Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-161/2023 16.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiləsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafilə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiləsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafilə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2181/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq həmin dövr üçün güzəştli stajın təsdiq edilməsi və 57 yaşı tamam olan tarixdən, yəni 01 dekabr 2021-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra iddiasını dəqiqləşdirərək xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilə kimi Qax rayonunun Zəyəm kəndində kolxozda, xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilə kimi Azərbaycan Sənaye İnstitutunda ali təhsil almağını, xx.xx.1992-ci ildən-xx.xx.2016-cı ilə kimi Sumqayıt Boru prokat zavodunda usta vəzifəsində zərərli istehsalat sexlərində, xx.xx.2016-cı ildən xx.xx.2020-ci il tarixədək SEMOCO MMC-də mexaniki avadanlıqların təmiri üzrə təmirçi çilingər vəzifəsində, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək “X9” MMCdə təmirçi çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə və zərərli iş şəraitinə görə güzəştli pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü ildə Qax rayonunun Zəyəm kəndində anadan olmuşdur. xx.xx.1982-ci ildən xx.xx.1986-cı ildə Qax rayonunun Zəyəm kəndində kalxozda işləmişdir. xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilə kimi Azərbaycan Sənaye İnstutunda oxumuşdur. xx.xx.1992-ci ildə Azərbaycan Respublikası Sumqayıt Boru prokat zavodun mexanik sexinə mexanik köməkçisi peşəsinə işə girmişdir və həmin zavodda usta vəzifəsinə kimi zərərli sexlərdə işləmişdir. xx.xx.2016-cı ildə Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (əmr 394-k). xx.xx.2016-cı ildə SEMOCO MMC-yə mexaniki avadanlıqların təmiri üzrə təmirçiçilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.2020-ci ildə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2020-ci ildə "xxxx" MMC-yə təmir-tikinti və rekonstruksiya işləri şöbəsinə mexaniki avadanlıqların təmiri üzrə təmirçi-çilingər işinə qəbul edilmişdir. xx.xx.2020-ci ildə Əmək Məcəlləsinin 13-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin bitməsi ilə əmək müqaviləsinə xitam verilmişdir (əmr 253k). xx.xx.2016-cı il tarixdə əmək kitabçasına “Boru prokat zavodunun Həmkarlar İttifaqı Komitəsinin sədrinin imzaladığı sığorta olunan ümumi iştirakı barədə məlumat təsdiqi. İşlədiyi illər zərərli iş yeri olmuşdur. Ümumi iş stajı 36 il 8 aydır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2№-li siyahının İİİ bölməsinin 4b, 4a yarım bölməsinin 2040400a- 23187, 23187, 2040400a-18559 şifri ilə güzəştli şərtlərlə və qeyd edilmiş peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 3-cü metallurgiya istehsalatı bölməsinin 3.3(a) və 3.4(a) boru istehsalı bəndində” təmirçi-çilingərlər kimi öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə təqdim etmişdir. Cavabdehin 02 iyun 2022-ci il tarixli **********2 saylı məktubda qeyd edilir ki, “sizin 25 il ümumi iş stajınız olduğu halda sizin (19 il 3 ay 25 gün) və 01 yanvar 2006-cı il tarixində güzəştli iş stajınız 12 il 06 ay olduğu halda sizin (7 il, 6ay, 24 gün) güzəştli iş stajınız vardır. Eyni zamanda sizin fərdi hesabınızda sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalı 56.400.00 manat olduğu halda sizin pensiya kapitalınız 30.480.16 manat təşkil edilir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsi bilir ki, pensiya kapitalı 2006-cı ilin yanvar ayından hesablanır və imtina məktubu əsassızdır. Belə olan halda, iddiaçıya zərərli iş stajına görə xx.xx.2021-ci ildən, 57 yaşı tamam olan tarixdən 2-ci siyahı üzrə güzəştli şərtlərlə pensiya təyin olunmalıdır.
4. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Müraciətə aidiyyəti üzrə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən baxılaraq xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubla ərizəçiyə imtina cavabı verilmişdir. Həmin məktuba əsasən ərizəçi İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Eyni zamanda bildirirlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Metallurgiya istehsalatı (qara metallar) bölməsinin (İİİ) 2040100a-23187 kodu ustalar, böyük ustalar nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin 13 noyabr 2020-ci il tarixli 19 nömrəli arayışında onun xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində usta köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi usta köməkçisi vəzifəsi ustalar və böyük ustalar vəzifəsinə aid deyil. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (7 il 6 ay 24 gün (xx.xx.1995xx.xx.1998- ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (19 il 3 ay 25 gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1998-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 1 ay 9 gün kolxoz dövrü)) təşkil edir. Əlavə olaraq bildirirlər ki, Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin İddiaçı dair 13 noyabr 2020-ci il tarixli 19 nömrəli arayışında onun xx.xx.1998- xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətdə olduğu müddətin iş stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əməkhaqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. 112-ci maddəsinə əsasən işçilərin məzuniyyət hüquqları aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; uşağına qulluq etmək üçün qadınların sosial məzuniyyəti; təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət. 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. 130-cu maddəsinə əsasən işçilərin xahişi ilə və işəgötürənin razılığı ilə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə - 14 təqvim gününədək; 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara - 14 təqvim gününədək və s. hallarda ödənişsiz məzuniyyətlər verilir. İstinad olunan müvafiq normalarda ödənişsiz məzuniyyətlərin növləri göstərilməsinə baxmayaraq, müəssisənin istehsal fəaliyyətinin azalması ilə bağlı olaraq işçiyə ödənişsiz məzuniyyətin verilməsi imkanı və ya belə bir məzuniyyət növü nəzərdə tutulmamışdır. Bundan əlavə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlagədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məgsədilə vətəndaşlara aylığ pul ödənişidir. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair plenum qərarı). Pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyqun deyildir. Yuxarıda istinad olunan qanunvericilik normalarından da göründüyü kimi işçinin əməkhaqqı almadığı dövrlər onun sığorta stajına daxil edilmir. Nəzərə alınmalıdır ki, əmək pensiyası itirilmiş gəlirlərin kompensasiyası məqsədilə edilən ödənişdir. Eyni zamanda İddiaçı məxsus fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 56400,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30480,16 manat təşkil edir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir.
5. Cavabdeh etiraza əlavəsində qeyd edir ki, həmçinin onu da qeyd etmək lazımdır ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasında qeyd olunan bütün dövrləri (mübahisəli dövrlər də daxil olmaqla), kolxozda işlədiyi dövrü və 855481 nömrəli diplomda əks olunan təhsil dövrünü qəbul etsələr belə, xx.xx.2006-cı il tarixədək ümumilikdə 21 il 9 ay 25 gün sosial sığorta stajı mövcuddur. Lakin iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün qanunvericiliyə əsasən xx.xx.2006-cı il tarixədək 25 il ümumi sığorta stajı tələb olunur. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2181/2022 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) iddia təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbi üzrə xx.xx.2006-cı il tarixədək 25 il ümumi sığorta stajı tələb olunur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2006-cı il tarixədək ümumilikdə 21 il 9 ay 25 gün sosial sığorta stajı mövcuddur. Bu halda, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Həmçinin iddiaçının 60 yaşı da tamam olmadığına görə onun hazırda da belə bir hüququ yaranmır. Lakin onun, 60 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbi ilə yenidən cavabdeh orqana müraciət etmək hüququ istisna edilmir.
8. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1992-ci ildən 1995-ci ilə kimi 1-ci Qarabağ müharibəsində iştirak edərək Azərbaycan Respublikasının müdafiəsində vuruşaraq iştirak etmiş və müharibə qazisidir. Qanuna əsasən müharibədə iştirak edən şəxslərin pensiyası hesablanarkən 1 günə 2 gün hesablanmalıdır. Bundan başqa, o, 1981ci ilin fevral ayının 10-dan 1986-cı ilin oktyabr ayının 10-na kimi Qax rayonunun Zəyəm kəndində kolxozda işləmiş, xx.xx.1987-ci ildən-xx.xx.1992-ci ilə kimi Azərbaycan Sənaye İnstitutunda ali təhsil almış, xx.xx.1992-ci ildən-xx.xx.2016-cı ilə kimi Sumqayıt Boru prokat zavodunda usta vəzifəsində zərərli istehsalat sexlərində işləmiş, xx.xx.2016-cı ildənxx.xx.2020-ci il tarixədək "xxxx" MMC mexaniki avadanlıqların təmiri üzrə təmirçi-çilingər vəzifəsində, xx.xx.2020-ci ildən-xx.xx.2020-ci ilədək “X9” MMC-də təmirçi çilingər vəzifəsində işləmişdir. Hal-hazırda xəstədir. İş qabiliyyətini itirmişdir. Əmək pensiyası almaq ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə ərizə ilə müraciət etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsi ərizəsini rədd edərək bildirmişdir ki, qeydə alınmış pensiya kapitalı - 56400.00 manat olması zəruri olduğu halda, cəmi 30480.16 manat olduğu üçün güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi qeyri-mümkündür. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə hesab edir ki, imtina əsassızdır. Yuxarıda göstərdiklərini şahidlər də təsdiq edə bilərlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslanırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri
63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər
(xx.xx.2022-ci il tarixdən əvvəlki redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
(xx.xx.2022-ci il tarixdən sonrakı redaksiyada) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
15. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
20. Hazırda qüvvədə olan qanunvericilik əvvəllər qüvvədə olmuş qanunvericiklə o şəxslərə güzəştli şərtlərlə pensiya hüququ vermişdir ki, həmin şəxslər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək tam əmək stajını toplamış olsun.
21. xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);
22. Beləliklə, iddiaçıya onun 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajı olmalıdır.
23. 25 il ümumi iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasında qeyd olunan bütün dövrləri, kolxozda işlədiyi dövrü və 855481 nömrəli diplomda əks olunan təhsil dövrünü nəzərə aldıqda onun xx.xx.2006-cı il tarixədək ümumilikdə 21 il 9 ay 25 gün sosial sığorta stajı mövcuddur.
24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 68-ci maddəsinin əsasən, pensiya almaq hüququ verən iş stajına hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında)- ikiqat ölçüdə daxil edilir.
25. İddiaçının döyüş əməliyyatlarda iştirak etdiyi dövrün ikiqat ölçüdə iş stajına daxil edilməsi ilə bağlı halın araşdırılması üçün məhkəmə kollegiyası tərəfindən Müdafiə Nazirliyinə sorğu verilərək, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi dövrlər barədə məlumat verilməsini xahiş olunmuşdur.
26. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4/2-1959 nömrəli arayışda qeyd olunmuşdur ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 313 №-li əmrində (əsas: §-10, səh-94) Sumqayıt ŞHK-dan göndərilmiş, “26-cı Motoatıcı taborun” şəxsi heyətinin hərbi hissənin tərkibinə daxil edilərək bütün növ təminatlarla təmin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissənin xx.xx.1992-xx.xx.1993-cü il tarixli “Adlı siyahılar” qovluğunda (əsas: səh-54, siyahıda soyadı “Təmirazlı”, hərbi rütbəsi “sıravi” yazılmışdır) qeyd olunmuş Sumqayıt ŞHK-dan göndərilmiş “26-cı Motoatıcı taborun” şəxsi heyətinin siyahısında sıravi Təmirazlı Zeynal Xalid oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 38 №-li əmrilə (əsas: §-7, səh-38, sıra-1, əmrdə soyadı “Təhmirazlı” yazılmışdır) Sumqayıt taborunun hərbi qulluqçusu, sıravi X1 nümunəvi xidmətinə görə, “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. 7-ci taborun hərbi qulluqçusu X2 hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 242 №-li əmrilə (əsas: §-3, səh-88, sıra-2, əmrdə soyadı “Təhmirazlı” yazılmışdır, hərbi rütbəsi yazılmamışdır) bütün növ təminatları dayandırılaraq ştatdan kənar çıxarılmışdır. 7-ci taborun hərbi qulluqçusu, kiçik çavuş X2 hərbi hissəni özbaşına tərk edib, sonra hərbi hissəyə qayıtdığına görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 246 №-li əmrilə (əsas: §-9, səh-6, sıra-1, əmrdə soyadı “Təhmirazlı”, hərbi rütbəsi “kiçik çavuş” yazılmışdır) bütün növ təminatları bərpa edilmiş və taborun ştatına salınmışdır. Ştat dəyişikliyi ilə əlaqədar olaraq, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 257 №-li əmrilə (əsas: §-16, səh-31, sıra-76, əmrdə soyadı “Təhmirazlı”, hərbi rütbəsi “kiçik çavuş” yazılmışdır) kiçik çavuş X2 26-cı MAT-dan 7-ci motoatıcı tabora keçirilərək tağım komandirinin müavini-bölmə komandiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli 0127 №-li əmrinə əsasən, yaşa görə, 7-ci motoatıcı taborun hərbi qulluqçusu, çavuş X3 N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 260 №-li əmrilə (əsas: §-5, səh-19, sıra-164, əmrdə soyadı “Tamrazlı”, hərbi rütbəsi “çavuş” yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış, bütün növ təminatları dayandırılaraq Ordu sıralarından azad edilmiş və qeydiyyata düşmək üçün müvafiq rayon hərbi komissarlığının sərəncamına göndərilmişdir.
27. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 19 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Mexaniki alət sexində, Mexaniki təmir sexində usta köməkçisi, avadanlıqların təmiri üzrə usta, təmirçi çilingər işləyib. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2№-li siyahının İİİ bölməsinin 4b, 4a yarımbölməsinin 2040400a-23187, 2040400a-18559 şifri ilə güzəştli şərtlərlə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir.
28. İş üzrə cavabdeh tərəf iddiaya etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nın Metallurgiya istehsalatı (qara metallar) bölməsinin (İİİ) 2040100a-23187 kodu ustalar, böyük ustalar nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi usta köməkçisi vəzifəsi ustalar və böyük ustalar vəzifəsinə aid deyil. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (7 il 6 ay 24 gün (xx.xx.1995-xx.xx.1998-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.
29. xx.xx.2020-ci il tarixli 19 nömrəli arayışda İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək usta köməkçisi vəzifəsində işlədiyi dövrün də ona güzəştli şərtlərlə pensiya almaq hüququ verməsinin göstərilməsinə və buna əsas olan hallar barədə məhkəməyə məlumat verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sorğu verilmişdir.
30. Sorğuya xx.xx.2023-cü il tarixli, AZB01/50 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı "xxxx" ASC-də (keçmiş Azərbaycan Boruyayma Zavodu) xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Mexaniki Alət sexində işlədiyi usta köməkçisi vəzifəsi, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 4-cü Boru istehsalı (boruyayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fıtinq, balon) və sinkləmə sexləri bəndinin b) rəhbərlər və mütəxəssislər yarımbəndində “ustalar, böyük ustalar” - (2040400a-23187) vəzifəsi ilə eynilik təşkil edir. Belə ki, qeyd olunmuş vəzifələrdə çalışan işçilər bütün iş vaxtını zərərli və ağır iş şəraitində keçirmişdir.
31. Göstərilənlərə və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan 12 il 6 ay xüsusi iş stajının olması, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (xx.xx.1993-xx.xx.1994) ikiqat ölçüdə nəzərə alınsa belə, onun xx.xx.2006-cı il tarixədək olan ümumi iş stajı 25 ildən azdır. Odur ki, cavabdehin güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasından imtinası əsassız olmamışdır. Birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2181/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.