Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-152/2022 11.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı «cavabdeh tərəfindən İddiaçı MMC barəsində çıxarılmış “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli, **********196243 saylı qərarının ləğv edilməsi, həmin qərara əsasən MMC-yə hesablanmış 93307,83 manat verginin və 34093,39 manat maliyyə sanksiyasının silinməsi» tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(118)-649/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş 16 yanvar 2020-ci il tarixli, **********196243 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 3 saylı Ərazi Vergilər İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********196243 saylı 16 yanvar 2020-ci il tarixli qərarı”na əsasən İddiaçı MMCyə səyyar vergi yoxlamasının nəticələrinə əsasən 93307,83 manat vergi hesablanmış və 34093,39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərar əsassız və qanunsuzdur. İddiaçı MMC ilə icarəyə götürənlər arasında keçirilmiş yığıncağa əsasən 2010-cu ilin oktyabr ayının 1-dən İddiaçı MMC-də icarə haqqı hər kvadratmetr üçün 4 manat müəyyən olunmuşdur. Bundan sonra hər bir icarəçi ilə 2010-cu ildən hal-hazıra kimi hər il bağlanılan icarə müqaviləsinə əsasən hər kvadrat metr üçün icarə haqqı 4 manat müəyyən edilmişdir. Sözügedən qərar 09 dekabr 2019-cu il tarixli **********157188 nömrəli səyyar vergi yoxlamasının nəticələri haqqında akta əsasən tərtib edilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş 09 dekabr 2019-cu il tarixli **********157188 nömrəli səyyar vergi yoxlaması aktına əsasən iddiaçıya ümumilikdə səyyar vergi yoxlaması nəticəsində 93307,89 manat verginin hesablanması və 57601,80 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Hazırkı mübahisəli aktın tərtib edilməsinə əsas 3 saylı Ərazi Vergilər İdarəsinin 12 noyabr 2019-cu il tarixli **********193108 nömrəli qərarına əsasən icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün təyin edilmiş ekspertiza olmuşdur. Həmin qərarla ekspertizanın keçirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti X3 ekspert qismində dəvət edilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsinin sənədlərin təqdim edilməsi haqqında 05 dekabr 2019-cu il tarixli məktubuna əsasən "xxxx" MMC-nin 03 dekabr 2019-cu il tarixli ekspert rəyinə əsasən, bütün göstərilənlər nəzərə alınmaqla apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, guya xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində İddiaçı MMC-nin mülkiyyətində olan Quba şəhəri, Heydər Əliyev 196 ünvanında yerləşən qeyri-yaşayış (bazar) sahəsinin 1 kv.m. sahəsi üçün orta aylıq icarə haqqı 6 manat müəyyən edilmişdir. 09 dekabr 2019-cu il tarixli **********157188 nömrəli səyyar vergi yoxlaması aktı ona görə əsassızdır ki, 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2018-ci il tarixli **********168872 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti X4 ekspert kimi dəvət edilmişdir. Həmin qərar əsasında keçirilmiş ekspertizanın nəticələri ilə "xxxx" MMC-nin 21 may 2019-cu il tarixli ekspert rəyi verilmiş, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış (bazar) sahəsinin 1 kv.m. sahəsi üçün orta aylıq icarə haqqı 5.27 manat müəyyən edilmişdir. Bunun nəticəsində 24 may 2019-ci il tarixində **********157188 nömrəli səyyar vergi yoxlaması aktına əsasən ümumilikdə vergi ödəyicisinə 58289,05 manat verginin hesablanması və 32898.6 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Həmin aktdan verilmiş şikayət nəzərə alınmış və nəticədə yenidən ekspertiza keçirilməsi qərara alınmışdır. 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********187031 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün 2-ci dəfə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi üçün Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti X2 ekspert kimi dəvət edilmişdir. Həmin qərar əsasında keçirilmiş ekspertizanın nəticələri ilə Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyi 23 oktyabr 2019-cu il tarixli ekspert rəyi verilmiş, icarə haqqının orta bazar qiyməti 1 kv.m. üçün 4,33 manat müəyyən edilmişdir. Bunun nəticəsində 24 oktyabr 2019-cu il tarixdə **********157188 nömrəli səyyar vergi yoxlaması aktına əsasən ümumilikdə vergi ödəyicisinə 24263,7 manat verginin hesablanması və 14522,37 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********191765 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün üçüncü dəfə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti X6 ekspert kimi dəvət edilmişdir. Lakin iş üzrə bu günə kimi ekspert rəyi verilməmişdir. 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********187031 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən keçirilmiş ekspertizanın (24 oktyabr 2019-cu il tarixli) rəyi gəlməmiş, 18 oktyabr 2019-cu il tarixdə **********191765 nömrəli dördüncü dəfə ekspertizanın təyin edilməsi haqqında qərar verilmiş və ekspertizanın keçirilməsi üçün yenidən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti X7 ekspert kimi dəvət edilmişdir. Halbuki, bundan əvvəlki birinci dəfə iş üzrə ekspertizanın keçirilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırıldığı üçün ona etiraz etmişdir və etirazı təmin olunmuşdur. Buna baxmayaraq 3 saylı Ərazi Vergilər İdarəsinin MMC-nin həmin şirkətə etiraz etdiyini bilə-bilə yenidən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ekspertiza keçirilməsini tapşırmışdır. İş üzrə əvvəlcə xx.xx.2019cu il tarixli **********187031 nömrəli qərarla təyin edilmiş Azərbaycan Respublikası Ticarət- Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti X1 rəyi gəlməmiş, yenidən ekspertizanın təyin edilməsi haqqında xx.xx.2019-cu il tarixdə qərar qəbul edilmiş, əvvəlki ekspertiza üzrə rəy xx.xx.2019-cu il tarixdə verilmişdir. Göründüyü kimi 3 saylı Ərazi Vergilər İdarəsi icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün ekspertizanın təyin edilməsi haqqında qərarları üç dəfə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmış, bir dəfə Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza'’ Birliyinə tapşırılmış, Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza" Birliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyindən fərqli az miqdarda icarə haqqı müəyyən etsə də, həmin rəyi ört-basdır etmiş, təkrar olaraq əsaslandırmadan, rəy gəlmədən yenidən ekspertiza təyin etmişdir. “X14” MMC-yə məxsus ərazidən mərkəzə daha yaxın ərazidə Heydər Əliyev prospektində yerləşən obyektin 05 iyul 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən icarə qiyməti (obyektin harada yerləşməsi, icarə qiyməti və s. kommersiya sirridir, amma araşdırmaya təqdim etməyə hazırdır) 1 kv.m. üçün 1,9 manat müəyyən edildiyi, reallıqda isə 1 kv.m. üçün təxminən 1-3 manat arası icarə haqqı olduğu halda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən keçirilmiş ekspertiza rəyləri nəticəsində hər dəfə 1 kv.m. üçün icarə haqqı artırılmış, 21 may 2019-cu il tarixdə 5,27 manat, sonuncu dəfə 03 dekabr 2019-cu il tarixdə isa 6 manat müəyyən edilmiş, lakin Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin rəyində isə icarə qiyməti reallığa bir az uyğun 4,33 manat müəyyən edilmişdir. Göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilən yüksək fərqlə rəy verməklə bu iş qərəzli olmasını sübut edir. Azərbaycan Respublikasında azı 13 qiymətləndirmə şirkəti olduğu halda 4 dəfə keçirilmiş ekspertizanın 3 dəfəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılması 3 saylı Ərazi Vergilər İdarəsinin bu işdə qərəzli olmasını sübut edir. Belə ki, ekspert rəyinin 4-cü vərəqində 2-ci ehtimal və məhdudiyyət şərtləri bölməsinin 4-cü bəndində qeyd edilmişdir ki, “qiymətləndiricinin qiymətləndirilən qeyri-yaşayış sahəsinin qiymətləndirildiyi tarixdə və qiymətləndirmə tarixinə etibarlıdır. Bu tarixdən kənar dövr ərzində qeyri-yaşayış sahəsinin bazar dəyərinə təsir göstərə bilən hər hansı bir iqtisadi, hüquqi və digər faktorlara görə qiymətləndirici məsuliyyət daşımır”. Lakin, buna baxmayaraq qeyd edilən şərtləri sadalayan həmin ekspert nədənsə rəyində xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixdək dövr ərzində 1 kv.m-nin orta icarə qiymətinin 6 manat olmasını müəyyən etmişdir. Həmçinin, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda “Qiymətləndirmə tarixi” anlayışına izah verilmiş və qiymətləndirmə məhz həmin konkret tarixə aid olması qeyd edilmişdir. Bazar şəraitində qiymətlər bu və ya digər istiqamətə dəyişir, bu həqiqətə uyğun gəlməyə də bilər. Ona görə də, müəyyən olunmuş dəyəri keçmiş və ya gələcək tarixə deyil, məhz bu tarixdəki vəziyyəti əks etdirir. Lakin buna baxmayaraq qeyd edilən şərtləri sadalayan həmin ekspert nədənsə xx.xx.2019-cu il tarixli rəyində 3 il əvvəlki dövrdən xx.xx.2018-ci il tarixədək dövr ərzində 1 kv.m-nin orta icarə qiymətinin 6 manat olmasını müəyyən etmişdir. Ekspert rəyinin 8-ci bəndini əhatə edən “qiymətləndirilən obyektin (bazar) foto görüntüləri” vərəqində olan foto görüntülər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 may 2019-cu il tarixli görüntüləri ilə eynidir. Halbuki, may ayından sonra noyabr ayına kimi bazarda müəyyən dəyişiklik edilmişdir. Ekspert rəyinin 8-ci “aparılmış hesablamalar” bəndində qeyd edilmişdir ki, “qiymətləndirilən obyektin tam oxşarının praktiki baxımından mövcud olmaması qiymətləndirici mütəxəssisə analoji obyektlər üzrə məlumatlar əldə etməkdə və onlar üzərində müəyyən tədqiqlər aparmaqda problemlər yaratmışdır.” Lakin, qeyd edilənlərin əksinə olaraq İddiaçınin oxşarı “Əli Ticarət” Mərkəzi, “Quba Ticarət” Mərkəzi və digər obyektlərdir ki, həmin bazarlarda da icarə haqqının 1 kv.m. görə qiyməti nəinki 6 manat heç 4 manat da deyildir. Bundan başqa ekspert rəyinin 8.1-ci bəndində “torpaq üzərində fərdi qaydada tikilmiş obyektin qiymətləndirilməsi” bölməsində obyektlərin satışından bəhs edilmişdir ki, bunun da icarə qiymətləri ilə uzlaşdıraraq nəticə çıxarmaq mümkün deyildir. Həmin bölmədə analoq 1, 2, 3 şəkillərlə müqayisəli tədqiqat aparılmışdır ki, həmin analoq şəkillərdə satış tarixi noyabr ayından əvvəlki tarixlərə təsadüf etsə də, ekspert müqayisəli tədqiqatda üç obyektin tikilmə tarixini noyabr 2019-cu il kimi qeyd etmişdir. Müqayisəli tədqiqatda torpaq sahəsinin təyinatı qeyri-yaşayış obyekti kimi göstərilsə də, analoq şəkillərdə bu barədə heç bir məlumat yoxdur. Müqayisəli tədqiqatda torpaq sahəsinin elektrik, qaz, su, kanalizasiya kimi kommunikasiyalara bağlı olduğu göstərilsə də, analoq şəkillərdə bu barədə heç bir məlumat yoxdur. Göründüyü kimi ekspert rəyinin 8.1-ci bəndində “torpaq üzərində fərdi qaydada tikilmiş obyektin qiymətləndirilməsi” bölməsində həqiqətə uyğun olmayan, analoq şəkillərdə qeyd edilməyən xüsusatlar qeyd edilməklə müqayisəli tədqiqat aparılmasına cəhd edilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixli ekspert rəyinin ən maraqlı hissəsi 8.1-ci bənddə icarələr üzrə müqayisəli yanaşma ilə hesabat bölməsində yazılanlardır. Belə ki, həmin bölmədə analoq 1, 2 və 3-də şəkillər göstərilmiş, analoq 1-də yalnız şəkil göstərilmiş başqa heç bir qeyd göstərilməmiş, analoq 2-də elanın müddəti bitib qeyd edilmiş və obyektin şəkili göstərilməmiş, yalnız analoq 3-də yeni elan göstərilmişdir. Buna baxmayaraq ekspert natamam analoq şəkillərlə müqayisəli tədiqat aparmış, daşınmaz əmlakın ümumi sahəsi analoq 1-də göstərilməsə də, ekspert onu haradansa taparaq 35 kv.m. qeyd etmiş, daşınmaz əmlakın qiyməti analoq 1-də göstərilməsə də, ekspert onu 150 (hansısa qiymət) göstərmiş, satış tarixi bölməsində analoq 1 üçün noyabr 2019 qeyd etsə də, analoq 1-də bu göstərilməmiş, analoq 2 üçün noyabr 2019 qeyd etsə də, analoq 2-də göstərilmiş obyektin elanın icarə müddəti bitmiş, binanın layihəsi bölməsində ekspert onu ayrıca tikili kimi qeyd etmiş, baxmayaraq ki, bu barədə heç bir yerdə göstərilməmiş, binanın tikildiyi il kimi 1989, 1990, 1988 göstərilmiş, yenə bu barədə heç bir yerdə məlumat yoxdur, tavanın hündürlüyü və obyektin təmirliliyi bölməsində analoq 2 adlı şəkli göstərilməyən obyekt üçün ekspert münəccimlik edərək tavanın hündürlüyünü 3 metr və təmirliliyi orta göstərmiş, bundan başqa heç bir analoq 1, 2 və 3 şəkillərində kommunikasiya barədə yazılmamasına baxmayaraq ekspert hər üç obyekt üçün elektrik, su, kanalzasiya mərkəzləşdirilmiş qeyd etmişdir. Göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-ci il tarixli ekspert rəyində xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dövr ərzində 1 kv.m-nin orta icarə qiymətinin 6 manat olmasını müəyyən edərkən bu gülünc və absurd müqayisədən istifadə edərək, yekun nəticəyə gəlmişdir. 3 saylı Ərazi Vegilər İdarəsi İddiaçı MMC üzrə ekspertizanın keçirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli **********193108 nömrəli qərar qəbul etmiş, İddiaçı MMC həmin qərarla bağlı vəsatət verərək ekspertizanın keçirilməsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə deyil, digər ekspert şirkətinə tapşırılmasını xahiş etsə də, vergilər idarəsinin xx.xx.2019-cu il tarixli ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı vergi ödəyicisinin hüquqları ilə əlaqədar vəsatətin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra, xx.xx.2019-cu il tarixli ekspert rəyi verilmiş və tanış olmaq üçün İddiaçı MMC-yə göndərilmişdir. xx.xx.2019-cu il tarixli ekspert rəyinə etiraz verilmiş və ekspert rəyində olan səhvlər və uyğunsuzluqlar göstərilmiş və yenidən ekspertiza keçirilməsi xahiş edilmişdir. Lakin İddiaçı MMC-nin ərizəsinə cavab verilməmiş və 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli **********157188 nömrəli səyyar vergi yoxlaması aktı verilmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixli **********157188 nömrəli səyyar vergi yoxlaması aktına etiraz verilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş ekspertizanın keçirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli **********193108 nömrəli qərar və xx.xx.2019-cu il tarixli ekspert rəyi “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 2012-ci il tarixli qərarına uyğun deyildir. Həmin ekspertizanın keçirilməsi barədə qərar və ekspert rəyi qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 2012-ci il tarixli qərarında göstərilən hallar nəzərə alınmamışdır. Belə ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 2012ci il tarixli qərarında göstərilmişdir ki, “... Bununla əlaqədar, qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar...”. Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********157048 nömrəli qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətində növbəti səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2018-ci il tarixdə KY181257533 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2019-cu il tarixli **********157188 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********196243 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2015-2017-ci illər üzrə mənfəət vergisinin 50115,21 manat və X16nin (mətndə-ƏDV) 43426,54 manat olmaqla, ümumilikdə 93541,75 manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Yoxlama zamanı 2017-ci il üzrə əmlak vergisinin 233,92 manat artıq hesablandığı müəyən edilmişdir. Səyyar vergi yoxlaması ilə ümumilikdə vergi ödəyisinə 93307,83 manat məbləğində əlavə vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 31448,14 manat və Vergi Məcəlləsinin 58.3cü maddəsinə əsasən 2645,25 manat olmaqla, ümumilikdə 34093,39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə “vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2018-ci il tarixli **********157189 nömrəli tələbnamə verilmiş, sənədlərin təqdim edilməsi xx.xx.2018-ci il tarixli aktla rəsmiləşdirilmişdir. xx.xx.2015-ci il tarixdən xx.xx.2018ci il tarixədək olan dövr ərzində vergi ödəyicisinə məxsus ünvan 2 ünvanında yerləşən obyektdə icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə “ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********168872 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar əsasında "xxxx" MMC (VÖEN **********) qiymətləndirmə şirkəti ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən həmin şirkətin eksperti X4 tərəfindən xx.xx.2019-cu il tarixli ekspert rəyi tərtib edilmişdir. Lakin, vergi ödəyicisi həmin ekspert rəyi ilə razılaşmayaraq yenidən ekpertizanın keçirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli **********364700 nömrəli məktubla müraciət edilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi tərərfindən vergi ödəyicisinin vəsatəti təmin edilərək xx.xx.2019-cu il tarixli **********187031 nömrəli “ekspertizanın təyin edilməsi haqqında” Qərar qəbul edilmiş və yenidən ekspertiza keçirilməsi məqsədi ilə müqavilə əsasında Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyindən ekspert kimi X2 dəvət edilmiş və xx.xx.2019-cu il tarixli ekspert rəyi tərtib edilmişdir. Tərtib olunmuş ekspert rəyi tam əsaslandırılmadığına görə Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin müddəaları nəzərə alınaraq, vergi orqanı tərəfindən vergilərin hesablanması zamanı həmin ekspert rəyi əsas götürülməmiş və xx.xx.2019-cu il tarixli **********192743 nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərar qəbul edilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********193108 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərarına əsasən "xxxx" MMC qiymətləndirmə şirkəti ilə bağlanmış müqaviləyə əsasən həmin şirkətin eksperti X3 tərəfindən İddiaçı MMC-də xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün icarə haqqının bazar dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə araşdırmalar aparılmışdır. Ekspert tərəfindən vergi ödəyicisinə məxsus ünvan 2 ünvanında yerləşən obyektə (bazara) yerində baxış keçirilmişdir. Ekspertiza zamanı aparılmış təhlil və hesablamalar nəticəsində müəssisənin balansında olan əsas vəsaitlərin orta aylıq icarə haqqının məbləği 1 kv.m. üçün 6 manat olduğu müəyyən olunmuş və bu barədə ekspert tərəfindən xx.xx.2019-cu il tarixli ekspert rəyi tərtib edilmişdir. Müəssisə tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün təqdim edilmiş X16 bəyannamələrində vergiyə cəlb olunan əməliyyatların dəyəri 637466,88 manat, əvəzləşdirilən ƏDV məbləği 7765,83 manat bəyan edilərək 106978,21 manat X16 hesablanmışdır (637466,88x18%-7765,83). Lakin, səyyar vergi yoxlaması zamanı iddiaçının bəyan etdiyi ƏDV bəyannamələrindəki məlumatların açıqaşkar həqiqətə uyğun olmadığına dair şübhələr yaranmışdır. Beləliklə, ödənilməli olan X16 müəyyən edilməsi üçün Cəmiyyətə məxsus ünvan 2 ünvanında yerləşən obyektdə icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixli qərarla ekspertiza təyin edilmiş və "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən xx.xx.2019-cu il tarixli rəy tərtib edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən cəmiyyətə məxsus olan əsas vəsaitlərin orta aylıq icarə haqqının məbləği 1 kv.m. üçün 6 manat olduğu müəyyən olunmuşdur. Aparılmış səyyar vergi yoxlaması zamanı cəmiyyətin vergiyə cəlb olunan əməliyyatların dəyəri 878725,30 manat müəyyən edildiyinə görə, əvəzləşdirilən 7765,83 manat ƏDV məbləği nəzərə alınmaqla 150404,72 manat məbləğində dövlət büdcəsinə ödənilməli ƏDV müəyyən edilmiş və Cəmiyyət tərəfindən bəyan edilən 106978,21 manat ƏDV məbləği nəzərə alınmaqla, əlavə 43426,52 manat ƏDV hesablanmışdır. (878725,30 x 18%- 7765,83=150404,72-106978,21). Mənfəət vergisinin yoxlanılması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən 2015-ci ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamədə vergiyə cəlb olunan mənfəəti 82856,50 manat bəyan edilərək, büdcəyə ödənilməsi üçün 16571,30 manat mənfəət vergisi hesablanmışdır. Lakin, aparılmış səyyar vergi yoxlaması zamanı həmin il üzrə vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 148924,66 manat və həmin mənfəətdən büdcəyə ödənilməsi üçün 29784,93 manat mənfəət vergisi müəyyən edilmişdir. Buna görə də, 2015-ci il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilən 16571,30 manat mənfəət vergisi nəzərə alınmaqla əlavə 13213,63 manat mənfəət vergisi hesablanmışdır (148924,66- 82856,50=66068,16x20%). Həmçinin, vergi ödəyicisi tərəfindən 2016-cı ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamədə vergiyə cəlb olunan mənfəəti 65169,49 manat bəyan edilərək, büdcəyə ödənilməsi üçün 13033,90 manat mənfəət vergisi hesablanmışdır. Lakin, aparılmış səyyar vergi yoxlaması zamanı həmin il üzrə vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 152206,45 manat və həmin mənfəətdən büdcəyə ödənilməsi üçün 30441,29 manat mənfəət vergisi müəyyən edilmişdir. Buna görə də, 2016-cı il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilən 13033,90 manat mənfəət vergisi nəzərə alınmaqla əlavə 17407,39 manat mənfəət vergisi hesablanmışdır (152206,45- 65169,49=87036,96x20%). Həmçinin, vergi ödəyicisi tərəfindən 2017-ci ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamədə vergiyə cəlb olunan mənfəəti 52897,63 manat bəyan edilərək, büdcəyə ödənilməsi üçün 10579,53 manat mənfəət vergisi hesablanmışdır. Lakin, aparılmış səyyar vergi yoxlaması zamanı həmin il üzrə vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 149368,55 manat və həmin mənfəətdən büdcəyə ödənilməsi üçün 29873,71 manat mənfəət vergisi müəyyən edilmişdir. Buna görə də, 2017-ci il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilən 10579,53 manat mənfəət vergisi nəzərə alınmaqla əlavə 19294,18 manat mənfəət vergisi hesablanmışdır (149368,55- 52897,63=96470,92x20%). Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan 2017-ci ildə 5290,50 manat məbləğində pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldığına görə Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında 2645,25 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində səyyar vergi yoxlaması zamanı təkrar ekspertizanın aparılmasının eyni şirkətə tapşırıldığını göstərmişdir. Vergi orqanı tərəfindən ekspertizanın təyin edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Səyyar vergi yoxlaması zamanı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində vergi ödəyicisinə məxsus ünvan 2 ünvanında yerləşən obyektdə icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə “ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********168872 nömrəli qərarına əsasən ekspert kimi X4 təyin edilmiş və onun tərəfindən xx.xx.2019-cu il tarixli rəy təqdim edilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixli **********193108 nömrəli “ekspertizanın təyin edilməsi haqqında” qərara əsasən təkrar aparılmış ekspertiza X3 tərəfindən aparılmış və onun tərəfindən xx.xx.2019-cu il tarixli rəy təqdim edilmişdir. Göründüyü kimi, cəmiyyətdə aparılmış təkrar ekspertiza əvvəlki ekspertiza aparmış ekspert tərəfindən aparılmamış, digər ekspert tərəfindən aparılmışdır. Səyyar vergi yoxlamasının aparılması və yoxlama ilə vergilərin hesablanması zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir və verilmiş iddia tələblərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-649/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC barəsində çıxarılmış “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********196243 saylı qərarının ləğv edilməsi, cavabdeh tərəfindən tətbiq edilmiş xx.xx.2020-ci il tarixli, **********196243 saylı qərarına əsasən İddiaçı MMC-yə hesablanmış 93307,23 manat əsas borcun və 34093,39 manat maliyyə sanksiyasının silinməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-185/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-649/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi hakim Fuad Məmmədov, hakimlər Zaur Məmmədov və Hökümə Babayeva). Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsi kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1588/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-185/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən və məruzəçi hakim İlqar Hüseynov, hakimlər Nigar Rəsulbəyova və Kəmallədin Bədəlov). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının əsaslandırma hissəsindən də göründüyü kimi məhkəmə iş üzrə mövcud olan sübutları tam və hərtərəfli araşdırmamış və nəticədə mübahisənin həqiqi hallarını əks etdirməyən əsassız qərar qəbul olunmuşdur. Belə ki, məhkəmə öz qərarının əsaslandırma hissəsində vergilərin hesablanmasına əsas olmuş "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyinin əsaslı olmadığını və həmin rəydə vergilərin hesablanması üçün əsas olmadığını qeyd etmişdir. Məhkəmə qərarından belə anlaşılır ki, məhkəmə yalnız vergi ödəyicisinin iddia ərizəsində göstərdiyi məlumatlara istinad etməklə və həmin iş üzrə əlavə araşdırma aparmadan mübahisə üzrə yekun nəticəyə gəlmişdir. Məhkəmə 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş iddia ərizəsinə qarşı etirazda göstərilən məlumatları və sübutları ümumiyyətlə nəzərə almamışdır. Belə ki, 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********157048 nömrəli qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətində növbəti səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2018-ci il tarixdə KY181257533 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2019-cu il tarixli **********157188 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və akt əsasında “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********196243 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2015-2017-ci illər üzrə mənfəət vergisinin 50115,21 manat və X16nin (mətndə-ƏDV) 43426,54 manat olmaqla, ümumilikdə 93541,75 manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Eyni zamanda yoxlama zamanı 2017-ci il üzrə əmlak vergisinin 233,92 manat artıq hesablandığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə ümumilikdə vergi ödəyişinə 93307,83 manat məbləğində əlavə vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 31448,14 manat və Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən 2645,25 manat olmaqla, ümumilikdə 34093,39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2018-ci il tarixli **********157189 nömrəli tələbnamə verilmiş, sənədlərin təqdim edilməsi xx.xx.2018-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Belə ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində vergi ödəyicisinə məxsus ünvan 2 ünvanında yerləşən obyektdə icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə “ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********168872 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar əsasında "xxxx" MMC qiymətləndirmə şirkəti ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən həmin şirkətin eksperti X4 tərəfindən xx.xx.2019-cu il tarixli ekspert rəyi tərtib edilmişdir. Lakin, vergi ödəyicisi həmin ekspert rəyi ilə razılaşmayaraq, yenidən ekpertizanın keçirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli **********364700 nömrəli məktubla müraciət etmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi tərərfindən vergi ödəyicisinin müraciəti təmin edilərək xx.xx.2019-cu il tarixli **********187031 nömrəli “ekspertizanın təyin edilməsi haqqında” Qərar qəbul edilmiş və yenidən ekspertiza keçirilməsi məqsədi ilə müqavilə əsasında Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyindən ekspert kimi X2 dəvət edilmiş və onun tərəfindən xx.xx.2019-cu il tarixli ekspert rəyi tərtib edilmişdir. Tərtib olunmuş ekspert rəyi tam əsaslandırılmadığına görə Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin müddəaları nəzərə alınaraq, vergi orqanı tərəfindən vergilərin hesablanması zamanı həmin ekspert rəyi əsas götürülməmiş və xx.xx.2019-cu il tarixli **********192743 nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul edilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019- cu il tarixli **********193108 nömrəli “ekspertizanın təyin edilməsi haqqında” qərarına əsasən "xxxx" MMC qiymətləndirmə şirkəti ilə bağlanmış müqaviləyə əsasən həmin şirkətin eksperti X3 tərəfindən İddiaçı MMC-də xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün icarə haqqının bazar dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə araşdırmalar aparılmışdır. Ekspert tərəfindən vergi ödəyicisinə məxsus ünvan 2 ünvanında yerləşən obyektə (bazara) yerində baxış keçirilmişdir. Ekspertiza zamanı aparılmış təhlil və hesablamalar nəticəsində müəssisinin balansında olan əsas vəsaitlərin orta aylıq icarə haqqının məbləği 1 kv.m. üçün 6 manat olduğu müəyyən olunmuş və bu barədə ekspert tərəfindən xx.xx.2019-cu il tarixli ekspert rəyi tərtib edilmişdir. Müəssisə tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün təqdim edilmiş X16 bəyannamələrində vergiyə cəlb olunan əməliyyatların dəyəri 637466,88 manat, əvəzləşdirilən ƏDV məbləği 7765,83 manat bəyan edilərək 106978,21 manat X16 hesablanmışdır (637466,88x18%-7765,83). Lakin, səyyar vergi yoxlaması zamanı iddiaçının bəyan etdiyi ƏDV bəyannamələrindəki məlumatların açıq-aşkar həqiqətə uyğun olmadığına dair şübhələr yaranmışdır. Beləliklə, ödənilməli olan X16 müəyyən edilməsi üçün cəmiyyətə məxsus ünvan 2 ünvanında yerləşən obyektdə icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixli qərarla ekspertiza təyin edilmiş və "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən xx.xx.2019-cu il tarixli rəy tərtib edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən cəmiyyətə məxsus olan əsas vəsaitlərin orta ayılq icarə haqqının məbləği 1 kv.m. üçün 6 manat olduğu müəyyən olunmuşdur. Aparılmış səyyar vergi yoxlaması zamanı cəmiyyətin vergiyə cəlb olunan əməliyyatların dəyəri 878725,30 manat müəyyən edildiyinə görə, əvəzləşdirilən 7765,83 manat ƏDV məbləği nəzərə alınmaqla 150404,72 manat məbləğində dövlət büdcəsinə ödənilməli ƏDV müəyyən edilmiş və cəmiyyət tərəfindən bəyan edilən 106978,21 manat ƏDV məbləği nəzərə alınmaqla, əlavə 43426,52 manat ƏDV hesablanmışdır. Mənfəət vergisinin yoxlanılması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən 2015-ci ilin mənfəət vergisi üzrə tədim edilmiş bəyannamədə vergiyə cəlb olunan mənfəəti 82856,50 manat bəyan edilərək, büdcəyə ödənilməsi üçün 16571,30 manat mənfəət vergisi hesablanmışdır. Lakin, aparılmış səyyar vergi yoxlaması zamanı həmin il üzrə vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 148924,66 manat və həmin mənfəətdən büdcəyə ödənilməsi üçün 29784,93 manat mənfəət vergisi müəyyən edilmişdir. Buna görə də, 2015-cı il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilən 16571,30 manat mənfəət vergisi nəzərə alınmaqla əlavə 13213,63 manat mənfəət vergisi hesablanmışdır. Həmçinin, vergi ödəyicisi tərəfindən 2016-cı ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamədə vergiyə cəlb olunan mənfəəti 65169,49 manat bəyan edilərək, büdcəyə ödənilməsi üçün 13033,90 manat mənfəət vergisi hesablanmışdır. Lakin, aparılmış səyyar vergi yoxlaması zamanı həmin il üzrə vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 152206,45 manat və həmin mənfəətdən büdcəyə ödənilməsi üçün 30441,29 manat mənfəət vergisi müəyyən edilmişdir. Buna görə də, 2016-cı il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilən 13033,90 manat mənfəət vergisi nəzərə alınmaqla əlavə 17407,39 manat mənfəət vergisi hesablanmışdır. Həmçinin, vergi ödəyicisi tərəfindən 2017-cı ilin mənfəət vergisi üzrə tədim edilmiş bəyannamədə vergiyə cəlb olunan mənfəəti 52897,63 manat bəyan edilərək, büdcəyə ödənilməsi üçün 10579,53 manat mənfəət vergisi hesablanmışdır. Lakin, aparılmış səyyar vergi yoxlaması zamanı həmin il üzrə vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 149368,55 manat və həmin mənfəətdən büdcəyə ödənilməsi üçün 29873,71 manat mənfəət vergisi müəyyən edilmişdir. Buna görə də, 2017-ci il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilən 10579,53 manat mənfəət vergisi nəzərə alınmaqla əlavə 19294,18 manat mənfəət vergisi hesablanmışdır. Qeyd olunmalıdır ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla hesabdan 2017-ci ildə 5290,50 manat məbləğində, nağd qaydada məxaric əməliyyatları aparıldığına görə Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında 2645,25 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 1(118)-649/2020 nömrəli qərardadına əsasən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizazı təyin edilmiş və ekspertizanın keçirilməsi "xxxx" MMC-nin ekspertinə tapşırılmışdır. "xxxx" MMC-nin eksperti X8 tərəfindən xx.xx.2020-ci il tarixli ekspert rəyi tərtib edilmiş və xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün İddiaçı MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən obyektdə (bazar) orta ayılq icarə haqqının məbləği 1 kv.m. üçün 4 manat olduğu qeyd edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrində də icarə haqqının məbləği 1 kv.m. üçün 4 manat bəyan edilmişdir. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli UNİ/İ 09- 218/20 nömrəli ekspert rəyi mötəbər və əsaslı bir sənəd kimi qəbul edilmişdir. "xxxx" MMC-nin eksperti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli UNİ/İ 09- 218/20 nömrəli ekspert rəyinin isə heç bir əsası olmadığına görə iş üçün heç bir sübut əhəmiyyətli hesab edilməməli idi. İddiaçı MMC-yə məxsus Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən ticarət kompleksinin ümumi sahəsi 4800 (dörd min səkkiz yüz) kvadrat metr təşkil edir. "xxxx" MMC-nin ekspertinin özünün də qeyd etdiyi kimi, obyekt Quba şəhərinin ən mərkəzi hissəsində, əla infrastruktura malik, hər tərəfdən əla vəziyyətdə olan yollarla təchiz olunmuş və istər fərdi, istərsə də ictimai nəqliyyat üçün çox əlverişli yerdə yerləşən bir ticarət kompleksidir. "xxxx" MMC-nin eksperti tərəfindən tərtib edilmiş ekspert rəyində İddiaçı MMC-yə məxsus ticarət kompleksində yerləşən obyektlərin icarə haqqı uyğun satışların müqayisəsi metodundan istifadə edilməklə müəyyən edilərkən, həmin obyektin digər obyeklərlə çox uğursuz və heç bir məntiqə uyğun olmayan müqayisəsi həyata keçirilmişdir. Belə ki, ekspert hansı səbəbdənsə, rəyin 6-cı bəndinin 16-cı abzasında düzəlişlərin dərəcəsindən danışarkən, fərdi yaşayış evinin ümumi dəyərinin müqayisə elementlərinin xüsusi çəkisindən bəhs etmişdir. Bundan əlavə, ekspert rəyin “ümumi məlumatlar” adlanan 1-ci bölməsinin 5-ci bəndində obyektin mülkiyyət növünün sadəcə olaraq, “mülkiyyət” adlandırılması ilə kifayətlənmişdir. Müqayisə edilən başqa ticarət obyektləri nə yerləşdiyi coğrafi yerlərinə görə, nə estetik baxımdan, nə də ki digər marketoloji aspektlərdən İddiaçı MMC-yə məxsus ticarət kompleksi ilə heç bir halda müqayisə edilə bilməzlər. Məhkəmə yalnız vergi ödəyicisinin iddia ərizəsində göstərdiyi məlumatlara istinad etməklə və həmin iş üzrə əlavə araşdırma aparılmadan mübahisə üzrə yekun nəticəyə gəlmişdir. Məhkəmə ekspert rəyləri arasında ziddiyyətlər mövcud olduğu halda, ekspertizanın aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmamış, təkrar ekspertiza təyin etməyərək, prosessual hüquq normasının tələblərini pozmuşdur. Belə ki, 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli UNİ/İ 09-218/20 nömrəli ekspert rəyi üzrə ekspertin dindirilməsi və təkrar ekspertizanın keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli **********680900 nömrəli vəsatətlə müraciət etməsinə baxmayaraq, məhkəmə heç bir əsas olmadan vəsatəti təmin etməmişdir. TƏRƏFLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Birinci instansiya məhkəməsi tərəfindən sübutlara inzibati prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********196243 saylı, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, İddiaçı MMC səyyar vergi yoxlamasının nəticələrinə əsasən 93307,23 manat əsas və 34093,39 manat məbləğində maliyyə sanksiyası olmaqla, cəmi 127400,62 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan müstəqil qiymətləndirmə şirkəti "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, UNİ/İ 09-218/20 nömrəli ekspert rəyindən görünür ki, obyektin mövcud vəziyyəti, işləkliyi, yerləşdiyi ərazinin aktivliyi, ümumi sahəsi, konstruksiyası, aşınması və s. Xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən xx.xx.2015-ci il tarixdən - xx.xx.2018-ci il tarixədək ünvan 2 ünvanında yerləşən obyektdə (İddiaçı MMCdə) və ümumi Quba şəhəri üzrə digər obyektlərdə (ticarət mərkəzləri) icarə haqlarının bazar qiymətləri 1 kv.metr=4,0 (dörd) manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi vergi orqanının vəzifəli şəxsinin müvafiq qərarına əsasən ekspertizanın təyin edilməsi, ekspert rəyinə əsasən icarə haqqı məbləğinin müəyyənləşdirilməsi, İddiaçı MMC ilə “İcarəçilər” arasında bağlanmış icarə müqavilələrinin icarə haqqı məbləğləri ilə ekspert rəyi arasında yaranmış icarə haqqı məbləği arasındakı fərqə və icarə haqlarının arasındakı fərqə münasibətdə hesablanmış vergilərə (ƏDV və mənfət vergisi) münasibətdə qeyd etmişdir ki, İddiaçı MMC tərəfindən qeyri-yaşayış sahələri icarəyə verilərkən tərəflər “icarəyə verən” tərəfindən həmin əmlaklar üzərində dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququ olduğuna, həmçinin müqavilə tərəfləri mülki qanunvericiliyin müqavilələr azadlığı və mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsiplərinə əsaslanmışlar. Bundan başqa, İddiaçı MMC ilə “İcarəçilər” arasında bağlanmış icarə müqavilələrinin icarə haqqı məbləğləri dəyişdirilmədən, yəni həmin müqavilələr icarə haqqı məbləğləri hissəsində etibarsız və ləğv edilmədiyindən, müqavilə ola-ola vergi orqanı tərəfindən ekspert rəyinə əsaslanaraq, yəni faktiki olaraq qüvvədə olan icarə müqavilələrinin icarə haqqı qismində etibarsız və ləğv edilmədiyi halda ekspert rəyinə əsasən icarə haqqı məbləğlərinin dəyişdirilərək, ona uyğun verginin hesablanması qanuni hesab edilə bilməz. Belə ki, qanunvericilik əqdlərin etibarsızlığı, müqavilələrin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını dəqiq olaraq tənzimləyir, bu əsaslar dəqiqdir və onlar geniş təfsir edilə bilməz. Sadalanan xüsusatlara əsaslanan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, İddiaçı MMC barəsində çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsulliyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********196243 saylı qərarı ləğv edilməli və həmin qərar əsasında hesablanmış 93307,23 manat əsas borc və 34093,39 manat məbləğində maliyyə sanksiyası silinməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin məhkəmə kollegiyasının işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərarında aşağıdakılar qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, səyyar vergi yoxlaması zamanı təyin edilmiş ekspertizalar nəticəsində təqdim edilmiş ekspert rəyləri ilə icarə haqlarının icarə müqaviləsində nəzərdə tutulandan çox olması və cavabdehin buna istinad edərək hesabladığı vergilərə münasibətdə İddiaçı MMC tərəfindən qeyri-yaşayış sahələri icarəyə verilərkən və tərəflər arasında icarə haqqı məbləği müəyyən edilərkən “İcarəyə verən” tərəfindən həmin əmlaklar üzərində dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququ olduğuna, həmçinin müqavilə tərəfləri mülki qanunvericiliyin müqavilələr azadlığı və mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsiplərinə əsaslanmışlar. İddiaçı MMC ilə “İcarəçilər” arasında bağlanmış icarə müqavilələri qüvvədə olduğu halda, həmin müqavilələr əsasında icarə haqqı müəyyən edildiyi halda cavabdeh vergi orqanının ekspert rəyinə əsaslanaraq, icarə haqqı məbləğlərini dəyişdirməsi və ona uyğun vergi hesablaması qanuni hesab edilə bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin məhkəmə kollegiyasının işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərarında aşağıdakılar qeyd olunmuşdur : Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi ekspert rəyinə istinad edirsə, həmin rəyi işdə olan digər sübutlarla birlikdə tam və hərtərəfli tədqiq etməli, rəydə göstərilən məlumatlarla işdə olan digər sübutetmə vasitələrindəki məlumatlar arasında ziddiyyətlər olduğu halda, bu ziddiyyətlərin səbəblərini araşdırmalı, onlara qiymət verməli idi. Cavabdeh apellyasiya şikayətində işin qeyd olunan ziddiyyətli hallarına diqqət çəksə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilərinə hər hansı münasibət bildirməmiş, bu dəlilləri qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh təkrar ekspertizanın keçirilməsi barədə vəsatət versə də, həmin vəsatətə məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmişdir. Eyni ilə, cavabdehin bununla bağlı apellyasiya şikayətindəki dəlilinə apellyasiya instansiyası məhkəməsi tərəfindən də hər hansı münasibət bildirilməmişdir. Bundan başqa, iddiaçı cavabdehin qərarını bütövlükdə mübahisələndirərək ləğv edilməsini xahiş etmiş, məhkəmə də həmin tələbi tam təmin etmişdir. Lakin cavabdehin qərarının məzmunundan göründüyü kimi, iddiaçıya hesablanmış vergi məbləğləri təkcə mənfəət və əlavə dəyər vergiləri üzrə olmamış, iddiaçıya onun tərəfindən pul vəsaitinin silinməsi növbəliliyinin pozulmasına (2017-ci il üzrə ümumilikdə 5.290,50 manat nağd qaydada məxaric əməliyyatları aparıldığına) görə Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən 2.645,25 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmələr tərəfindən qərar qəbul edilərkən qeyd olunan hallara hər hansı münasibət bildirilməmiş, hesablamanın hansı səbəbdən əsassız və qanunsuz olduğu əsaslandırılmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası kassasiya şikayətini qismən təmin etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək, işi təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinin (işin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən, yəni Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2020-ci il tarixli, **********196243 saylı qərarının «əmlak vergisi üzrə 233,92 manat verginin azaldılmasının ləğv edilməsi, bununla əlaqədar tətbiq olunmuş 4,18 manat maliyyə sanksiyasının, həmçinin Vergi Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən vergi ödəyicisinə tətbiq olunmuş 2645,25 manat maliyyə sanksiyasının silinməsi» hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qərar digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 noyabr 2007-ci il tarixli, 191 saylı “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar ilə dövlət əmlakının təyinatından, yerləşdiyi ərazisindən, mərtəbəsindən asılı olaraq minimum icarə haqqı məbləğləri müəyyən edilmişdir. Xüsusi mülkiyyətdə olan daşınmaz əmlakların icarəyə verilməsinin minimum həddinin dövlət tərəfindən müəyyən edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına zidd olduğundan qanunla müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar həmin Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli Qərarında göstərilir ki, “...Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür.” Hazırkı işdən görünür ki, 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********157048 nömrəli qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətində növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsi olaraq xx.xx.2019-cu il tarixli **********157188 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********196243 nömrəli qərar qəbul edilmiş, İddiaçı MMC səyyar vergi yoxlamasının nəticələrinə əsasən 93307,23 manat əsas və 34093,39 manat məbləğində maliyyə sanksiyası olmaqla, cəmi 127400,62 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı ekspert rəylərini mübahisələndirərək göstərmişdir ki, İddiaçı MMC ilə icarəyə götürənlər arasında keçirilmiş yığıncağa əsasən 2010-cu ilin oktyabr ayının 1-dən "X9” MMC-də icarə haqqı hər kvadratmetr üçün 4 manat müəyyən olunmuş və 2010-cu ildən hal-hazıra kimi hər il bağlanılan icarə müqaviləsinə əsasən hər kvadrat metr üçün icarə haqqı 4 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası səyyar vergi yoxlaması zamanı təyin edilmiş ekspertizalar nəticəsində təqdim edilmiş ekspert rəyləri ilə icarə haqlarının icarə müqaviləsində nəzərdə tutulandan çox olması və cavabdehin buna istinad edərək hesabladığı vergilərə münasibət bildirərək qeyd edir ki, İddiaçı MMC tərəfindən qeyri-yaşayış sahələri icarəyə verilərkən və tərəflər arasında icarə haqqı məbləği müəyyən edilərkən “İcarəyə verən” tərəfindən həmin əmlaklar üzərində dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququ olduğuna, həmçinin müqavilə tərəfləri mülki qanunvericiliyin müqavilələr azadlığı və mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsiplərinə əsaslanmışlar. İddiaçı MMC ilə “İcarəçilər” arasında bağlanmış icarə müqavilələri qüvvədə olduğu və həmin müqavilələr əsasında icarə haqqı müəyyən edildiyi halda cavabdeh vergi orqanının ekspert rəyinə əsaslanaraq, icarə haqqı məbləğlərini dəyişdirməsi və ona uyğun vergi hesablaması qanuni hesab edilə bilməz. Eyni zamanda, məhkəmə kollegiyasının iclasında Quba şəhəri, H.Əliyev prospekti 196 ünvanında yerləşən icarəyə verilmiş obyektin mübahisələndirilən illər üzrə 1 kv.m. sahəsinin faktiki bazar qiyməti və obyektin ümumi sahəsi üzrə də mübahisə yarandığından Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş və "xxxx" MMC-nin 14 sentyabr 2022ci il tarixli, ƏEM/S 24-600/22 nömrəli rəyi ilə aparılmış hesablamalara və təhlillərə əsasən xx.xx.2015-ci il tarixdən - xx.xx.2018-ci il tarixədək Quba şəhəri, Heydər Əliyev prospekti, 196 ünvanında yerləşən obyektdə ("X9" MMC-də) 1 kv.m. üçün icarə haqqının bazar qiymətinin bir ay üçün 4 (dörd) manat təşkil etdiyi, eləcə də Quba rayonu, Quba şəhəri, H.Əliyev 196 ünvanında yerləşən həmin obyektin faktiki icarəyə verilmiş və icarəyə verilməsi üçün yararlı sahələrini müəyyən etmək üçün ərazinin sxeminə, eskiz layihəsinə uyğun olaraq mövcud vəziyyət müqayisəli təhlil edilmişdir. Ekspertlər tərəfindən hər bir obyekt üzrə «BOSCH DLE 70» Lazer ölçü cihazı ilə ölçmə işlərinin aparıldığı və Quba rayonu, Quba şəhəri, H.Əliyev 196 ünvanında yerləşən həmin obyektin faktiki icarəyə verilmiş və icarəyə verilməsi üçün yararlı sahələrin hazırda - 5121 (beş min yüz iyirmi bir) kvadrat metr təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər qərarın mübahisələndirilməsinin iddia tələbi üzrə yalnız icarəyə götürülmüş sahənin 1 kv.m. üçün aylıq icarə haqqının hansı məbləğdə olması ilə əlaqədar olduğunu bildirdilər və eyni zamanda icarəyə götürülmüş sahənin hansı ölçüdə olmasının hazırki iş üzrə mübahisə predmeti olmadığını qeyd etdilər. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının ilkin iclaslarında icarəyə götürülmüş sahələrdə icarəçilərin uzun müddət əvvəl işləməsini, onların əksəriyyətinin icarəyə götürülmüş sahələrin özəlləşdirilməsindən imtina etdiklərini, buna görə və onların maddi vəziyyəti nəzərə alınmaqla icarəyə götürülmüş sahənin 1 kv.m. üçün aylıq icarə haqqının bazar qiymətlərinə uyğun 4 manat müəyyən edilməsi tərəflərin qayrılıqlı razılığına əsasən düzgün müəyyən edilmişdir. Əksinə icarə haqqının daha yüksək olması iddiaçının mənafeyinə uyğundur. Bununla əlaqədar məhkəmə kollegiyası tərəfindən cavabdehin nümayəndəsinə icarəçilərlə icarəyə verən arasında bağlanmış müqavilələrdən sui-istifadə edilməsinə dair sübutların təqdim edilməsi təklif edilsə də, bununla əlaqədar hüquqdan sui-istifadə olunmasına dair cavabdeh tərəfindən əsaslı sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.3.5-ci maddəsinə əsasən, daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Həmin Məcəllənin 124.4-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus qeyri-yaşayış binasının icarə haqqının müəyyənləşdirilməsi barədə cavabdehin istinad etdiyi ekspert rəyi iddiaçı barəsində əlavə vergilərin hesablanması zamanı əsaslı sübut sayıla bilməz. Belə ki, qeyd edilən rəylə iddiaçıya məxsus obyektin müəyyən edilmiş icarə haqqı məbləğlərinin hansı məlumatlara əsasən hesablanması, ekspertin istinad etdiyi obyektlərin, iddiaçıya məxsus obyektin təyinatına, keyfiyyətinə və yerləşmə yerinə uyğun olub-olmaması, yəni iddiaçının obyekti ilə oxşar xüsusiyyətlərə malik olub-olmaması müəyyən olunmur. Eləcə də, Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə qiymətləndirmə ekspertizası keçirilmiş və ekspert rəyi ilə xx.xx.2015-ci il tarixdən - xx.xx.2018-ci il tarixədək Quba şəhəri, Heydər Əliyev prospekti, 196 ünvanında yerləşən obyektdə ("X9" MMC-də) 1 kv.m. üçün icarə haqqının bazar qiymətinin 1 ay üçün 4 (dörd) manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə əsasən vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 54.0 və 54.0.2-ci maddələrinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması şəxsin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasını istisna edən haldır. Göründüyü kimi, qeyd edilən normativ hüquqi aktların təhlilindən görünür ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir, həmçinin şəxsin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasının əsası kimi onun təqsirinin olması çıxış edir. Bu səbəbdən 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC barəsində çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********196243 saylı qərarı qismən, yəni «Mənfəət Vergisi üzrə 50115,21 manat vergi hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 18350,80 manat maliyyə sanksiyasının tətbiq edilməsi, X16 (ƏDV) üzrə 43426,54 manat vergi hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 13093,17 manat maliyyə sanksiyasının tətbiq edilməsi» hissələrində əsassız olduğundan şikayət həmin hissələrdə təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC barəsində çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********196243 saylı qərarının «əmlak vergisi üzrə 233,92 manat verginin azaldılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 4,18 manat maliyyə sanksiyasının tətbiq edilməsi, eləcə də, Vergi Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə əsasən vergi ödəyicisinə 2645,25 manat maliyyə sanksiyasının tətbiq edilməsi» hissələrinə qiymət verərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 196-cı maddəsinə əsasən Vergi Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2-ci maddəsinə əsasən “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla silinir: 965.2.1. birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə həyata keçirilir; 965.2.2. ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir; 965.2.3. üçüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir; 965.2.4. dördüncü növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin yerinə yetirilməsini nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir; 965.2.5. beşinci növbədə başqa pul tələblərinin yerinə yetirilməsini nəzərdə tutan icra sənədi üzrə hesabdan silmə həyata keçirilir; 965.2.6. altıncı növbədə təqvim ardıcıllığı qaydasında digər ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Vergi Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda - aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC əmlak vergisini ödəmədiyindən və hesabdan pul vəsaitinin silinməsi növbəliliyini pozduğundan Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********196243 saylı qərarı «əmlak vergisi üzrə 233,92 manat verginin azaldılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 4,18 manat maliyyə sanksiyasının tətbiq edilməsi, eləcə də, Vergi Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə əsasən vergi ödəyicisinə 2645,25 manat maliyyə sanksiyasının tətbiq edilməsi» hissəsində əsaslı olduğundan cavabdehin şikayəti həmin hissədə təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-649/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərarı həmin hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin həmin hissəsi iddia ərizəsinin əsaslandırıcı hissəsində mübahisələndirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, keçirilmiş tədqiqatın dəyəri 450 (dörd yüz əlli) manatdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, "xxxx" MMC tərəfindən aparılmış təkrar məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 450 (dörd yüz əlli) manatın 250 (iki yüz əlli) manat hissəsi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsindən, 200 (iki yüz) manat hissəsi İddiaçı MMC-dən tutulmaqla "xxxx" MMC-nin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən, yəni Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2020-ci il tarixli, **********196243 saylı qərarının «əmlak vergisi üzrə 233,92 manat verginin azaldılmasının ləğv edilməsi, bununla əlaqədar tətbiq olunmuş 4,18 manat maliyyə sanksiyasının, həmçinin Vergi Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən vergi ödəyicisinə tətbiq olunmuş 2645,25 manat maliyyə sanksiyasının silinməsi» hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qərar digər hissədə dəyişdirilmədən saxlanılmalı, "xxxx" MMC tərəfindən aparılmış təkrar məhkəmə qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri olan 450 (dörd yüz əlli) manatın 250 (iki yüz əlli) manat hissəsi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsindən, 200 (iki yüz) manat hissəsi İddiaçı MMC-dən tutulmaqla "xxxx" MMC-nin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-649/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərarı qismən, yəni Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2020-ci il tarixli, **********196243 saylı qərarının «əmlak vergisi üzrə 233,92 manat verginin azaldılmasının ləğv edilməsi, bununla əlaqədar tətbiq olunmuş 4,18 manat maliyyə sanksiyasının, həmçinin Vergi Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən vergi ödəyicisinə tətbiq olunmuş 2645,25 manat maliyyə sanksiyasının silinməsi» hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qərar digər hissədə dəyişdirilmədən saxlanılsın. "xxxx" MMC tərəfindən aparılmış təkrar məhkəmə qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri olan 450 (dörd yüz əlli) manatın 250 (iki yüz əlli) manat hissəsi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsindən, 200 (iki yüz) manat hissəsi İddiaçı MMC-dən tutulmaqla "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************; Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülsün. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-152/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-152/2022
11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver