Məhkəmə qərarları › İş №2-1(105)-152/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-152/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-152/2024 06.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, İddiaçının nümayəndəsi (vəkil orderi yoxdur) Vəkil, Cavabdehin nümayəndəsi X6, X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “iddiaçıya təyin olunmuş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək hərbi xidmət vəzifəsini yetirməklə əlaqədar olması ilə bağlı əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2-1(118)-584/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının 51 saylı, xx.xx.2001-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı hərbi xidmət keçərkən, 31 aprel 1995-ci ildə aldığı diaqnozu “sol pəncənin İİ daraq sümüyünün yerdəyişən sınığından sonrakı sümük döyənəyi, funksiyanın pozulmaması ilə” “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır.” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2003-cü il tarixli müayinə nəticəsindən görünür ki, iddiaçıya “uzun sürən xr paranoid vəziyyət, sol pəncənin İİ daraq sümüyünün dəyişən sınığından sonrakı vəziyyət” diaqnozları ilə (X2 V sinif – psixi pozğunluqlar və davranış pozğunluqları, - F20-F29- Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları – F20Şizofreniya – F20.0 – Paranoid şizofreniya) “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli müayinə nəticəsindən görünür ki, iddiaçıya “uzun sürən xr paranoid vəziyyət, sol pəncənin İİ daraq sümüyünün dəyişən sınığından sonrakı vəziyyət” diaqnozları ilə (X2 V sinif – psixi pozğunluqlar və davranış pozğunluqları, - F20-F29- Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları – F20Şizofreniya – F20.0 – Paranoid şizofreniya) “ümumi xəstəlik” səbəbindən birinci dərəcəli əlillik təyin edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-2438/2010 saylı, 04 noyabr 2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi Qanuni nümayəndə maraqlı tərəf Sumqayıt şəhər Hakimiyyətinin Qəyyumluq və Himyəçilik Şöbəsinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinin təmin edilməsi, xx xxxxxx 1970-ci il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qərara alınmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 231 saylı, 08 dekabr 2010-cu il tarixli sərəncamının surətindən görünür ki, Qanuni nümayəndə xx.xx.1970-ci il təvəllüdlü İddiaçı qəyyumu təyin edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “iddiaçının hərbi əlilliyinin bərpa edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “iddiaçıya təyin olunmuş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək hərbi xidmət vəzifəsini yetirməklə əlaqədar olması ilə bağlı əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1971-ci ildə anadan olmuşdur. 1993-cü ildə Sumqayıt şəhər hərbi komissarlığı tərəfindən müddətli hərbi xidmətə çağırılmış və müddətli hərbi xidmət keçdiyi dövrdə 1996-cı ilə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmişdir. Hərbi əməliyyatlar zamanı ağır yaralanmış, ayağında qəlpəli sınıq yaranmış, kəllə-beyin travması almış və nəticədə ağır ruhi sarsıntı keçirmişdir. Uzun müddət müalicə olunmuşdur. X10 müharibəsində hərbi əməliyyatlar zamanı aldığı baş beyin travması ruhi sarsıntı keçirməsinə və nəticədə ağır ruhi xəstəliyə düçar olmasına səbəb olduğundan, ona «Şizofreniya paranoid forma epizodik artan əlamətlərlə» diaqnozu qoyulmuş və bu diaqnoz xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 nömrəli Sumqayıt şəhər Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə təsdiq edilərək ona birinci qrup hərbi əlillik təyin edilmişdir. Lakin, xx.xx.2021-ci il tarixdə Rasimin birinci qrup hərbi əlilliyi ƏƏSM nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əsassız ləğv edilərək ona «ümumi xəstəlik»lə birinci qrup əlillik təyin edilmişdir. Halbuki Rasim müddətli hərbi xidmətə çağırılanadək tam sağlam olmuş və Azərbaycan İqtisad universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Məhz Rasim ona birinci qrup hərbi əlilliyin təyin edilməsinə əsas olmuş psixi xəstəliyə hərbi əməliyyatlarda yaralanması və ağır kəllə-beyin travması alması nəticəsində düçar olmuş, uzun müddət Sumqayıt şəhər Psixi-Əsəb dispanserində stasionar müalicədə olmuşdur. xx.xx.1999-cu il tarixli, 274 nömrəli xəstəlik tarixinə əsasən Rasim xəstəxanaya daxil olarkən ona “Şizofreniya paranoid forma” diaqnozu qoyulmuşdur. xx.xx.1999-cu il tarixə kimi Sumqayıt şəhər Psixi-Əsəb dispanserində stasionar müalicədə olmuşdur. Həmin vaxtdan Sumqayıt şəhər Psixi-Əsəb Dispanserində ağır psixi xəstə kimi qeydiyyatdadır. Baxmayaraq ki, o, ali məktəbdə oxuduğu illərdə tam sağlam və aktiv olmaqla heç vaxt xəstə olmamışdır. Ali məktəbin ictimai və idman tədbirlərində fəal iştirak etmişdir. Dəfələrlə Fəxri fərmanlarla təltif edilmişdir. Müharibədə aldığı yaralanmalar və psixi sarsıntılar, kəllə-beyin travması nəticəsində ağır psixi-rühi xəstəliyə düçar olmuşdur. Bütün qeyd edilənlərə nəzər saldıqda Rasimin birinci qrup hərbi əlilliyinin qanuni və tibbi əsas olmadan ləğv edildiyini görməmək mümkün deyildir. İddiaçı 2013-2021-ci illər əzində birinci qrup hərbi əlil kimi qeydiyyatda olmuşdur. Rasim bu xəstəliyi məhz Birinci Qarabağ müharibəsidə hərbi əməliyyatda iştirakı zamanı qazanmışdır. Onun xəstəliyi davam etdiyindən özünü idarə edə bilmir, düşüncəsi tamamilə pozulmuşdur, yaddaşı yoxdur. Sumqayıt şəhər məhkəməsinin 04 noyabr 2010-cu il tarixli, 2(060)-2438/2010 saylı qətnaməsi ilə Rasim fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilmiş və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 231 saylı Sərəncamı ilə qardaşı onun qəyyumu təyin edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı hərbi əlilliyi bərpa edilməlidir. Lakin bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətə **********1 nömrəli məktubla imtina cavabı verilmiş və həmin məktub poçt ünvanına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 1 saylı Sumqayıt şəhər Xəstəxanasının xx.xx.2003-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik: “X2 V Sinif- Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Uzun sürən xr paranoid vəziyyət. Sol pəncənin İİ daraq sümüyünün dəyişən sınığından sonrakı vəziyyət; Meyar 2.2. ikinci dərəcə əlillik => 2.2.14. Şizofreniya, paranoid qüsur halı” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir, 1 saylı şəhər Poliklinikasının xx.xx.2003-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20- Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Uzun sürən xroniki paranoid vəziyyət. Sol pəncənin İİ daraq sümüyünün dəyişən sınığından sonrakı vəziyyət; Meyar: 2.1 Birinci dərəcə əlillik => 2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpaninbesillik (lQ-35-dən aşağı olanla..." səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 14 iyul 2021-ci il tarixli, **********1 nömrəli qərar qəbul edilmişdir. “Sumqayıt şəhər sakini İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2003-cü il tarixdə Tibbi-sosial ekspert komissiyasında təkrar olaraq əyani müayinə edilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İ.Məmmədova dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2001-ci il tarixli 151 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol pəncənin İİ daraq sümüyünün yerdəyişən sınığından sonrakı sümük döyənəyi, funksiyanın pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Uzun sürən xroniki paranoid vəziyyət. Sol pəncənin İİ daraq sümüyünün dəyişən sınığından sonrakı vəziyyət.” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2003-cü il tarixdə verilmiş hərbi qərar dəyişdirilərək 2.1.13 bəndinə müvafiq olaraq Ümumi səbəbdən müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.” Hal-hazırda iddiaçı “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyinin bərpa edilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir, lakin iddiaçının tələbi əsassız və qanunsuzdur. Belə ki, iddiaçı Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlilliyi olan zaman onun göndərişinə “2.2.14. Şizofreniya, paranoid qüsur halı” səbəbi ilə İİ dərəcə əlillik dərəcəsi verilmiş, lakin iddiaçının əyani müayinəsi zamanı “2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərə çarpan inbesillik (İQ-35-dən aşağı olanla...X” səbəbi ilə ümumi xəstəliklə müddətsiz İ qrup əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi, İddiaçı göndərişində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Uzun sürən xroniki paranoid vəziyyət. Sol pəncənin İİ daraq sümüyünün dəyişən sınığından sonrakı vəziyyət.” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. b) Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2-1(118)-584/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı təyin olunmuş əlilliyin səbəb-əlaqəsinin dəyişdirilərək hərbi xidmət vəzifəsini yetirməklə əlaqədar əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim L.Mirzəyeva). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi və məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, iddiaçının əvvəllər hərbi əlilliyi olmuş, F-20-şizofreniya diaqnozu ilə hərbi əlillik verilmişdir. F-20-şizofreniya diaqnozu ilə hərbi əlillik verilməsi yanlışdır. İnzibati icaat aparılaraq qərar qəbul edilmiş, vətəndaş qərara uyğun olaraq çağırılmışdır. İddiaçı yazılan koda uyğun olaraq əyani müayinə edilmişdir. Forma-88-də qeyd olunan kod F-20-dir, bu səbəbdən həmin diaqnozu yoxlamışlar. Məhkəmə kollegiyasının iclasında mütəxəssis məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarına əsasən, İddiaçı qoyulmuş diaqnoz ”Sol pəncənin ll daraq sümüyünün yerdəyişən sınığından sonrakı sümük döyənəyi, funksiyanın pozulmaması ilə” diaqnozu olmuşdur. Qeyd edilən diaqnoz istər hərbi xüsusi, istərsə də ümumi səbəblərlə əlillik təyinatına əsas vermir. İddiaçıya ağır dərəcli əqli gerilik səbəbi ilə ümumi əsaslarla l dərəcə əlillik təyin edilmişdir. İddiaçı əgər hərbi səbəblərlə əlillik təyinatının aprılmasını istəyirsə, müvafiq diaqnoz Mərkəzi Hərbi Həkim Komissiyasının tibbi şəhadətnaməsində qeyd edilməlidir.İddiaçıya əvvəllər həmin diaqnozla əlillik verilməyib. Ümumi səbəblərlə əlillik verilmişdir. Müddətsiz əlillik uzun sürən xroniki vəziyyətlə əlaqədar olaraq 2003-cü ildə təyin edilmişdir. İddiaçının əvvəlki əlilliyinin diaqnozu F-20 olmuşdur. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hərbi Həkim Komissiyasına yenidən müraciət edilib şəhadətnamədə dəyişiklik edilsə, hərbi əlillik təyin oluna bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi və məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, İddiaçının səhhəti yaxşı deyildir, özünü idarə edə bilmir. İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirən zaman əlil olmuşdur. İddiaçı müharibə əlili olmuş, əlillik müddəti dayandırılmışdır. İddiaçı özünü idarə edə bilmədiyinə görə, əyani müayinədə iştirak edə bilmir. Əlilliyin səbəbli-əlaqəsinin dəyişdirilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmişlər. İddiaçı hərbi hospitala aparılan zaman artıq özündə deyildi. İddiaçı aldığı xəsarətdən sonra əlil olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işdə iddiaçı məhkəmədən təyin olunmuş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək hərbi xidmət vəzifəsini yetirməklə əlaqədar əlillik dərəcəsinin müəyyən edilməsini xahiş edir. Göründüyü kimi, iddiaçının hazırkı tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, əlilliyi müəyyən edilmiş şəxslərin sosial təminat hüquqları məhz əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddətindən asılı olaraq fərqləndirildiyindən, həmin komponentlər mütləq qaydada əlilliyin müəyyən edilməsi barədə inzibati aktda qeyd edilir. Sosial təminat hüquqlarının praktiki reallaşdırılmasına birbaşa təsir etdiyindən, bəzi hallarda əlillliyi müəyyən edilmiş şəxslərin əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddəti ilə razılaşmamaqla onların dəyişdirilməsi barədə müraciətləri məhkəmə mübahisəsinin predmetinə çevrilir. Əlilliyin müəyyən edilməsi barədə qərarın dəyişdirilməsi mübahisələndirmə növündə iddia olmaqla, mübahisələndirmə haqqında digər iddialarda olduğu kimi, məhkəməyə bu məzmunlu iddia ilə müraciət hüququ da müddətlə bağlı məhdudiyyətlərə tabedir. Yəni, şəxs əlilliyinin müəyyən edilməsi barədə qərarın ona təqdim edildiyi andan 30 gün müddətində əlilliyinin dəyişdirilməsinə dair iddia qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Qərarın 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İPM-də iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddianın mümkün sayılması üçün:

1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;

2. əlverişsiz inzibati akt olmalı;

3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli;

4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı;

5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM 32.1, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Bu növ iddialar İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Kollegiya qeyd edir ki, iddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bununla belə iddia müddətinin tətbiqi üçün ilk növbədə məhkəmə iddiaçının hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu anı müəyyən etməlidir. İş materialları ilə müəyyən edilir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli müayinə nəticəsinə əsasən iddiaçıya “ümumi xəstəlik” səbəbindən birinci dərəcəli əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 14 iyul 2021-ci il tarixli, **********1 nömrəli qərarı ilə müəyyən olunur ki, iddiaçı əlavə əyani müayinə olunaraq aşağıdakılar müəyyən olunmuşdur: “İ.Məmmədova dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2001-ci il tarixli 151 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol pəncənin İİ daraq sümüyünün yerdəyişən sınığından sonrakı sümük döyənəyi, funksiyanın pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Uzun sürən xroniki paranoid vəziyyət. Sol pəncənin İİ daraq sümüyünün dəyişən sınığından sonrakı vəziyyət.” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2003-cü il tarixdə verilmiş hərbi qərar dəyişdirilərək 2.1.13 bəndinə müvafiq olaraq Ümumi səbəbdən müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.” Göründüyü kimi, iddiaçı barədə 14 iyul 2021-ci il tarixdə qəbul olunmuş qərardan onun qanuni nümayəndəsi məlumatlı olmuş, lakin məhkəməyə qərar qəbul olunduqdan 9 ay sonra müraciət olunmuşdur. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2-1(118)-584/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar