Məhkəmə qərarları › İş №2-1(105)-165/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-165/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-165/2025 16.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X2 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “01 yanvar 1994-cü il tarixdən 28 dekabr 2005-ci il tarixədək "xxxx" zavodunda (ASC-də) işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2-1(118)-3393/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasını əsassız hesab edərək “Əmək pensiyaları haqqında” Qanunun 9.8- ci maddəsi nəzərə alınmaqla, ona xx.xx.2018-ci ildən, 52 yaşından əmək pensiyası təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 01 yanvar 1994-cü il tarixdən 28 dekabr 2005-ci il tarixədək "xxxx" zavodunda (ASC-də) işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı ildə Ermənistan SSR Amasiya rayonunda anadan olmuşdur. xx.xx.1984-cü ildən xx.xx.1986-cı illərdə keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1988-ci ildə "Sumqayıt Superfosfat” zavodunda əmək şəraiti xüsusilə ağır və zərərli sahəyə aid sulfat turşusu sexində əmək fəaliyyətinə başlamaqla xx.xx.2005-ci il tarixədək eyni müəssisədə zərərli əmək şəraitində fasiləsiz işləmişdir. İşlədiyi islehsalat sahəsi kimya sənayesinə aid olunmaqla işlədiyi peşə xüsusilə ağır və zərərli peşə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 N-li Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə və vəzifələrin 1 №-li Siyahısı”nda nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin şərtlərinə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti ağır və zərərli sahələrdə çalışan şəxslər yuxarıda qeyd edilən 1№-li siyahıda nəzərdə tutulmuş peşələrdə çalışdıqda kişilər 52 yaşından 20 il ümumi və bu müddətin azı 10 ilini adı çəkilən siyahıdakı peşələrdə çalışdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olurlar. Pensiya hüququnu zəruri edən vacib şərtlər təvəllüdünün xx.xx.1966-cı ildən anadan olduğu şəxsiyyət vəsiqəsilə, ümumi iş stajının Əmək Məcəlləsinin 87-ci maddəsində də deyildiyi kimi iş ştajını təsdiq edən əsas sənəd olan adına açılmış İT- 1-0922692 seriya nömrəli əmək kitabçası ilə, işlədiyi peşənin xüsusilə ağır və zərərliliyinə dair AR NK-nin xx.xx.1993-cü il tarixli 320 №-li Qərar ilə təsdiq edilmiş 1 №-li siyahısında və işlədiyi kimya sənayesi müəssisəsi tərəfindən verilmiş arayışla təsdiq olunur. Qeyd etdiyi əsaslar mövcud olduğundan əmək pensiyası hüququnu reallaşdırmaq məqsədilə təyinat üçün tələb olunan zəruri sənədlərini ərizə ilə birlikdə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etsə də, cavabdeh orqan əsassız və qanunsuz bəhanələrlə pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının əmək kitabçasına baxış keçirilən zaman onun xx.xx.1996-cı il tarixdə işdən azad olunması ilə bağlı olan 8-ci qeydin həmin tarixdə etibarsız sayıldığı göstərilən düzəlişi təsdiq edən möhür ilə xx.xx.2005-ci il tarixdə işdən azad olunma ilə bağlı 10-cu qeydini təsdiq edən möhürün rənglərinin eyni olduğu və ardıcıl vurulduğu aşkar edilmişdir. Əsaslı şübhələr yarandığından, Mərkəzi filialın mütəxəsisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi həyata keçirilmişdir. Nəticədə iddiaçının barəsində əmək haqqı cədvəlləri yoxlanılmış və müəyyən edilmişdir ki, iddiaçının işlədiyini iddia etdiyi bütün dövrlər üzrə ona yalnız xx.xx.1988 - xx.xx.1994-cü il tarixləri arasındakı dövr üzrə əmək haqqı ödənilmişdir. Bununla bağlı ‘‘Sumqayıt Superfosfat” ASC-nin əməkdaşlarının da iştirakı ilə akt tərtib edilmişdir. Yekun olaraq məlum olmuşdur ki, iddiaçının əmək kitabçasındaki 8, 9, 10-cu qeydlər güzəştli və ümumi iş stajının artırılması üçün yazılmışdır. Ona görə də iddiaçıya yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (10 il 19 gün (xx.xx.1983-xx.xx.1988-ci il və xx.xx.1988-xx.xx.1993-cü illər arasındaki dövr), güzəştli iş stajı isə 12 il 6 aydan az (5 il 4 ay 23 gün (xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındaki dövrlər)) təşkil edir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsasları da yoxdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1966-cı il təvəllüdlüdür. İddiaçının adına açılmış İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1988xx.xx.2005-ci illərdə Sumqayıt Supoerfosfat zavodunda sulfat turşusu istehsalatının sexində qazan maşinisti (müxtəlif dərəcələrlə) işləmişdir. xx.xx.1996-cı il tarixdə onun işdən azad edilməsi barədə qeyd aparılmış (8-ci qeyd), lakin daha sonra həmin qeydin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli 241 saylı sərəncamına əsasən Sumqayıt Superfosfat zavodunun bazasında "xxxx" ASC-nin yaradıldığı, iddiaçının xx.xx.2002-ci il tarixdən sulfat turşusu sexində 6-cı dərəcəli qazan maşinisti keçirildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 24 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1988-xx.xx.2005-ci il tarixlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının Vİİİ bölməsinin 1 №-li bəndində göstərilmiş istehsalatlara uyğun olaraq Kod 1080A010 Sulfat turşusu sexində soba maşinisti, qazanxana maşinisti və qazan maşinisti vəzifəsində işləmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 25 nömrəli arayışdan görünür ki, İddiaçı Sumqayıt Superfosfat zavodunda 08 Avqust 1988-ci il tarixdən (518-k nömrəli 05 Avqust 1988-ci il tarixli işə qəbul Əmri ) 02 İyun 1996-cı il tarixinə kimi 240 saylı Sulfat Turşusu sexində Qazan-maşinist vəzifəsində (28 Dekabr 2005-ci il tarixli 157-k nömrəli işdən çıxma Əmri- Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsi) işləmişdir (Tabel N 9007), xx.xx.1984-cü il-xx.xx.1986-cı il Sovet Ordu sıralarında olmuşdur. xx.xx.1988-ci il - 240 nömrəli Sulfat turşusu sexinə (SKS) 4-cü dərəcəli maşinist vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1991-ci il - 240 nömrəli Sulfat turşusu sexinə (SKS) 5-ci dərəcəli qazan maşinisti ixtisası verilmişdir. xx.xx.1992-ci il tarixdə 03 nömrəli Sulfat turşusu sexinə (SKS) 5-ci dərəcəli qazan maşinisti işinə keçirilmişdir. xx.xx.1992-ci il ixtisası üzrə 6-cı dərəcəli qazan maşinisti ixtisası verilmişdir. xx.xx.1996-cı il - 240 nömrəli Sulfat turşusu sexinə (SKS) 6-cı dərəcəli qazan maşinisti ixtisası verilmişdir. xx.xx.1996-cı il Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 60 saylı qərarına əsasən vahid tarif dərəcələrinə müvafiq olaraq, Sulfat turşusu sexinin Absorbsiya və kontakt şöbəsinə 8-ci dərəcəli Qazan maşinisti keçirilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 27.Xİ.2001-ci il tarixli 241 saylı sərəncamına əsasən "xxxx" zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. xx.xx.2002-ci il sulfat turşusu sexinə 6-cı dərəcəli qazan maşinisti keçirilmişdir. xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş məktubdan görünür ki, iddiaçının əmək kitabçasında xx.xx.1996-cı il tarixinə işdən çıxma əmri ilə bağlı vurulan möhürün mürəkkəbi (rəngi) ilə onun xx.xx.1996-cı il tarixində əmrin ləğv olunmasını təsdiq etmək məqsədi ilə vurulan möhürün mürəkkəbinin (rənginin) fərqli olması həmin vaxtı mürəkkəbin (rəngin) qurtarması ilə əlaqədar olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Baş mühasibi X5, Baş energetiki - Elektrik və Enerji sexinin rəisi X1, Elektrik sexinin elektriki X7, Kadrlar şöbəsinin rəisi X8 və Elektrik sexinin elektriki X9 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixi, 01 №-li aktdan görünür ki, 2019-cu ilin avqust ayında zavodun 53-cü korpusunda əsaslı təmir işlərinin aparılması məqsədi ilə işlərin görülməsi zamanı ustaların səhlənkarlığı nəticəsində Zavod Arxivi olan otağın dağılması səbəbindən Kadrlar şöbəsinə və Mühasibatlığa aid (illəri məlum olmayan) müxtəlif bəzi Arxiv kitablarının (Əmr kitabları, T-2 kitabları, Əmək haqqı kitabları və s.) müəyyən hisssələri dağıntı altında qaldığını və toplanmış zibillə birlikdə daşınaraq, zibilxanaya atılmasını müəyyən edilmişdir. Komissiya üzvləri belə qənaətə gəlir ki, gələcəkdə lazım olan sənədlərin araşdırılması zamanı, hər hansı illərə aid sənədlərin olmaması və yaxud tapılmaması müəyyən çətinliklərin yaranmasına səbəb ola bilər. Sumqayıt Dövlət Texniki Kolleci tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixli 93 c nömrəli əmrlə Sumqayıt Kimya- Texnologiya Texnikumunun əyani (gündüz) şöbəsinin azərbaycan bölməsinə tam orta (10 illik) təhsil bazasında “Sintetik kauçukun texnologiyası” ixtisasına (qrup-108) daxil olmuşdur. Həqiqi hərbi xidmətə çağırıldığı üçün xx.xx.1984-cü il tarixli 46-ct nömrəli əmrlə akademik məzuniyyət verilmiş,hərbi xidmətdən tərxis olunduqdan sonra xx.xx.1986-cı il tarixli 151-ct nömrəli əmrlə Sumqayıt Kimya- Texnologiya Texnikumunun gündüz şöbəsinin “Sintetik kauçukun texnologiyası” ixtisasına (qrup-136) bərpa edilmişdir. xx.xx.1988-ci il tarixli 108-ct nömrəli əmrlə Sumqayıt Kimya- Texnologiya Texnikumunu bitirmişdir. Ə.L.Hüseynov MT-İ seriyalı 281209 nömrəli diplom almışdır.(qeyd.N 1642). Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2-1(118)-3393/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 01 yanvar 1994-cü il tarixdən 28 dekabr 2005-ci il tarixədək "xxxx" zavodunda (ASC-də) işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə möhürün rənglərinin fərqli olması ilə bağlı dəlili əsassız hesab edir və qeyd edir ki, əmək kitabçasının doldurulması qaydasına cavabdeh işçi deyil, işəgötürəndir və möhürün rənginin fərqli olması iddiaçının uzun illər ərzində ağır şəraitdə işləməsini şübhə altına alınması üçün yetərli deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən ona 52 yaşdan əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq cavabdeh onun ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajından az staja malik olmasını bildirərək ona imtina cavabı vermişdir. Halbuki, iddiaçıya 52 yaşından əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı il tarixədək ən azı 20 il ümumi və 10 il güzəştli iş stajının toplaması tələb olunur və mübahisələndirilən dövr onun sosial sığorta stajına daxil edilərsə, tamamlanmış olur. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 10 il güzəştli və 20 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD N°li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 01 yanvar 1994-cü il tarixdən 28 dekabr 2005-ci il tarixədək "xxxx" zavodunda (ASC-də) işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı xx.xx.1966-cı il təvəllüdlü olmaqla tələb edilən əsaslarla pensiya yaşına çatmışdır. Eyni zamanda işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 10 il 19 gün, güzəştli iş stajının isə 5 il 4 ay 23 gün təşkil etdiyini qəbul edir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən ona 52 yaşdan əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq cavabdeh onun ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajından az staja malik olmasını bildirərək ona imtina cavabı vermişdir. Halbuki, iddiaçıya 52 yaşından əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı il tarixədək ən azı 20 il ümumi və 10 il güzəştli iş stajının toplaması tələb olunur və mübahisələndirilən dövr onun sosial sığorta stajına daxil edilərsə, tamamlanmış olur. Belə ki, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 26 iyun tarixli, 358-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 52 yaş müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1988-xx.xx.2005-ci illərdə Sumqayıt Superfosfat zavodunda sulfat turşusu istehsalatının sexində qazan maşinisti işləmişdir. Cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajına xx.xx.1983-xx.xx.1988-ci il və xx.xx.1988-xx.xx.1993-cü illər arasındakı dövrü, güzəştli iş stajına isə xx.xx.1988xx.xx.1993-cü il tarixləri arasındakı dövrləri aid etməklə, xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrləri 1994-2005-ci illərə dair əmək haqqı cədvəllərinin olmamasına, əmək kitabçasında möhürün rənglərinin eyni və ardıcıl olmasına istinad edərək həmin dövrləri iddiaçının ümumi və xüsusi iş stajına daxil etməmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın qeyd olunan dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1988xx.xx.2005-ci illərdə Sumqayıt Superfosfat zavodunda sulfat turşusu istehsalatının sexində qazan maşinisti işləmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 24 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1988-xx.xx.2005-ci il tarixlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının Vİİİ bölməsinin 1 №-li bəndində göstərilmiş istehsalatlara uyğun olaraq Kod 1080A010 Sulfat turşusu sexində soba maşinisti, qazanxana maşinisti və qazan maşinisti vəzifəsində işləmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 25 nömrəli arayışdan görünür ki, İddiaçı Sumqayıt Superfosfat zavodunda 08 Avqust 1988-ci il tarixdən (518-k nömrəli 05 Avqust 1988-ci il tarixli işə qəbul Əmri ) 02 İyun 1996-cı il tarixinə kimi 240 saylı Sulfat Turşusu sexində Qazan-maşinist vəzifəsində (28 Dekabr 2005-ci il tarixli 157-k nömrəli işdən çıxma Əmri- Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsi) işləmişdir (Tabel N 9007), xx.xx.1984-cü il-xx.xx.1986-cı il Sovet Ordu sıralarında olmuşdur. xx.xx.1988-ci il - 240 nömrəli Sulfat turşusu sexinə (SKS) 4-cü dərəcəli maşinist vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1991-ci il - 240 nömrəli Sulfat turşusu sexinə (SKS) 5-ci dərəcəli qazan maşinisti ixtisası verilmişdir. xx.xx.1992-ci il tarixdə 03 nömrəli Sulfat turşusu sexinə (SKS) 5-ci dərəcəli qazan maşinisti işinə keçirilmişdir. xx.xx.1992-ci il ixtisası üzrə 6-cı dərəcəli qazan maşinisti ixtisası verilmişdir. xx.xx.1996-cı il - 240 nömrəli Sulfat turşusu sexinə (SKS) 6-cı dərəcəli qazan maşinisti ixtisası verilmişdir. xx.xx.1996-cı il Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 60 saylı qərarına əsasən vahid tarif dərəcələrinə müvafiq olaraq, Sulfat turşusu sexinin Absorbsiya və kontakt şöbəsinə 8-ci dərəcəli Qazan maşinisti keçirilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 27.Xİ.2001-ci il tarixli 241 saylı sərəncamına əsasən "xxxx" zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. xx.xx.2002-ci il sulfat turşusu sexinə 6-cı dərəcəli qazan maşinisti keçirilmişdir. xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş məktubdan görünür ki, iddiaçının əmək kitabçasında xx.xx.1996-cı il tarixinə işdən çıxma əmri ilə bağlı vurulan möhürün mürəkkəbi (rəngi) ilə onun xx.xx.1996-cı il tarixində əmrin ləğv olunmasını təsdiq etmək məqsədi ilə vurulan möhürün mürəkkəbinin (rənginin) fərqli olması həmin vaxtı mürəkkəbin (rəngin) qurtarması ilə əlaqədar olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Baş mühasibi X5, Baş energetiki - Elektrik və Enerji sexinin rəisi X1, Elektrik sexinin elektriki X7, Kadrlar şöbəsinin rəisi X8 və Elektrik sexinin elektriki X9 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixi, 01 №-li aktdan görünür ki, 2019-cu ilin avqust ayında zavodun 53-cü korpusunda əsaslı təmir işlərinin aparılması məqsədi ilə işlərin görülməsi zamanı ustaların səhlənkarlığı nəticəsində Zavod Arxivi olan otağın dağılması səbəbindən Kadrlar şöbəsinə və Mühasibatlığa aid (illəri məlum olmayan) müxtəlif bəzi Arxiv kitablarının (Əmr kitabları, T-2 kitabları, Əmək haqqı kitabları və s.) müəyyən hisssələri dağıntı altında qaldığını və toplanmış zibillə birlikdə daşınaraq, zibilxanaya atılmasını müəyyən edilmişdir. Komissiya üzvləri belə qənaətə gəlir ki, gələcəkdə lazım olan sənədlərin araşdırılması zamanı, hər hansı illərə aid sənədlərin olmaması və yaxud tapılmaması müəyyən çətinliklərin yaranmasına səbəb ola bilər. Göründüyü kimi iddiaçının xx.xx.1988-xx.xx.2005-ci illərdə Sumqayıt Superfosfat zavodunda sulfat turşusu istehsalatının sexində qazan maşinisti vəzifəsində işləməsini təsdiq edən sənədlər mövcuddur. Hansı ki, cavabdeh inzibati orqan tərəfindən həmin sənədlərin mötəbərliyini şübhə altına alacaq əsaslı sübut təqdim edilməmişdir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi dəlillərdən biri iddiaçıya mübahisələndirilən dövrlərdə əmək haqqı ödənilməsini təsdiqləyən sənədlərin olmamasıdır. Həmin dəlili əsassız hesab edən kollegiya qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən pensiya təyin edilməsi zamanı iş stajı nəzərə alınırdı, iş stajını isə sübut edən əsas sənəd əmək kitabçası hesab olunurdu. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının işlədiyi dövrlərə aid əmək haqqı cədvəllərinin tərtib edilməsi, habelə həmin sənədlərin arxivləşdirilməsi məhz işəgötürənin vəzifəsi olmaqla, onun öhdəliyi kimi ortaya çıxmışdır. Bu baxımından işəgötürənin öz səlahiyyətlərini lazimi qaydada icra etməməsi halı iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına əsas hal kimi çıxış etməməlidir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında və digər sadalanan sənədlərədə qeyd edilmiş sulfat turşusu sexində işlədiyi qazan maşinisti peşəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə və vəzifələrə aid olması halı məhz işəgötürən tərəfindən təqdim edilmiş arayışla da öz təsdiqini tapmışdır. Eyni zamanda əmək kitabçasında olan möhürlərə istinad edilməklə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina olunması da qanunsuz olmaqla, iddiaçının əsas hüquqlarından biri olan sosial təminat hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olmuşdur. Beləliklə də, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 20 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 10 il xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi dəlillər əsassız olmaqla iddiaçının hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda qeyd olunan vəzifədə çalışmışdır. Qeyd olunan hal cavabdeh inzibati orqan tərəfindən də qəbul edilmişdir. Belə ki, iddiaçı 1988-ci ildən 2005-ci ilədək sulfat turşusu sexində “qazan maşinisti” vəzifəsində çalışmış, cavabdeh inzibati orqan tərəfindən iddiaçının həmin vəzifədə çalışdığı xx.xx.1983-xx.xx.1988-ci il və xx.xx.1988-xx.xx.1993-cü illər arasındakı dövrlər, güzəştli iş stajına isə xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər aid edilmiş, sözügedən vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən müvafiq Siyahıdakı vəzifə olduğu qəbul edilmişdir. Halbuki, iddiaçı həmin tarixlərdən sonra da xx.xx.2005-ci il tarixinə qədər eyni sulfat turşusu sexində eyni vəzifələrdə çalışmışdır. Cavabdeh inzibati orqan isə həmin dövrləri həm umumi iş stajı kimi həm də xüsusi iş stajı kimi nəzərə almamış və əsassız imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən həmin dövrlər həm ümumi iş satajı, həmdə xüsusi iş stajı kimi nəzərə alınmalıdır. İddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı dövləri və əmək kitabçasında qeyd edilən dövləri və yuxarıda qeyd edilən zərərli işlərdə işlədiyi dövrləri nəzərə alanda onun “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 10 il güzəştli və 20 il ümumi əmək stajı topladığı təsdiq olunur. Məhkəmə Kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal xarakter daşıyır. Əlavə olaraq iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut iş materiallarında yoxdur. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi. Eyni zamanda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət tarixini nəzərə alınmaqla onu almaq hüququ yarandığı gündən, lakin “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən (xx.xx.2023-cü il) əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı gəldiyi nəticəni də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən əsaslı hesab edir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. İşin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2-1(118)-3393/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar