Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-16/2025 14.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (Açar sözlər: daşınmaz əmlaka dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Hacıyev Vahid Məcid və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X10 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba rayon X2 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə ayrılmış 0.09 ha həyətyanı torpaq sahəsi (JN-1675F kod 30319018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) və Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999- cu il tarixli 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsilları istehsalı üçün ayrılmış 0.21 ha torpaq sahəsi (JN1366 kod 30319018 nömrəli dövlət aktı) üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 628/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN 1386 kod 30319018 nömrəli Dövlət Aktınln surətindən görünür ki, X5 Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 07 saylı qərarı ilə 0.21 ha kənd təsərrüfatı məhsulları isthsalı məqsədilə torpaq sahəsi verilmişdir. JN-1675F kod 30319018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"nin surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 saylı qərarı ilə 0.09 ha həyətyanı torpaq sahəsi X5 ayrılmışdır. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X3 nikaha daxil olmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2005-ci il tarixdə ölmüşdür. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət edilən JN-1386 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 0,21 ha torpaq sahəsinin və 0,09 ha torpaq sahəsinin sərhədləri ərizəçi tərəfindən təyin edilmədiyindən torpaq sahələrinin yerini dəqiq müəyyən etmək mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, torpaq sahələrinin texniki göstəricilərini əks etdirən planı və ölçüsünün və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. X12 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı iclas protokoluna İ Nügədi kəndinə aid adlı siyahı əlavə edilməmişdir. Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı iclas protokolunda X4 adı aşkar edilməmişdir. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi “MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, JN-1675F (kod ********) nömrəli Şəhadətnamənin işlənilməsinə əsas olmuş Quba rayonu, İ Nügədi kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarında (əlyazma və elektron) X4 adı qeyd edilmişdir. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi “MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Quba rayonu, 1-ci Nügədi kəndi üzrə pay torpaq sahəsinə dair mövcud subyektlərin siyahılarından X4 adı qeyd edilmiş hissədən çıxarış məhkəməyə təqdim edilmişdir. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi “MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mərkəzin arxivində Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 saylı Qərarı aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, arxivdə Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997ci il tarixli 06 nömrəli qərarı aşkar edilməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin və 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv məlumatlarında JN-2626 saylı, kod 30319018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”-nın arxiv nüsxəsi aşkar edilmədiyindən, həmin Dövlət Aktının kimin adına və hansı sənədlər əsasında tərtib edilməsi barədə məlumatın araşdırılması mümkün olmamışdır. Mütəxəssis rəyindən görünür ki, Quba rayon X2 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə X5 ayrılmış 0.09 ha həyətyanı torpaq sahəsi (JN-1675F kod 30319018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) və Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0.21 ha torpaq sahəsi (JN1386 kod 30319018 nömrəli dövlət aktı) baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmışdır və faktiki olaraq naturada mövcuddur. Hər iki torpaq sahəsinə dair sxem tərtib olunmuşdur, koordinatları və ortofoto görüntülər mütəxəsis rəyinə əlavə edilmişdir. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi JN-1675F kod 30319018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən torpaq sahəsi ilə uyğunluq təşkil edir və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin bir hissəsi və köməkçi tikililər mövcuddur. Əlavə olaraq bildirilir ki, və Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0.21 ha torpaq sahəsi faktiki olaraq digər şəxs və ya şəxslər tərəfindən iştifadə olunur. Quba rayon X2 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə X5 ayrılmış 0.09 ha həyətyanı torpaq sahəsi (JN-1675F kod 30319018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən torpaq sahəsi) baza məlumatlarına əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0.21 ha torpaq sahəsinə dair Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmışdır və 0.21 ha torpaq sahəsi həmin xəritələr üzərində heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya istemində (TEKUİS) JN-2626 nömrəli sənəd DBF siyasında götərilməmişdir və həmin sənəd barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində heç bir məlumat (kimə məxsus olması barəsində) mövcud deyil. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022ci il tarixli **********73 nömrəli və xx.xx.2022-ci il tarixli **********37 nömrəli imtinalarının qanunsuz hesab edilməsi və JN 1366 kod 30319018 nömrəli Dövlət Aktında və JN-1675F kod 30319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” göstərilən koordinatlada yerləşən plan-cizgiyə uyğun 0,09 ha həyətyanı və 0,21 ha kənd təsərrüfatı mallarının istehsalı üçün ayrılmış torpaq sahələrinin dövlət qeydiyyatına alınmaqla çıxarışın hazırlanması vəziəfsinin həmin orqanın vəzifəli şəxslərinin öhdəsinə qoyulmasıbarədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayənəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin qəbul edilməsini, Quba rayon X2 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə ayrılmış 0.09 ha həyətyanı torpaq sahəsi (JN-1675F kod 30319018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) və Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0.21 ha torpaq sahəsi (JN1366 kod 30319018 nömrəli dövlət aktı) üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X5 məxsus olması barədə arayışın verilməsi cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X7 ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan 08 oktyabr 1996-ci il təvəllüdlü X6 anadan olmuşdur. Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli 07 saylı qərarı ilə verilmiş cizgi-planda göstərilən sərhəd daxilində 0,21 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpağa mülkiyyət hüququna dair JN 1366 kod 30319018 nömrəli Dövlət Aktı ilə X4 mülkiyyətinə ayrılmışdır. Bundan başqa Quba rayon Birinci Nügədi kəndində X4 adına ev tikmək üçün JN- 1675F kod 30319018 nömrəli "torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə 0.09 ha həyatyam torpaq sahəsi ayrılmışdır. xx.xx.2005-ci il tarixdə həyat yoldaşı X7, xx.xx.2008-ci il tarixdə isə X6 vəfat etmişdir. Birgə mülkiyyətləri olan həyatyanı və pay torpaq sahələrinin DƏDRX-də adına qeydiyyata alınması üçün zəruri sənədləri cavabdeh orqana təqdim etmişdir. 5 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müraciətinə baxılması haqqında cavabda bildirilir ki, 0,09 ha və 0.21 ha torpaq sahəsinin sərhədləri təyin edilmədiyindən torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də torpaq torpaq sahəsinin texniki göstəricilərini və ölçüsünün və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət edilən JN-1386 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 0,21 ha torpaq sahəsinin və 0,09 ha torpaq sahəsinin sərhədləri ərizəçi tərəfindən təyin edilmədiyindən torpaq sahələrinin yerini dəqiq müəyyən etmək mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, torpaq sahələrinin texniki göstəricilərini əks etdirən planı və ölçüsünün və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-628/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba rayon X2 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə ayrılmış 0.09 ha həyətyanı torpaq sahəsi (JN-1675F kod 30319018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) və Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsilları istehsalı üçün ayrılmış 0.21 ha torpaq sahəsi (JN1366 kod 30319018 nömrəli dövlət aktı) üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, istinad olunan dövlət aktı və Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətləri cavabdeh idarədə saxlanılır. Həmin sənədlərdə torpaq sahələrinin dəqiq koordinatları və ölçüləri qeyd edilmişdir. İddiaçının müraciətinə əsasən torpaq sahəsinin müayinə edilməsi, yerinin müəyyən edilməsi və s.əməliyyatların aparılması birbaşa cavabdeh idarənin vəzifə səlahiyyətlərinə aid olmasına baxmayaraq cavabdeh torpaq sahəsinin yerinin müəyyən edilməməsi səbəbi ilə imitna cavabı verməsi əsassız hesab edilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasınnı xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi 1.Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. ..... Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. ..... Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddia tələbi 0.09 ha həyətyanı torpaq sahəsi və 0.21 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, torpaq sahələrinin sərhədləri iddiaçı tərəfindən təyin edilmədiyindən, torpaq sahələrinin yerini müəyyən etmək mümkün olmamış, nəticədə əmlakın müayinəsi baş tutmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Quba rayonu AİK-nın müvafiq qərarlar ilə mərhum şəxsin adına 0,21 ha və 0,09 ha torpaq sahələri ayrılmış və onun əsasında müvafiq Dövlət Aktı və müvafiq Şəhadətnamə tərtib edilmişdir. İddiaçı mərhum şəxsin həyat yoldaşı olmaqla, onun vərəsəsi kimi çıxış etmişdir. Qeyd edilən Dövlət Aktı və müvafiq Şəhadətnamənin arxiv nüsxələri mövcuddur. İş materiallarından görünür ki, mərhum şəxsin adına 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış, subyektlərin siyahısında adı qeyd edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Quba rayonu Birinci Nügədi kəndinin torpaq payı alacaq sakinlərinin, püşkatmada iştirak etməyənlərin yekun siyahısında mərhum şəxsin adı qeyd edilmişdir. İş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki, hər iki torpaq sahəsi naturada mövcuddur, DWJ xəritə məlumatlarında öz əksini tapmışdır, 0,09 ha torpaq sahəsi müvafiq Şəhadətnaməyə uyğundur, heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Göründüyü kimi, qeyd edilən hər iki torpaq sahəsi naturada mövcduddur, iddiaçının istifadəsindədir, habelə həmin torpaq sahələrinin ayrılmasına dair müvafiq Dövlət Aktı, müvafiq Şəhadətnamə və onun verilməsinə əsas olmuş sənədlər hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, geri çarılması və ya qüvvədən düşməsi halı aşkar olunmamışdır. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən qeyd edilən sənəd daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış etmişdir.Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, mərhum şəxsin həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdehin imtina və şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən torpaq sahəsinə dair müvafiq sənədlərin arxiv nüsxəsi olduğu, iddiaçının faktiki istifadəsində olduğu halda, öz səlahiyyətlərini lazimi qaydada icra edərək, inzibati icraat çərçivəsində torpaq sahələrinə dair ölçmə işləri apararaq, torpaq sahələrinin texniki vəziyyətinin müəyyən edilməsi məqsədilə müayinə etməklə bağlı tədbir görməli olduğu halda, bununla bağlı heç bir tədbri həyata keçirmədən, formal olaraq müayinənin baş tutmaması ilə bağlı hallara istinad etmişdir. İndiki halda hər iki torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən müayinə edilmiş, onların texniki göstəriciləri müəyyən edilərək, bu barədə rəy təqdim edilmiş, hər hansı mübahisəli hal mövcud olmamışdır. Kollegiya qeyd edir ki, həmin mütəxəssis rəyi, o cümlədən işin yuxarıda müəyyən edilən faktiki və hüquqi halları özlüyündə cavabdehin imtina və şikayətinin dəlili kimi istinad etdiyi halları təkzib etmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtina və şikayətinin dəlili kimi həmin əsasa istinad edilməsi qanunvericiliyin norma və prinsiplərinin tələbinə zidd olmuşdur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-628/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.