Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-168/2022 26.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8165 nömrəli qərarın və “Vergilərin, sosila sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2021-ci il tarixli, **********877400 saylı qərarın ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(118)-1987/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 03 may 2021-ci il tarixli **********8654 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 8 ünvanında yerləşən Xırdalan 4 saxlama anbarında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarəti keçirilmiş, nəticədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 002459 nömrəli akt tərtib edilmişdir.
2. Operativ vergi nəzarətinin nəticəsinə uyğun olaraq tərtib edilmiş xx.xx.2021-ci il tarixli DVX seriyalı 002459 nömrəli akt Baş İdarənin xx.xx.2021-ci il tarixli **********972300 nömrəli məktubu ilə Cəmiyyətə göndərilmişdir.
3. Həmin akta baxılması nəticəsində xx.xx.2021-ci il tarixli **********8165 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərarla "xxxx" MMC-yə 313161,69 manat sanksiyası tətbiq edilmişdir.
4. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********8165 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə iddiaçı tərəfindən inzibati şikayətlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmiş, lakin sonuncu tərəfindən xx.xx.2021-ci il tarixli **********321000 nömrəli inzibati şikayətin təmin edilməməsi barədə qərar qəbul edilmişdir.
5. Bundan əlavə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosila sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2021-ci il tarixli **********877400 saylı qərarı ilə 2021-ci ilin iyun ayı üzrə "xxxx" MMC-yə əlavə dəyər vergisi üzrə 227. 325,15 manat vergi hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8165 nömrəli qərarın və “Vergilərin, sosila sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2021-ci il tarixli, **********877400 saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********78654 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 8 ünvanında yerləşən Xırdalan 4 saxlama anbarında operativ vergi nəzarəti keçirilmiş, nəticədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 002459 nömrəli akt tərtib edilmişdir. Həmin aktda baxılması nəticəsində xx.xx.2021-ci il tarixli, **********8165 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmiş və həmin qərarla "xxxx" MMC-yə 313161,69 manat sanksiyası tətbilq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********8165 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə iddiaçı tərəfindən inzibati şikayətlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmişdir. Lakin, sonuncu tərəfindən xx.xx.2021ci il tarixli **********321000 nömrəli "İnzibati şikayətin təmin edilməməsi barədə” qərar qəbul edilmişdir. Bundan əlavə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********77400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasında kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üzrə əlavə dəyər vergisi üzrə 227. 325,15 manat vergi hesablanmışdır. İddia tələbi onunla əsaslandırılır ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********8165 nömrəli və xx.xx.2021-ci il tarixli **********877400 nömrəli qərarları maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, sahibkarlıq sahəsində aparılan vergi yoxlamalarının vahid məlumat reyestrindən çıxarışda və operativ vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********78654 nömrəli qərarda yoxlamanın predmeti və əsası kimi Vergi Məcəlləsinin 58.8-ci maddəsi qeyd olunmuşdur. Lakin operativ vergi yoxlaması nəticəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002459 nömrəli aktda və onun əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8165 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarda vergi qanunvericiliyinin pozulması kimi Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad edilmiş və yoxlamanın nəticəsi həmin maddəyə əsasən rəsmiləşdirilmişdir ki, bu da kobud qanun pozuntusudur. Məlum olduğu kimi, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 2013-cü il iyulun 2-də qəbul edilib və 2014-cü il martın 1-dən qüvvəyə minib. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1 -ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin qanunun 4.2.4-cü maddəsinə əsasən sahibkarın yoxlama ilə bağlı olmayan fəaliyyətinə müdaxilə edilməməsi yoxlamaların əsas prinsilərindən biri sayılır. Yuxarıda qeyd olunan qanunun tələbindən də göründüyü kimi vergi ödəyicisində keçiriləcək yoxlama yalnız sahibkarlıq sahəsində aparılan vergi yoxlamalarının vahid melumat reyestrindən çıxarışda qeydə alınmalı, əks halda belə bir yoxlamanın aparılmasının heç bir hüquqi nəticəsi yoxdur. Xüsusi ilə vurğulamışlar ki, Vergi Məcəlləsinin 58-ci maddəsi vergilərin azaldılmasına və digər vergi hüquq pozuntularına görə tətbiq edilən maliyyə sanksiyalarının tətbiq edilməsini tənzimləyir. Həmin maddənin 58.8-ci maddəsində nəzərdə tutulmuş yoxlama tədbirləri ilə Məcəllənin 58.13-cü maddəsində nəzərdə tutulmuş yoxlama tədbirləri tamam bir-birindən fərqli formada aparılır. Belə ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71- 1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı ve qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məlumat üçün qeyd edilmişdir ki, Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə tətbiq edilir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Yuxarıda qeyd olunan hər iki maddənin məzmunundan göründüyü kimi həmin sahələr üzrə yoxlamaların predmeti tamam fərqlidir. Bundan əlavə operativ vergi yoxlaması zamanı tərtib edilmiş xx.xx.2021-ci il tarixli DVX seriyalı 002459 nömrəli aktda göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən ona məxsus anbarda malların elektron vergi qaimə-faktura təqdim edilməli olduğu halda 1 565 808,43 manat dəyərində malların elektron vergi qaimə-faktura verilmədən təqdim olunduğu müəyyən edilmişdir. Lakin həmin akta əlavə edilmiş xx.xx.2021-ci il tarixli DVX seriyalı 000618 nömrəli Siyahıda elektron vergi hesab-faktura təqdim edilmədən təqdim edilmiş mallara dair heç bir məlumat göstərilməmişdir. Belə olan halda cavabdeh tərəfindən 1 565 808,43 manat dəyərində malların eletron hesab-faktura təqdim edilmədən təqdim edilməsi qənatinə gəlməsi absuddur. Göründüyü kimi, cavabdeh tərəfindən maddi və prosessual pozuntular əsasında keçirdiyi yoxlamanın nəticəsində qəbul etdiyi qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Daha sonra cavabdeh tərəfindən 2021ci ilin iyun ayı üzrə təqdim edilən ƏDV bəyannaməsinə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində qarşılıqlı əlaqələrə görə yaranmış kənarlaşma ilə əlaqədar 227325.15 manat kameral vergi yoxlaması ilə əlavə vergi hesablanmışdır. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Həmin Məcəllənin 166.1.1-ci maddəsinə əsasən nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt ödəmə aparılmış sayılır. Cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılan zamanı Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, əgər vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində kənarlaşmalar aşkar edilmişdirsə, həmin kənarlaşmalar aylar üzrə müəyyən edilməli, yəni vergi tutulan əməliyyatların vaxtı düzgün müəyyən edilməli və yaranmış kənarlaşmalar hansı ayda baş vermişdirsə, həmin ay üzrədə kameral vergi yoxlaması ilə əlavə hesablamalar aparılmalı idi. Lakin cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə kənarlaşmaları ümumiləşdirilib 2021-ci ilin iyun ayına ƏDV üzrə əsassız hesablama aparmışdır. Eyni zamanda hesablama aparılarkən xx.xx.2021-ci ıl tarixdə müəssisənin ƏDV sub-hesabına daxil olmuş 15000.0 manat məbləğin xx.xx.2021-cİ tarixdə geri qaytarılması nəzərə alınmamışdır.
8. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd edilən dəlilləri vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığına görə əsassızdır. Belə ki, iş üzrə cavabdeh vergi orqanının “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8654 nömrəli qərarı əsasında Cəmiyyətin sahibkarlıq fəaliyyəti göstərdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şosesi 8 ünvanda yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə, malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8654 nömrəli Qərarına əsasən xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1.565.808,43 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 002459 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Operativ vergi nəzarətinin nəticəsinə uyğun olaraq tərtib edilmiş xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002459 nömrəli akt Baş idarənin xx.xx.2021-ci il tarixli **********972300 nömrəli məktubu ilə Cəmiyyətə göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2021-ci il tarixdə saat 18:53-də oxunmuşdur. Etirazda göstərilir ki, Vergi Məcəlləsinin xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada electron - qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti hesab edilir. Eyni zamanda Vergi Məcəlləsinə 71.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda - mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə - malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə - işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71- 1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda - malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilənlərə əsasən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında və həmçinin də vergi uçotu olmayan alıçılara ödəniş çeki verilməklə malları təqdim etməsi istinad edilən qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin sanksiyasına görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiqi nəzərdə tutulmuşdur. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi, 2 və 12 saylı Ərazi Vergilər Baş İdarələrinin və 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********8651, **********8653, **********8654, **********8655 nömrəli, xx.xx.2021-ci il tarixli, **********684, **********685, **********686, **********687, **********8659, **********8696, **********8694, **********8697 və **********8695 nömrəli "Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarlarına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Heybət D/Y stansiyasının cənubu, Lökbatan - Xocasən yolunun cənubşərq hissəsi ünvanda yerləşən anbarda (********** - 11001), ünvan 3 ünvanda yerləşən mağazada (********** - 15001), Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə ŞTQ, Binəqədi şosesi, 294B ünvanda yerləşən anbarda (********** - 10001) xx.xx.2021-ci il tarixdə, ünvan 5 ünvanda yerləşən anbarda (********** - 10002) xx.xx.2021 -ci il tarixdə, ünvan 6i ünvanda yerləşən anbarda (********** - 76001) xx.xx.2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə ünvanda yerləşən anbarda (********** - 31002) xx.xx.2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Şamaxı şosesi 8 ünvanda yerləşən anbarda (********** - 31005), Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə ünvanda yerləşən anbarda (********** - 31004), Quba rayonu, Timiryazev ŞTQ ünvanda yerləşən Qum - Çınqıl karxanasında (********** - 45003), ünvan 9i ünvanda yerləşən Qum-Çınqıl karxanasında (********** - 45004), ünvan 10da yerləşən Qum-Çınqıl karxanasında (********** - 45001), ünvan 11nvanda yerləşən Qum-Çınqıl karxanasında (********** - 45005). xx.xx.2021-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı Əlavə dəyər vergisi də daxil olmaqla ümumilikdə 1.704.268,3 manat dəyərində mal qalığının olduğu müəyyən edilmişdir. Qeyd olunan təsərrüfat subyektlərində mövcud olmuş mal qalığı və vergi ödəyicisinin təsərrüfat fəaliyyəti üzrə araşdırmalar aparılarkən Cəmiyyətin 01,05.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan hesabat dövründə ümumilikdə 7.473.328,2 manat dəyərində mal idxal etdiyi və daxili bazardan aldığı, 8.172.367,6 manat dəyərində malları elektron qaimə - faktura üzrə satdığı, baza məlumatları üzrə dövrün sonuna 3.535.896,7 manat dəyərində malların qalıqda qaldığı, lakin yuxarıda qeyd olunan təsərrüfat subyektlərində müəyyən edilmiş faktiki mal qalığının 1.704.268,3 manat təşkil etdiyi müəyyən edilmişdir. Malların çeşidləri üzrə müəyyən edilmiş mal qalığının araşdırılması və faktiki mallarla baza məlumatlarının müqayisəsi nəticəsində “Divar kağızı və lövhəcikləri” malı üzrə 93.377,0 manat, elektrik məişət malları üzrə 393.268,4 manat, hamam ləvazimatları üzrə 233.107,0 manat, kombi və radiator malları üzrə 997.309,3 manat, qapı və aksessuarlar üzrə 135.928,0 manat, su nasosları üzrə 14.484,1 manat olmaqla, ümumilikdə 1.867.473,9 manat dəyərində malların kənarlaşması müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixli **********3488 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərar əsasında keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə əsasən xx.xx.2021-ci il tarixli DVX seriyalı 002442 nömrəli akt əsasında müəyyən edilmiş (ƏDV daxil) 301.665,47 manat dəyərində mallar nəzərə alınmaqla, 1.565.808,43 manat (1.867.473,9 - 301.665,47) dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi müəyyən edilmiş və yol verilmiş vergi qanunvericiliyinin pozuntusu Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən il ərzində ikinci hal kimi qiymətləndirilərək 1.565.808,43 manat dəyərində mallara görə 20 % olmaqla, ümumilikdə 313.161,69 manat məbləğində maliyyə sanksiyası tətbiq edimişdir. Belə ki, tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8165 nömrəli qərarı əsasında Cəmiyyət barəsində 313.161,69 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2021-ci il tarixli **********380800 nömrəli məktubu ilə Cəmiyyətin dövlət qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2021-ci il tarixdə saat 17:03-də oxunmuşdur. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı malların topdansatışı fəaliyyəti ilə məşğuldur və malları təqdim edərkən Vergi Məcəlləsinin 13.2.63- cü və 71-1-ci maddələrinin tələblərinə əməl etməmişdir. Etirazda "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********877400 nömrəli Qərarla bağlı göstəilri ki, vergi ödəyicisinin fəaliyyətinin araşdırılması zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 1234453,94 manat olmasına baxmayaraq (ƏDV depozit hesabına və bank hesabına daxil olan vəsaitə əsasən), qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 1007128,79 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 227325,15 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Bununla əlaqədar etirazda Vergi Məcəlləsinin 37.1, 37.3-cü maddələrinə istinad edilərək göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixli, **********735600 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi barədə məktuba heç bir əsaslı münasibət bildirilmədiyi və dəqiqləşdirilmiş hesabat təqdim edilmədiyi üçün kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üzrə ƏDV bəyannaməsinə 227325,15 manat vergi hesablanılmışdır.
9. Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(118)-1987/2021 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8165 nömrəli qərarının ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
10. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək qərarın qismən təmin edilən hissəsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni məzmunda əsaslandırmış, habelə şikayətdə işin faktiki hallarına və Vergi Məcəlləsinin müvafiq maddələrinə istinad etməklə göstərmişdir ki, məhkəmənin “2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********8654 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarı qanunvericiliyin tələblərinə uyğun olmayaraq qəbul edilmişdir. Eyni zamanda məhkəmə prosesi gedişində də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir” dəlili tamamilə əsassızdır. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarda imperativ göstəriş olaraq qeyd edilməli olan məsələlər qanunvericiliklə konkret olaraq müəyyən olunmuşdur ki, vergi orqanı da özünün xx.xx.2021-ci il tarixli **********8654 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarında qeyd olunan halları nəzərə almışdır. Bu baxımdan məhkəmənin qeyd olunan dəlillərini əsassız hesab edilir. Şikayətdə göstərilir ki, məhkəmə inzibati mübahisə üzrə lazımi araşdırma aparmadığı üçün, iş materiallarında mövcud olan sənədləri araşdırmadığı üçün və işin hallarının araşdırılması üzrə vəzifələrini icra etmədiyi üçün işin faktiki halları baxımından yalnış hallar müəyyən etmiş və haqlı olmayan nəticəyə gəlmişdir. Şikayət daha sonra onunla əsaslandırılır ki, iddiaçının yoxlama həyata keçirilən ünvanda qeydiyyata aldığı obyekt yalnız anbardan ibarət olmuşdur ki, məhkəmə bu hala da diqqət etməmiş və iddiaçının pərakəndə satış üçün mağazalarının qeydiyyatda olub-olmamasını və ya faktiki olaraq olub olmamasını araşdırmamışdır. Şikayətdə daha sonra Avropa İnsan hüquqları Məhkəməsinin bir sıra işlər üzrə məhkəmə qərarlarına istinad edərək birinci instansiya məhkəməsi tərəfindən ədalətli məhkəmə araşdırılması aparılmadığı, Konvensiyasının 6.1 bəndinin tələblərinin pozulduğunu göstərilir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı "xxxx" MMC apellyasiya şikayətinə dair etiraz təqdim edərək və etirazda iddia ərizəsində qeyd edilmiş hallara istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları … 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası:
1. Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti; Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POSterminaldan çıxarış verilir. 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
19. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən yalnız iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, iddiaçı isə qərardan şikayət vermədiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının yalnız iddianın təmin edilən hissəsinin qanuniliyi və əsaslılığı yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi nəticəsində tətbiq edilmiş maliyyə sanksiyası barədədir.
22. Belə ki, işdən görünür ki, cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8654 nömrəli qərarına əsasən, iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 8 ünvanında yerləşən anbarında operativ vergi nəzarəti tədbiri həyata keçirilməsi qərara alınmışdır.
23. Qərarda nəzarətin keçirilməsi müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aralığında keçirilməsi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli akta əsasən, həmin tarixdə iddiaçıya məxsus anbarda operativ vergi nəzarətinin həyata keçirilməsi başlanılmış, vergi ödəyicisinin operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinə məxsus anbardan malların elektron qaimə faktura təqdim edilməli olduğu halda 1.565.808,43 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 313.161,69 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi ödəyicisinə malların təqdim edilməsi zamanı elektron qaiməfaktura əsasında təqdim olunması tövsiyyə olunmuşdur.
24. Cavabdeh tərəfindən qəbul edilmiş 15 iyul 2021-ci il tarixli **********8165 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən iddiaçı barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 313161,69 manat manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmış, xx.xx.2021-ci il tarixədək 313161,69 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
25. Hazırda iddiaçı həmin qərarı mübahisələndirir. İşə baxan birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Cavabdeh qərarla razılaşmayaraq apellyasiya şikayətində iddiaya yuxarıda göstərilmiş müvafiq dəlillərə istinad etmişdir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh inzibati orqanın 15 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı gəldiyi hüquqi nəticəni əsaslı hesab edərək cavabdehin müvafiq dəlilləri ilə bağlı qeyd edir ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri).
27. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırki işdə cavabdeh iddiaçının göstərilən tarixlərdə 1.565.808,43 manat dəyərində malları elektron qaimə-faktura verilmədən təqdim edilməsini göstərməklə əslində topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edirsə bunu konkret sənədlərlə, dəlillərlə sübut etməlidir. Həmçinin, kollegiya qeyd edir ki, pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı özünün xx.xx.2021ci il tarixli aktında vergi ödəyicisinin operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinə məxsus anbardan malların elektron qaimə faktura təqdim edilməli olduğu halda 1.565.808,43 manat dəyərində malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinin müəyyən olunduğunu, habelə həmin akt əsasında qəbul edilmiş 15 iyul 2021-ci il tarixli qərarı ilə iddiaçını barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə məsuliyyətə cəlb edildiyini göstərsə də, ümumiyyətlə 15 iyul 2021-ci il tarixli qərarda həmin malların həqiqətən də iddiaçı tərəfindən təqdim edilməsini hansı qaydada müəyyən etdiyini göstərməmiş, sadəcə olaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 000618 nömrəli siyahıda yalnız ümumi məbləği (1.565.808,43 manat) göstərilmiş malların anbarda mövcud olmamasını onların iddiaçı tərəfindən təqdim edilməsi kimi qiymətləndirmişdir. Halbuki, xx.xx.2021-ci il tarixli DVX seriyalı 000618 nömrəli siyahının məzmunundan görünür ki, siyahıda “anbarda mövcud olan mallar və digər sərvətlər aşağıdakı kimidir” qeyd edilsə də, siyahının mətnində olan malların adı və s. göstəricilər əks edilmiş cədvəldə hər-hansı qeyd aparılmamış, yalnız həmin siyahının sonunda “1.565.808,43 manat” qeyd edilmişdir. Belə olan halda siyahıda gösrərilmiş “1.565.808,43 manat” qeydinin “anbarda mövcud olan mallar və digər sərvətlər”ə aid olması, yaxud onun anbardan elektron qaimə-faktura verilmədən təqdim edilmiş malların ümumi dəyəri kimi göstərilməsi həmin siyahının öz məzmunu ilə də müyyən olunmur. xx.xx.2021-ci il tarixli DVX seriyalı 000618 nömrəli siyahının, xx.xx.2021-ci il tarixli aktın və 15 iyul 2021-ci il tarixli qərarının məzmunundan isə belə görünür ki, cavabdeh inzibati orqan məhz xx.xx.2021 il tarixdən xx.xx.2021-ci il tarixləri aralığında keçirilən operativ vergi nəzarəti nəticəsində, yalnız bir gün - xx.xx.2021ci il tarixdə iddiaçı tərəfindən 1.565.808,43 manat dəyərində malların elektron qaiməfaktura verilmədən təqdim edilməsini müəyyən etmişdir ki, bu hal da işin faktiki hallarına uyğun olmamaqla yanşı öz təsdqini tapmır.
29. Lakin işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi barədə xx.xx.2021-ci il tarixli **********8654 nömrəli qərarda tədbirin xx.xx.2021 il tarixdən xx.xx.2021-ci il tarixləri aralığında keçirilməsi müəyyən olunsa da, cavabdehin etirazından və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iddiaçının inzibati şikayətin təmin edilməməsi barədə xx.xx.2021-ci il tarixli **********321000 nömrəli qərarından müəyyən edildiyi kimi, iddiaçının təsərrüfat subyektlərində möcud olmuş mal qalığı və vergi ödəyicisinin təsərrüfat fəaliyyəti üzrə araşdırma aparılarkən iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan hesabat dövründəki fəaliyyəti yoxlanılmış, ümumilikdə 1.867.473,9 manat dəyərində malların kənarlaşması müəyyən edilərək xx.xx.2021-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərar əsasında keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə əsasən xx.xx.2021-ci il tarixli DVX seriyalı 002442 nömrəli akt əsasında müəyyən edilmiş (ƏDV daxil) 301.665,47 manat dəyərində mallar nəzərə alınmaqla, 1.565.808,43 manat (1.867.473,9 - 301.665,47) dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi müəyyən edilmişdir. Göründyü kimi, cavabdeh vergi orqanı faktiki olaraq nəzarət tədbiri zamanı yalnız tədbir anında baş tutan deyil, ümumilikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablamışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Halbuki, Vergi Məcəlləsinin yuxarıda istinad edilən 50.1 və 50.2-ci maddələrinin məzmunundan göründüyü kimi operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14cü maddələrində sadalanan hallara vergi ödəyicisi tərəfindən məhz operativ vergi nəzarəti tədbiri anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən tədbirdir.
30. Bundan əlavə, məhkəmə apellyasiya şikayətində göstərilən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında malları təqdim etməsi ilə bağlı dəlillərə münasibətdə qeyd edir ki, qanunverici, topdansatış fəaliyyəti ilə məşğul olan sahibkara pərakəndə satış fəaliyyətini qadağan etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 3.12-ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.2-ci bəndinə əsasən, vergiödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Bundan başqa, Vergi Məcəlləsinin 13.2.62ci və 13.2.63-cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alındığı halda isə topdansatış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarətkassa aparatının çeki, ikinci halda isə elektron-qaimə faktura təqdim edilir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış zamanı malların alıcısına qəbz və ya nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə faktura yalnız alıcı tələb etdiyi halda təqdim edilir. Cavabdeh qəbul etdiyi inzibati aktda iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə görə elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər. Bununla bağlı kollegiya qeyd edir ki, hətta cavabdeh vergi orqanının ehtimal etdiyi kimi, pərakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Halbuki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8165 nömrəli qərar maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan birinci instansiya məhkəməsinin qeyd edilən qərarın ləğv edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(118)-1987/2021 nömrəli qərarı iddianın qismən təmin edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.