə sanksiyası tətbiq edilməsi müəssiənin müflisləşməsinə gətirib çıxara bilər. Artıq xeyli sayda işçi ixtisar edilmişdir ki, vergi orqanı məktub yazaraq ixtisarların aparılma səbəblərini soruşur. Büdcədən maliyyələşmirlər, müəssiəninin borclu durumuna salınması müəssiənin işçi heyətini ixtisar etməyə məcbur edir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslnadırmışdır ki, məhkəmə qərar qəbul edərkən vergi ödəyicisinin vergi ödəyicisi olmayan şəxslərlə xidmət müqaviləsi bağlanması hər iki tərəfin iradə ifadəsi ilə bağlı olduğunu və hər hansı tərəfin hüquqlarını pozmağa yönəlmədiyini bildirmişdir. Həmçinin məhkəmə hesab etmişdir ki, vergi orqanının iddiaçı şirkətin ayrı-ayrı şəxslərlə bağladığı xidmət müqaviləsini əmək müqaviləsi kimi qiymətləndirməsi və bu əsasla əlavə vergi hesablanması əsassız olmuşdur. Bununla əlaqədar bildirirlər ki, yoxlanılan dövr ərzində müəssisə tərəfindən sürücülük və dispetçer xidmətləri üzrə vergi orqanlarında qeydiyyatdan keçmiş (VÖEN-i olan) fiziki şəxslərə ümumilikdə xidmət haqqı kimi 2 458 448.81 manat məbləğində ödəniş edilmişdir. Qeyd olunan fiziki şəxlərin xidməti cəmiyyət tərəfinədən digər müəssisələrin və BP şirkətinin sifarişləri əsasında onlara xidmət olaraq təqdim olunmuşdur. Halbuki qeyd edilən xidmət müqavilələri və işlərin faktiki halları araşdırılarkən göstərilən xidmətlərin əmək qanunvericiliyinə uyğun həyata keçirildiyi təsdiqini tapmışdır. Belə ki, BP şirkəti ilə avto parkın idarə edilməsi üzrə xidmətlərin göstərilməsi üçün bağlanmış CW2133362 nömrəli müqavilənin 2-ci hissəsinin 1.1.31-ci sətrində göstərilmiş Azərbaycan Respublikasında əmək münasibətlərinin tələblərinə uyğun olaraq işçinin həftə ərzində 40 saat işləməsi, 1.1.32-ci sətrində göstərilmiş işçinin sosial mənafelərinin, onların təlimlərinin keçirilməsinin və.s bu kimi tələblərinin təmin edilməsini öhdəliyinə götürmüşdür. Bundan başqa, xidmət göstərən şəxslərlə bağlanmış xidmət müqavilələrində şəxslərin müəssisə daxili intizam qaydalarına riayət etməli olmaları, xidmət haqqının əmək haqqının aylıq normasına uyğun olaraq ödənilməsi şərtləri nəzərə alınaraq işçilərinin tələblərə uyğun olaraq iş vaxtlarına uyğun olaraq işə davamiyyətləri əmək münasibətləri əsasında yerinə yetirilməsinə görə qeyd olunan şəxslər əmək müqaviləsi əsasında işləyən işçilərlə eyni şərtlərlə işlədiyinə görə daimi işçilər kimi işçilər hesab olunmuşdur. Eyni zamanda xidmət müqaviləsi əsasında işləyən şəxslərin siyahısında cəmiyyətin əmək müqaviləsi əsasında işçisi olmuş şəxslərin olması bu faktı bir daha təsdiqləyir. Yoxlama ilə qeyd olunan fiziki şəxslərin xidməti muzdlu işçi kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən 171091.45 manat əlavə vergi hesablanmış, 85545.72 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə olaraq qeyd edirlər ki, işlərin yerinə yetirilməsinə cəlb edilən fiziki şəxslərlə əmək müqaviləsi və ya mülki xarakterli müqavilələr bağlanıla bilər. Belə ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanması nəzərdə tutulmayan, müvəqqəti xarakterli işlərin görülməsi ilə bağlı tərəflər arasında mülki- hüquqi müqavilələr bağlana bilər. Həmçinin xidmətlərin göstərilməsinə, işlərin yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxslərlə (vergi orqanında qeydiyyatda olmasından asılı olmayaraq) rezident müəssisələr arasında yaranan münasibətlərdə əmək münasibətlərini şərtləndirən hallar olduğu halda qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanmalıdır. Vergi Məcəlləsinin 23.1.6-1 -ci maddəsinə əsasən səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Bunlardan əlavə, mülki-hüquqi müqavilə əsasında əmək müqaviləsindən irəli gələn eyni işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi tərəflər arasında mövcud əmək münasibətlərini pərdələmək məqsədi ilə bağlanan əqd kimi qiymətləndirilir və vergi öhdəlikləri bağlanmış əqdin faktiki mahiyyəti nəzərə alınmaqla hesablanmalıdır. Həmçinin qeyd edilənlər nəzərə alınmaqla “Sosial sığorta haqqında” qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığortanın sığorta edənin hesabına hesablanan (22%) sığorta haqqından, sığorta olunan hesabına hesablanan (3%) sosial sığorta haqlarından ümumilikdə 535228.27 manat sosial sığorta haqqı hesablanmış, 267614.14 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Yuxarıda qeyd edilənlər əsas götürülməklə ümumilikdə 19916.14 manat əlavə işsizlikdən sığorta haqqı hesablanmış, 9958.07 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin məhkəmə qərar qəbul edərkən xidmət müqaviləsinin əmək müqaviləsi kimi nəzərə alınmasını və ona uyğun hesablanmış vergilərin düzgün olmadığını bildirdsə də, mübahisələndirilən xidmət müqavilələrinə aid olmayan və əmək müqaviləsi olan şəxslər üzrə vergi ödəyicisi tərəfindən bəyan edilməmiş və hesablanmamış muzdlu işlə əlaqədar vergi və sosial sığorta və işsizlikdən sığorta haqlarını da ləğv etmişdir. Belə ki, məhkəmə qərarın mənfəət, ƏDV, əmlak və torpaq vergisi istisna olmaqla digər hissədə təmin etmişdir ki, bu da ümumilikdə MDSS, MÖMV və işsizlikdən sığorta haqqının ləğvi deməkdir. Halbuki yoxlamaya təqdim olunmuş əmək müqavilələri (kontraktlar), əmək haqqı cədvəlləri və digər sənədlərə əsasən müəssisə tərəfindən hesablanan əmək haqlarının düzgünlüyü yoxlanan zaman müəssisə tərəfindən işçilərə hesablanaraq ödənilmiş əmək haqlarının tam olaraq gəlir vergisinə cəlb olunmayaraq Vergi Məcəlləsinin 98-ci və 101 -ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmişdir. Müəssisənin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə hesablanmış əmək haqqı 1858952.06 manat və hesablanmış əmək haqqına görə gəlir vergisinin məbləği 60632.66 manat olmaqla orta aylıq əmək haqqı 347.21 manat göstərilmişdir. Yoxlama ilə yuxanda qeyd olunan sənədlərə əsasən müəssisə tərəfindən hesablanmış gəlir məbləğinin 6259752.46 manat (2295319.78 manat vergiyə cəlb olunan, 3964432.68 manat isə həyatın yığım sığortasına yönləndirilmiş gəlir məbləği) olduğu müəyyən olunaraq ümumilikdə hesablanmalı olan gəlir vergisinin 240201.55 manat olduğu aşkar edilmişdir. Belə ki, 2018-ci il üzrə ümumilikdə 5162722.60 manat ( 1526536.22 manat gəlir vergisinə cəlb olunan, 3636186.38 manat həyatın yığım sığortasına yönləndirilmiş gəlir) hesablanan gəlir üzrə (yoxlama tərəfindən hesablanan 164156.66 - müəssisə tərəfindən bəyan edilən 60169.21 = kənarlaşma 103987.45 manat) 103987.45 manat, 2019-cu ilin ilk 3 ayı üzrə isə 1097029.86 manat (768783.56 manat gəlir vergisinə cəlb olunan və 328246.30 manat həyatın yığım sığortasına yönləndirilmiş gəlir) hesablanan gəlir üzrə (yoxlama tərəfindən hesablanan 76044.89 - müəssisə tərəfindən bəyan edilən 463.45 manat = kənarlaşma 75581.44 manat) 75581.44 manat olmaqla cəmi 179568.89 manat MÖMV bəyannamələri üzrə kənarlaşma aşkar olunmuş, 89784.45 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin yoxlamaya təqdim olunmuş əmək müqavilələri (kontraktlar), əmək haqqı cədvəlləri və digər sənədlərə əsasən müəssisə tərəfindən hesablanan əmək haqlarından hesablanan sosial sığorta haqqından ayırmaların düzgünlüyü yoxlanan zaman Məcburi Dövlət Sosial Sığorta haqqında qanunun 14-cü maddəsinin tələblərinin pozulmasına görə yoxlanılan dövrün rübləri üzrə kənarlaşmalar müəyyən olunmuşdur. Belə ki, məcburi dövlət sosial sığortanın sığorta edənin hesabına hesablanan (22%) sığorta haqqından, sığorta olunan hesabına hesablanan (3%) sosial sığorta haqlarından ümumilikdə 381261.01 manat sosial sığorta haqqı, 190630.51 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Müəssisənin təqdim etdiyi işsizlik sığortası barədə bəyannamələri üzrə 1% hesablanmış işsizlik sığortasına görə (0.5% sığorta edənin və 0.5% isə sığorta olunan hesabına), 2018-ci il üzrə ümumilikdə 10615.68 manat (2018-ci ilin birinci rübü üzrə 3812.50 manat, 2-ci rubu uzrə 2338.55 manat, 3-cü rübü üzrə 2380.85 manat, 4-cü rübü üzrə 2083.78 manat) kənarlaşma müəyyən olunmuş, 5307.84 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə olaraq bildirirlər ki, müəssisənin təqdim etdiyi mühasibat uçotu göstəriciləri, vergi hesab fakturaları, bank ödəniş sənədləri və digər ilkin sənədlər əsasında əlavə dəyər vergisi bəyannamələri araşdırılarkən ƏDV-nin 100620.44 manat az hesablandığı müəyyən olunmuşdur. Belə ki, iddiaçı tərəfindən icarəyə götürdüyü nəqliyyat vasitələrini yenidən digər müəssisəyə icrayə vermiş, lakin həmin xidmətə ƏDV tətbiq etməmişdir. Müəssisənin yoxlanılan dövr üzrə (yanvar 2018-mart 2019) ********.77 manat (o cümlədən 1095869.77 manat nəqliyyat və ********.00 manat ƏDV daxil dövriyyə) ümumi gəliri olmuşdur. Gəlirin ********.11 manatı 0% dərəcə ilə ƏDV-ə cəlb olunan dövriyyədir ki, cəmiyyətə qeyd olunan dövriyyə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən (aldığı sertifikat seriyası və nömrələri Azl730496, Azl830560, Azl830614 və qüvvədə olduğu dövrlər müvafiq olaraq xx.xx.2017-xx.xx.2018, xx.xx.2018-xx.xx.2018, xx.xx.2018-xx.xx.2019), BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən (aldğı sertifat seriya və nömrəsi Az02/810, qüvvədə olduğu dövr saziş üzrə bağlanmış müqavilə dövrü), "Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti"nin Azərbaycan Respublikasindaki Nümayəndəliyindən (aldğı sertifat seriya və nömrəsi Az02/744, qüvvədə olduğu dövr saziş üzrə bağlanmış müqavilə dövrü), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (aldığı sertifikat seriyası və nömrəsi Azl830570, qüvvədə olduğu dövr xx.xx.2018-xx.xx.2019), Sosial Quruculuq İctimai Birliyinə qrant üzrə işlərin görülməsi və xidmətlərin göstərilməsindən və Bakı Gəmiqayırma Zavodundan əldə olunmuş gəlir, 1095869.02 manatı nəqliyyat xidmətindən əldə olunmuş gəlir və 782375.97 manat (ƏDV-li) gəlir göstərdiyi digər xidmətlərdən yaranmışdır. Müəssisə tərəfindən xidmət müqavilələri əsasında çalışan fiziki şəxslər (sürücülük edən və nəqliyyat xidməti göstərən) vasitəsilə digər müəssisələrə göstərdiyi xidmətlər və digər xidmətlərdən (o cümlədən yemək xidməti, təlim xidməti, mütəmadi olaraq nəqliyyata baxım xidməti və s.) əldə olunmuş gəlir məbləğlərinin 2018-ci il üzrə 474158.23 manatı və 2019-cu ilin ilk 3 ayı üzrə 84844.19 manatı ƏDV-yə cəlb edilməməsi nəticəsində ümumilikdə 100620.44 manat ƏDV-nin az hesablandığı müəyyən edilmiş, Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında 50310.22 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin yoxlanılan dövrün mənfəət vergisinin düzgünlüyü mühasibat uçotu göstəriciləri və ilkin sənədlər əsasında yoxlanarkən müəyyən edilmişdir ki, müəssisə tərəfindən Vergi Məcəlləsinin 104 və 108-ci maddələrinin tələbləri pozularaq vergiyə cəlb olunan mənfəət 54052.25 manat azaldılmış, nəticədə mənfəət vergisi 10810.45 manat az hesablanmışdır. Yoxlama ilə müəssisənin 2018-ci il üzrə ümumi gəlirlərinin ********.61 manat (ƏDV daxil) olduğu müəyyən edildi. Bunun 875390.10 manatı özünəməxsus nəqliyyat vasitələri ilə göstərdiyi nəqliyyat xidmətindən əldə olunmuş və ümumi gəlirdə xüsusi çəkisi 6.32% təşkil etmişdir. Digər gəlirləri (aşağıda qeyd olunan) ********.51 manat (ƏDV nəzərə alınmadan ********.97 manat) olmuşdur. Müəssisə tərəfindən mənfəət vergisi bəyannaməsində ümumi gəlir 550846.18 manat yəni, ********.79 manat az göstərilmişdir. Belə ki, müəssisənin fəaliyyəti şəhər və şəhərətrafı sərnişin quru yol nəqliyyatı fəaliyyəti olmasına baxmayaraq, xidmət müqavilələrinə əsasən sürücülük və nəqliyyat xidməti göstərən fiziki şəxslər vasitəsilə digər müəssisələrə göstərdiyi xidmətdən əldə etdiyi gəlirlər, əmək müqavilələrinə əsasən çalışan sürücülərə (xidməti alan müəssisələrin nəqliyyatı ilə xidmət göstərən) ödənilmiş (hesablanmış) əmək haqqı və əmək haqqı ilə bağlı digər ödənişlərə, sığorta, yanacaq xərclərinə, təmir və ehtiyat hissələri üzrə xərclərə ticarət əlavəsi tətbiq etməklə əldə etdiyi gəlirlər, yemək (ketrinq) xidməti, mütəmadi olaraq nəqliyyat baxım xidməti və treninq xidmətindən əldə etdiyi 12 524136.79 manat gəlir malların təqdim edilməsindən (işlərin görülməsindən və xidmətlərin göstərilməsindən) gəlirlərə aid edilməmiş, 200300.00 manat digər faizi gəlirləri isə artıq göstərilmişdir. Ümumilikdə VM-nin 104-cü maddəsinin tələbləri pozularaq 12 323 836.79 manat gəlir məbləği azaldılmışdır. Bundan əlavə gəlirin əldə edilməsi ilə bağlı olan xərclər ümumilikdə 12 800 630.72 manat olmaqla VM-nin 108-ci maddəsinin tələbləri pozularaq xərclərdə nəzərə alınmamışdır. Qeyd edilən xərclər nəqliyyat xidməti üzrə gəlirin ümumi gəlirə nisbətən xüsusi çəkisi nəzərə alınmaqla hesablanmışdır. Beləliklə azaldılmış 54052.25 manat mənfəətə görə əlavə 10810.45 manat mənfəət vergisi hesablanmış, azaldılmış vergi məbləğinin 50%-i miqdarında 5405.23 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrün əmlak vergisinin düzgünlüyü əsas vəsaitlərin siyahısına və ilkin sənədlərə əsasən yoxlanılarkən müəyyən edilmişdir ki, VM-nin 197 və 202-ci maddələrinin tələbləri pozularaq 3390.08 manat əmlak vergisi az hesablanmışdır (cəlb olunan əmlakın qalıq dəyəri 2018-ci (ilin əvvəlinə 360817.44+ ilin sonuna 340233.96 manat) / 2*1%=3505.26 -115.18 =3390.08 manat). Buna əsasən 3390.08 manat əmlak vergisinin azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında 1695.04 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa, yoxlanılan dövrün torpaq vergisinin düzgünlüyü ilkin sənədlər əsasında yoxlanılarkən müəyyən edilmişdir ki, müəssisənin mülkiyyətində və istifadəsində Abşeron rayonunda 0.15 ha torpaq sahəsi olmasına baxmayaraq VM-nin 205 və 206-ci maddələrinin tələbləri pozulmuş, buna görə də 2018-ci il üzrə 120.00 manat torpaq vergisi hesablanmış, 60 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin müəssisənin balansında olan 50 avtomobil nəqliyyatı vasitəsi ilə Vergi Məcəlləsinin 58.2 maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan ümumilikdə 525 ay (ümumi maşınların fərqlənmə nişanı olmadan fəaliyyət göstərilmiş ay saylarına hasili) sərnişin daşınmasına görə cəmi 21000.00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən vergi hesabatını və arayışını əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 80.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddianın rədd edilmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X5 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddianın rədd edilmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 cavabdehin apelyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı «İddiaçı” MMC-nin apelyasiya şikayəti təmin edilməməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(118)-1195/2020 saylı qərarı qismən-iddianın təmin edilən-“əmək müqaviləsi ilə işləyənlərə münasibətdə gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sosial sığorta haqqı” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarına əlavə edilmiş : xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Milli Gəlirlər Departamenti tərəfindən İddiaçı MMC-də 2018-ci ilin yanvar ayından 2019-cu ilin mart ayınadək olan dövrün yoxlanılması üçün növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, İddiaçı MMC-də 2018ci ilin yanvar ayından 2019-cu ilin mart ayı üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və yoxlama zamanı aşkar edilmişdir ki, MMC faktiki olaraq sair fərdi xidmətlərin göstərilməsi, şəhər və şəhərətrafı sərnişin quruyol nəqliyyat fəaliyyəti ilə məşğul olmuşdur. 2018-ci ilin mənfəət vergisi üzrə 10810.45 manat, ƏDV üzrə 85348.49 manat, əmlak vergisi üzrə 3390.08 manat, torpaq vergisi üzrə 120.0 manat, MDSS – işəgötürənlə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslərə 668.882.02 manat, işsizlik sığortası üzrə rüblük hesabat üzrə 30531.80 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 246963.52 manat, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 80 manat, 2019-cu ilin ƏDV üzrə 15271.95 manat, MDSS – işəgötürənlə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslərə 247607.27 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 103696.83 manat cəmi 1.412.622.41 manat əlavə vergi borcu hesablamış və həmin məbləğin 50 % həcmində, yəni 706391.23 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. xx.xx.2020-ci il tarixli **********138406 saylı qərardan görünür ki, İddiaçı MMC üzrə aparılan səyyar vergi yoxlaması nəticəsi olaraq 2018-ci ilin mənfəət vergisi üzrə 10810.45 manat, ƏDV üzrə 85348.49 manat, əmlak vergisi üzrə 3390.08 manat, torpaq vergisi üzrə 120.0 manat, MDSS – işəgötürənlə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslərə 668.882.02 manat, işsizlik sığortası üzrə rüblük hesabat üzrə 30531.80 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 246963.52 manat, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 80 manat, 2019-cu ilin ƏDV üzrə 15271.95 manat, MDSS – işəgötürənlə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslərə 247607.27 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 103696.83 manat, cəmi 1.412.622.41 manat əlavə vergi borcu hesablamış və həmin məbləğin 50 % həcmində, yəni 706391.23 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xidmət müqaviləsinin nümunəsindən görünür ki, həmin müqavilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN**********) fiziki şəxs X1 (icraçı) ilə İddiaçı MMC (sifarişçi) arasında bağlanmışdır. Müqavilənin predmetini icraçının sifarişçinin uzunmüddətli tapşırığı əsasında, ona (yaxud sifarişçinin təyin etdiyi üçüncü şəxsə) mütamadi sürücü (avtonəqliyyat vasitəsinin idarə edilməsi ilə əşyaların və ya sərnişinlərin daşınması və çatdırılması) xidmətini göstərir, sifarişçi isə icraçının göstərdiyi mütamadi xidmətinin əvəzində ona (icraçıya) aylıq xidmət haqqı ödəyir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə “Vergi ödəyicisinini vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərara əsasən iddiaçıya ümumilikdə 1.412.622.41 manat əlavə vergi məbləği, 706.391.23 manat maliyyə sankiyası və vergi hesabatını müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə 80.00 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı müvafiq qərarla razılaşmamış və həmin qərarı mübahisələndirmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, müəssisənin təqdim etdiyi mühasibat uçotu göstəriciləri, vergi hesab fakturaları, bank ödəniş sənədləri və digər ilkin sənədlər əsasında əlavə dəyər vergisi bəyannamələri araşdırılarkən ƏDV-nin 100620.44 manat az hesablandığı müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən icarəyə götürdüyü nəqliyyat vasitələrini yenidən digər müəssisəyə icarəyə vermiş, lakin həmin xidmətə ƏDV tətbiq etməmişdir, həmçinin müəssisə tərəfindən Vergi Məcəlləsinin 104 və 108-ci maddələrinin tələbləri pozularaq vergiyə cəlb olunan mənfəət 54052.25 manat azaldılmış, nəticədə mənfəət vergisi 10810.45 manat az hesablanmışdır. Bundan başqa, yoxlamaya təqdim olunmuş əmək müqavilələri (kontraktlar), əmək haqqı cədvəlləri və digər sənədlərə əsasən müəssisə tərəfindən hesablanan əmək haqlarının düzgünlüyü yoxlanan zaman müəssisə tərəfindən işçilərə hesablanaraq ödənilmiş əmək haqlarının tam olaraq gəlir vergisinə cəlb olunmayaraq Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və ona əsaslanmışdır ki, cavabdeh inzibati orqan vergi ödəyicisinin xidmət müqavilələrini əmək müqaviləsi kimi qiymətləndirmiş və nəticədə vergi ödəyicisinə MDSS, işsizlik sığortası üzrə və muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə əlavə vergi borcu hesablamışdır. Bununla bağlı məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qərar ƏDV, mənfəət, əmlak və torpaq vergisi isitisna olmaqla ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarxli, **********138106 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla İddiaçı MMC üzrə aparılan səyyar vergi yoxlaması nəticəsi olaraq 2018-ci ilin mənfəət vergisi üzrə 10810.45 manat, ƏDV üzrə 85348.49 manat, əmlak vergisi üzrə 3390.08 manat, torpaq vergisi üzrə 120.0 manat, MDSS - İşəgötürənlə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslərə 668.882.02 manat, işsizlik sığortası üzrə rüblük hesabat üzrə 30531.80 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 246963.52 manat, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 80 manat, 2019-cu ilin ƏDV üzrə 15271.95 manat, MDSS - işəgötürənlə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslərə 247607.27 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 103696.83 manat cəmi 1.412.622.41 manat əlavə vergi borcu hesablamış və həmin məbləğin 50 % həcmində, yəni 706391.23 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. Qərarın məzmunundan aydın olur ki, 2018-2019-cu illər üzrə müəssisə üçün həm xidmət müqavilələri, həm də əmək müqavilələri üzrə muzdlu işlə əlaqədar vergi, sosial sığorta və işsizlikdən sığorta haqları bir qərarla mübahisələndirilmişdir. Cavabdeh inzibati orqan mövqeyini onunla əsaslandırmışdır ki, xidmət müqavilələri və işlərin faktiki halları araşdırılarkən göstərilən xidmətlərin əmək qanunvericiliyinə uyğun həyata keçirildiyi təsdiqini tapmışdır. Belə ki, BP şirkəti ilə avto parkın idarə edilməsi üzrə xidmətlərin göstərilməsi üçün bağlanmış CW2133362 nömrəli müqavilənin 2-ci hissəsinin 1.1.31-ci sətrində göstərilmiş Azərbaycan Respublikasında əmək münasibətlərinin tələblərinə uyğun olaraq işçinin həftə ərzində 40 saat işləməsi, 1.1.32-ci sətrində göstərilmiş işçinin sosial mənafelərinin, onların təlimlərinin keçirilməsinin və.s bu kimi tələblərinin təmin edilməsini öhdəliyinə götürmüşdür. Bundan başqa, xidmət göstərən şəxslərlə bağlanmış xidmət müqavilələrində şəxslərin müəssisə daxili intizam qaydalarına riayət etməli olmaları, xidmət haqqının əmək haqqının , aylıq normasına uyğun olaraq ödənilməsi şərtləri nəzərə alınaraq işçilərinin tələblərə uyğun olaraq iş vaxtlarına uyğun olaraq işə davamiyyətləri əmək münasibətləri əsasında yerinə yetirilməsinə görə qeyd olunan şəxslər əmək müqaviləsi əsasında işləyən işçilərlə eyni şərtlərlə işlədiyinə görə daimi işçilər kimi işçilər hesab olunmuşdur. Eyni zamanda xidmət müqaviləsi əsasında işləyən şəxslərin siyahısında cəmiyyətin əmək müqaviləsi əsasında işçisi olmuş şəxslərin olması bu faktı bir daha təsdiqləyir. Cavabdeh tərəfindən yoxlama ilə qeyd olunan fiziki şəxslərin xidməti muzdlu işçi kimi qiymətləndirilmiş, xx.xx.2020-ci il tarxli, **********138106 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla həmin əsasla da iddiaçıya məsuliyyət müəyyən edilmişdir. Bundan başqa, cavabdeh inzibati orqan yoxlamaya təqdim olunmuş əmək müqavilələri (kontraktlar), əmək haqqı cədvəlləri və digər sənədlərə əsasən müəssisə tərəfindən hesablanan əmək haqlarının düzgünlüyü yoxlanan zaman müəssisə tərəfindən işçilərə hesablanaraq ödənilmiş əmək haqlarının tam olaraq gəlir vergisinə cəlb olunmayaraq Vergi Məcəlləsinin 98-ci və 101 -ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmişdir. Müəssisənin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə hesablanmış əmək haqqı 1858952.06 manat və hesablanmış əmək haqqına görə gəlir vergisinin məbləği 60632.66 manat olmaqla orta aylıq əmək haqqı 347.21 manat göstərilmişdir. Yoxlama ilə yuxanda qeyd olunan sənədlərə əsasən müəssisə tərəfindən hesablanmış gəlir məbləğinin 6259752.46 manat (2295319.78 manat vergiyə cəlb olunan, 3964432.68 manat isə həyatın yığım sığortasına yönləndirilmiş gəlir məbləği) olduğu müəyyən olunaraq ümumilikdə hesablanmalı olan gəlir vergisinin 240201.55 manat olduğu aşkar edilmişdir. Həmin qanun pozuntuları üzrə cavabdeh tərəfindən iddiaçıya işəgötürənlə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslərə 668.882.02 manat, işsizlik sığortası üzrə rüblük hesabat üzrə 30531.80 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 246963.52 manat, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 80 manat, 2019-cu ilin ƏDV üzrə 15271.95 manat, MDSS - işəgötürənlə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslərə 247607.27 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 103696.83 manat vergi borcu hesablanmışdır. Göründüyü kimi, cavabdeh həm əmək müqaviləsi, həm də xidmət müqavilələri üzrə borcları ümumiləşdirib qeyd olunan vergi borcunu hesablamışdır. Birinci instansiya məhkəməsi mübahisənin həmin hissəsi ilə bağlı hesab etmişdir ki, mülki-hüquqi xidmət müqavilələri vergi orqanlarında uçotda olan və olmayan fiziki şəxslərlə bağlana bilər. Vergi ödəyicisi olan işəgötürən vergi orqanında uçotda olmayan fiziki şəxslə mülki hüquqi müqavilə bağlayarkən vergi dərəcələrinə uyğun gəlir vergisi hesablanaraq hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyan edilməli və həmin müddətədək büdcəyə ödənməlidir. Vergi ödəyicisi vergi orqanlarında uçotda olan fiziki şəxslə mülki-hüquqi müqavilə bağlayarkən həmin xidmətlərə görə ona edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur. Kollegiya qeyd edir ki, məhkəmə vergi orqanının iddiaçı şirkətin sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi orqanında vergi ödəyicisi kimi qeydiyata alınan ayrı-ayrı fiziki şəxslərlə bağladığı xidmət müqaviləsini əmək müqaviləsi kimi qiymətləndirməsi və bu əsasla ona əlavə vergi borcu hesablamasını əsassız hesab etsə də, nəticədə vergi orqanının qərarın həmin hissəsi ilə iddiaçıya hesablanmış vergi borcunu tam ləğv etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, yoxlamaya təqdim olunmuş əmək müqavilələri (kontraktlar), əmək haqqı cədvəlləri və digər sənədlərə əsasən müəssisə tərəfindən hesablanan əmək haqlarının düzgünlüyü yoxlanan zaman müəssisə tərəfindən işçilərə hesablanaraq ödənilmiş əmək haqlarının tam olaraq gəlir vergisinə cəlb olunmayaraq Vergi Məcəlləsinin 98-ci və 101 -ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmişdir. Müəssisənin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə hesablanmış əmək haqqı 1858952.06 manat və hesablanmış əmək haqqına görə gəlir vergisinin məbləği 60632.66 manat olmaqla orta aylıq əmək haqqı 347.21 manat göstərilmişdir. Yoxlama ilə yuxanda qeyd olunan sənədlərə əsasən müəssisə tərəfindən hesablanmış gəlir məbləğinin 6259752.46 manat (2295319.78 manat vergiyə cəlb olunan, 3964432.68 manat isə həyatın yığım sığortasına yönləndirilmiş gəlir məbləği) olduğu müəyyən olunaraq ümumilikdə hesablanmalı olan gəlir vergisinin 240201.55 manat olduğu aşkar edilmişdir. 2018-ci il üzrə ümumilikdə 5162722.60 manat ( 1526536.22 manat gəlir vergisinə cəlb olunan, 3636186.38 manat həyatın yığım sığortasına yönləndirilmiş gəlir) hesablanan gəlir üzrə (yoxlama tərəfindən hesablanan 164156.66 - müəssisə tərəfindən bəyan edilən 60169.21 = kənarlaşma 103987.45 manat) 103987.45 manat, 2019-cu ilin ilk 3 ayı üzrə isə 1097029.86 manat (768783.56 manat gəlir vergisinə cəlb olunan və 328246.30 manat həyatın yığım sığortasına yönləndirilmiş gəlir) hesablanan gəlir üzrə (yoxlama tərəfindən hesablanan 76044.89 - müəssisə tərəfindən bəyan edilən 463.45 manat = kənarlaşma 75581.44 manat) 75581.44 manat olmaqla cəmi 179568.89 manat MÖMV bəyannamələri üzrə kənarlaşma aşkar olunmuş, 89784.45 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur: 1-ci cədvəl Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği 2500 manatadək 14 faiz 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Kollegiya qeyd edir ki, iddiaçı vergi orqanı tərəfindən hesablanmış əmlak və torpaq vergisinin də əsassız hesab edilməsini əsaslandıra bilməmişdir. Belə ki, yoxlama zamanı müəyyən edilmişdir ki, VM-nin 197 və 202-ci maddələrinin tələbləri pozularaq 3390.08 manat əmlak vergisi az hesablanmışdır (cəlb olunan əmlakın qalıq dəyəri 2018-ci (ilin əvvəlinə 360817.44+ ilin sonuna 340233.96 manat) /1%=3505.26 115.18 =3390.08 manat). Buna əsasən 3390.08 manat əmlak vergisinin azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında 1695.04 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa, yoxlanılan dövrün torpaq vergisinin düzgünlüyü ilkin sənədlər əsasında yoxlanılarkən müəyyən edilmişdir ki, müəssisənin mülkiyyətində və istifadəsində Abşeron rayonunda 0.15 ha torpaq sahəsi olmasına baxmayaraq VM-nin 205 və 206-cı maddələrinin tələbləri pozulmuş, buna görə də 2018-ci il üzrə 120.00 manat torpaq vergisi hesablanmış, 60 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 205-ci maddəsinə əsasən fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Həmçinin müəssisənin balansında olan 50 avtomobil nəqliyyatı vasitəsi ilə Vergi Məcəlləsinin 58.2 maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan ümumilikdə 525 ay (ümumi maşınların fərqlənmə nişanı olmadan fəaliyyət göstərilmiş ay saylanna hasili) sərnişin daşınmasına görə cəmi 21000.00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Bundan başqa Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən vergi hesabatını və arayışını əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 80.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Beləliklə, qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı «İddiaçı” MMC-nin apelyasiya şikayəti təmin edilməməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(118)-1195/2020 saylı qərarı qismən-iddianın təmin edilən-“əmək müqaviləsi ilə işləyənlərə münasibətdə gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sosial sığorta haqqı” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı «İddiaçı” MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(118)-1195/2020 saylı qərarı qismən-iddianın təmin edilən-“əmək müqaviləsi ilə işləyənlərə münasibətdə gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sosial sığorta haqqı” hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi rədd edilsin, qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-152/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-152/2021
09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver