Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-180/2025 03.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ona dəyən maddi ziyan olaraq on min manat və mənəvi ziyan olaraq on min manat ödəniş edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2-1(118)-5010/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, kollegiya aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan X3 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli, 6141 saylı “sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”na əsasən İddiaçı diaqnoz olaraq onurğanın ikinci dərəcəli döş kifozu, döş sümüyü cisminin yastılaşması, xəncərvari çıxıntının ön tərəfə qabarmış deformasiyası göstərilmiş, ventilyasiya pozuntusunun qeyd olunmadığı müəyyən edilmişdir. İddiaçı SHXÇDX Qubadlı rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2022-ci ildə hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı ilə təsdiq edilmiş 23 avqust 2023-cü il tarixli 793 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, diaqnoz Q 67.7 anadangəlmə inkişaf qüsuru, Döş qəfəsinin toyuq döşü tipli deformasiyası (23 mm) xarici tənəffüs funksiyasının qarışıq tipli müaliyim dərəcədə ventilyasiya pozulması ilə. İrsi hemoqlobinopatiya, heteroqizot beta talassemiya geninin daşıyıcısı-xəstəliyin səbəb əlaqəsi “ümumi xəstəlik”; Sağ gözün hipermetropik astiqmatizmi, refraksiya Em və Hm 0.75 D. Sol gözün sadə miopik astiqmatizmi refraksiyası Em və M 0.75 D nəticəsində görmə itiliyinin hər iki gözdə 0.7-yə qədər azalması, korreksiya ilə 0.9 olmaqla- xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” olaraq müəyyən edilmişdir. . HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında Qərarına əsasən iddiaçı Xəstəliklər Cədvəlinin 80 b madddəsinin İİ qrafasına və ƏTC-yə əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İddiaçı xx.xx.2023-cü ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət edərək ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişdir. İddiaçının müraciətindən imtina edilmiş və maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar həmin qurumun səlahiyyətində olmadığı üçün aidiyyatı üzrə müraciət edilməsi tövsiyyə olunmuşdur. Daha sonra iddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona dəyən maddi ziyan olaraq on min manat və mənəvi ziyan olaraq on min manat ödəniş edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 28.10.22-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon şöbəsindən hərbi xidmətə göndərilmişdir. Hərbi xidmətə göndərilməzdən əvvəl tibbi komisiyadan keçərkən müəyyən olundu ki, onda anadangəlmə inkişaf qüsuru, döş qəfəsinin “toyuq döşü” tipli deformasiyası (23mm) xarici tənəfüss funksiyasının qarışıq tipli mülayim dərəcədə ventilyasiya pozulması var. Bunlara baxmayaraq onu hərbi xidmətə yararlı hesab edib xidmət çəkmək üçün Kəlbəcər rayonuna göndərdilər. Xidmət çəkdiyi zaman xəstəliyi daha da kəskinləşdiş İki dəfə Gəncədə otuz gün və iyirmi gün olmaqla bir dəfə otuz gün olmaqla Müdafiə Nazirliyinin Bakı hospitalında müalicə olunduqdan sonra hərbi xidmətə yarasız olaraq şəhadətləndirildi. xx.xx.2023-cü ildə hərbi xidmətdən azad edildi. Bu dövrdə on bir ay hərbi xidmətdə olmuşdur .Qeyd edir ki, hərbi həkim komisiyyasının səhvi nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Sonradan ona dəymiş maddi və mənəvi ziyana görə ərizə ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət etmişdir. Müraciətimə cavab olaraq bildirdilər ki, müraciət etdiyi maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar həmin qurumun səlahiyyətində olmadığı üçün aidiyyatı üzrə müraciət etməyi tövsiyyə olunur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı haqqında qərar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsi tərəfindən qəbul olunduğundan cavabdeh qismində məhkəmə icraatına həmin bölmə cəlb edilməlidir. inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddiaçı iddianı düzgün cavabdehə qarşı qaldırmadığından (inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən) iddia tələbi mümkün sayılmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Hansı ki, Qubadlı rayon bölməsi tərəfindən vətəndaş göndəriş əsasında bu sahə üzrə ən yüksək ixtisaslaşmış həkim kollektivi olan dövlət tibb müəssisəsi olan Akademik C.M.Abdullayev adına X3 və Ortopediya İnstitutuna göndərilmiş və oradan daxil olmuş akta əsasən İddiaçı həqiqi hərbi xidmətə yararlı hesab edilmiş və bunun əsasında müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Qeyd edilməsi zəruridir ki, İddiaçı tibbi şəhadətləndirmə zamanı əvvəllər hər hansı xəstəlik keçirməsi və hazırda səhhəti ilə əlaqədar heç bir şikayət bildirməmiş, həmçinin sözügedən xəstəliklə bağlı əvvəllər müalicə alması, müalicə almasına dair hər hansı sənəd təqdim etməmişdir. Həmçinin, Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi-həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqlarının yoxlanılması üçün təkrar tibbi müayinədən keçirilirlər. Səhhətlərində hər hansı nasazlıq aşkar olunan çağırışçı dərhal çağırıldığı Xidmətin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə geri qaytarılır. İddiaçı Xidmətin Qubadlı rayon bölməsi tərəfindən hərbi hissəyə təhvil verilərkən geri qaytarılmaması, hərbi hissənin həkim mütəxəssislərinə təqdim olunan (döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal)) zəruri müayinələrə həkim mütəxəssislər tərəfindən baxılması, həmçinin İddiaçı və yaxınlarının Qubadlı rayon çağırış komissiyası tərəfindən barəsində hərbi xidmətə yararlı olması ilə əlaqədar qəbul edilən qərara etiraz bildirməməsi, hərbi hissənin hərbi həkim komissiyasında yoxlanarkən geri qaytarılmaması onun hərbi hissəyə sağlam olaraq təhvil verilməsi faktını təsdiqləyir. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinin məsuliyyətinin yaranmamasını göstərir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Bununla da belə nəticəyə gəlinir ki, Xidmətin Qubadlı rayon bölməsi çağırış zamanı öz üzərinə düşən vəzifələri lazımi həcmdə icra etmişdir. Odur ki, iddiaçıya maddi zərərə və yaxud mənəvi iztiraba görə cavabdeh kompensasiya ödəmək öhdəliyi daşımır. Göründüyü kimi, İddiaçı çağırışçı kimi bütün zəruri tibbi müayinələrdən keçirilmiş, hərbi xidmətə yararlı hesab edilərək müddətli həqiqi hərbi xidmətə göndərilmiş və müəyyən müddət xidmət keçdikdən sonra hərbi vəzifəli kimi ehtiyata buraxılmışdır. Xidmətin Qubadlı rayon bölməsi çağırış zamanı iddiaçıya qarşı öz üzərinə düşən vəzifələrini lazımi həcmdə icra etmiş və bu səbəbdən maddi və mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi daşımır. Xidmətin isə bu işlə bağlı əlaqəsi müəyyən edilmir. Əlavə olaraq bildirirlər ki, müddətli həqiqi hərbi xidmətə qəbul edilmiş əsgərlərə tibbi dəftərçə (tibbi karta) açılır və əsgərin sağlamlığı ilə bağlı bütün məlumatlar həmin tibbi sənəddə öz əksini tapır. Odur ki, məhkəmə işinin ətraflı araşdırılması məqsədilə İddiaçı müddətli həqiqi hərbi xidmət keçdiyi hərbi hissəyə sorğu verilərək həmin tibbi sənədin alınması zəruridir. Sumqayıt İnzibati Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2-1(118)- 5010/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2-1(118)-5010/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Xəstəliklər Cədvəlinin 80ç maddəsi ilə hərbi xidmətə yararlı hesab edildiyini, həmçinin eyni maddə ilə tərxis edildiyini qeyd edir. Lakin iş materiallarından görünür ki, iddiaçı İX. Xəstəliklər Cədvəli üzrə 80ç, 66ç, 13d maddələrinə əsasən hərbi xidmətə yararlı hesab edilsə də Xəstəliklər Cədvəlinin 80 b maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçı hərbi xidmətə aparılarkən qanunvericiliyin tələbləri gözlənilmiş və hər-hansı pozuntuya yol verilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ona on min manat maddi və on min manat mənəvi zərərin ödənilməsini tələb etmiş, lakin bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarındada açıq-aşakar qeyd edilmişdir ki, İddiaçı qeyd olunan xəstəliyi hərbi xidmət dövründə alınmışdır. Məhkəməyə təqdim olunan qərarlardan görsənir ki, İddiaçı sonradan ventilyasiya pozuntusuna səbəb olan xəstəliklər əvvəlcədən mövcud olmuşdur.Cavabdehin nümayəndəsi məhkəməyə verdiyi ifadəsində İddiaçı onda mövcud olan xəstəliklərlə Kəlbəcərdə xidmət çəkməməli olduğunu və hərbi hissə komandirinin onu oraya xidmətə göndərməklə səhv etdiyini və bunun nəticəsində ventilyasiya pozuntusunun əmələ gəldiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hərbi xidmətə çağırılarkən və hərbi xidmətdə olarkən cavabdeh inzibati orqanın qanunvericliyin hər hansı tələblərinin pozulması müəyyən edilmədiyindən, yəni hüquqa zidd hərəkətləri mövcud olmadığından, həmçinin iddiaçıya hər hansı ziyanın (zərərin) dəyməsi müəyyən olunmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçı maddi zərərlə bağlı tələblərini sübuta yetirə bilmədiyindən, mənəvi zərərin ödənilməsi ilə bağlı tələb də həmin tələblə bağlı olduğundan iddia tələbi təmin edilə bilməz. İddiaçı tərəf olaraq məhkəmənin özünün müəyyən etdiyi hallara belə qiymət verməsini anlaya bilmir. Qərarda cavabdehin açıq şəkildə etirafı var.Cavabdeh qeyd edir ki, onlar İddiaçı şəxsi işinə qeyd vermişlər, iddiaçı sıradankənar hərbi xidmət keçməlidir və iddiaçının Kəlbəcərə dağa qaldırılaraq xidmətə cəlb olunması düzgün deyil. İddiaçının xidmətdən təxris edilməsinin səbəbi dağlıq ərazidə xidmət keçərkən səhətində yaranan problemlərdir. Qeyd edir ki, Kəlbəcərdə xidmət keçərkən demək olar ki ,xidməti ancaq hospitalda keçirmişdir. Belə ki, həmin dövürdə bir neçə dəfə səhhətində eyni problemlər yaranmış ona görədə hospitala göndərilmişdir. Bütün bu qeyd olunanlara baxmayaraq iddia məhkəmə tərəfindən rədd edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Əlavə olaraq bildirdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon şöbəsi iddiaçını hərbi xidmətə çağırışa cəlb edib, bütün zəruri tibbi müayinələr həyata keçirilib. Azərbaycan X3 və Ortopediya İnstutunun müayinə aktında idddiaçı barəsində döş kifozu müəyyən edilmişdir. Ventilyasiya pozuntusu müəyyən edilməmişdir. Yalnız ventilyasiya pozuntusu olduğu halda şəxs hərbi xidmətə yarasız hesab edilə bilər. İddiaçı ilə bağlı məhdudiyyət müəyyən olunub və hərbi biletdə qeyd olunub. İddiaçı hərbi xidmətə yararlı olsa da, xidmət yeri düzgün təyin edilməli və ağır işlərə cəlb olunmamalı idi. Yəni, iddiaçının xidmət etdiyi qoşun növü iddiaçı barədə tədbirlər görməli idi. İddiaçının Kəlbəcərdə xidmətə cəlb olunması düzgün olmamışdır. Buna isə cavabdeh qrum məsuliyyət daşımır. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2 Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnamə: 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkimuçuş komissiyaları) yaradılır. 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. 2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. 2.2. İlkin hərbi qeydiyyata alınarkən şəhadətləndirilməyə qədər vətəndaşlara dövlət tibb müəssisələrində (bundan sonra – tibb müəssisələri) hər il tibbi baxışlar, müayinələr (müşahidələr), habelə müalicə-sağlamlıq tədbirləri keçirilir və profilaktik peyvəndlər edilir. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi tibb müəssisələrinə həvalə olunur. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi, qeydiyyat və hesabat aparılması, bu iş üzərində nəzarətin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə birlikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. 2.4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilmə prosesində tələb olunan müayinələrdən keçirlər. 2.10. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaradılmış ilkin hərbi qeydiyyata alma komissiyası və hərbi həkim komissiyaları tərəfindən bu Əsasnamənin 2.9-cu bəndində qeyd olunan tibbi müayinə nəticələri təhlil edilir və müvafiq olaraq azı 9 (doqquz) nəfərdən ibarət həkim və mütəxəssis (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixoloq və zərurət olduqda digər ixtisaslardan olan həkim-mütəxəssislər cəlb edilməklə) tərəfindən çağırışaqədər yaş həddində olanların və çağırışçıların əyani tibbi müayinəsi aparılır. Əyani tibbi müayinəyə dair VEİS-də elektron sənəd formasında rəy formalaşdırılaraq, həkim və mütəxəssislərin elektron imzası ilə təsdiqlənir. Rəy barədə vətəndaşların məlumatlandırılması bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onların elektron kabinetləri vasitəsilə həyata keçirilir, məlumatlar həmçinin çağırışçının uçot kartına əlavə edilir. Çağırışçılar bu Əsasnamənin 2.10-cu bəndində qeyd olunan tibbi müayinə nəticələrinə əsasən şəhadətləndirilərkən Hərbi həkim komissiyaları tərəfindən VEİS-də elektron sənəd formasında çağırışçı barəsində bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan müvafiq kateqoriyalar üzrə rəy formalaşdırılır və komissiya üzvlərinin elektron imzası ilə təsdiqlənməklə məlumatlar hər bir çağırışçının uçot kartına daxil edilir. Həmin rəy əsasında rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən VEİSdə elektron imza ilə təsdiqlənməklə, elektron sənəd formasında çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərar formalaşdırılır. 2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. 2.23. Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. 2.24. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların nəzarət qaydasında şəhadətləndirilməsi onların Mərkəzi Çağırış Komissiyasına təqdim edilmiş şəxsi işləri və tibbi sənədlərinin öyrənilməsi əsasında qiyabi keçirilir. Sonra isə Mərkəzi Çağırış Komissiyasının əsaslandırılmış qərarı ilə nəzarət qaydasında şəhadətləndirilmə əyani keçirilir. 2.25. Tibbi baxış və nəzarət qaydasında şəhadətləndirilmə Mərkəzi Çağırış Komissiyasının qərarı ilə bu Əsasnamənin 2.10-cu bəndində nəzərdə tutulmuş ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən həyata keçirilir. 2.26. Xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxış və ya nəzarət qaydasında şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətində onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişə biləcək faktlar aşkar edildikdə, Mərkəzi Çağırış Komissiyası rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının müvafiq qərarını ləğv edir, bu barədə vətəndaşı bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada elektron kabineti vasitəsilə məlumatlandırır, həmçinin qərarı ləğv edilmiş komissiyaya məlumat verir. 2.27. Nəzarət qaydasında şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir. 8.3. “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A” — hərbi xidmətə yararlıdır; “B” — sıradankənar hərbi xidmətə yararlıdır; “C” — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç” — hərbi xidmətə müvəqqəti yararsızdır; “D” — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunu Maddə 13. Çağırış komissiyaları 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. Maddə 15. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarı 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər. Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülür. 15.1-1. Narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilməsi təmin edilir. 15.2. Bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Maddə 16. Mərkəzi çağırış komissiyası 16.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün aşağıdakı tərkibdə Mərkəzi çağırış komissiyası yaradılır: 16.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 16.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavini; 16.1.3. komissiyanın üzvləri. 16.2. Mərkəzi çağırış komissiyasının fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 17. Mərkəzi çağırış komissiyasının vəzifələri 17.1. Mərkəzi çağırış komissiyasının vəzifələri aşağıdakılardır: 17.1.1. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarları ilə razı olmayan şəxslərin təkrar tibbi müayinəsini təşkil etmək; 17.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması, çağırışına möhlət verilməsi və çağırışdan azad edilməsi barədə mübahisələri həll etmək; 17.1.3. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının işinə nəzarət etmək, onların qərarları barədə verilmiş şikayətlərə baxmaq; 17.2. Mərkəzi çağırış komissiyası mübahisəli məsələlər barədə xüsusi yoxlama keçirərkən 20 gün, digər hallarda isə 10 gün müddətində qərar qəbul etməlidir. 17.3. Mərkəzi çağırış komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı Akademik C.M.Abdullayev adına X3 və Ortopediya İnstitutuna göndərilmiş və oradan daxil olmuş akta əsasən həqiqi hərbi xidmətə yararlı hesab edilmiş, xx.xx.2022-ci il tarixdə SHXÇDX Qubadlı rayon Bölməsi tərəfindən şəhadətləndirilmiş, hərbi biletində məhdudiyyətlər - 80ç, 66ç, 13d (Hərbi-həkim ekspertizası haqqında Əsasnamə, yoluxucu və parazitar xəstəliklər cədvəli) qeyd edilməklə “hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. Bunun əsasında müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə görə hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. Lakin iddiaçı tərəfindən hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərar mübahisələndirilməmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hərbi xidmət zamanı şikayətləri artdığı üçün tibb məntəqəsinə müraciət etmiş, N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün MN MHP-nın hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək, “Stasionar müayinədən sonra şəhadətləndirilməlidir” qərarı verilmişdir. Stasionar şəraitdə şəhadətləndərilməsi üçün xx.xx.2023-cü il tarixdə Torakoabdominal cərrahiyyə bölməsinə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdən MN BKH-da müayinə və müalicə olunmuş, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəisinin xx.xx.2023-cü il tarixli sərəncamı ilə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. İddiaçı Akademik C.M.Abdullayev adına X3 və Ortopediya İnstitutunun verdiyi akt əsasında hərbi xidmətə yararlı hesab edilmişdir ki, bu da İX. Xəstəliklər cədvəli (13 may 2024-cü il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də İX hissə yeni redaksiyada verilmişdir.) yoluxucu və parazitar xəstəliklər cədvəlində 80ç, 66ç, 13d maddələrinə əsasən müəyyən edilmişdir: Maddə Xəstəliklərin adı, funksiyaların pozulma Hərbi xidmətə yararlılıq kateqoriyası dərəcəsi İ qrafa İİ qrafa İİİ qrafa 13 Endokrin sistemin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları: a) funksiyaların mühüm dərəcədə pozulması ilə D D D b) funksiyaların mülayim dərəcədə pozulması C C C və ya B ilə FƏRDİ c) funksiyaların cüzi dərəcədə pozulması ilə C C B ç) kəskin xəstəliklərdən və ya xroniki Ç Ç Ç xəstəliklərin kəskinləşməsindən, yaxud cərrahi müalicədən sonrakı hal, müvəqqəti funksional pozulmalarla d) zəif qidalanma, İİ dərəcəli alimentar A-3 A A piylənmə HDQ, ÜH, DP, XQdə FƏRDİ e) İ dərəcəli alimentar piylənmə A-2 A A Anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozulmaları Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi Hərbi xidmətə yararlılıq kateqoriyası İ qrafa İİ qrafa İİİ qrafa 80 Orqanların və sistemlərin anadəngəlmə inkişaf anomaliyaları: a) funksiyaların mühüm dərəcədə pozulması ilə D D D b) funksiyaların mülayim dərəcədə pozulması ilə C C C c) funksiyaların cüzi dərəcədə pozulması ilə C C B ç) funksiyaların pozulması olmayan obyektiv A-3 A A əlamətlər olduqda Maddə Xəstəliklərin adı, funksiyaların pozulma Hərbi xidmətə yararlılıq kateqoriyası dərəcəsi İ qrafa İİ qrafa İİİ qrafa 66 Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa): a) funksiyaların mühüm dərəcədə pozulması D D D ilə b) funksiyaların mülayim dərəcədə pozulması C C C ilə c) funksiyaların cüzi dərəcədə pozulması ilə C C B ç) funksiyaların pozulması olmayan A- 3 A A obyektiv əlamətlər olduqda ÜH, DP, XQ-də FƏRDİ; HDQdə YS Bundan sonra isə iddiaçının Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəisinin xx.xx.2023-cü il tarixli sərəncamı ilə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilməsi nəticəsində Xəstəliklər Cədvəlinin 80 b madddəsinin İİ qrafasına və ƏTC-yə əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində iştirak edən X6 Xəstəlikləri İnstitutunun həkim pulmonoloq həkim X5 izahatında bildirmişdir ki, iddiaçı 2022-ci ildə X6 Xəstəlikləri İnstitutuna göndərilmiş və spirometriya müayinəsindən keçmişdir. Spirometriya müayinəsi başqa bir həkim tərəfindən aparılmışdır və göstəricilərə əsasən müayinənin nəticəsi olaraq qeyd olunmuşdur ki, iddiaçıda ventilyasiya pozğunluğu qeyd olunmur. Bildirir ki, anadangəlmə döş qəfəsinin deformasiyası müəyyən olunan şəxsdə bir qayda olaraq ventilyasiya pozğunluğunun olması mütləq şərt deyil və hatda belə şəxlərdə bu ömür boyuda olmaya bilər. Bu həyat şəraitindən də asılıdır. Əgər xəsdəliyi tətikləyən hallar olmazsa həmin şəxsdə ağırlaşmalarda olmur. Anadangəlmə döş qəfəsinin deformasiyası müəyyən olunan şəxslərdə ağır xidmət şəraiti, soyuqlama nəticəsində pnevmaniya, bronxit kimi xəstəliklər yaranarsa, həmin şəxsdə tənəffüs çatışmazlığı daha da kəskinləşə bilər. Bu xəstəliklər ağırlaşmanı tətikləyən hallardır. Həmçinin qeyd edir ki, iddiaçı hospitala göndərildikdən sonra oradan da 2-ci dəfə X6 Xəstəlikləri İnstitutuna göndərilmiş və sonrakı müayinə zamanı iddiaçıda artıq qarışıq tipli mötədil ventelyasiya pozğunluğu qeydə alınmışdır. İddiaçıda sonradan yaranmış ventelyasiya pozğunluğu onu xidmət zamanı keçirmiş olduğu xəstəliklərin, o cümlədən plevmaniya xəstəliyinin nəticəsində yaranmış ola bilər. İş materialları, həmçinin məhkəmə iclasında iştirak edən mütəxəssisin izahatı ilə müəyyən olunur ki, iddiaçı 2022-ci ildə Akademik C.M.Abdullayev adına X3 və Ortopediya İnstitutuna göndərilmiş və onda ventilyasiya pozğunluğu aşkar edilmədiyindən (eyni zamanda onurğanın ikinci dərəcə kifozu. Deformasiyanın olması qeyd edilərək) onun barəsində sağlamlıq vəziyyətinin müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Həmçinin iddiaçı 2022-ci ildə X6 Xəstəlikləri İnstitutuna göndərilmiş və spirometriya müayinəsindən keçmiş və göstəricilərə əsasən müayinənin nəticəsi olaraq iddiaçıda ventilyasiya pozğunluğu aşkar edilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli akta əsasən həqiqi hərbi xidmətə yararlı hesab edilmiş və bunun əsasında müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hərbi xidmətə göndərilərkən onda ventilyasiya problemi olmamış, onda yalnız onurğanın ikinci dərəcə kifozu, deformasiyanın olması müəyyən edilmiş, buna dair hərbi biletində zəruri qeydlər (məhdudiyyətlər - 80ç, 66ç, 13d) edilərək cavabdeh orqan tərəfindən hərbi hissəyə təhvil verilmişdir. Lakin iddiaçının hərbi xidmət yeri müəyən olunarkən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən onun hərbi xidmətə yararlılığına dair hərbi biletdə olan zəruri qeydlərin, yəni məhdudiyyətlərin olması nəzərə alınmadan bölgü aparılmış və eləcə də hərbi xidmətdə olarkən də onun hava sıxlığı çox olan yerdə xidmət etməli olmaması nəzərə alınmamış, iddiaçı yüksək təzyiqli yerdə (Kəlbəcər rayonunda) xidmət etməyə başlamış, bunun nəticəsində aldığı sonrakı xəstəliklər onda əvvəlcədən olmuş xəstəliyini tətikləyərək tənəffüz sisteminin pozulmasına gətirib çıxarmışdır. Yəni İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı və həmin an onda xəstəliyin hər-hansısa ağırlaşdırıcı halları müəyyən edilmədiyi üçün hərbi biletdə məhdudiyyətə (iddiaçının xəstəliyinə) dair müvafiq qeydlər (80ç, 66ç, 13d) aparılmaqla hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Bir sözlə iddiaçının hərbi hissəyə göndərilməsi zamanı cavabdeh orqan tərəfindən üzərinə düşən bütün öhdəliklər yerinə yetirilmiş, həmçinin onun hərbi biletində müəyyən qeydlər (xəstəliyinə dair) aparılmışdır. Buna görə də Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən bölgü aparılarkən iddiaçının hərbi biletdə olan qeydlərin nəzərə alınmamasına cavabdeh məsuliyyət daşımır. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçı hərbi xidmətə aparılarkən qanunvericiliyin tələbləri gözlənilmiş və hərhansı pozuntuya yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər:
1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;
2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;
3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Birinci instansiya məhkəməsi öz qərarında haqlı olaraq vurğulamışdır ki, iddiaçı tərəfindən ona on min manat maddi və on min manat mənəvi zərərin ödənilməsini tələb etmiş, lakin bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hərbi xidmətə çağırılarkən və hərbi xidmətdə olarkən cavabdeh inzibati orqanın qanunvericliyin hər hansı tələblərinin pozulması müəyyən edilmədiyindən, yəni hüquqa zidd hərəkətləri mövcud olmadığından, həmçinin iddiaçıya cavabdeh tərəfindən hər hansı ziyanın (zərərin) dəyməsi müəyyən olunmadığından iddia tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2-1(118)-5010/2024 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.