Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-18/2022 18.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “yaşayış məntəqəsi daxilində yaşayış üçün yararlı olan yaşayış sahəsində məskunlaşdırılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi” tələbinə dair iş üzrə Açar sözlər: qaçqın statusu olan şəxsin yaşayış sahəsi tələbi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri, Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər: Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) qarşı “yaşayış məntəqəsi daxilində yaşayış üçün yararlı olan yaşayış sahəsində məskunlaşdırılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi” tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2-1(085)-1435/2019 saylı qərarından Cavabdeh nümayəndəsi M.N.Mustafayev tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı cavabdehin yaşayış məntəqəsi daxilində yaşayış üçün yararlı olan yaşayış sahəsində məskunlaşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 yanvar 1958-ci ildə İran İslam Respublikasının Mazandaran şəhərində anadan olmuş, 1991-ci ildə qaçqın statusu almaq üçün Azərbaycan Respublikasına gəlmiş, 2006-cı ildə Azərbaycan Respublikası ərazisində qaçqın statusu ilə təmin edilmişdir. Artıq 28 ildir ki, Azərbaycan Respublikasında yaşayır və heç vaxt Azərbaycan Respublikasının hüdudlarını tərk etməmişdir. 6 il müddətində Abşeron rayonuna qeydiyyata alınmaqla, Saray qəsəbəsi ərazisində hərbi yaşayış kompleksində yaşamışdır. Onunla birgə həmin yaşayış kompleksində əlavə 8 ailə də yaşayırdı. Onlardan ikisi məcburi köçkün ailəsi idi. 2017-ci ilin may ayında tikinti şirkətinin əməkdaşları kimi özlərini təqdim edən şəxslər onun yaşadığı yerə gəlmişlər, ərazinin tikinti şirkəti tərəfindən alındığını qeyd edərək onu yaşadığı yerdən zorla çıxarmışlar. Orada yaşayan iki məcburi köçkün ailəsi mənzillə təmin edilmişdir. Həmin vaxtdan etibarən daimi yaşayış yeri yoxdur, müxtəlif ünvanlarda müvəqqəti məskunlaşmaqla yaşayır, heç bir yerdə işləmir. Cavabdehə müraciət edərək “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq yaşayış üçün yararlı olan yaşayış sahəsi ilə təmin edilməyi xahiş etmiş, lakin 24 iyun 2019-cu ildə cavabdeh həmin müraciətinə cavab verərək bildirmişdir ki, sərbəst mənzil fondu olmadığına görə müraciətinin təmin edilməsi imkan xaricindədir. Həmin cavab ona 01 iyul 2019-cu ildə təqdim edilmişdir.
Cavabdehin etirazları:
3. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 01.02.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Əsasnaməsinə və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fırmanına əsasən Ermənistan Respublikasından qaçqın düşmüş şəxslərə “qaçqın” statusunun verilməsi Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmişdir. Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Cavabdeh sərbəst mənzil fondu olmadığından və bu məqsədlər üçün Cavabdehnə mənzil, ev, yaşayış sahələri ayrılmadığından iddiaçının yaşayış məntəqəsi daxilində yaşayış üçün yararlı olan yaşayış sahəsində məskunlaşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiasının mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsindəki icraat
4. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1435/2019 saylı, 02 avqust 2019-cu il tarixli qərardadı ilə (hakim Z.R.Pirverdiyev) Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2-1(085)- 1435/2019 saylı qərarı (hakim Z.R.Pirverdiyev) ilə iddia təmin edilərək İddiaçı Abşeron rayonu ərazisində, yaşayış məntəqəsi daxilində yaşayış üçün yararlı olan yaşayış sahəsində məskunlaşdırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
6. Qərardan narazı qalan cavabdehin nümayəndəsi M.N.Mustafayev tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2-1(085)-1435/2019 saylı qərarının ləğv edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər H.Ç.Babayeva–sədrlik edən və məruzəçi, F.G.Zeynallı və Z.İ.Məmmədov) 2-1(105)- 204/2020 saylı, 26 avqust 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər H.Ç.Babayeva–sədrlik edən və məruzəçi, Z.İ.Məmmədov və F.Ə.Məmmədov) 2-1(105)- 204/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2-1(085)- 1435/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Qərardan narazı qalan cavabdehin səlahiyyətli nümayəndəsi kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 204/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər N.İ.Rəsulbəyova– sədrlik edən və məruzəçi, İ.K.Hüseynov və K.N.Bədəlov, 2-1(102)- 292/2021 saylı iş) 13 aprel 2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-204/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilməklə işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri:
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qaçqınların mənzil məişət şəraitinin yaxşılaşdırılması və onların yaşayış yeri ilə təmin olunmaları Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən verilən mənzillər hesabına həyata keçirilir. Cavabdeh sərbəst mənzil fondu yoxdur, lakin komitə tərəfindən ölkənin hər bölgəsində qaçqın və məcburi köçkün ailələri mənzil sahəsi ilə təmin olunurlar. Odur ki, iddiaçının tələbi də Cavabdeh tərəfindən yox, Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən təmin olunmalıdır.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərilə razı olmadığını vurğulamaqla onu da əlavə etdi ki, Azərbaycana 1991-ci ildə gəlmiş və o zaman kirayədə yaşamış, Azərbaycan Dövlət Neft Akademiyasını bitirmiş, diplom almış, ali təhsilli kimyaçıdır, amma işlə təmin edilmədiyindən hec bir vaxt işləməmiş, hazırda da heç bir işlə məşğul olmur. O, Saray qəsəbəsində Cabir Novruz küçəsi ev 44 ünvanında tanışı Rəfailin evində qeydiyyatda olsa da, müxtəlif ünvanlarda kirayədə yaşamış, hazırda isə Bakı şəhəri, Nəsimi rayonu Tbilisi prospekti 76 ünvanında yaşayır. O, qaçqın statusunu 2006-cı ildə almış, həmin vaxtadək Miqrasiya İdarəsində qeydiyyatda olmuş və o dövrdə olan “Qırmızı Aypara” və BMT təşkilatlari onunla maraqlansalar da rəsmi qeydiyyata almamışdılar. O, Saray qəsəbəsində hərbi şəhərcik adlanan ərazidə 6 il yaşamış və həmin vaxt icra nümayəndəsinə qeydiyyata alınması barədə müraciət etsə də, ona hərbi şəhərciyə qeydiyyata alınmasının mümkün olmaması bildirilərək hər hansı bir şəxsin ünvanına qeydiyyata alınması məsləhət bilinmiş, sonra da o Cabir Novruz küçəsindəki şəxsi evin sahibi Rəfail müəllimə xahiş etmiş və sonuncu da onu evinə qeydiyyata düşməyə icazə vermişdir. Yaşamış olduğu hərbi şəhərcikdəki evə onu həmin ərazinin gözətçiləri buraxaraq bir otağın abadlaşdırılmaqla yaşamasına icazə vermiş, o hec vaxt ailə qurmamış və tək yaşamışdır. Həmin şəhərcikdə heç kimin rəsmi yaşamaq sənədi olmamış, ümumiyyətlə hec kimin evi sənədləşdirilməmişdir. Yaşamış olduğu otağını adını bilmədiyi tikinti şirkəti sökmüş və ona narahat olmaması bildirilmiş, həmin yerdə yaşamış qonşuları olan digər məcburi köçkünlərə MTK tikən binada ev versələr də, ona ev verilməmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.
14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətilə əlaqədar məhkəmənin sorğusunun yeni əldə etdiyini yazılan cavabdan xəbəri olmadığını, iddiaçının yaşadığını unvanın kimə məxsus olmasını, həmçinin hərbi hissənin yaşayış kompleksinin ünvanını da Abşeron RİH bilə bilməsini və ona görə də Saray üzrə ərazi nümayəndəliyinə sorğu verib cavab almaq üçün məhkəmə iclasının təxirə salınmasını şifahi vəsatət verərək xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin nümayəndəsi M.Hüseynov göstərmişdir ki, iddiaçı Rəbbani 2006-cı ildə komitəyə gələndə onu qəbul etmiş, sonra onunla əlaqədar araşdırma aparmışlar ki, 1995-ci ildə qaçqın kimi qeydiyyata düşməklə vəsiqə alıb ya yox, 2008-ci ildə Miqrasiya Xidməti yaradılandan sonra qacqınların rifahının yaxşılaşması üçün tədbirlər görülməyə başlanmışdır.
16. Məhkəmə kollegiyasının növbəti məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nə cavabdeh tərəf, nə də ki, iş üzrə 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişlər.
17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və İİİ şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
19. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
20. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
21. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
22. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
23. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
24. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
25. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
26. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
27. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
28. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
30. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
31. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
32. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
33. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
34. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
35. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
36. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
37. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanun: Maddə 1. Bu Qanun Azərbaycan Respublikasında məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin məskunlaşdırılması, sosial müdafiəsi tədbirlərini və bununla əlaqədar dövlət orqanlarının vəzifələrini müəyyən edir. Maddə 4. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (bundan sonra - “məcburi köçkünlər” adlandırılacaq) barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; Maddə 5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
38. ““Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08.07.1999-cu il tarixli 149 nömrəli Fərmanının 2-ci bəndinə əsasən “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X8 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.
39. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanun: Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri. ... Qaçqın statusu almış şəxs iş və ya yaşayış yeri əldə edənədək, lakin 3 aydan artıq olmayan müddətə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilə bilər. Maddə 11. Qaçqın statusu verilməsi haqqında vəsatətlə müraciət etmiş şəxsin hüquq və vəzifələri ... Qaçqın statusu verilməsi məsələsi həll edilənədək onunla gələn ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilmək və saxlanılmaq; Maddə 17. Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
40. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 29 sentyabr 1992-ci il tarixli Qanun: Maddə 1. “Qaçqın” və “məcburi köçkün” anlayışları Milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikasının vətəndaşları “məcburi köçkün” sayılır. Maddə 3. Qaçqınların və məcburi köçkünlərin hüquqi vəziyyəti Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və digər qanunvericilik aktlarından başqa hal irəli gəlmirsə, qaçqınlar da Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkün statusu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminat verilir: üç aydan gec olmayaraq işlə və ya yaşayış yeri ilə təmin olunana qədər xüsusi ayrılmış yerlərdə haqqı ödənilmədən yaşamaq; bu Qanunla müəyyən edilmiş müddətdə “qaçqın” və ya “məcburi köçkün” statusu almaq; üç ay müddətində müvafiq dövlət orqanları tərəfindən onlara təklif olunmuş (iş yeri nəzərə alınmaqla) daimi yaşayış yeri seçmək. Maddə 6. Qanunun qüvvəsinin şamil edilmədiyi hallar Bu Qanunun müddəaları 1-ci maddədə verilmiş “qaçqın” anlayışına uyğun gələn aşağıdakı şəxslərə şamil edilmir: - qaçqın statusu aldıqdan sonra beş ili keçənə; Maddə 5. Qaçqınların və məcburi köçkünlərin mənzillə təmin edilməsi Qaçqının və ya məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada, respublika hökumətinin müəyyən etdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Maddə 7. Qaçqınlar və məcburi köçkünlər məsələləri üzrə dövlət orqanları Qaçqınlar və məcburi köçkünlər məsələləri üzrə dövlət orqanları X11 X17 Şəxslərlə İş üzrə Azərbaycan Respublikasının Dövlət Komitəsi (bundan sonra Dövlət Komitəsi) və onun yerli orqanlarıdır. Dövlət Komitəsi və onun yerli orqanları qaçqınların və məcburi köçkünlərin bu Qanunla nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsini təmin edirlər. Respublika Dövlət Komitəsi və onun yerli orqanları qüvvədə olan Əsasnaməyə uyğun fəaliyyət göstərirlər. Maddə 8. Dövlət Komitəsinin və onun yerli orqanlarının icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqəsi Dövlət Komitəsi və onun yerli orqanları icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınlara və ya məcburi köçkünlərə lazımi kömək göstərirlər. Bu orqanlar qaçqınların və məcburi köçkünlərin qəbul olunmasını, müvəqqəti və ya daimi yerləşdirilməsini, onlara tibbi və sosial xidmət göstərilməsini, onların işə düzəlməsini, Mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılmasını, habelə digər yardımları həyata keçirirlər. Qaçqınlara və məcburi köçkünlərə kömək göstərilməsi və onların yerbəyer edilməsi sahəsində yerli icra hakimiyyəti orqanlarının əvvəlcədən Dövlət Komitəsi ilə razılaşdırılmış xərcləri Dövlət Komitəsi hesabına ödənilir. Yerli icra hakimiyyəti orqanları qaçqınların və məcburi köçgünlərin yeni daimi yaşayış yerində yerbəyer olması ilə əlaqədar əlavə yardımlar edə bilər. Maddə 17. Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hazırkı qərarın 18-31-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq, tərəflərin izahatlarındakı halları, iş üzrə məhkəmə kollegiyası tərəfindən əldə edilmiş sübutları, habelə Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qeyd edilən hüquqi mövqeyi əsas tutaraq, apellyasiya şikayətinin dəlillərilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
42. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsası hazırki qərarın 1-2-ci bəndlərində istinad edilən hallarla bağlı olmuş və birinci instansiya məhkəməsi zamanı işə baxılarkən hazırki qərarın 4-cü bəndində şərh edilən nəticəyə gəlinmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə Ali Məhkəmənin 13.04.2021-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi göstərilən faktiki şərtlərə istinad etdiyi halda həmin şərtlərin həqiqətən mövcud olduğunu sübut etməli, məhkəmə də öz növbəsində İPM-in 13-cü maddəsinin tələblərinə uyğun rəftar etməli idi. Belə ki, iddiaçının 30 ilə yaxın müddətdir Azərbaycan Respublikasında yaşadığını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi ilk növbədə bu müddət ərzində onun yaşayış sahəsi ilə təmin olunub-olunmadığını, əvvəllər harada yaşamasını, onun yaşayış yerini tərk etməsinə nəyin səbəb olduğunu, bununla bağlı ona kompensasiya verilib verilmədiyini araşdırmalı idi. Çünki qanunvericilikdə əvvəllər yaşayış sahəsi verilmiş “qaçqın” statusu olan şəxslərə sonradan təkrarən belə yaşayış sahəsinin verilməsi nəzərdə tutulmamışdır.
44. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, hazırki qərarın 37-40-cı bəndlərində istinad edilən normalarının tələbləri baxımından iddiaçı 1991-ci ildən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikasına gələndən özünün qeyd etdiyi kimi 28 ildən artıq müddət Azərbaycan Respublikasında yaşamış, həmin müddət ərzində ali təhsil alaraq kimyaçı ixtisasına yiyələnmiş, 2006-cı ildən qaçqın statusu rəsmiləşdirilmiş olsa da, rəsmi heç bir yerdə işləməmiş, ailə qurmamış və müxtəlif ünvanlarda kirayələrdə yaşamışdır. Sonralar qaçqın vəsiqəsi alması ilə əlaqədar müvafiq qeydiyyatın olması tələb edildiyindən tanışı Rəfail adlı şəxsin ünvanına sonuncunun razılıq ərizəsi əsasında qeydiyyata alınmış, deməsinə görə 6 il müddətində Saray qəsəbəsində hərbi şəhərcikdə olan tikililərin bir otağında yaşadıqdan sonra tanımadığı tikinti şirkəti tərəfindən yaşadığı otaq sökülərək yaşayış yerindən çıxarılmışdır.
45. Məhkəmə kollegiyası tərəfindən iddiaçının izahatında qeyd edilən hallarla bağlı təsdiq edici sübutlar tələb edilsə də, iddiaçı yalnız 08.01.2017-ci il tarixli kserosurət olan və 4 nəfər şəxsin imzaladığı yazını təqdim etmiş, hansı ki, həmin yazıda A.F.Nəzərov, F.Q.Nəzərov, T.B.Abbasov və Ə.K.Əliyev adlı şəxslər iddiaçı M.Ş.Rəbbaninin 2010-cu ildən Saray qəsəbəsi keçmiş hərbi hissədə məskunlaşmasını imzaları ilə təsdiq etmələrini qeyd etdikləri əks edilmişdir.
46. Məhkəmə kollegiyası tərəfindən iddiaçının tələbilə əlaqədar qeyd edilən halların araşdırılması məqsədilə edilmiş müvafiq sorğulardan aşağıdakılar müəyyən edilmişdir: - Cavabdeh Başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən sorğuya alınmış 03.11.2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvan yoxdur və orada heç bir hərbi yaşayış kompleksi fəaliyyət göstərmir, vaxtilə hərbi yaşayış kompleksinin olması barədə yalnız şifahi məlumatları var və yəqin ki, o da keçmiş dövrdə müdafiə nazirliyinin balansında olmuşdur. Həmin sahə Saray İcra nümayəndəliyinin balansında olmadığından iddiaçı M.Ş.Rəbbaninin sözü gedən ünvanda nə vaxtdan hansı əsaslarla qeydiyyatda olması və nə də ki, yaşaması, həmin kompleksin hansı tikinti şirkəti tərəfindən sökülməsi, eyni zamanda kompleksdə yaşamış olan şəxslərin hansı şərtlərlə köçürülməsi barədə onlarda dolğun məlumat yoxdur(i.v.214). - Azərişıq ASC-dən sorğuya alınmış 15.11.2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 4 ünvanında elektrik enerjisi istehlakına görə ödənişin edilibedilməməsinə dair məlumatla əlaqədar bildirilir ki, Səhmdar Cəmiyyətin elektron bazasında İddiaçı Abşeron rayonu üzrə abonent olaraq qeydiyyata alınması barədə heç bir məlumat aşkar edilməmişdir(i.v.217). - Azərbaycan Respublikası Miqrasiya Xidmətindən sorğuya əsasən alınmış 22.11.2021-ci il tarixli cavab məktubundan görünür ki, İİR-nın vətəndaşı İddiaçı Azərbaycan Respublikasının vətəndaşı X5 ərizəsinə əsasən Saray qəsəbəsi, Cabir Novruz küçəsi, ev 44 ünvanına qeydiyyata alınmışdır. Cavab məktubuna qoşma edilmiş R.M.Talıblının şəxsiyyət vəsiqəsindən görünür ki, sonuncu ünvan 5 ünvanında qeydiyyatda olsa da, 05.09.2016-cı il tarixli ərizəsində Saray qəsəbəsi, Cabir Novruz küçəsi, ev 44 ünvanında yaşamasını qeyd etməklə İddiaçı hımin ünvana qeydiyyata salınmasına etirazının olmamasını qeyd etmişdir(i.v.219-221). - Azəriqaz İB-ə edilmiş sorğuya cavab olaraq Bakı Regional Qaz İstismarı Departamentinin 15.12.2021-ci il tarixli cavab məktubundan görünür ki, X2 Sistemində Abşeron rayonu üzrə Rəbbani X9 məxsus istehlakçı hesabı mövcud deyildir(i.v.250). - Cavabdehndən edilmiş sorğuya alınmış 18.01.2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçı M.Ş.Rəbbaninin iddia etdiyi 6 il müddətinə yaşamış olduğu (Saray qəsəbəsi, Cabir Novruz küçəsi, ev 44 ünvanı) “Saray qəsəbəsi hərbi yaşayış kompleksi” hansı dövlət orqanının balansında olmaqla iddiaçının hansı müddətdən həmin kompleksdə yaşaması barədə məlumat verilməsilə əlaqədar bildirilir ki: 1-ci sual üzrə - həmin ərazidə vaxtilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi movcud olmuş, sonradan həmin hərbi hissə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirilməyə çıxarılaraq RİH-nə məlum olmayan şəxs (hüquqi və ya fiziki) tərəfindən özəlləşdirilmişdir. İddiaçının həmin ünvanda yaşayıbyaşamaması barədə rayon icra hakimiyyətində məlumat yoxdur. 2-ci sual üzrə - “Saray qəsəbəsi hərbi yaşayış kompleksi”nin ərazisində "xxxx" MTK-i tərəfindən söküntü işləri aparılaraq yaşayış binalarının tikintisi həyata keçirilmişdir. Həmin kompleksdə yaşayışçıların hansı əsaslar üzrə oradan çıxarılmaları barədə RİH-də məlumat yoxdur. 3-cü sual üzrə - iddiaçı M.Ş.Rəbbaninin 2006-cı ildən qaçqın statusu aldıqdan sonra dövlət orqanları tərəfindən məskunlaşdırılıb-məskunlaşdırılmaması barədə məlumatla əlaqədar da RİH-də hər hansı məlumatın olmaması bildirilmişdir (i.v.258-259). - "xxxx" MTK-dan sorğuya əsasən alınmış 17.02.2022-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" MTK 2016-cı ilin iyun ayından fəaliyyətə başlamış, Abşeron rayonu Saray qəsəbəsi M.Əsədov 1 ünvanında tikinti işləri ilə məşğuldur. Fəaliyyətə başladığı gündən bu günə qədər MTK-ya ünvanlanan məktubda adı çəkilən İddiaçı tanımırlar və görməmişlər. Göstərdikləri məlumatın nəzərə alınmasını xahiş edirlər(i.v. 267-270).
47. Məhkəmə kollegiya eyni zamanda onu da vurğulayır ki, iddiaçı M.Ş.X1 ərizəsinə əsasən qeydiyyata alındığı Saray qəsəbəsi, Cabir Novruz küçəsi, ev 44 ünvanının R.M.Talıblıya aid olmasına dair təsdiqedici sənədlərin, həmçinin həmin ünvanın mövcud olub-olmaması barədə, yoxdursa hansı tikinti şirkəti tərəfindən, hansı şərtlərlə çıxarılmaları barədə məhkəməyə yazılı məlumat verilməsi, daha sonra məhkəmə iclasına dəvət edilməsinə dair bildiriş göndərmiş və R.M.Talıblı tərəfindən məhkəmə bildirişləri alınmış olsa da, sonuncu məhkəmə kollegiyasının iclasına gəlməmişdir. R.M.Talıblının, həmçinin iddiaçının tələbində qeyd etdiyi halların təsdiq edilməsilə bağlı şahidlərinin məhkəmə kollegiyyasının iclasına dəvət edilməsi barədə təkliflə bağlı isə iddiaçı, adını çəkdiyi şəxslərin məhkəmə iclasına gətirə bilməyəcəyini ərz etmişdir.
48. Beləliklə, məhkəmə kollegiyası işin hallarını hərtərəfli araşdıraraq, əldə olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qərarın 11-ci bəndində qeyd edilən apellyasiya şikayətinin dəlillərində, eləcə də cavabdeh RİH-nin təqdim etdiyi cavablarda göstərilənlər o qənaətə gəlməyə əsas verir ki, iddiaçı M.Ş.Rəbbaninin Saray qəsəbəsi, Cabir Novruz küçəsi, ev 44 ünvanına qeydiyyata alınmasına baxmayaraq sonuncunun iddia etdiyi “Saray qəsəbəsi hərbi yaşayış kompleksində” yaşaması və həmin kompleksdən tikinti şirkəti tərəfindən çıxarılması öz təsdiqini tapmır.
49. Halbuki, hazırkı qərarın 22-ci bəndində istinad edilən normanın tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yəni, iddiaçı iddia etdiyi kimi, 1991-ci ildən qaçqın statusu almaq üçün Azzərbaycan Respublikasına gəlməsini və həmin vaxtdan hansı ünvanlarda yaşamasını, ən nəhayət qaçqın statusu aldıqdan sonra iddia ərizəsi məhkəməyə verilənədək 6 il müddətində “Saray qəsəbəsi hərbi yaşayış kompleksində” yaşamasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
50. Göstərilənlərə əsasən, məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçının cavabdeh RİH-nə müraciəti ilə bağlı tələbinin təmin edilməsindən imtinası səbəbindən məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərilən halların sübut edilməməsi səbəbindən, apellyasiya şikayəti təmin edilməklə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2-1(085)-1435/2019 saylı qərarı ləğv olunmalı və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2-1(085)- 1435/2019 saylı qərarı ləğv olunsun. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “yaşayış məntəqəsi daxilində yaşayış üçün yararlı olan yaşayış sahəsində məskunlaşdırılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.