Məhkəmə qərarları › İş №2-1(105)-17/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-17/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-17/2025 11.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: X1, Hakimlər X2 və X3 ibarət tərkibdə, X7 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X4, X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “2020-ci ilin dekabr ayından ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(118)- 1361/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarında olan TSEK-in xxxxxxx0001 nömrəli müayinə aktından çıxarışdan görünür ki, iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək ona 30 noyabr 2006-cı il tarixdən “Sol borunun Cr-i (cərrahi və 3 kurs PKT dərman müalicəsindən sonrakı vəz.) İİ dər.anemiya. Qabarıq ANS” diaqnozu ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

2. İş materiallarında olan TSEK-in xxxxxxx0002 nömrəli müayinə aktından çıxarışdan görünür ki, iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək ona 02 dekabr 2014-cü il tarixdən “Sol uşaqlıq borusunun Cr-i. (kombinə olunmuş müal.sonr.vəz.). Qara ciyərin piy distrofiyası. Xr. pankreatit. L5-S1 fəqərəarası osteoxondroz. kəskin kökcük ağrılarla. Qarının ön divarının cərrahi əməliyyatdan sonrakı iri həcmli yırtığı” diqnozu ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

3. İş materiallarında olan TSEK-in xxxxxxx0003 nömrəli müayinə aktından çıxarışdan görünür ki, iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək ona 02 dekabr 2015-ci il tarixdən “Sol uşaqlıq borusunun Cr-i. (kombinə olunmuş müal.sonr.vəz.). Qara ciyərin piy distrofiyası. Xr. pankreatit. L5-S1 fəqərəarası osteoxondroz. kəskin kökcük ağrılarla. Qarının ön divarının cərrahi əməliyyatdan sonrakı iri həcmli yırtığı” diaqnozu ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 14 yanvar 2016-cı il tarixli qərarından görünür ki, İddiaçı 02 dekabr 2015-ci il tarixdən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

5. Həkim Məsləhət Komissiyasının 24 dekabr 2020-ci il tarixli, 0530003AAFNX nömrəli bildirişindən görünür ki, İddiaçı 02 nömrəli şəhər poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuş və barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə daxil edilmişdir.

6. İş materiallarında olan TSEK-in xxxxxxx0005 nömrəli müayinə aktından çıxarışdan görünür ki, iddiaçı 30 dekabr 2020-ci il tarixdə müayinə olunmuş, “Göndərişin natamam doldurulması-səbəb: “hal-hazırkı vəziyyətini qiymətləndirmək üçün Milli Onkologiya Mərkəzində ətraflı müayinə olunub, tibbi arayış alması məsləhət görülür” qeyd edilməklə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

7. Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının 20 iyun 2022-ci il tarixli **********0 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialında 30 noyabr 2006-cı il tarixindən 31 dekabr 2020-ci il tarixinə kimi 2-ci qrup əlilliyə görə əmək pensiyası alan kimi qeydiyyatda olmuşdur və aylıq pensiyanın məbləği 233,20 manat (iki yüz otuz üç manat 20 qəpik) təşkil etmişdir.

8. 24 dekabr 2020-ci il tarixli 0530003AAFNX nömrəli tibbi göndərişə əsasən TSEKə göndəriş zamanı iddiaçının əsas diaqnozu – XBT 10 C57.0 “Fallop borusunun bədxassəli yenitörəməsi, Sol uşaqlıq borusunun Cr-i. (kombinəolunmuş müalicədən sonrakı vəziyyət) TxNxM0 Histerektomiya və 4 kurs PKT sonrakı vəziyyət. Patohistoloji rəy N 405-12/06”, ağırlaşmaları – C57.0 “Fallop borusunun bədxassəli yenitörəməsi, Sol uşaqlıq borusunun Cr-i. (kombinəolunmuş müalicədən sonrakı vəziyyət) TxNxM0 Histerektomiya və 4 kurs PKT sonrakı vəziyyət. Patohistoloji rəy N 405-12/06”, yanaşı xəstəliklər – M51.1 “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiyə ilə, L5-S1 fəqərəarası diskin osteoxondrozu uzun sürən kökcük sindromu ilə”, F48.0 “Nevrasteniya, Qabarıq asteno nevrotik sindrom”, H52.0 “Hipermetropiya, OU Zəif dərəcəli hipermetropiya”, İ11 “Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİ mər”, D50 “Dəmir defisitli anemiya”, K45 “Qarın boşluğunun digər yırtıqları, Qarnın ön divarının yırtığı” kimi qeyd edilmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 may 2024-cü il 2- 1(105)-263/2024 nömrəli qərardadı ilə cavabdehə İddiaçı əyani müayinəsi aparılaraq əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 1 (bir) aylıq müddət təyin edilmişdir.

10. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş 25 iyul 2024-cü il tarixli 3-17-4/2- 20182/2024 nömrəli məktubdan görünür ki, iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək diaqnozun təsdiqini tapmaması barədə 17 iyul 2024-cü il tarixli, 3-17-4/3-1-15668/2024 nömrəli qərar qəbul edilmişdir.

11. Həmin qərarda qeyd edilir ki, obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi solğun olmuş, ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, ürək tonları bir qədər karlaşmış, AT 110/70 mm civ.süt., dili quru, ərpli, qarnın ön divarında əməliyyat çapığı izlənilmiş, həkim-onkoloqun rəyinə əsasən, uşaqlıq borusunun Cr-inin mərhələsinin bilinmədiyi qeyd edilmiş, ixtisaslaşmış tibb müəssisəsindən sənəd təqdim etmədiyi üçün xəstəliyin mərhələsini təyin etmək mümkün olmamışdır. Əyani müayinə zamanı, 02 iyul 2024 və 17 iyul 2024-cü il tarixlərində vətəndaşa həkimekspertlər tərəfindən dəfələrlə ixtisaslaşmış tibb müəssisəsindən “Uşaqlıq borusunun Cr-i” xəstəliyinin İİ (ikinci) mərhələsini təsdiq edən tibbi sənəd təqdim etməsinin zəruri olduğu bildirilsə də, şəxs ilkin olaraq gətirəcəyini ifadə etmiş, sonradan nə müayinə zamanı, nə də ötən günlərdə heç bir sənəd təqdim etməmiş və etməyəcəyini də bildirmişdir. Nəticədə, obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının həm 01 iyul 2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X8 X6” X9 tərəfindən 781 nömrəli 20 fevral 2025-ci il tarixli məktubla məhkəməyə göndərimiş T100/2025 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı iş materiallarında olan Sumqayıt 04 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən tərtib edilmiş 24 dekabr 2020-ci il tarixli 0530003AAFNX nömrəli Forma-88 göndərişində XBT10 kodu ilə qeyd edilmiş “əsas diaqnoz: 10 C57.0 “Fallop borusunun bədxassəli yenitörəməsi, Sol uşaqlıq borusunun Cr-i. (kombinəolunmuş müalicədən sonrakı vəziyyət) TxNxMO Histerektomiya və 4 kurs PKT sonrakı vəziyyət. Patohistoloji rəy N 405-12/06”, ağırlaşmaları - C57.0 “Fallop borusunun bədxassəli yenitörəməsi, Sol uşaqlıq borusunun Cr-i. (kombinəolunmuş müalicədən sonrakı vəziyyəyt) TxNxMO Histerektomiya və 4 kurs PKT sonrakı vəziyyət. Patohistoloji rəy № 405-12/06”, yanaşı xəstəliklər- M51.1 “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L5-S1 fəqərəarası diskin osteoxondrozu uzun sürən kökcük sindromu ilə”, F48.0 “Nevrasteniya, Qabarıq asteno nevrotik sindrom”, H52.0 “Hipermetropiya, OU-Zəif dərəcəli hipermetropiya”, İ11 “Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİ mər”, D50 “Dəmir defisitli anemiya”, K45 “Qarın boşluğunun digər yırtıqları, Qarnın ön divarının yırtığı” diaqnoz ona stasionarda olduğu zaman anamnestik, laborator instrumental müayinələri və müalicəsi əsasında müəyyən edilsə də, onun DTSERA-da 02 iyul 2024 və 17 iyul 2024-cü il tarixlərində əyani müayinələri zamanı, həkim-ekspertlər tərəfindən dəfələrlə ixtisaslaşmış tibb müəssisəsindən “Uşaqlıq borusunun Cr-i” xəstəliyinin İİ (ikinci) mərhələsini təsdiq edən tibbi sənəd təqdim etməsinin zəruri olduğu bildirilmiş, o, isə ilkin olaraq gətirəcəyini ifadə etsə də, sonradan nə müayinə zamanı, nə də ötən günlərdə heç bir sənəd təqdim etməmiş və etməyəcəyini bildirdiyindən obyektiv müayinədə əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilməmişdir.

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən məhkəməyə göndərilmiş 15 aprel 2025-ci il tarixli 4/214-279 nömrəli cavab məktubundan görünür ki, iddiaçı Milli Onkologiya Mərkəzinə müraciət etməmişdir və qeydiyyatda yoxdur.

14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin dekabr ayından ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi və dayandırılmış pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin dekabr ayından ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 12 X10 Komissiyasının qərarına əsasən İddiaçı sol uşaqlıq borusunun Cr-i, qara ciyərin piy distrofiyası, xroniki pankreatit, 15-51 fəqərəarası osteoxondroz, kəskin kökcük ağrılarla, qarnın ön divarının cərrahi əməliyyatından sonra iri diaqnozu ilə 2006-cı il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. 2006-cı il tarixdən başlayaraq 14 yanvar 2016-cı il tarixədək fasiləsiz olaraq 10 il müddətinə müayinədən keçərək ona ikinci dərəcəli əlillik təyin edilmişdir. 01 yanvar 2016-cı il tarixdən 02 dekabr 2020-ci il tarixinə kimi ikinci dərəcəli əlillik təyin edilmişdir. 2021-ci ilin yanvar ayından pensiyanın verilməsi dayandırılmışdır. Növbəti müəyyən olunmuş tarixdə - 02 dekabr 2020-ci il tarixdə, Sumqayıt şəhər 02 nömrəli poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunaraq bu barədə göndəriş 24 dekabr 2020-ci il tarixdə “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə zidd olaraq ona ikinci dərəcə əlillik təyin edilməmişdir.

17. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt rayonlararası onkoloji dispanserin 28 noyabr 2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C51-C58 - Qadın cinsiyyət orqanlarının bədxassəli yenitörəmələri => C52 - Uşaqlıq yolunun bədxassəli yenitörəməsi; Diaqnozun mətni: Sol borunun Cr-i (cərrahi və 3 kurs PKT dərman müalicəsindən sonrakı vəz.). İİ dər.anemiya. Qabarıq ANS.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt rayonlararası onkoloji dispanserin 01 oktyabr 2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C51-C58 - Qadın cinsiyyət orqanlarının bədxassəli yenitörəmələri => C52 - Uşaqlıq yolunun bədxassəli yenitörəməsi; Diaqnozun mətni; Sol uşaqlıq borusunun Cr-i. (kombinə olunmuş müal.sonr.vəz.). Qara ciyərin piy distrofiyası. Xr. pankreatit. L5-S1 fəqərəarası osteoxondroz. kəskin kökcük ağrılarla. Qarının ön divarının cərrahi əməliyyatdan sonrakı iri həcmli yırtığı.; Meyar; 2 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 14 yanvar 2016-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C51-C58 - Qadın cinsiyyət orqanlarının bədxassəli yenitörəmələri => C52 - Uşaqlıq yolununbədxassəli yenitörəməsi; Diaqnozun mətni: Sol uşaqlıq borusunun Cr-i. (kombinə olunmuş müal.sonr.vəz.). Qara ciyərin piy distrofiyası. Xr. pankreatit. L5-S1 fəqərəarası osteoxondroz. kəskin kökcük ağrılarla. Qarının ön divarının cərrahi əməliyyatdan sonrakı iri həcmli yırtığı.; Meyar: 2 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt rayonlararası onkoloji dispanserinin 24 dekabr 2020-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Sol uşaqlıq borusunun Cr-i. (kombinə olunmuş müalicədən sonrakı vəziyyət) TxNxMO Histerektomiya və 4 kurs PKT sonrakı vəziyyət. Patohistoloji rəy N 405-12/06. L5-S1 fəqərəarası diskin osteoxondrozu uzun sürən kökcük sindromu ilə. Qabarıq asteno nevrotik sindrom. OU Zəif dərəcəli hipermetropiya. Arterial hipertenziya İİ mər..; Göndərişin natamam doldurulması - Səbəb: “Hal-hazırkı vəziyyətini qiymətləndirmək üçün Milli Onkologiya Mərkəzində ətraflı müayinə olunub, tibbi arayış alması məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. İddiaçıya sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi – “göndərişin natamam doldurulması, hal-hazırkı vəziyyətini qiymətləndirmək üçün Milli Onkologiya Mərkəzində ətraflı müayinə olunub, tibbi arayış alması məsləhət görülür” olmuşdur. İddiaçı Milli Onkologiya Mərkəzində ətraflı müayinə olunub, tibbi arayış aldıqdan sonra xəstəliyi müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər.

18. Sumqayıt İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(118)-1361/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 2020-ci ilin dekabr ayından müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim V.Əzizova).

19. Məhkəmə bildirmişdir ki, iddiaçıya təyin edilmiş əsas diaqnoz X1 C57.0 qrafasında “qadın cinsiyyət orqanlarının bədxassəli törəməsi” bölməsinə aid edilmişdir. Ona ilk dəfə əlillik 2006-cı ildə təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçıya sonuncu dəfə verilmiş Forma-88 arayışa əsasən, göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq, göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçıda yuxarıda qeyd edilən xəstəliklər və ağırlaşmalar olmasına baxmayaraq, cavabdeh tərəfindən formal əsaslarla ona əlilliyin təyin olunmasından imtina edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da, qanunla ona verilmiş diskresion səlahiyyətlərdən düzgün istifadə etməmişdir.

20. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Gülnar Cabbarova /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Zahid Məmmədov) 20 iyun 2023-cü il tarixli, 2-1(105)-565/2023 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(118)-1361/2023 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

22. Məhkəmə bildirmişdir ki, iş materiallarında olan 24 dekabr 2020-ci il tarixli Həkim Məsləhət Komissiyasının bildirişinin məzmunundan görünür ki, iddiaçı komissiya tərəfindən müayinə olunmuş və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasının göndərişlərin reyestrinə” daxil edilmişdir. Həmçinin, iş materiallarında olan Forma-88 arayışın məzmunundan görünür ki, iddiaçının müayinə tarixi 30 dekabr 2020-ci il, imtinanın əsası kimi hal-hazırkı vəziyyətin qiymətləndirilməsi üçün Milli Onkologiya Mərkəzində ətraflı müayinə olunub, tibbi arayış alması məsləhət görülməsi qeyd edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 01 dekabr 2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İndiki halda isə iddiaçının məhkəməyə müraciət etmək hüququ cavabdehin imtinasını aldığı gündən 30 gün ərzində mövcud olduğu halda, iddiaçı iddia ərizəsi ilə məhkəməyə iki il müddət keçdikdən sonra müraciət etmişdir. Həmçinin, qeyd olunmuşdur ki, İPM-in 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İndiki halda prosessual müddətin ötürülməsi ilə bağlı qeyd olunan istisna halların olması aşkar edilmədiyindən və 1 ildən artıq müddət keçdiyindən, İPM-in 24-cü maddəsində nəzərdə tutulmuş hallarla bağlı hüquqi yardım göstərilməsi də mümkün olmamışdır. Eyni zamanda qeyd olunmuşdur ki, iş materiallarında iddiaçının cavabdeh inzibati orqana 12 oktyabr 2022-ci il tarixdə müraciət etməsinə dair sənəd olsa da, bununla bağlı iş materiallarında müvafiq tibbi göndəriş və Forma-88 arayışı mövcud olmamışdır.

23. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kasasiya instansiyası məhkəməsində icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kəmaləddin Bədəlov /sədrlik edən və məruzəçi/, Nigar Rəsulbəyova və İlqar Hüseynov) 12 oktyabr 2023-cü il tarixli, 2-1(102)-2121/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2-1(105)-565/2023 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

25. Məhkəmə kollegiyası bildirmişdir ki, iddia müddətinin ötürülməsi əsası ilə iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsini əsaslı hesab etmir. Belə ki, qərarın 12-ci bəndində sadalanan qanunvericiliyin tələbi baxımından, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı işin materialları ilə müəyyən olunur ki, iddiaçı növbəti qiymətləndirmə üçün 30 dekabr 2020-ci il tarixdə müayinə olunmuş, göndərişin natamam doldurulması (səbəb hazırkı vəziyyətini qiymətləndirmək üçün Milli Onkologiya Mərkəzində ətraflı müayinə olunub, tibbi arayış alması məsləhət görülür) səbəbi ilə əlilliyin yenidən təyin olunmasından imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan arayışda iddiaçının 30 dekabr 2020-ci il tarixdə müayinə olunduğu bildirilsə də, həmin sənədin rəsmi qaydada iddiaçıya hansı tarixdə təqdim edilməsi ilə bağlı iş materiallarında sübut yoxdur. İddiaçı isə belə nəticədən məlumatlı olmadığını və ona müddətsiz ikinci dərəcəli əlillik təyin edildiyini gözlədiyini bildirmişdir. Bundan başqa, iddiaçı ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsi ilə bağlı 12 iyul 2022-ci il tarixli və 12 oktyabr 2022-ci il tarixli ərizələrlə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciəti 17 oktyabr 2022-ci il tarixdə cavabdeh inzibati orqana rəsmi qaydada çatdırılmasına baxmayaraq, cavabdeh hərəkətsizlik göstərərək iddiaçının müraciətinə münasibət bildirməmiş, bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi arayışın iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim edilməsi ilə bağlı iş materiallarında sübut olmadığından, iddiaçı rəsmi qaydada cavabdeh inzibati orqana ərizə ilə müraciət etdiyindən, lakin cavabdeh hərəkətsizlik göstərdiyindən və iddiaçı müddət ötürmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iddia mümkün iddiadır və apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaya mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

26. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş, etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər və izahatlarında apellyasiya şikayətinə əlavə olaraq bildirdilər ki, iddiaçıda olan xəstəlik remissiya mərhələsindədir. Bu da xəstəlik əlamətlərinin ya tamamilə yox olması, ya da çox zəifləməsi deməkdir. Əlillik təyinatı qoyulmuş diaqnoz və onun ağırlaşmaları nəzərə alınmaqla aparılır. Hazırkı rəyə əsasən hesab edirlər ki, iddiaçıya əlillik təyin edilməsi mümkün deyildir. İddiaçıya göndərişin natamam doldurulması əsası ilə imtina cavabı verilmiş və Milli Onkologiya Mərkəzinə müraciət edərək yenidən arayış alması tövsiyə edilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya da cavab olaraq bildirilmişdir ki, iddiaçı Milli Onkoloyia Mərkəzində qeydiyyatdan keçməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının suallarını cavablandırıraraq bildirdi ki, uşaqlıq orqanı amputasiya olunmuşdur. Uşaqlığın amputasiyası əlillik təyinatına əsas vermir. Remissiya mərhələsində olan xəstəliklərə əsasən əlillik təyin edilə bilməz.

29. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı cari tarixdə Sumqayıt şəhər Onkoloji Xəstəxanasında qeydiyyatdadır. İddiaçı onkoloji xəstədir, xəstəlik yayılmışdır və müalicələr davam edir. Şiş uşaqlıq borusundadır.

TƏTBİQ EDİLƏN HÜQUQ

30. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. (-) 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. (-)

32. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7.Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)

34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

37. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmiş mövqeyə uyğun olaraq iddiaya mahiyyəti üzrə baxılmışdır.

40. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya təyin edilmiş əsas diaqnoz X1 C57.0 qrafasında “qadın cinsiyyət orqanlarının bədxassəli törəməsi” bölməsinə aid edilmişdir. Ona ilk dəfə əlillik 2006-cı ildə təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçıya sonuncu dəfə verilmiş Forma-88 arayışa əsasən, göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmuşdur.

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakılar qeyd etməyi zəruri hesab edir.

42. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya 30 noyabr 2006-cı il tarixdən “Sol borunun Cr-i (cərrahi və 3 kurs PKT dərman müalicəsindən sonrakı vəz.) İİ dər.anemiya. Qabarıq ANS” diaqnozu ilə bir il müddətinə ikinci dərəcə, 02 dekabr 2014-cü il tarixdən “Sol uşaqlıq borusunun Cr-i. (kombinə olunmuş müal.sonr.vəz.). Qara ciyərin piy distrofiyası. Xr. pankreatit. L5-S1 fəqərəarası osteoxondroz. kəskin kökcük ağrılarla. Qarının ön divarının cərrahi əməliyyatdan sonrakı iri həcmli yırtığı” diqnozu ilə bir il müddətinə ikinci dərəcə, 02 dekabr 2015-ci il tarixdən “Sol uşaqlıq borusunun Cr-i. (kombinə olunmuş müal.sonr.vəz.). Qara ciyərin piy distrofiyası. Xr. pankreatit. L5-S1 fəqərəarası osteoxondroz. kəskin kökcük ağrılarla. Qarının ön divarının cərrahi əməliyyatdan sonrakı iri həcmli yırtığı” diaqnozu ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya qeyd olunan əlillik üçün növbəti qiymətləndirmə 02 dekabr 2020ci il tarixi müəyyən edilmişdir.

43. İş materiallarında olan TSEK-in xxxxxxx0005 nömrəli müayinə aktından çıxarışdan görünür ki, iddiaçı 30 dekabr 2020-ci il tarixdə müayinə olunmuş, “Göndərişin natamam doldurulması-səbəb: “hal-hazırkı vəziyyətini qiymətləndirmək üçün Milli Onkologiya Mərkəzində ətraflı müayinə olunub, tibbi arayış alması məsləhət görülür” qeyd edilməklə ona əlilliyin təyin edilməsindən imtina edilmişdir.

44. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

45. Cavabdehin etiraz və apellyasiya şikayətinin dəlili iddiaçı barəsində tərtib olunmuş 24 dekabr 2020-ci il tarixli göndərişin natamam doldurulması, iddiaçının Milli Onkologiya Mərkəzində ətraflı müayinə olunub, tibbi arayış almasının məsləhət görülməsi olmuşdur.

46. Məhkəmə kollegiyası tərəfindən 12 sentyabr 2024-cü il il tarixli qərardadla məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında (iddiaçı canlı müayinə olunmaqla) iddiaçıda 1) Əsas diaqnoz: C57.0 “Fallop borusunun bədxassəli yenitörəməsi, Sol uşaqlıq borusunun Cr-i. (kombinəolunmuş müalicədən sonrakı vəziyyət) TxNxM0 Histerektomiya və 4 kurs PKT sonrakı vəziyyət. Patohistoloji rəy N 405-12/06”, 2) Ağırlaşmaları: C57.0 “Fallop borusunun bədxassəli yenitörəməsi, Sol uşaqlıq borusunun Cr-i.(kombinəolunmuş müalicədən sonrakı ‘vəziyyəyt) TxNxM0 Histerektomiya və 4 kurs PKT sonrakı vəziyyət. Patohistoloji rəy N 405-12/06”, 3) Yanaşı xəstəliklər M51.1 ”Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiyə ilə, L5-S1 fəqərəarası diskin osteoxondrozu uzun sürən kökcük sindromu ilə”, F48.0 “Nevrasteniya, Qabarıq asteno nevrotik sindrom”, H52.0 “Hipermetropiya, OU Zəif dərəcəli hipermetropiya”, İ11 “Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİ mər, D50 “Dəmir defisitli anemiya”, K45 “Qarın boşluğunun digər yırtıqları, Qarnın ön divarının yırtığı” xəstəliklərinin aşkar edilibedilməməsi barədə suallar qoyulmuşdur.

47. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X8 X6” X9 tərəfindən 781 nömrəli 20 fevral 2025-ci il tarixli məktubla məhkəməyə göndərimiş T100/2025 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı iş materiallarında olan Sumqayıt 04 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən tərtib edilmiş 24 dekabr 2020-ci il tarixli 0530003AAFNX nömrəli Forma-88 göndərişində XBT10 kodu ilə qeyd edilmiş “əsas diaqnoz: 10 C57.0 “Fallop borusunun bədxassəli yenitörəməsi, Sol uşaqlıq borusunun Cr-i. (kombinəolunmuş müalicədən sonrakı vəziyyət) TxNxMO Histerektomiya və 4 kurs PKT sonrakı vəziyyət. Patohistoloji rəy N 405-12/06”, ağırlaşmaları - C57.0 “Fallop borusunun bədxassəli yenitörəməsi, Sol uşaqlıq borusunun Cr-i. (kombinəolunmuş müalicədən sonrakı vəziyyəyt) TxNxMO Histerektomiya və 4 kurs PKT sonrakı vəziyyət. Patohistoloji rəy № 405-12/06”, yanaşı xəstəliklər- M51.1 “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L5-S1 fəqərəarası diskin osteoxondrozu uzun sürən kökcük sindromu ilə”, F48.0 “Nevrasteniya, Qabarıq asteno nevrotik sindrom”, H52.0 “Hipermetropiya, OU-Zəif dərəcəli hipermetropiya”, İ11 “Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİ mər”, D50 “Dəmir defisitli anemiya”, K45 “Qarın boşluğunun digər yırtıqları, Qarnın ön divarının yırtığı”. diaqnoz ona stasionarda olduğu zaman anamnestik, laborator instrumental müayinələri və müalicəsi əsasında müəyyən edilmişdir.

48. Beləliklə, ekspert rəyindən müəyyən edilir ki, hazırda iddiaçıda tibbi göndərişdə qeyd edilmiş əsas diaqnoz - C57.0, ağırlaşmalar - C57.0, yanaşı xəstəliklər - F48.0, H52.0 və İ11 “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarına əsasən əlilliyin təyin edilməsinə əsas verir.

49. Kollegiya, habelə, qeyd edir ki, iş materiallarında olan müayinə aktlarından görünür ki, cavabdeh orqan tərəfindən iddiaçıya ilk dəfə 2006-cı ildə əlillik təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçı barəsində 2016-cı ildə əlillik təyin edilən zaman diaqnoz “Sol uşaqlıq borusunun Cr-i. (kombinə olunmuş müal.sonr.vəz.). Qara ciyərin piy distrofiyası. Xr. pankreatit. L5-S1 fəqərəarası osteoxondroz. kəskin kökcük ağrılarla. Qarının ön divarının cərrahi əməliyyatdan sonrakı iri həcmli yırtığı olmuşdur. İddiaçı barəsində tərtib edilmiş sonuncu - 24 dekabr 2020-ci il tarixli Forma-88 arayışında da görünür ki, əsas diaqnozu – C57.0 “Fallop borusunun bədxassəli yenitörəməsi, Sol uşaqlıq borusunun Cr-i. (kombinəolunmuş müalicədən sonrakı vəziyyət) TxNxM0 Histerektomiya və 4 kurs PKT sonrakı vəziyyət. Patohistoloji rəy N 405-12/06 olmuşdur.

50. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2006-cı il tarixdən etibarən 2020-ci ilə qədər ikinci dərəcəli əlillik təyin etsə də, hazırda həmin diaqnozla ikinci dərəcəli əlillik təyin olunmasından əsassız olaraq imtina edir.

51. Bundan əlavə, iş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə göndərilmiş 25 iyul 2024-cü il tarixli, 3-17-4/2-20182/2024 nömrəli məktubdan görünür ki, iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək diaqnozun təsdiqini tapmaması barədə 17 iyul 2024-cü il tarixli, 3-17-4/3-1-15668/2024 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqan sonuncu dəfə 2016-cı ildə iddiaçıya “Sol uşaqlıq borusunun Cr-i. (kombinə olunmuş müal.sonr.vəz.). Qara ciyərin piy distrofiyası. Xr. pankreatit. L5-S1 fəqərəarası osteoxondroz. kəskin kökcük ağrılarla. Qarının ön divarının cərrahi əməliyyatdan sonrakı iri həcmli yırtığı diaqnozu ilə ikinci dərəcə əlilliyi təyin etdiyi halda, hazırda diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul etmiş, lakin bununla bağlı məhkəməyə sübutlar təqdim edə bilməmişdir.

52. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

53. Belə olan halda, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır.

54. Bundan əlavə, kollegiya qeyd edir ki, Dövlət Sosial Müdafiə Fondunun Abşeron- Xızı regional filialının 20 iyun 2022-ci il tarixli **********0 nömrəli arayışı ilə iddiaçının həqiqətən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialında 30 noyabr 2006-cı il tarixindən 31 dekabr 2020-ci il tarixinə kimi 2-ci qrup əlilliyə görə əmək pensiyası alan kimi qeydiyyatda olduğu sübut edilmişdir. 2006-cı ildən 2020-ci ilə qədər fasiləsiz olaraq eyni diaqnozla (xəstəliklərlə) əlillik təyin olunduğu və tərtib edilmiş sonuncu tibbi göndərişdə də qeyd olunmuş diaqnoz (xəstəliklər) iddiaçıda mövcud olduğu halda cavabdeh inzibati orqanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, iddiaçıya əlillik təyin etmək öhdəliyi olmuşdur.

55. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

56. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən məhkəmənin sorğusuna müvafiq olaraq verilmiş 15 aprel 2025-ci il tarixli 4/214-279 nömrəli cavab məktubundan iddiaçının Milli Onkologiya Mərkəzinə müraciət etmədiyi görünsə də, daha sonra iddiaçının qeydiyyat ünvanı üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Onkoloji Xəstəxanasında qeydiyyatda olduğu məlum olmuşdur. Qeyd olunanlar Sumqayıt şəhər Onkoloji Xəstəxanası tərəfindən məhkəməyə ünvanlanmış 15 may 2025-ci il tarixli 89 nömrəli məktubla öz təsdiqini tapır.

57. Bundan əlavə məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən əlilliyin təyinat tarixi 2020-ci ilin dekabr ayı qeyd edilmişdir. İş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçıya əlilliyin təyin edilməsindən cavabdeh inzibati orqanın imtina tarixi 30 dekabr 2020-ci ildir. Bu səbəbdən qanunvericiliyin tələbinə və formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq əlilliyin təyinat tarixi kimi məhz cavabdeh inzibati orqanın imtina tarixi əsas götürüldüyündən, birinci instansiya məhkəməsi iddiaçıya 2020-ci ilin dekabr ayından (30 dekabr 2020-ci il tarixdən) müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyini cavabdeh inzibati orqanın üzərinə qoymaqda haqlı olmuşdur.

58. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur.

59. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

60. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(118)-1361/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar