Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-157/2024 18.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: əlillik dərəcəsinin dəyişdirilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə, Həkim-ekspert X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2021-ci il tarixdə ona təyin edilmiş əlilliyin dəyişdirilərək birinci qrup əlilliyin təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1789/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xxxxxxx0002 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən TSEK-in “baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üvzi mənşəli şəxsiyyət və davranış pozğunluqları, partlayış trevması (xx.xx.2020), keçirilmiş açıq kəllə-beyin travması, sağ alın payının əzilməsi, epileptik qıcolmalarla, koqnitiv pozulmalarla nəticələnmiş qalıq əlaməti, mərkəzi sinir sisteminin funksiyasının mühüm dərəcəsə pozulması ilə; mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu; partlayış travması (xx.xx.2020) açıq kəlləbeyin travması; alın nahiyyəsindən baş beyin; sağ alın payının ağır dərəcədə əzilməsi; beyindaxili yad cisimlərinə (metal qəlpələr) görə aparılmış alın nahiyyəsinin sağ tərəfli dekompression cərrahi əməliyyatdan sonrakı (xx.xx.2021) sümük defektinə görə aparılmış alloqreft kranioplastika cərrahi əməliyyatın nəticəsində kəllə tağı sümüklərinin plastik materiallarla əvəz edilmiş 78 sm*2 sümük defekti” diaqnozları ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 6868 saylı, 27 may 2022-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı “keçirilmiş açıq kəllə-beyin travması, baş-beynin sağ alın payının ağır dərəcədə tənzimlənməsindən sonra tez-tez baş verən epileptik tutmalar və koqnitiv pozulmalarla nəticələnmiş qalıq əlaməti, mərkəzi sinir sisteminin funksiyasının mühüm dərəcədə pozulması ilə; partlayış (xx.xx.2020)travması açıq-kəllə beyin travması, alın nahiyyəsinin baş-ebyin sağ alın payının ağır dərəcədə əzilməsi, beyindaxili yad cisimlərinə (metal qəlpələr) görə aparılmış alın nahiyyəsinin sağ tərəfli dekompression kraniotomiya cərrahi əməliyyatdan spnrakı (xx.xx.2021) sümük defektinə görə aparılmış allıqreft kranioplastika, cərrahi əməliyyatının nəticəsində kəllə tağı sümüklərinin plastik materiallarla əvəz edilmiş 78 kv.sm sümük defekti; mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə pıçıtlı nitiqinin sol qulaqda 4 (dörd) metr, sağ qulaqda 6 (altı) metr məsafədə eşitməsi ilə” ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının № 3-17-4/3-3- 1964/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, sualda qoyulmuş (tetraplegiya, tripiegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpan paraparez. ataksiya, intension titrəmə ilə hiperkinetik sindroma) hallara İddiaçı adına tərtib olunmuş Forma 088 göndərişində qeyd olunan “Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, partlayış travması, keçirilmiş açıq kəllə-beyin travması, sağ alın payının əzilməsi, epileptik qıcolmalarla, koqnitiv pozulmalarla nəticələnmiş qalıq əlaməti, mərkəzi sinir sisteminin funksiyasının mühüm dərəcədə pozulması ilə. Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Partlayış travması (xx.xx.2020) açıq kəllə-beyin travması, alın nahiyyəsindən baş beyin, sağ alın payının ağır dərəcədə əzilməsi, beyindaxili yad cisimlərinə (metal qəlpələr) görə aparılmış alın nahiyyəsinin sağ tərəfli dekompression kraniotomiya cərrahi əməliyyatından sonrakı (xx.xx.2021) sümük defektinə görə aparılmış alloqreft kranioplastika cərrahi əməliyyatının nəticəsində kəllə tağı sümüklərinin plastik materiallarla əvəz edilmiş 78sm*2 sümük defekti” diaqnozda ümumən rast gəlinir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə xx.xx.2021-ci il tarixli qərarın dəyişdirilməsi və ona birinc qrup əlillik pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, xx.xx.2021-ci il tarixdə ona təyin edilmiş əlilliyin dəyişdirilərək birinci qrup əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2-ci Qarabağ müharibəsi iştirakçısı 2-ci qrup əlildir. 1999-cu ildə həqiqi hərbi xidmətə çağrılmış, ondan sonra 2-ci Qarabağ müharibəsinin başlaması və ağır yaralanana qədər vətənə xidməti davam etmişdir. 21 il ərzində 2004-cü ildə 10 illik medal, 2008-ci ildə 90 illik medal, 2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illik, 2018-ci ildə 100 ilik, 2009-cu ildə Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal, 2014-cü ildə Qüsursuz xidmətə görə 2-ci dərəcəli medal, 2019-cu ildə Qüsursuz xidmətə görə 1-ci dərəcəli medal, Şücaətə görə, Cəsur döyüşçü, Cəbrayılın azad olunmasına görə, Kəlbəcərin azad olunmasına görə, Vətən uğrunda medallara layiq görülmüşdür. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin XTQD-də xidmət keçmişdir. Müharibə dövründə Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Vətən torpaqlarının düşməndən azad olunması uğrunda gedən şiddətli döyüşlər zamanı ağır yaralanmışdır. Başından ağır əməliyyatlar keçirmişdir. Bu günə kimi müalicə qəbul edir. Döyüş zamanı aldığı xəsarətlərə görə ona 2-ci qrup əlillik təyin olunmuşdur. Bununla əlaqədar xx.xx.2022-ci ildən xidmət etdiyi vəzifəsindən təxris edilmişdir. Aldığı xəsarətlədən dolayı onda yaddaş pozğunluğu yaranmışdır. Belə ki, yanında kimsə olmadan heç bir yerə gedə bilmir. Bütün bu hallara baxmayaraq ona 2-ci qrup əllilik dərəcəsi verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyəti Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Partlayış travması (xx.xx.2020) Keçirilmiş açıq kəllə-beyin travması, sağ alın payının əzilməsi, epileptik qıcolmalarla, koqnitiv pozulmalarla nəticələnmiş qalıq əlaməti, mərkəzi sinir sisteminin funksiyasının mühüm dərəcədə pozulması ilə. Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Partlayış travması (xx.xx.2020) açıq kəllə-beyin travması, alın nahiyyəsindən baş beyin, sağ alın payının ağır dərəcədə əzilməsi, beyindaxili yad cisimlərinə(metal qəlpələr) görə aparılmış alın nahiyyəsinin sağ tərəfli dekompression kraniotomiya cərrahi əməliyyatından sonrakı (xx.xx.2021) sümük defektinə görə aparılmış alloqreft kranioplastika cərrahi əməliyyatının nəticəsində kəllə tağı sümüklərinin plastik materiallarla əvəz edilmiş 78 sm*2 sümük defekti; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Partlayış travması (xx.xx.2020) Keçirilmiş açıq kəllə-beyin travması, sağ alın payının əzilməsi, epileptik qıcolmalarla , koqnitiv pozulmalarla nəticələnmiş qalıq əlaməti, mərkəzi sinir sisteminin funksiyasının mühüm dərəcədə pozulması ilə. Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu Partlayış travması (xx.xx.2020)açıq kəllə-beyin travması , alın nahiyyəsinən baş beyin, sağ alın payının ağır dərəcədə əzilməsi, beyindaxili yad cisimlərinə(metal qəlpələr) görə aparılmış alın nahiyyəsinin sağ tərəfli dekompression kraniotomiya cərrahi əməliyyatından sonrakı (xx.xx.2021) sümük defektinə görə aparılmış alloqreft kranioplastika cərrahi əməliyyatının nəticəsində kəllə tağı sümüklərinin plastik materiallarla əvəz edilmiş 78 sm*2 sümük defekti Barotravma(xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə pıçıltı nitqinin sol quraqda 4(dörd) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə Astiqmatizm, OD- qarışıq astiqmatizm VİZUS OD - 0.2k/ilə-0.5 (onda beş), VİZUS OS -1.0 Dəmir defısitli anemiya, . Kombinə olunmuş babasil. Hemmaroidektomiya əməliyyatından sonrakı vəziyyət (xx.xx.2013) Sağ alın nahiyyəsində yaranın təftişi . İrinli fistulun ləğvi cərrahi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2021); Meyar: 2.2 İkinci dərəcə əlillik =>(2.2.9) qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-çi'il tarixdə əyani müayinədə olmuş və “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdtrtlır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1789/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1964/2023 saylı qərarının ləğv edilməsi, İddiaçı ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli, xxxxxxx00002 saylı qərar dəyişdirilərək birinci qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində Sumqayıt 1 nömrəli xəstəxanasının poliklinika şöbəsi tərəfindən tərtib olunmuş Forma 88 saylı göndərişdə öz əksini tapmış, iddiaçının əziyyət çəkdiyi, kodu XBT 10-a uyğun olaraq – S06.2 diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.8-ci maddəsində birinci qrup əlilliyin təyin edilməsi əsaslarında öz əksini tapmışdır. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya birinci qrup əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixli əyani müayinə qərarında qeyd edilən “Sağtərəfliplastika olunmuş kəllə-sümük defekti, alın, göz yuvası, qaş nahiyyəsində deformasiya izlənilmişdir. Hərəki sferada pozuntular aşkar edilməmiş, təqdim olunan EEQ müayinə dalğalarında spesifik göstəricilər müşahidə olunmamışdır. Əlillik dərəcəsinin gücləndirilməsinə əsas verən ətrafların və digər orqanların patofunksional pozuntuları geyd olunmamışdır.“nüanslara məhəl qoymamış və ekspertiza təyin etmədən əsassız və qanunsuz qərar qəbul etmişdir. Həmçinin məhkəmə tibbi ekspertiza təyin etməmişdir. Göründüyü kimi məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına gətirib çıxartmışdır. İddiaçının apellyasiya şikayətinə dair etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (-). 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. (-). 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (İ60-İ66.9,G80-G80.9, S06.0-S06.9); … 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9);.... 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9).... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi təyin edilmiş ikinci dərəcə müddətsiz əlillik dərəcəsinin birinci dərəcə əlillik dərəcəsinə dəyişdirilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqanın imtinası onunla əsaslandırmışdır ki, iddiaçının əyani müayinsəi zamanı müəyyən edilmiş xəstəliklər və onun əlamətlərinin ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsinə əsas vermişdir, sağtərəfli plastika olunmuş kəllə-sümük defekti, alın, göz yuvası, qaş nahiyəsi deformasiya izlənilmiş, hərəki sferada pozuntular aşkar edilməmiş, təqdim olunan EEQ müayinə dalğalarında spesifik göstəricilər müşahidə olunmamış, əlillik dərəcəsinin gücləndirilməsinə əsas verən ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamış, bu səbəbdən ikinci dərəcə müddətsiz əlillik təyinatı qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli qərarı ilə “baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üvzi mənşəli şəxsiyyət və davranış pozğunluqları, partlayış travması (xx.xx.2020), keçirilmiş açıq kəllə-beyin travması, sağ alın payının əzilməsi, epileptik qıcolmalarla, koqnitiv pozulmalarla nəticələnmiş qalıq əlaməti, mərkəzi sinir sisteminin funksiyasının mühüm dərəcəsə pozulması ilə; mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu; partlayış travması (xx.xx.2020) açıq kəllə-beyin travması; alın nahiyyəsindən baş beyin; sağ alın payının ağır dərəcədə əzilməsi; beyindaxili yad cisimlərinə (metal qəlpələr) görə aparılmış alın nahiyyəsinin sağ tərəfli dekompression cərrahi əməliyyatdan sonrakı (xx.xx.2021) sümük defektinə görə aparılmış alloqreft kranioplastika cərrahi əməliyyatın nəticəsində kəllə tağı sümüklərinin plastik materiallarla əvəz edilmiş 78 sm*2 sümük defekti” diaqnozları ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, müvafiq tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilərək, TSEK-ə göndərilmiş tibbi göndərişin məzmununda iddiaçı barəsində əsas diaqnoz kimi “başın açıq yaralanmasının nəticələri, keçirilmiş ağır kəllə beyin travması, baş-beynin ağır dərəcəli əzilməsindən sonrakı vəziyyət, əlavə kömyə ehtiyacı var” XBT kodu T90.1, ağırlaşmaları kimi “Üzvi mənşəli emosional labil (asentik) pozuntu-kəllə beyin travması nəticəsində emosionallabil pozuntu XBT kodu F06.6”, “Epilepsiya Sağ alın-təpə nahiyyəsinin kranioektomiyası, hematomanın çıxarılmasından sonrakı XBT kodu G40”, “Yüngül koqnitiv pozuntu, kəllə-beyin travması nəticəsində yüngül koqnitiv pozuntu XBT kodu F06.7”, “baş beyin diffuz travması, baş beynin diffuz travması XVT kodu S06.2”, “Başın dəqiqləşdirilməmiş travmalarının nəticələri XBT kodu T90.9”, “Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ alın-təpə nahiyəsinin kranioektomiyası, hematomanın çıxarılmasından sonrakı vəziyyət XBT kodu Z98.8” qeyd olunmuşdur. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklər və onun ağırlaşmalarından XBT kodu S06.2 kimi qeyd edilmiş diaqnoz məhz əlilliyin müəyyən edilməsi meyarlarına dair yuxarıda istinad edilən müvafiq Qərarın 2.1.8-ci bəndinə birinci dərəcə əlillliyin təyin edilməsinə əsas olan hal kimi qeyd edilmişdir (2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (İ60-İ66.9,G80-G80.9, S06.0-S06.9). İndiki halda işin mübahisəli halı ondan ibarətdir ki, cavadeh inzibati orqan iddiaçıda məhz həmin diaqnoz (S06.2) xəstəliyinin əlamətlərinin aşkar edilməməsi halına istinad edərək, iddiaçı barəsində əlillik dərəcəsinin dəyişdirilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, məhkəmə iclasında cavabdeh inzibati orqanın həkim-eksperti mütəxəsissis qismində dindirilmiş, mütəxəssis izahatında iddiaçının kəllə-beyin travması nəticəsində baş beynin əzilməsi diaqnozu ilə ağır xəsarət aldığını, iddiaçıda müvafiq Qərarın 2.1.8-ci bəndində qeyd edilən əlamətlərin aşkar edilmədiyini, 2.2.9-cu bəndində qeyd eidlən əlamətlər aşkar edildiyindən, ona ikinci dərəcə müddətsiz əlillik təyin edildiyini, harasa sərbəst gedib-gələ bildiyini, koordinasiya, istiqamət seçmə bacarığı qaydasında olduğunu, sərbəst hərəkətinin qismən məhdud formada yerində olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh inzibati orqan həkimeksperti iddiaçı barəsində həmin əlamətlərin aşkar olunmadığını heç bir tibbi sənədə istinad edilmədən, ümumi sözlərlə ifadə etmiş, həmin əlamətlərin aşkar edilməməsi əsaslarını ona dair tibbi sənədlərə istinad etməklə, müvafiq Qərarın 2.1.8-ci bəndinin tələbi baxımından əsaslandıra bilməmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçı barəsində həmin xəstəlik (S06.2) əlamətlərinin aşkar edilməsinin müəyyən edilməsi məqsədilə müvafiq məhkəmə ekspertizası təyin edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindroma hallarına iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş diqanozda ümumən rast gəlinir. Həmçinin, məhkəmə araşdırması zamanı ekspert rəyinin tərtib edilməsində iştirak etmiş müvafiq həkim-ekspert dindirilmişdir. O, izahatında bildirmişdir ki, iddiaçının obyektiv əyani müayinəsində hemiplegiya, triplegiya və paraplegiya kimi əlamətlərin heç biri qeydə alınmamamış, qiymətləndirmənin sonuncu meyarlar əsasında aparılmış, iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, həmin təyinatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 №-li Qərarına əsasən aparılmış, iddiaçı təkrar müayinədə olmuş, əyani müayinədən keçmiş, yeni meyarlar əsasında ikinci dərəcə əlillik müddətsiz olaraq təyin edilmiş, bu orqanizm funksiyalarının 80%-ə qədər pozulmasına uyğun gəldiyini, tetraplegiya, triplegiya, hemiplegiya, tetraparez, paraplegiyanın birinci qrup əlillik təyinatı üçün olan ağırlaşmaları iddiaçıda qeydə alınmamış, iddiaçıda baş beyinin ağır travması olub, ona uyğun dəyərləndirmə aparıldığını, birinci dərəcə əlilliyin təyini üçün əsas olan əlamətlər mövcud olmamış, ikinci dərəcə əlillik təyinatı üçün əlamətlər mövcud olmamış, G40 epilepsiya kodudur, epilepsiyanı təyin etmək üçün xəstənin EEQ müayinələri təqdim edilmiş, xəstə 2020-ci ildə travma almış, 2021-ci ildə Türkiyə Respublikasında əməliyyat keçirmiş, əməliyyatdan sonra EEQ müayinəsi aparılmış, 2021-ci ilə aid EEQ müayinəsi anormal EEQ olaraq qeyd olunmuş, anormal EEQ-nin açıqlaması budur ki, beyin zədələnmədən sonra patofunksional vəziyyətini, yəni özünü tənzimləyə bilmir, sonra 2022-ci ildə təqdim olunan yeni EEQ müayinəsi normal EEQ olaraq müəyyən edildiyini, artıq beyin tam olaraq öz funksiyasını bərpa etmiş, iddiaçı ciddi travma aldığı üçün hazırda onda seyrək tutmalar ola bilər, ekspert qarşısında qoyulan suallarda qeyd olunan diaqnozlara xəstədə rast gəlinir, mövcud vəziyyət əsasında dəyərləndirmə aparıldığını və ikinci dərəcə müddətsiz əlillik təyin edildiyini, şəhadətnamədə qeyd olunan xəstəliklər iddiaçıda ikinci dərəcə əlillik səviyyəsində müəyyən olunduğunu, hemiplegiya xəstədə bir tərəfli, yəni sağ və ya sol tərəfli yuxarı və ya aşağı ətraflardakı hərəkətsizlidir, G40 XBT koduna uyğun əlamətlər iddiaçıda aşkar edilmədiyini, xəstədə həmin meyarı təyin etmək üçün epileptik statusda olmalıdır və həmin epileptik statusdan çıxmaq üçün xəstə reanimasyon şəraitdə müalicə almalı olduğunu, ekspert qarşısında qoyulan suallarda qeyd olunan xəstəliklər iddiaçıda müəyyən olunmadığını, iddiaçı müəyyən xəstəxanalarda müalicədə olub, ona həmin diaqnozlar qoyulub, lakin əyani müayinəsində triplegiya, hemiplegiya kimi xəstəliklər yoxdur, həmin xəstəliklərə iddiaçının diaqnozunda rast gəlinir, lakin obyektiv müayinəsində birinci dərəcə əlillik təyinatı səviyyəsində rast gəlinmir, iddiaçının şəhadətnaməsində və müalicə aldığı xəstəxanalar tərəfindən həmin diaqnozlar qeyd edilmişdir,“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 №-li Qərarının 2.1.8-ci bəndində birinci dərəcə əlillik təyinatı üçün əsas olan meyarlardan biri kimi ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması qeyd olunmuşdur. İddiaçıda hərəkətlərin koordinasiyasının kəskin təzahürlü pozulması müəyyən olunmur. Müəyyən olunduğu səviyyədə ikinci qrup əlillik təyinatı aparılıb, iddiaçıda ümumən həmin xəstəliklər var, yəni kəllə-beyin travması alıb, yanaşı olaraq psixiatrik durumunda dəyişiklik var, lakin bu birinci dərəcə əlillik təyinatına əsas vermir, aşkar olunmuş xəstəliklər birinci dərəcə əlillik təyinatı üçün əsas vermir ,iddiaçıya triplegiya, hemiplegiya, paraplegiya kimi diaqnozlar qoyulub, lakin obyektiv müayinədə həmin diaqnozların qoyulması üçün səbəblər yoxdur. Bu səbəbdən ekspert rəyində qeyd olunmuşdur ki, diaqnoza ümumən rast gəlinir, lakin xəstənin obyektiv müayiəsində onlar yoxdur, əzələ gücünün 1 bala qədər azalması halı da mövcud deyil. Göründüyü kimi, indiki halda ekpertin verdiyi izahatından da aydın olur ki, birinci dərəcə əlilliyin təyin eidlməsinə əsas olan həmin xəstəlik əlamətlər (müvafiq Qərarın 2.1.8-ci bəndində əks olunmuş XBT kodu S06.2 olan) iddiaçıda rast gəlinir, hansı əsaslara görə birinci dərəcə əlillik təyin edilməsinə əsas olmaması halına isə tibbi sənədlərə istinad edilməklə aydınlıq gətirilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində məhz müvafiq Qərarın 2.1.8-ci bəndində əks olunan xəstəlik diaqnoz əlamətləri ümumi şəkildə aşkar edildiyi halda, tibbi sənədlər əsasında hansı əsaslara görə birinci dərəcə əlillik təyinatı üçün əsas olması halı müəyyən edilmədiyindən, cavabdehin həmin hallarla bağlı hissədə arqumenti iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində məhz müvafiq Qərarın 2.1.8-ci bəndində əks olunmuş xəstəliyin (S06.2) əlamətlərinin mövcudluğu məhkəmə araşdırması zamanı tədqiq edilmiş iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndəriş, əlavə edilən tibbi sənədlər və ekspert rəyi əsasında öz təsdiqini tapmışdır. Həmin hallar özlüyündə cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları təkzib etmişdir. Bundan əlavə, cavabdeh tərəfindən isə qeyd edilən halları təkzib edən heç bir sübut (tibbi sənədlər) məhkəməyə təqdim edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, cavabdehin imtina və şikayətinin dəlilləri əsassız olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, göstərilən dəlillər qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1789/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.