Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-171/2022 16.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, Üçüncü şəxs X2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayonu, Şollar kəndində yerləşən 0,02 ha torpaq sahəsinə X2 adına tərtib edilmiş **********70 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli “torpaq sahəsinin plan və ölçüsü”nün etibarsız hesab edilməsi və bunun əsasında verilmiş seriya RX №1220216 saylı xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli 2-1(118)- 80/2021 nömrəli qərarından üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. X6 və Xaçmaz rayonu Susayqışlaq bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildə Xaçmaz rayonu Şollar bələdiyyəsinin qərarı ilə 0,10 ha torpaq sahəsi əldə etmişdir. Həmin sahədə ev tikmişdir və orada yaşayır. 2006-cı ildə həyətyanı sahəsinin yanında istifadəsiz olan 0,02 ha torpaq sahəsinin də ona satılması barədə bələdiyyəyə müraciət etmiş və Şollar bələdiyyəsinin 28 sentyabr 2006-cı il tarixli 22 saylı qərarı ilə həmin 0,02 ha torpaq sahəsi iddiaçıya satılmışdır. 05 fevral 2018-ci il tarixdə iddiaçı cavabdehə müraciət edərək aldığı torpağa dair çıxarış verilməsini xahiş etmişdir. Cavabdehin cavab məktubu ilə bildirilmişdir ki, ona məxsus torpağa dair başqa şəxsin adına çıxarış verilmişdir. İddiaçı bələdiyyə qərarının, plan-ölçünün və çıxarışın etibarsız hesab edilməsi barədə Xaçmaz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-56/2019 nömrəli, 25 aprel 2019-cu il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər X4 və qeyrilərinə qarşı qərarın, alğı-satqı aktının, çıxarışın etibarsız hesab edilməsi tələblərinə dair iddia ərizəsi üzrə icraata xitam verilmişdir. İş üzrə icraata xitam verilməsinin səbəbi kimi qərardadda göstərilmişdir ki, bələdiyyə inzibati orqan olduğu üçün bu barədə iddia inzibati-iqtisadi məhkəməyə verilməlidir. Məhkəmə tərəfindən keçirilmiş çoxsaylı ekspertizaların nəticəsi olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Xaçmaz Layihə-tədqiqat İdarəsinin mütəxəssis rəyindən də görünür ki, Xaçmaz rayonu Şollar bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli 22 saylı qərar ilə iddiaçıya satılmış 200 kv.metr torpaq sahəsi X4 DƏDRX tərəfindən verilmiş çıxarışda göstərilən torpaqla üst-üstə düşür, X4 Şollar bələdiyyəsi tərəfindən 29 iyun 2007-ci il tarixli 33 saylı qərar ilə satlmış 200 kv.metr torpaq sahəsi DƏDRX tərəfindən verilmiş çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür və iddiaçıya satılmış torpaq sahəsi Z.Həkimov tərəfindən bütövlükdə istifadə edilir və orada fərdi yaşayış evi üçün nəzərdə tutulmuş tikili vardır. Bu rəydən görünür ki, Zahid Həkimova bələdiyyə tərəfindən satılmış torpaq sahəsi iddiaçının torpaq sahəsi deyil, ona başqa torpaq sahəsi satılmışdır. Məhkəmə zamanı alınmış digər ekspert rəyində də göstərilmişdir ki, Z.Həkimova satılmış torpaq sahəsi başqa torpaq sahəsidir və həmin torpaq sahəsi iddiaçıya satılmış torpağın cənub istiqamətində yerləşir. Bütün bunlardan aydın olur ki, hazırda cavabdeh tərəfindən Z.Həkimova verilmiş plan-ölçü düzgün olmamışdır, ona satılmış torpağa yox, iddiaçının torpağına onun adına plan-ölçü verilmişdir. Bu yanlışlığın aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdir. Mövcud sənədləri və mütəxəssis və ekspertiza rəylərini, eləcə də bələdiyyə tərəfindən verilmiş eskiz və aktları nəzərə alaraq cavabdeh tərəfindən X2 adına tərtib edilmiş plan-ölçü etibarsız hesab edilməli və bunun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, qeyd edilən İddiaçı adına Xaçmaz rayonu, Şollar kəndində yerləşən 0.02 ha torpaq sahəsinə dair **********70 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” və RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Xaçmaz rayonu, Şollar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 33 saylı 0.02 ha torpaq sahəsinin ayrılmasına dair qərarı əsasında hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Odur ki, İddiaçı adına Xaçmaz rayonu, Şollar kəndində 0.02 ha torpaq sahəsinə dair **********70 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” və RX ******* nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış yuxarıda qeyd olunan qanunun tələblərinə riayət etməklə hazırlanmışdır və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Üçüncü şəxs X6 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Şollar bələdiyyənin xx.xx.2007-ci il tarixli 33 saylı qərarı ilə X5 200 kv.metr torpaq sahəsi satılmış, 2007-ci ildən etibarən ötən 13 il ərzində həmin torpaq sahəsinə heç bir mübahisə olmadan sahiblik etmiş və orada yaşayış evi tikərək ailəsi ilə birikdə yaşayırlar. Həmin torpaq sahəsi İddiaçı ayrılmış torpaq sahəsi olmuş olsaydı, o, ötən 13 il ərzində torpağın onun qanunsuz sahibliyindən geri alınması barədə müvafiq iddia qaldırardı və qanuna müvafiq qaydada torpağı geri alardı. Digər tərəfdən həmin torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X5 mülkiyyət sənədi çıxarış verilməzdi. İddiaçı bələdiyyənin qərarı əsasında həyətyanı torpaq sahəsində normadan artıq olan 200 kv.metr torpaq sahəsi satılmışdır və həmin torpaq sahəsi də daxil olmaqla həyətyanı torpaq sahəsini 13-14 il bundan qabaq hasara alaraq istifadə edir. İddiçı İddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini buraxmışdır. Üçüncü şəxs Xaçmaz rayon Susayqışlaq bələdiyyəsi məhkəmənin sorğusuna cavab məktubunda bildirmişdir ki, Şollar bələdiyyəsi 2014-cü ildə Susayqışlaq bələdiyyəsinə birləşdirilmişdir. 2004-cü ildə Şollar bələdiyyəsinin qərarı ilə İddiaçı 0,10 ha həyətyanı torpaq sahəsi satılmışdır. Daha sonra Şollar bələdiyyəsinin 28 sentyabr 2006-cı il tarixli 22 saylı qərarı ilə ərizəsində qeyd etdiyi kimi həyətində artıq olan 0,02 ha torpaq sahəsi ona satılmışdır. X4 Xaçmaz rayonu Şollar bələdiyyəsinin 29 iyun 2007-ci il tarixli 33 saylı qərarı ilə İddiaçı evinin yanında olan 0,02 ha torpaq sahəsi fərdi mənzil tikintisi üçün satılmışdır və o, müvafiq orqanlardan çıxarış almışdır. Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il, 2-1(118)-80/2021 nömrəli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Xaçmaz rayonu, Şollar kəndində yerləşən sahəsi 0,02 ha torpaq sahəsinə X2 adına tərtib edilmiş **********70 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli “torpaq sahəsinin plan və ölçüsü” sdənədinin etibarsız hesab edilməsi və bunun əsasında verilmiş seriya RX №1220216 saylı xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən 50 (əlli) manat məbləğində ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə, 311 (üç yüz on bir) manat mütəxəssis rəyinin alınması üçün çəkilən xərcin tutularaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin hesabına ödənilməsi qərara alınmışdır. (hakim İsmayıl Quliyev) Həmin qərardan üçüncü şəxs X6 apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəf iddia ərizəsinə dəqiqləşmə verərək, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinə və orada qanunsuz inşa edilmiş tikiliyə dair tərtib edilmiş texniki pasportun və qanunsuz olaraq verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********70-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş apellyasiya məhkəməsinin icraatında olarkən, cavabdeh tərəfindən apellyasiya məhkəməsinə ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə mübahisəli torpaq sahəsi üzərində inşa edilmiş tikili ilə birlikdə vahid daşınmaz əmlak obyekti kimi qeydə alınmış və əmlaka **********70-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında isə 3-cü şəxs həmin çıxarışı və texniki pasportu məhkəməyə təqdim etmişdir. Bu zaman məlum olmuşdur ki, cavabdeh torpaq sahəsinə dair Sumqayıt İnzibati Məhkəməsində mübahisə getdiyini bildiyi və həmin məhkəmə işində cavabdeh tərəfində cavabdeh qismində cəlb edildiyi halda, torpağa dair verilmiş plan-ölçü və çıxarışı qanunsuz olaraq verdiyi halda, qanunsuz hərəkətlərini davam etdirmiş, qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi də daxil olmaqla həm torpağa, həm də tikiliyə dair vahid əmlak şəklində texniki pasport və çıxarış vermişdir. Uzun müddət məhkəmə mübahisəsi getməsinə, bu məhkəmə mübahisəsində cavabdehin nümayəndəsinin iştirak etməsinə, bu barədə cavabdehə dəfələrlə məhkəmə bildirişi təqdim edilməsinə və cavabdeh tərəfindən məhkəməyə sənədlər təqdim edilməsinə baxmayaraq, cavabdeh bilərəkdən bu mübahisəli torpaq sahəsinə tikili ilə birlikdə yeni çıxarış verilməsini məhkəmədən gizlətmiş və məhkəmə tərəfindən həmin torpaq sahəsinə dair sənədlər tələb edilərkən bilərəkdən məhkəməni aldatmış, yalnız mübahisə edilən çıxarışı təqdim etmiş, xx.xx.2021-ci ildə vermiş olduğu yeni çıxarış faktını və sənədlərini gizlətmişdir Beləliklə də, cavabdehin qanunun tələblərini pozması, məhkəmə mübahisəsi getdiyi halda həmin torpaq sahəsinə və üzərində qanunsuz tikilmiş tikiliyə yeni çıxarış verməsi aşkar edilir və bu çıxarış yalnız məhkəmə qərarı ilə ləğv edilə bilər. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən 0,02 ha torpaq sahəsi Şollar bələdiyyəsi tərəfindən 29 iyun 2007-ci il tarixli 33 saylı qərarı ilə 200 kv.m torpaq sahəsinin dəyəri tərəfindən ödənilməklə fərdi yaşayış evi tikmək məqsədi ilə satılmışdır. 2007-ci ildən iddiaçı rəsmi surətdə yazılı şəkildə bildirmişdir ki, hazırda mübahisə predmeti olan torpaq sahəsinin ona satılması onun hüquqlarına toxunmur. Birinci instansiya məhkəməsi bu halları araşdırmamış və iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər və izahat ilə kifayətlənərək əsassız və qanunsuz qərar qəbul etmişdir. İddiaçı özü etiraf edir ki, 29 iyun 2007-ci il tarixli 33 saylı bələdiyyə qərarı ilə üçüncü şəxs Z.Həkimova fərdi yaşayış evinin tikilməsi üçün verilmiş 200 kv.m torpaq sahəsi DƏDRX-nin verdiyi çıxarışda qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşmür. Belə olan halda iddiaçı hansı 200 kv.m torpaq sahəsini mübahisələndirir? Üçüncü şəxs Z.Həkimova 29 iyun 2007-ci il tarixli 33 saylı bələdiyyə qərarı əsasında fərdi yaşayış evi tikmək üçün 200 kv.m torpaq sahəsi ayrılanda iddiaçı məlumatlandırılıb. Azərbaycan Respublikası MM-nə istinad etsələr qeyd edə bilərlər ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinin tələblərinə görə “Ümumi iddia müddəti on il təşkil edir.” Həmin Məcəllənin 373.2-ci maddəsinin tələblərində göstərilir ki, “Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.” Birinci instansiya məhkəməsində iddia müddətinin keçməsi ilə bağlı verdiyi vəsatət məhkəmə tərəfindən qəbul edilməmişdir. Məhkəmə qərəzli mövqe tutaraq məhkəmə qarşısında bərabər hüquqa malik olmağını nəzərə almamış və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi qərarın apellyasiya məhkəməsi tərəfindən ləğv edilməsinə əsasdır. Birinci instansiya məhkəməsi mübahisəni tam araşdırmamış, yerli baxış keçirməmiş, mübahisə predmeti olan torpaq sahəsi üzərində tərəfindən inşa edilərək yaşadığı fərdi yaşayış evinin nə zaman inşa edildiyini, eyni predmet barəsində əvvəlki məhkəmə aktlarını və iddiaçının 2007-ci il tarixində mübahisəli torpağın bələdiyyə mülkiyyəti olaraq ona dəyəri ödənilməklə satılması, iddiaçının sözügedən torpaq sahəsinə dair hər hansı iddia tələbinin olmaması ilə əlaqəli bələdiyyə orqanına yazılı ərizəsi, araşdırmadan maddi hüquq normaları düzgün tətbiq edilmədən qərəzli, əsassız, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıraq qarar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı, İddiaçı vəkili və nümayəndəsi Vəkil3, İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X6, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və üçüncü şəxs Xaçmaz rayonu Susayqışlaq bələdiyyəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Əvvala, məhkəmə kollegiyası iddia ərizəsinə dəqiqləşmə barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikas İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İşin hallarından göründüyü kimi, İddiaçı mülkiyyətində 294A KOD 30222048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən 0,10 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə bitişik ərazidən Xaçmaz rayon Şollar bələdiyyəsinin 28 sentyabr 2006-cı il tarixli 22 saylı qərarına əsasən İddiaçı 200 kv.m torpaq sahəsi satılmasına icazə verilmiş, 07 oktyabr 2006-cı il tarixdə alğı-satqı aktı tərtib edilmişdir. Həmçinin Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 33 nömrəli qərarı ilə X4 da 200 kv.m torpaq sahəsi ayrılmışdır. RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu, Şollar kəndi ərazisində yerləşən 0.02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf həmçinin bildirmişdir ki, üçüncü şəxsdən mübahisəli torpaq sahasində tikinti işləri aparmaması tələb edilsə də, o, buna məhəl qoymamış, torpaq sahəsinin mübahisəli olduğunu bildiyi halda tikintini davam etdirmişdir. İş materiallarından görünür ki, iddiaçı bələdiyyə qərarının, plan-ölçünün və çıxarışın etibarsız hesab edilməsi barədə Xaçmaz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-56/2019 nömrəli, 25 aprel 2019-cu il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər X4 və qeyrilərinə qarşı qərarın, alğı-satqı aktının, çıxarışın etibarsız hesab edilməsi tələblərinə dair iş üzrə icraata xitam verilmiş, iddiaçıya Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsə müvafiq ilkin torpaqayırma sənədləri olmadığı halda qanunsuz olaraq onun mülkiyyətində olan torpaq sahəsinə bitişik olan və bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinə mülkiyyət sənədləri verilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1905 saylı, 02 iyun 2021-ci il tarixli ekspert rəyinə əsasən tədqiqatın nəticəsi olaraq müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin 30 mart 2021ci il tarixli, C-23 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı verilmiş torpağın mülkiyyətə verilməsinə dair 294A nömrəli KOD 30222048 nömrəli şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsinin koordinatları onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə uyğundur və həmin torpaq sahəsi faktiki 0,1055 ha təşkil edir. Mütəxəssis rəyinə əsasən, Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.metr torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN-294A nömrəli KOD 30222048 nömrəli şəhadətnamədə qeyd olunan ərazinin daxilində yerləşmir. Mütəxəssis rəyinə əsasən, Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.metr torpaq sahəsi ilə X4 Şollar bələdiyyəsi tərəfindən 29 iyun 2007-ci il tarixli 33 saylı qərarı ilə satılmış 200 kv.metr torpaq sahəsi üst-üstə düşmür. Mütəxəssis rəyinə əsasən, X2 faktiki istifadə etdiyi torpaq sahəsində inşa edilmiş tikili Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.m torpaq sahəsində yerləşir. Eyni zamanda mütəxəssis rəyində qeyd olunur ki, Şollar bələdiyyəsinin 29 iyun 2007-ci il tarixli 33 saylı qərarı ilə X1 200 kv.m torpaq sahəsinin baş planından çıxarışda göstərilmiş torpaq sahəsinin cizgiləri mübahisə predmeti olan torpaq sahəsindən cənub istiqamətində yerləşir. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, ekspert rəyi də nəzərə alınanda müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.metr torpaq sahəsi üzərində ilkin torpaqayırma sənədləri olmadan üçüncü şəxs X2 mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh izibati orqan isə X2 mülkiyyət hüququnu qeydə alan zaman torpaq sahəsinin yerinin və koordinatlarının nəyin əsasında müəyyən etməsi ilə bağlı hər hansı bir açıqlama gətirə bilməmişdir. Uçüncü şəxslər də başqa torpaq sahəsinin yox, məhz mübahisə predmeti olan torpaq sahəsinin X4 ayrılması ilə bağlı məhkəməyə hərhansı sübut təqdim etməmişlər. Bununla bağlı məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və Xaçmaz rayon Dövlət Arxivinin 282 saylı, 01 iyun 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Xaçmaz rayon Şollar bələdiyyəsinin heç bir il üçün sənədləri rayon arxivinə təhvil verilməmişdir. Beləliklə, cavabdeh inzibati orqan Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.metr torpaq sahəsi üzərində ilkin torpaqayırma sənədləri olmadan üçüncü şəxs X2 mülkiyyət hüququnu qeydə alaraq qanunvericiliyin tələblərini və iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin əsaslı olması barədə gəldiyi nəticə ilə razılaşaraq həmçinin qeyd edir ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin C-11 nömrəli, 29 yanvar 2019-cu il tarixli mütəxəssis rəyində də göstərilmişdir ki, Xaçmaz rayon Şollar bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli 22 saylı qərar ilə İddiaçı satılmış 200 kv.m torpaq sahəsi cavabdeh X4 DƏDRX tərəfindən verilmiş çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh X4 Şollar bələdiyyəsi tərəfindən 29 iyun 2007-ci il tarixli 33 saylı qərarı ilə satılmış 200 kv.m torpaq sahəsi DƏDRX tərəfindən verilmiş çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür. Xaçmaz rayon Şollar bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.m torpaq sahəsi cavabdeh X6 tərəfindən bütövlükdə istifadə edilir və orada fərdi yaşayış evi üçün nəzərdə tutulmuş yarım tikili vardır. Beləliklə istinad olunan rəylərdən müəyyən olunur ki, bələdiyyə qərarları ilə tərəflərə ayrılmış torpaq sahələri üst-üstə düşməsə də, Z.Həkimova satılmış 200 kv.m torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş plan və ölçüdə göstərilən torpaq sahəsi ilə Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə iddiaçıya satılmış 200 kv.m torpaq sahəsi üst-üstə düşür. Z.Həkimov iddiaçıya satılmış 200 kv.m torpaq sahəsinin iddiaçıya məxsus 0,10 ha torpaq sahəsinin daxilində yerləşdiyini mübahisələndirsə də, rəylərlə müəyyən edilmişdir ki, 200 kv.m torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən iddiaçının mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin daxilində yerləşmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsi Z.Həkimovun mülkiyyət hüququnun qeydə alındığı torpaq sahəsi ilə üst-üstə düşdüyündən iddia tələbi əsaslıdır və üçüncü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyildir. İş üzrə iddiaçının və üçüncü şəxs Z.V.Həkimovun istifadəsində olan torpaq sahələrinə yerində təkrar mütəxəssislərin iştirakı ilə ölçülərək baxış keçirilməsi, İddiaçı faktiki istifadəsində olan torpağın sahəsinin nə qədər olması və tikinti şəhərsalma normalarına uyğunluğunun müəyyən edilməsi barədə üçüncü şəxsin ərizəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən mübahisəli hallar araşdırılmış, iş üzrə ekspertiza keçirilmiş və yuxarıda göstərilən ekspert rəyi verilmişdir. Mövcud ekspert rəyinin işin hallarına görə kifayət qədər aydın və tam olmamasının nədən ibarət olduğu əsaslandırılmadığından, məhkəmə kollegiyası bu vəsatətin təmin edilməsinə zərurət görməmişdir. Apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddianın növü öhdəliyin icrası haqqındadır. Öhdəliyin icrası haqqında iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddiadır. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə hər hansı müddət müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin əsaslı olması barədə düzgün nəticəyə gəlsə də, işə apellyasiya qaydasında baxılarkən cavabdehin **********71 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, X6 **********70 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli “torpaq sahəsinin plan və ölçüsü” sənədi, seriya RX № ******* saylı xx.xx.2017-ci il tarixli çıxarış və üzərində yerləşən fərdi yaşayış evinə aid layihə əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********70-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Lakin həmin fərdi yaşayış evinin qeydiyyatı ilə bağlı məlumat verilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən həmin məsələyə münasibət bildirilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********52 nömrəli məktubdan görünür ki, Xaçmaz rayonu, Şollar kəndində yerləşən fərdi yaşayış evinə dair vətəndaş X2 mülkiyyət hüququnu təstiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli ərizəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsində baxılmış və bildirilmişdir ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmış, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Xaçmaz rayonu, Şollar kəndində yerləşən X2 adına hazırlanmış fərdi yaşayış evinə dair **********70-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmə qərarı ilə mümkündür. Belə olan halda məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını və sadalanan qanunvericilik aktları normalarını nəzərə alaraq hesab edir ki, Xaçmaz rayonu, Şollar kəndində yerləşən mübahisəli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında X2 adına Daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və həmin fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə 29 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilərək, Xaçmaz rayonu, Şollar kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında X2 adına Daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və həmin fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport ləğv edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi təmin edildiyindən, cavabdehdən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci olan 311 (üç yüz on bir) manat alınaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(118)-80/2021 nömrəli qərarı dəyişdirilsin. Xaçmaz rayonu, Şollar kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında X2 adına Daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və həmin fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci olan 311 (üç yüz on bir) manat alınaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.