Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-153/2024 16.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X7 qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı “faktiki istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair prosedur qaydalarının icra edilməsi, torpaq sahəsinin ayrılmasına dair qərarın çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2-1(118)-828/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: 04 avqust 2005-ci il tarixli, DGM seriyalı, 084529 nömrəli kassa mədaxil orderi qəbzinə əsasən İddiaçı tərəfindən 04 avqust 2005-ci il tarixdə torpaq alqısı üçün Sumqayıt bələdiyyəsinin (VÖEN **********) hesabına ******* (iki milyon iki yüz əlli min) AZN pul ödənilmişdir. İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, dəyərini ödədiyi bağ torpaq sahəsinin alqı-satqısına dair sənədlərin ona təqdim edilməsini xahiş etmişdir. Cavabdeh 01 sentyabr 2022-ci il tarixli, 2364 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair 2005ci ildə rüsum ödənilsə də, torpaq sahəsinin ayrılmasına dair prosedur qaydalar icra edilməmiş, müvafiq icra hakimiyyəti orqanlarından rəylər alınmamışdır. Hal-hazırda yeni torpaq qanunvericiliyinin tələblərinə görə Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq rəylər alındıqdan və müraciətin məqsədəuyğunluğu barədə Sumqayıt bələdiyyəsinin iclası tərəfindən qərar qəbul edildikdən sonra sahə üzərində bələdiyyənin hüquqları dövlət qeydiyyatına alınır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, atası X4 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B-5126 saylı torpaq sahəsinin qonşuluğunda yerləşən, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair prosedur qaydalarının icra edilməsi, eyni zamanda, torpaq sahəsinin ayrılmasına dair qərarın çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Xalq X2 Heyətinin xx.xx.1994cü il tarixli qərarı ilə 5430 saylı bağ sahəsi iddiaçının anası X3 verilmiş, daha sonra həmin bağ sahəsi Sumqayıt Bələdiyyəsinin qərarı ilə B-5126 saylı bağ sahəsi kimi 2005-ci ilin avqust ayında anasının adına rəsmiləşdirilmişdir. Cavabdehin nümayəndələri tərəfindən sahənin texniki pasportu hazırlanarkən həmin torpaq sahəsinin yanında ümumi hasarın içərisində yerləşən 0,09 ha torpaq sahəsinin də iddiaçının adına rəsmiləşdirilə biləcəyini bildirmişlər. Bu halı xx.xx.2005-ci il tarixdə hazırlanmış və təsdiqlənmiş bağ sahəsinin texniki pasportunda görmək olar. Həmin texniki passportda ştrixlənməmiş 0,09 ha torpaq sahəsini xx.xx.2005-ci il tarixdə müvafiq sənədləşmə işləri aparıldıqdan sonra cavabdehlə alqı-satqı müqaviləsi bağlayaraq ödəniş etməklə əldə etmiş, torpaq sahəsinə dair bütün sənədləşmə işlərində - torpağın sxeminin, planın çəkilməsində iştirak etmişdir. 2021-ci ilin aprel ayında anası öldükdən sonra onun adına olan torpaq sənədləri atasının adına rəsmiləşdirilmiş, bu zaman iddiaçıya məxsus olan torpaq sahəsinin də rəsmiləşdirilməsi qərarına gəlmişlər. Lakin, cavabdeh tərəf torpaqayırma sənədlərini itirdikləri üçün bu işi icra edə bilmirlər. Dəyərini ödəməklə aldığı həmin torpaq sahəsinə dair müvafiq sənədlərin (bələdiyyənin torpaqayırma qərarının, bağ sahəsinin texniki pasportu, torpaq sahəsinin plan və sxeminin və. s) verilməsi barədə cavabdehə müraciət etmiş, lakin, cavabdeh müraciətinin icrasından imtina etmişdir. Cavabdehin inzibati orqan olaraq vətəndaşın pulunu alıb müvafiq sənədləşmə işlərinin aparılmamasını əsas gətirərək sənədlərin verilməsindən imtina edilməsini qanunsuz hesab edir. Belə ki, həmin vaxt ona bir neçə sənəd təqdim olunmuşdur. Torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarının hazırlandığını və alqı-satqı müqaviləsi əsasında cavabdehə ödəniş etdiyini xatırlayır. Cavabdehin iddiaya qarşı yazılı etiraz edərək qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi mübahisəli torpaq sahəsinin ayrılmasına dair bələdiyyə tərəfindən hər hansı qərar qəbul edilməmişdir. İddiaçı yalnız ödəniş qəbzinə əsaslanmış, hansı ki, qeyd olunan qəbzdə hansı torpaq sahəsinə görə ödəniş edilməsi göstərilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən vətəndaş ilk öncə ərizə ilə Sumqayıt bələdiyyəsinə müraciət etdikdən sonra müvafiq orqanlardan rəylər alınır, rəylər alındıqdan sonra bələdiyyənin adına çıxarış verilir və bundan sonra bələdiyyə ilə vətəndaş arasında alqı-satqı aparılır. Göründüyü kimi qeyd olunan torpaq sahəsinə dair bələdiyyə tərəfindən hər hansı sənədləşmə proseduruna başlanılmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2-1(118)-828/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, qanunvericilikdə fiziki şəxslərə torpaq sahəsinin ayrılmasının açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi birbaşa olaraq göstərilmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, Sumqayıt bələdiyyəsi inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə, həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Hazırki işdən də cavabdeh tərəfindən qanunvericiliklə ona verilmiş diskresion səlahiyyətlərin həddinin aşıldığı müəyyən olunmur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı qərarı ilə razılaşmayaraq bildirir ki, mübahisənin mahiyyəti ondan ibarətdir ki, torpaq sahəsinin ayrılması üçün iddiaçı tərəfindən bələdiyyənin hesabına pul ödənilmiş, lakin sənədlər itdiyi üçün yenidən müraciət edildikdə belə bir sənədləşmə işlərinin aparılmadığı bildirilmişdir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə” nin tələbləri baxımından, torpaq sahəsinin alqı-satqısına dair ödəniş edilməsi torpaq sahəsinin ayrılması üçün nəzərdə tutulmuş ən sonuncu mərhələdir. Yəni, torpaq sahəsinə dair əgər ödəniş edilmişsə, bu o deməkdir ki, qanunvericiliyin tələbləri bələdiyyə tərəfindən icra edilmiş və bunun nəticəsində iddiaçı tərəfindən də ödəniş edilmişdir. Cavabdeh orqan da iddiaçı tərəfindən bələdiyyənin hesabına pul köçürüldüyünü, lakin sənədləşmə işlərinin aparılmadığını bildirir. Bunu sübut edən dəlillər məhkəməyə təqdim edilməmiş, məhkəmə tərəfindən isə bu halların araşdırılması həyata keçirilməmişdir. İşə baxan məhkəmə isə iddiaçı tərəfindən torpaq sahəsinin alqı-satqısı üçün müəyyən olunmuş pul məbləğinin ödənilməsinin hansı səbəbdən heç bir hüquq yaratmadığı, eləcə də, cavabdehin torpaq sahəsinin alqısı müqabilində bələdiyyənin hesabına pul köçürüldüyü, lakin bu pulun gələcəkdə torpaq ayrılacağı təqdirdə iddiaçı üçün hər hansı bir üstünlük hüququnun verilməsi məqsədi daşıdığı göstərilən məktubunda qeyd olunanları araşdırmamışdır. Halbuki, məhkəmə tərəfindən o dövr üçün bələdiyyədə mövcud olan ərizələrin, məktubların, protokolların və qərarların qeydiyyat kitabı və s. tələb edilərək araşdırma aparılmalı idi. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları araşdırılmamış, maddi hüquq normasının tətbiqində səhvə yol verilmiş, bununla da, düzgün hüquqi nəticəyə gəlinməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi isə iddianın mümkünlük şərtlərini yoxlamadan, işə mahiyyəti üzrə baxaraq iddia tələbini təmin etməmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi 2005-ci ildə dəyərini bələdiyyəyə ödədiyini iddia etdiyi torpaq sahəsinin ayrılmasına dair prosedur qaydalarının cavabdeh tərəfindən icra edilməsi, torpaq sahəsinin ayrılmasına dair qərarın çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Başqa sözlə, iddiaçının mübahisə açdığı inzibati orqanın sənədləşmənin aparılmaması ilə bağlı hərəkətsizliyi İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Belə ki, Mülki Prosessual Məcəlləsinin "Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan 27-ci fəslinin müddəalarına görə, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 (bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). İPM-in qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların, o cümlədən, inzibati orqanlar tərəfindən edilmiş faktiki xarakterli hərəkətlərin (hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin hərəkətlər inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək etdiyi hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin hərəkət və hərəkətsizliyin mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Həmçinin, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Odur ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Eyni zamanda, kollegiya qeyd edir ki, iddiaçı 2005-ci ildə cavabdeh bələdiyyənin hesabına ödədiyi pul məbləğinin ona geri qaytarılması tələbi ilə bağlı bələdiyyəyə qarşı iddia qaldıra, habelə, istifadəsində olan torpaq sahəsinin bələdiyyə torpaqlarının ayrılmasına dair qanunvericiliyin tələbinə uyğun olaraq onun mülkiyyətinə verilməsi ilə bağlı müvafiq qərarın qəbul edilməsi barədə cavabdeh orqana, müraciəti təmin edilmədiyi təqdirdə isə inzibati məhkəməyə müraciət edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2-1(118)-828/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4
Məhkəmə qərarları › İş №2-1(105)-153/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-153/2024
16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver