Məhkəmə qərarları › İş №2-1(105)-163/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-163/2021

22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-163/2021 22.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialına qarşı cavabdehin ona xx xxxx 2019-cu ildən, 56 yaşından 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi haqqında xx xxxx 2020-ci il **********2 saylı məktubunun əsassız hesab olunması və xx xxxxx 2019-cu ildən “Əmək pensiyaları haqqında” Qanunun 7 və 8-ci maddələrinə əsasən 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-955/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı beş uşaqlı ana kimi ona 56 yaşının tamam olduğu xx xxxx 2019-cu il tarixdən yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana Cavabdehnə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialı) müraciət etmişdir. Lakin, cavabdehin xx xxxx 2020-ci il tarixli məktubu ilə çoxuşaqlı ana kimi əmək pensiyası təyin edilməsi üçün zəruri olan iş stajının toplanılmaması əsas gətirilərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxx 1963-cü ildə anadan olmuş və 5 uşaq anası olmaqla onları 8 yaşına kimi böyüdüb tərbiyə etmişdir. Hal-hazıra kimi 27 il 11 ay ümumi iş stajı vardır. 2019-cu ilin aprel ayının 1-dən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 8-ci maddələrinə əsasən 56 yaşı tamam olduğu üçün 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Əmək fəaliyyəti dövründə xx xxxx 1978-ci ildən ( xx.xx.1978-ci il tarixli 133 nömrəli əmr) xx xxxxx 1989-cu ilə kimi (20.04 1989-cu il tarixli 60 nömrəli əmr), xx xxx 1994-cü ildən (xx.xx.1994-cü il 51 nömrəli əmr) xx xxxxxxxx 1994-cü ilə kimi (xx.xx.1994-cü il 79 nömrəli əmr) Xaçmaz rayonu "Engels" adına sovxozda fəhlə, xx.xx.1996-cı ildən (xx.xx.1996-cı il 06 nömrəli əmr) xx.xx.2007-ci ilə kimi (xx.xx.2007-ci il 84 nömrəli əmr) Niyazabad kənd orta məktəbində xadiməçi vəzifəsində işləməklə 23 il 21 gün iş stajı, "X1 haqqında" Qanunun 67-ci maddəsinin “e” bəndinə uyğun olaraq (işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq) xx.xx.1988-ci il təvəllüdlü X3 adlı uşağa görə xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə kimi 01 il 10 ay 20 gün, xx.xx.1991-ci il təvəllüdlü X4 və X5 adlı uşaqlara xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilə kimi 3 il və cəmi 4 il 10 ay 20 gün uşaqlara qulluğa görə iş stajı olmaqla ümumilikdə cəmi 27 il 11 ay iş stajı vardır. 2006-cı ildən qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun 7 və 8-ci maddələrinə əsasən 5 uşaqlı ana kimi hüququnun yarandığı xx xxxxx 2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2019-cu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xaçmaz rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. DSMFnin Xaçmaz rayon şöbəsinin xx xxxx 2020-ci il **********2 saylı məktubunda hal-hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7 və 8ci maddələrinin şərtləri pozularaq xx xxxxx 2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İmtina ərizəsində onun əmək kitabçası olmadığı və təqdim etdiyi sənədlərə əsasən cəmi 18 il 10 ay 23 gün iş stajı olduğu üçün pensiya hüququnun olmadığı bildirilir. Pensiya təyin edilməsi üçün DSMF-nin Xaçmaz rayon şöbəsinə ərizə ilə müraciət edərkən bütün lazımi sənədlərlə birlikdə əmək kitabçasının təsdiq edilmiş surətini və əmək kitabçasının əslini də təqdim etmişdir. xx xxxxxx 2006-cı ildən qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun 7 və 8-ci maddələrinə və xx xxxxxx 2006-cı ilə kimi qüvvədə olmuş "X1 haqqında " Qanunun 67-ci maddəsinin tələblərinə əsasən onun 27 il iş stajı ilə pensiya almaq hüququ vardır. Hətta onların qəbul etdiyi kimi 18 il 10 ay iş stajının olduğu halda da 2019-cu ilin yanvar ayının 1-dən "Əmək pensiyaları haqqında" Qanuna edilmiş dəyişikliklərə əsasən 2006-cı ilin yanvar ayının 01-nə müəyyən iş stajının və 2006cı ilin yanvar ayından sonra hər hansı pensiya kapitalının olduğu üçün qanunun 7 və 8-ci maddələrinin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiya hüququnun olduğu halda ona pensiya təyin edilıməsindən əsassız olaraq imtina edilmişdir. DSMF-nin Xaçmaz rayon şöbəsinin xx xxxx 2020-ci il **********2 saylı məktubunun əsassız hesab olunaraq, 56 yaşında 5 uşaqlı ana kimi 27 il 11 ay iş stajı ilə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 8-ci maddəsinə uyğun olaraq hüququnun yarandığı xx xxxxx 2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilməsinin Xaçmaz rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəməyə təqdim etdiyi ƏƏSMN yanında DSMF Xaçmaz rayon şöbəsinin xx xxxx 2020-ci il **********2 saylı cavab məktubundan da göründüyü kimi inzibati orqan əsassız olaraq ona hüququnun yarandığı xx xxxxx 2019-cu ildən, yəni 56 yaşından 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edir. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olub xx.xx.2020-ci il tarixdə 5 uşaqlı ana kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə şöbəyə müraciət etmişdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən 5 uşağı olan qadınlar xx.xx.2017-ci il tarixə kimi 10 il sığorta stajı olmaqla ümumi əsaslarla yaşa görə əmək pensiyası üçün müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla əmək pensiyası almaq hüququna malik olurdular. “Əmək pensiyaları haqqında" Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543- VQD nömrəli Qanunu xx.xx.2017-ci il tarixdən düzəliş edilərək qadınların ümumi əsaslarla yaşa görə əmək pensiyası almaq hüququ verən 60 yaş həddi hər il 6 ay olmaqla 65 yaşa kimi qaldırılıb. Nəticədə, xx.xx.2017-xx.xx.2018-ci il tarixə kimi qadınların yaş həddi 60 yaş 6 ay xx.xx.2018-xx.xx.2019-cu il tarixə kimi isə 61 yaş müəyyən olunub. Qanunun 8-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 5 uşaqlı analar ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması üçün müəyyən olunmuş yaş həddi hər uşaq üçün 1 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının münimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imka vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququna malik olurlar. S.Abdullayevə xx.xx.1963-cü il təvəllüd olduğu üçün 5 uşağa görə tələb olunan 56 yaş xx.xx.2019-cu il tarixdə tamam olur. Vətəndaşın sənədləri araşdırılarkən xx.xx.2006-cı il tarixə kimi 18 il 09 ay 03 gün, 01.01 2006-cı il tarixdən sonra isə 02 il olmaqla cəmi 20 il 09 ay sığorta stajı olması müəyyən olunur. Eyni zamanda xx.xx.2019-cu il tarixdə olan 160 manat minimum əmək pensiyasına imkan verən 23040 manat pensiya kapitalı tələb olunur. İddiaçı isə cəmi 13547.38 manat pensiya kapitalı müəyyən olunur. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1. bəndinə əsasən sığorta stajı əmək kitabçasına əsasən müəyyən olunur. Vətəndaşın 1978-1985, 1988 və 1994-cü illərdə “Engels” adına sovxozda işləməsi faktı əmək kitabçasına qeyd edilməyib. Lakin, həmin müddət ilkin olaraq 20 il 09 ay sığorta stajına daxil edilib. Belə ki S Abdullayevə xx.xx.2017-ci il tarixə kimi qüvvədə olan şərt ilə, yəni 10 il sığorta stajı tələb olunmaqla yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-955/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. (hakim İsmayıl Quliyev) Qərardan İddiaçı apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxx 1963-cü ildə anadan olmuşdur və 5 uşaq anası olmaqla onları 8 yaşına kimi böyüdüb tərbiyə etmişdir. xx xxxxxx 2006-cı ilə kimi 27 il 11 ay ümumi iş stajı var. xx xxxxxx 2006-cı ildən xx xxxxxx 2007-ci ilə kimi işlədiyinə görə və sığorta kapitalı olduğu üçün, “Əmək pensiyaları haqqında” Qanuna edilmiş xx xxxxxx 2018-ci il 1362-VQD nömrəli dəyişikliyə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 8-ci maddələrinə əsasən 5 uşaqlı ana kimi 56 yaşından yaşa görə əmək pensiyası almaq hüququ olmuşdur. Məhkəmə qərarında da qeyd edilir ki, hazırda qüvvədə olan qanun normalarından göründüyü kimi 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin beş uşaq doğub 8 yaşınadək tərbiyə etməsi ilə yanaşı müəyyən edilmiş yaş həddinə, 2019-cu il üçün 56 yaş həddinə, zəruri pensiya kapitalına və ya 25 il iş stajına malik olması şərt olaraq göstərilir. Lakin, hazırkı işdə iddiaçının ona beş uşaqlı ana kimi pensiya təyin edilməsi üçün zəruri olan iş stajına və ya pensiya kapitalına malik olması müəyyən olunmur. Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş qadınların yaşa görə pensiya hüququnu qazanması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına və sığorta stajına dair tələb olunan şərtlər göndərici normadan istifadə olunmaqla Qanunun 7-ci maddəsinə istinad edilərək müəyyən olunmuşdur. Buna görə də, Qanunun 8.1-ci maddəsinə əsasən pensiya hüququ müəyyən edilərkən Qanunun 22-1.2.1-ci maddəsində qeydə alınan güzəştlər də tətbiq edilməlidir. Qanunun 22-1.2.1-ci maddəsinə əsasən, pensiya hüququ müəyyən edilərkən şəxsin fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. Beləliklə, iddiaçının 2018-ci il yanvarın 1-dək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olduğuna görə ona 2006-cı il yanvarın 1-dək azı 25 il sığorta stajı nəzərə alınmalı və yaşa görə əmək pensiya təyin edilməlidir. Digər tərəfdən iddiaçının 2006-cı il yanvarın 1-dək 27 il 11 ay sığorta stajının olmasına baxmayaraq inzibati orqan tərəfindən ona cəmi 18 il 9 ay iş stajı müəyyən edilmiş, həmin orqan tərəfindən sığorta stajının necə hesablanması barədə heç bir məlumat verilməmiş, birinci instansiya məhkəməsi isə bu uyğunsuzluğu araşdırmadan inzibati orqanın əsassız dəlilini sübut kimi qəbul etmişdir. İddiaçı xx xxxxxx 1996-cı ildən xx.xx.2007-ci ilədək Niyazabad kənd orta məktəbində xidmətçi işləmişdir. Həmin dövrə görə ona 11 il 11 ay 23 gün sığorta stajı hesablanmalıdır. Qərarda qeyd edilir ki, uşaqlara qulluğa görə 4 il 10 ay 20 gün iş stajının olması dəlilini məhkəmə əsaslı hesab etmir və bu halın nəzərə alınmasını müəyyən edən hüquqi əsas mövcud deyildir. Təqdim etdiyi Xaçmaz rayon dövlət arxivinin xx xxxx 2000-ci il 206 nömrəli arayışında onun xx.xx.1978-ci ildən 133 nömrəli əmr əsasında “Engels adına” sovxoza fəhlə qəbul edildiyi, xx.xx.1989-cu ildən uşağın 1 yaşı tamam olana qədər analıq məzuniyyəti verilməsi, xx.xx.1992-ci ilədək həmin sovxozda fasiləsiz olaraq çalışmasına baxmayaraq, arxiv sənədlərinin saxlanılmaması səbəbindən işdən çıxma əmrinin aşkar olunmaması, yenidən xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək həmin sovxozda fəhlə işləməyi əmrlərlə təsdiq olunmuşdur. İddiaçının xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək həmin sovxozda fəhlə işləməyi qeyd olunan dövlət arxivinin xx.xx.2000-ci il tarixli 207 nömrəli arayışı ilə bir daha təsdiq olunur. Beləliklə, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək olan dövr üçün iddiaçıya 3 ay 16 gün staj müəyyən olunmalıdır. Belə ki, xx.xx.2006-cı ilədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Eyni zamanda iddiaçı 206 və 207 nömrəli arayışlara əsasən 1978-ci ilin iyun ayından 1985-ci ilin iyul ayınadək sovxozdan fasiləsiz olaraq əmək haqqı almışdır. İddiaçının övladları xx.xx.1985, xx.xx.1986, xx.xx.1988 və xx.xx.1991-ci ildə anadan olmuşdur. Dövlət arxivinin əmək haqqı barədə arayışında göstərilən 1985 və 1988-ci il xəstəlik vərəqələri də iddiaçının uşaqlarının anadan olması ilə əlaqədar hamiləlik və doğuma görə müavinət almağını əks etdirir. Eyni zamanda 206 nömrəli arayışda iddiaçının xx.xx.1989-cu ildən uşağın 1 yaşı tamam olanadək analıq məzuniyyətinə göndərilməyi barədə xüsusi əmr verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127.1-ci maddəsinə əsasən ananın uşağın 3 yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial müavinət almaq hüququ vardır. xx.xx.1999-cu ilədək qüvvədə olmuş "Məzuniyyətlər haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən sosial məzuniyyət müddəti işçinin əmək stajına hesablanırdı. Hətta xx.xx.2006-cı ilədək qüvvədə olmuş "X1 haqqında" Qanunun 67-ci maddəsinin "e" bəndinə uyğun olaraq işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Buna görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309-cu maddəsinə uyğun olaraq ona xx.xx.1978-ci ildən xx.xx.1991-ci ilədək fasiləsiz olaraq əmək stajı (13 il 8 ay 12 gün) müəyyən olunmalıdır. Onun 25 il 11 ay 21 gün sığorta stajı toplanır ki, bu da ona çoxuşaqlı ana kimi yaşa görə pensiya təyin olunması üçün yetərlidir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərərk, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki işdə iddiaçının ona beş uşaqlı ana kimi pensiya təyin edilməsi üçün zəruri olan iş stajına və ya pensiya kapitalına malik olması müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə qeyddə göstərilmişdir ki, həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə istinad edərək, imtinasında göstərmişdir ki, iddiaçının 5 uşaqlı ana kimi 25 il sığorta stajı olduqda 56 yaş 6 ayda əmək pensiyası almaq hüququ olur. Əmək kitabçası olmadığı və təqdim edilən sənədlərə əsasən 18 il 10 ay 23 gün sığorta stajı olduğu üçün yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilib. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yaşa görə əmək pensiyası təyin etməkdən imtinası əsassızdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, iddiaçının xx.xx.1985-ci il təvəllüdlü Xəyalə, xx.xx.1986-cı il təvəllüdlü Şəlalə, xx.xx.1988-ci il təvəllüdlü Mikayıl, xx.xx.1991-ci il təvəllüdlü Cəmil və Xəyal adlı beş uşağı var. Xaçmaz Rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli, 206 nömrəli arxiv çıxarışından görünür ki, iddiaçı xx.xx.1978-ci ildə briqadaya fəhlə qəbul edilmiş, körpə uşağı olduğu üçün ona xx.xx.1989-cu ildən uşağın 1 yaşı olana qədər analıq məzuniyyəti verilmiş, xx.xx.1994-cü ildən briqadaya fəhlə qəbul edilmiş, xx.xx.1994-cü ildə işdən azad edilmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə Niyazabad kənd orta məktəbinə xadimə vəzifəsinə təyin edilmiş, şəxsi ərizəsi əsasında xx.xx.2007-ci ildə işinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək, qərarında göstərmişdir ki, məhkəmə iddiaçının "X1 haqqında" qanunun 67-ci maddəsinin "e" bəndinə uyğun olaraq (işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq) xx.xx.1988-ci il təvəllüdlü X3 adlı uşağa görə xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə kimi 01 il 10 ay 20 gün, xx.xx.1991-ci il təvəllüdlü X4 və X5 adlı uşaqlara xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilə kimi 3 il və cəmi 4 il 10 ay 20 gün uşaqlara qulluğa görə iş stajı olması dəlilini əsaslı hesab etmir. Məhkəmə kollegiyası göstərilən hal ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.1988-ci il təvəllüdlü X3 adlı uşağa görə xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə kimi 01 il 10 ay 20 gün, xx.xx.1991-ci il təvəllüdlü X4 və X5 adlı uşaqlara 22.02. 1991-ci ildən xx.xx.1994-cü ilə kimi 3 il və cəmi 4 il 10 ay 20 gün uşaqlara qulluğa görə məzuniyyətdə olmuşdur və həmin müddətdə işdən azad edilməmişdir, arxiv çıxarışından da göründüyü kimi iddiaçının işdən çıxma əmri verilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik şəxsin 2006-cı ilin yanvar ayının 1-dək 25 il sığorta stajının olmasını zəruri hesab edir. İddiaçı isə Niyazabad kənd orta məktəbində xx xxxxxx 2007-ci ilə kimi işləmişdir. Göründüyü kimi, iddiaçı xx xxxxx 2019-cu il tarixdə 56 yaşı tamam olmaqla 25 il staja malik 5 uşaqlı anadır. Belə olan halda, isə onun tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-955/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-955/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı xx xxxxx 2019-cu ildən “Əmək pensiyaları haqqında” Qanunun 7 və 8-ci maddələrinə əsasən 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialının üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar