Məhkəmə qərarları › İş №2-1(105)-18/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-18/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-18/2025 11.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayonu Görədil bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: yerli vergilərin ödənilməsi, bələdiyyə qərarının ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Abşeron rayonu Görədil bələdiyyəsinə qarşı “Abşeron Rayonu Görədil Bələdiyyəsinin 31 avqust 2022-ci il tarixli 9/8 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-856/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron rayon Göradil Bələdiyyəsinin 31 avqust 2022-ci il tarixli iclasının 09 saylı protokolunun 9/8 saylı Qərarı ilə İddiaçı illik əmlak vergisi 906.81 manat, illik torpaq vergisi üzrə 57766.0 manat, ötən dövrlər üzrə 12086.59 manat, hesablanmış % üzrə 41833.71 manat, cəmi 217441.40 manat məbləğdə vergi tutulması qərara alınmışdır. 12 sentyabr 2022-ci il tarixdə İddiaçı vergi borcunu ödəməkdən imtina etməsi barədə akt tərtib edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində icra sənədi üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdaj-ə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2008-ci il tarixli, ******* qeydiyyat nömrəli şəhadətnamə əsasında 3022.7 kv.m qeyri yaşayış sahəsi və xx.xx.2008-ci il tarixli, 001:317 qeydiyyat nömrəli şəhadətnamə əsasında 372112.0 kv.m torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada satın alınaraq müvafiq olaraq şəhadətnamə verilmişdir. Sonradan sözügedən şəhadətnamələr əsasında xx.xx.2008-ci il tarixdə, (**********59 və **********61 reyestr nömrələri ilə) 15.30 ha və 16.467 ha torpaq sahələrinin və xx.xx.2008-ci il tarixdə, **********41-12301 reyestr nömrəsi ilə 5.84 ha torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) texniki səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla qeydiyyata alınaraq, çıxarış və texniki pasport tərtib edilmişdir. Sözügedən torpaq sahələrinin kateqoriyası xx.xx.2021-ci il tarixində, **********, ********** və ********** nömrəli ərizələr ilə texniki səhvin aradan qaldırılması tərəfimizdən təmin edilmişdir. Bundan başqa, sözügedən torpaq sahələrinin kateqoriyası (məqsədli təyinatı) 2019,2020 və 2021-ci il illərdə kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2008-ci il tarixli, ******* qeydiyyat nömrəli şəhadətnamə əsasında 3022.7 kv.m qeyri yaşayış sahəsi və xx.xx.2008-ci il tarixli, 101317 qeydiyyat nömrəli şəhadətnamə əsasında 372112.0 kv.m torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada satın alınaraq müvafiq olaraq şəhadətnamə verilmişdir. Sonradan sözügedən şəhadətnamələr əsasında xx.xx.2008-ci il tarixdə, **********59 və **********61 reyestr nömrələri ilə) 15.30 ha və 16.467 ha torpaq ahələrinin və xx.xx.2008-ci il tarixdə, **********41-12301 reyestr nömrəsi ilə 5.84 ha rrpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) texniki səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla qeydiyyata alınaraq, çıxarış və texniki pasport tərtib edilmişdir. Sözügedən torpaq sahələrinin kateqoriyasında qeyd olunan exniki səhvin (xx.xx.2021-ci il tarixində, **********, ********** və ********** nömrəli ərizələr ilə) aradan qaldırılması tərəfimizdən təmin edilmişdir. Torpaq sahəsinin kateqoriyası yerləyişdirilmədiyi, mövcud texniki səhv aradan qaldırıldığı üçün Azərbaycan Respublikası azirlər Kabinetinin qərarı mövcud deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2008-ci il tarixli, ******* qeydiyyat nömrəli şəhadətnamə əsasında 3022.7 kv.m qeyri yaşayış sahəsi və xx.xx.2008-ci il tarixli, 001317 qeydiyyat nömrəli şəhadətnamə əsasında 372112.0 kv.m torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada satın alınaraq müvafiq olaraq şəhadətnamə verilmişdir. Sonradan sözügedən şəhadətnamələr əsasında xx.xx.2008-ci il tarixdə, (**********59 və **********61 reyestr nömrələri ilə) 15.30 ha və 16.467 ha torpaq sahələrinin və xx.xx.2008-ci il tarixdə, **********41-12301 reyestr nömrəsi ilə 5.84 ha torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) texniki səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla qeydiyyata alınaraq, çıxarış və texniki pasport tərtib edilmişdir. Sözügedən torpaq sahələrinin kateqoriyası xx.xx.2021-ci il tarixində, **********, ********** və ********** nömrəli ərizələr ilə texniki səhvin aradan qaldırılması tərəfimizdən təmin edilmişdir. Bundan başqa, sözügedən torpaq sahələrinin kateqoriyası (məqsədli təyinatı) 2019,2020 və 2021-ci il illərdə kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2008-ci il tarixli, ******* qeydiyyat nömrəli şəhadətnamə əsasında 3022.7 kv.m qeyri yaşayış sahəsi və xx.xx.2008-ci il tarixli, 001317 qeydiyyat nömrəli şəhadətnamə əsasında 372112.0 kv.m torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada satın alınaraq müvafiq olaraq şəhadətnamə verilmişdir. Sonradan sözügedən şəhadətnamələr əsasında xx.xx.2008-ci il tarixdə, (**********59 və **********61 reyestr nömrələri ilə) 15.30 ha və 16.467 ha torpaq sahələrinin və xx.xx.2008-ci il tarixdə, **********41-12301 reyestr nömrəsi ilə 5.84 ha torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) texniki səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla qeydiyyata alınaraq, çıxarış və texniki pasport tərtib edilmişdir. Sözügedən torpaq sahələrinin kateqoriyasında qeyd olunan texniki səhvin (xx.xx.2021-ci il tarixində, **********, ********** və ********** nömrəli ərizələr ilə) aradan qaldırılması tərəfimizdən təmin edilmişdir. Torpaq sahəsinin kateqoriyası dəyişdirilmədiyi, mövcud texniki səhv aradan qaldırıldığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı mövcud deyildir. Bundan başqa, sözügedən torpaq sahələri TEKUİS (X2 X4) məlumatlarında Dövlət mülkiyyətinə verilən torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd olunmuşdur. Sözügedən torpaq sahəsinin təyinatına və hüququ rejiminə görə Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayonu Görədil Bələdiyyəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 9/8 nömrəli xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilən məlumata əsasən Abşeron rayonu Görədil Bələdiyyəsinin 9/8 nömrəli xx.xx.2022-ci il tarixli qərarı üzrə ondan 217441,4 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Abşeron rayonu Görədil Bələdiyyəsinin xeyrinə ödənilməlidir. Abşeron rayonu Görədil Bələdiyyəsinin 9/8 nömrəli xx.xx.2022ci il tarixli qərarı rəsmi qaydada təqdim edilməmişdir. Qərarın surətini Abşeron rayon İcra və Probasiya şöbəsindən xx.xx.2022-ci il tarixdə əldə etmişlər. Abşeron rayonu Görədil Bələdiyyəsinin 9/8 nömrəli xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Abşeron rayonu Görədil kənd ərazisində vergi ödəyicisi ona məxsus, ümumi sahəsi 3022,70 kv.m qeyri-yaşayış sahəsi əmlak və 376000 kv.m qeyri-yaşayış torpaq sahəsi Azərbayca Respublikası Vergi Məsələsinin 59, 196,197,198, 200-cü maddələrinə əsasən hesablanmış faiz borcu 41833,71 manat, cəmi ümumilikdə 217441,40 manat vergi borcunu ödəməlidir. Lakin vergi ödəyicisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8-ci maddəsi ilə müəyyən edilmiş əmlak və torpaq vergisini ödəməmişdir və Azərbaycan Respublikası Vergi Məcəlləsinm 16.1.1-ci maddəsinin tələbini pozaraq, qanunla müəyyən edilmiş vergini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Qərara alınmışdır ki, ondan ümumilikdə isə 217441,4 manat tutulsun. Abşeron rayonu Görədil Bələdiyyəsinin 9/8 nömrəli xx.xx.2022-ci il tarixli qərarı əsassız va qanunsuz olduğundan ləğv edilməlidir. Eyni məzmunlu Abşeron rayon Görədil bələdiyyəsinin 2/1 nömrəli xx.xx.2021-ci il tarixli qərarı, tərəflərindən verilmiş iddia ərizəsi əsasında Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-909/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Bu illər ərzində əmlak və torpaq vergisi üzrə borcun olması barədə heç bir bildiriş daxil olmamış, məlumat vermədən, heç bir rəsmi bildiriş olmadan iştirakları olmadan vergi borcunun olması nəticəsinə gəlinməsi absurddur. Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin va ödanişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində va digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral va səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. Qərar tərtib olunarkən heç bir səyyar vergi yoxlamasi aktı qarara əlavə edilməmişdir. Səyyar vergi yoxlamasının keçirilməs i üçün mütəxəssislər cəlb olunmalı və vergi odəyicisinə bununla bağlı məlumat verilməlidir. Həmin qanunun 5.5-ci maddəsinə əsasən odəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, hamin akta ödəyicinin və ya onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında odəyiciyə vergi xidmati orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Odəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Qanunun tələbindən də göründüyü kimi akt tərtib olunarkən odəyiciyə məlumat verilməsi qanunla mübahisələndirilə bilməz olmağına baxmayaraq Abşeron rayonu Görədil Bələdiyyəsi tərəfindən bu müddəa pozulmuş və qanunun tələblərinə düzgün riayət edilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-856/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Görədil Bələdiyyəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 9/8 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bələdiyyələr vergi öhdəliyini müəyyən edən qərarı yalnız müvafiq qaydada inzibati icraat aparıldıqdan sonra qəbul edə bilərlər. Eyni zamanda vergi borcunun tələb edilməsidə qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Mübahisələndirilən qərar əsaslandırılmamış, sadəcə olaraq konkret vergi məbləği tələləb edilmiş, həmin borcun yaranma səbəbləri əsaslandırılmamaış, iddiaçının inzibati icraata cəlb edilməsi, ümumiyyətlə inzibati icraatın aparılması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati icraat aparmamış, nəticədə qanunsuz qərar qəbul etmişdir. Beləliklə Abşeron rayonu Görədil Bələdiyyəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 9/8 nömrəli xx.xx.2022-ci il tarixli qərarı inzibati icraatın nəticəsi kimi qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edilənlər mübahisələndirilən inzibati aktın qanunsuz olduğunu göstərir və ona görə də məhkəmə hesab edir ki iddia təmin edilməlidir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmənin icraatında əvvəldə tərəflər arasında vergi borcu ilə bağlı mübahisə olmuş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 909/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə verginin hesasblanması ilə bağlı qərar ləğv edilmişdir. Daşınmaz əmlakla bağlı qanunvericilikdə nəzərdə vergilərin hesablanması və tələb edilməsi cavabdeh inzibati orqanın vəzifəsidir. Lakin bununla bağlı qanunvericiliyə uyğun inzibati icraat aparılmalıdır. Cavabdehə inzibati orqana izah edilsin ki, iddiaçının vergi borcları ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olan yeni icraat aparması istisna edilmir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının 2003cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Bələdiyyələrin vergi xidməti orqanı haqqında Bələdiyyələrin vergi xidməti haqqında Əsanamə V hissəsində nəzərdə tutulmuş qaydalar ödəyicilərin yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi prosedurunu müəyyən edir. Məhkəmə həmin normaları düzgün tətəbiq etməmişdir. Belə ki mübahisləndirilən qərar ödəyici barədə məhkəməyə müraciət edilməsi ilə bağlı deyil. Yaranmış vergi borclarının alınması üçün müvafiq icra hakimiyyəti orqnına müraciət edilməsi ilə bağlıdır. Nəticə etibarı ilə məhkəmə normanı düzgün tətbiq etməmişdir. Məhkəmə tərəfindən iddiaçının torpaq vergi ödəyicisi kimi Abşeron rayonu Goradil bələdiyyəsində qeyd alınmaq, eləcədə vergiləri vaxtlı-vaxtında ödəmək vəzifələrinin yerinə yetirməkdən yayınma səbəblərini araşdırmamışdır. Həmin yanaşmaya heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən Bələdiyyələrin vergi xidməti haqqında Əsanaməyə istinad edilmişdir. Ancaq işin halından bələdiyyənin mübahisələndirilən qərarı torpaq vergisinin alınması haqqında qəbul edilmiş qərardır. Məhkəmə əsanamənin bələdiyyə tərəfindən pozulmasının əsaslanarkən Əsasnamənin yerli vergilərin məhkəmə qaydasında alınması mexanizimlərini tənzimləyən normalar istinad etmişdir. Bu isə işin halların uyğun gəlmir. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Maddə 5.0. Vergi məbləğləri aşağıdakı formalarda tutulur: ..... 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; 8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. 8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. 20.4. Vergi orqanları yerli vergilər (bələdiyyə vergiləri), habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər. 32.2. Vergi nəzarətini bu Məcəllədə və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 33.9. Yerli (bələdiyyə) vergilərinin ödəyicilərinin uçotu bələdiyyələrin vergi xidməti orqanı tərəfindən aparılır. 151.1. Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Xüsusi notariuslar bu Məcəllənin 101.4-cü maddəsi ilə müəyyən edilmiş dərəcə ilə hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər. 200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1dən gec olmayaraq verməlidirlər. 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 203.2. Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar.

204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Maddə 206. Vergi dərəcələri 206.1. Bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir. 206.1-1. Müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. 206.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti balları müəyyənləşdirilir. 206.3. Bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) 10000 m²- dək olduqda Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri üzrə 8 manat, 10000 m²- dən yuxarı olan hissə üçün 16 manat müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 4.0. Yerli vergilərin müəyyən edilməsinin əsasları aşağıdakılardır: 4.0.1. vergitutma obyekti;4.0.2. vergitutma bazası;4.0.3. vergitutma dövrü;4.0.4. vergi dərəcəsi;4.0.5. verginin hesablanması qaydası;4.0.6. verginin ödənilməsi qaydası və müddəti. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Maddə 6.0. Vergilər aşağıdakı formalarda tutulur: 6.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 6.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 6.0.3. bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında, bələdiyyələrin vergi xidməti orqanlarının hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi üzrə vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Maddə 7. Bələdiyyələrin vergi xidməti orqanları, onların hüquq və vəzifələri 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə 5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. ... 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. .. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının tələbi cavabdeh bələdiyyə tərəindən onun barəsində əmlak və torpaq vergisi və ona dair faizlərin hesbalanması barədə müvafiq qərarın ləğv edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq ərazidə yerləşən 16,467 ha və 15.30 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq xx.xx.2008-ci ildə dövlət qeydiyyatına alınmış, çıxarış məlumatlarında torpaq sahələrinin təyinatı kənd təsərrüfatı təyinatlı məqsədli istifadə növü sahibkarlıq kimi qeyd edilmişdir. Müvafiq ünvanda yerləşən qeyriyaşayış sahəsinin yerləşdiyi 372112 kv.m. torpaq sahəsi müvafiq şəhadətnamə əsasında iddiaçı tərəfindən 2008-ci ildə satın alınmışdır, həmin şəhadətnamədə torpaq sahəsinin təyinatı barədə heç bir məlumat əks olunmamışdır. Ümumi sahəsi 3022,7 kv.m. olan qeyri yaşayış sahəsi müvafiq şəhadətnamə əsasında iddiaçı tərfindən atın alınmış, həmin qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasport məlumatlarında torpaq sahəsinin təyinatı barədə heç bir məlumat əks olunmamışdır. İş materiallarından görünür ki, Daşınma Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ-in müvafiq Ərazi İdarəsi tərəfindən cavabdeh bələdiyyəyəxx.xx.2022-ci il tarixli məktub ünvanlanaraq, iddiaçıya məxsus olan torpaq sahələri barədə məlumat verilərək, həmin torpaq sahəsinin təyinatının texniki səhv olaraq kənd təsərrüfatı təyinatlı kimi qeyd edildiyi, təyinatının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar olduğu, sonradan ona uyğun olaraq rəsmiləşdirilməsi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh bələdiyyə məhz həmin məktubda əks olunmuş məlumatları əsas götürərək, iddiaçı barəsində əmlak və torpaq vergisini hesablamış, bu barədə mübahisə predmeti olan qərarı qəbul edərək, həmin qərar əsasında iddiaçı barəsində illik əmlak vergisi üzrə 906,81 manat, illik torpaq vergisi üzrə 57766 manat, ötən dövrlər üzrə 12086,59 manat, hesablanmış faiz üzrə 41833,71 manat olmaqla, cəmi 217441,40 manat vergi məbləği hesablanmış, son xəbərdarlıq edilməklə, qəbul edilmiş qərarın borclu şəxsə təqdim edildiyi gündən yaranmış vergi borcu 10 gün müddətində ödənilmədiyinə görə qəbul edilmiş qərar məcburi icra olunmaq üçün müafiq icra şöbəsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh bələdiyyə təərfindən iddiaçı barəsində vergi borcunun ödəməkdən imtina etməsi barədə akt tərtib edilmişdir. İcra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə həmin bələdiyyə qərarı əsasında icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı cavabdeh bələdiyyə tərəfindən əmlak və torpaq vergisinin hesablanmasına dair aparılmış inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Həmin materialların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, cavabdeh bələdiyyə iddiaçı barəsində 2019-2021-ci illərə aid dövrü üzrə vergi məbləğini 3022.7 kv.m. olan əmlakla bağlı əmlak vergisi üzrə hər kv.m. üçün 0,30 manat əsas götürülməklə, 906,81 manat, 15.30 ha, 16.467 ha və 5.84 ha torpaq sahələri üçün müdafiə və digər təyinatlı torpaqlar üçün müəyyən edilmiş qaydada hər 100 kv.m. üçün 10000 kv.m.-dək 8 manat, 10000 kv.m.-dən yuxarı hissə üçün 16 manat əsas götürülməklə hesablanmışdır.Ümumilikdə hər il üçün 58666,81 manat ödənilməmiş vergi məbləği olmaqla, üç il üçün 176000,43 manat vergi məbləği hesablanmışdır. Bundan əlavə, qeyd edilməlidir ki, həmin vergi borcunun ödənilməsinin gecikdirildiyi hər gün üçün ayrı-ayrılıqda 0,1% əsas götürülməklə, bir il üçün 21472,05 manat olmaqla, üç illik dövr üçün 64416,15 manat maliyyə sanksiyası hesablamışdır. Həmçinin, qeyd edilməlidir ki, sözügedən torpaq sahəsinin təyinatı texniki səhv olaraq kənd təsərrüfatı təyinatlı kimi qeyd edilmiş, 2021-ci ilin dekabr ayında həmin səhv aradan qaldırılaraq, elektron baza məlumatlarında sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kimi düzəliş edilmişdir, torpaq sahəsinin təyinatının dəyişdiriməsi halı baş verməmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı onda olan çıxarış məlumatında torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı kimi qeyd edildiyini, torpaq sahəsini kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi satın aldığını, həmin əsasla torpaq vergisinin hesablanıb ödənilməsinə razı olduğunu, texniki səhv barədə məlumatlı olmadığı halda, həmin dövrdə vergi məbləğinin çıxarışda əks olunmayan təyinat əsas götürülməklə, hesbalanması ilə razı olmadığından, hazırki iddia tələbini irəli sürmüşdür. Cavabdeh bələdiyyə qurumu isə torpaq sahəsinin ilkin sənədlər əsasında da təyinatının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar olduğunu, iddiaçının bu barədə məlumatlı olduğunu, texniki səhvin aradan qalxdığını, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin özəlləşdirilən torpaq sahələrinə daxil olmadığından, iddiaçı aldığı vaxtdan torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı olmadığını bildiyini, torpaq sahəsinin həqiqi təyinatına uyğun vergi məbləği hesablandığını əsas gətirərək, etiraz etmişdir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçının sözügedən torpaq sahələrini əldə etməsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin məzmununda torpaq sahəsinin təyinatı barədə məlumat əks olunmamış, yalnız çıxarış məlumatında torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı olması halı əks olunmuşdur. Müvafiq qurum tərəfindən torpaq sahəsinin təyinatı ilə bağlı elektron kadastr məlumatlarında 2021-ci ilin dekbar aydında düzəliş edildiyi vaxtadək, torpaq sahəsinə dair çıxarış məlumatında təyinatı kənd təsərrüfatı təyinatlı kimi qeyd edilmişdir. İddiaçıda olan məlumat məhz həmin çıxarış məlumatı olmuşdur. İndiki halda isə iddiaçının həmin çıxarış məlumatlarının tərtib edilməsi zamanı müvafiq səlahiyyətli qurumu tərəfindən texniki səhvə yol verilməsi, təyinatın yanlış qeyd edilməsini bilmək imkanının mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddiaçının belə bir imkana malik olması halının müəyyən edilməsinə dair sübutetmə yükü məhz cavabdeh bələdiyyənin üzərinə düşsə də, cavabdeh tərəfindən bu hala dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Bununla bağlı cavabdeh bələdiyyə qurumu o hala istinad edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələri qanunvericiliyin tələbinə əsasən özəlləşdirilən dövlət torpaq sahələrinə daxil olmadığından, iddiaçı isə həmin torpaq sahələrini özəlləşdirmə qaydasında əldə etdiyindən, təyinatının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar olduğunu bilirdi. Kollegiya cavabdehin istinad etdiyi həmin arqumenti ilə bağlı onu qeyd edir ki, dövlət əmlakının özəlləşdirilməsinə dair mövcud olan qanunvericilik normasında belə bir istisna normanın ehtiva olunması müəyyən edilməmişdir. Cavabdeh bələdiyyə tərəfindən isə məhz həmin istisna normanı ehtiva edən qanunvericilik norması ilə bağlı heç bir məlumat təqdim edilməmişdir.Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin arqumenti əsassız olmuşdur. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının həmin halı bilmə imkanının mövcudluğuna dair heç bir dəlil təqdim edilməmiş, habelə məhkəmə araşdırması zamnaı da həmin halın müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda, kollegiya hesab edir ki, mülki qanunvericilik normasında daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası müəyyən edildiyindən, iddiaçının həmin məlumatların qeyri-dəqiq olmasını müəyyən etmək öhdəliyi və səlahiyyəti mövcud olmamışdır. Belə ki, Mülki Məcəllənin 140-ci maddəsində əks olunmuş daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını ehtiva edən normanın dispozitiv şərtlərinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir, əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, həmin noranın dispozitiv şərtlərinə əsasən indiki halda iddiaçıya münasibətdə qeyd məlumatlarına dair etirazın reyestrə daxil edilməsi halı və ya iddiaçının həmin qeyd məlumatlarının qeyri-dəqiq olmasını bildiyi hallar müəyyən edilmədiyindən, onda olan çıxarış məlumatları düzəliş edildiyi vaxtadək iddiaçı barəsində həqiqi hesab edilir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçıda mövcud olan çıxarış məlumatında torpaq sahəsi kənd təsərrüfatı təyinatlı kimi qeyd edildiyindən, iddiaçının 2021-ci ilin dekabr aydında edilmiş düzəlişədək həmin texniki səhv barədə məlumatının olması imkanının mövcudluğu müəyyən edilmədiyindən, həmin dövr üzrə torpaq vergisi məhz iddiaçının məlumatlı olduğu və həqiqiliyə etimadının olduğu çıxarış məlumatları əsas götürülməklə, hesablana bilərdi. İndiki halda isə cavabdeh bələdiyyə qeyd edilən hallar üzrə inzibati icraat çərçivəsində ətraflı araşdırma aparmadan, iddiaçıya münasibətdə formal yanaşma tətbiq etmişdir. Belə ki, cavabdeh bələdiyyə reyestr məlumatlarının həqiqiliyi və tamlığı prezumpsiyasına əhəmiyyət vermədən, torpaq vergisinin məbləğini 2021-ci ilin dekbar ayında reyestr məlumatlarında edilmiş düzəliş məlumatlarını düzəliş edilməkdən əvvəlki üç illik dövrə tətbiq etməklə, torpaq sahəsinin təyinatını kənd təsərrüfatı təyinatlı kimi deyil, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kimi nəzərə alınmaqla, hesablamışdır. Bununla da cavabdehin həmin hərəkətləri yuxarıda müəyyən edilmiş işin hallarına və qanunvericilik normasının tələbinə zidd olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh bələdiyyə iddiaçı barəsində torpaq vergisinin hesablanması barədə qərarı vergi məbləğinin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara tətbiq edilən qaydaya uyğun hesablamaqda haqlı olmamışdır. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçı müvafiq qərarın əmlak vergisinə aid hissəsi ilə razı olaraq, əmlak vergi borcunun məbləğini qəbul etdiyini, ödəmədiyini, ödəməyə razı olduğunu bildirmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, cavabdehin iddiaçı barəsində əmlak vergisinin hesablanması hissəsində iddiaçı tərəfindən qəbul edildiyindən, həmin hissədə vergi məbləğinin düzgün hesablandığı və iddiaçı tərəfindən ödənilmədiyi müəyyən edildiyindən, müvafiq qərar əmlak vergisinin müəyyən edilməsi hissəsində əsaslı olduğundan, həmin hissədə qərarın ləğv edilməsinin əsasları mövcud olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçı müvafiq qərarın tam olaraq ləğv edilməsini tələb etməkdə haqlı olmamış, müvafiq bələdiyyə qərarı əmlak vergi məbləği və ona hesablanmış maliyyə sanksiyasına aid hissədə istisna olmaqla, qalan hissədə qərar ləğv edilməli olduğundan, iddia tələbi həmin hissədə təmin edilməlidir. Bununla yanaşı kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, indiki halda iddiaçının cavabdeh bələdiyyə qarşısında 2019-2021-ci illər üzrə müvafiq torpaq sahələrinə görə kənd təsərrüfatı təyinatı əsas götürülməklə müəyyən edilmiş torpaq vergisini ödəmək öhdəliyi mövcud olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı həmin təyinata uyun hesablanma aparılmaqla, torpaq vergi məbləğini ödəmədiyini, hazırda kənd təsərrüfatı təyinatı əsas götürülməklə, müəyyən edilən vergi məbləğini ödəməyə razı olduğunu bildirmişdir. Bu baxımından kollegiya qeyd edir ki, iddiaçının müvafiq illər üzrə sözügedən torpaq sahələrinə görə kənd təsərrüfatı təyinatı nəzərə alınmaqla, torpaq vergi borcu olduğundan, cavabdeh bələdiyyə tərəfindən müvafiq illər üzrə məhz həmin əsasla (kənd təsərrüfatı təyinatı əsas götürülməklə) həmin vergi borcunun ödənilməsini tələb etmək hüququ vardır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia tələbinin təmin edilməməsinə aid hissədə işin yuxarıda müəyyən edilmiş hallar əsasında təkzib olunduğundan, əsassız olmuşdur. Nəticə etibarilə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda müəyyən edilmiş halları ətraflı araşdırılmadığından, iş üzrə gəldiyi qənaəti işin hallarına uyğun olmadığından, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli,iş üzrə yeni qərar qəbul edilməkə, iddia qismən təmin edilməlidir. Ona görə də cavabdehin şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə aid hissədə təmin edilməli, qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli,iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-856/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Abşeron rayonu Görədil Bələdiyyəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 9/8 nömrəli xx.xx.2022-ci il tarixli qərarı əmlak vergisi və ona hesablanmış maliyyə sanksiyası hissəsi istisna olmaqla, qərar qalan hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar