Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-180/2020 28.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlikedən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Hökümə Çingiz qızı Babayeva və X1 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, İddiaçı firmasının nümayəndəsi X2, Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı firmasının cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiaçıya qanunsuz olaraq hesablanmış 7421.70 manat torpaq vergisi və 5125.12 manat ƏDV-nin və bu məbləğlərə uyğun hesablanmış faizlərin silinməsi tələbinə dair Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)-1298/2019 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı firması cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********934700 saylı qərarın ləğv edilməsi, cavabdeh tərəfindən əvvəllər artıq hesablanmış hər ay üçün 36.61 manat vergi məbləğləri və hesablanmış 9032.30 manat faiz borcunun silinməsi, cavabdeh tərəfindən iddiaçının bank hesabına qoyulmuş xx.xx.2019-cu il tarixli **********5D saylı və xx.xx.2019-cu il tarixli **********9A saylı sərəncamların ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçıya qanunsuz olaraq hesablanmış 7421.70 manat torpaq vergisi və 5125.12 manat ƏDV-nin və bu məbləğlərə uyğun hesablanmış faizlərin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı firması 1999-cu ildən dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi fəaliyyət göstərir. 2007-ci ildə iddiaçı ilə “xxxxxxxx” ASC arasında kredit müqaviləsi bağlanmış, götürülmüş vəsait tam qaytarılmadığı üçün bank iddia ilə məhkəməyə müraciət etmişdir və X6 Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və müəssisənin balansında olan Sumqayıt şəhəri, Sülh küçəsi ilə 20 Yanvar küçəsinin arasında olan 0,091546 ha torpaq sahəsində yerləşən 3 girişli 800,53 kv m ümumi, o cümlədən 392,47 kv m əsas və 408,06 kv m köməkçi sahədən ibarət birmərtəbli qeyri-yaşayış binasının açıq hərracda satılması qət edilmişdir. Buna baxmayaraq müəssisəyə 2009-cu ilin avqust ayından 2019-cu ilin oktyabr ayınadək həmin obyektlərə və obyektlərin yerləşdiyi torpaq sahəsinə görə qanunsuz olaraq torpaq vergisi və ƏDV hesablanmışdır. Cavabdeh dəqiqləşdirilmiş iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi tərəfindən icarəyə verilmiş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsində göstərilən aylıq icarə haqqı ilə təqdim etdiyi bəyannamə üzrə göstərdiyi icarə haqqı arasında fərq yarandığı üçün kameral yoxlama aparılaraq uyğunsuzluq aradan qaldırılmışdır. Vergi ödəyicisinə uyğunsuzluq haqqında hər dövr üzrə məktub göndərilmiş, vergi ödəyicisi tərəfindən qanunvericilikdə nəzərdə tutulan müddətdə uyğunsuzluğa cavab verilmədiyindən əlavə vergi məbləğləri hesablanmışdır. Bundan başqa, iddiaçının təqdim etdiyi torpaq vergi bəyannamələrində kənarlaşma yaranmışdır. Bununla bağlı vergi ödəyicisinə xx.xx.2014-cü il tarixdə zəruri sənədlərin tələb edilməsi haqqında məktub göndərilmiş, məktuba qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavab verilmədiyindən 2014-2016-cı illərdə iddiaçıya əlavə vergi hesablanmışdır. Vergi ödəyicisi xx.xx.2019-cu il tarixdə 2016-cı il üzrə dəqiqləşdirilmiş torpaq vergi bəyannaməsi təqdim etmişdir. Lakin onun tərəfindən təqdim edilmiş bəyannamənin 2 N-li Əlavəsinin 611-ci sətrində əks etdirilmiş vergiyə cəlb edilən torpaq sahəsi əvvəlki il üzrə təqdim edilmiş bəyannamənin müvafiq sətrində göstərilmiş vergiyə cəlb edilən torpaq sahəsi ilə müqayisədə 8473.79 kv m az əks etdirilmişdir. Bununla bağlı iddiaçıya zəruri sənədlərin təqdim edilməsi üçün məktublar göndərilmiş, lakin iddiaçı tərəfindən hər hansı sənəd təqdim edilmədiyindən vergi orqanı tərəfindən ona xx.xx.2019-cu il tarixli qərarla 677.94 manat, xx.xx.2019-cu il tarixli **********936400 saylı qərarla 677.94 manat və xx.xx.2019cu il tarixli **********937100 nömrəli qərarla 677,94 manat əlavə vergi borcu hesablanmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)- 1298/2019 saylı qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı firmasına hesablanmış 7421.70 manat torpaq vergisi və ona uyğun faizlərin slinməsi öhdəliyi cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim V.Əzizova) Qərardan iddiaçı apelyasiya şikayəti verərək, qərarın iddianın təmin olunmamış hissəsində ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Firması Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən sahibkarlıqla məşğul olur. Müəssisə həmin cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış vergi məbləğləri ilə razı olmayaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə inzibati qaydada şikayət vermiş və İddiaçı Firmasına qanunsuz olaraq hesablanmış 7421.70 manat torpaq vergisinin, 5125.12 manat ƏDV-nin və bu məbləğlərə uyğun hesablanmış faizlərin silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)-1298/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmişdir. Həmin qərar müəssisə tərəfindən xx xxxxxx 2019-cu il tarixində rəsmi şəkildə məhkəmədən qəbul edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı iddia tələbinin təmin edilmədiyi hissəsi qanunsuz, əsassız olaraq tam araşdırılmadan qəbul edilmişdir. Qeyd edilmiş nöqsanları özündə əks etdirən qərarın qəbul edilməsi tamamilə qanunvericiliyə ziddir, ona görə də qərar həmin hissədə ləğv edilməli və iddia tələbi tam təmin edilməlidir. 2007-ci ildə bağlanmış müqaviləyə əsasən xxxxxxxx ASC-dən kredit götürülmüş və ödəyə bilmədikləri üçün müəssisənin balansında olan əmlakların açıq hərracda satılması ilə bağlı X6 Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(85)-365/2009 nömrəli qətnaməsi qəbul olunmuşdur. Həmin qətnamə əsasında müəssisənin balansında olan Sumqayıt şəhəri, Sülh küçəsi ilə 20 yanvar küçəsinin arasında olan 0.091546 hektar torpaq sahəsində yerləşən 3 girişli 800.53 kvadrat metr ümumi, o cümlədən 392.47 kvadrat metr əsas və 408.06 kvadrat metr köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının (ticarət obyektinin) açıq hərracda satılması qət edilmişdir. Buna baxmayaraq müəssisəyə 2009-cu ilin avqust ayından 2019-cu ilin oktyabr ayınadək qanunsuz olaraq torpaq və əlavə dəyər vergiləri hesablanmışdır. Ümumilikdəq qeyd edilən dövr ərzində 7421.70 manat torpaq vergisi, 5125.12 manat ƏDV və bu məbləğlərə uyğun faizlər hesablanmışdır. Halbuki, müəssisənin balansında olan əmlaklar xx xxxxxx 2009-cu il tarixli, 2(85)-365/2009 nömrəli qətnaməyə əsasən hərraca çıxarılmışdır və həmin tarixdən müəssisənin balansından çıxmışdır. Məhkəmə qanunsuz hesablanmış torpaq vergisinin mövcudluğunu təsdiq etmiş və ona uyğun hesablanmış faizlərin silinməsini qət etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, tələbin digər hissəsində qeyd edilən və qanunsuz hesablanmış ƏDV məbləğinin böyük hissəsi qanunsuz hesab etdiyi torpaq vergisinə və əmlak vergisinə münasibətdə hesablanmışdır. Əslində məhkəmə tələbin təmin edilməsi ilə tələbdə qeyd edilən vergi məbləğlərinin qanunsuz hesablandığını dolayı yolla təsdiq etmişdir. Ona görə də iddia tələbi tam təmin edilməlidir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki,İddiaçı Firmasının 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qanunsuz olaraq hesablanmış 7421,70 manat torpaq vergisinin, 5125,12 manat ƏDV-nin və bu məbləğə hesablanmış faiz borcunun silinməsi ilə bağlı iddia Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılaraq iddia tələbinin qismən təmin edilməsinə dair xx.xx.2019-cu il tarixli, 2-1(85)-1298/2019 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşağıda göstərilənlərə əsasən2-1(85)-1298/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarla razı deyil. Məhkəmə hesab etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya hesablan torpaq vergisi Sumqayıt şəhər, Sülh küçəsi ilə 20 yanvar küçəsinin arasında 0,091546 torpaq sahəsində yerləşən 3 girişli, 800,53 kv metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə görə hesablanmış, qeyd olunan əmlaka görə iddiaçıya vergi hesablanması davam etdiyindən qanunsuz və əsassız olmuşdur və buna görə iddia həmin hissədə təmin edilməlidir. Bununla bağlı bildirirəm ki, vergi ödəyicisinin təqdim etdiyi torpaq vergi bəyannamələrində kənarlaşma yaranmışdır. Bununla bağlı vergi ödəyicisinə xx.xx.2014cü il tarixində **********071600 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərilmiş, məktuba qanunvericilikdə müəyyən olunmuş müddətdə cavab verilmədiyindən xx.xx.2014-cü il tarixli, **********988800 nömrəli “Vergilərin hesablaması barədə qərar”la 64,04 manat vergi hesablanmışdır. Vergi ödəyicisi 2015-ci ilin torpaq vergi bəyannaməsini təqdim etmədiyi üçün xx.xx.2015-ci il tarixli, **********177100 nömrəli “Vergilərin hesablaması barədə qərar”la analoji qaydada 719,46 manat vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi xx.xx.2015-ci il tarixində göstəricilər olmadan bəyannamə təqdim etmişdir. xx.xx.2015-ci il tarixində analoji qaydada hesablanmış vergi məbləği bərpa olunmuş və vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə” xx.xx.2015-ci il tarixində **********307400 nömrəli Qərarı göndərilmişdir. Vergi ödəyicsinin təqdim etdiyi 2016-ci il tarixli torpaq vergi bəyannaməsində kənarlaşma yaranmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin 2 №-li Əlavəsinin 611-ci (Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarətməişət xidməti və digər xüsusi təyinatlı torpaq sahələri, yaşayış fondları, həyətyanı və vətəndaşların bağ sahələri üzrə torpaq sahələrinin cəmi) sətrində əks etdirilmiş vergiyə cəlb edilən torpaq sahəsi (“ümumi sahə” ilə “o, cümlədən vergiyə cəlb olunmayan sahə”nin fərqi) əvvəlki il üzrə təqdim edilmiş bəyannamənin müvafiq sətrində göstərilmiş vergiyə cəlb edilən torpaq sahəsi (“ümumi sahə” ilə “o, cümlədən vergiyə cəlb olunmayan sahə”nin fərqi) ilə müqayisədə 800.60 kv.m az əks etdirilmişdir. Bununla bağlı vergi ödəyicisinə xx.xx.2016-cı il tarixində **********224500 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərilmiş, məktuba qanunvericilikdə müəyyən olunmuş müddətdə cavab verilmədiyindən xx.xx.2016-ci il tarixli, **********224500 nömrəli “Vergilərin hesablaması barədə qərar”la 64,04 manat vergi hesablanmışdır. Vergi ödəyicisi xx.xx.2019-cu il tarixində 2016-ci il üzrə dəqiqləşdirilmiş torpaq vergi bəyannaməsi təqdim etmişdir. Lakin vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin 2 №-li Əlavəsinin 611-ci (Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaq sahələri, yaşayış fondları, həyətyanı və vətəndaşların bağ sahələri üzrə torpaq sahələrinin cəmi) sətrində əks etdirilmiş vergiyə cəlb edilən torpaq sahəsi (“ümumi sahə” ilə “o, cümlədən vergiyə cəlb olunmayan sahə”nin fərqi) əvvəlki il üzrə təqdim edilmiş bəyannamənin müvafiq sətrində göstərilmiş vergiyə cəlb edilən torpaq sahəsi (“ümumi sahə” ilə “o, cümlədən vergiyə cəlb olunmayan sahə”nin fərqi) ilə müqayisədə 8473.79 kv.m az əks etdirilmişdir. Bununla bağlı vergi ödəyicisinə xx.xx.2019-cu il tarixində **********403400 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərilmiş, məktuba qanunvericilikdə müəyyən olunmuş müddətdə cavab verilmədiyindən xx.xx.2019-cu il tarixli, **********016700 nömrəli “Vergilərin hesablaması barədə qərar”la 677.94 manat vergi hesablanmışdır. Vergi ödəyicisi xx.xx.2019-cu il tarixində 2017-ci il üzrə dəqiqləşdirilmiş torpaq vergi bəyannaməsi təqdim etmişdir. xx.xx.2017-ci il tarixində hesablanmış vergi məbləği kameral qaydada bərpa olunaraq xx.xx.2019-cu il tarixli **********936400 nömrəli “Vergilərin hesablaması barədə qərar”la 677.94 manat vergi hesablanmışdır. Vergi ödəyicisi xx.xx.2019-cu il tarixində 2018-ci il üzrə dəqiqləşdirilmiş torpaq vergi bəyannaməsi təqdim etmişdir. xx.xx.2018-ci il tarixində hesablanmış vergi məbləği kameral qaydada bərpa olunaraq xx.xx.2019-cu il tarixli **********937100 nömrəli “Vergilərin hesablaması barədə qərar”la 677.94 manat vergi hesablanmışdır. Məlum olduğu kimi, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflərin izahatları Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X4 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin və iddianın təmin edilməsini, cavabdehin apelyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 cavabdehin apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və iddiaçının apelyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)-1298/2019 saylı qərarının ləğv edilməsi və işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi nəticəsinə gəlir. İş materiallarından görünür ki, iddiaçı qanunsuz olaraq hesablanmış 7421.70 manat torpaq vergisinin, 5125.12 manat ƏDV-nin və bu məbləğlərə uyğun hesablanmış faizlərin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kollegiya tərəfindən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən vergi məbləğlərinin müəyyən bir qismi ayrı-ayrı dövrlər üzrə ayrı-ayrı qərarlar, digərləri isə ayrı-ayrı dövrlər üzrə verilmiş bəyannamlələr əsasında hesablanmışdır, yəni həmin qərarlar qüvvədə ola-ola, həmçinin düzgün iddia növünə münasibətdə mümkünlük şərtləri yoxlanılmadan həmin qərarlar əsasında hesablanmış vergi məbləğlərinin ləğv edilməsi qanuni hesab edilə bilməz. Belə bir vəziyyətdə qanunvericiiliyin tələbinə əsasən birinci intansiya məhkəməsi tərəfindən iddiaçıya İPM-in 13-cü maddəsinin tələbinə əsasən yardım edilməli idi. Bundan başqa, tərəflər arasındakı mübahisə ilə bağlı cavabdeh məhkəməyə təqdim etdiyi etirazda iddianın mümkün sayılmamasını bildirsə də, qeyd edilən məsələnin araşdırılması, iddianın hansı səbəbdən məhkəmə tərəfindən mümkün sayılması iş materialları ilə təsdiqini tapmır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstəlir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdı.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İşə yenidən baxan məhkəmə iddiaçının maraq dairəsində olan tələblərə bir icraatda baxılmasını, o cümlədən iddianın digər mümkünlük şərtlərini qiymətləndirməli və bundan sonra mübahisəni yaranmış vəziyyətə uyğun həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətinin təmin edilməməli, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)- 1298/2019 saylı qərarı ləğv edilməli və iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)- 1298/2019 saylı qərarı ləğv edilsin. İş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Telman Məmmədov
Məhkəmə qərarları › İş №2-1(105)-180/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-180/2020
28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver