Məhkəmə qərarları › İş №2-1(105)-170/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-170/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-170/2022 02.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Babayeva Hökümə Çingiz qızı qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Şəmşir oğlunun, cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2-1(118)- 500/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsinin 14.10.2020-ci il tarixli, **********9003 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi üçün 14.10.2020-ci il tarixdən 12.11.2020-ci il tarixədək (12.11.2020-ci il tarixi də daxil olmaqla) iddiaçıya məxsus mebel sexində operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır.

2. Keçirilmiş yoxlama zamanı həmin obyektdə 8 nəfər fiziki şəxsin, yəni X17, X11, X12, X4, X13, X15, X2 və X1 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi barədə akt tərtib edilmişdir. Bundan sonra cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20 oktyabr 2020-ci il tarixli, **********9831 nömrəli qərarla İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 20.10.2020-ci il tarixli **********9831 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi və həmin qərar əsasında tətbiq edilmiş maliyyə sanksiyasının silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, operativ vergi nəzarəti həyata keçirilən obyekt mebel sexi kimi fəaliyyət göstərir və operativ vergi nəzarəti həyata keçirilən zaman həmin obyekt ilə bağlı rəsmiləşdirmələr, o cümlədən işçilərin əmək müqaviləsinin elektron hökümət portalında qeydə alınması vergi orqanlarında digər vergi ödəyicisi - X9 adı və VÖEN-i üzərindən həyata keçirilmişdir. İddiaçı isə VÖEN açdıqdan sonra həmin təsərrüfat subyektini vergi orqanında öz adına uçota aldırmaqdan ötrü obyektin mülkiyyətçisi ilə icarə müqaviləsi bağlayaraq, uçota alınması məqsədilə vergi orqanına müraciət edəcəkdi. Həmin müraciətləri müsbət həll olunduqdan sonra X18 ilə işçilər arasında bağlanmış əmək müqavilələrinə xitam verib, öz adına qeydə aldıracaqdı. Lakin vergi orqanı operativ vergi nəzarəti zamanı bu halı, yəni işçilərin həmin vaxt X18 ilə əmək müqaviləsi bağladıqlarını, həmin müqavilələrin elektron hökümət portalına daxil edildiyini və həmin işçilər ilə bağlı müvafiq icbari ödənişlərin və hesabatların təqdim edildiyini nəzərə almamışdır. Vergi ödəyicisinə maliyyə sanksiyası o halda tətbiq edilir ki, həmin vergi ödəyicisi fiziki şəxsləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə vetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olsun. Vergi orqanı tərəfindən tərtib edilmiş 14.10.2020-ci il tarixli akta əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərlə - X17, X11, X12, X4, X13, X15, X3, X2 ilə əmək müqaviləsi bağlanmış, həmin müqavilələr ilə bağlı məlumatlar elektron hökümət portalına daxil edilmiş və həmin işçilərilə bağlı icbari ödənişlər (məcburi dövlət sosial sığorta haqları, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi) tam həcmdə ödənilmişdir. Bu isə o deməkdir ki, iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsi üzrə maliyyə sanksiyasının tətbiq edilməsi üçün hüquqi əsas mövcud olmamışdır. Belə ki, aktda adları qeyd olunan şəxslər ilə iddiaçı arasında əmək müqaviləsi mövcud olmasa da, həmin şəxslərin gəlirləri gizlədilməmiş və qanunla müəyyən edilmiş vergi və digər icbari ödənişlər dövlət büdcəsinə ödənilmişdir.

5. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş idarənin 14.10.2020-ci il tarixli **********9003 nömrəli qərarına əsasən, iddiaçının fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 54 2-ci Alatava ünvanında yerləşən taxta sexində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə 14.10.2020-ci il tarixdə operativ vergi nəzarəti həyata keçirilmişdir. Nəzarət tədbiri zamanı taxta sexində əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş və qanun pozuntusu faktı İddiaçı iştirakı ilə akt tərtib edilməklə rəsmiləşdirilmişdir. Aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar olaraq İddiaçı yoxlamaya təqdim etdiyi izahatında 01.10.2020-ci il tarixdən taxta sexini icarəyə götürdüyünü, işə cəlb edilmiş 8 nəfər fiziki şəxslə əvvəlki sahibkar Elvin Paşayev tərəfindən fərdi əmək müqavilələrinin bağlanıldığını, həmin şəxslərlə öz adından fərdi əmək müqavilələrinin bağlanmasını təmin edəcəyini bildirmişdir. Eyni zamanda işə cəlb edilmiş 8 nəfər fiziki şəxslər yoxlamaya təqdim etdikləri izahatlarında müvafiq əmək haqqı müqabilində 01.10.2020-ci il tarixdən taxta sexində işlədiklərini, onlarla yazılı fərdi əmək müqaviləsi bağlanmadığını qeyd etmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Göründüyü kimi, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İddiaçı əmək qanunvericiliyinin qeyd edilən tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 8 fiziki şəxsi işə cəlb etmişdir. Həmin fiziki şəxslərin əvvəlki fərdi sahibkar X18 ilə fərdi əmək müqaviləsi bağlamalarına və müvafiq hökümət portalında qeydiyyatda olmalarına gəldikdə isə bildirirlər ki, X18 taxta sexində fəaliyyət göstərmədiyinə və həmin işçiləri ona məxsus digər obyektdə işə cəlb etmədiyinə görə fərdi əmək müqavilələrinə xitam verilmiş hesab edilir, yeni sahibkarla fərdi əmək müqaviləsi bağlanıldıqdan və həmin müqavilələr elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edildikdən, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi, iddiaçı tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həyata keçirilmiş və qanun pozuntusuna yol verildiyinə görə barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 22.10.2020-ci il tarixli **********9831 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar qanunvericiliyin tələblərinə müvafiq olaraq qəbul edildiyindən qanuni və əsaslıdır.

6. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(118)-500/2021 saylı qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2-1(118)-500/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. (hakim İ.Quliyev)

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 30.07.2021-ci il tarixli, 2-1(118)-500/2021 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildiriş” lərindən aydın olur ki, X15, X13, X2, X12, X17 və X11 ilə bağlanmış əmək müqavilələrinə 26.02.2021-ci il tarixdə xitam verilmiş və bu barədə məlumat həmin tarixdə X18 tərəfindən elektron informasiya sisteminə daxil edilmişdir. İddiaçıya məxsus obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edildiyi aşkar edilmiş 7 nəfər fiziki şəxsin həmin tarixdə başqa bir işəgötürən - X18 (VÖEN **********) ilə bağlanmış və hüquqi qüvvəyə minmiş aktiv əmək müqavilələri mövcud olmuş və həmin əmək müqavilələrinə xitam verilməsi ilə bağlı elektron informasiya sistemində hər hansı məlumat olmamışdir. Bu isə dolayısı ilə o deməkdir ki, iddiaçı ondan asılı olmayan, iradəsindən kənar səbəblərə görə işə cəlb etdiyi 7 nəfər fiziki şəxs ilə bağlanmış əmək müqavilələri barədə məlumatları elektron informasiya sisteminə daxil etmək imkanı olmamışdır.

10. Birinci instansiya məhkəməsinin “vergi ödəyicisi qeyd etdiyi halları həyata keçirdikdən sonra fəaliyyətə başlaya bilər və ya digər formada fəaliyyətini formalaşdıra bilərdi.” Mövqeyinə münasibətdə iddiaçı qeyd edir ki, məhkəmənin “digər formada fəaliyyətini formalaşdıra bilərdi” ifadəsi qeyri-müəyyəndir və digər formanın nə olması və hansı formada realizə edilməsi aydın deyil. Belə ki, əmək qanunvericiliyində hazırkı işin hallarına uyğun olaraq fiziki şəxslərin əmək müqaviləsindən kənar işə cəlb edilməsinin digər forması nəzərdə tutulmamışdır.

11. Birinci instansiya məhkəməsinin “vergi ödəyicisi qeyd etdiyi halları həyata keçirdikdən sonra fəaliyyətə başlaya bilərdi” ifadəsini iddiaçı tamamilə əsassız hesab edərək bildirir ki, 7 nəfər fiziki şəxsin əmək münasibətlərinə faktiki olaraq 2020-ci ilin sentyabr ayından xitam verilməsinə baxmayaraq, bu barədə məlumat işəgötürən X18 tərəfindən gecikdirilərək 26.02.2021-ci il tarixdə sistemə daxil edildiyindən, həmin müddət ərzində başqa iş yeri seçə və əmək fəaliyyətinə başlaya bilməzdilər.

12. İddiaçı hesab edir ki, məhkəmə qeyd olunan qənaətə gələrkən iş materiallarını diqqətlə tədqiq etməmiş və iş materiallarına əlavə edilmiş, eləcə də məhkəmənin qərarda istinad etdiyi digər işəgötürən Paşayev Elvin ilə bağlanmış əmək müqavilələri və həmin müqavilələrə xitam verilməsi barədə bildirişləri nəzərdən qaçırmışdır.

13. Belə ki, yoxlama zamanı vergi orqanı 14.10.2020-ci il tarixli zəruri sənədlərin təqdim edilməsi barədə tələbnamə vermiş və həmin tələbnamədə sənədlərin verilməsi üçün 1 iş günü müəyyən edildiyi halda, vergi orqanı həmin müddəti gözləmədən eyni gün – 14.10.2020-ci il tarixdə nəzarət tədbirini yekunlaşdıraraq tədbirin nəticəsinə dair akt tərtib etmişdir. Halbuki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 14.10.2020ci il tarixli qərarda yoxlamanın keçirilməsi üçün 30 gün müddət təyin edilmişdir. Həmçinin sənədlərin təqdim edilməsi haqqında 14.10.2020-ci il tarixli tələbnamədə qeyd edilir ki, “Mülki Məcəllənin 372, 377 və 380-ci maddələrinə əsasən sənədlərin verilməsi barədə tələb yönəldilən şəxs tərəfindən həmin sənədlərin göstərilən müddətdə təqdim edilməsi tarixindən operativ vergi nəzarəti müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müdətə daxil edilmir. Tələb edilən sənədlər təqdim edildikdə operativ vergi nəzarətinin müddəti bərpa edilir.”

14. Göründüyü kimi, 7 nəfər fiziki şəxs ilə əmək müqaviləsinin bağlanmasına və xitam verilməsinə dair bildirişlər operativ vergi nəzarətinin əhatə etdiyi məsələ ilə birbaşa bağlı olduğu, həmin sənədlərin digər işəgötürən – X8 əldə edilməsi üçün əlavə vaxt tələb olunduğu, eləcə də operativ vergi nəzarətinin həyata keçirilməsi üçün müəyyən edilmiş 30 günlük müddət bitmədiyi halda, vergi orqanı zəruri sənədlərin təqdim edilməsi məqsədilə 1 iş günü müddətini gözləməmiş və məhkəmənin gəldiyi nəticənin əksinə olaraq yoxlamanı zəruri sənədlərin təqdim edilməsinə imkan vermədən başa çatdırmışdır.

15. Məhkəmənin “məhkəmə prosesi gedişində tərəf yoxlama dövründə bir gün ərzində təqdim edə biləcəkləri sənədlərin mövcudluğunu bildirməmiş, bu barədə sübut təqdim etməmişdir” dəlilinə münasibətdə isə sadəcə olaraq iş materiallarına əlavə edilmiş və məhkəmənin də öz qərarında istinad etdiyi X14 məxsus əmək müqaviləsinin bağlanması və xitam verilməsi barədə bildirişləri qeyd etməklə kifayətlənmişdir.

16. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0 və 54.0.2-ci maddələrinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz.

17. Beləliklə, göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlinir ki, İddiaçı ondan asılı olmayan iradəsindən kənar səbəblərdən, işə cəlb etdiyi 7 nəfər fiziki şəxslə bağlanmış əmək müqavilələri barədə məlumatları elektron informasiya sisteminə daxil edə bilməmiş və bu halın iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsini istisna etməsinə baxmayaraq, həmin hal nə cavabdeh vergi orqanı, nə də işə baxan birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, nəticədə iddiaçının qanunla qorunan hüquq və maraqlarının pozulması ilə nəticələnən mübahisəli qərar qəbul edilmişdir.

18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş edərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verdi. Əlavə olaraq qeyd etdi ki, vergi orqanı İddiaçı məxsus obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirən zaman iddiaçıya 14.10.2020-ci il tarixli **********9007 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim etmiş və həmin sənədlərin təqdim edilməsi üçün 1 iş günü müəyyən edilmişdir. Belə ki, VM-nin 42.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Lakin vergi orqanı tələbnamə verildikdən sonra 1 iş günü müddətini gözləmədən 15:00-da sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol, daha sonra isə 14.10.2021-ci il tarixli yoxlamanın nəticəsinə dair akt tərtib etmişdir. 7 işçi – X16, X13, X11, X4, X2, X12 və X17 ilə işəgötürən X18 (VÖEN **********) arasında qanuni qüvvəyə minmiş əmək müqaviləsi olmuş və həmin əmək müqavilələrinə sonuncu tərəfindən 26.02.2021-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti zamanı İddiaçı məxsus obyektdə əsas iş yeri kimi işə cəlb edilən şəxslərin başqa vergi ödəyicisi ilə aktiv əmək müqaviləsi (əsas iş yeri kimi) olduğundan, İddiaçı həmin şəxslər ilə yenidən əmək müqaviləsi bağlamaq və elektron hökümət portalına daxil etmək imkanına malik olmamışdır. Bu isə o deməkdir ki, vergi qanunvericiliyinin pozulmasında iddiaçının təqsiri olmamışdır. Göründüyü kimi, iddiaçı işə cəlb etdiyi şəxsləri ondan asılı olmayan səbəblərdən sistemə daxil edə bilməmiş və qeyd olunan pozuntu hadisəsində iddiaçının təqsiri olmadığından ona münasibətdə maliyyə sanksiyası tətbiq edilə bilməzdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; ... Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddə 150.1. Aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: ... 150.1.2. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar; ... 150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar. Maddə 150.2 Bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ...

8. İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.

9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi ...

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə 43. Əmək müqaviləsinin məzmunu ...

2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

25. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İddiaçı qeyd edir ki, operativ vergi nəzarəti zamanı İddiaçı məxsus obyektdə əsas iş yeri kimi işə cəlb edilən şəxslərin başqa vergi ödəyicisi ilə aktiv əmək müqaviləsi (əsas iş yeri kimi) olduğundan, İddiaçı həmin şəxslər ilə yenidən əmək müqaviləsi bağlamaq və elektron hökümət portalına daxil etmək imkanına malik olmamışdır. Bu isə o deməkdir ki, vergi qanunvericiliyinin pozulmasında iddiaçının təqsiri olmamışdır.

28. Məhkəmə tərkibi iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən, həyata keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus mebel sexində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi halları yoxlanılmış, yoxlama zamanı işlərin yerinə yetirilməsinə cəlb olunmuş 8 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlanmadığı aşkar olunmuş və bu barədə DVX seriyalı, 000615 saylı akt tərtib edilmiş və həmin işçilərin siyahısı akta əlavə edilmişdir. Habelə, iddiaçı da həmin vaxt yazmış olduğu izahatında işlətdiyi mebel sexini 01.10.2020-ci il tarixdən icarəyə götürdüyünü, lakin obyekti qeydə almadığını və NKA quraşdırmadığını, həmçinin işçilərdən X1 gündəlik 10-15 manat olmaqla əmək haqqı verməklə usta köməkçisi vəzifəsində işlədiyini, onunla əmək müqaviləsi bağlamadığını, digər 7 nəfər şəxsin başqa sahibkar X18 ilə bağladığı əmək müqaviləsi əsasında onun sexində işlətdiyini, hər birinə onun tərəfindən gündəlik və yaxud aylıq olmaqla yağd qaydada əmək haqqı ödədiyini etiraf etmiş, həmin şəxslərlə ən qısa müddətdə əmək müqaviləsi bağlayaraq elektron məlumat bazasına daxil edəcəyini bildirmişdir.

29. Operativ vergi nəzarəti zamanı izahatları alınmış 8 nəfər şəxsin hər biri mebel sexində iddiaçı ilə əmək müqaviləsi bağlamadan müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. Göründüyü kimi, cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər 8 işçiyə münasibətdə mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir.

30. İddiaçı tərəf apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, iddiaçı ondan asılı olmayan, iradəsindən kənar səbəblərə görə işə cəlb etdiyi 7 nəfər fiziki şəxs ilə bağlanmış əmək müqavilələri barədə məlumatları elektron informasiya sisteminə daxil etmək imkanı olmamışdır.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır, hesab edir ki, iddiaçının istinad etdiyi hal onun iradəsindən kənar baş verən hal deyildir. Belə ki, Əmək Məcəlləsinin 3, 7 və 49-cu maddələrinə əsasən işçinin əmək münasibəti əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə, işəgötürənin elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı yol verilməzdir.

32. İşdən görünür ki, X18 işəgötürən kimi göstərilməklə X17, X11, X12, X13, X15, X2 ilə 01.04.2020-ci il tarixdə, X4 ilə isə 09.05.2020-ci il tarixdə əmək müqaviləsi bağlamış, iddiaçı isə 01.10.2020-ci il tarixində həmin müəssisəyə dair icarə müqaviləsi bağlamaqla mebel sexi kimi faliyyət göstərmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin tarixdən adları çəkilən şəxslərin icarəyə götürdüyü obyektdə əmək fəaliyyətinin davam etməsini arzu etdiyi təqdirdə, işçilərə əvvəlki mülkiyyətçi ilə bağlanmış əmək müqavilələrinə xitam verilməsini təklif etməli, müqavilələrə xitam verildikdən sonra isə özü həmin şəxslərlə yeni əmək müqavilələri bağlamalı idi. Lakin, iddiaçı bu hərəkətləri həyata keçirməmişdir və qeyd olunan hərəkətləri üzrlü səbəbdən yerinə yetirmədiyinə dair heç bir sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının ondan asılı olmayan, iradəsindən kənar səbəblərə görə işə cəlb etdiyi şəxslərlə bağlanmış əmək müqavilələri barədə məlumatları elektron informasiya sisteminə daxil etmək imkanı olmadığı dəlilini əsassız hesab edir.

34. İddiaçı apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, yoxlama zamanı vergi orqanı 14.10.2020-ci il tarixli zəruri sənədlərin təqdim edilməsi barədə tələbnamə vermiş və həmin tələbnamədə sənədlərin verilməsi üçün 1 iş günü müəyyən edildiyi halda, vergi orqanı həmin müddəti gözləmədən eyni gün – 14.10.2020-ci il tarixdə nəzarət tədbirini yekunlaşdıraraq tədbirin nəticəsinə dair akt tərtib etmişdir. Halbuki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 14.10.2020-ci il tarixli qərarda yoxlamanın keçirilməsi üçün 30 gün müddət təyin edilmişdir.

35. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsi tərəfindən verilən nəzarətinin həyata keçirilməsi haqqında qərarda yoxlamanın keçirilməsi üçün 30 gün müddət təyin edilsə də yoxlamanın hökmən 30 gün davam etməsi göstərilməmişdir. Qərarda operativ vergi nəzarətinin 14.10.2020-ci il tarixdən 12.11.2020-ci il tarixədək həyata keçirilməsi nəzarətin həmin müddət aralığında keçirilib başa çatmasını nəzərdə tutur. Yəni, bu müddət 1 gündən 30 günə qədər ola bilər. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsassız hesab edir.

36. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

37. Bu normanın məzmunundan görünür ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlansa da, həmin müqavilə müvafiq elektron informasiya sistemində qeydiyyatdan keçdikdən sonra və bu barədə işəgötürənə məlumat daxil olduqdan sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin vəzifəsi kimi müəyyən olunmuşdur.

38. Hazırkı iş üzrə 8 nəfərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur.

39. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2-1(118)- 500/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar