Məhkəmə qərarları › İş №2-1(105)-157/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-157/2021

11.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-157/2021 11.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: Babayeva Hökümə Çingiz qızı, Hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “şəhid ailəsi kimi mənzil uçotuna alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2-1(118)-1021/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan:ünvan 2 qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı şəhid ailəsi kimi Sumqayıt şəhərində mənzil uçotuna götürülməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin cavabdeh mənzil uçotuna alınmanın əsaslarından biri olan 5 il daimi qeydiyyat müddətinin tamam olmaması əsası ilə 17 dekabr 2019-cu il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. Bundan narazı qalan iddiaçı 31 may 2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə şəhid ailəsi kimi Sumqayıt şəhərində mənzil uçotuna götürülməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(118)-1021/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. (hakim İ.Quliyev) Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayəti icraata qəbul edilmiş və inzibati iş baxılması üçün məhkəmə baxışına təyin olunmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Sumqayıt Apelyasiya Məhkəməsinə ünvanladığı 02 avqust 2021-ci il tarixli, 1275 saylı məktubdan və məktuba əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 12 iyul 2021-ci il tarixli, 360 saylı sərəncamından görünür ki, şəhid ailəsi İddiaçı imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-ci maddəsində deyilir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və bu əsasla iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 55, 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2-1(118)-1021/2020 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “şəhid ailəsi kimi mənzil uçotuna alınması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 5zibati Kollegiyasına (ünvan: ünvan 6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar