Məhkəmə qərarları › İş №2-1(105)-154/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-154/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-154/2025 13.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X1 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 nömrəli, 2003-cü il 09 yanvar tarixli Qərarının 3.5-ci maddəsinə əsasən, Bakı Səbail Rayon Məhkəməsinin 2-1702/2006-cı il nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsinə, 06 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2006-cı il tarixli 171846 nömrəli rəyinə əsasən əmək haqqının 31,7 % və 14,7% artımı nəzərə alınmaqla, təyin olunmuş ödənişin 01 dekabr 2022-ci il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2-1(118)-4022/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Tərtər hərbi Prokurorluğunun müstəntiqi vəzifəsində işləyərkən xidməti vəzifəsini icra edən zaman hər iki aşağı ətraflını don vurmuş, "oblitirasiya edici indoartrid" diaqnozlu xəstəliyə tutulmuşdur. Dövlət Əmək müfəttişliyi tərəfindən araşdırmalar aparılmış, araşdırmanın nəticəsinə dair təhqiqat aktı tərtib olunmuş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşlarının iştirakı ilə "İZ" formalı akt tərtib olunmuşdur. Sumqayıt şəhərində yerləşən 06 tibb Sosial Ekspert Komissiyasının rəyinə əsasən 2-ci qrup əlilik təyin olunmaqla əmək qabiliyyətinin 80% itirilməsi və əlilliyin səbəbinin "Əmək zədəsi "olduğu müəyyən edilmişdir. İddiaçı Səbail rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2-1702/2006 nömrəli 29 noyabr 2006-cı il tarixi qətnaməsi ilə "Tərtər Hərbi Prokurorluğunda xidməti vəzifəsini icra edən zaman əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar olaraq "Prokurorluq Orqanlarında xidmət keçmə haqqında" Azərbaycan Respublikası Qanunun 20.6-cı maddəsinə əsasən birdəfəlik müavinət verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 nömrəli 2000-ci il tarixli 03 nömrəli xx.xx.2003-cü il tarixli Qərarlarına əsasən, 06 saylı Tibb Sosial Ekspert Komissiyasının xx.xx.2006-cı il tarixli, 171846 saylı rəyinə müvafiq olaraq orta əmək haqqının 80% məbləğində Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən hər ay müavinət ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamə cavabdeh tərəfindən bu günə qədər icra olunsa da, ödənilmiş müavinətə hər hansı artım olmamışdır. İddiaçı eyni zamanda əlilliyə görə əmək pensiyası alır. İddiaçı məhkəmə qərarı əsasında ona ödənilən müavinətin maaş artımlarına uyğun olaraq artımına nail olmaq niyyətindədir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1702/2006 saylı, 29 noyabr 2006-cı il tarixli qətnaməsində göstərilmiş “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinin və “Məhkəmə və X4 işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 4-cü hissəsinə müvafiq olaraq orta əmək haqqının 50 misli miqdarında dövlət büdcəsindən vergi tutulmadan birdəfəlik müavinətin verilməsi; 2022-ci ilin yanvar ayından inflyasiya ilə bağlı 10%, 2023-cü ilin yanvar ayından 14.7 % əmək haqqının indeksasiya olunması ilə artımın və 2022-ci ilin dekabr ayında prokurorluq orqanları işçilərinin əmək haqqının 31.7% artımının aldığı müavinətə şamil edilməklə müavinətin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10283/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4458/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hazırki məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “2022-ci ilin dekabr ayında prokurorluq orqanları işçilərinin əmək haqqının 31.7% artımının aldığı müavinətə şamil edilməklə yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4458/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-238/2024 saylı, 14 mart 2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4458/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, inzibati işin yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4022/2024 saylı, 05 avqust 2024-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4458/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 nömrəli 2003-cü il 09 yanvar tarixli Qərarının 3.5-ci maddəsinə əsasən, Bakı Səbail Rayon Məhkəməsinin 2- 1702/2006-cı il nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsinə, 06 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2006-cı il tarixli 171846 nömrəli rəyinə əsasən əmək haqqının 31,7 % və 14,7% artımı nəzərə alınmaqla, təyin olunmuş ödənişin 01 dekabr 2022-ci il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Tərtər hərbi Prokurorluğunun müstəntiqi vəzifəsində işləyərkən xidməti vəzifəsini icra edən zaman hər iki qıç nahiyyəsinin aşağı ətraflarını don vurduğundan "oblitirasiya edici indoartrid" diaqnozlu xəstəliyə tutulmuşdur. Həmin faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən araşdırmalar aparılmış, toplanmış materiallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 saylı qərarının 1.1 maddəsinin 4-cü bəndinə əsasən, aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə göndərilibdir. Nazirliyin yanında Dövlət Əmək müfəttişliyi tərəfindən araşdırmalar aparılmış, araşdırmanın nəticəsinə dair təhqiqat aktı tərtib olunmuş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşlarının iştirakı ilə "İZ" formalı akt tərtib olunmuşdur. Eyni zamanda Dövlət Əmək müfəttişliyinin göstərişinə əsasən müalicə olduğu sənədlərlə birlikdə Tibb Ekspertizadan keçirilmişdir. Məhkəmə Tibb Ekspertin Aktında da aldığı bu xəsarətin dondurma nəticəsində əmələ gəldiyi göstərilmişdir. Sumqayıt şəhərində yerləşən 06 tibb Sosial Ekspert Komissiyasının rəyinə əsasən 2-ci qrup əlilik təyin olunmaqla əmək qabiliyyətinin 80% itirilməsi və əlilliyin səbəbinin "Əmək zədəsi "olduğu müəyyən edilibdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən tutulduğu vəzifədən azad olunmasına dair əmrin düzgün verilməməsi, həmçinin Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə pensiyanın təyin olunmasına dair mübahisə yarandığından, 2006-cı ilin yay aylarında Səbail rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2-1702/2006 nömrəli 29 noyabr 2006-cı il tarixi qətnaməsi ilə "Tərtər Hərbi Prokurorluğunda xidməti vəzifəsini icra edən zaman əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar olaraq "Prokurorluq Orqanlarında xidmət keçmə haqqında" Azərbaycan Respublikası Qanunun 20.6-cı maddəsinə əsasən birdəfəlik müavinət verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 nömrəli 2000-ci il tarixli 03 nömrəli xx.xx.2003-cü il tarixli Qərarlarına əsasən, 06 saylı Tibb Sosial Ekspert Komissiyasının xx.xx.2006-cı il tarixli, 171846 saylı rəyinə müvafiq olaraq orta əmək haqqının 80% məbləğində Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən hər ay müavinət ödənilməsi qət edilmişdir. Qeyd edilən bu qətnamə cavabdehlər tərəfindən bu günə qədər icra olunmuşdur. İddiaçı qətnamədə öz əksini tapan bir dəfəlik müavinətin verilməsi ilə Bakı Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna həm şifahi, həm də yazılı şəkildə müraciət etmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2017 ci il tarixli HP - 09(709)184 saylı cavab məktubunda göstərilmişdir ki, "Məhkəmə və X4 işçilərin dövlət mühafizəsi haqqında" Azərbaycan Respublikası qanunun 1-ci maddəsində göstərilən hallar və tələblər nəzərə alınmaqla həmin Qanunun 19-cu maddəsinin tələblərinin tətbiq olunması, yəni orta əmək haqqı məbləğinin əlli misli miqdarında vergi tutulmadan birdəfəlik müavinətin ödənilməsi iddiaçıya şamil oluna bilməz. Eyni zamanda həmin məktubda göstərilmişdir ki, əgər əmək haqqında artım olarsa, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 saylı qərarına əsasən yenidən hesablanır, növbəti aylarda ona ödəniləcəkdir. 2022-ci ilin dekabr ayında Prokurorluq orqanları işçilərin əmək haqlarının 31,7 faiz artırılması ilə bağlı Hərbi Prokurorluğa rəsmi qaydada müraciət etmişdir. Sorğuya verilən xx.xx.2023- cü il tarixli 3-3-13/2-xx-xx/2023 nömrəli cavab məktubunda həm qeyd edilən qətnamənin icrasından, həm də artımın iddiaçıya şamil olunmasından tamamilə imtina olunmuş və göstərilmişdir ki, "Prokurorluq Orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanuna edilmiş dəyişikliyə əsasən məzuniyyətə çıxarkən iki qat əmək haqqı məbləğində aldıqları pul təminatı və müalicə olunmaları ilə bağlı iki qat məbləğdə birdəfəlik pul müavinəti ləğv olunaraq göstərilən məbləğ əmək haqqına əlavə edilərək uyğunlaşma həyata keçirilmişdir. Məktubun mətnindən belə çıxır ki, guya o hələ orqanda işləyir və onlardan müalicə və məzuniyyət pulu tələb edir. Halbuki, iddiaçı qeyd olunan qətnaməyə uyğun olaraq orta əmək haqqının əlli mislinədək birdəfəlik müavinətin verilməsinin və əmək haqqında olan artımın ona şamil olunmasını xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı xahişini “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinin və “Məhkəmə və X4 işçilərinin Dövlət Müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 4-cü hissəsinə istinad etməklə bildirmişdir. Qeyd olunmalıdır ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsində göstərilmişdir ki, prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Həmçinin həmin qanunun 20.6-cı maddəsində göstərilmişdir ki, “Xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş), ya xidmətin davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış prokurorluq işçilərinə və ya onların ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət verilir”.” Göründüyü kimi prokurorluq işçilərinin həyat və sağlamlığı onların 5 illik əmək haqqı məbləğində sığorta edilir və bu sığorta ödənişi həmin şəxsin almış olduğu xəsarətə uyğun olaraq həyata keçirilir. Bundan başqa, “Məhkəmə və X4 işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.9-cu maddəsində göstərilmişdir ki, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaitidir. “Məhkəmə və X4 işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsində göstərilmişdir ki, Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Belə ki, sığorta hadisələri baş verdikdə həmin hadisəyə görə sığorta ödənişləri prokurorluq işçilərinin 5 illik əmək haqqlarının 10%-dən 100%-dək məbləğ təşkil edir. Bundan əlavə adıçəkilən Qanunun 5-ci maddəsində göstərilmişdir ki, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə (müvafiq Qanunun əvvəlki redaksiysına əsasən İİ qrup əllilik müəyyən edilən şəxs) Məhkəmə və X4 işçilərinin 5 illik əmək haqqlarının 60 faizi məbləğində sığorta ödənişi həyata keçirilir. Bundan əlavə, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 1-ci hissəsində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və prokurorluq işçilərinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edildiyi, eləcə də həmin Fərmanın 2.7-ci hissəsində sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid olduqda dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin "xxxx" ASC tərəfindən həyata keçirildiyi göstərilmişdir. Bundan əlavə, sözügedən iddia ərizəsində İddiaçı istehsalat travması almasına görə orta aylıq əmək haqqının 80%-i məbləğində ödənişin həyata keçirilməsi göstərilmişdir. Nəzərə alınmalıdır ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, əmək münasibətlərinə dair adıçəkilən Qanunla nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği"ni müəyyən edən normativ aktın 1.1-ci hissənin 2-ci abzasında bu Qaydaların Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. Həmin Qaydaların 3.4-cü hissəsində “Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin əmək haqqında onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda) onun aylıq əmək haqqı müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu aylar üzrə əmək haqqı nəzərə alınır” kimi, 3.5-cü hissəsində “İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir” kimi göstərilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı istehsalat travması almış və ona almış olduğu travma ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş sığorta ödənişi, eləcə də istehsalatda baş vermiş travmaya görə kompensasiya verilmişdir. İstehsalat travması baş verdikdə isə bu əmək müqaviləsində nəzərdə tutulduğu halda, həmçinin müvafiq qurumun təqsiri sübut olunduğu halda müəyyən edilmiş məbləğdə tam və ya qismən ödənilir. Qeyd olunanlara baxmayaraq Bakı şəhəri Səbayıl rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-1702/2006 nömrəli qətnaməsində İddiaçı həm birdəfəlik müavinət, həm də kompensasiya təyin olunmuşdur. Bununla yanaşı, o da qeyd olunmalıdır ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 5 noyabr 2022-ci il tarixli 625- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə prokurorluq işçilərinin hər il məzuniyyətə çıxarkən və müalicə olunmaları ilə əlaqədar aldıqları iki aylıq əmək haqqı məbləğində pul təminatları ləğv edilmişdir. Sözügedən Qanunun tətbiq edilməsi nəticəsində ləğv edilmiş pul təminatının hesabına əmək haqqında artım olsa da, bu artım bütövlükdə orta aylıq əmək haqqına təsir etməmişdir. Bu səbəbdən də orta aylıq əmək haqqında artım olmamışdır. Bundan başqa, göstərilən artımın sığortalıya hesablanması üçün həmin şəxslə bağlı sığorta hadisəsinin qeyd olunan dövrdə baş verməsi və yaxud sığorta ödənişinin tam və yaxud qismən ödənilməməsi tələb olunur. Odur ki, iddia ərzəsində qeyd edilən məsələ ilə bağlı bildirilir ki, 2022-ci ilin dekabr ayında prokurorluq işçilərinin orta aylıq əmək haqqında 31,7% artım olmamışdır. Göründüyü kimi, İddiaçı orta aylıq əmək haqqının 50 misli miqdarında dövlət büdcəsindən vergi tutulmadan birdəfəlik müavinətin verilməsi öhdəliyinin və 2022-ci ilin yanvar ayından inflyasiya ilə bağlı 10%, 2023-cü ilin yanvar ayından 14.7% əmək haqqının indeksiya olunması ilə artımın, 2022-ci ilin dekabr ayında prokurorluq orqanları işçilərinin əmək haqqının 31.7% artımının aldığı müavinətə şamil edilməklə yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə qoyulması barədə şikayəti əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2-1(118)-4022/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 nömrəli 2003-cü il 09 yanvar tarixli Qərarının 3.5-ci maddəsinə əsasən, Bakı Səbail Rayon Məhkəməsinin 2-1702/2006-cı il nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsinə, 06 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2006-cı il tarixli 171846 nömrəli rəyinə əsasən əmək haqqının 31,7 % və 14,7% artımı nəzərə alınmaqla, təyin olunmuş ödənişin 01 dekabr 2022-ci il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın “prokurorluq işçilərinin hər il məzuniyyətə çıxarkən aldıqları ikiqat əmək haqqı məbləğində pul təminatı və müalicə olunmaları məqsədilə verilən ikiqat məbləğdə birdəfəlik pul müavinətinin ləğv olunaraq əmək haqqına uyğunlaşdırılaraq əlavə olunması” əsası ilə iddiaçının tələbindən imtinası əsassız və formal olmuşdur. Belə ki, iddiaçıya hər ay ödənilən müavinət cavabdeh orqan tərəfindən təyin edilmişdir və yenidən hesablama aparmalı orqan da Azərbaycan Respublikası Hərbi Prokurorluğudur. Vətəndaşa müavinət təyin edilən dövrdə prokurorluq işçilərinin aldıqları əmək haqqı məbləği ilə hal-hazırda aldıqları əmək haqqı məbləğindəki fərqin cavabdeh tərəfindən nəzərə alınmamasını məhkəmə, iddiaçının yuxarıda qeyd olunan konstitusion hüququnun pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, əmək haqqı məbləğində qeyd olunan artım (fərq) iddiaçıya təyin edilmiş müavinətin yenidən hesablanması üçün əsas olan hal kimi nəzərə alınmalıdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, qeyd olunan qərarda prokurorluğun “prokurorluq işçilərinin hər il məzuniyyətə çıxarkən aldıqları ikiqat əmək haqqı məbləğində pul təminatı və müalicə olunmaları məqsədilə verilən ikiqat məbləğdə birdəfəlik pul müavinətinin ləğv olunaraq əmək haqqına uyğunlaşdırılaraq əlavə olunması” əsası ilə İddiaçı tələbindən imtinanın əsassız və formal olduğunu, habelə həmin şəxsə hər ay ödənilən müavinətin prokurorluq orqanı tərəfindən təyin edildiyini göstərməklə həmin məbləğin yenidən Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən hesablanması göstərilmişdir. Bundan başqa, məhkəmə həmin qərarda vətəndaşa müavinət təyin edilən dövrdə prokurorluq işçilərinin aldıqları əmək haqqı məbləği ilə hazırda aldıqları əmək haqqı məbləğindəki fərqin cavabdeh tərəfindən nəzərə alınmamasını, həmçinin iddiaçının yuxarıda qeyd olunan konstitusion hüququnun pozulması kimi qiymətləndirərək bu qənaətə gəlmişdir ki, əmək haqqı məbləğində qeyd olunan artım (fərq) iddiaçıya təyin edilmiş müavinətin yenidən hesablanması üçün əsas olan hal kimi nəzərə alınmalıdır. Sözügedən qərar qüvvədə olan normativ hüquqi aktlara düzgün istinad edilmədən əsassız qəbul edilmişdir. Qeyd olunmalıdır ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsində göstərilmişdir ki, prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Həmin Qanunun 20.6-cı maddəsində göstərilmişdir ki, “Xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya xidmətin davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış prokurorluq işçilərinə və ya onların ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət verilir”. Göründüyü kimi prokurorluq işçilərinin həyat və sağlamlığı onların 5 illik əmək haqqı məbləğində sığorta edilir və bu sığorta ödənişi həmin şəxsin almış olduğu xəsarətə uyğun olaraq həyata keçirilir. Bundan başqa, “Məhkəmə və X4 işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.9-cu maddəsində göstərilmişdir ki, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaitidir. “Məhkəmə və X4 işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Belə ki, sığorta hadisələri baş verdikdə həmin hadisəyə görə sığorta ödənişləri prokurorluq işçilərinin 5 illik əmək haqqlarının 10%-dən 100%-dək məbləğ təşkil edir. Bundan əlavə adıçəkilən Qanunun 5-ci maddəsində göstərilmişdir ki, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə (müvafiq Qanunun əvvəlki redaksiysına əsasən İİ qrup əllilik müəyyən edilən şəxs) Məhkəmə və X4 işçilərinin 5 illik əmək haqqlarının 60 faizi məbləğində sığorta ödənişi həyata keçirilir. Bundan əlavə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində “Əmək münasibətlərinə dair bu Qanunla nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir” kimi göstərilmişdir. Yuxarıda göstərilən normadan aydın olur ki, Əmək Məcəlləsi yalnız “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda tənzimlənməyən məsələlərə şamil edilir. İddiaçı iddia etdiyi kimi xidmət vaxtı xəsarət alması və onun əvəzinə müvafiq kompensasiyanın verilməsi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.6-cı maddəsi ilə tənzimlənir. Həmin Qanundan irəli gələn məsələlər isə müvafiq olaraq “Məhkəmə və X4 işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Göründüyü kimi, prokurorluq işçilərinin xəsarət almasını münasibətdə məhkəmənin müvafiq iş sahələrinə çalışan şəxslərin istehsalat travması alması ilə eyniləşdirilməsi məqsədəuyğun hesab olunmur. Diqqətə alınmalıdır ki, prokurorluq işçisi həyat və sağlamlığı onların 5 illik əmək haqqı məbləğində sığorta edilir və bu sığorta ödənişi həmin şəxsin almış olduğu xəsarətə uyğun olaraq həyata keçirilir. Yuxarıda göstərilənlərdən aydın olur ki, məhkəmə qanundan irəli gələn məsələləri düzgün şərh etməmiş və normanı düzgün tətbiq etməmişdir. Bundan başqa, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 5 noyabr 2022-ci il tarixli 625-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun tətbiqi nəticəsində prokurorluq işçilərinin hər il məzuniyyətə çıxarkən və müalicə olunmaları ilə əlaqədar aldıqları iki aylıq əmək haqqı məbləğində pul təminatları ləğv edilmiş və əmək haqqına əlavə verilmişdir. Bu səbəbdən də orta aylıq əmək haqqında artım olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

Mülki Prosessual Məcəllə: Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması 231.1 İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 26. İcra sənədlərinin icrasına nəzarət İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu tam yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Hazırda iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 nömrəli 2003-cü il 09 yanvar tarixli Qərarının 3.5-ci maddəsinə əsasən, Bakı Səbail Rayon Məhkəməsinin 2- 1702/2006-cı il nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsinə, 06 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2006-cı il tarixli 171846 nömrəli rəyinə əsasən əmək haqqının 31,7 % və 14,7% artımı nəzərə alınmaqla, təyin olunmuş ödənişin 01 dekabr 2022-ci il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu tam yoxlanılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Eyni zamanda “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 6-cı maddəsinin tələblərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Həmçinin sözügedən qərarın 8-ci bəndinin tələblərinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Hazırki iş üzrə iddiaçının tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 nömrəli 2003-cü il 09 yanvar tarixli Qərarının 3.5-ci maddəsinə əsasən, Bakı Səbail Rayon Məhkəməsinin 2-1702/2006-cı il nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsinə, 06 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2006-cı il tarixli 171846 nömrəli rəyinə əsasən əmək haqqının 31,7 % və 14,7% artımı nəzərə alınmaqla, təyin olunmuş ödənişin 01 dekabr 2022-ci il tarixdən yenidən hesablanması ilə bağlıdır. İddiaçının hüquqi marağı mahiyyəti etibarı ilə məhkəmə qərarı əsasında ona ödənilən müavinətin maaş artımlarına uyğun olaraq artımına nail olmaqdan ibarətdir. İş materiallarına əlavə olunmuş Səbail Rayon Məhkəməsinin 2-1702/2006 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokuroruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29.2.5-ci maddəsinə müvafiq olaraq, yəni öz arzusuna əsasən tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarından xaric olunmağı deyil, 6 aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə həkimin rəyi nəzərə alınaraq həmin Qanunun 29.2.1-ci maddəsinə əsasən işdən azad edilməsi barəsində qətnamə çıxarılmasını, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, “Pensiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 saylı və xx.xx.2003-cü il tarixli, 03 saylı qərarlarına əsasən müavinət verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin sözügedən qətnaməsinə əsasən iddiaçının tələbi qismən – müavinətin verilməsinə dair hissədə təmin edilmiş, İddiaçı Tərtər hərbi prokurorluğunda xidməti vəzifəsini icra edən zaman əmək qabiliyyətini itirməsi ilə əlaqədar “Prokurorluq orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən bir dəfəlik müavinət ödənilməsi, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 saylı və xx.xx.2003-cü il tarixli, 03 saylı qərarlarına əsasən 06 saylı Tibb Sosial Ekspert Komissiyasının xx.xx.2006-cı il tarixli 171846 saylı rəyinə müvafiq olaraq orta əmək haqqının 80% məbləğində Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən hər ay müavinət ödənilməsi və müavinətin verilməsinin xx.xx.2006-cı il tarixdən hesablaması qərara alınmışdır. Göründüyü kimi iddiaçıya məhkəmə qətnaməsi əsasında müavinət təyin edilmişdir və iddiaçının həmin müavinəti sabit pul məbləğində indiyə qədər və hazırda da alması işin mübahisə olunmayan halıdır. Qeyd edilən qətnamədən də aydın olur ki, iddiaçıya cavabdeh tərəfindən orta əmək haqqının 80% məbləğində müavinət ödənilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qeyd olunan orta əmək haqqının artımının ona şamil olunmasını tələb etməkdə haqlı olsa da, hazırki iddia ilə məhkəməyə müraciət etməklə düzgün olmayan hüquq müdafiə vasitəsi seçmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası tələb edilməklə hazırki iddianın predmetini təşkil edən məsələnin həllinə nail olmaq mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia mahiyyəti etibarı ilə məhkəmə qərarının icrasının yenidən ayrı iddia ilə tələb edilməsi kimi qiymətləndirildiyindən, mümkün iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki,əgər qətnamə icra mərhələsindədirsə, müvafiq icra idarəsinə müraciət edilərək hazırki orta aylıq əmək haqqının 80% məbləği nəzərə alınmaqla müavinət ödənilməsinin təmin edilməsi tələb oluna bilər. İcra sənədi müvafiq məhkəməyə qaytarılmış olduğu təqdirdə isə qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edilə bilər. Belə ki, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Əlavə olaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələbinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İddiaçıya izah olunur ki, Səbail Rayon Məhkəməsinin 2-1702/2006 nömrəli qətnaməsinin yuxarıda qeyd edilən qanun normaları əsasında icra edilməsini tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərini tam yoxlamadan işə mahiyyəti üzrə baxaraq, qərar qəbul etmiş, iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, həmin halları diqqətdən qaçırmış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi ilə bağlı olduğundan, apellyasiya şikayəti qismən-məhkəmə qərarının ləğv edilməsi hissəsində təmin edilməli, iddia mümkün sayılmadığından, şikayət qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, hüquqi maragına uyğun olaraq, yuxarıda qeyd edilən hüquq müdafiə vasitələrindən istifadə etməsi istisna edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2-1(118)-4022/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar