Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-163/2023 10.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi X23 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışların etibarsız hesab edilərək iddiaçıların hüquq sahibləri sırasına daxil edilərək düzəlişin aparılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2868/2022 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli, **********01-10201 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********25-10301 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda üçüncü şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olan məlumatların etibarsız hesab edilərək iddiaçıların hüquq sahibləri sırasına daxil edilərək düzəlişin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların Xaçmaz Rayon Məhkəməsinin 01 mart 2005-ci il tarixli qətnaməsi ilə İddiaçı1 sabiq həyat yoldaşı X9 və qaynı X2 mülkiyyətində olan ünvan 2 saylı evdən istifadə hüquqları olmuşdur. Həmin ev 99.5 m2 və 75.7 m2 olmaqla, iki ayrı-ayrı fərdi yaşayış evlərindən ibarətdir. İddiaçıların qeyd olunan mənzilə yaşayış hüquqları Xaçmaz Rayon Məhkəməsinin 01 mart 2005-ci il tarixli qətnaməsinə əsasən tanınmış hüquqlardır. Lakin, X14 H.Əliyev küçəsi ünvanında yerləşən 74 saylı, ümumi sahəsi 99.5 m2 olan evə dair xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Çıxarışda hüquq sahibləri kimi X9, X18, X19, X13 qeyd edilmiş, iddiaçıların adları qeyd edilməmişdir. Hesab edir ki, çıxarışda hüquq sahiblərinin adları sırasında iddiaçıların da adları qeydə alınmalı və fərdi yaşayış evinə istifadə hüquqları öz təsdiqini tapmalı idi. Həmin ünvanda yerləşən ikinci evə dair də X10 adına xx.xx.2017-ci il tarixli, **********7 qeydiyyat nömrəli, **********01-10301 reyestr nömrəli çıxarış verilmişdir. Həmin çıxarışda da hüquq sahibləri kimi Tahir Mustafayev, Elmira Fətullayeva, Esmira Mustafayeva və Rizvan Mustafayevanın adları qeyd edilmiş, iddiaçılar hüquq sahibları sırasında qeyd edilməmişdir. xx.xx.2017-ci il tarixdə adıçəkilən 75.7 m2 həyətyanı fərdi yaşayış evi X2 adına rəsmiləşdirilərək xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş, çıxarışda hüquq sahibları eyni ilə qeyd olunmuşdur. Sonradan qeyd olunan fərdi yaşayış evinə X11 adına xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmiş, həmin çıxarışda isə X12 mülkiyyət hüququ olan şəxslərin sırasında qeyd olunmamışdır. Qeyd edir ki, üçüncü şəxslər daşınmaz əmlakın dövlət reyestrinə yanlış məlumatlar daxil etdirmişlər və nəticədə sözügedən fərdi yaşayış evi üzərində iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur. Bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində düzəliş aparılması barədə cavabdehə müraciət etsələr də müraciətləri təmin edilməmişdir. İddiaçılar cavabdehin imtinasını qanunsuz və əsassız hesab edirlər. Hesab edirlər ki, çıxarışlarda müvafiq düzəlişlər aparılmalı və onların adları Xaçmaz şəhəri, H.Əliyev küçəsi ünvanında yerləşən 74 saylı fərdi yaşayış evinin hüquq sahiblarının adları sırasına daxil edilməlidir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçılar Xaçmaz şəhəri, H.Əliyev küçəsində yerləşən 74 saylı fərdi yaşayış evinə dair dövlət reyestrində hazırlanmış çıxarışda düzəliş edilməsi barədə cavabdehə müraciət etmişlər. Müraciətə xx.xx.2022-ci il tarixli, **********50 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8 və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Ərizədə qeyd olunan fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışda düzəliş edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Qeyd olunan səbəbdən ərizənin icrası mümkün olmamışdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qeyd edir ki, iddia ərizəsində qeyd edilən çıxarışlarda texniki səhvə yol verilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2868/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim V.Əzizova). Həmin qərardadla razılaşmayan iddiaçılar apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri İddiaçılar apellyasiya şikayətini və şikayətə əlavəni onunla əsaslandırmışlar ki, H.Əliyev küçəsi 74 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 qaynatası X8 və onun qaynanası X3 tərəfindən xx.xx.1958-ci il tarixdə 238 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə alınmışdır. Bir ünvanda iki fərdi yaşayış evi olmuşdur: 1) 1943-cü ildə tikilmiş ümumi sahəsi 99.5 kv.m; 2) 1960-cı ildə tikilmiş ümumi sahəsi 75.7 kv.m olan fərdi yaşayış evləri. X8 1978-ci ildə, X3 1979-cu ildə vəfat etmişdir. Daşınmaz əmlakın vərəsələri İddiaçı1 qaynanası X5 və onun üç oğlu Zakir, Tahir və Şakir Mustafayevlər olmuşlar. İddiaçı1 1982ci ildə rəsmi nikahla qeydiyyata düşdüyü 1943-cü ildə tikilmiş ümumi yaşayış sahəsi 99.5 kv.m olan evdir. 1995-ci ildə qaynanası X5 oğlu Şakir Mustafayevə 1960-cı ildə tikilmiş ümumi yaşayış sahəsi 75.7 kv.m olan evi bağışlamışdır. Şakir Mustafayev həmin evi 1997ci ildə sökmüşdür. Həmin ildə qaynanası X6 rəhmətə getmişdir. İddiaçıların yaşadıqları və qeydiyyatda olduqları həmin ünvanda qalan evin ümumi sahəsi 99.5 m2-dir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(067)-1174/2016 nömrəli qətnaməsi ilə üçüncü şəxslər evə köçürüldükdən sonra iddiaçıları evə buraxmamış, iddiaçılar həmin evdə yaşayaraq qeydiyyatda ola-ola çıxarış almış və onları hüquq sahibləri kimi qeydiyyata aldırmamışlar. Məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar fərdi yaşayış evinə pasport qeydiyyatından çıxarılmışlar. Üçüncü şəxslər 1960-cı ildə tikilmiş ümumi sahəsi 75.7 m2 olan evə dair xx.xx.2019cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan istifadə edərək iddiaçıları qeydiyyatdan çıxarmışlar. Qeyd edir ki, üçüncü şəxslər tərəfindən dövlət reyestrinə düzgün məlumatlar təqdim edilsəydi, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş hər iki çıxarışda istifadə hüquqları qeydə alınaraq adları hüquq sahiblərinin sırasında qeyd edilərdi. Belə olan halda iddiaçıların istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilə bilməzdi. Hesab edir ki, X1 ölümündən sonra qanuna uyğun olaraq vərəsələrin vərəsəlik hüququ müəyyən edilməli, vərəsəlik şəhadətnaməsi verilməli və miras əmlakın bölgüsü keçirilməli idi. Bu hüquqi faktlar qanun çərivəsində yerinə yetirilmədiyi üçün 1997-ci ildən sonra tərtib edilmiş məhkəmə qərarları, digər hüquqi sənədlər, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X10 adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** reyestr nömrəli çıxarış qanuna müvafiq deyildir. Hal-hazırda 1943-cü ildə tikilmiş ümumi sahəsi 99.5 kv.m fərdi yaşayış evi, bütövlüklə, X2 qızları Elmira Fətullayeva və Esmira Mustafayeva tərəfindən zəbt olunmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayəti və şikayətə əlavə ilə eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq bildirdi ki, Xaçmaz şəhəri, H.Əliyev küçəsi ünvanında yerləşən 74 saylı evə iddiaçıların istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Çünki, həmin qətnamə ilə iddiaçıların həmin ünvanda yerləşən bağışlama müqaviləsi ilə X5 tərəfindən X7 bağışlanmış ümumi sahəsi 75.7 m2 olan hal-hazırda sökülmüş fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, mübahisə predmeti daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərə düzəliş edilməsi barədədir. İddiaçıların tələbindən görünür ki, onlar reyestr qeydinə düzəliş aparılmasını istəməklə, məzmununu mübahisələndirirlər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 16.3-cü maddəsində deyilir ki, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.5-ci maddəsinin tələbinə görə dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. İstinad olunan normalar daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz etmənin əsasları və bu etirazı etmək hüququna malik olan şəxsləri müəyyən etmişdir. Deməli qanunverici reyestrin məzmununda yol verilən və daha ciddi səhv hesab edilən - daşınmaz əmlak üzərində qeydə alınmış hüquqla həqiqi vəziyyət arasında uyğunsuzluq yarandıqda, aşağıdakı şəxslərin düzəlişi mübahisələndirmək hüququnu tanıyır: 1) Hüququ qeydə alınmamış şəxs 2) Hüququ düzgün qeydə alınmamış şəxs 3) Mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs. İddiaçılar özlərini bu siyahıdan birinci kateqoriyaya daxil edirlər. Hesab edirlər ki, mübahisəli yaşayış evlərinə çıxarış verilərkən onların da hüquqları qeydə alınmalı idi, lakin yanlışlıqla qeydə alınmamışdır. Belə olduğu təqdirdə aydınlaşdırılmalı məsələ iddiaçıların mübahisəli daşınmaz əmlaka dair hər hansı hüquqlarının mövcud olub-olmamasıdır. İddia ərizəsindən görünür ki, iddiaçılar ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxslərin adına mülkiyyət hüququ əsasında aparılmış qeydiyyatı mübahisələndirərək, iddiaçıların hüquq sahibləri sırasına daxil edilərək reyestrdə düzəlişin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, iddiaçıların mübahisəli evdən istifadə hüquqları məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə itirilmiş hesab edilmişdir. Bundan başqa həmin hüquq qüvvədə olsa belə, adından da göründüyü kimi yaşayış evindən istifadə hüququndan ibarət olmuşdur. Bu hüquq mülkiyyət hüququnun yaranması üçün əsas deyildir. Lakin iddiaçıların istinad etdikləri Xaçmaz rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-28/2005 saylı qətnaməsi onlara mülkiyyət hüququnu deyil, yalnız yaşayış sahəsindən istifadə hüququnu vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət və istifadə hüququ hüquqları bir-birindən fərqlənərək tamamilə ayrı məna kəsb edir. İddiaçıların yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair məhkəmə qətnaməsi onların həmin ev üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, hazırki mübahisəni qaldırmaq üçün iddiaçılar subyektiv hüquqa malik deyildir. İddiaçıların hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçıların hüquqlarının və qanunla qorunan maraqların cavabdeh tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddia ərizəsindən görünür ki, mübahisələndirilən yaşayış evinə münasibətdə hüququnun mövcudluğunu iddia edən iddiaçılar tələblərinin əsası kimi Xaçmaz Rayon Məhkəməsinin 2-28 nömrəli, 2005-ci il tarixli qətnaməsinə istinad edərək Xaçmaz şəhəri, H.Əliyev küçəsi ünvanında yerləşən 74 saylı evə yaşayış, istifadə və köçürülmə hüquqlarının təmin edildiyini bildirmişlər. Kollegiya iddiaçıların dəlillərinə münasibətdə qeyd edir ki, Xaçmaz Rayon Məhkəməsinin 2-28 nömrəli, 2005-ci il tarixli qətnaməsinə əsasən hazırkı iş üzrə iddiaçıların mübahisələndirilən fərdi yaşayış evinə yaşayış hüquqları müəyyən edilsə də, işdən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2(067)-1286/2020 nömrəli qətnaməsi ilə iddiaçılar X18, X19, X4 cavabdehlər İddiaçı1, İddiaçı2 və qeyrilərinə qarşı Xaçmaz şəhəri, H.Əliyev küçəsi ünvanında yerləşən 74 saylı evdən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin yaşayış yerinin pasport qeydiyyatından çıxarılması tələbinə dair iddiaları qismən təmin edilərək İddiaçı1, İddiaçı2 evdən istifadə hüquqları itirilmiş hesab edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş və hazırda qanuni qüvvəsini almışdır. İddiaçı tərəf hazırkı tələb üzrə subyektiv hüququnun mövcudluğunu mübahisələndirilən evdən istifadə hüququnun olması ilə əsaslandırsa da, işdən göründüyü kimi məhkəmə qətnaməsi ilə iddiaçıların evdən istifadə hüquqlarına xitam verilmiş, sonuncular da bu nəticə ilə razılaşmışlar. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hansı hüququnun pozulması və yaxud da özünün iddia etdiyi kimi, cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestri aparılarkən iddiaçıların hansı cari və mövcud hüququnun qeydə alınmaması halı, bununla da inzibati orqanın qanunsuzluğa yol verməsi aşkar olunmur. Halbuki mütləqdir ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Hazırki iş üzrə isə işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçıların mübahisələndirilən daşınmaz əmlakdan yalnız istifadə hüquqları olmuş, bu hüquq da sonradan Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2(067)-1286/2020 nömrəli qətnaməsi ilə itirilmiş hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçıları subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı iş üzrə belə sübutlar verilmədiyindən, iddianın mümkünlüyü baxımından hüququn pozulması halı müəyyən olunmur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi fərdi yaşayış sahəsinə dair cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxslərin adına aparılmış qeydiyyat nəticəsində iddiaçıların hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halına yol verilməmişdir. Bu isə o deməkdir ki, İddiaçı1 və İddiaçı2 hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Bundan əlavə kollegiya qeyd edir ki, hətta iddiaçının subyektiv hüququnun mövcudluğu qəbul edilsəydi belə, iddiaçı düzgün hüquqi müdafiə vasitəsindən istifadə etmədiyinə görə hazırkı iddiaya yenə də inzibati məhkəmə icraatı qaydasında baxıla bilməzdi. Belə ki, iddiaçının apellyasiya şikayətinə əlavənin dəlillərindən göründüyü kimi, mübahisə miras əmlak və vərəsəliklə bağlı yaranmışdır. Belə kateqoriyadan olan mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2868/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5
Məhkəmə qərarları › İş №2-1(105)-163/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-163/2023
10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver