Məhkəmə qərarları › İş №2-1(105)-174/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-174/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-174/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Rəşad Nəbi oğlu Nəbizadənin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialına qarşı imtinanın əsassız hesab olunması, 1967-ci ilin yanvar ayından xx xxx 1973-cü ilədək, xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxxxx 1976-cl il tarixədək Şamaxı rayın 1-ci Çaylı C.Cabbarlı adına kolxozda, xx xxx 1991-ci ildən xx xxxxxx 1996-cı il tarixədək C.Cabbarlı sovxozunda işlədiyi müddətin sosial siğorta stajına hesablanması və yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1169/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Şamaxı rayon şöbəsinə qarşı imtina cavabının əsassız hesab olunması, 1967-ci ilin yanvar ayından xx xxx 1973-cü ilədək, xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxxxx 1976-cl il tarixədək Şamaxı rayın 1-ci Çaylı C.Cabbarlı adına kolxozda, xx xxx 1991-ci ildən xx xxxxxx 1996-cı il tarixədək C.Cabbarlı sovxozunda işlədiyi müddətin sosial siğorta stajına hesablanması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 1967-ci ilin yanvar ayından xx xxx 1973-cü ilədək, xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxxxx 1976-cl il tarixədək Şamaxı rayın 1-ci Çaylı C.Cabbarlı adına kolxozda, xx xxx 1991-ci ildən xx xxxxxx 1996-cı il tarixədək C.Cabbarlı sovxozunda işlədiyi müddətin sosial siğorta stajına hesablanmaqla ona yaşa görə əmək pensiyasının təyin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin iddia Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə qismən təmin edilərək İddiaçı 15 yaşının tamam olduğu dövrdən sonra işlədiyi və dövlət arxivinin arayışları ilə təsdiq olunan dövrlər, onun pensiya təyinatının hesablanması zamanı nəzətə alınmaqla pensiya təyinatına yenidən baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Göstərilən qərar Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin prosessual hüquq varisi kimi cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialını inzibati məhkəmə icraatına cəlb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1955-ci il tarixdə anadan olmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon Şöbəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçının tələbinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi “Əmək Pensiyaları haqqında” Qanunun 3.1.1 maddəsinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi göstərilmişdir. Eyni zamanda bildirmişlər ki, iddiaçının 1967-ci ildən xx xxx 1973- cü il tarixə, xx xxxxxx 1975-ci ildən xx xxxxxxxx 1976-cı il tarixədək 1 -ci Çaylı kənd “C.Cabbarlı” adına kolxozda və xx xxxxxx 1996-cı ildən xx xxxxxx 1996-cı il tarixədək 1-ci Çaylı kənd “C.Cabbarlı” adına sovxozda işlədiyi dövrlər əmək kitabçasında əksini tapmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyasını təyin etmək mümkün olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1169/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 1970-ci ilin yanvar ayından xx xxx 1973cü il tarixədək, xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxxxx 1976-cı il tarixədək Şamaxı rayon l Çaylı C.Cabbarlı adına kolxozda və xx xxx 1991-ci il tarixdən xx xxxxxx 1996-cı il tarixədək C.Cabbarlı adına sovxozda işlədiyi dövrlərin onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim V.Əzizova). Qərardan narazı qalan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1169/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. İddia tələbini təmin edərkən, Sumqayıt İnzibati Məhkəməsi Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş 131 saylı xx.xx.2019-cu il tarixli 7 vərəqdən ibarət arxiv arayışlarına istinad etmişdir. Arayışlarda iddiaçının Şamaxı rayonu 1-ci Çaylı kənd C.Cabbarlı adına kolxozda 1975-ci ildə 181 əmək günü, 1976-cı ildə 596 əmək günü, 1970-ci ildə 144 gün, 1971 -ci ildə 102 gün, 1972-ci ildə 222 gün, 1973-cü ildə 318 əmək günü, 1976-1982-ci illərdə Şamaxı rayonu, Çaylı kənd C.Cabbarlı adına sovxozda, 1983- 1985-ci illərdə Xəqani adına sovxozda və 1986-1990-cı illərdə Şamaxı rayonu Quşçu kənd Xəqani adına sovxozda, 1991-1996-cı illərdə Şamaxı rayonu Çaylı kənd C.Cabbarlı adına sovxozda işlədiyi qeyd edilmişdir. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğu üçün qanunvericiliyə uyğun olaraq, əmək qabiliyyətli yaş dövrü 15 yaşından başlayır. Bu hal işin mübahisəsiz halıdır. Arayışa əsasən, Şamaxı rayonu Çaylı kənd C.Cabbarlı adına kolxozda minimum əmək günü normasının 180 gün olmasını nəzərə alsaq, iddiaçı 1972 və 1973 illər üzrə minimum əmək iştirakı normasını yerinə yetirmişdir (1972-ci il üzrə 222 gün, 1973-cü il üzrə isə 318 gün). 1970 və 1971-ci illər üzrə iddiaçının qazanmış olduğu minimum əmək iştirakı norması 1 il 3 ay 18 gün təşkil edir (144+102=246:180=1.36). Ümumilikdə : 3 il, 3 ay, 18 gün sosial sığorta stajı. İş materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş arayışa əsasən, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixə qədər SSRİ SQ-də müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının hərbi xidmətdən qayıtdığı 1975-ci il tarixdən 181 əmək günü Şamaxı rayon İ Çaylı C.Cabbarlı adına kolxozda işləməsi qeyri-mümkündür. Belə ki, iddiaçının hərbi xidmətdən qayıtdığı xx.xx.1975-ci il tarixdən həmin ilin sonuna qədər 5 ay 18 gün, yəni 168 gün müddət mövcuddur ki, həmin ildə 181 əmək gününün işləməsi mümkün deyildir. Bundan əlavə, həmin arayışda İddiaçı 1976-cı il üzrə Şamaxı rayon İ Çaylı C.Cabbarlı adına kolxozda 596 əmək günü qazanması da mümkün deyildir. Mövcud təqvimə uyğun olaraq, 1 il 365- 366 gün təşkil edir. Eyni zamanda, İddiaçı 1967-1973, 1975-1976-ci illərdə Şamaxı rayon İ Çaylı C.Cabbarlı kolxozunda, 1991-1996-cı illərdə C.Cabbarlı sovxozunda işlədiyini iddia edir. Lakin iş materialında olan, Dövlət Arxivi Şamaxı filialı tərəfindən iddiaçıya verilən xx.xx.2019-cu il tarixli, 131 saylı arayışlarda, Şamaxı rayonu İ Çaylı C.Cabbarlı kolxozu, kolxoz kimi deyil, sovxoz kimi qeyd edilmişdir ki, bu hal da ziddiyyətli məqamlara aydınlıq gətirilməsini zəruri etdiyindən, Şamaxi rayon İ Çaylı C.Cabbarlı kolxozunun və C.Cabbarlı sovxozunun nə vaxt yaradılması, ləğv edilməsi, hansı illər ərzində fəaliyyət göstərmələri və eləcə də C.Cabbarlı sovxozu ilə, Şamaxı rayon İ Çaylı C.Cabbarlı kolxozu arasında hər hansı bir səbəbli əlaqənin olub-olmaması barədə məlumatların qısa müddətdə təqdim edilməsinə dair göstəriş verilməsi barədə Dövlət Arxivi Şamaxı filialına müvafiq sorğular göndərilmişdir. Yuxarıda qeyd olunan əsaslara görə, Dövlət Arxivinin Şamaxı filialının 131 nömrəli, xx.xx.2019-cu il tarixli arayışları həqiqəti əks etdirmir və heç bir halda sübut kimi qiymətləndirilə bilməz və şəxsin sosial sığorta stajını təsdiq edən sənəd hesab edilə bilməz. Tələbində iddiaçı 1976-1982, 1991-1996 Çaylı kənd C.Cabbarlı adına sovxozda, 1983-1990-ci illərdə Xəqani adına sovxozda işlədiyini iddia etmişdir. Buna görə də, iddiaçının qeyd olunan sovxozlarda işlədiyini əks etdirən arxiv arayışını sosial sığorta stajı verən sənəd kimi qəbul etsək belə, iddiaçının 18 il 2 ay sosial sığorta stajı yaranacaqdır (qeyd olunan illər üzrə təqdim edilmiş arayışda əmək haqqı cədvəllərinə əsasən, iddiaçı cəmi 2 il 10 ay əmək haqqı almamışdır). Beləliklə, iş materiallarında olan bütün arxiv arayışlarını iddiaçıya sosial sığorta stajının hesablanması üçün əsas verən sənədlər kimi, qəbul etsək belə, iddiaçının ümumilikdə 23 il 5 ay 19 gün sosial sığorta stajı yaranmış olur (3 il 3 ay 18 gün Çaylı kənd C.Cabbarlı adına kolxozda, 2 il 2 ay 1 gün hərbi xidmət, 18 il 2 ay Çaylı kənd C.Cabbarlı adına sovxozda və Xəqani adına sovxozda işlədiyi illər). Bu səbəbdən, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajınının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olduğu kimi, şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. İddiaçının hərbi xidmətdən qayıtdığı 1975-ci il tarixdən 181 əmək günü Şamaxı rayon İ Çaylı C.Cabbarlı adına kolxozda işləməsi qeyri-mümkündür. Belə ki, iddiaçının hərbi xidmətdən qayıtdığı xx.xx.1975-ci il tarixdən həmin ilin sonuna qədər 5 ay 18 gün, yəni 168 gün müddət mövcuddur ki, həmin ildə 181 əmək gününün işləməsi mümkün deyildir. Cəmi : 5 ay 18 gün. Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş 131 saylı xx.xx.2019-cu il tarixli arayışına əsasən, iddiaçı 1976-1982-ci illərdə Şamaxı rayonu, Çaylı kənd C.Cabbarlı adına sovxozda 1976-cı ildə (8 ay), 1977-ci ildə (1 il), 1978-ci ildə (11 ay), 1979-cu ildə (9 ay), 1980-ci ildə (11 ay), 1981 -ci ildə (1 il), 1982-ci ildə (8 ay) Cəmi: 5 il 7 ay; Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş 131 saylı xx.xx.2019-cu il tarixli arayışına əsasən, 1983-1985-ci illərdə Xəqani adına sovxozda və 1986-1990-cı illərdə Şamaxı rayonu Quşçu kənd Xəqani adına sovxozda, 1991-1996-cı illərdə Şamaxı rayonu Çaylı kənd C.Cabbarlı adına sovxozda işlədiyi qeyd edilmişdir. Əmək haqqı almadığı ayları çıxsaq, iddiaçının Cəmi: 12 il, 8 ay ümumi iş stajı olacaqdır. Göründüyü kimi, yuxarıda qeyd olunan bütün arxiv arayışlarını iddiaçıya sosial sığorta stajının hesablanması üçün əsas verən sənədlər kimi, qəbul etsək belə, iddiaçının ümumilikdə 23 il, 6 ay, 5 gün ümumi iş stajı (sosial sığorta stajı) yaranmış olur. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün, iddiaçı qanunun tələb etdiyi şərtləri (25 il sosial sığorta stajının olmaması və pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi) yerinə yetirə bilmədiyindən, Sumqayıt İnzibati Məhkəməsinin qərarı iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1169/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: İddiaçı aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş 131 saylı xx.xx.2019-cu il tarixli arxiv çıxarışlarından görünür ki, İddiaçı həqiqətən 1967-1973-cü illərdə və 1975-1976-cı illərdə Şamaxı rayonu 1-ci Çaylı kənd C.Cabbarlı adına kolxozda kolxozçu işləmiş, 1967-ci ildə 5 əmək günü, 1968-ci ildə 68 əmək günü, 1969-cu ildə 150, 1970-ci ildə 144, 1971-ci ildə 102, 1972-ci ildə 222, 1973-cü ildə 318, 1975-ci ildə 181 və 1976-cı ildə 596 əmək günü işləmişdir. Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş 131 saylı xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 1976-cı ilin sentyabr ayından 1982-ci ilədək Çaylı kənd C.Cabbarlı adına sovxozda, 1983-1985-ci illərdə və 19861990-cı illərdə Quşçu kənd Xəqani adına sovxozda, 1991-1996-cı illrədə Çaylı kənd C.Cabbarlı adına sovxozda işləmiş və əmək haqqı almışdır. Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, 1967-ci ildən xx xxxxxxxx 1978-ci il tarixədək C,Cabbarlı adına kolxozda kişilər üçün minimum 180 əmək günü təyin edilmişdir. Azərbaycan Respublikası DSMF-nin Şamaxı rayon şöbəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı 1967-ci ilin yanvar ayından xx xxx 1973-cü ilədək, xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxxxx 1976-cı il tarixədək Şamaxı rayın 1-ci Çaylı C.Cabbarlı adına kolxozda, xx xxx 1991-ci ildən xx xxxxxx 1996-cı il tarixədək C.Cabbarlı sovxozunda işlədiyi dövr onun əmək kitabçasında əksini tapmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin etmək mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı işlədiyi 1967-1973, 19751976-cı illərdə C.Cabbarlı adına kolxozda işləmiş kişilərə 180, qadınlara 120 əmək günü, 1991-1996-cı illərdə l Çaylı kolxozunda və sovxozda isə ayla hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı əmək pensiyası təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının işlədiyi dövlər əmək kitabçasında öz əksini tapmadığına görə həmin dövrün onun sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Qeyd olunan qərar ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bu zaman ona əsaslanmışdır ki, İddiaçı işlədiyi dövrdə Çaylı kənd C.Cabbarlı adına kolxozda əmək iştirakı minimumu 180 əmək günü müəyyən edilmişdir. İddiaçının 1972-1976-cı illərdə hər ildə 180 əmək günündən artıq işləməsi təsdiq edildiyindən göstərilən illər onun sosial sığorta stajına daxil edilməlidir. 1991-1996-cı illərə gəldikdə məhkəmə qeyd etmişdir ki, həmin müddət əmək kitabçasında qeyd edilməsə də, iddiaçının həmin dövrdə işləməsi və əmək haqqı alması arxiv arayışı ilə təsdiq edildiyindən cavabdehin həmin müddəti sosial sığorta stajına daxil etməkdən imtinası əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və xx xxxxxxxx 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, xx xxxxxx 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, ümumi iş stajı xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən müəyyən edilməlidir. Həmin qanunvericilikdə əmək stajının arayışlar əsasında təsdiq edilməsi göstərilmişdir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ikinci hissəsində göstərilmişdir ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə hüquqi qiymət verməklə aşağıdakı qaydada əmək stajının hesablanmasını zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İddiaçının 15 yaşının xx.xx.1970-ci ildə tamamlandığını əsas götürərək, həmin ildə işləməsini də iş stajına daxil etmək olar. Belə ki, tədris ili may ayında bitmişsə, iddiaçının may ayından sonra 144 gün işləyə bilməsi şübhə doğurmiur. Belə ki, ilin qalan 6 ayı ərzində, yəni 180 gün ərzində 144 gün işləməsi ağlabatandır.

1. iddiaçı 1972 və 1973 illər üzrə minimum əmək iştirakı normasını yerinə yetirmişdir (1972-ci il üzrə 222 gün, 1973-cü il üzrə isə 318 gün). 1970 və 1971ci illər üzrə iddiaçının qazanmış olduğu minimum əmək iştirakı norması 1 il 3 ay 18 gün təşkil edir (144+102=246:180=1.36). cəmi : 3 il, 3 ay, 18 gün

2. İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixə qədər SSRİ SQ-də müddətli həqiqi hərbi xidmətdə olmuşdur. cəmi : 2 il, 2 ay, 1 gün

3. İddiaçının hərbi xidmətdən qayıtdığı 1975-ci il tarixdən 181 əmək günü Şamaxı rayon İ Çaylı C.Cabbarlı adına kolxozda işləməsi qeyri-mümkündür. Belə ki, iddiaçının hərbi xidmətdən qayıtdığı xx.xx.1975-ci il tarixdən həmin ilin sonuna qədər 5 ay 18 gün, yəni 168 gün müddət mövcuddur ki, həmin ildə 181 əmək gününün işləməsi mümkün deyildir. Məhkəmə kollegiyası cavabdehin bu yanaşması ilə razılaşır. cəmi: 5 ay 18 gün.

4. Məhkəmə kollegiyası 1976-1982-ci illər üzrə hesablamanın cavabdeh tərəfindən təqdim olunan variantını qəbul etmir. Belə ki, iş materialında həmin dövrlər əmək kitabçasında da əks olunduğu üçün, məhkəmə kollegiyası həmin dövrün əmək kitabçası üzrə hesablanmasını məqsədyönlü hesab edir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinə əsasən Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Belə ki, əmək kitabçasından görünür ki, həmin dövr üzrə iddiaçının cəmi 5 il 7 ay deyil, 6 il 4 ay 1 gün əmək stajının olduğu müəyyən edilir. Belə ki, iddiaçı xx.xx.1976-cı il tarixdə Şamaxı rayonu C.Cabbarlı adına sovxoza fəhlə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə isə sovxoz fəhləliyindən azad edilmişdir. (iş mat, səh 34) cəmi: 6 il 4 ay 1 gün

5. Məhkəmə kollegiyası 1976-1982-ci illər üzrə hesablamanın da cavabdeh tərəfindən təqdim edilən variantını qəbul etmir. Belə ki, cavabdeh tərəfindən müəyyən edilmişdir ki, Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş 131 saylı xx.xx.2019-cu il tarixli arayışına əsasən, 1983-1985-ci illərdə Xəqani adına sovxozda və 1986-1990-cı illərdə Şamaxı rayonu Quşçu kənd Xəqani adına sovxozda, 1991-1996-cı illərdə Şamaxı rayonu Çaylı kənd C.Cabbarlı adına sovxozda işlədiyi qeyd edilmişdir. Əmək haqqı almadığı aylar çıxılsa, iddiaçının cəmi: 12 il, 8 ay ümumi iş stajı olacaqdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməsi əmək kitabçasında da qeyd olunmuşdur. Belə ki, əmək kitabçasından görünür ki, xx.xx.1983-cü ildən iddiaçı tikinti briqadasına fəhlə qəbul edilmiş, xx.xx.1990-cı ildən fəhləlikdən azad edilmişdir (7 il 3 ay, 3 gün) xx.xx.1991-ci ildən-xx.xx.1996-cı ilə kimi iddiaçı sovxozun yanacaq anbarında müdir olmuşdur. (4 il, 7 ay, 11 gün) İş materialına əlavə edilmiş cavabdehin son arxiv arayışından görünür ki, iddiaçı 1996-cı il üzrə tam olaraq işləmişdir. (1 il) 7 il 3 ay, 3 gün+ 4 il, 7 ay, 11 gün+ 1 il=12 il, 10 ay, 14 gün

Beləliklə, iddiaçının yuxarıda işlədiyi bütün illər toplandıqda, onun iş stajının 3 il, 3 ay, 18 gün+ 2 il, 2 ay, 1 gün+5 ay 18 gün+6 il 4 ay 1 gün+12 il, 10 ay, 14 gün=25 il, 1 ay, 22 gün olması müəyyən olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu normanın “Qeyd” hissəsində nəzərdə tutulmuşdur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək kitabçasında qeyd olunan müəssisələrdə və arxiv arayışlarına görə iddiaçının əmək stajı 25 il, 1 ay, 22 gün təşkil edir. Yaş həddi ilə bağlı isə kollegiya qeyd edir ki, 2020-ci ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 il 6 aydır. İddiaçının xx.xx.1955-ci ildə anadan olduğu nəzərə alındıqda onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 64 il (6 ay) yaşında, xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Bundan başqa, kollegiya qeyd edir ki, iddiaçının arxiv arayışlarında qeyd edilən işlədiyi illər üzrə vəzifəli şəxs tərəfindən əmək kitabçasında lazımi qeydlərin aparılmaması, yəni başqa bir şəxsin hərəkəti (hərəkətsizliyi) iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Belə ki, əmək kitabçasında müvafiq qeydlərin aparılması qanunvericilklə onun vəzifəsi deyil. Cavabdeh həmçinin apelyasiya şikayətində arxiv arayışlarının mötəbərliyini şübhə altına almış, bununla bağlı Dövlət Arxivi Şamaxı filialına müvafiq sorğular göndərildiyini bildirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1169/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialının apelyasiya şikayəti təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1169/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar