Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-153/2021 29.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üçüncü şəxs X1 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən 0,09 ha torpaq sahəsinin verilməsinə dair 16.04.2009-cu il tarixli ********** nömrəli qeydiyyatın aparılması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və həmin qeydiyyatın nəticələrini, yəni X1 adına verilmiş 16 aprel 2009-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-540/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X1 adına verilmiş 16 aprel 2009-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdehin 26 noyabr 2019-cu il tarixli, **********14 saylı məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 1993-cü il tarixli, 266 saylı qərarı ilə Quba rayonu Nügədi meyvəçilik sovxozuna ayrılmış 20,54 ha torpaq sahəsindən 0,06 ha həyatyanı torpaq sahəsi iddiaçı Xıdırova (Salahova) Nailə Qəhrəman qızına ayrılaraq ona təhkim edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının verdiyi 09.02.2016-cı il tarixli, 316 nömrəli arxiv arayışına əsasən, Quba Rayon İcra Hakimiyyəti Başçısının Birinci Nügədi İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1991-1995, 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında Salahova (Xıdırova) Nailə Qəhrəman qızının təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində, istifadəsində 1994-cü ildən 0,06 ha həyatyanı torpaq sahəsi, o cümlədən tikili altında 0,01 ha torpaq olduğu qeyd edilmişdir. Həmin nümayəndəliyin 2001- 2005, 2006-2010-cü illərə aid təsərrüfatbaşına kitablarında Salahova (Xıdırova) Nailə Qəhrəman qızının təsərrüfat başçısı olub, onun xüsusi mülkiyyətində, istifadəsində 0,28 ha torpaq sahəsi, o cümlədən 0,22 ha pay torpağı, 0,06 həyatyanı torpaq sahəsi və tikili altında 0,01 ha torpaq sahəsi olduğu göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının verdiyi 09.02.2016-cı il tarixli, 315 nömrəli arxiv çıxarışından görünür ki, Nügədi meyvəçilik sovxozu üzrə 02 iyul 1993-cü il tarixli, 73 nömrəli əmrdə Salahova (Xıdırova) Nailə Qəhrəman qızına 0,06 ha torpaq sahəsi ayrıldığı qeyd olunmuşdur. Quba rayonu Birinci Nügədi bələdiyyəsinin 07 oktyabr 2016-cı il tarixli, 115 nömrəli arayışından görünür ki, Salahova (Xıdırova) Nailə Qəhrəman qızına məxsus 0,06 ha həyətyanı torpag sahəsinə dair DTXK və Yerquluşu Layihə İnstitunun təqdim etdiyi 16 may 2005-ci il tarixli, JN-523F saylı şəhadətnamədə Salahova (Xıdırova) Nailə Qəhrəman qızının adı göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 03 aprel 2009-cu il tarixli, 89/2 nömrəli məktubundan görünür ki, Quba rayonu, Birinci Nügədi kənd sakini X8 və onun ailə üzvlərinin mülkiyyətində olan 0,08 ha həyatyanı torpaq sahəsinə JN-455E saylı 16 may 2005-ci il tarixli, 0,09 ha torpaq sahəsinə isə yalnız X1 adına JN-523F saylı, 12 avqust 2005-ci il tarixli torpağa mülkiyyət hüququna dair şəhadətnamələr verilmişdir. Kadastr siyahısında JN-523F saylı şəhadətnamədə Salahova (Xıdırova) Nailə Qəhrəman qızının adı qeyd olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi 3-cü şəxs Rizvan Salahovun mülkiyyətinə iki müxtəlif ərazidən həyətyanı torpaq sahəsi verilmiş, iddiaçı Salahova (Xıdırova) Nailə isə ona verilmiş 0,06 ha həyətyanı torpaq sahəsindən məhrum olmuşdur. Tərəflər arasında mövcud olan hazırki mübahisə üzrə qəbul edilmiş məhkəmə qərarları ilə təsdiq edilir ki, 3-cü şəxsin adına dövlət reyestrindən çıxarış verilmiş 0,09 ha torpaq sahəsi əslində iddiaçıya məxsus olan 0,06 ha torpaq sahəsidir, lakin sadəcə olaraq ölçüsü 0,03 ha artıq göstərilmişdir. Müəyyən olunduğu kimi 0,09 ha torpaq sahəsinə dair JN 523 F saylı 12 avqust 2005-ci il tarixli torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmiş, lakin kadastr siyahısında JN- 523F saylı şəhadətnamədə X2 adı qeyd olunmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə ünvanladığı 03 aprel 2009-cu il tarixli məktubunda, kadastr siyahısında Nailə Salahovanın adının göstərilməsinin guya texniki səhv olduğunu göstərmişdir. Halbuki, bu faktın kadastr siyahısında texniki səhv kimi göstərilməsi mümkün deyildır. Həmin məktubdan məlum olur ki, qeyd olunan torpaq sahəsinə dair 12 avqust 2005-ci il tarixdə Nailə Salahovanın adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, lakin 03 aprel 2009-cu il tarixli məktubda bunun texniki səhv olmasının göstərilməsi səbəbindən, 0,09 ha ölçudə torpaq sahəsinin ona ayrılması üçün heç bir əsas olmamasına baxmayaraq həmin torpaq sahəsinə dair qanunsuz olaraq Rizvan Salahovun adına 16 aprel 2009-cu il tarixli qeydiyyat nömrəsi ********** olan seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən Quba rayonu Birinci Nügədi kəndində mülkiyyətində olan 0,09 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 53,6 kv.m yaşayış, 61,50 kv.m köməkçi sahədən ibarat fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrali reyestr kitabının 133 nömrəli vərəqində qeydə alınmışdır. Quba Rayon Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli 2(027)- 2443/2016 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh X5 və müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsınə qarşı JN 523F KOD 30319018 saylı şəhadətnamənin və **********7610301 reyestr nömrəli, 16.04.2009-cu il tarixli Çıxarışının etibarsiz hesab edilməsi, JN-336 KOD 30319018 nömrali dövlət aktına əsasən, Quba rayonu Aqrar İslahat Komissiyasının 1999-cü il 23 mart tarixli, 07 saylı qərarı ilə X6 Quba rayonu Birinci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 0.22 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq iddiaçıya geri qaytarılması tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh X4 torpağa mülkiyyət hüququna dair JN-336 KOD 30319018 nömrəli dövlət aktına əsasən, Quba rayonu Aqrar İslahat Komissiyasının 1999-cü il 23 mart tarixli, 07 saylı qərarı ilə X7 Quba rayonu Birinci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 0,22 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq iddiaçıya geri qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kolllegiyasının 2(105)- 2048/2017 saylı, 29 avqust 2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-2443/2016 saylı, 21 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-352/2018 saylı, 17 yanvar 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2048/2017 saylı, 29 avqust 2017-ci il tarixli qətnaməsi cavabdehin 0,06 ha həyətyanı torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq geri qaytarılması, cavabdehin adına verilmiş şəhadətnamənin, dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş və iş həmin hissadə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1641/2018 saylı, 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayati təmin edilməyərək, Quba Rayon Məhkəməsinin 21 dekabr 2016-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6959/18 saylı, 29 oktyabr 2018-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin belə bir mövqeyi ilə razılaşmışdır ki, İddiaçı mübahisəli torpaq sahəsinə dair ehtimal olunan hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmadığından hazırki halda onun belə bir iddia ilə çıxış etməsi üçün əsaslar yaranmamışdır. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı Xıdırova (Salahova) Nailə Qəhraman qızının, 3-cü şəxs X1 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğvi və 0.06 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasına dair cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi idarəsinə etdiyi müraciətə həmin idarə verdiyi 26.11.2019-cu il tarixli **********14 saylı cavab məktubunda göstərmişdir ki, ərizədə qeyd olunan X1 adına verilmiş Quba rayonu Birinci Nügədi kəndində yerləşən daşınmaz əmlaka dair 16.04.2009-cu il tarixli, ********** qeydiyyat nömrali dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır və həmin daşınmaz əmlak ilə bağlı olan mübahisənin həlli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasan daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisəlandirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasan “Hüqüqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Daha sonra, həmin imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənin icrası mümkün olmamışdır və müraciətdə qeyd olunan məsələnin həlli ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz məqsədəmüvafiqdir. İmtina məktubu iddiaçıya 13 dekabr 2019-cu ildə rəsmi qaydada təqdim edilmişir. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azarbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nõmrəli Fərmanının 2.3-cü bəndinə əsasan, kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (va ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar qeydiyyat üçün əsas hesab edilir. Həmin Fərmanın 2 və 2.5-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri qeydiyyat üçün əsas hesab edilir. Göstərilənlərə əsasən, Quba rayonu Nügədi meyvəçilik sovxozu üzrə 02 iyul 1993-cü il tarixli, 73 nömrəli əmrə əsasən Salahova (Xıdırova) Nailə Qəhrəman qızına ayrılmış 0,06 ha torpaq sahəsinə olan hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmalı və ona bu baradə çıxarış verilməli idi. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-540/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim İsmayıl Quliyev) Qərardan İddiaçı apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 1993-cü il tarixli, 266 saylı qərarı ilə Quba rayonu, Nügədi meyvəçilik sovxozuna ayrılmış 20,54 ha torpaq sahəsindən 0.06 ha həyətyanı torpaq sahəsi iddiaçı Xıdırova (Salahova) Nailə Qəhrəman qızına ayrılaraq ona təhkim edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının verdiyi 09.02.2016-cı il tarixli, 316 nömrəli arxiv arayışına əsasən, Quba Rayon İcra Hakimiyyəti Başçısının Birinci Nügədi İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1991-1995, 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında Salahova (Xıdırova) Nailə Qəhrəman qızının təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində, istifadəsində 1994-cü ildən 0,06 ha həyətyanı torpaq sahəsi, o cümlədən tikili altında 0,01 ha torpaq olduğu qeyd edilmişdir. Həmin nümayəndəliyin 2001- 2005, 2006-2010-cü illərə aid təsərrüfatbaşına kitablarında Salahova (Xıdırova) Nailə Qəhrəman qızının təsərrüfat başçısı olub, onun xüsusi mülkiyyətində, istifadəsində 0,28 ha torpaq sahəsi, o cümlədən 0,22 ha pay torpağı, 0,06 həyətyanı torpaq sahəsi və tikili altında 0,01 ha torpaq sahəsi olduğu göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının verdiyi 09.02.2016-cı il tarixli, 315 nömrəli arxiv çıxarışından görünür ki, Nügədi meyvəçilik sovxozu üzrə 02 iyul 1993-cü il tarixli, 73 nömrəli əmrdə Salahova (Xıdırova) Nailə Qəhrəman qızına 0,06 ha torpaq sahəsi ayrıldığı qeyd olunmuşdur. Quba rayonu Birinci Nügədi bələdiyyəsinin 07 oktyabr 2016-cı il tarixli, 115 nömrəli arayışından görünür ki, Salahova (Xıdırova) Nailə Qəhrəman qızına məxsus 0,06 ha həyətyanı torpaq sahəsinə dair DTXK və Yerquruluşu Layihə İnstitunun təqdim etdiyi 16 may 2005-ci il tarixli, JN-523F saylı şəhadətnamədə Salahova (Xıdırova) Nailə Qəhrəman qızının adı göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 03 aprel 2009-cu il tarixli, 89/2 nömrəli məktubundan görünür ki, Quba rayonu, Birinci Nügədi kənd sakini X8 və onun ailə üzvlərinin mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinə JN-455E saylı 16 may 2005-ci il tarixli, 0,09 ha torpaq sahəsinə isə yalnız X1 adına JN-523F saylı, 12 avqust 2005-ci il tarixli torpağa mülkiyyət hüququna dair şəhadətnamələr verilmişdir. Kadastr siyahısında JN-523F saylı şəhadətnamədə Salahova (Xıdırova) Nailə Qəhrəman qızının adı qeyd olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi 3-cü şəxs Rizvan Salahovun mülkiyyətinə 2 müxtəlif ərazidən həyətyanı torpaq sahəsi verilmiş, iddiaçı Salahova (Xıdırova) Nailə isə ona verilmiş 0,06 ha həyətyanı torpaq sahəsindən məhrum olmuşdur. Tərəflər arasında mövcud olan hazırki mübahisə üzrə qəbul edilmiş məhkəmə qərarları ilə təsdiq edilir ki, 3-cü şəxsin adına dövlət reyestrindən çıxarış verilmiş 0,09 ha torpaq sahəsi əslində iddiaçıya məxsus olan 0,06 ha torpaq sahəsidir, lakin sadəcə olaraq ölçüsü 0,03 ha artıq göstərilmişdir. Müəyyən olunduğu kimi 0,09 ha torpaq sahəsinə dair JN 523 F saylı 12 avqust 2005-ci il tarixli torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmiş, lakin kadastr siyahısında JN-523F saylı şəhadətnamədə X2 adı qeyd olunmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin-Xaçmaz Ərazi İdarəsinə ünvanladığı 03 aprel 2009-cu il tarixli məktubunda, kadastr siyahısında Nailə Salahovanın adının göstərilməsinin guya texniki səhv olduğunu göstərmişdir. Halbuki, bu faktın kadastr siyahısında texniki səhv kimi göstərilməsi mümkün deyildir. Həmin məktubdan məlum olur ki, qeyd olunan torpaq sahəsinə dair 12 avqust 2005-ci il tarixdə Nailə Salahovanın adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, lakin 03 aprel 2009-cu il tarixli məktubda bunun texniki səhv olmasının göstərilməsi səbəbindən, 0,09 ha ölçüdə torpaq sahəsinin ona ayrılması üçün heç bir əsas olmamasına baxmayaraq həmin torpaq sahəsinə dair qanunsuz olaraq Rizvan Salahovun adına 16 aprel 2009-cu il tarixli qeydiyyat nömrəsi ********** olan seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən Quba rayonu Birinci Nügədi kəndində mülkiyyətində olan 0,09 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 53,6 kv.m, yaşayış, köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 133 nömrəli vərəqində qeydə alınmışdır. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə təsvir olunan mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğuna əsaslanaraq iddianı rədd etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmənin nəzərdə tutduğu həmin üş üzrə Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin belə bir mövqeyi ilə razılaşmışdır, ki, İddiaçı mübahisəli torpaq sahəsinə dair ehtimal olunan hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmadığından hazırki halda onun belə bir iddia ilə çıxış etməsi üçün əsaslar yaranmamışdır. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və onun vəkili Vəkil apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 09.11.1991-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 30-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. İş materiallarından görünür ki, Quba RİHB-nın İ Nügədi İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1991-1995, 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında Xıdırova (Salahova) Nailə Qəhrəman qızı təsərrüfat başçısı olub, onun istifadəsində 1994-cü ildən 0,06 ha həyatyanı torpaq sahəsi, o cümlədən tikili altında 0,01 ha torpaq sahəsi var. Həmin nümayəndəliyin 2001-2005, 2006-2010-cü illərə aid təsərrüfatbaşına kitablarında Xıdırova (Salahova) Nailə Qəhrəman qızı təsərrüfat başçısı olub, onun istifadəsində 0,28 ha torpaq sahəsi, o cümlədən 0,22 ha pay torpağı, 0,06 həyatyanı torpaq sahəsi və tikili altında 0,01 ha torpaq sahəsi olduğu göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 09.02.2016-cı il tarixli, 315 nömrəli arxiv çıxarışından görünür ki, Nügədi meyvəçilik sovxozu üzrə 02 iyul 1993-cü il tarixli, 73 nömrəli əmrində Xıdırova (Salahova) Nailə Qəhrəman qızına 0,06 ha torpaq sahəsi ayrıldığı qeyd olunmuşdur. Quba rayonu İ Nügədi bələdiyyəsinin 07 oktyabr 2016-cı il tarixli, 115 nömrəli arayışından görünür ki, Xıdırova (Salahova) Nailə Qəhrəman qızına məxsus 0,06 ha həyatyanı torpaq sahəsinə dair DTXK və Yerquluşu Layihə İnstitunun təqdim etdiyi 16 may 2005-ci il tarixli, JN-523F saylı şəhadətnamədə X2 adı göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 03 aprel 2009-cu il tarixli, 89/2 nömrəli məktubundan görünür ki, Quba rayonu, İ Nügədi kənd sakini X8 və onun ailə üzvlərinin mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinə JN-455E saylı,16 may 2005-ci il tarixli, 0,09 ha torpaq sahəsinə isə JN-523F saylı, 12 avqust 2005-ci il tarixli torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Lakin texniki səhv üzündən kadastr siyahısında JN-523F saylı şəhadətnamədə Xıdırova (Salahova) Nailə Qəhrəman qızının adı qeyd olunmuşdur. Bundan başqa, işdə olan Quba Rayon Məhkəməsinin 2(027)2443/2016 saylı, 21 dekabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X5 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin boşaldılıb özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması, şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X1 torpağa mülkiyyət hüququna dair JN-336 nömrəli KOD 30319018 nömrəli dövlət aktına əsasən Quba rayonu Aqrar İslahat Komissiyasının 1999cü il 23 mart tarixli 07 saylı qərarı ilə X7 Quba rayonu İ Nügədi kəndində ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 0,22 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq iddiaçıya geri qaytarılması, iddiaçı X2 cavabdeh X5 qarşı JN 523F KOD 30319018 saylı şəhatnamənin və **********7610301 reyestr nömrəli, 16.04.2009-cu il tarixli çıxarışının etibarsız hesab edilməsi tələbinə dair hissəsinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2048/2017 saylı 29 avqust 2017-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-352/2018 saylı, 17 yanvar 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-048/2017 saylı, 29 avqust 2017-ci il tarixli qətnaməsi cavabdehin 0,06 ha həyətyanı torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq geri qaytarılması, cavabdehin adına verilmiş şəhadətnamənin, dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1641/2018 saylı, 05 iyun 2018-ci tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək, Quba Rayon Məhkəməsinin 21 dekabr 2016-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6559/2018 nömrəli, 29 oktyabr 2018-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair ehtimal olunan hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmamışdır. İşdən göründüyü kimi, X1 adına verilmiş 16.04.2009-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığı məhkəmə qaydasında mübahisələndirilmiş və iddia həmin hissədə təmin edilməmişdir. Hazırkı iş üzrə iddia tələbi isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üçüncü şəxs X1 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən 0,09 ha torpaq sahəsinin verilməsinə dair 16.04.2009-cu il tarixli ********** nömrəli qeydiyyatın aparılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməsi və həmin qeydiyyatın nəticələrinin, yəni X1 adına verilmiş 16.04.2009-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının göstərdiyi kimi üçüncü şəxsin adına dövlət reyestrindən çıxarış verilmiş 0,09 ha torpaq sahəsinin əslində iddiaçıya məxsus olan 0,06 ha torpaq sahəsi olması, lakin sadəcə olaraq ölçüsünün 0,03 ha artıq göstərilməsi halı işdə olan sənədlərlə müəyyən olunmadı. Əksinə, iş materialları ilə müəyyən edildi ki, X1 adına verilmiş Quba rayonu Birinci Nügədi kəndində yerləşən daşınmaz əmlaka dair 16.04.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN-523 KOD 30319018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”, Quba Rayon İcra Hakimiyyətinin evin tikintisinə icazə verilməsi barədə sərəncamı, Quba Rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsi tərəfindən təsdiqlənmiş layihə və tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi barədə qəbul komissiyasının aktı əsasında hazırlanmışdır. Göründüyü kimi işin yuxarıda sadalanan halları və iş üzrə tədqiq olunan sübutlar mövcud iddia tələbinin təmin edilməsinə əsas vermir. Odur ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini təmin etməyərək düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-540/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-153/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-153/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver