Məhkəmə qərarları › İş №2-1(105)-175/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-175/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-175/2021 09.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu, Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı 23.01.2019-cu il tarixli **********17492 №-li "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarın 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası 16481,38 manat olmaqla vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv edilməsi və həmin qərar əsasında tutulmuş məbləğin iddiaçının bank hesabına qaytarılması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2-1(118)-35/2020 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı 23.01.2019-cu il tarixli **********17492 №-li "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarın 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası 16481,38 manat olmaqla vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qərarla İddiaçınə: 1.Torpaq vergisi üzrə 1755,54 manat vergi hesablanmasının aparılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 877,77 manat maliyyə sanksiyasının tətbiq edilməsi; 2.ÖMV üzrə 32962,76 manat vergi hesablanmasının aparılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 16481,38 manat maliyyə sanksiyasının tətbiq edilməsi; 3.Yoxlama ilə əhatə olunan dövr ərzində vergi bəyannamələri vergi orqanına vaxtında təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən vergi ödəyicisinə 160,00 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi; Ümumilikdə SYV nəticəsində vergi ödəyicisinə 34718,30 manat vergi hesablanması və 17519,17 manat maliyyə sanksiyasının tətbiq olunması qərara alınmışdır. Həmin qərarın torpaq vergisi üzrə 1755,54 manat vergi hesablanmasının aparılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 877,77 manat maliyyə sanksiyasının tətbiq edilməsi, eləcə də yoxlama ilə əhatə olunan dövr ərzində vergi bəyannamələri vergi orqanına vaxtında təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən vergi ödəyicisinə 160,00 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsinə etirazları yoxdur. Qərarın ÖMV üzrə 32962,76 manat vergi hesablanmasının aparılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 16481,38 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi isə mütəxəssisin uydurma xarakterli fərziyyələrinə əsaslanmaqla qərəzli qanuna ziddir. Belə ki, ’’İddiaçı” MMC-nin 2016-cı ilin yanvar ayından 2018-ci ilin fevral ayına kimi olan dövrdə vergilər və digər ödənişlərə qair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının təyin olunması barədə qərar 19.04.2018-ci il tarixdə qəbul edilmiş və 22.06.2018-ci ildən 16.07.2018-ci ilə kimi olan dövrdə, sonra da 23.11.2018-ci ildən 21.12.2018-ci ilə kimi olan dövrlər üçün vergi yoxlaması dayandırılaraq təxirə salınmış, 30.11.2018-ci il tarixdən vergi yoxlaması bərpa edilmiş və yoxlamanın nəticəsinə dair akt da 10.12.2018-ci il tarixdə tərtib olunmaqla İddiaçı MMC-də aparılan vergi yoxlaması 9 aya yaxın müddətdə davam etmişdir ki, bu da vergi qanunvericiliyinin kobud surətdə pozulması və yoxlamanın aparılmasında 3 saylı Ərazi Vergi İdarəsinin qərəzinin təzahürüdür. Vergi Məcəlləsinin (bundan sonra VM) 38.2-ci maddəsinin tələbinə əsasən növbəti Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Bundan başqa həmin yoxlama ilə əlaqədar 3 saylı Ərazi Vergilər İdarəsinin 01.06.2018-ci il tarixli **********152366 №-li qərarı ilə İddiaçı MMC-nə məxsus Qusar rayonun Çubuqlu kəndində yerləşən meyvə (alma) bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə məhsuldarlığının həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi üçün mütəxəssis kimi dəvət olunmuş “xxxx”MMC-nin mütəxəssisi X9 tərəfindən araşdırma aparılmamasının səbəbləri, eləcə də bu barədə olan qərarın icra vəziyyəti barədə bizdə heç bir məlumat yoxdur. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-nə məxsus Qusar rayonun Çubuqlu kəndində yerləşən meyvə (alma) bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə məhsuldarlığının həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi üçün X16 Mərkəzinin mütəxəssisi X3 mütəxəssis kimi dəvət olunması barədə 23.07.2018- ci il tarixli **********157457 №-li qərar qəbul etməsi də vergi qanunvericiliyinin tələblərinə ziddir. X15 Elm Mərkəzinin mütəxəssisi X5 vaxtilə 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-nin 2014-2015-ci illər üzrə fəaliyyətinin yoxlanılması zamanı da mütəxəssis qismində dəvət olunmuşdu və onun verdiyi rəy əsasında tərtib olunmuş akta görə Vergi orqanı tərəfindən qəbul olunmuş qərar da məhkəmə aktı ilə ləğv edilmişdir. Ona görə də X5 hazırkı yoxlama üzrə işin nəticələrində maraqlı şəxsdir və vurulmuş ziyanın ödənilməsi tələbi ilə iddiaçı tərəfindən ona qarşı məhkəmədə iddia qaldırılmışdır. Bundan başqa X5 ixtisasca aqronomdur və onun, əmək haqqılarına dair mühasibat əməliyyatları üzrə xüsusi biliyi və təcrübəsi yoxdur. Ona görə də onun bu sahə üzrə rəyi yoxlama üçün əsas götürülə bilməz. Mütəxəssis rəyində onun hazırlanması üçün müxtəlif internet saytlarına və sair ədəbiyyatlardakı məlumatlara istinad olunması göstərilsə də bu barədə müvafiq çıxarışlar rəyə əlavə olunmamışdır. Qəribədir ki, mütəxəssis rəyində, həmin tipli alma bağlarında bir nəfər tərəfindən gündə nə qədər alma toplanmasının mümkünlüyü, eləcə də İddiaçı MMC üzrə həmin müddətdə istehsal olunmuş alma məhsulunun aylar üzrə neçə nəfər tərəfindən toplanması və satışı barədə heç bir söz qeyd edilməmişdir. Göründüyü kimi Vergi əməkdaşları tərəfindən yoxlama zamanı alınmış mütəxəssis rəyi heç bir hüquqi normaya və elmi-təcrübəvi tədqiqatlara əsaslanmayan, ziddiyyətli, reallıqdan uzaq uydurma xarakterli fərziyyələrdən ibarət idi ki, həmin rəyə əsaslanıb kənd təsərrüfatı sahəsi ilə məşğul olan müəssisəni vergi məsuliyyətinə cəlb etmək yolverilməzdir. Lakin buna baxmayaraq 3 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən təkrarən, həmin mütəxəssis rəyi əsasında İddiaçı MMC-də səyyar vergi yoxlamasının nəticələrinə dair 10.12.2018-ci il tarixli **********148603 №-li akt tərtib olunmuş və aktın nəticələrinə görə cavabdehin 23.01.2019-cu il tarixli **********17492 №-li qərarı ilə vergi ödəyicisi, yəni İddiaçı MMC vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. X1 rəyində açıq şəkildə qeyd olunur ki, hazırkı iş üzrə Vergi orqanının qərarına və qoyulan suallara əsasən 23.07.2018-ci il tarixdə İddiaçı MMC-nin intensiv tipli meyvə (alma) bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə istehsal həcminin, həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi ilə bağlı mütəxəssis araşdırılması aparılmışdır və bu məqsədlə də 23.07.2018-ci il tarixdə onun tərəfindən İddiaçı MMCnin Qusar rayonun Çubuqlu kəndində yerləşən intensiv tipli meyvə bağlarına baxış keçirilmişdir. X3 23.07.2018-ci il tarixli qərarla mütəxəssis qismində dəvət olunduqdan sonra, həmin qərarın surətini götürüb işin nəticəsi barədə maraqlı olmadığına dair iltizam verib zəruri materiallarla tanş olaraq həmin gündə də 80 hektardan ibarət alma bağına baxış keçirilməsi texniki cəhətdən mümkün deyildi. Bundan başqa həmin baxışı keçirməklə İddiaçı MMC üzrə 2016-2017-ci illərdə istehsal olunmuş alma məhsuldarlığı barədə fikir yürütmək absurd və gülüncdür. Belə ildırım sürətilə alma bağına baxış keçirən X1, həmin gündən 4 aydan da artıq vaxt keçdikdən sonra 28 noyabr 2018-ci il tarixdə rəy tərtib edib Vergi orqanına təqdim etməsi də olduqca təəccüblüdür. Burada cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinin, eləcə də X16 Mərkəzinin mütəxəssisi X3 yalnız bir məqsədləri olmuşdur ki, onun tərəfindən İddiaçı MMC-nin 2014-2015-ci illərə dair fəaliyyəti üzrə verdiyi rəyin nəticələrinə görə tərtib olunmuş qərar ləğv olunduğuna görə iddiaçıdan qisas alsın, eləcə də Vergi orqanının qanunsuz olaraq hesabımızdan sildiyi pulu iddiaçıya geri qaytarmasın. Mütəxəssis rəyində qeyd edilən fərziyyə xarakterli fikirlərə görə İddiaçı MMC üzrə 2016-cı ildə guya ******* kq alma məhsulu istehsal olunduğu halda sənədlərdə ******* kq, yəni 655500 kq az, 2017-ci ildə də guya ******* kq alma məhsulu istehsal olunduğu halda 1842000, yəni 746500 kq göstərilmişdir. X6 bu rəqəmləri haradan götürdüyü məlum deyildir və o, unudur ki, İddiaçı MMC-nin soyuducusunun alma tutumu cəmi 2.000.000 kqdır. Eləcə də İddiaçı MMC üzrə 2016-2017-ci illərin alma yığımı mövsümündə işə cəlb olunmuş işçilərin sayı 600-700 nəfər arası dəyişmişdir ki, onların da gündə 200-300 kq olmaqla 90 gün ərzində 10.000.000 kq-dan artıq, yəni mütəxəssisin iddia etdiyindən də 4- 5 dəfə artıq alma toplamağa imkanları olmuşdur. Faktiki olaraq isə İddiaçı MMC üzrə 2016-cı ildə ******* kq alma məhsulu istehsal edilmiş, bunun da: avqust ayında 250000 kqı 151 nəfər tərəfindən yığılmaqla adam başına gündə 55,2 kq; sentyabr ayında 650000 kqı 166 nəfər tərəfindən yığılmaqla adam başına gündə 130,5 kq; oktyabr ayında 696000 kqı 166 nəfər tərəfindən yığılmaqla adam başına gündə 135,2 kq; noyabr ayında 160000 kq-ı 85 nəfər tərəfindən yığılmaqla adam başına gündə 67,7 kq olmaqla mövsüm ərzində gündə orta hesabla bir nəfər tərəfindən cəmi 97,15 kq; 2017-ci ildə də ******* kq alma məhsulu istehsal edilmişdir ki, bunun da: avqust ayında 180000 kq-ı 143 nəfər tərəfindən yığılmaqla adam başına gündə 42 kq; sentyabr ayında 955000 kq-ı 239 nəfər tərəfindən yığılmaqla adam başına gündə 133,2 kq; oktyabr ayında 655000 kq-ı 220 nəfər tərəfindən yığılmaqla adam başına gündə 96 kq; noyabr ayında 52000 kq-ı 131 nəfər tərəfindən yığılmaqla adam başına gündə 13,2 kq olmaqla mövsüm ərzində gündə orta hesabla bir nəfər tərəfindən cəmi 146,1 kq alma toplanmışdır. 1 nəfərin gündəlik alma yığım normasının da orta hesabla 200-300 kq olmasını nəzərə alsaq həmin illərdə MMC üzrə istehsal edilmiş alma məhsulunun toplanması üçün cəlb edilmiş mövsümi işçilərin sayı kifayət qədər yetərli olmuşdur.. Alma yığımına cəlb olunmuş işçilərin əmək haqqları da orta hesabla avqust ayında 200 manat, sentyabr-oktyabr aylarında 200-250 manat, noyabr ayında da 150 manat civarında olmuşdur ki, bu da Respublika üzrə minimum əmək haqqı normasından yuxarıdır. 3 saylı Ərazi Vergilər İdarəsinin isə mövqeyindən yenə də belə çıxır ki, İddiaçı MMC, əsassız olaraq ödəmə mənbəyində süni surətdə əlavə vergi ödəmək üçün istehsal edilmiş alma məhsulunun toplanması üçün zəruri olan işçilərin sayını heç bir əsas olmadan süni şəkildə artıraraq külli miqdarda əmək haqqı hesablayıb ödəməklə israfçılığa yol verməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi, yəni tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “3 saylı Ərazi Vergilər İdarəsinin 23.01.2019-cu il tarixli **********17492 №-li vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarı "İddiaçı" MMC-nin 2016-2017ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası 16481,38 manat olmaqla vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv edilməsi və həmin qərar əsasında "İddiaçı" MMC-nin hesabından tutulmuş 32962,76+16481,38=49444,14 (qırx doqquz min dörd yüz qırx dörd manat 14 qəpik) manat pulun 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən "İddiaçı" MMC-nin bank hesabına qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı MMC (VÖEN **********) 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.01.2019-cu il tarixli, **********174921 nömrəli qərarının 2016- 2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası üzrə 16481,36 manat olmaqla vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsində göstərilənləri aşağıdakı səbəblərə görə əsassız hesab edir. Belə ki, 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 19.04.2018-ci il tarixli, **********147880 nömrəli qərarına əsasən İddiaçı MMCnin sahibkarlıq fəaliyyətində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində 19.04.2018-ci il tarixdə KY181254286 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq 10.12.2018-ci il tarixli, **********148603 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.01.2019-cu il tarixli, **********174921 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən torpaq vergisinin 2016-cı il üzrə 1105,77 manat, 2017-ci il üzrə 649,77 manat, ödəmə mənbəyində tutulan vergilərin 2016-cı il üzrə 20074,53 manat, 2017-ci il üzrə 12888,23 manat olmaqla, ümumilikdə 34718,30 manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə ümumilikdə vergi ödəyisinə 34718,30 manat məbləğində əlavə vergi hesablanmış və azaldılmış vergi məbləğlərinə görə ümumilikdə 17679,17 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması zamanı İddiaçı MMC-yə məxsus, Qusar rayonu, Çubuqlu kəndində yerləşən meyvə (alma) bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə orta məhsuldarlığının (istehsal həcminin), həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi məqsədilə “mütəxəssisin dəvət edilməsi haqqında” 23.07.2018-ci il tarixli **********157457 nömrəli qərar qəbul edilmiş, bağlanmış 23.07.2018-ci il tarixli müqaviləyə əsasən X15 Elm Mərkəzinin əməkdaşı X5 mütəxəssis kimi dəvət olunmuş və mütəxəssis tərəfindən 04.12.2018-ci il tarixli rəy tərtib edilmişdir. Mütəxəssis tərəfindən araşdırma aparılmış və rəydə intensiv tipli alma bağında Qolden Reynders, Braburn, Qala, Conaqold, Red Delişes, Fuji, Qrani Smit və Jeramin adlı cəmi 196290 ədəd alma ağacı, o cümlədən, 60 ha məhsuldar alma bağında 167000 ədəd alma ağacı və 2014-cü ildə salınmış 20,0 ha alma bağında 29290 ədəd alma ağacının mövcud olduğu və yeni texnologiya əsasında salınmış belə alma bağları ikinci il 15-20 ton/ha, üçüncü il 25-30 ton/ha, dördüncü ildə isə 40-50 ton/ha məhsul verildiyini bildirmişdir. Həmçinin, cəmiyyətin ərazisində 2014-cü ildə salınmış 1,0 ha gavalı, 2015-ci ildə salınmış 1,0 ha və 2018-ci ildə salınmış 1,4 ha armud bağının da olduğu, cəmiyyətin balansında olan bağların 4x1 m, 3,5x0,8 metr əkin sxeminə uyğun salındığı və bağ sahəsində bir hektara orta hesabla 2454 ədəd alma ağacının yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrinə əsasən 2016-cı ildə 60 ha alma bağından cəmi ******* kq meyvənin yığılması bu da 10,51 kq/ağac (1756000 kq/167000 ağac) və 2017-ci ildə ******* kq meyvənin yığılması bu da 11,0 kq/ağac göstərilsə də (1842000 kq/167000 ağac), iqlim şəraitinin nisbətən normal keçməsini nəzərə alaraq 60 ha alma bağında 2016-cı ildə məhsuldarlıq 14,5 kq/ağaca görə istehsal həcmi ******* kq (14,5 kq/ağac x 167000 ağac), yaxud 40,3 ton/ha olmalı 2017-ci ildə məhsuldarlıq orta hesabla 15,5 kq/ağaca görə isə ******* kq (15,5 kq /ağac x167000), yaxud 43,1 ton/ha olması göstərilmişdir. Beləliklə, iki il ərzində alma bağı üzrə orta məhsuldarlığın 41,7 ton/ha (40,3+43,1=83,4: 2=41,7) olduğu göstərilmişdir. Həmçinin cəmiyyətə məxsus 80 hektar intensiv tipli məhsuldar alma bağında meyvələrin toplanması və daşınması ilə bağlı aparılan araşdırma nəticəsində, bağın 4x1 m, 3,5x0,8 metr əkin sxemi ilə salındığı üçün bir hektar sahədə işləyən işçilərin orta statistik sayı günə 4 adam/gün qəbul edilmişdir. Bağçılıq sahələrində görülən işlər mövsümi xarakterli olduğu üçün məhsil yığımı 10 avqust - 15 noyabr ayları olaraq 3.05 ay qəbul edilib və bir mövsüm ərzində yəni meyvələrin toplanması və daşınması üzrə işçilərin ümumi sayının 976 nəfər (4 işçi sayı x 3.05 ay x 80 ha = 976) olduğu müəyyən edilmişdir. Beləliklə mövsüm ərzində işçilərin sayının bir ayda gündə 320 nəfər olduğunu nəzərə alsaq, meyvə yığımına hazırlıq, o cümlədən tez yetişən meyvə sortlarının itkisiz yığılması ilə əlaqədar işçi sayına tələb avqust ayının 10-15 tarixindən başlayaraq artdığı üçün həmin ayda 176 adam/gün və noyabr ayının 15-dən sonra işçi sayının azaldıldığı nəzərə alnaraq 160 adam/gün olduğu hesablanmışdır. İşçilərin orta aylıq əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin İqtisadi X7 üzrə orta aylıq nominal əmək haqqı, kənd təsərrüfatı (o cümlədən bağçılıq), meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışan işçilərdə 2016-cı ildə 253,8 manat və 2017-ci ildə isə 261,5 manat olduğunu qəbul edərək əmək tutumu hesablanmışdır. Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrinə əsasən əmək tutumu 2016-cı ildə 216421,35 manat və 2017-ci ildə 299507,86 manat ( 216421,35 manat - 299507,86 manat =515929,21 manat) cəmi 515929,21 manat olmuşdur. Beləliklə müəyyən edilmişdir ki, cəmiyyətə məxsus Qusar rayonunun Çubuqlu kəndində yerləşən 83,4 ha intensiv tipli meyvə bağlarında istehsal olunan meyvənin orta məhsuldarlığı 2016-2017-ci illər üzrə azı 41.7 ton/ha göstərilməli olduğu halda 30 ton/ha göstərilmiş və ona uyğun olaraq əmək tutumu da 751377,46 manat göstərilməli olduğu halda 515929,21 manat göstərilərək 235448,25 manat azaldılmışdır. Əmək tutumu 2016- 2017-ci illərin 3.05 ayı ərzində (10 avqust-15 noyabr) 976 işci (bir ayda 320 nəfər), orta aylıq əmək haqqı 2016-cı ildə 253,8 manat və 2017-ci ildə isə 261,5 manat təşkil etmişdir. Səyyar vergi yoxlaması zamanı müəyyən edilmişdir ki: 2016-cı ilin 3-cü rübünün bəyannaməsinin 2-ci ayında (10 avqust-31 avqust) 151 nəfər işçiyə 24108,60 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 176 nəfər işçi sayına görə əmək tutumunun 44668,8 manat (176 nəfər x 253,8 manat) məbləğində olduğu müəyyən edilərək, 20560,20 manat fərq məbləğinə görə 2878,42 manat vergi; 2016-cı ilin 3-cü rübünün bəyannaməsinin 3-cü ayında (1 sentyabr-30 sentyabr) 166 nəfər işçiyə 33110,0 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 320 nəfər işçi sayına görə əmək tutumunun 81216,00 manat (320 nəfər x 253,8 manat) məbləğində olduğu müəyyən edilərək, 48106,00 manat fərq məbləğinə görə 6734,84 manat vergi; 2016-cı ilin 4-cü rübünün bəyannaməsinin 1-ci ayında (1 oktyabr-31 oktyabr) 166 nəfər işçiyə 34421,0 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 302 nəfər işçi sayına görə əmək tutumunun 81216,0 manat (320 nəfər x 253,8 manat) məbləğində olduğu müəyyən edilərək, 46795,0 manat fərq məbləğinə görə 6551,13 manat vergi; 2016-cı ilin 4-cü rübünün bəyannaməsinin 2-ci ayında (1 noyabr-15 noyabr) 85 nəfər işçiyə 12679,75 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 160 nəfər işçi sayına görə əmək tutumunun 40608,0 manat (160 nəfər x 253,8 manat) məbləğində olduğu müəyyən edilərək, 27928,25 manat fərq məbləğinə görə 3909,95 manat vergi; 2017-ci ilin 3-cü rübünün bəyannaməsinin 2-ci ayında (15 avqust-31 avqust 143 nəfər işçiyə 28023,40 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 176 nəfər işçi sayına görə əmək tutumunun 46024 0 manat (176 nəfər x 261,5 manat) məbləğində olduğu müəyyən edilərək, 18000,60 manat fərq məbləğinə görə 2520,85 manat vergi; 2017-ci ilin 3-cü rübünün bəyannaməsinin 3-cü ayında (1 sentyabr-30 sentyabr) 239 nəfər işçiyə 67048,80 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 320 nəfər işçi sayına görə əmək tutumunun 83680,0 manat (320 nəfər x 261,5 manat) məbləğində olduğu müəyyən edilərək, 16631,20 manat fərq məbləğinə görə 2328,68 manat vergi; 2017-ci ilin 4-cü rübünün bəyannaməsinin 1-ci ayında (1 oktyabr-31 oktyabr) 239 nəfər işçiyə 48220.00 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 320 nəfər işçi sayına görə əmək tutumunun 83680,0 manat (320 nəfər x 261,5 manat) məbləğində olduğu müəyyən edilərək, 35460,0 manat fərq məbləğinə görə 4964,4 manat vergi; 2017-ci ilin 4-cü rübünün bəyannaməsinin 2-ci ayında (1 noyabr-15 noyabr) 130 nəfər işçiyə 19873,0 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 160 nəfər işçi sayına görə əmək tutumunun 41480,0 manat (160 nəfər x 261,5 manat) məbləğində olduğu müəyyən edilərək, 21967,0 manat fərq məbləğinə görə 3075,38 manat ödəmə mənbəyində tutulan vergiləri bəyan edilmədən büdcədən yayındırılmışdır. Beləliklə, səyyar vergi yoxlaması zamanı 01.01.2016-cı il tarixdən 31.12.2017-ci il tarixədək olan dövrdə ümumi əmək tutumundan, bəyannamələrində bəyan edilmiş əmək haqqı məbləğləri çıxılaraq (751372,51-515924,21) ödəmə mənbəyində vergiyə cəlb olunan 235448,3 manat əmək tutumu məbləğindən 14 % dərəcəsi ilə ödəmə mənbəyində 32962,76 manat məbləğində vergilərin hesablanması təmin edilmişdir. Səyyar vergi yoxlaması zamanı həmçinin, cəmiyyət tərəfindən torpaq vergisinin 2016-cı il üzrə 1105,77 manat, 2017-ci il üzrə 649,77 manat azaldılması müəyyən edilmiş, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 877,78 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının dəlilləri ilə bağlı bildirir ki, alma bağlarına qulluq, meyvənin yığımı, toplanması və daşınması ilk dəfə yerinə yetirilən işlər olmadığı üçün bu sahə üzrə hər hansı elmi-təcrübəvi tədqiqatların aparılmasına da ehtiyac yoxdur. Eyni zamanda mütəxəssis öz rəyini yalnız meyvənin toplanması ilə bağlı verməmiş, bütün il boyu intensiv tipli alma bağına qulluq edilməsi üçün zəruri olan işçi qüvvəsi, əmək tutumu, istehsal həcmi barədə rəy hazırlamış və rəydə hər hansı bir ziddiyyət mövcud deyildir. Mütəxəssis hər bir detalı, o cümlədən iqlim şəraitini nəzərə alaraq, ümumilikdə bu tip bağlar üçün xarakterik olan məhsuldarlıq və əmək tutumu barədə rəy vermişdir. Hesab edir ki, mütəxəssis tərəfindən verilmiş rəy kifayət qədər əsaslıdır və yoxlamanın hüquqi əsası olmayan mütəxəssis rəyinə əsaslanması barədə göstərilənlər əsassızdır. Mütəxəssis rəyində hər bir ağacın orta məhsuldarlığı və ağacların sayı qeyd olunmuşdur. Hesab edir ki, mütəxəssis bir hektar sahədə işçilərin orta statistik sayını 4 adam/gün müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçı bir hektar sahə üçün müəyyən edilmiş 4 adam/gün işçi sayını yalnız almanın ağacdan dərilməsinə aid etməklə səhvə yol verir. Belə ki, müəyyən edilmiş işçi sayı meyvənin yığılmasını, toplanmasını, daşınmasını, habelə bağ sahələrinə cari qulluğu, becərməni, eləcə də soyuducu anbarda işləyən işçi saylarını da əhatə edir. Rəydə mövsümün gərgin vaxtlarında bütün təsərrüfat işlərinin görülməsi üçün zəruri olan işçi sayı müəyyən edilmişdir ki, bu da yoxlama zamanı nəzərə alınmışdır. Yığım normasının bir nəfər üçün gündəlik 200-300 kq olmasını iddiaçının necə müəyyən etməsinin özü qeyri-müəyyəndir. İddiaçı mütəxəssisin yoxlama üzrə işin nəticələrində maraqlı şəxs olmasını bildirsə də qeyd olunan halları əsaslandıra bilməmiş və bu barədə hər-hansı sübut təqdim etməmişdir Səbəb kimi, yalnız mütəxəsis tərəfindən əvvəlki yoxlama zamanı rəy verildiyini və həmin yoxlama üzrə qəbul edilmiş qərarın məhkəmə tərəfindən ləğv edildiyi bildirilir. Qeyd olunmalıdır ki, “Qiymətləndirmə xidmətinin göstəsilməsi haqqında” 23.07.2018-ci il tarixi müqavilədən də göründüyü kimi mütəxəssin marağı icra edilmiş iş üzrə ona ödənilən xidmət haqqından ibarətdir. Rəyindən də göründüyü kimi, mütəxəssis X15 Elm Mərkəzinin əməkdaşı X5 tərəfindən alma bağına 23.07.2018-ci il tarixdə baxış aparılmış və müvafiq araşdırmalar aparıldıqdan sonra 04.12.2018-ci il tarixdə bu barədə rəy tərtib edilmişdir. Cavabdeh iddiaçının vergi qanunvericiliyinin tələblərini pozaraq səyyar vergi yoxlamasının 9 aya yaxın müddətdə davam etməsi barədə göstərilənləri də əsassız hesab edir. Belə ki, 3 saylı Ərazi Vergilər İdarəsi keçirilmiş səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 23, 38 və 45.1-ci maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün vergi orqanının 30.05.2018ci il tarixli qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddətini 30 iş gününədək artırmışdır. Cəmiyyətə məxsus meyvə (alma) bağında istehsal olunan məhsulların 2016- 2017-ci illər üzrə orta məhsuldarlığının (istehsal həcminin), həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi məqsədilə “xxxx" MMC-dən “Mütəxəssisin dəvət edilməsi haqqında” 01.06.2018-ci il tarixli qərar qəbul edilmişdir. Buna görə də 22.06.2018-ci il tarixli və 17.07.2018-ci il tarixli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarlara əsasən müvafiq olaraq yoxlama 10.08.2018-ci il tarixədək olan müddətə müvəqqəti dayandırılmışdır. “xxxx” MMC tərəfindən müvafiq rəy verilə bilinmədiyi üçün “Mütəxəssisin dəvət edilməsi haqqında” 23.07.2018-ci il tarixli qərara əsasən X15 Elm Mərkəzinin əməkdaşı X5 mütəxəssis kimi dəvət olunmuşdur. 3 saylı Ərazi Vergilər İdarəsinin 24.07.2018, 24.08.2018, 27.09.2018, 22.10.2018 və 23.11.2018-ci il tarixli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarlarına əsasən yoxlama ilə bağlı mütəxəssis dəvət edildiyinə görə müvafiq olaraq yoxlama 21.12.2018-ci il tarixədək olan müddətə müvəqqəti dayandırılmış və 30.11.2018-ci il tarixli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərarına əsasən həmin tarixdən yoxlama bərpa edilmişdir. Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). İddiaçı həmçinin cəmiyyətin iddia ərizəsi üzrə qəbul edilmiş Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 13.02.2017-cı il tarixli, 2-2-1(85)-78/2017 saylı qərarın 31.01.2018- ci il tarixdən qüvvəyə minməsinə baxmayaraq 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən icra edilmədiyini, həmçinin müəssisənin fəaliyyətinə əsassız müdaxilələr edildiyini bildirmişdir. İddiaçının yuxarıda qeyd olunan mövqeyi də tamamilə əsassızdır. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13.02.2017-cı il tarixli, 2-2-1(85)-78/2017 saylı qərarı 16.03.2018-ci il tarixdə icra olunmuş və bunula bağlı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” 16.03.2018-ci il tarixli, **********144267 nömrəli qərar qəbul edilmiş və cəmiyyətin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər aparılmışdır. Həmçinin, Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda keçirilə bilər. Cəmiyyət tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması haqqında 02.04.2018-ci il tarixli **********350700 nömrəli məktubla müraciət edildiyinə görə, 3 saylı Ərazi Vergilər İdarəsi Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən müəssisənin fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Göründüyü kimi səyyar vergi yoxlamasının aparılması və yoxlama ilə vergilərin hesablanması zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir və verilmiş iddia tələblərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-35/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, 3 saylı Ərazi Vergilər İdarəsinin 23.01.2019-cu il tarixli **********17492 №-li "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarı "İddiaçı" MMC-nin 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası 16481,38 manat olmaqla vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim İ.Quliyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eləcə də qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın iddianın təmin olunmaması hissəsində ləğv olunması və 3 saylı Ərazi Vergilər İdarəsinin 23.01.2019-cu il tarixli **********17492 №li qərarı əsasında İddiaçı MMC-nin hesabından tutulmuş 49444,14 manat pulun cavabdeh tərəfindən İddiaçı MMC-nin bank hesabına qaytarılması hissəsində də iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh apelyasiya şikayətini iddia ərizəsinə dair etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdır ki, Məhkəmə 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş iddia ərizəsinə qarşı etirazda göstərilən məlumatları və sübutları ümumiyyətlə nəzərə almamışdır. Eyni zamanda bildirilmişdir ki, İddiaçı MMC mütəxəssis rəyinin əsassız olmasını iddia edərək, X15 Elm Mərkəzinin əməkdaşı X4 qarşı 120000,0 manat məbləğində maddi və 80000,0 manat məbləğində mənəvi ziyanın ödənilməsi və onun qanunsuz hərəkətləri barədə xüsusi qərardadın çıxarılması tələbinə dair Quba rayon Məhkəməsində iddia qaldırmışdır. Quba rayon Məhkəməsinin 24.04.2019-cu il tarixli 2(027)-981/2019 nömrəli qətnaməsi ilə mütəxəssis rəyi tam qanuni və əsaslı olduğuna görə İddiaçı MMC-nin iddiası təmin edilməyərək rədd edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2019-cu il tarixli 2(105)-32052019 nömrəli qətnaməsinə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Quba rayon Məhkəməsinin 24.04.2019-cu il tarixli 2(027)-981/2019 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.02.2020-ci il il tarixli 2(102)-1501/2020 nömrəli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2019-cu il tarixli 2(105)-32052019 nömrəli qətnaməsi qüvvədə saxlanılmışdır. Lakin, bu məsələ məhkəmə tərəfindən obyektiv qiymətləndirilməmişdir. Məhkəmə, öz qərarında səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən mütəxəssis dəvət edilməsini əsassız hesab etmiş, mütəxəssis X15 Elm Mərkəzinin əməkdaşı X3 üç məhkəmə instansiyasında ona qarşı iddia qaldırmış “İddiaçı" MMC-yə münasibətdə haqlı olmasını və əsaslı rəy vermiş olduğunu nəzərə almamışdır. Qeyd olunan hallardan göründüyü kimi Sumqayıt İnzibati Məhkəməsi tərərfindən işə baxılarkən iş üzrə mövcud olan sübutların düzgün, tam və hərtərəfli araşdırılmaması mübahisə üzrə əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında əvvəllər analoji qaydada vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarın ləğvinə dair məhkəmə mübahisəsi olmuşdur. Həmin mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən alınmalı sərəncamların qoyulmasının qadağan edilməsinə baxmayaraq, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 65.2 maddəsinə əsasən İddiaçı MMC-nin hesabında olan 46.026,81 manat pul vəsaitinin dondurulması barədə 26.07.2016-cı il tarixli **********5D saylı, sonra da 46.906,64 manat pul vəsaitinin alınması barədə 29.08.2016-cı il tarixli **********A №-li sərəncamlar tərtib olunaraq “xxxx” ASC-nin Yasamal filialına göndərilmiş, “xxxx” ASC-nin Yasamal filialı da göstərilən məbləği Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin xeyrinə İddiaçı MMCnin hesabından qanunsuz silmişdir. Aralarında olan həmin mübahisəyə görə 31 yanvar 2017-ci il tarixdən etibarən qanuni qüvvədə olan Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2-1 (85)-78/2017 №-li qərarı üstündən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq, bu günə kimi 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən icra olunmur, əksinə yenə də analoji qaydada fəaliyyətlərinə əsassız müdaxilələr edilməklə məhkəməyə qərarının icra olunması barədə yalan məlumatlar verilir və şəxsi hesab vərəqəsinə qaytarılmış pul iddiaçıya qaytarılmış kimi qələmə verilir. Hazırkı iş üzrə də Sumqayıt İnzibati Məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra təbii ki, cavabdeh tərəfindən yenə də tam icra olunmayacaqdır və ona görə də hazırkı iş üzrə iddia tələbinin həcmi artırılaraq ilkin iddia tələbləri ilə bərabər mübahisələndirilən qərar əsasında İddiaçı MMC-nin hesabından əsassız tutulmuş 32962,76+16481,38= 49444,14 (qırx doqquz min dörd yüz qırx dörd manat 14 qəpik) manat pulun iddiaçının bank hesabına qaytarılması xahiş edilmiş, lakin əfsuslar olsun ki, birinci instansiya məhkəməsi iddia tələblərini həmin hissədə təmin etməmişdir. Bunun üçün də birinci instansiya məhkəməsinin qərarında heç bir hüquqi-normativ akta istinad edilməmiş və məhkəmə yalnız ümumi xarakterli bir cümlə ilə belə qənaətə gəlmişdir ki, guya vergi qanunvericiliyində fəaliyyəti davam edən vergi ödəyicisindən tutulmuş vergi məbləğinin onun şəxsi hesabına qaytarılması nəzərdə tutulmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və verdiyi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, cavabdehin apelyasiya şikayətinin rədd edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(118)-35/2020 saylı qərarının iddianın təmin olunmaması hissəsində ləğv olunması və 3 saylı Ərazi Vergilər İdarəsinin 23.01.2019-cu il tarixli **********17492 saylı qərarı əsasında İddiaçı MMC-nin hesabından tutulmuş 49444,14 (qırx doqquz min dörd yüz qırx dörd manat 14 qəpik) manat pulun 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-nin bank hesabına qaytarılması hissəsində iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi verdikləri apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(118)-35/2020 saylı qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2019-cu il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərarı 23.01.2019-cu il tarixli **********17492 №-li vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərar əsasında "İddiaçı" MMC-nin hesabından tutulmuş 49444,14 pulun 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən "İddiaçı" MMC-nin bank hesabına qaytarılmasına dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, bu hissədə iddia tələbi mümkün hesab edilməmiş və iddiaçının apelyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin nümayəndələrinin izahatını dinləyib, cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarı "İddiaçı" MMC-nin 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası 16481,38 manat vergi məsuliyyətinə cəlb olunması hissəsində cavabdehin 23.01.2019-cu il tarixli **********17492 №-li vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarının ləğv edilməsi hissəsində dəyidirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin 19.04.2018-ci il tarixli **********147880 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar ilə İddiaçı məhdud məsuliyyətli cəmiyyətdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yanvar 2016-fevral 2018-ci il vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə əlaqədar aparılacaq yoxlamanın başlama tarixi kimi 20.04.2018-cı il tarix və yoxlamanın başa çatma tarixi kimi 04.06.2018-ci il tarix göstərilməklə Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və 19 aprel 2018-ci il tarixli, seriya KY ********* saylı “Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” alınmışdır. 10 dekabr 2018-ci il tarixli **********148603 saylı səyyar vergi yoxlaması aktı ilə yoxlama başa çatdırılmışdır. Yoxlama zamanı 04.12.2018-ci il tarixli mütəxəssis rəyi əsas götürülərək, “İddiaçı" MMC-yə məxsus Qusar rayonun Çubuqlu kəndində yerləşən 83,4 ha intensiv tipli meyvə bağlarında istehsal olunan meyvənin orta məhsuldarlığı 2016-2017-ci illər üzrə 41,7 ton/ha və ona uyğun olaraq əmək tutumu da 751372,51 manat müəyyənləşirilmiş, 10.12.2018-ci il tarixli **********148603 saylı səyyar vergi yoxlaması aktı ilə ödəmə mənbəyində tutulan vergi üzrə 32962,76 manat verginin büdcədən yayındırılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilməsi üzrə təklif verilmişdir. Həmin akt əsasında qəbul edilmiş 23 yanvar 2019-cu il tarixli **********174921 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə İddiaçı səyyar vergi yoxlamasının nəticələri haqqında akta əsasən ödəmə mənbəyində tutulan vergi üzrə 32926,76 manat əsas borc və 16481,38 manat məbləğində maliyyə sanksiyası olmaqla vergi məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi 04.12.2018-ci il tarixli mütəxəssis rəyi əsasında iddiaçıya əlavə vergi hesablanmışdır. Mütəxəssis tərəfindən araşdırma aparılmış və rəydə intensiv tipli alma bağında Qolden Reynders, Braburn, Qala, Conaqold, Red Delişes, Fuji, Qrani Smit və Jeramin adlı cəmi 196290 ədəd alma ağacı, o cümlədən, 60 ha məhsuldar alma bağında 167000 ədəd alma ağacı və 2014-cü ildə salınmış 20,0 ha alma bağında 29290 ədəd alma ağacının mövcud olduğu və yeni texnologiya əsasında salınmış belə alma bağları ikinci il 15-20 ton/ha, üçüncü il 25-30 ton/ha, dördüncü ildə isə 40-50 ton/ha məhsul verildiyini bildirmişdir. Həmçinin, cəmiyyətin ərazisində 2014-cü ildə salınmış 1,0 ha gavalı, 2015-ci ildə salınmış 1,0 ha və 2018-ci ildə salınmış 1,4 ha armud bağının da olduğu, cəmiyyətin balansında olan bağların 4x1 m, 3,5x0,8 metr əkin sxeminə uyğun salındığı və bağ sahəsində bir hektara orta hesabla 2454 ədəd alma ağacının yerləşdiyi müəyyən edilmişdir Beləliklə, cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrinə əsasən 2016-cı ildə 60 ha alma bağından cəmi ******* kq meyvənin yığılması bu da 10,51 kq/ağac (1756000 kq/167000 ağac) və 2017-ci ildə ******* kq meyvənin yığılması bu da 11,0 kq/ağac göstərilsə də (1842000 kq/167000 ağac), iqlim şəraitinin nisbətən normal keçməsini nəzərə alaraq 60 ha alma bağında 2016-cı ildə məhsuldarlıq 14,5 kq/ağaca görə istehsal həcmi ******* kq (14,5 kq/ağac x 167000 ağac), yaxud 40,3 ton/ha olmalı 2017-ci ildə məhsuldarlıq orta hesabla 15,5 kq/ağaca görə isə ******* kq (15,5 kq /ağac x167000), yaxud 43,1 ton/ha olması göstərilmişdir. Beləliklə, iki il ərzində alma bağı üzrə orta məhsuldarlığın 41,7 ton/ha (40,3+43,1=83,4:2=41,7) olduğu göstərilmişdir. Həmçinin cəmiyyətə məxsus 80 hektar intensiv tipli məhsuldar alma bağında meyvələrin toplanması və daşınması ilə bağlı aparılan araşdırma nəticəsində, bağın 4x1 m, 3,5x0,8 metr əkin sxemi ilə salındığı üçün bir hektar sahədə işləyən işçilərin orta statistik sayı günə 4 adam/gün qəbul edilmişdir. Bağçılıq sahələrində görülən işlər mövsümi xarakterli olduğu üçün məhsil yığımı 10 avqust - 15 noyabr ayları olaraq 3.05 ay qəbul edilib və bir mövsüm ərzində yəni meyvələrin toplanması və daşınması üzrə işçilərin ümumi sayının 976 nəfər (4 işçi sayı x 3.05 ay x 80 ha = 976) olduğu müəyyən edilmişdir. Beləliklə mövsüm ərzində işçilərin sayının bir ayda gündə 320 nəfər olduğunu nəzərə alsaq, meyvə yığımına hazırlıq, o cümlədən tez yetişən meyvə sortlarının itkisiz yığılması ilə əlaqədar işçi sayına tələb avqust ayının 10-15 tarixindən başlayaraq artdığı üçün həmin ayda 176 adam/gün və noyabr ayının 15-dən sonra işçi sayının azaldıldığı nəzərə alnaraq 160 adam/gün olduğu hesablanmışdır. İşçilərin orta aylıq əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin İqtisadi X7 üzrə orta aylıq nominal əmək haqqı, kənd təsərrüfatı (o cümlədən bağçılıq), meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışan işçilərdə 2016-cı ildə 253,8 manat və 2017-ci ildə isə 261,5 manat olduğunu qəbul edərək əmək tutumu hesablanmışdır. Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrinə əsasən əmək tutumu 2016-cı ildə 216421,35 manat və 2017-ci ildə 299507,86 manat ( 216421,35 manat - 299507,86 manat =515929,21 manat) cəmi 515929,21 manat olmuşdur. Beləliklə müəyyən edilmişdir ki, cəmiyyətə məxsus Qusar rayonunun Çubuqlu kəndində yerləşən 83,4 ha intensiv tipli meyvə bağlarında istehsal olunan meyvənin orta məhsuldarlığı 2016-2017-ci illər üzrə azı 41.7 ton/ha göstərilməli olduğu halda 30 ton/ha göstərilmiş və ona uyğun olaraq əmək tutumu da 751377,46 manat göstərilməli olduğu halda 515929,21 manat göstərilərək 235448,25 manat azaldılmışdır. Əmək tutumu 2016-2017-ci illərin 3.05 ayı ərzində (10 avqust-15 noyabr) 976 işci (bir ayda 320 nəfər), orta aylıq əmək haqqı 2016-cı ildə 253,8 manat və 2017-ci ildə isə 261,5 manat təşkil etmişdir. Beləliklə, səyyar vergi yoxlaması zamanı 01.01.2016-cı il tarixdən 31.12.2017-ci il tarixədək olan dövrdə ümumi əmək tutumundan, bəyannamələrində bəyan edilmiş əmək haqqı məbləğləri çıxılaraq (751372,51-515924,21) ödəmə mənbəyində vergiyə cəlb olunan 235448,3 manat əmək tutumu məbləğindən 14 % dərəcəsi ilə ödəmə mənbəyində 32962,76 manat məbləğində vergilərin hesablanması təmin edilmişdir. Əvvəla, mütəxəssis tərəfindən verilmiş rəydə normativlərə uyğun olaraq alma bağında ağacların normativlərə uyğun məhsuldarlığının orta hesabla 25-28 kq/ağac olduğunu, həmçinin 4x1m, 3,5x0,8 m əkin sxemi ilə salınmış alma bağları üçün bir hektar sahədə işçilərin orta statistik sayının 4 adam-gün qəbul edildiyi göstərilsə də, istinad ediln normativlər və statistik göstəricilər rəyə əlavə edilməmiş, rəydə “sair ədəbiyyatlardakı” məlumatlara istinad olunduğu qeyd edilsə də, həmin ədəbiyyatların nədən ibarət olduğu açıqlanmamışdır. Bundan əlavə, mütəxəssis rəyində qeyd olunan məlumatlar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Bir nəfər işçinin bir gündə almanın yığım norması haqqında” 07 noyabr 2016-cı il tarixli 07/14-08-1777 saylı məktubu ilə təkzib olunmuşdur. Həmin məktuba əsasən, “Respublika Normativ-Tədqiqat Stansiyası tərəfindən hazırlanmış “Bitçilkdə əl ilə görülən işlərin istehsal normaları və tarif dərəcələri” (Bakı-1981) təlimatına əsasən (yenisi hazırlanmayıb) Azərbaycan Respublikasında alma yığımı mövsümündə bir nəfər işçinin bir gündə almanın yığım norması almanın sortundan, böyümə gücündən və hektarın məhsuldarlığından asılkı olaraq 150-600 kiloqram arasında dəyişməsi və hal-hazırda bu normanın qarşılıqlı razılaşma əsasında işəgötürənlə işçi arasında bağlanan müqavilə əsasında müəyyən olunması görünür. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçı tərəfindən 2016-2017-ci illər üzrə istehsal həcmi və buna uyğun olaraq cəlb edilmiş mövsümi işçilərin sayı kifayət qədər olmuşdur. Bundan əlavə kollegiya qeyd edir ki, işdə olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, cavabdehin 01.02.2016-cı il tarixli, **********995026 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar ilə İddiaçı məhdud məsuliyyətli cəmiyyətdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə sentyabr 2014-dekabr 2015-ci il vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama zamanı X15 Elm Mərkəzinin əməkdaşı X3 (hazırkı işdə rəy verən mütəxəssis) 07.04.2015-ci il tarixli mütəxəssis rəyi əsas götürülərək, 2014-cü ildə hər ağaca 9,5 kq meyvə düşməklə istehsal həcmi 1602032,5 kq; 2015-ci ildə məhsuldarlıq 13,5 kq/ağaca görə istehsal həcmi 2276572,5 kq müəyyənləşirilmiş, 02.06.2016-cı il tarixli **********995252 saylı səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş 08 iyul 2016-cı il tarixli **********025592 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə İddiaçı ödəmə mənbəyində tutulan vergi üzrə 34737,92 manat əsas borc və 17368,96 manat məbləğində maliyyə sanksiyası olmaqla vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı 08 iyul 2016-cı il tarixli **********025592 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın İddiaçın 2014-2015-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 34737,92 manat (19184,62+15553,30) və maliyyə sanksiyası üzrə 17368,96 manat (9592,31+7776,65) olmaqla vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-78/2017 saylı 13 fevral 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan cavabdeh tərəfindən apelyasiya və kassasiya şikayətlərinin verilməsinə baxmayaraq, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-78/2017 saylı 13 fevral 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bununla yanaşı, kollegiya hesab edir ki, səyyar vergi yoxlamasının aparılması zamanı Vergi Məcəlləsinin normalarının tələblərinə də əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.3.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. İş materiallarından görünür ki, İddiaçı MMC 02 aprel 2018-ci il tarixdə cavabdehə 17 saylı məktubla müraciət edərək, bildirmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 fevral 2017-ci il tarixli, 2-1(85)-78/2017 saylı qərarı ilə, MMC-nin iddiası təmin edilərək, 3 saylı Ərazi Vergilər İdarəsinin 08 iyul 2016-cı il tarixli, **********025592 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı İddiaçı 2014-2015-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 34737,92 manat (19184,62+15553,30) və maliyyə sanksiyası üzrə 17368,96 manat (9592,31+7776,65) olmaqla vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, həmin qərar Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-347/2017 saylı, 02 oktyabr 2017-ci il tarixli qərarı ilə, apelyasiya məhkəməsinin qərarı da Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-241/2018 saylı, 31 yanvar 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Lakin iş üzrə məhkəmə araşdırmalarının aparıldığı dövrdə 3 saylı Ərazi Ərazi Vergilər İdarəsi tərəfindən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin xeyrinə, Vergi Məcəlləsinin 65.2 maddəsinə əsasən İddiaçı MMC-nin hesabında olan 46.026,81 manat pul vəsaitinin dondurulması barədə 26.07.2016-cı il tarixli, **********5D№li, sonra da 46.906,64 manat pul vəsaitinin alınması barədə 29.08.2016-cı il tarixli **********A№li sərəncamlar tərtib olunaraq "xxxx" ASC-nin Yasamal filialına göndərilmiş, “xxxx” ASC-nin Yasamal filialı da göstərilən məbləği Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin xeyrinə İddiaçı MMC-nin hesabından qanunsuz silmişdir. 3 saylı Ərazi Vergilər İdarəsinin qeyd olunan qərarı məhkəmə tərəfindən ləğv olunduğuna görə qanunsuz silinmiş həmin pul vəsaitinin İddiaçı MMC-nin hesabına qaytarılması xahiş edilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi qeyd edilən məktuba cavab olaraq bildirmişdir ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması haqqında müraciətiniz ilə bağlı olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.4-cü maddəsi əsas götürülərək 19.04.2018-ci il tarixli **********147880 nömrəli qərara əsasən "İddiaçı" MMC üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması haqqında müraciəti ilə əlaqədar səyyar vergi yoxlaması zamanı zəruri tədbirlər görülərək müvafiq məlumat veriləcəkdir. 02.04.2018-ci il tarixli müraciətdən göründüyü kimi, iddiaçının müraciəti artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə deyil, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını nəzərə alaraq cavabdeh tərəfindən MMC-nin hesabından düzgün silinməmiş (tutulmamış) vergi və maliyyə sanksiyasının qaytarılması barədədir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə görə, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 2.1-ci bəndinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçı 02.04.2018-ci il tarixli müraciətində artıq ödədiyi verginin deyil, vergi orqanı tərəfindən düzgün tutulmamış vergi və maliyyə sanksiyasının qaytarılmasını tələb etmiş, bu hal isə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən, növbədənkənar vergi yoxlamasının keçirilməsi üçün əsas ola bilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə əsasən vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnzibati İcraat haqqında Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” AR qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki halda isə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun cavabdeh tərəfindən sübuta yetirilməməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı "İddiaçı" MMC-nin 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası 16481,38 manat vergi məsuliyyətinə cəlb olunması hissəsində cavabdehin 23.01.2019-cu il tarixli **********17492 №-li vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarının ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2-1(118)-35/2020 saylı qərarı -"İddiaçı" MMC-nin 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergi üzrə 32962,76 manat və maliyyə sanksiyası üzrə 16481,38 manat vergi məsuliyyətinə cəlb olunması hissəsində 3 saylı Ərazi Vergilər İdarəsinin 23.01.2019-cu il tarixli **********17492 №-li “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarının ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar