Məhkəmə qərarları › İş №2-1(105)-157/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-157/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-157/2023 16.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın X4 Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 70 m2 torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına mövcud vəziyyətdə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2617/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ Xaçmaz Bələdiyyəsinin 25 may 2005-ci il tarixli 07 nömrəli qərarı ilə İddiaçı fərdi kommersiya obyekti tikmək üçün 70 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyi verilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müdirinin iştirakı ilə qeyd olunan torpaq sahəsinin sxematik plan sərhədləri ölçülüb, nişangah qoyulduqdan sonra iddiaçıya təhvil verilmişdir. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə iddiaçıya qeyd edilən torpaq sahəsində mağaza tikintisə icazə verilmiş, aparılacaq tikintinin RİH-nin tikinti-memarlıq şöbəsinin verdiyi layihəyə uyğun aparılması qərara alınmışdır. Qeyd edilən tikinti obyektinə FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixdə Ö/005055 saylı istismara hazırlıq aktı, daha sonra isə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2022-ci il tarixli, 02/K nömrəli tikinti obyektinin istismarına icazə verilmişdir. Qeyd edilən istismara hazırlıq aktında binanın ümumi sahəsi 55,85 kv.m., tikinti sahəsi 69,9 kv.m, tikinti obyektinin istismarına icazədə isə ümumi sahəsi layihə üzrə və faktiki 51.24 kv.m, tikinti sahəsi isə 65.25 kv.m. qeyd edilmişdir. Cavabdehin iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilir ki, Xaçmaz şəhəri ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyesterində qeyyata alınması və texniki pasportun hazırlanması ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətə baxılmış, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş qeyri-yaşayış binasının sənəd üzrə ümumi sahəsi 51.24 kv.m göstərilsə də, faktiki yerində 56.1 kv.m ölçüdə öz əksini tapmışdır. Qeyri-yaşayış binasının daxili ölçüləri ərizəyə əlavə olunmuş eskiz sxemə qismən uyğundur və qeyri-yaşayış binasının çöl ölçüləri Xaçmaz rayon İH-nin Tikinti və Memarlıq şöbəsi tərəfindən tərtib edilmiş eskiz sxemdə göstərilən ölçülərdən çoxdur. Belə ki, qeyriyaşayış binasının arxa divarı ilə şimal istiqamətdə yerləşən qonşu evin hasarı arxasında qeyri-yaşayış binasının qərb və şərq divarları boyunca əlavə hissə mövcuddur və qeyriyaşayış binasının çöl ölçüləri nəzərə alınmaqla qeyri-yaşayış binasının əsas tikintialtı sahəsi 84.5 kv.m-dir. Bundan əlavə, qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsi sənəd üzrə 70 kv.m ayrılsada faktiki tikinti işləri 87.1 kv.m ölçüdə aparılmış, qeyri- yaşayış binasında hüquqmüəyyənedici sənədləri təqdim edilməyən 17.1 kv.m əlavə tikililər mövcuddur. Qeyd edilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 70 m2 torpaq sahəsinə və üzərində yerləşən qeyriyaşayış binasına mövcud vəziyyətdə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyət hüququna dair sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, imtina əsassızdır, bu səbəbdən də cavabdehin üzərinə Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 70 kvm torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının qeydiyyata alınması və Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki pasportun hazırlanması öhdəliyi qoyulmalıdır. Belə ki, Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 07 saylı qərarı və torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixdə ləğv edilmiş DT və XK-nın Xaçmaz rayon şöbəsində 129 nömrə ilə qeydiyyata alınmış akta müvafiq olaraq sahibkarlıq fəailiyyəti üçün 70 kv.m torpaq sahəsi almışdır. Torpaq sahəsi alınarkən ləğv edilmiş DT və XK-nın Xaçmaz rayon Şöbəsinin xx.xx.2005-ci il tarixli 465/1 saylı rəyi alınmış və rəydə göstərilir ki, ona sahibkarlıq fəailiyyəti məqsədi ilə satılması nəzərdə tutulan torpaq sahəsi 70 kv.m olmaqla Xaçmaz Bələdiyyəsinin mülkiyyətinə aidir və alqı-satqı predmetidir. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 214 saylı sərəncamı ilə aldığı torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. Bundan əvvəl isə müvafiq komissiya tərəfindən Akt tərtib edilərək tikinti işlərinin aparılmasına icazə verilməsi qanuna uyğun hesab edilmişdir. Tikiləcək obyektin layihəsi hazırlanaraq Baş memar tərəfindən təsdiqlənmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinə verilən koda dair Seriya AZE N-003591 saylı şəhadətnamə hazırlanmış və Komitənin xx.xx.2021-ci il tarixli XO-01- 07-K-14-2021-03489 saylı məktubda göstərilir ki, ona mağaza binasının tikintisinə icazə verilməsinə dair təqdim olunmuş məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir.Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli tikinti obyektinin istismarına icazə 02/K nömrəsi ilə alınmışdır. Qeyd olunan sənədlərdə 1 mərtəbəli sahibkarlıq obyektinin ümumi sahəsi, tikinti sahəsi və həcmi göstərilmişdir. Fövqəlada Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Şimal Reqinal Tikinti Müfəttişliyinin rəisi Q.Cəfərovun imzası ilə təsdiqlənmiş xx.xx.2021 -ci il tarixli istismara hazırlıq Aktı N2 Ö/005055 hazırlanmışdır. Qeyd olunan sənədlərdə obyektin bir girişli, bir mərtəbəli fərdi mağaza binası, binanın ümumi həcmi V= 319,72 kvm, tikinti sahəsi S= 69,9 kvm, binanın ümumi sahəsi S= 55,85 kv.m qeyd edilmişdir. Qanuni əsaslarla aldığı 70 kv.m torpaq sahəsində normadan artıq ümumilikdə 87,1 kv.m olduğu müəyyən edildikdən sonra yerində yenidənqurma işləri aparılaraq tikinti sahəsi faktiki olaraq 70 kv.m ərazidə yekunlaşmışdır. Başqa sözlə istifadə olunan 17,1 kv.m torpaq sahəsi istifadədən çıxarılmışdır. Bundan sonra müvafiq qaydada cavabdehə məlumat verilsə də artıq imtina mövcud olduğundan məhkəmə müraciət edilməsi bildirilmişdir.Torpaq sahəsinin və üzərində yerləşən obyektin ölçüləri sənədlərə tam uyğundur. Göründüyü kimi cavabdeh həmin əmlaka mülkiyyət hüququmu əsasız olaraq qeydə almamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək, Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 70 m2 torpaq sahəsinə və onun üzərində yerləşən qeyriyaşayış binasına (ümumi sahəsi 51.24 m2 , tikinti sahəsi 65.25 m2 , həcmi 319.72 m3 olan 1 girişli, 1 mərtəbəli fərdi mağaza binası) mövcud vəziyyətdə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyət hüququna dair çıxarışın və texniki pasportun hazırlanıb verilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X4 Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Cavabdeh iddia ərizəsinə etirazında xx.xx.2022-ci il tarixli imtina məktubunun məzmununa, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2, 9.1.2 və 11.1-ci və Mülki Məcəllənin 180.1, 180.2, 240.1 və 240.2-ci maddələrinə istinad etməklə göstərmişdir ki, bu norma şəhərsalma və tikinti normalarını və qaydalarının tələblərini gözlənilməsi şərti ilə torpaq sahəsində binalar və qurğuların ucaldılmasını nəzərdə tutur. Tikilinin bir hissəsi sənəd üzrə olan torpaq sahəsindən kənarda yerləşir və həmin torpaq sahəsi iddiaçının mülkiyyətində deyildir. Etirazda həmçinin göstərilir ki, iddia ərizəsində göstərilən tikilinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququna malik deyildir.Etirazda göstərilir ki, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Xaçmaz Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2617/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 70 m2 torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına (ümumi sahəsi 51.24 m2, tikinti sahəsi 65.25 m2, həcmi 319.72 m3 olan 1 girişli, 1 mərtəbəli fərdi mağaza binası) mövcud vəziyyətdə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyət hüququna dair çıxarışın və texniki pasportun hazırlanıb verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X4 Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, iddia tələbinə əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi ərazisində inşa edilmiş qeyri-yaşayış binası inşaat tələblərinə uyğun gəldiyinə görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikilinin inşasına icazə verilməsinə razılq verərək, tikili ilə bağlı təqdim edilmiş sənəd və məlumatları Tikintilərin Dövlət Reyesterinə daxil etmişdir. Mövcud tikili icazə sənədinə uyğun qaydada inşa edildiyinə görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən inşa edilmiş obyektə xx.xx.2021-ci il tarixli, 003591 kod verilmişdir. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüquqdan suiistifadə edir. Məhkəmə hesab etmişdir ki, qeyd olunan arqumentləri əsas gətirərək, cavabdehin iddiaçının bütün tələblərə cavab verdiyi torpaq sahəsi və tikilinin qeydiyyatının aparılmasından imtinası yolverilməzdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv qərarın ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti imtina məktubunun və iddiaya etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatı dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işin halları tam araşdırılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə sasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən əsaslarla iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması prinsipinə tam əməl edilməmiş, cavabdehin imtinasının, habelə iddia ərizəsinə etirazının əsasını təşkil edən bütün hallara qiymət verilməmişdir. İlk növbədə qeyd olumnmaldır ki, cavabdehin imtinası qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyesterində qeyyata alınması və texniki pasportun hazırlanması ilə bağlı olduğu halda iddiaçı həmçinin 70 m2 torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi isə qeyd edilən torpaq sahəsi ilə bağlı iddiaçının cavabdehə müraciətinin olub-olmamasına iddianın mümkünlüyü baxımından ümumiyyətlə qiymət verməmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsinin apellyasiya baxışı zamanı təqdim etdiyi 04 iyul 2022-ci il tarixli müayinə (baxış) aktının surətindən görünür ki, obyektə baxış keçirilən zaman aşkar olunmuşdur ki, obyektin daxili ölçüləri layihə ilə qismən uyğundur. Lakin binanın çöl ölçüləri layihədə göstərilən ölçülərdən çoxdur. Belə ki, (həmin) binanın arxa divarı ilə şimal istiqamətdə yerləşən qonşu evin hasarı arasında binanın qərb və şərq divarları boyunca əlavə hissə mövcuddur. Həmin hissə binanın dam örtüyü altındadır. Binanın daxili ölçüləri nəzərə alınmaqla binanın tikintialtı sahəsi 67.6 m2, qarşı tərəfdəki açıq pilləkənlərin sahəsi isə 2,6m2 təşkil edir. Binanın ümumi tikintialtı sahəsi 70,2m2-dir. Lakin çöl ölçülər nəzərə alınmaqla binanın əsas tikintialtı sahəsi 84,5 m2 təşkil edir. Bina yolun orta xəttindən 9,0metr məsafədə yerləşir. Beləliklə, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş qeyri-yaşayış binasının sənəd üzrə ümumi sahəsi 51.24 kv.m göstərilsə də, faktiki yerində 56.1 kv.m ölçüdə öz əksini tapmışdır. Qeyri-yaşayış binasının daxili ölçüləri ərizəyə əlavə olunmuş eskiz sxemə qismən uyğundur və qeyri-yaşayış binasının çöl ölçüləri Xaçmaz rayon İH-nin Tikinti və Memarlıq şöbəsi tərəfindən tərtib edilmiş eskiz sxemdə göstərilən ölçülərdən çoxdur. Cavabdehin nümayəndəsi qeyd edilən hallarla bağlı müvafiq texniki-olçü sənədlərini də apellyasiya baxışı zamanı təqdim etmişdir. Cavabdeh qeyd edilən ölçülərdə olan uyğunsuzluqlarla bağlı dəlillərini imtina məktubu ilə yanaşı iddiaya etirazında da bildirsə də, birinci instansiya məhkəməsi həmin dəlillərlə bağlı ümumiyyətlə heç bir araşdırma aparmayaraq yalnız qeyri-yaşayış binasının müvafiq sənədlər üzrə ölçülərinə istinad etmişdir. Halbuki, iddiaçı özü də iddia ərizəsində göstərmişdir ki, 70 kv.m torpaq sahəsində normadan artıq ümumilikdə 87,1 kv.m olduğu müəyyən edildikdən sonra yerində yenidənqurma işləri aparılaraq tikinti sahəsi faktiki olaraq 70 kv.m ərazidə yekunlaşmış, istifadə olunan 17,1 kv.m torpaq sahəsi istifadədən çıxarılmışdır. Kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqlar dövlət reyestrində qeydə alınarkən onun ölçüləri dəqiq göstərilməlidir və hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan iddiaçı hüquqmüəyyənedici sənədlər əsasında hüquqlarının qeydə alınmasını tələb etdiyi daşınmaz əmlakın ölçülərinin həmin sənədlərdə göstərilmiş ölçülərə uyğun olduğunu sübut etməlidir. Cavabdehin imtinasının və etirazının müvafiq dəlillərini isə məhkəmə xidməti vəzifəsinə görə araşdırmaqla hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması ilə bağlı yuxarıda sadalanan vəzifələrin yerinə yetirməməsi, iddianın mümkünlüyü, cavabdehin imtinasının və etirazının dəlilləri üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların xidməti vəzifəsinə görə araşdırılmaması və ziddiyyətlərin aradan qaldırılmaması iş üzrə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu ciddi prosessual pozuntular kimi qiymətləndirilməlidir. İPM-in 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Bundan əlavə kollegiya qeyd edir ki, iş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolu işə əlavə edilmiş həmin iclasın videoyazısı ilə uyğunsuzluq təşkil edir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2617/2022 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 4 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar