Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-163/2025 06.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1709/2024 nömrəli qərarından apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Vəfa Əzizova) xx.xx.2024-cü il tarixli 2-1(118)- 1709/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “10 sentyabr 1994-cü il tarixdə Cəlilabad rayonu Göytəpə qəsəbəsində yerləşən N saylı hərbi hissəsinin 13-cü sərhəd sahəsində həqiqi hərbi xidmətdə olarkən “ürəyin və ağ ciyərin zədələnməsi, döş qəfəsini dəlib çıxan iki ədəd odlu silah yaraları” nəticəsində ölmüş övladı xx.xx.1976-cı il təvəllüdlü X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar olaraq xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısına salınması üçün Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanının 8-ci hissəsinin icra edilərək müvafiq məlumatların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1709/2024 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə həmin qərardan 15 noyabr 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1709/2024 nömrəli qərarı iddiaçının nümayəndəsi və vəkili Vəkil məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə 06 oktyabr 2024-cü il tarixdə yerləşdirilmiş, qərardan 30 gün müddətində apellyasiya şikayəti verilməsi nəzərdə tutulsa da, iddiaçının, onun nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti bu müddət ötürməklə, 9 gün sonra 15 noyabr 2024-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Bu baxımdan, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmış və məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 11:20-ə təyin edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə 29 dekabr 2024-cü il tarixdə buraxılmış prosessual müddətin bərpasına dair elektron ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1709/2024 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil prosessual müddətin bərpa edilməsinə dair ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı özü Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1709/2024 nömrəli qərarından 15 oktyabr 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Lakin ona yaxın qohumları məsləhət vermişlər ki, apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğun olması üçün mütləq vəkillə müqavilə bağlasın və şikayəti vəkil versin. Məhz bundan sonra İddiaçı xx.xx.2024-cü il tarixdə ona müraciət edərək, məhkəmə qərarının onun yaşadığı ünvana poçt vasitəsi ilə çatdırılmış surətini təqdim etmiş və bildirmişdir ki, o özü şikayət ərizəsi yazıb məhkəməyə göndərsə də, ondan həmin qərardan apellyasiya şikayəti yazmasını və apellyasiya instansiyası məhkəməsində onun hüquqlarını müdafiə etməsini xahiş etmişdir. Həmin gün iddiaçı ilə onun arasında hüquqi yardım haqqında elektron müqavilə bağlanmış və order əldə edilmişdir. Məhz müqavilə bağlandıqdan sonra o, İddiaçı apellyasiya instansiyasında hüquqi yardım göstərilməsinə başlamışdır. İddiaçı hələ məhkəmə qərarını əldə edib onunla tanış olmadan yazdığı şikayət ərizəsinin surəti ilə tanış olarkən şikayətin çox sadə yazıldığını görmüş və həmin qərardan yenidən apellyasiya şikayəti hazırlamağa başlamışdır. İddiaçı təqdim etdiyi zərfdən məlum olmuşdur ki, məhkəmə qərarı iddiaçıya xx.xx.2024-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Onun tərəfindən qərardan apellyasiya şikayəti yenidən hazırlanaraq xx.xx.2024-cü il tarixdə məhkəməyə verilmişdir. Birinci instansiya məhkəməsinin qərarı xx.xx.2024-cü il tarixdə elektron məhkəmə portalına yerləşdirilmişdir. O, qərardan şikayət verməyi iddiaçıya təklif etmiş və 06 noyabr 2024-cü ilə kimi şikayət verilməlidir. İddiaçı digər orqanlara şikayət edəcəyini, məhkəmənin qərarından şikayət vermək fikri olmadığını bildirmişdir. Sonradan fikrini dəyişmiş və ondan şikayət verməyi xahiş etmişdir. İddiaçı 80-ə yaxın yaşı var, yeganə oğlunu itirib, uzun illərdir ki, inzibati orqanların səhlənkarlığı nəticəsində məhkəmələrdə sürünür...və mənəvi iztirab çəkir. İddiaçı apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə Atlas ekspress surətli poçt xidmətinə versə də, şikayət xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Hesab edir ki, üzürlü səbəbdən müddət buraxılmışdır. Bu səbəbdən ərizənin təmin edilməsini, prosessual müddətin bərpa edilməsini, apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 prosessual müddətin bərpa edilməsinə dair ərizəni əsassız hesab edərək, apellyasiya şikayətinin icraata qəbul edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçı tərəfin prosessual müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İnzibati Prosessual Məcəllənin 75.1-ci maddəsinə əsasən bu Məcəllənin 85.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Göründüyü kimi, iddiaçının nümayəndəsi və vəkili məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün ərzində apellyasiya şikayəti verməmiş, bu müddəti üzürlü səbəblər olmadan buraxaraq xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir. İddiaçının nümayəndəsi və vəkili vəsatətində iddiaçının özünün xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verdiyini qeyd etsə də, bu halı təsdiq edən yazılı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-in 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İddiaçı apellyasiya şikayəti verilməsi müddətini üzürlü səbəbdən ötürdüyünü qeyd etsə də, həmin halları təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, müddətin buraxılmasının səbəblər üzürlü hesab edilə və buraxılmış müddət bərpa edilə bilməz. Azərbaycan Respublikası MPM-in 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən qərar iddiaçının nümayəndəsi və vəkili Vəkil məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə 06 oktyabr 2024-cü il tarixdə yerləşdirilmişdir. (Vəkil özü də bu halı ərizəsində etiraf edir və şikayətin verilməsi müddəti barədə hüquqlarını təmsil etmiş şəxsə məlumat verdiyini bildirir). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili İddiaçı özünün apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərdiyini göstərərək, “Atlas Ekspress” Sürətli Poçt Xidmətinə məxsus 413069 nömrəli qaimə fakturasını məhkəməyə təqdim etmişdir. Qaimə fakturada göstərilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə “Atlas Ekspress” Sürətli Poçt Xidmətinə təqdim etdiyi apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə, 02 ay 02 gündən sonra məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası qeyd olunan qaimə fakturaya tənqidi qiymət verərək hesab edir ki, “Atlas Ekspress” Sürətli Poçt Xidməti tərəfindən 2 aydan artıq müddət ərzində məktubu məhkəməyə verməməsi inandırıcı deyildir. Çünki, iddiaçının nümayəndəsi və vəkilinin xx.xx.2024cü il tarixdə yeni orderi olmuş və onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi elektron kabineti vasitəsilə apellyasiya ştikayəti verməyə kifayət qədər (13 gün) müddəti olmuşdur. “Atlas Ekspress” Sürətli Poçt Xidməti dövlət orqanı olmadığına görə, apellyasiya şikayətinin xx.xx.2024cü il tarixdə rabitə orqanına təqdim edilməsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-in 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1709/2024 nömrəli qərarı iddiaçının nümayəndəsi və vəkili Vəkil məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə 06 oktyabr 2024cü il tarixdə yerləşdirilmiş, qərardan 30 gün müddətində apellyasiya şikayəti verilməsi nəzərdə tutulsa da, iddiaçı özü xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, nümayəndəsi və vəkili vasitəsilə apellyasiya şikayətini isə 15 noyabr 2024-cü il tarixdə verərək, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti üzürlü səbəblər olmadan ötürmüşdür. Hazırkı işdə iddiaçının qanunla müəyyən edilmiş müddətdə şikayət vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən edilmir. İnzibati Prosessual Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 75, 80, 85, 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1709/2024 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi rədd edilsin. İddiaçı (xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş), iddiaçının nümayəndəsi və vəkili Vəkil (xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə) iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1709/2024 nömrəli qərarından verdiyi apellyasiya şikayətlərinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-163/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-163/2025
06.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver