Məhkəmə qərarları › İş №2-1(105)-152/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-152/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-152/2025 15.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Quliyev İsmayıl Rza oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01 dekabr 2022-ci il tarixli **********670700 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-1(118)-2698/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı əsas fəaliyyət növü “restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər” olmaqla, xx.xx.2014-cü il tarixdə sadələşdirilmiş vergi ödəyicisi kimi uçota alınmışdır, ünvan 1i ünvanında yerləşən obyektdə (“Şahəsəri” restoranı) fəaliyyət göstərir. Cavabdeh tərəfindən iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********284200 nömrəli qərar qəbul edilərək ona 2022-ci ilin 2-ci rübü üzrə 2114,93 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh həmçinin öz təşəbbüsü ilə iddiaçını ƏDV-nin məqsədləri üçün xx.xx.2022ci il tarixdən qeydiyyata almışdır. Daha sonra vergi orqanı tərəfindən 2022-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi vergi bəyannaməsi üzrə dəqiqləşdirmə aparılmış və qeyd olunan dövr üzrə 1155.99 manat hesablama əlavə vergi məbləği hesablamışdır. İddiaçı Nümayəndə cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi iıə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********284200 nömrəli qərarın ləğv edilməsi və ƏDV qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı vergi qanunvericilik normalarını düzgün tətbiq etməyərək və özünəuyğun qaydada şərh edərək əsassız və qanunsuz olaraq cəmiyyətə qarşı kameral vergi yoxlaması açmış və nəticədə İİ rüb üzrə dövriyyəni süni şəkildə artaraq, əlavə vergi hesablamış və bilərəkdən vergi mükəlləyyətini sadələşdirilmiş vergi ödəyicisindən ƏDV-yə keçirmişdir. Belə ki, cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********284200 saylı 09 sentyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Bununla bağlı onlar tərəfindən şikayət göndərilmiş, lakin həmin şikayətə baxılma müddəti uzadılaraq, 06 dekabr 2022-ci il tarixli şikayətin təmin edilməməsi haqqıda qərar qəbul edilmişdir. 06 dekabr 2022-ci il tarixli **********605800 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərardan təkrar şikayət verilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 04 saylı 09 fevral 2023-cü il tarixli qərarına əsasən şikayət təmin edilməmişdir. Həmin qərar ona 23 fevral 2023-cü il tarixdə təqdim edilmişdir. “Vergilərin, sosial sığğorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********284200 saylı 09 sentyabr 2022-ci il tarixli qərarı qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, vergi ödəyicisi Nümayəndə tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin İİ rübü üzrə təqdim edilmiş sadələşmiş vergi bəyannaməsinin araşdırılması zamanı müvafiq dövr üzrə rəsmiləşdirilmiş son xronometraj müşahidələrinin nəticələrindən az olduğu müəyyən edilmişdir. Belə ki, müvafiq dövr üzrə xronometraj metodu ilə müşahidələrin nəticələrinə əsasən dövriyyə mənləğinin 145439,48 manat olduğu müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilmiş dövriyyə məbləği bəyannamədə tam olaraq əks etdirilmədiyi müəyyən edilmişdir (56493,04 manat). Həmçinin, vergi ödəyicisi tərəfindən 2400,0 manat daşınmaz əmlak üçün icarə haqqı ödənilməsinə baxmayaraq ödəmə mənbəyində vergiyə cəlb edilməmişdir. Aşkar edilmiş kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilsə də vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluqlar aradan qaldırılmamışdır. Gösətərilənləri nəzərə alaraq, 2022-ci ilin İİ rübü üzrə 1778,93 manat (145439,48-56493,04*2%) sadələşdirilmiş vergi və 336,0 manat (2400,0*14%) ÖMV hesablanmışdır. Beləliklə, cəmi hesablama məbləği 2114,93 (1778,93+336,0) manat təşkil etmişdir. Lakin, kameral hesablama aparıldıqdan sonra vergi ödəyicisinin dövriyyəsi 200,0min manatdan artıq olduğu üçün (xx.xx.2022-ci il tarixdən limiti keçmişdir) xx.xx.2022-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmış və 2022-ci ilin sadələşdirilmiş vergi bəyannaməsində 3-cü ay üzrə (iyun ayı) hesablanmış vergi məbləği (958,94 manat) azaldılmışdır. Yekun olaraq, kameral vergi yoxlaması ilə hesablanmış məbləğ 1155,99 manat təşkil etmişdir. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinin ikinci abzasına əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.Yuxarıda qeyd olunan maddələrin məzmunundan aydın olur ki, Vergi Məcəlləsinin 37.4-cü maddəsinə müvafiq olaraq kameral vergi yoxlamaları aparılarkən vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə və (və ya) vergi orqanı tərəfindən vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi orqanı mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə vergi ödəyicisinin vergi öhdəliklərini hesablamaq hüququ vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-1(118)-2698/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə hesab etmişdir ki, iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olduğundan onun barəsində ƏDV üzrə hesablama aparılması düzgün deyildir. Belə ki, Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 fevral 2024-cü il tarixli 2- 1(105)-133/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-1(118)-2698/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı əvvəlcədən də sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu seçmiş və hal-hazırda da sadələşdirilmiş vergi ödəyicisi olaraq qalmalıdır. Çünki, dövriyyənin 200000 (iki yüz min) manatdan artıq olması onu sadələşdirilmiş vergi ödəyicisi hüququndan məhrum etmir, yalnız vergi öhdəliyi 2%-dən 8%-ə dəyişir. Əgər iddiaçının bu metodu dəyişmək niyyəti olsaydı, bununla bağlı Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən, imtina məktubu təqdim edərdi. Əslində vergi orqanı da bunu qəbul etmişdir. Belə ki, vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin 2- ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2114,93 manat vergi məbləğləri hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********284200 nömrəli qərar qəbul edilmişdir. Daha sonra, vergi orqanı tərəfindən 2022-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə dəqiqləşmə aparılaraq qeyd olunan dövr üzrə 1155,99 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********670700 nömrəli qərar qəbul edilib vergi ödəyicisinə göndərilmişdir. Bu onu təsdiq edir ki, vergi orqanı da həmin dövrləri sadələşdirilmiş vergi ödəyicisi kimi qəbul edərək, ödənişləri qəbul etmişdir. Beləliklə, vergi orqanı hazırkı yoxlama ilə etimad hüququnu pozaraq əvvəllər qəbul etdiyi mövqeyindən fərqli mövqe irəli sürmüşdür. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03 oktyabr 2024cü il tarixli 2-1(102)-1905/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2-1 (105)-133/2024 nömrəli qərarı qismən, yəni “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********284200 nömrəli qərarın ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçının nümayəndəsi məhkəmə kollegiyası tərəfindən hüquqi yardım göstərildikdən sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia ərizəsində mübahisələndirilən qərarın tarixinin xx.xx.2022-ci il tarix əvəzinə, xx.xx.2022-ci il tarix kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına etdiyi şikayət ərizələrində də xx.xx.2022-ci il tarixli **********670700 nömrəli qərarına istinad etdiyi və faktiki olaraq həmin qərarı mübahisələndirdiyini nəzərə alaraq iddia ərizəsinin nəticə hissəsində qərarın tarixinin “xx.xx.2022-ci il” yazılmasını texniki səhv kimi qiymətləndirilmiş və iddia tələbinin dəqiqləşdirilməsini icraata qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən, Nümayəndə (bundan sonra-vergi ödəyicisi) xx.xx.2014-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər” olduğu, Quba rayonu, Küsnət-Qazma ünvanında yerləşən **********-45002 obyekt kodlu, əsas sahəsi 3800,0 kv m olan "Şahəsəri" restoranı vergi orqanında qeydiyyata alındığı müəyyən edilmişdir. Vergi ödəyicisinin Quba rayonu, Küsnət-Qazma ünvanında yerləşən **********-45002 obyekt kodlu təsərrüfat subyektində (obyektində) vergi orqanı tərəfindən xronometraj metodu ilə müşahidə keçirilməsi barədə xx.xx.2021-ci il tarixli **********5994 nömrəli qərar qəbul edilmişdir. Quba rayonu, Küsnət-Qazma ünvanında yerləşən təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində keçirilmiş xronometraj müşahidənin nəticəsində xx.xx.2021-ci il tarixli DVX seriyalı 003463 nömrəli günlük akta əsasən xx.xx.2021-ci il tarixdə 2000,18 manat, xx.xx.2021-ci il tarixli DVX seriyalı 003464 nömrəli günlük akta əsasən xx.xx.2021-ci il tarixdə 2135 manat, xx.xx.2021-ci il tarixli DVX seriyalı 003465 nömrəli günlük akta əsasən xx.xx.2021-ci il tarixdə 1801,0 manat, xx.xx.2021-ci il tarixli DVX seriyalı 003466 nömrəli günlük akta əsasən xx.xx.2021-ci il tarixdə 1089,0 manat, xx.xx.2021-ci il tarixli DVX seriyalı 003467 nömrəli günlük akta əsasən xx.xx.2021- ci il tarixdə 966,0 manat olmaqla xx.xx.2021-ci il tarixli DVX seriyalı 003468 nömrəli yekun akt tərtib olunaraq orta günlük dövriyyə 1598,24 manat müəyyənləşdirilmiş və aktlar vergi ödəyicisi tərəfindən imzalanmışdır. Vergi ödəyicisi tərəfindən xronometraj metodu ilə yeni müşahidə aparılması barədə müraciət vergi orqanına daxil olmamışdır. Vergi ödəyicisi nəzarət kassa aparatının dövrü hesabatlarını araşdırmaya təqdim etməsinə baxmayaraq vergi orqanı tərəfindən **********-45002 obyekt kodlu təsərrüfat subyektində xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş operativ vergi nəzarəti zamanı fərdi sahibkar tərəfindən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi xx.xx.2022-ci il tarixli **********0471 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində, xx.xx.2022-ci il tarixli **********9311 saylı Qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Bu da vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinin tələblərinə əməl edilmədiyinə əsas verir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən Nümayəndə vergi ödəyicisi X5 (VÖEN**********) məxsus Quba rayonu, KüsnətQazma kəndində yerləşən "ŞahƏsəri Restoranı” adlı təsərrüfat subyektində xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “baş aşbaz” vəzifəsində, bundan əlavə müxtəlif vergi ödəyicilərinə məxsus istirahət mərkəzlərində aşbaz vəzifəsində işlədiyi müəyyən edilmişdir. Baza məlumatlarının araşdırılması zamanı ünvan 1i ünvanında yerləşən “Şah Əsəri" restoranının xx.xx.2016-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Nümayəndə adına vergi orqanında uçota alındığı, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X4 adına uçota alındığı və Nümayəndə həmin təsərrüfat subyektində aşbaz kimi işlədiyi, xx.xx.2018-ci il tarixdən vergi ödəyicisi X3(VÖEN **********) adına uçota alındığı, xx.xx.2020-ci il tarixdən yenidən Nümayəndə, xx.xx.2022-ci il tarixdən isə X1 adına uçota alındığı müəyyən edilmişdir. Bu da eyni təsərrüfat subyektinin müxtəlif vergi ödəyicilərinin adına qeydiyyata alınaraq VÖEN dəyişdirməklə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslərin ƏDV ödəyicisi olmaq barədə ərizə vermək öhdəliyinin yaranmamasını təmin etməklə, yəni ümumi dövriyyəsinin 200.000 manat məbləği keçməsinin qarşısını almaqla ƏDV ödəyicisi olma öhdəliyini yaratmamağa çalışmışdır. Yuxarıda qeyd olunduğu kimi müxtəlif illərdə Nümayəndə adına uçota alınmış ünvan 1i ünvanında yerləşən “Şah Əsəri" restoranı xx.xx.2022-ci il tarixdən X1 adına uçota alınmışdır. X1 fəaliyyəti dövründə Quba rayonu, Küsnət-Qazma ünvanında yerləşən analoji təsərrüfat subyektində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində keçirilmiş xronometraj müşahidənin nəticəsində xx.xx.2023-cü il tarixli DVX seriyalı 022108 nömrəli günlük akta əsasən xx.xx.2023-cü il tarixdə 6333,32 manat, xx.xx.2023-cü il tarixli DVX seriyalı 022109 nömrəli günlük akta əsasən xx.xx.2023-cü il xx.xx.2023-cü il tarixli DVX seriyalı 022109 nömrəli günlük akta əsasən xx.xx.2023-cü il tarixdə 7107,99 manat xx.xx.2023-cü il tarixli DVX seriyalı 022110 nömrəli günlük akta əsasən xx.xx.2023-cü il tarixdə 3919,97 manat, xx.xx.2023-cü il tarixli DVX seriyalı 022111 nömrəli günlük akta əsasən xx.xx.2023-cü il tarixdə nağd dövriyyə 1493,80 manat və nağdsız dövriyyə 267,30 manat, xx.xx.2023-cü il tarixli DVX seriyalı 022114 nömrəli günlük akta əsasən xx.xx.2023-cü il tarixdə nağd dövriyyə 3109,95 manat və nağdsız dövriyyə 143 manat, xx.xx.2023-cü il tarixli DVX seriyalı 022115 nömrəli günlük akta əsasənxx.xx.2023- cü il tarixdə nağd dövriyyə 1964,0 manat və nağdsız dövriyyə 238,9 manat, xx.xx.2023-cü il tarixli DVX seriyalı 022132 nömrəli günlükakta əsasən xx.xx.2023-cü il tarixdə nağd dövriyyə 1806,75 manat və nağdsız dövriyyə 219,30 manat, xx.xx.2023-cü il tarixli DVX seriyalı 022133 nömrəli günlük akta əsasən xx.xx.2023-cü il tarixdə nağd dövriyyə 3956,15 manat və nağdsız dövriyyə 467,1 manat, xx.xx.2023-cü il tarixli DVX seriyalı 022134 nömrəli günlük akta əsasən xx.xx.2023-cü il tarixdə nağd dövriyyə 8232,40 manat və nağdsız dövriyyə 174,35 manat olmaqla xx.xx.2023-cü il tarixli DVX seriyalı 022135 nömrəli yekun akt tərtib olunaraq orta günlük dövriyyə 4392,70 manat müəyyənləşdirilmiş və aktlar vergi ödəyicisi tərəfindən imzalanmışdır. Eyni təsərrüfat subyektində xronometraj metodu ilə aparılmış müşahidənin nəticəsi üzrə xx.xx.2023-cü il tarixli yekun aktla vergi ödəyicisi Nümayəndə həmin obyektdə fəaliyyəti dövründə 2022-ci ilin 2-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsi ilə müqayisə olunduqda Nümayəndə həmin obyektdə fəaliyyəti dövründə onun dövriyyəsini azaltmaqla vergi ödəməkdən yayınmasına dəlalət edən sübutdur. Belə olan halda yaranmış şübhə vergi ödəyicisinin xeyrinə şərh olunmaqla, 2022-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş verginin məbləği vergi ödəyicisinin həmin vaxtkı dövriyyəsindən dəfələrlə az olan xx.xx.2021-ci il tarixli xronometraj metodu ilə aparılmış müşahidənin nəticəsi üzrə hesablanmışdır. Bundan başqa, 2021-ci ilin İİ rübü vergi ödəyicisi Nümayəndə təkcə muzdlu işdən gəlir əldə edən işçilərinin ümumi sayı 11 nəfər və gəlirləri 8329,55 manat, 2022-ci ilin İİ rübü üzrə isə muzdlu işdən gəlir əldə edən işçilərinin ümumi sayı 28 nəfər və gəlirləri 24,225 manat olmaqla, işçi sayında 17 nəfər, muzdlu işdən gəlir əldə edən işçilərinin gəlirlərinin məbləğində isə 15895,45 manat məbləğində artımın olmasına baxmayaraq, həmin dövrlər üzrə vergi ödəyicisinin ümumi dövriyyəsində əhəmiyyətli dəyişikliyin olmaması onun gəlirlərini dəfələrlə azaltmaqla bəyan etməsinə əsasdır və o bu yolla o, ümumi dövriyyəsinin 200.000 manat məbləği keçməsinin qarşısını almaqla ƏDV ödəyicisi olma öhdəliyini yaratmamağa çalışmışdır. Kameral vergi yoxlaması zamanı 2022-ci ilin 2-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin aprel ayı üzrə qeyd olunmuş 14348,0 manat rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 47947.08 manat) müşahidələrin nəticəsindən 33599.08 manat, may ayı üzrə qeyd olunmuş 16616.21 manat rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 49545.32 manat) müşahidələrin nəticəsindən 32929.11 manat, iyun ayı üzrə qeyd olunmuş 25528.83 manat rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 47947.08 manat) müşahidələrin nəticəsindən 22418.25 manat az olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********603200 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2114,93 manat vergi məbləğləri hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********284200 nömrəli qərar qəbul edilmişdir. Daha sonra vergi orqanı tərəfindən 2022-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə dəqiqləşmə aparılmış və qeyd olunan dövr üzrə 1155,99 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********670700 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Beləliklə, aparılmış xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə nəzərə alınmaqla vergi orqanı tərəfindən müvafiq tarixdə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi öhdəliyi düzgün müəyyən edilmişdir. Vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı fərdi sahibkarın dövriyyəsinin ardıcıl 12 ay üzrə (xx.xx.2022-ci il tarixdən) 200000,0 manatdan artıq olduğu müəyyən edilmiş və bununla bağlı vergi ödəyiciyə xx.xx.2022-ci il tarixli **********035400 nömrəli məktub göndərilmişdir. Vergi ödəyicisi vergi orqanına ƏDVnin məqsədləri üçün qeydiyyata dair ərizə təqdim etmədiyi üçün vergi orqanı fərdi sahibkarı öz təşəbbüsü ilə ƏDV-nin məqsədləri üçün xx.xx.2022-ci il tarixdən qeydiyyata almışdır. Vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********482600 nömrəli “Aşkar edilmiş kənarlaşma haqqında” məktubla fərdi sahibkara müraciət olunaraq xronometraj metodu ilə aparılmış müşahidələrin nəticəsində fərdi sahibkarın dövriyyəsinin 2022-ci ilin iyun ayı üzrə 47947,08 manat, iyul ayı üzrə 49545,32 manat və avqust ayı üzrə 49545,32 manat olmasına baxmayaraq müvafiq dövrlər üzrə vergi orqanına ƏDV bəyannamələri təqdim edilməməsi barədə məlumat verilmiş, vergi ödəyicisi tərəfindən hər hansı dəqiqləşmiş ƏDV bəyannamələri təqdim edilmədiyi üçün qeyd olunan dövrlər üzrə ƏDV üzrə hesablama aparılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən saxlanması xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 73. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bitməz. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. Maddə 218.2. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1905/2024 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(105)- 133/2024 nömrəli qərarı iddiaçının ƏDV qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Bununla bağlı hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********670700 saylı 09 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair hissədə yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq və Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. İşdən görünür ki, iddiaçı Nümayəndə barəsində “sadələşmiş vergi bəyannaməsi” ilə bağlı araşdırma aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01 dekabr 2022-ci il tarixli **********670700 saylı qərar qəbul olunmuşdur. İddiaçı vergi orqanının həmin qərarının qanunsuz olduğu qənaətinə gələrək ləğv edilməsini məhkəmədən xahiş edir. Vergi orqanının qərarı ilə müəyyən olunur ki, qeyd edilən kameral vergi yoxlaması zamanı 2022-ci ilin 2-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsi üzrə 1155,99 manat hesablama aparmışdır. Cavabdeh inzibati orqan qəbul olunmuş qərarla bağlı mövqeyini onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı fərdi sahibkarın dövriyyəsinin ardıcıl 12 ay üzrə (xx.xx.2022-ci il tarixdən) 200000,0 manatdan artıq olduğu müəyyən edilmiş və bununla bağlı xx.xx.2022-ci il tarixli **********035400 nömrəli məktub göndərilmişdir. Vergi ödəyicisi vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə təqdim etmədiyi üçün vergi orqanı fərdi sahibkarı öz təşəbbüsü ilə ƏDV-nin məqsədləri üçün xx.xx.2022-ci il tarixdən qeydiyyata almışdır. Vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********482600 nömrəli “Aşkar edilmiş kənarlaşma haqqında” məktubla fərdi sahibkara müraciət olunaraq xronometraj metodu ilə aparılmış müşahidələrin nəticəsində fərdi sahibkarın dövriyyəsinin 2022-ci ilin iyun ayı üzrə 47947 manat, iyul ayı üzrə 49545,32 manat və avqust ayı üzrə 49545,32 manat olmasına baxmayaraq, müvafiq dövrlər üzrə vergi orqanına ƏDV bəyannamələri təqdim edilməməsi barədə məlumat verilmiş, vergi ödəyicisi tərəfindən hər hansı dəqiqləşmiş ƏDV bəyannamələri təqdim edilmədiyi üçün qeyd olunan dövrlər üzrə ƏDV üzrə hesablama aparmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əvvəlcədən də sadələşdirilmiş vergi ödəyici hüququnu seçmiş və hal-hazırda da sadələşdirilmiş vergi ödəyicisi olaraq qalmalıdır. Çünki, dövriyyənin 200000 (iki yüz min) manatdan artıq olması onu sadələşdirilmiş vergi ödəyicisi hüququndan məhrum etmir, yalnız vergi öhdəliyi 2%-dən 8%-ə dəyişir. Əgər iddiaçının bu metodu dəyişmək niyyəti olsaydı, bununla bağlı Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən, imtina məktubu təqdim edərdi. Əslində vergi orqanı da bunu qəbul etmişdir. Belə ki, vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********603200 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2114,93 manat vergi məbləğləri hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022- ci il tarixli **********284200 nömrəli qərar qəbul edilmişdir. Daha sonra vergi orqanı tərəfindən 2022-ci ilin 2-ci rübü ücün sadələşdirilmiş vergi bəyannaməsi üzrə dəqiqləşmə aparılmış və qeyd olunan dövr üzrə 1155.99 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********670700 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Bu onu təsdiq edir ki, vergi orqanı da həmin dövrləri sadələşdirilmiş vergi ödəyicisi kimi qəbul edərək, ödənişləri qəbul etmişdir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Vergi orqanı tərəfindən isə vergi ödəyicisinin özünün müdafiəsi ücün gətirdiyi dəlillər ümumiyyətlə yoxlanılmamış, yalnız yoxlamanın nəticəsi üzrə hesablanmış əlavə vergilərin qeyd edilməsi ilə kifayətlənmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.8-ci maddəsində təsbit olunmuş qarşılıqlı etimad anlayışına əsasən qarşılıqlı etimad inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibatı praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibatı praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Göstərilən Qanunun 13.3-cü maddəsinə görə müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Göründüyü kimi, qanunvericilik fiziki və hüquqi şəxslərin inzibati orqanlara göstərdikləri etimadın qanunla qorunmasını təsbit etmiş və inzibati orqanların məhz mövcud inzibati praktikaya uyğun hərəkət etməsini onların vəzifə borcu kimi müəyyən etmişdir. Başqa sözlə, əgər eyni bir məsələ üzrə inzibati orqan öz mövqeyni bildirmişsə, daha sonra heç bir qanuni əsas olmadan o həmin məsələ üzrə öz mövqeyini dəyişə bilməz. Beləliklə, vergi orqanı hazırki yoxlama ilə inzibati orqanın etimad hüququnu pozaraq əvvəllər qəbul etdiyi mövqeyindən fərqli mövqe irəli sürmüşdür. Məhkəmə kollegiyası göstərilən halları nəzərə alaraq birinci instansiya məhkəməsinin bununla bağlı hüquqi mövqeyi ilə razılaşır. Lakin məhkəmə qərarı ilə xx.xx.2022-ci il tarixli, yəni faktiki olaraq mövcud olmayan qərara hüquqi qiymət verildiyindən apellyasiya instansiyası məhkəməsi iddiaçının müvafiq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi nəzərə alınmaqla iddianın dəyişdirilməsi və 01 dekabr 2022-ci il tarixli **********670700 saylı qərarın ləğv edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-1(118)-2698/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı Nümayəndə barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01 dekabr 2022-ci il tarixli **********670700 saylı qərar ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar