Məhkəmə qərarları › İş №2-1(105)-181/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-181/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-181/2020 07.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər X10 və X3 ibarət tərkibdə, X20 oğlunun katibliyi, iddiaçının nümayəndəsi-vəkili X11 və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli **********294500 saylı qərarın ləğv edilməsi barədə iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(085)-1047/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında 03-xx xxxxxxxx 2020ci il tarixlərdə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «xxxxxxxxxxxxxxx” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin X1rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 2 saylı X8 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********2111000 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,«xxxxxxxxxxxxxxx” MMC-də Vergilər Nazirliyi yanında X5 Araşdırılması Departamenti tərəfindən xx xxxxx 2018-ci il tarixli qərarla növbədənkənar X15 aparılması qərara alınmışdır. Qərarla yoxlamanın əhatə etdiyi dövr xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrü əhatə etmişdir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən 30 gün müddətində yekunlaşmalı yoxlama, heç bir əsaslı səbəb göstərilmədən yoxlamanın aparılma müddəti uzadılmışdır. Bununla da prosessual qaydalar pozulmuşdur. Belə ki, yoxlamanın başa çatma müddəti xx.xx.2018-ci il tarixdə bitməsinə baxmayaraq xx.xx.2018-ci il tarixdə arxa tarixlə VM-nin 38.2-ci maddəsinə əsasən yoxlama müddəti artırılmışdır. xx.xx.2018-ci il tarixdə cəmiyyətin anbarında qalan, ticarət əlavəsi ilə birlikdə dəyəri 774.319 manat 78 qəpik (ƏDV-siz) olan mal-materiallar “xxxxxxxxx” MMC-yə satılmış və ona HS seriyalı 043726 saylı elektron vergi hesab fakturası təqdim edilmişdir. Həmin məbləğə 18 % dərəcə ilə hesablanmış 139.377 manat 56 qəpik ƏDV məbləğinin vergi öhdəliyi kimi yaranması haqqında məlumat, iddiaçı tərəfindən 2018-ci ilin aprel ayında təqdim etdiyi ƏDV bəyannaməsində bəyan edilmişdir. Tərəflərindən xx.xx.2018-ci il tarixdə cəmiyyətin anbar təsərrüfatının ləğv edilməsi və onun balansında mal-materiallarının olmamasını təsdiq edən izahat verilmişdir. xx.xx.2018-ci il tarixdə “xxxxxxxxx” MMC-nin ödəmə qabiliyyətinin məhdud olduğunu nəzərə alaraq, xx.xx.2018-ci il tarixdə ona təqdim edilmiş HS seriyalı 043726 saylı EVHF ləğv edilmiş və 2018-ci ilin mart ayı üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilərək həmin ay üçün yaranmış vergi öhdəliyi sıfırlanmışdır. Həmin mallar xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxx” MMC-yə satılmış və ona HS seriyalı 711230 saylı EVHF-sı təqdim edilmişdir. Yoxlama müddətinin əsassız artırılması xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxx” MMC-yə satılmış mal-materialların yoxlamanın əhatə olunduğu dövrdə müəssisənin anbarında qalan mal-materiallar kimi nəzərə alınması qənaətə gəlinməsinə şərait yaratmış və yoxlama aktında həmin dövrdə müəssisənin təsərrüfat subyekti kimi qeydiyyatda anbarının olmaması səbəbindən, həmin mallar 2018-ci ilin aprel ayında satılmış, lakin bəyan edilməmiş, həmin məbləğ isə vaxtında bəyan edilməyən məbləğ kimi nəzərə alınmış, nəticədə iddiaçıya 139.377 manat 56 qəpik məbləğində ƏDV və müvafiq olaraq 50 % məbləğində 69.688 manat 78 qəpik maliyyə sanksiyası hesablanmışdır. Nəzərə alınsa ki, həmin mal-materiallar xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxx” MMC-yə satılmış və iddiaçının özü tərəfindən 139.377 manat 56 qəpik məbləğində ƏDV şəklində vergi öhdəliyinin yaranması haqqında 2018-ci ilin may ayı üçün təqdim etdikləri ƏDV bəyannaməsində məlumat verilmişdir. Bu halda həmin məbləğin təkrarən hesablanması və ona 50 % məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qanunsuz hesab edilməlidir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlayıb xx.xx.2018-ci il tarixdə başa çatmasına baxmayaraq, yoxlama aparanın qərəzli mövqeyi sayəsində vergi öhdəlikləri haqqında 2018-ci ilin iyun ayında bəyannamə təqdim edərək vergi öhdəliklərinin bəyan etmələri nəzərə alınmamışdır. VM-nin 3.11-ci maddəsində nəzərdə tutulan güzəşt iddiaçıya şamil edilməmişdir. Nəticədə yoxlamanın yekun nəticələrinə görə həmin məbləğ iki dəfə hesablanmış və 50% maliyyə sanksiyası tətbiq edilərək şəxsi vərəqələrinə işlənmişdir. Məlumat üçün bildirilir ki, bundan əvvəl Vergilər Nazirliyinin "Audit Departamenti" tərəfindən Cəmiyyətdə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrü əhatə edən "X15" aparılmış, nəticədə 28.666 manat 61 qəpik məbləğində əlavə vergi və VM-nə uyğun olaraq həmin məbləğə, 14.333 manat 31 qəpik məbləğində Maliyyə sanksiyası" hesablanmış, hesablanmış vəsaitin Dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. xx.xx.2018-ci il tarixdə "X9 Nəticələrinin Rəsmiləşdirilməsi"ndə iştirak etmək üçün Departamentə dəvət edilmiş və VM-nin 39.5-ci maddəsinə əsasən "Yekun Aktı"nı imzalamaqdan imtina etməyinin və eləcə də onun nəticələri ilə hansı səbəblərdən razılaşmadığını əsaslandırmağa çalışdığı xx.xx.2018-ci il tarixli izahatını təqdim etmışdir. Geniş şərhə malik izahatını diqqətlə oxuyub araşdıracaqlarına söz versələr də "İzahatı" heç oxumamış, yazdıqlarına diqqət verməmışlər. Yoxlama qərəzli, səthi, hər hansı vasıtələrlə sahibkarın fəaliyyətini İflic etmək, iddiaçının maliyyə durumuna xələl gətirmək və sairə kimi neqativ səpgilərlə aparılmışdır. Vergi ödəyicisi tərəfindən yoxlamanın aparılmasına heç bir maneə olmadığı halda, yoxlamanın aparılma müddəti uzadılmış, yoxlamanin əvvəlinəxx.xx.2018-ci il tarixə Cəmiyyətin 130.148 manat 34 qəpik məbləğində "Debitor borc"u olduğu halda "Yoxlama aktı"nda göstərilir ki, yoxlamanin əvvəlinə və sonuna Cəmiyyətin heç bir "Debitor" borcu yoxdur. Nəhayət, qərəzli aparılmış "Vergi yoxlaması"nın nəticələri xx.xx.2018-ci il tarixli **********160757 saylı Qərarla rəsmiləşdirilmiş və xx.xx.2018-ci il tarixdə iddiaçıya "Vergi borclarının, faizlərin və maliyyə sanksiyası məbləğinin ödənilməsi" haqqında **********33600 saylı Tələbnamə göndərilmişdir. Göndərilmiş tələbnamədə əsassız hesablanmış "Vergi borcu"nun və ona hesablanmış "Maliyyə sanksiyası" məbləğlərinin beş gün müddətinə ödənilməsi tələb edilmişdir. Hazırki günə "xxxxxxxxxx" MMC-nin 108.074 manat 96 qəpik və "xxxxxxxxxx" MMC-nin 134.877 manat 50 qəpik məbləğdə Cəmiyyətə "Debitor" borclarının olmasını nəzərə almadan, iddiaçını Departament tərəfindən borcu vaxtında ödəmədiyi təqdirdə "Həbs" etməklə hədələmişlər. xx.xx.2018-ci il tarixdən hazırki günədək tərəflərindən büdcəyə 26.573 manat 40 qəpik məbləğində vəsait ödənilmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə "X9 Nəticələrinin Rəsmiləşdirilməsi"ndə iştirak etmək üçün Departamentə dəvət edilmiş və VM-nin 39.5-ci maddəsinə əsasən "Yekun Aktı"nı imzalamaqdan imtina etməyinin və eləcə də onun nəticələri ilə hansı səbəblərdən razılaşmadığını əsaslandırmağa çalışdığı xx.xx.2018-ci il tarixli izahatını təqdim etmışdir. Geniş şərhə malik izahatını diqqətlə oxuyub araşdıracaqlarına söz versələr də "İzahatı" heç oxumamış, yazdıqlarına diqqət verməmışlər. Yoxlama qərəzli, səthi, hər hansı vasıtələrlə sahibkarın fəaliyyətini İflic etmək, iddiaçının maliyyə durumuna xələl gətirmək və sairə kimi neqativ səpgilərlə aparılmışdır. Vergi ödəyicisi tərəfindən yoxlamanın aparılmasına heç bir maneə olmadığı halda, yoxlamanın aparılma müddəti uzadılmış, yoxlamanin əvvəlinəxx.xx.2018-ci il tarixə Cəmiyyətin 130.148 manat 34 qəpik məbləğində "Debitor borc"u olduğu halda "Yoxlama aktı"nda göstərilir ki, yoxlamanin əvvəlinə və sonuna Cəmiyyətin heç bir "Debitor" borcu yoxdur. Nəhayət, qərəzli aparılmış "Vergi yoxlaması"nın nəticələri xx.xx.2018-ci il tarixli **********160757 saylı Qərarla rəsmiləşdirilmiş və xx.xx.2018-ci il tarixdə iddiaçıya "Vergi borclarının, faizlərin və maliyyə sanksiyası məbləğinin ödənilməsi" haqqında **********33600 saylı Tələbnamə göndərilmişdir. Göndərilmiş tələbnamədə əsassız hesablanmış "Vergi borcu"nun və ona hesablanmış "Maliyyə sanksiyası" məbləğlərinin beş gün müddətinə ödənilməsi tələb edilmişdir. Hazırki günə "xxxxxxxxxx" MMC-nin 108.074 manat 96 qəpik və "xxxxxxxxxx" MMC-nin 134.877 manat 50 qəpik məbləğdə Cəmiyyətə "Debitor" borclarının olmasını nəzərə almadan, iddiaçını Departament tərəfindən borcu vaxtında ödəmədiyi təqdirdə "Həbs" etməklə hədələmişlər. xx.xx.2018-ci il tarixdən hazırki günədək tərəflərindən büdcəyə 26.573 manat 40 qəpik məbləğində vəsait ödənilmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh qismində Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cəlb edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2019-cu il tarixli **********294500 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbinin dəqiqləşdirilməsini onunla əsaslandırılmışdır ki, tərəflərindən vergi orqanına 2018-ci ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və bu səbəbdən də cavabdeh vergi orqanı tərəfindən hazırki iş üzrə mübahisələndirilən xx.xx.2019-cu il tarixli qərarla əhatə olunan dövr üzrə yeni inzibati akt-xx.xx.2019-cu il tarixli **********294500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1047/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim V.Əzizova) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsi səbəbi 2018-ci il üzrə təqdim etdiyi ƏDV bəyannamələrinə əsasən dövriyyə 2.271.685,88 manat təşkil etməsinə baxmayaraq, həmin il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövriyyənin 1.497.366,12 manat bəyan edilərək təqdim edilməsi olmuşdur. Belə ki, iddiaçının 2018-ci il üzrə dövriyyəsinin ƏDV bəyannamələri ilə mənfəət vergisi bəyannaməsində fərqli olması açıq-aşkar vergilərin ödənilməsindən yayınma kim qiymətləndirilmişdir. Bununla əlaqədar cavabdeh tərəfindən iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və ətraflı izahat məktubu tələb edilmişdir. İddiaçı cavabdehin bu tələbinə əhəmiyyət verməmiş, müvafiq təsdiqedici sənədlər və bu dövrə təqdim olunan bəyannamənin nəzərə alınması üçün müvafiq izahat məktubu təqdim etməmiş və bu səbəbdən də ƏDV bəyannamələrində göstərilmiş dövriyyə məbləğinə əsasən cavabdeh tərəfindən xx.xx.2019cu il tarixli qərarla iddiaçıya 2018-ci il üzrə 69.152,67 manat (2.271.685,88 / 6 * 20 % - 6.570,19) mənfəət vergisi hesablanmışdır. İddiaçının 2018-ci il üzrə dövriyyəsinin ƏDV bəyannamələri ilə mənfəət vergisi bəyannaməsində fərqli olmasının əsas səbəbi iddiaçıda xx.xx.2018-ci il tarixli qərar əsasında keçirilmiş və nəticəsi xx.xx.2018-ci il tarixli akt və xx.xx.2018-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla rəsmiləşdirilmiş növbədənkənar X15 ilə əlaqədar olmuşdur. Məlumat üçün bildirilir ki, həmin yoxlamanın nəticəsi də hal-hazırda iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilir və həmin işə də eyni məhkəmədə baxılmışdır. Lakin təəssüflər olsun ki, hazırki işin həllinin sırf adını çəkdiyi məhkəmə işindən asılı olmasına baxmayaraq prosessual pozuntuya yol verilərək hazırki iş üzrə icraat dayandırılmamışdır. Belə ki, inzibati Prosessual Məcəllənin 7.1-ci maddəsinə əsasən mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olması və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Hər iki məhkəmə işi üzrə mübahisə doğuran məsələnin mahiyyəti ilə əlaqədar bildirilir ki, xx.xx.2018-ci il tarixli qərar əsasında iddiaçıda növbədənkənar X15 təyin edilmiş, yoxlamanın nəticəsi xx.xx.2018-ci il tarixli aktla rəsmiləşdirilmişdir. xx.xx.2018-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar ilə iddiaçıya 139.377,56 manat ƏDV hesablanmış, 69.688,78 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçının 2017-ci ilin yekunu üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində xx.xx.2017-ci il tarixə mövcud olan mal qalığının bir hissəsi 2018-ci ilin fevral ayında satılaraq bəyan edilmişdir. İddiaçının mal qalığında qalan 3.183,93 m3 taxta 717.914,57 manata, 23 ədəd mobil ev 56.405,20 manata olmaqla, qeyd olunan mallar ümumilikdə (ƏDV-siz) 774.319,77 manata (717.914,57+56.405,20) xx.xx.2018-ci il tarixli HS seriyalı 043726 nömrəli elektron vergi hesab faktura (bundan sonra - E-VHF) ilə “xxxxxxxxx” MMCyə (VÖEN: **********) təqdim edilmiş, 139.377,56 manat (774.319,77x18%) ƏDV hesablanaraq 2018-ci ilin mart ayı üzrə bəyan edilmişdir. Yoxlama zamanı cavabdehin qərarı ilə müəssisədə operativ vergi nəzarəti tədbiri təyin edilmiş, ödəyicinin icarəyə götürdüyü təsərrüfat subyektləri ləğv edildiyindən OVN tədbirini həyata keçirmək mümkün olmamışdır. Müəssisə rəhbəri yoxlamaya təqdim etdiyi xx.xx.2018-ci il tarixli izahatında qalıqda olan malların fevral-mart aylarında təqdim edildiyini bildirmişdir. Lakin xx.xx.2018-ci il tarixdə mart ayında tərtib edilmiş E-VHF ləğv edilmiş, mart ayı üzrə dəqiqləşmiş ƏDV bəyannaməsi boş təqdim edilərək hesablanmış ƏDV müəssisənin şəxsi hesab vərəqəsindən azaldılmışdır. Həmin tarixdə 774.319,77 manat dəyərində olan eyni mallar xx.xx.2018-ci il tarixli HS seriyalı 298913 nömrəli E-VHF üzrə “xxxxxxxxx” MMC-yə (VÖEN **********) təqdim edilmişdir. İddiaçının məlumatlarına istinad edilərək xx.xx.2018-ci il tarixli faktura nəzərə alınmaqla ona 1.39.377,56 manat (774.319,77x18%) ƏDV (aprel/2018) hesablanmışdır. Bütün bunlara baxmayaraq, iddiaçı yoxlamanın 2018-ci ilin may ayınadək olan dövrü əhatə etdiyini, başqa sözlə may ayının yoxlama ilə əhatə olunmadığını nəzərə alaraq malların aprel ayında “xxxxxxxxx” MMC-yə təqdim edilməsi barədə E-VHF-ni ləğv etmiş, həmin malların “xxxxxxxxxx" MMC-yə (VÖEN: **********) təqdim edilməsi barədə xx.xx.2018-ci il tarixdə HS seriyalı 711230 nömrəli E-VHF tərtib etmişdir. Məhkəmə isə öz növbəsində işin hallarını ətraflı araşdırmamış, maddi və prosessual normaların tələblərini pozaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Prosessual normaların pozulmasına münasibətdə bildirilir ki, yoxlama ilə əhatə olunan dövrdə təqdim olunan mallara dair e-VHF yoxlama zamanı vergi ödəyicisi tərəfindən ləğv edilərək malların yoxlama ilə əhatə olunmayan dövrdə iddiaçının qarşılıqlı asılı şəxs hesab olunduğu digər müəssisəyə (“xxxxxxxxxx” MMC) təqdim edilməsinə dair e-VHF tərtib edilmişdir. Bu baxımdan aşağıda qeyd olunanlar nəzərə alınmaqla məhkəmə tərəfindən həmin əməliyyatın həqiqətən baş tutub-tutmadığı araşdırılmalı olduğu halda məhkəmə qeyd olunan halları ümumiyyətlə araşdırmamışdır. Belə ki, malların təqdim edilməsinə dair sonuncu e-VHF-nin tərtib edildiyi xx.xx.2018-ci il tarixdə iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin və malların təqdim edildiyi görüntüsü yaradılan “xxxxxxxxxx” MMC-nin direktoru eyni şəxs - Qanuni nümayəndə olmudur. Başqa sözlə xx.xx.2018-ci il tarixli E-VHF hər iki tərəfdən müəssisələrin rəhbəri olan Qanuni nümayəndə tərəfindən təsdiq edilmişdir. İddiaçının və birinci instansiya məhkəməsinin əsas dəlili malların əlavə vergilərin və maliyyə sanksiyasının hesablandığı dövrdə (aprel/2018) deyil, xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxx” MMC-yə təqdim edilməsi olduğundan iş üzrə mübahisə predmetinin əsasını malların iddiaçı tərəfindən təqdim edilib-edilmədiyi, malların dəyəri və ya həcmi təşkil etmir. Mübahisənin əsasını iddiaçı tərəfindən malların “xxxxxxxxxx” MMC-yə təqdim edilibedilmədiyi təşkil edir. Bu baxımdan, iddiaçının yoxlama ilə əhatə olunan dövrdə satdığı malların sonradan “xxxxxxxxx” MMC-nin ödəmə qabiliyyətinin olmaması səbəbindən qaytarılaraq “xxxxxxxxxx” MMC-yə təqdim edilməsi barədə dəlili əsaslı hesab edilə bilməz. Belə ki, “xxxxxxxxx” MMC-yə mal təqdim edilməsi ilə bağlı e-VHF-nin tərtib edilməsindən 1 ay müddət keçməmiş, həmin müəssisənin ödəmə qabiliyyətinin olmaması əsas gətirilərək geri alındığı iddia edilən 774.319,77 manat (ƏDV-siz) dəyərində mallar ödəmə qabiliyyəti daha yüksək kimi qiymətləndirilmiş “xxxxxxxxxx” MMC-yə təqdim edilirmiş kimi E-VHF tərtib olunmuşdur. E-VHF-nin tərtib edilməsindən 18 ay müddət keçməsinə və təqdim edildiyi iddia edilən malların ƏDV-sinin 139.377,56 manat (774.319,77x18%) olmasına baxmayaraq, bu günədək “xxxxxxxxxx" MMC tərəfindən iddiaçının ƏDV depozit hesabına ümumilikdə 4.500 manat, yəni ona təqdim edildiyi iddia edilən malların ƏDV-sinin 3,2 %-i (4.500,0x100/139.377,56) köçürülmüşdür. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı “xxxxxxxxxxxxxxx" MMC-nin rəhbəri tərəfindən yoxlama ilə əhatə olunan sonuncu ayda (aprel/2018) təqdim edilmiş mallara dair e-VHF-nin yoxlamanın əhatə etmədiyi dövrdə ləğv edilərək özünün rəhbər olduğu başqa müəssisəyə təqdim edilmiş kimi sənədləşmə aparması əvvəlki əməliyyatı pərdələmək üçün atılmış bir addımdır. Belə olan təqdirdə malların “xxxxxxxxxx” MMC-yə təqdim edilməsi barədə xx.xx.2018-ci il tarixli əqd uydurma əqd olmaqla əhəmiyyətsiz hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. İddiaçının mövqeyindən yanaşmaq mümkündürsə, malların xx.xx.2018-ci il tarixdə təqdim edildiyi iddia edilən “xxxxxxxxxx” MMC ümumi sahəsi 537 m2 olan 2 anbarına eyni gündə 3.183,93 m3 taxta və 23 ədəd mobil ev yerləşdirmiş yaxud həmin malları aldığı gün təqdim etmişdir. Belə olan halda qeyd olunan malların həmin iki anbara yerləşməyəcəyi mübahisə predmeti belə ola bilməz. Belə ki, anbarların hündürlüyü 5 metr olsaydı, anbarın ümumi həcmi 2.685 m3 (5 m*537 m2) olardı ki, 3.372,01 m3 taxta və 23 ədəd mobil ev həmin anbara yerləşə bilməzdi. “xxxxxxxxxx” MMC-nin həmin həcmdə malları saxlamağa şəraiti olmadığını nəzərə alsaq, mallar alındıqdan sonra təqdim edilməli idi. “xxxxxxxxxx” MMC-nin bəyannamə məlumatlarına əsasən 2018-ci ilin may-iyun aylarında heç bir vergi tutulan əməliyyatı olmamış, üstəlik malları aldığı iddia edilən xx.xx.2018-ci il tarixdən indiyədək qeyd olunan mallardan heç bir hissəsini təqdim etməmişdir. Bununla yanaşı, 8 saylı X16 tərəfindən xx.xx.2018-ci il tarixli qərar əsasında “xxxxxxxxxx" MMC-də aparılan X15 zamanı, xx.xx.2018-ci il tarixdə inventarizasiya təyin edilmiş, lakin müəssisə rəhbərliyi tərəfindən vergi orqanı əməkdaşlarına inventarizasiyanın aparılması üçün zəruri şərait yaradılmamışdır. Bunun səbəbi isə inventarizasiya aparılacağı təqdirdə malların faktiki olaraq “xxxxxxxxxx” MMC-yə təqdim edilmədiyinin aşkarlanacağı olmuşdur. Təsadüfi deyil ki, “xxxxxxxxxx” MMC-nin direktoru X2 şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(060)-3362/2019 saylı qərarı ilə yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa AR İXM-nin 602.4-cü maddəsi ilə təqsirli bilinib 1.000,0 manat məbləğində cərimə edilmişdir. Yuxarıda qeyd olunan bütün hallar hər iki iş üzrə birinci instansiya məhkəməsinin nəzərinə çatdırıldığı halda, məhkəmə həmin halları ümumiyyətlə araşdırmadan malların may ayında “xxxxxxxxxx” MMC-yə təqdim edildiyi qənaətinə gəlmiş bununla da prosessual normaların tələblərini əhəmiyyətli dərəcədə pozmuşdur. İddiaçının apreldə tərtib etdiyi e-VHF əsasında təqdim etdiyi mallar həqiqətən də may ayında geri qaytarılmış olsaydı belə, iddiaçı həmin əməliyyatı aprel ayının bəyannaməsində göstərməli, may ayı üzrə təqdim etdiyi bəyannamədə isə qeyd olunan məbləği bəyannamənin 3-cü hissəsinin (Hesabat dövründə VM-nin 163-cü maddəsinə əsasən dəqiqləşdirilən dövriyyə üzrə ƏDV-nin hesablanması) 319-cu sətrində (ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə azaldılan dövriyyə) əks etdirməli idi. Məhkəmə qeyd olunan normaların tətbiqinə münasibətdə iddiaçının aprel ayı üzrə bəyannaməni xx.xx.2018-ci il tarixdə, yəni e-VHF ləğv edildikdən sonra təqdim etdiyini, həmin bəyannamədə ləğv edilmiş əməliyyatın bəyan edilərək sonrakı ay üzrə dəqiqləşdirilməsinə zərurət qalmadığını bildirmişdir. Göründüyü kimi, məhkəmə hesabatın verilməsi müddəti ilə hesabat dövrü anlayışlarını qarışdırmışdır. Halbuki qeyd olunan normalardan göründüyü kimi, aprel ayı üzrə ƏDV hesabatının verilməsi müddəti may ayının 1-dən 20-dək olsa da, hesabat dövrü 30 aprel tarixdə bitmişdir. Bu baxımdan bəyannamənin xx.xx.2018-ci il tarixdə verilməsi aprel ayında baş vermiş əməliyyatın həmin ay üzrə bəyan edilərək sonrakı dövr üzrə dəqiqləşdirilməsini istisna etmir. Həmçinin, “xxxxxxxxxxxxxxx” firmasında külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yaymdırılmasına dair xx.xx.2017-ci il tarixli qərarla başlanmış cinayət işinin istintaqı zamanı “Məhkəmə Ekspertizası Mərkəzi”ndən alınmış xx.xx.2019-cu il tarixli rəyə əsasən hazırkı iş üzrə mübahisələndirilən 139.377,56 manat ƏDV təsdiqini tapmışdır. Beləliklə, məhkəmə işə baxarkən gəldiyi nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadan iddia tələbini birtərəfli və qərəzli formada araşdırmış, maddi və prosessual normaların tələblərini pozmaqla, işin faktiki hallarına və qanunvericiliyin müddəalarına zidd qərar qəbul etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X12 apelyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X11 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, «xxxxxxxxxxxxxxx” MMC 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********294500 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, iddiaçı “xxxxxxxxxxxxxxx” MMC 2018-ci ilin may ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində həmin təqvim ayında satılmış mallar üzrə vergi tutulan əməliyyatların həcmini və hesabat dövrü üzrə büdcəyə ödənilməli olan ƏDV məbləğini bəyan etmiş, lakin vergi orqanı həmin vergiyə cəlb edilən əməliyyatların faktiki olaraq aprel ayında baş verməsini əsas götürərək, eyni göstəriciləri öz təşəbbüsü ilə aprel ayı üzrə tətbiq etmişdir. Göstərilənlərlə bağlı məhkəmə hesab etmişdir ki, cavabdeh vergi orqanı EVHF əsasında may ayında təqdim edilmiş 774.319,77 manat dəyərində malları həmin ayda deyil, aprel ayında təqdim edilmiş hesab edərək, bu əsasla mübahisələndirilən xx.xx.2018-ci il tarixli inzibati aktı qəbul edərkən qanunvericiliyin tələblərini pozmuş və iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Belə ki, cavabdeh vergi orqanı xx.xx.2018-ci il tarixli **********160757 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qəbul edərkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış və məhkəmə baxışı zamanı da həmin inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh vergi orqanı mübahisələndirilən inzibati aktı qəbul edərkən istinad etdiyi dəlil iddiaçıya əlavə vergi məbləğinin hesablanmasına və maliyyə sanksiyasının tətbiq edilməsinə əsas ola bilməzdi. Belə ki, cavabdeh vergi orqanı X15 zamanı “xxxxxxxxxxxxxxx” MMC-nin mal qalığının yoxlanılması məqsədilə xx.xx.2018-ci il tarixdə operativ vergi nəzarəti həyata keçirmiş və tədbir nəticəsində hər hansı mal qalığı aşkar etməmişdir. Bu isə cavabdeh vergi orqanına həmin malların may ayında deyil, məhz xx.xx.2018-ci il tarixədək satılması nəticəsinə gəlməsinə əsas olmuşdur. Halbuki, operativ vergi nəzarətindən 10 gün əvvəl, yəni xx.xx.2018-ci il tarixdə iddiaçıya məxsus 3183,9390 m³ taxta və 23 ədəd mobil evi HS seriyalı 043726 nömrəli EVHF əsasında “xxxxxxxxx” MMC-yə təqdim edilmiş, operativ vergi nəzarətindən 10 gün sonra isə, yəni xx.xx.2018-ci il tarixdə geri qaytarılmışdır. Başqa sözlə, operativ vergi nəzarəti tədbirindən əvvəlki tarixdə tikinti materialları faktiki olaraq təqdim edilmiş olduğundan cavabdeh vergi orqanı tərəfindən həmin tədbir zamanı hər hansı mal qalığı aşkar edilə bilməzdi. Bundan başqa, cavabdeh vergi orqanı həyata keçirdiyi operativ vergi nəzarəti nəticəsində tikinti materiallarının fevral-mart aylarında satılması və xx.xx.2018-ci il tarixdə hər hansı mal qalığının olmaması nəticəsinə gəldiyi halda, təqdim edilmiş mallara görə əlavə vergi məbləğini öz gəldiyi nəticəyə zidd olaraq aprel ayı üzrə hesablamışdır. İddiaçı MMC-yə hesablanmış maliyyə sanksiyasına münasibətdə isə məhkəmə hesab etmişdir ki, cavabdeh vergi orqanı xx.xx.2018-ci il tarixli **********160757 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə iddiaçıya 69.688,78 manat maliyyə sanksiyası tətbiq edərkən vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Sadalanan normanın təhlilindən aydın olur ki, X15 nəticəsində 50 faiz miqdarında maliyyə sanksiyası o halda tətbiq edilir ki, dövlət büdcəsinə ödənilməli olan vergi məbləği təqdim edilmiş vergi hesabatında (bəyannamədə) tam və ya qismən azaldılmış və ya vergi hesabatı təqdim edilməməklə tam həcmdə yayındırılmış olsun. İş materiallarından görünür ki, cavabdeh vergi orqanının maliyyə sanksiyası tətbiq etməsinə əsas olan azaldılmış və ya yayındırılmış 139.377,56 manat vergi məbləği iddiaçının özü tərəfindən 2018-ci ilin may ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində tam şəkildə öz əksini tapmışdır. Başqa sözlə, iddiaçı hansı ayda təqdim edilməsindən asılı olmayaraq, satılmış 774.319,77 manat dəyərində mallar üzrə vergi tutulan əməliyyatların həcmini təqdim etdiyi vergi bəyannaməsində tam şəkildə əks etdirmiş və dövlət büdcəsinə ödənilməli olan 139.377,56 manat vergi məbləğini tam şəkildə hesablayaraq, hər hansı azalma və ya yayındırmaya yol verməmişdir. Vergi Məcəlləsinin 54, 54.0.1 və 54.0.2-ci maddələrinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması və vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması şəxsin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsini istisna edir. Vergi Məcəlləsinin 163.1 və 163.1.1-ci maddələrinə əsasən əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda, bu maddə mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir. Həmin Məcəllənin 163.2 və 163.2.2-ci maddələrinə əsasən vergi ödəyicisi bu Məcəllənin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisi tərəfindən hər hansı hesabat dövrü üzrə təqdim edilmiş ƏDV bəyannaməsində öz əksini tapan göstəricilərdə, hesabat təqdim edildikdən sonrakı tarixlərdə malların tam və qismən geri qaytarılması ilə bağlı dəyişiklik baş verərsə, həmin bəyannamə üzrə müvafiq dəqiqləşdirmə aparılır. Kameral vergi yoxlaması ilə vergi orqanı iddiaçı tərəfindən təqdim edilən mənfəət vergisi bəyannaməsi üzrə ümumi dövriyyə ilə ƏDV bəyannamələri üzrə ümumi dövriyyə arasında fərqin olmasına əsaslanaraq dövriyyədə 69.152.67 manat kənarlaşma müəyyən olunmuшdur. Məhkəmə qeyd etmişdir ki, işdə olan materiallar və tərəflərin məhkəməyə təqdim etdiyi yazılı və şifahi izahatlar zamanı xx.xx.2019-cu il tarixli vergilərin hesablanması barədə qərara görə 2018-ci il üçün “xxxxxxxxxxxxxxx” MMC-yə hesablanmış 69.152.67 manat məbləğində əlavə vergi borcu hansı əsaslar əsasında hesablandığı müəyyən edilmədiyindən həmin vergi məbləğinin iddiaçı tərəfindən büdcəyə köçürülməsi barədə qərarın qəbul edilməsinin hüquqi əsası yoxdur. Belə ki, cavabdeh tərəfindən bu vergi borcunun hesablanması və iddiaçı tərəfindən büdcəyə köçürülməsinin hüquqi əsaslandırılması mümkün olmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, vergi qanunverciliyinə görə mənfəət vergisi illər üzrə, ƏDV isə aylar üzrə ödənilməli olan vergidir. İddiaçının təqdim etdiyi gəlirləri ilə həmin il üzrə ümumi ƏDV dövriyyəsi arasında fərqin yaranması iddiaçının ƏDV vergisindən yayınması anlamına gəlmir. Belə ki, belə bir yayınmanın mövcud olduğu qəbul olunsa belə, vergi orqanı tərəfindən onun 2018-ci ilin hansı ayı üzrə, hansı əməliyyatdan irəli gələn yayınma olması dəqiq müəyyən olunmalı idi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85-ci maddəsində vergi hesabat dövrünə münasibətdə həm vergi orqanı, həm də vergi ödəyicisi tərəfindən borclarının hesablanması, yenidən hesablanması, qaytarılması və əvəzləşdirilməsi üçün üç illik, tələb edilməsi üçün isə beş illik müddət müəyyən edilmişdir. Vergi orqanının bu maddənin tələblərini nəzərə almaqla həmçinin vergi qanunvericiliyində yaranmış ziddiyyətlə əlaqədar X15 keçirmək hüququ və həmin halları dəqiq müəyyən edə bilmək imkanı nəzərdə tutulmuşdur. Hazırki halda vergi orqanı bu hüququndan istifadə etmədiyindən yaranmış fərq gəlir vergisi ilə ƏDV hesablarının eyniləşdirilərək müqayisə edilməsi və iddiaçıya əlavə vergi hesablanması üçün əsas hesab edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh vergi orqanının maliyyə sanksiyası tətbiq etməsinə əsas olan azaldılmış və ya yayındırılmış 139.377,56 manat vergi məbləği iddiaçının özü tərəfindən 2018-ci ilin may ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində tam şəkildə öz əksini tapmışdır. Başqa sözlə, iddiaçı hansı ayda təqdim edilməsindən asılı olmayaraq, satılmış 774.319,77 manat dəyərində mallar üzrə vergi tutulan əməliyyatların həcmini təqdim etdiyi vergi bəyannaməsində tam şəkildə əks etdirmiş və dövlət büdcəsinə ödənilməli olan 139.377,56 manat vergi məbləğini tam şəkildə hesablayaraq, hər hansı azalma və ya yayındırmaya yol verməmişdir. Bu isə vergi orqanına onun tərəfindən iddiaçı tərəfindən çəkilmiş olan və gəlirdən çıxılmayan xərcləri gizlədilmiş mənfəət kimi tövsif edərək mənfəət vergisi hesablamaq üçün əsas vermir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş Vergilər Nazirliyi (indiki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) yanında X5 Araşdırılması Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********160757 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə iddiaçıya 2018-ci ilin aprel ayı üzrə 774.319,77 manat əlavə vergiyə cəlb edilən dövriyyə müəyyən edilmiş və həmin dövriyyəyə əsasən 139.377,56 manat (774.319,77 * 18 %) ƏDV hesablanmışdır. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş 2018-ci il üzrə Mənfəət vergisi bəyannaməsində həmin il üzrə ümumi gəlir 1.497.366,12 manat bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh vergi orqanı tərəfindən həyata keçirilmiş kameral vergi yoxlamasına aid mənfəət vergisi bəyannaməsindən görünür ki, 2018-ci il üzrə iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin vergiyə cəlb edilən ümumi gəliri 2.271.685,88 manat müəyyən edilmişdir. Başqa sözlə desək, cavabdeh vergi orqanı Vergilər Nazirliyi (indiki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) yanında X5 Araşdırılması Baş İdarəsinin həyata keçirdiyi X15 zamanı 2018-ci ilin aprel ayı üzrə müəyyən edilmiş 774.319,76 manat vergi tutulan dövriyyəni iddiaçının vergi bəyannaməsində həmin il üzrə bəyan etdiyi ümumi gəlirə əlavə etməklə, sonuncunun həmin il üzrə mənfəət vergisi məqsədləri üçün ümumi gəlirini 2.271.685,88 manat (1.497.366,12 + 774.319,76) hesablamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2019-cu il tarixli **********24500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın qəbul edilməsinə əsas Vergilər Nazirliyi (indiki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) yanında X5 Araşdırılması Baş İdarəsi tərəfindən həyata keçirilmiş və nəticəsində xx.xx.2018-ci il tarixli **********160757 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş X15 zamanı müəyyən edilmiş 2018-ci ilin aprel ayı üzrə 774.319,76 manat əlavə vergi tutulan dövriyyə məbləği olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-1386/2020 saylı qərarının surətindən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-172/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin X1rşı xx xxxxxx 2018-ci il tarixli qərarın ləğv edilməsi və hesablanmış əlavə vergi məbləğinin və tətbiq edilmiş maliyyə sanksiyasının əsassız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası 21(105)-104/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamış və Ali Məhkəməsinin İnzibati kollegiyasının qeyd olunan qərarı ilə cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməyərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(105)-104/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qeyd olunan qərarından görünür ki, cavabdeh elektron vergi hesab faktura əsasında 2018-ci ilin may ayında təqdim edilmiş 774.319,77 manat dəyərində malları həmin ayda deyil, aprel ayında təqdim edilmiş hesab edərək bu əsasla mübahisələndirilən xx.xx.2018-ci il tarixli inzibati aktı qəbul edərkən qanunvericiliyin tələblərini pozmuş və iddiaçıya münasibətdə əlverişsiz akt qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2018-ci il üzrə müəyyən edilmiş 774.319,77 manat vergiyə cəlb edilən dövriyyə öz təsdiqini tapmadığından və həmin əlavə dövriyyənin müəyyən edildiyi səyyar vergi yoxlmasının nəticələri Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə ləğv edildiyindən, xx.xx.2019-cu il tarixli **********24500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar və onun nəticələri ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1047/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar