Məhkəmə qərarları › İş №2-1(105)-154/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-154/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-154/2022 25.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(118)-2189/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdehnə qarşı “Siyəzən rayon Dövlət Notariat Konturunda 30.07.1993-cü il tarixli, 2KH231 reyester nömrəsi ilə təsdiq edilmiş Məmmədova (Hadıyeva) Saadət Hacəli qızının vəsiyyətnaməsi əsasında iddiaçı Əlİddiaçı Rəhmər qızına “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən və 1958-ci ildə tikilmiş ev ilk öncə X3 mülkiyyətində olmuşdur. Mülkiyyətçi X4 08 noyabr 1992-ci ildə vəfat etmiş və Siyəzən rayonu dövlət notariat kontoru tərəfindən verilmiş 16.06.1993-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən qanun üzrə vərəsə kimi onun həyat yoldaşı Məmmədova (Hadıyeva) Saadət Hacəli qızı müəyyən olunmuşdur. Mirası qəbul edən Məmmədova (Hadıyeva) Saadət Hacəli qızı da öz növbəsində notarial qaydada vəsiyyətnamə yazmış və bu vəsiyyətnamə Cavabdehndə 30 iyul 1993-cü il tarixdə 2KH-231 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Sözügedən vəsiyyətnaməyə əsasən vəsiyyət edənin vəfat edəcəyi təqdirdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən xüsusi evi, əmlakı və VAZ-2101 markalı, 1974-cü il buraxılışlı avtomaşını iddiaçı - İddiaçı vəsiyyət edilmişdir. Vəsiyyət edən Məmmədova (Hadıyeva) Saadət Hacəli qızı 03.05.2006-cı il tarixdə vəfat etsə də, bundan sonra İddiaçı tərəfindən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmamışdır. İddiaçı tərəfindən 2020-ci ildə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün ilk dəfə Cavabdehnə müraciət edilmiş və Cavabdeh tərəfindən 20.10.2020-ci il tarixli, 211 nömrəli məktubla dövlət notariat arxivinə müraciət olunaraq, 03.05.2006-cı il tarixdə vəfat etmiş X2 adına vəsiyyətnamənin olması və ya ləğvi barədə məlumat verilməsi xahiş olunmuşdur. Lakin, bundan sonra məktubun nəticəsi barədə iddiaçıya heç bir məlumat verilmədiyi üçün iddiaçı öz təşəbbüsü ilə dövlət notariat arxivinə müraciət etmiş və dövlət notariat arxivinin 17.09.2021-ci il tarixli, 05/01-2/147/13 nömrəli məktubu ilə bildirilmişdir ki, Cavabdehndə 1993-cü ilə dair rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmişdir və bu səbəbdən vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması imkan xaricindədir. Ona məlum olmayan səbəbdən, 1993-cü ilə dair sənədlər dövlət notariat arxivinə təhvil verilmədiyi üçün iddiaçı tərəfindən təkrarən 09.10.2021-ci il tarixli ərizə ilə Cavabdehnə müraciət olunmuş və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi təkrarən xahiş olunmuşdur. Lakin, Cavabdeh 20.10.2021-ci il tarixli, 517 nömrəli cavab məktubu ilə mərhum X1 miras qalmış əmlakın qəbul edilməsi ilə əlaqədar Siyəzən rayon DNK-da 30.07.1993-cü ildə 2kh-231 reyestr nömrəli vəsiyyətnamə ilə əlaqədar heç bir məlumatın aşkar olunmadığı bildirilmiş və hüquqlarının bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2- 1(118)-2189/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Ceyhun Məmmədov) Qərardaddan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mübahisə üzrə cavabdeh kimi qoyulan Cavabdeh “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarına əsasən Ədliyyə Nazirliyi və onun yerli qurumları (o cümlədən dövlət notariusları) kateqoriyasına aiddir və inzibati orqan sayılır. Mübahisə predmetinin əsasını təşkil edən “vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən notariusların müstəsna səlahiyyətlərinə aiddir və onların gördüyü hakimiyyət tədbiridir. Lakin, Sumqayıt İnzibati Məhkəməsi heç bir əsas olmadan işə inzibati icraat qaydasında baxılmasını mümkün hesab etməmiş və nəticədə cavabdeh inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddiaya mülki qaydada baxılmalı olması qənaətinə gəlmişdir. Bununla da, məhkəmə İnzibati Prosessual Məcəllənin, Mülki Məcəllənin, “İnzibati icraat haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikası Qanunlarının maddələrini düzgün tövsif etməmiş və iddianı mümkünsüz hesab etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, hazırki işin hallarından görünür ki, iddiaçı “Siyəzən rayon Dövlət Notariat Konturunda 30.07.1993-cü il tarixli, 2KH231 reyestr nömrəsi ilə təsdiq edilmiş Məmmədova (Hadıyeva) Saadət Hacəli qızının vəsiyyətnaməsi əsasında iddiaçı Əlİddiaçı Rəhmər qızına “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İşin hallarından görünür ki, iddiaçı X1 miras qalmış əmlakın qəbul edilməsi ilə əlaqədar Cavabdehndə 30 iyul 1993-cü il tarixdə 2KH-231 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə barədə məlumatın aşkar olunmaması səbəbindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı cavabdeh qismində inzibati orqan olan Cavabdeh göstərsə də, onun irəli sürdüyü tələb xüsusi hüquqa - mülki hüquq münasibətlərinə aiddir. Hazırkı mübahisə cavabdehin ona həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsinin nəticəsində yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsinin nəticəsində yaranmamış, irəli sürülən tələb xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimlənmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimləndiyindən hazırki işdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apellyasiya şikayətində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(118)-2189/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar