Məhkəmə qərarları › İş №2-1(105)-180/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-180/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-180/2024 11.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı nünamyəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "Abşeron rayon Mərkəzi Xəstəxanası" X9rşı “xx.xx.1933-cü il təvəllüdlü, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant şəhərciyi, bina 4, mənzil 88-də yaşayan məcburi köçkün İddiaçı xx.xx.2017-ci ildən birinci qrup əlil olması barədə rəyin elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2744/2023 nömrəli qərardadından İddiaçı nünamyəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. 07 sentyabr 2023-cü il tarixdə daxil olmuş vəsatətə əsasən iddiaçının qanuni vərəsəsi Nümayəndə iddiaçının xx.xx.2023-cü il tarixdə vəfat etməsi səbəbilə onun qanuni vərəsə kimi işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Vəsatət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə, iddia ərizəsinə dəqiqləşdirmə isə xx.xx.2023-cü ildə daxil olmuşdur. İş üzrə bir məhkəmə iclası keçrilmiş, iclasda qarşı tərəfin nümayəndəsi mübahisənin həll ediləcəyinə söz verib, iclası təxirə saldırmışdır. Lakin sonradan heç bir telefon zənglərinə cavab verməmişdir. Faktiki 1-ci qrup əlil olan xəstəyə baxan həyat yoldaşı X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və X7 publik hüquqi şəxs 1 saylı Bakı DOST Mərkəzinə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2017-ci ildən birinci qrup əlil olan İddiaçı pensiyasına xx.xx.2017-ci İldən başlayaraq hər ay 130 manat pensiya məbləğinə əlavə edilməsini, birinci qrup olduğunu və əlilə baxdığına görə hər ay 80 manat (cəmi 210 manat) müavinət əlavə edilərək ödəniş edilməsini xahiş etmişdir. 1 saylı DOST X4 Abdullayev həmin ərizəni aidiyyəti üzrə baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. xx.xx.2023-cü iİ tarixli AZ-İİİ seriyalı, 368761 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, anası İddiaçı dəqiqləşdirilməmiş ürək çatışmamazlığından xx.xx.2023-cü ildə ölmüşdür. xx.xx.2023-cü tarixli 6 saylı Bakı ASAN Xidmət Mərkəzi ölüm haqqında arayış vermişdir. xx.xx.2023-cü il tarixli, 1336 nömrəli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixədək anası onun himayəsində olmuşdur. xx.xx.2022-c il tarixli, **********1 nömrəli cavab məktubu ilə ƏƏSMN və DSMNF Sosial Ödənişlərin Təyinatı üzrə X5 müavini 1-ci qrup əlilin özünə müraciət etməyi tövsiyə edilmiş, xahişi rədd etmişdir. xx.xx.2023-cü il tarixli, 3-11-1/2-f- 39320/2023 nömrəli məktubla yenidən imtina verilmişdir. Beləliklə məhkəmənin qəbul edəcəyi yekun qərarı üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən qəbul etməsi mümkün olmdıqda həmin şəxslər mütləq məhkəmə icraatına cəlb edilməli və zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilik üçüncü şəxslərin işə cəlb olunmasını iki əsasla, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya məhkəmə qəran digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda həmin şəxslərin vəsatəti əsasında onların üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini nəzərdə tutmuşdur. İnzibati Prosessual Məcəllənin: 28.2.maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasının şərtləndirdiyi hallarda,həmin şəxs iştirakçı kimi inziabtİ məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3.maddəsinə əsasən üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci tarixli qərarında göstərilir ’’Zəruri cəlbetmə o zaman mövcud olur ki,qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil,həmçinin üçüncü şəxsə münsibətdə də hüquqi qüvvəyə malik olsun.Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəsx üçün hüquq və vəzifələrin yaradılması,təsdiq və ya müəyyən olunması,dəy işdirilməsi və ya ləğv edilməsi) qəbul etmək münkün deyilsə,həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu,zəruri cəlbetmə kimi qiymətləndirilməl id ir.Bu hal bir qayda olaraq o zaman mövcud olar ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs üçüncü şəxs qismində,yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”. Qanunverciliyin tələblərindən və iş materiallarından görünür ki, gələcəkdə qəbul ediləcək qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bilavasitə hüquqlarına toxunacaqdır, çünki 1-ci qrup əlilliyin müəyyən edilməsi 2017-ci ildən bu günkü tarixə ödənilməmiş müavinət və pensiyanın ödənilməsi tələbinə görədir. Nazirlik əlillərin müvainətİni kəsir, almalarına imkan vermir. l-ci qrup əliliyin müəyyən edilməsinə də Nazirlik imkan vermir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 -cü şəxs qismində işə cəlb edilməlidir. Qeyd edilənlərə əsasən vəsatətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2744/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev). Qərardaddan narazı qalan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a)Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti vəsatətlə eyni əsaslandırılmış və xx.xx.2023-cü ildən anası İddiaçı ölümündən sonra onun qanun üzrə birinci növbəli vərəsəsi (prossesual vərəsə) olmağının müəyyən edilməsi haqqında qərardad qəbul edilməsi, Sumqayıt İnzibati məhkəməsinin qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati iş üzrə 3-cü şəxs qismində işə cəlb olunması haqqında qərardad qəbul edilməsi, cavabdeh“Abşeron rayon Mərkəzi Xəstəxanası” Pubİik Hüquqi Şəxsinə qarşı “hərəkətsizliyinin qanunsuz hesab olunması, 01,04.1932-ci təvəllüdlü, Abşeron rayonu, Mehdİabad qəsəbəsi, Qarant şəhərciyi, bina 4, 88 nömrəli mənzildə yaşamış, məcburi köçkün anası İddiaçı xx.xx.2017cİ ildən birinci qrup əlil olması barədə rəyin elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (elektron qaydada) göndərilməsi öhdəliyin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi İsmayılov Azər məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Hazırki mübahisə iddiaçının xx.xx.2017-ci ildən birinci qrup əlil olması barədə rəyin elektron qaydada Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinin cavabdehin üzərinə qoyulması barədədir. İşdən görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixdə ölmüşdür. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. (Mülki Prosessual Məcəllə Maddə 58.1) Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında Nümayəndə İddiaçı prosessual hüquq varisi kimi tanınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən iddia mümkün sayılmamalıdır. İlk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki halda iddiaçının prosessual hüquq varisi iddiaçının birinci qrup əlil olması barədə rəyin elektron qaydada Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsində maraqlıdır. Bununla iddiaçının prosessual hüquq varisinin marağı məhkəmə kollegiyasının iclasında qeyd etdiyi kimi, sadəcə əlilliyin təyin edilməsi ilə bağlı deyildir, həm də 2017-ci ildən ödənilməli olan 12 000 manat pulun ödənilməsi ilə əlaqədardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra–TSEK) tərəfindən həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qanunun 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Normaların məzmunundan göründüyü kimi, şəxsin əlilliyinin müəyyən edilməsi üçün onun bilavasitə müayinələrdən keçməsi, sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, yuxarıda qeyd olunan prosedurlara riayət etməsi tələb olunur. Hazırki halda iş materialları ilə müəyyən olunur ki, iddiaçı məhkəmə icraatı zamanı- xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bu baxımdan iddiaçının nümayəndəsinin məhkəmə prosesinin davam etdirilməsi üçün prosessual hüquq varisliyi təmin olunmuş və məhkəmə iclasında iştirakı təmin edilmişdir. Lakin hazırki tələb iddiaçının şəxsiyyəti ilə sıx bağlı olduğundan və işə mahiyyəti üzrə baxılması mümkün olmadığından iddia mümkün sayılmamalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2744/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar