Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-152/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X21 Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, X20 qızının katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın X21 Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon Notariat Kontorunda 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1495/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X12 ilə İddiaçı arasında notarial qaydada bağlanmış 08 iyun 2006-cı il tarixli alqısatqı müqaviləsindən görünür ki, X12 tərəfindən Qusar rayonu Minaxur kəndi ərazisində yerləşən 1,42 ha torpaq sahəsi İddiaçı satılmışdır.
2. Qusar Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı X1, "xxxx" MMC-yə və qeyrilərinə qarşı 17 may 2018-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilmiş, X10, X6, X11 və Balabəyova (Məmmədova) Şamama Eldar qızı ilə “AGRAR”O" MMC arasında Qusar rayon Notariat kontorunda bağlanmış reyesterdə 4Ə-835 syla qeyd edilmiş AN-İ ******* nömrəli, 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçının Qusar rayonu Minaxur kəndi ərazisində yerləşən 1.42 ha torpaq sahəsinə dair "xxxx" MMC-nin mülkiyyət hüququnu təsdiq edən dövlət reyesterdən çıxarışın ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavabda ərizədə qeyd olunan Qusar rayonu, Minaxur kəndində yerləşən torpaq sahəsinə dair "xxxx" MMC-nin adına hazırlanmış çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkün olduğu bildirilmiş, habelə göstərilmişdir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)801/2020 saylı məhkəmə qətnaməsi ilə "xxxx" MMC-nin qeyd olunan 1,42 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları deyil, Qusar rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə/835 reyestr nömrəli alqı-satqı müqaviləsi ləğv edilmişdir.
Birinci instansiya məhkəməsində icraat İddiaçının dəlilləri
5. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq “Qusar rayon Notariat Kontorunda 4Ə- 835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin adına verilmiş çıxarışın ləğv edilməsi, daha sonra isə iddia tələbinə dəqiqləşdirmə ərizəsi təqdim edərək “Qusar rayon Notariat Kontorunda 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-801/2020 saylı qətnaməsi ilə X12, X6, X11 və Balabəyova (Məmmədova) Şamama Eldar qızı ilə "xxxx" MMC arasında Qusar rayon Notariat Kontorunda bağlanmış reyestrdə 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Qusar rayon Notariat Kontorunda bağlanmış reyestrdə 4Ə-835 sayla qeyd edilmiş AN-10702208 nömrəli, 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-nin adına Qusar rayon Notariat Kontorunda bağlanmış reyestrdə 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ləğv edilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsindən "xxxx" MMC-nin adına verilmiş Çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin, həmin idarə bu barədə məhkəməyə müraciət etməyi bidirərək müvafiq məktub vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, "xxxx" MMC-nin adına verilmiş Çıxarış Qusar rayon Notariat Kontorunda reyestrdə 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsinin hüquqi nəticəsi olaraq verilmişdir. Həmin müqavilə isə Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-801/2020 saylı qətnaməsi ilə etibarsız hesab olunmuşdur.
Cavabdehin etirazının dəlilləri
7. Cavabdeh iddia ərizəsinə etirazında xx.xx.2021-ci il tarixli imtina məktubunun məzmununa və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanuna istinad etməklə iddia ərizəsinə etiraz edildiyi göstərilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(118)- 1495/2022 nömrəli qərarı ilə iddia təmin edilərək "xxxx" MMC-nin adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi qərara alınmışdır.
9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
10. Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir lo, məhkəmə qərarı ilə ləğv edilmiş Qusar rayon Notariat Kontorunda 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, 17 may 2018-ci il tarixli alqısatqı müqaviləsi əsasında "xxxx" MMC-nin adına ********** qeydiyyat nömrəli, xx.xx.2022ci il tarixli çıxarış verilməmişdir. Həmin müqavilə əsasında digər çıxarış verilib. AGRARCO MMC-nin adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış Qusar rayon notariat ofisi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-1196 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onun təmin edilməməsini xahiş etmiş, eyni zamanda iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Qusar rayon Notariat Kontorunda 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, 17 may 2018-ci il tarixli alqısatqı müqaviləsi əsasında "xxxx" MMC-nin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın 1,42 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;
15. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir.
19. Belə ki, iş materiallarından və işinin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, Qusar rayonu Qayakənd kəndi ərazisində yerləşən 2.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X7, X3, X4 və Balabəyova (Məmmədova) Şamama Eldar qızının adlarına qeydiyyata alınmaqla JN-0063 KOD 30101018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həmin şəxslər 2.49 ha torpaq sahəsinin 1.42 ha hissəsini 08 iyun 2006cı il tarixli 4Ə-4-727 reyestr nömrəli notarial qaydada təsdiqlənən alqı-satqı müqaviləsinə əsasən 4260 manata İddiaçı satmışlar. 08 iyun 2006-cı il tarixdən İddiaçı torpaq sahəsindən sahiblik və istifadə hüquqlarını əldə etmişdir. Lakin sonradan Eldar Məmmədovun və ailə üzvlərinin adından verilmiş etibarnamə əsasında X5 tərəfindən həmin torpaq sahəsi yenidən eyni dövlət aktı (JN-0063 KOD 30101018 nömrəli) əsasında "xxxx" MMC-yə satılmaqla bu barədə 17 may 2018-ci il tarixli 4Ə-835 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırki iş üzrə İddiaçı sözügedən alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı Qusar rayon Məhkəməsinə müraciət etmiş və Qusar rayon Məhkəməsinin 12 noyabr 2020ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi və 17 may 2018-ci il tarixli 4Ə-835 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və Qusar rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(029)-801/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Beləliklə müvafiq torpaq səhəsi üzərində üçüncü şəxs "xxxx" MMC-nin hüquqlarının daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmasına və çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsi yuxarıda adı qeyd olunan məhkəmə qərarı ilə etibarsız hesab edilmiş, cavabdeh inzibati orqan isə reyestrdə aparılmış qeydin aparılmasına əsas olmuş hal aradan qalxdığı halda həmin qeydin ləğvindən əsassız olaraq imtina etmişdir. Belə ki, həmin torpaq sahəsi üzərində qeydiyyatın əsasını alqı-satqı müqaviləsi təşkil etmişdir ki, həmin müqavilədə Qusar rayon Məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilmişdir. Alqı-satqı müqavilə etibarsız hesab edildiyindən və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, həmin qeydiyyatın xeyrinə aparıldığı şəxsə münasibətdə hər hansı hüquqi əsasa malik olmadığından həmin qeydiyyatın da hüquqi əsası qalmamışdır.
21. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, iddiaçı ilkin tələbində "xxxx" MMC-nin adına verilmiş çıxarışın nömrə və tarixini qeyd etməmiş, birinci instansiya məhkəməsinə təqdim etdiyi tələbin dəqiqləşdirilməsinə dair ərizəsində isə ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsini xahiş etmiş və məhkəmə də məhz həmin çıxarışın ləğvi barədə qərar qəbul edilmişdir.
22. Cavabdehin apellyasiya şikayətinin müvafiq dəlillərinə əsasən cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsindən etibarsız hesab edilmiş 17 may 2018-ci il tarixli 4Ə-835 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin adına verilmiş aparılmış qeydiyyat və verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təqdim olunması tələb olunmuş, cavabdehin nümayəndəsi məhkəmə iclasında "xxxx" MMCnin adına 73.67 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqların dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışı təqdim edərək həm etibarsız hesab edilmiş 17 may 2018-ci il tarixli 4Ə-835 reyestr nömrəli alqı-satqı müqaviləsi, həm də təqdim edilmiş digər hüquqmüəyyənedici sənədlər əsasında üçüncü şəxs "xxxx" MMC-nin adına məhz bu çıxarışın verildiyini bildirmişdir.
23. Qeyd edilən halla əlaqədar kollegiya tərəfindən iddaçıya yardım edilmiş, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Qusar rayon Notariat Kontorunda 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, 17 may 2018-ci il tarixli alqısatqı müqaviləsi əsasında "xxxx" MMC-nin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın 1,42 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
24. Ərizənin icraata qəbulu ilə bağlı kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.
25. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.
26. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin olunmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1495/2022 nömrəli qərarı dəyişdirilsin. Qusar rayon Notariat Kontorunda 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış 1,42 ha torpaq sahəsinə aid hissədə ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.