Məhkəmə qərarları › İş №2-1(105)-168/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-168/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-168/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Fuad Əli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Şamaxı rayon filialına qarşı “avqust 1969-cu ildən may 1975-ci il tarixədək, iyun 1977-ci ildən may 1991-ci il tarixədək Şamaxı rayon Nəsimi adına sovxozda, iyun 1991-ci ildən iyun 1996-cı il tarixədək Çaylı kolxozunda işlədiyi müddətin siğorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2-1(118)- 982/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) yaşa görə pensiya təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı Rayon Şöbəsinə (bundan sonra mətndə cavabdeh) müraciət etmiş, lakin imtina cavabı almışdır. Cavabdeh 04.05.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, İddiaçı avqust 1969-cu ildən may 1975-ci ilədək, iyun 1977-ci ildən may 1991-ci ilıdık “Nəsimi” adına sovxozda, iyun 1991-ci ildən iyun 1996-cı il tarixədək Çaylı kolxozunda işlədiyi dövrlər əmək kitabçasında əksini tapmadığı üçün və əməyin ödənişi üzrə hesablaşma kitabında 1996-cı ildə adı başqa xətt ilə sonradan yazıldığına ona yaşa görə əmək pensiyası təyin etmək mümkün olmadı. Əmək pensiyaları haqqında Qanunun 3.1.1 maddəsinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasında qeyd olunmalıdır. Verilən imtina ilə razılaşmayan iddiaçı məhkəmədə iddia qaldıraraq, avqust 1969-cu ildən may 1975-ci il tarixədək, iyun 1977-ci ildən may 1991-ci il tarixədək Şamaxı rayon Nəsimi adına sovxozda, iyun 1991-ci ildən iyun 1996-cı il tarixədək Çaylı kolxozunda işlədiyi müddətin siğorta stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, yuxarıda qeyd edilən müddətin sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1955-ci ildə Əlibayramlı rayonu Udulu kəndində anadan olmuşdur. Sonradan onlar Şamaxı rayonu İİ Çaylı kəndinə köçmüşdür. Əmək fəaliyyətinə avqust 1969-cu ildə Nəsimi adına sovxozda başlamışdır. May 1975-ci il tarixədək orada işləyib hərbi xidmətə getmişdir və qayıdandan sonra yenə həmin sovxoza işə düzəlmişdir, iyun 1977-ci ildən may 1991-ci il tarixədək Nəsimi adına sovxozda, sonra isə iyun 1991-ci ildən iyun 1996cı il tarixədək Çaylı kolxozunda işləmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2-1(118)- 982/2020 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı 1970-ci ilin yanvar ayından may 1975-ci il tarixədək, iyun 1977-ci ildən may 1991-ci il tarixədək Şamaxı rayon Nəsimi adına sovxozda, iyun 1991-ci ildən iyun 1996-cı il tarixədək Çaylı kolxozunda işlədiyi dövrlərin onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Şamaxı rayon filialının üzərinə qoyulması qərara alınmışdır. (hakim V.Əzizova) Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının işlədiyi dövrlər əmək kitabçasında əksini tapmadığı üçün sığorta stajı kimi nəzərə alına bilməz. Qüvvədə olan pensiya qanunvericiliyi sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışlarını aid etməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi apellyasiya şikayətinə əlavə izahat təqdim edərək qeyd etmişdir ki, Milli Arxiv İdarəsi X6 filialı tərəfindən verilmiş arxiv arayışında göstərilmişdir ki, İddiaçı 1969-cu ilin may ayından dekabr ayına, 1971-ci ildən 1975-ci ilin may ayına qədər “Nəsimi” adına sovxozda işləmişdir. Bu arayışın mötəbərliyi və iddiaçının həqiqətən də, qeyd edilən illərdə işləməsi şübhə doğurur. Belə ki, həmin dövrdə qüvvədə olan “SSR Əmək Qanunları” Məcəlləsi və “Uşaq Hüquqları haqqında” X1biliyyətli yaş dövrünün 16 yaşdan yarandığı göstərilmişdir. Arayışda isə göstərilmişdir ki, iddiaçının hələ 15 yaşı tamam olmadan əmək işləyib əmək haqqı almışdır. İddiaçı işə qəbul edilərək işləməsi həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olduğundan, iddiaçının qeyd olunan dövrlərdə işləməsi və bunu təsdiq edən arxiv arayışının mötəbərliyi şübhə doğurur. Bu səbəbdən də iddiaçının təqdim etdiyi 268 nömrəli 22 may 2019-cu il tarixli arxiv arayışında göstərilən illər cavabdeh tərəfindən onun sosial sığorta stajına hesablanmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin verdiyi arayışda iddiaçının 2 il 5 gün hərbi xidmətdə olduğu müəyyən edilib. Milli Arxiv İdarəsi X6 filialı tərəfindən verilmiş arayışda iddiaçının “Çaylı” adına kolxozda 5 il 1 ay və “Nəsimi” adına sovxozda 13 il 10 ay işləməsi göstərilmişdir. Göründüyü kimi iddiaçının təqdim etdiyi sənədlərə əsasən, 25 il iş stajı tamamlanmır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırda apellyasiya baxışının hədlərini iddianın təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissəsini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissə üzrə yoxlamışdır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qisməniddia tələbinin təmin edildiyi hissədə ləğv edilməli, bu hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. İşin hallarından görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Şamaxı rayon filialına müraciət etmiş, lakin sonuncu İddiaçı avqust 1969-cu ildən may 1975-ci ilədək, iyun 1977-ci ildən may 1991-ci ilıdık “Nəsimi” adına sovxozda, iyun 1991-ci ildən iyun 1996-cı il tarixədək Çaylı kolxozunda işlədiyi dövrlərin əmək kitabçasında əksini tapmadığı üçün və əməyin ödənişi üzrə hesablaşma kitabında 1996-cı ildə adı başqa xətt ilə sonradan yazıldığına görə ona pensiya təyin edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək avqust 1969-cu ildən may 1975-ci il tarixədək, iyun 1977-ci ildən may 1991-ci il tarixədək Şamaxı rayon Nəsimi adına sovxozda, iyun 1991-ci ildən iyun 1996-cı il tarixədək Çaylı kolxozunda işlədiyi müddətin sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təqdim etdiyi arxiv arayışları və məhkəmə araşdırması zamanı əldə edilən digər sübutlarla iddiaçının avqust 1969-cu ildən may 1975-ci il tarixədək, iyun 1977-ci ildən may 1991-ci il tarixədək Şamaxı rayon Nəsimi adına sovxozda, iyun 1991-ci ildən iyun 1996-cı il tarixədək Çaylı kolxozunda işləməsi və əmək haqqı alması təsdiq edilir. Qanunvericiliyə əsasən əmək müqaviləsi 15 yaşına çatmış şəxslərlə bağlana biləcəyinə görə, iddiaçının 15 yaşı tamam olana kimi işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçının 15 yaşı tamam olan tarixdən işlədiyi müddət nəzərə alınmaqla 25 ildən artıq sığorta stajına malikdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən işin hallarını tam araşdırmamış, iddiaçının sığorta stajını düzgün heablamamış, nəticədə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd hissəsinə əsasən, 7-ci maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Lakin iş materiallarına əlavə edilmiş arxiv arayışlarından görünür ki, iddiaçı 25 illik ümumi iş stajını toplamamışdır. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı 1955-ci il təvəllüdlü olmaqla arxiv arayışına əsasən, 14 yaşından etibarən əmək fəaliyyətinə başlasa da, birinci instansiya məhkəməsi 15 yaşadək olan müddətdə işlədiyi dövrü sığorta stajına daxil etməmiş, iddiaçı isə bu hissədə qərarı mübahisələndirməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi qərarın nəticə hissəsində iddiaçının 1970-ci ilin yanvar ayından may 1975-ci il tarixədək, iyun 1977-ci ildən may 1991-ci il tarixədək Şamaxı rayon Nəsimi adına sovxozda işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsini qərara alsa da, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X7 filialının 10 avqust 2020-ci il tarixli, 76/64 saylı arayışından görünür ki, iddiaçının 1970-ci ildə sovxozda işləməsi və əmək haqqı alması barədə arayışda heç bir məlumat qeyd edilməmişdir. Arayışda iddiaçının 1969-cu ilin avqust-dekabr aylarında işləməsi, daha sonra isə 1971-ci ilin aprel ayından etibarən hərbi xidmətə gedənə, yəni 1975-ci il may ayına kimi (aprel 1971-may 1975-ə kimi 4 il), eləcə də, hərbi xidmətdən qayıtdıqdan sonra 1977-ci il iyun ayından 1989-cu ilin dekabr ayına kimi (12 il 07 ay) həmin sovxozda işləməsi və əmək haqqı alması barədə məlumat yazılmışdır. Eləcə də, arxiv arayışına əsasən, iddiaçı 1991-ci il iyun ayından 1996-cı ilin iyun ayına kimi (5 il) Şamaxı rayon Çaylı kənd kolxozunda işləmiş və əmək haqqı almışdır. Şamaxı rayon məhkəməsinin 10 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, Milli Arxiv İdarəsi X7 filialının 22 may 2019-cu il tarixli Arxiv Çıxarışına əsasən 1969-1979, 1980-1989, 1990-1991-ci illərdə Şamaxı rayonu, “Nəsimi” adına sovxozda işləməyi barədə yazılmış sənədlərin, 1991-1996-cı illərdə Şamaxı rayonu Çaylı kənd kolxozunda işləməyi barədə yazılmış sənədlərin İddiaçı məxsus olması faktı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin 28 yanvar 2020-ci il tarixli, 130 saylı arayışından görünür ki, Şamaxı rayonun 2-ci Çaylı kəndində qeydiyyatda olan 1955-ci il təvəllüdlü İddiaçı həqiqətən 08.06.1975-ci ildən 13.06.1977-ci ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Beləliklə müəyyən olunur ki, müddətli həqiqi hərbi xidmətdə olduğu illər də nəzərə alınmaqla iddiaçı ( 4il+12 il 07 ay+5il+2il=23 il 07 ay) cəmi 23 il 07 ay sığorta stajına malik olmuşdur. Hazırda qüvvədə olan qanunvericiliyə görə isə yaşa görə pensiyanın təyini üçün iddiaçının ya minimum 25 il sığorta stajı olmalı, ya da fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmalıdır. Hazırkı halda isə iş materialları ilə müəyyən edilir ki, iddiaçı nə minimum sığorta stajına, nə də ki pensiya təyini üçün kifayət edən minimum kapitala malik olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan, iddiaçının sığorta stajını hesablamadan iddianın təmin edilməsi nəticəsinə gəlmiş, bununla da maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2-1(118)-982/2020 saylı qərarı qismən - iddianın təmin edilən hisssəsində ləğv edilməli, bu hissədə iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2-1(118)- 982/2020 saylı qərarı qismən-iddianın təmin edilən hissəsində ləğv edilsin. Bu hissədə iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Şamaxı rayon filialına qarşı 1970-ci ilin yanvar ayından may 1975-ci il tarixədək, iyun 1977-ci ildən may 1991-ci il tarixədək Şamaxı rayon Nəsimi adına sovxozda, iyun 1991-ci ildən iyun 1996-cı il tarixədək Çaylı kolxozunda işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar