Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-18/2023 12.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(118)-238/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Quba Bələdiyyəsinin “Bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə” 30 sentyabr 2016-cı il tarixli, 11/06 saylı iclas qərarına əsasən, Bələdiyyənin alqı-satqı predmeti olan 0.12 ha və 0.12 ha, cəmi 0.24 ha torpaq sahəsinin həyətyanı məqsədilə satılması üçün torpaq sahəsinə çıxarış alınmasına dair müvafiq sənədlərin verilməsi barədə DƏDRX-ə müraciət edilməsi qərara alınmışdır. Quba rayonu İcra Hakimiyyəti Başçısının Aparatı Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2018-ci il tarixli, 212 saylı rəyinə əsasən 0.12 ha torpaq sahəsinin tikinti norma və qaydalarına əməl etməklə fərdi yaşayış evinin tikintisi üçün tikinti işlərinin aparılması məqsədilə satılmasına, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 13 saylı Xaçmaz Ərazi Şöbəsinin xx.xx.2018-ci il tarixli, ********** saylı rəyinə əsasən isə 0.12 ha torpaq sahəsi üzərində Quba bələdiyyəsinin hüquqlarının dövlət qeydiyyatına alınmasına etiraz edilməmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, **********40 reyestr nömrəli və **********41 reyestr nömrəli çıxarışlara əsasən, Quba şəhərində yerləşən 0.12 ha və 0.12 ha torpaq sahələri bələdiyyə mülkiyyət hüququ üzrə Quba bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hər iki torpaq sahəsinə dair DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən A№ 289913 və A№ 289982 torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X9 Auksion Mərkəzi tərəfindən verilmiş AM seriyalı № 011848 şəhadətnaməyə əsasən X10, AM seriyalı № 011849 şəhadətnaməyə əsasən X14, AM seriyalı № 011850 şəhadətnaməyə əsasən X13, AM seriyalı № 011851 şəhadətnaməyə əsasən X3 bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı ƏMDK yanında X9 X7 Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 17 sentyabr 2020-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin, hərracın qalibi olmuşlar. Bundan sonra 24 sentyabr 2020-ci il tarixdə bağlanmış alqı-satqı müqavilələrinə əsasən, Quba Bələdiyyəsi mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.06 ha hissəsini X8, 0.06 ha hissəsini X4, 25 sentyabr 2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən bələdiyyə mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.06 ha hissəsini X12, qalan 0.06 ha hissəsini X2. xx.xx.2020-ci il tarixli, **********31, **********32, **********33 və**********34 reyestr nömrəli çıxarışlara əsasən, alqı-satqı predmeti olan torpaq sahələri alıcıların adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı cavabdehlər Quba bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba bələdiyyəsinin alqı-satqı predmeti olan Quba şəhərində yerləşən hər biri 1200 kv.m və ya 0.12 ha torpaq sahələrinin həyətyanı məqsədi ilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədə Quba bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 11/06 nömrəli qərarının və həmin qərar əsasında Quba şəhəri ərazisində yerləşən 0.12+0.12 ha torpaq sahələrinə dair DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi verilmiş xx.xx.2018-ci il tarixli, **********40 və **********41 reyestr nömrəli çıxarışların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində yalnız Quba bələdiyyəsini göstərmiş və tələbində alqı-satqı predmeti olan Quba şəhərində yerləşən hər biri 0.12 ha olan torpaq sahələrinin həyətyanı məqsədi ilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədə Quba Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 11/06 nömrəli qərarının hər iki 0.12 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixli ərizəsi əsasında Quba bələdiyyəsinin ehtiyat torpaq fondundan Quba Bələdiyyəsinin xx.xx.2006cı il tarixli 10/02 saylı qərarı ilə Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən bağ evi tikintisi üçün 1000 kv.m, kənd təsərrüfatı məqsədi ilə 700 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin iddiaçıya ayrılmasına dair Quba Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli iclasının 3 saylı protokolundan çıxarış və torpaq sahəsinin yerquruluşu planından çıxarış ona təqdim edilmişdir. İddiaçı torpaq sahəsinin dəyərini Quba Bələdiyyəsinin hesabına ödəmişdir. İddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi 0.17 ha sahəsi olduğu halda, onun torpaq sahəsinə bitişik olan sahibsiz 0,07 ha torpaq sahəsini də öz ərazisinə qatıb çəpərləmiş və ümumilikdə, 0.24 ha torpaq sahəsindən 15 il ərzində istifadə etmişdir. Həmin torpaq sahəsi 15 ildir ki, mübahisəsiz olaraq iddiaçının sahibliyindədir və həmin torpaq sahəsinin mübahisəli olması və ya başqa şəxslərə məxsus olması barədə iddiaçıya heç bir müraciət daxil olmamışdır. xx.xx.2021-ci il tarixdə Quba şəhərində olarkən torpaq sahəsinə gedib baxmış və torpaq sahəsinin tanımadığı şəxslər tərəfindən zəbt edildiyini, torpaq sahəsinin ortasından daş çəpər çəkildiyini və həmin ərazidə intensiv şəkildə qanunsuz olaraq tikinti aparılmasının şahidi olmuşdur. Bu səbəbdən DİN-nin 102 xidmətinə zəng edərək torpaq sahəsinin tanımadığı şəxslər tərəfindən zəbt edildiyini və torpaq sahəsində qanunsuz olaraq tikinti aparılmasını bildirmiş, müraciəti əsasında Quba RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı tərəfindən araşdırma aparılmış və AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıya məxsus 0.24 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə hərraca çıxarılaraq ƏMDX yanında X9 X7 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasında təşkil edilmiş hərracda X13, X11, X14 və X1. Belə ki, iddiaçıya məxsus torpaq sahəsi xx.xx.2020-ci il tarixdə Quba bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi kimi hər birinə 0.06 ha olmaqla hərracın qalibləri X5, X12, X8 və X4 3000 manata satılmış, onlara müvafiq olaraq AM seriyalı № 011848, AM seriyalı № 011849, AM seriyalı № 011850 və AM seriyalı № 011851 şəhadətnamələr verilmişdir. Quba Regional '‘Asan Xidmət” Mərkəzində Notariat Ofisində təsdiqlənmiş xx.xx.2020-ci il tarixli, 4ə-2140 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0.06 ha torpaq sahəsi Quba bələdiyyəsi tərəfindən X4, xx.xx.2020-ci il tarixli, 4ə-2141 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0.06 ha torpaq sahəsi X8, xx.xx.2020-ci il tarixli, 4ə-2144 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0.06 ha torpaq sahəsi Quba Bələdiyyəsi tərəfindən X12 və xx.xx.2020-ci il tarixli, 4ə-2145 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0.06 ha torpaq sahəsi Quba bələdiyyəsi tərəfindən X1. Həmin alqısatqı müqavilələri əsasında göstərilən şəxslərə daşınmaz əmlakın dövlət reysterindən çıxarışlar və plan və ölçü sənədləri verilmişdir. Bundan sonra iddiaçı Nərimanov Rayon Məhkəməsinə cavabdehlər X5 və qeyrilərinə qarşı şəhadətnamələrin ləğvi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ərazidə inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, hal-hazırda həmin mülki iş məhkəmənin icraatındadır. Həmin mülki işin araşdırılması zamanı Nərimanov Rayon Məhkəməsi tərəfindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu verilmiş, sorğu məktubuna cavab olaraq mübahisəli 0.24 ha torpaq sahəsinin xx.xx.2021-ci il tarixində Quba bələdiyyəsinin mülkiyyətinə keçərək 0.12 ha torpaq sahəsinə dair **********40 və 0.12 ha torpaq sahəsinə dair **********41 reyestr nömrəli çıxarışların əldə edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, Quba bələdiyyəsinin xx.xx.2016-cı il tarixli iclas protokolunun 11/06 nömrəli qərarından çıxarışdan məlum olmuşdur ki, Quba bələdiyyəsinin alqı-satqı predmeti olan 1200 kv.m və ya 0.12 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədə qərar qəbul edilmiş, bundan başqa Quba bələdiyyəsi tərəfindən iddiaçının hüquqları pozularaq iddiaçıya məxsus torpaq sahələrinin öz mülkiyyətinə keçirilməsi və həmin torpaq sahələrinin həyətyanı məqsədi ilə satılması üçün çıxarış alınması məqsədi ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmişdir. xx.xx.2021-ci il tarixinədək iddiaçının Quba bələdiyyəsinin xx.xx.2016cı il tarixli iclas protokolunun 11/06 nömrəli qərarından və həmin qərar əsasında hər iki 0.12 ha torpaq sahəsinə dair **********40 və **********41 reyestr nömrəli çıxarışların verilməsindən məlumatı olmamışdır. Quba Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçıya Quba bələdiyyəsinin ehtiyat torpaq fondundan Quba bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10/02 saylı qərarı ilə Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən bağ evi tikintisi üçün 1000 kv.m, kənd təsərrüfatı məqsədi ilə 700 kv.m torpaq sahəsi ayrılmışdır. Hesab edir ki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 0.12 ha torpaq sahəsinə dair **********40 reyestr nömrəli və 0.12 ha torpaq sahəsinə dair **********41 reyestr nömrəli çıxarışlar verilə bilməz və həmin torpaq sahələri hərraca çıxarılaraq üçüncü şəxslərə satıla bilməz və hər hansı alqı-satqı müqaviləsinin predmeti ola bilməzdi. Sumqayıt İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(118)-1784/2021 nömrəli qərardadı ilə iddia tələbi Quba bələdiyyəsinin alqı-satqı predmeti olan Quba şəhərində yerləşən hər biri 1200 kv.m torpaq sahələrinin həyətyanı məqsədi ilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədə Quba bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 11/06 nömrəli qərarının ləğv edilməsi kimi qəbul edilmiş, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, X14, X10, X13 və X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər (hakim V.Əzizova). Sumqayıt İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(118)-238/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Quba bələdiyyəsi sözügedən ərazinin iddiaçıya verilməsi barədə özünün qəbul etdiyi xx.xx.2006-cı il tarixli, 10/02 saylı qərarı qüvvədə ola-ola, həmin qərar geri çağırılmadan, ləğv edilmədən və dəyişdirilmədən eyni ərazi üzrə yeni qərar, xx.xx.2016-cı il tarixli 11/06 nömrəli qərarı qəbul etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinin, həmçinin, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinin tələblərini pozmuşdur. Məhkəmənin qərarından da görünür ki, iddiaçı Quba bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10/02 saylı qərarının notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. MPM-nin 89-cu maddəsinə görə müvafiq qaydada təsdiq edilmiş sənədin qüvvəsi ilə onun əslinin hüquqi qüvvəsi eynidir. Məhkəmə qərarında qeyd etmişdir ki, “Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıda olan sənəddən başqa onun istinad etdiyi həmin qərar bələdiyyənin arxiv sənədlərində, Quba rayon Dövlət Arxivi, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzində aşkar edilməmiş və ümumiyyətlə, həmin qərar barəsində hər hansı məlumat qeydə alınmamışdır”. Qeyd edir ki, məhkəmənin bu müddəası yanlışdır. Belə ki, Quba Arxivi tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçıya Quba Bələdiyyəsinin ehtiyat torpaq fondundan Quba Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10/02 saylı qərarı ilə Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən bağ evi tikintisi üçün 1000 kv.m, kənd təsərrüfatı məqsədi ilə 700 kv.m torpaq sahəsi ayrılmışdır. Məhkəmə MPM-nin 88-ci maddəsinin tələbini pozaraq sübutları düzgün qiymətləndirməmişdir. Bununla belə, məhkəmə qərarında qeyd edir ki, məhkəməyə sənədin əsli təqdim edilməmişdir. Zəruri şəkildə qeyd edilməlidir ki, məhkəmə sənədin əslini tələb etməmişdir, bu hal qərardan da görünür. Digər tərəfdən sənədin notarial qaydada təsdiq edilmiş surəti onun əslinə bərabər sənəd olduğu üçün məhkəmə tərəfindən qəbul edilməli və araşdırılmalı idi. Yalnız şübhə doğuracaq halların aradan qaldırılması və eskpertizanın keçirilməsinin zəruri halında məhkəmə sənədin əslini tələb edə bilərdi ki, bunu etməmiş və prosessual hüquq normasının tələbini pozmuşdur. Məhkəmə sözügedən sənədlərin arxiv arayışının olmasına baxmayaraq qərarında həmin sənədlərin arxiv arayışının olmamasına istinad edərək təqdim edilmiş sübutların legitimliyinə şübhə yaratmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Üçüncü şəxslərin nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək iddiaçı Quba bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10/02 saylı qərarı ilə ona bağ evi tikintisi üçün 1000 kv.m, kənd təsərrüfatı məqsədi ilə 700 kv.m torpaq sahəsi ayrıldığını və bu barədə ona yerquruluşu planından çıxarış da təqdim edildiyini bildirmişdir. İddiaçı tələbinin əsası kimi yalnız Quba bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı protokolundan 10/02 saylı qərarının notariat qaydada təsdiq edilmiş surətini təqdim etmişdir. İddiaçı həmin torpaq sahəsinin dəyərini ödədiyini bildirsə də, bunu təsdiq edən ödəniş qəbzini və qərarın əslini məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçıda olan sənəddən başqa onun istinad etdiyi həmin qərar bələdiyyənin arxiv sənədlərində, Quba rayon Dövlət Arxivi, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzində aşkar edilməmiş və ümumiyyətlə, həmin qərar barəsində hər hansı məlumat qeydə alınmamışdır. Bu səbəbdən, iddiaçının qeyd olunan torpaq sahəsinin hüquqi cəhətdən yüklü olması və buna görə bələdiyyənin mülkiyyət hüququnun qeydə alına bilməməsi və sonradan başqa şəxslərə sata bilməməsi barədə dəlilləri əsassızdır. Çünki, mübahisəli torpaq sahəsi üçüncü şəxslərə satılana kimi başqa hüquqi və ya fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmiş və hüquqi cəhətdən yüklü olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsi və şikayət ilə eyni məzmunda izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçıda torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı, eskiz layihə və torpaq sahəsinin alınmasına görə ödəniş qəbzi olsa da, iddiaçı sonradan həmin qəbzi itirmişdir. Torpaq sahəsinə dair alqı-satqı aktı isə iddiaçıya təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslərin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini nəzərə alaraq işə iştirakları olmadan baxılmasını xahiş etdi. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apelyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Kollegiya hesab edir ki, iddiaçının 0.24 ha torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması barədə qərarı mübahisələndirmək tələbi o halda yaranmış hesab oluna bilər ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun. Hazırkı işin hallarından görünür ki, iddiaçı, 0.24 ha torpaq sahəsi üzərində hüququn yaranmasını cavabdehin xx.xx.2006-cı il tarixli 10/02 saylı qərarı ilə ona 0.17 ha torpaq sahəsi ayrılması, həmçinin 0.07 ha torpaq sahəsini isə özbaşına zəbt edərək ayrılmış 0.17 ha torpaq sahəsi ilə birgə hasara alması ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, 0.07 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla, iddiaçı tərəfindən faktiki olaraq özbaşına zəbt edilən sahə olduğundan, həmin torpaq sahəsi üzərində iddiaçının hər hansı subyektiv hüququnun və buna uyğun olaraq, zəbt edilmiş torpaq sahəsinə dair bələdiyyənin prosedur qərarını mübahisələndirmək hüququnun mövcudluğu müəyyən olunmur. Belə ki, Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.Ona görə də, bu hissədə qaldırılmış iddia hər bir halda mümkünsüz iddiadır. 0.17 ha torpaq sahəsinə münasibətdə isə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, Quba bələdiyyəsinin 30 mart 2006-cı il tarixli 10/02 saylı iclas qərarına əsasən, iddiaçıya Bələdiyyənin ehtiyat torpaq fondundan haqqı ödənilməklə Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən bağ evi tikintisi üçün 1000 kv.m, kənd təsərrüfatı məqsədilə 700 kv.m torpaq sahəsi ayrılsa da, ayrılmış torpaq sahəsinə dair iddiaçı ilə bələdiyyə arasında qanunla müəyyən edilmiş qaydada alqı-satqı aktının bağlanması, eləcə də, torpağın dəyərinin iddiaçı tərəfindən ödənilməsi müəyyən edilmir. Belə ki, iddiaçıya 0.17 ha torpaq sahəsi ayrılmasına dair Quba bələdiyyəsinin 30 mart 2006-cı il tarixli 10/02 saylı qərarının və qərarın verilməsinə əsas olmuş sənədlərin arxiv surətinin təqdim edilməsi ilə bağlı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq X16 filialı tərəfindən yalnız Quba bələdiyyəsinin 30 mart 2006-cı il tarixli 10/02 saylı qərarı və yerquruluşu planından çıxarış təqdim edilmişdir. Zamana görə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Bələdiyyənin 30 mart 2006-cı il tarixli 10/02 saylı qərarı ilə iddiaçıya haqqı ödənilməklə torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilsə də, işdən görünür ki, torpağın iddiaçının mülkiyyətinə verilməsinə dair prosedur tam başa çatmamış, bələdiyyə ilə iddiaçı arasında alqı-satqı aktı bağlanmamış, iddiaçı tərəfindən bələdiyyənin hesabına torpağın satışına görə pul ödənilməmişdir. Bu isə o deməkdir ki, bələdiyyə qərarında nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçıya verilməsi baş tutmamış, iddiaçının həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan mülkiyyət hüququ yaranmamışdır. İşin qeyd edilən xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, 0.17 ha torpaq sahəsinin iddiaçıya satılması proseduru zamana görə qüvvədə olan qanunvericiliyə əsasən tam başa çatmadığından, eləcə də, 0.07 ha torpaq sahəsi iddiaçı tərəfindən özbaşına zəbt edilmiş sahə olduğundan, mübahisələndirilən 0.24 ha torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququnun olduğu müəyyən olunmur. Bu isə o deməkdir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Eyni zamanda kollegiya qeyd edir ki, şərti olaraq 0.17 ha torpaq sahəsinin bələdiyyə qərarı ilə iddiaçının mülkiyyətinə ayrılması qəbul edilsə belə, nə təqdim edilən bələdiyyə qərarında, nə də torpaq sahəsinin yerquruluşu planında ayrılan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilməmiş, məhkəmə araşdırması zamanı da, iddiaçıya bələdiyyə qərarı ilə ayrılan torpaq sahəsinin mübahisələndirilən sahəyə aid olması sübuta yetirilməmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd edilən məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsə müraciət edərək, bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış 0.17 ha torpaq sahəsinin sənəd üzrə və naturada döngə nöqtələrinin koordinatlarının üçüncü şəxslər X10, X14, X11 və X6 hər birinin ayrı-ayrılıqda xüsusi mülkiyyətlərində olan 0.06 ha torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyinin verilməsini xahiş etmişdir. Kollegiyanın sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş arayışdan görünür ki, iş materiallarına əlavə edilmiş ilkin torpaqayırma sxemində göstərilən cizgilər və ərazi, ƏMDX-nin vahid elektron baza məlumatlarında mövcud olan Quba şəhərinin baş planı və kompleks yerquruluşu layihələrində öz əksini tapmamışdır. Bələdiyyə tərəfindən iddiaçıya verilmiş qərar və sxemdə torpaq sahəsinin coğrafi koordinatları və ya dəqiq ünvan olmadığından sxemdə göstərilmiş torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə eyni torpaq sahəsi olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Çıxarışlara əsasən, üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri isə tədqiq olunan mübahisəli torpaq sahələri ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan 0.17 ha torpaq sahəsi ilə iddiaçı tərəfindən naturada ona ayrılmasını iddia etdiyi sahənin eynilik təşkil etməsi bələdiyyə tərəfindən məhz həmin sahənin iddiaçıya ayrıldığına dəlalət etmir. Beləliklə, arayışdan göründüyü kimi iddiaçıya ayrılmış torpaq sahəsinin kadastr sənədləri təqdim edilmədiyindən, torpaq sahəsinin koordinatlarını müəyyən etmək və bunun nəticəsində iddiaçıya bələdiyyə qərarı ilə satılması nəzərdə tutulan torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi barədə mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Bu isə o deməkdir ki, hətta yuxarıda qeyd edildiyi kimi, xx.xx.2006-cı il tarixli qərarla iddiaçıya 0.17 ha torpaq sahəsinin ayrılması barədə qərar hüquqmüəyyənedici sənəd kimi qəbul edilsə belə, bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış 0.17 ha torpaq sahəsinin hazırda iddiaçının naturada iddia etdiyi torpaq sahəsi olduğu təsdiq edilmədiyindən, iddiaçının üçüncü şəxslərin mülkiyyətində olan 0.24 ha torpaq sahəsi üzərində hər hansı hüququnun olduğu müəyyən olunmur. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan, iddiaçının hazırkı iddianı irəli sürməsi üçün subyektiv hüququnun mövcudluğunu araşdırmadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(118)-238/2022 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-18/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-18/2023
12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver