Məhkəmə qərarları › İş №2-1(105)-16/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-16/2020

28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-16/2020 28.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər X7 və X2 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh Başçısının xx xxxx 2015-ci il tarixli 203 saylı sərəncamının qismən ləğv edilməsi tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-67/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarından Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısının xx xxxx 2015-ci il tarixli 203 saylı Abşeron rayonuna təhkim olunmuş dövlət torpaq fondundan DİN-nin daimi istifadəsinə torpaq sahəsi ayrılması barədə sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə ləğv edilərək iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Bakı-Sumqayıt yolunda X3 məxsus ümumi sahəsi 400 kv m torpaq sahəsində yerləşən 184,1 kv m-dən ibarət qeyri-yaşayış sahəsini 60.000.000 köhnə Azərbaycan manatına əldə etmişdir. Həmin torpaq sahəsi Cavabdeh Başçısının xx xxxxxx 1997-ci il tarixli 19 saylı sərəncamı ilə dövlət mülkiyyətində olan torpaq sahəsindən maye qaz balonlarının doldurulması və satışı məntəqəsinin tikintisi üçün «Mərhəmət» kiçik müəssisəsinin istifadəsinə ayrılmışdır. xx xxxxx 2002-ci il tarixdə iddiaçıya mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi verilmişdir. Həmin ildə də iddiaçı qaz məhsullarının satışını həyata keçirməyə icazə verən lisenziya almışdır. Lisenziyanın müddəti 5 il müəyyən edilmişdir. Cavabdeh Başçısının xx xxxx 2015-ci il tarixli 203 saylı sərəncamına əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin də yerləşdiyi torpaq sahəsi daxil olmaqla 2,83 ha torpaq sahəsi Daxili İşlər Nazirliyinin daimi istifadəsinə verilmişdir. Həmin sərəncamdan iddiaçı yalnız 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərkən xəbər tutmuşdur. Söküntünün həyata keçiriləcəyi barədə iddiaçıya heç bir xəbərdarlıq olunmamış, məlumat verilməmiş və hər hansı kompensasiya təklif olunmamışdır. Bundan başqa Cavabdehlər İddiaçı və «Mərhəmət» kiçik müəssisəsinə qarşı torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, torpağın dövlət ehtiyat fonduna geri qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianın dəyişdirilməsinə dair Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə ərizə verərək Cavabdeh Başçısının xx xxxx 2015-ci il tarixli 203 saylı Abşeron rayonuna təhkim olunmuş dövlət torpaq fondundan DİN-nin daimi istifadəsinə torpaq sahəsi ayrılması barədə sərəncamın iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 400 kv m torpaq sahəsi hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-67/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı ilə, iddia təmin edilmiş, Cavabdeh Başçısının xx xxxx 2015-ci il tarixli 203 saylı Abşeron rayonuna təhkim olunmuş dövlət torpaq fondundan DİN-nin daimi istifadəsinə torpaq sahəsi ayrılması barədə sərəncamın iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 400 kv m torpaq sahəsi hissəsində ləğv edilməsi qərara alınmışdır.(hakim V.Əzizova) Qərardan narazı qalan Cavabdehtərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-67/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh Başçısının xx xxxx 2015-ci il tarixli, 203 saylı sərəncamı ilə Bakı-Quba avtomagistralının “Bilgəh- Novxanı-Sumqayıt” dairəvi yolu ilə birləşmə qovşağının şimal-qərb hissəsindəki ərazidə yerləşən 2.83 ha torpaq sahəsi DİN-nin daimi istifadəsinə ayrılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdehlər İddiaçı və “Mərhəmət” kiçik müəssisəsinə qarşı torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, torpağın dövlət ehtiyat fonduna geri qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Abşeron Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsinin əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, cavabdehlərin istifadə hüququna xitam verilməsi tələb edilən torpaq sahəsi artıq AR DİN-nin daimi istifadəsindədir və həmin torpaq sahəsi üzərində İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak mövcud olmadığından həmin torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ ümumiyyətlə mövcud deyildir. Abşeron RİH tərəfindən torpaq sahəsindən istifadə hüququ “Mərhəmət” kiçik müəssisəsinə verilmiş, sonuncu torpaq sahəsini deyil, torpaq sahəsində təyinatı üzrə inşa edilmiş və mülkiyyətində olan qeyri-yaşayış sahəsini İddiaçı satmışdır. İddiaçı yalnız həmin qeyriyaşayış sahəsinə mülkiyyət hüququ mövcud olsa da, hazırda həmin əmlak söküldüyündən sonuncunun torpaq sahəsi üzərində yerləşən əmlakdan istifadəsi mümkünsüzdür. Həmçinin torpaq sahəsi artıq DİN-nin daimi istifadəsindədir. Eyni zamanda bildirirlər ki, İddiaçı belə bir iddia irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə ki, İddiaçı “Mərhəmət” KM- nin istifadəsinə ayrılmış torpaq sahəsi üzərindəki tikililəri alqı-satqı yolu ilə almışdır. Torpaq sahəsi üzərində istifadə hüququnun digərinə satılması üçün qanunvericiliyə görə mülkiyyətçinin razılığı tələb olunur ki, həmin torpaq sahəsinin mülkiyyətçisi kimi Abşeron RİH tərəfindən belə bir razılıq verilməmişdir, tərəflər arasında alqı-satqı müqaviləsinin predmeti torpaq üzərində hüquqlar deyil, məhz torpaq sahəsində yerləşən tikililər olmuşdur. Eləcə də “Mərhəmət" KM-nə ayrılmış 0.04 ha torpaq sahəsi üzərində həmin KM-nin istifadə hüququ dövlət qeydiyyatına alınmamışdır. Həmin torpaqda inşa olunmuş yanacaqdoldurma məntəqəsinə görə KM-yə qeydiyyat vəsiqəsi verilmiş və həmin qeydiyyat vəsiqəsinə əsasən KM ilə İddiaçı arasında torpaqda inşa olunmuş tikillərin alqı-satqısı həyata keçirilmişdir. Onlar arasında bağlanmış xx xxxxx 2002-ci il tarixli alqı-satqı müqaviləsində də 0.04 ha torpaq sahəsində inşa olunan 184 kv.m tikili İddiaçı satılmışdır. İddiaçı “Mərhəmət” KM-nin istifadəsinə ayrılmış torpaq sahəsi üzərindəki tikililəri alqısatqı yolu ilə almışdır. Lakin hazırda həmin əmlak mövcud deyildir. Mülki Məcəllənin 203cü maddəsinə əsasən əmlak tamamilə məhv olduqda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilir. İddiaçı əlində qeydiyyat vəsiqəsi olsa da, əmlak faktiki olaraq mövcud deyildir. Buna görə də İddiaçı həmin sənəddən istifadə etmək istəyir və hətta məhkəməni belə aldatmağa nail olur. Azərbaycan Respublikası mülki və torpaq qanunvericiliyinin tələblərinə əsasən dövlət qeydiyyatına alınmamış hüquqların müdafiəsinə dövlət təminat vermir. Daxili İşlər Nazirliyinin daimi istifadəsinə ayrılmış 2.83 ha torpaq sahəsi Azərbaycan Respublikasının Baş Naziri müavininin 17/R-290-25/26 saylı xx.xx.2015-cİ İl tarixli tapşırığına əsasən Cavabdeh Başçısının xx xxxx 2015-ci il tarixli 203 saylı sərəncamı ilə ayrılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apelyasiya şikayətinin məzmununa uyğun izahat verdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi və əlavə olaraq bildirdi ki, İddiaçı qismində iştirakını qəbul etmirlər, torpaq sahəsi üzrində olan tikili “Mərhəmət” KM tərəfindən İddiaçı satılmışdır. DİN-nə torpaq sahəsi verilərkən orda heç bir tikili olmamışdır. Bütün bunlara baxmayaraq hər iki tərəf mübahisənin məhkəmədən kənar həllində maraqlıdır və belə bir niyyətləri vardır. İddiaçı ilə aralarında müəyyən razılığa gəlinmişdir və iddiaçıya başqa bir torpaq sahəsi təklif etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçıya hal-hazırda torpaq sahəsinin ayrılması ilə bağlı danışıqlar gedir və iş artıq sənədləşmə mərhələsindədir. İddiaçının nümayəndəsi məhkəmədən mahiyyəti üzrə qərar qəbul edilməsini xahiş etdi və bildirdi ki, barışıq sazişi barədə niyyətlərini gələcəkdə bəyan edə bilərlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq üçüncü şəxs Daxili İşlər Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-67/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş : Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən xx xxxxx 2002-ci il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, X1 rayonu, Bakı-Sumqayıt yolunda yerləşən 400 kv m torpaq sahəsində yerləşən ümumi sahəsi 184.0 kv m qeyri-yaşayış sahəsini İddiaçı satmışdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 331 saylı xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu Bakı- Sumqayıt yolunda yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ İddiaçı adına qeyd edilmişdir. Cavabdeh Başçısının xx xxxx 2015-ci il tarixli 203 saylı sərəncamından görünür ki, Bakı-Quba avtomagistralının “Bilgəh-Novxanı-Sumqayıt” dairəvi yolu ilə birləşmə qovşağının şimali-qərb hissəsindəki ərazidə yerləşən 2,83 ha torpaq sahəsi Daxili İşlər Nazirliyinin daimi istifadəsinə ayrılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)-2335/2016 saylı qətnaməsindən görünür ki, Cavabdehlər İddiaçı və «Mərhəmət» kiçik müəssisəsinə qarşı torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, torpağın dövlət ehtiyat fonduna geri qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş şikayətə baxaraq qəbul olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə müəyyən olunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatından keçirilmişdir. İddiaçının həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən bu qeydiyyat heç kim tərəfindən ləğv edilməmişdir və hazırda qüvvədədir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-2335/2016 saylı qətnaməsi ilə Abşeron Rayon İH-nin İddiaçı qarşı torpaq sahəsindən istifadə hüququna xitam verilməsi və torpaq sahəsinin geri qaytarılması barədə iddiası təmin olunmamış, bununla da, iddiaçının həmin torpaq üzərində istifadə hüququ faktiki olaraq saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı qanuni qüvvəsini almış qərardad olmaqla, mübahisə ilə bağlı yuxarıda qeyd olunan hala qiymət vermişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.2002-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Abşeron rayonu, Bakı-Sumqayıt yolunda X3 məxsus ümumi sahəsi 400 kv m torpaq sahəsində yerləşən 184,1 kv m-dən ibarət qeyri-yaşayış sahəsini 60.000.000 köhnə Azərbaycan manatına əldə etmişdir. xx xxxxx 2002-ci il tarixdə iddiaçıya mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi verilmişdir. Lakin Cavabdeh Başçısının xx xxxx 2015-ci il tarixli 203 saylı sərəncamına əsasən iddiaçıya məxsus qeyriyaşayış sahəsinin də yerləşdiyi torpaq sahəsi daxil olmaqla 2,83 ha torpaq sahəsi Daxili İşlər Nazirliyinin daimi istifadəsinə verilmişdir. İddiaçı hal-hazırda Cavabdeh Başçısının xx xxxx 2015-ci il tarixli 203 saylı Abşeron rayonuna təhkim olunmuş dövlət torpaq fondundan DİN-nin daimi istifadəsinə torpaq sahəsi ayrılması barədə sərəncamın iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 400 kv m torpaq sahəsi hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh Başçısının xx xxxx 2015-ci il tarixli 203 saylı Abşeron rayonuna təhkim olunmuş dövlət torpaq fondundan DİN-nin daimi istifadəsinə torpaq sahəsi ayrılması barədə sərəncamı qəbul olunmaqla iddiaçının mülkiyyət hüquqlarına müdaxilə olmuşdur. Kollegiya qeyd edir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 400 kv m torpaq sahəsinin mübahisələndirilən sərəncam ilə DİN-nin daimi istifadəsinə ayrılmış 2.83 ha torpaq sahəsinə daxil olması Cavabdeh İddiaçı qarşı Abşeron Rayon Məhkəməsində qaldırdığı iddia ilə təsdiq edilir və bununla bağlı tərəflər arasında mübahisə mövcud deyildir. Belə ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsində iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələbi Cavabdeh Başçısının xx.xx.1997-ci il tarixli 19 saylı sərəncamı ilə maye qaz balonlarının doldurulması və satışı məntəqəsinin tikintisi üçün “Mərhəmət” k/m-nin istifadəsinə ayrılmış 400 kv m torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi və torpaq sahəsinin cavabdehdən geri alınaraq dövlət ehtiyat fonduna qaytarılması barədə olmuş və iddiaçı tərəfindən həmin 400 kv m torpaq sahəsinin DİN-nin daimi istifadəsinə ayrılmış 2.83 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi qeyd edilmişdir. Kollegiya qeyd edir ki, cavabdehin iddiaçıya məxsus tikilinin artıq mövcud olmaması barədə dəlili əsasızdır. Belə ki, iddiaçıya məxsus tikliyə dair qeydiyyat sənədi heç bir inzibati orqan tərəfindən mübahisələndirilməmiş və hal- hazırda qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənm mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları-faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)- 67/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da Cavabdehapelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-67/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Məhəmmədəli Rzayev Elman Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar