Məhkəmə qərarları › İş №2-1(105)-181/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-181/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-181/2023 16.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə (Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində cəlb edilən) qarşı “ona və ailə üzvlərinə məcburi köçkün qismində vahid aylıq müavinətin ödənilməsinin siyahıya alınıb bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 dekbar 2022-ci il tarixli, 2-1(118)-3610/2022 nömrəli qərarından İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona və ailə üzvlərinə məcburi köçkün qismində vahid aylıq müavinətin ödənilməsinin siyahıya alınıb bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü ilin oktyabrın 29-dan Zəngilan rayonundan məcburi köçkün düşmüş, hazırda ünvan 1 ünvanında məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində yaşayır. Hər ay ona və övladlarına ehtiyaclarını qarşılamaq məqsədilə 60 manat məbləğində vahid aylıq müavinət verilirdi, 2017-ci ilin noyabr ayında isə aylıq müavinətin verilməsi dayandırılmışdır. Səbəb kimi bildirilmişdir ki, adına şəxsi mənzil olduğu üçün ona aylıq müavinət ödənilməyəcəkdir. Qeyd edir ki, adına heç bir daşınmaz əmlak mövcud deyildir. Ona ödənilən müavinət dayandırıldıqdan sonra DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, onlara təqdim edilmiş arayışla bildirilmişdir ki, onun adına hər hansı bir daşınmaz əmlak qeydə alınmamışdır. Həmin arayışı Cavabdehnə təqdim etsə də, yenə də ona müavinət verilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 05 avqust 2021-ci il tarixli 664 saylı imtina məktubunda bildirilmişdir ki, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi arayışa əsasən Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin göndərdiyi siyahıda onun mülkiyyətində şəxsi mənzili olduğu üçün ona və ailə üzvlərinə ödənilən vahid aylıq müavinət qaydanın tələbinə uyğun olaraq dayandırılmışdır. Hesab edir ki, imtina əsassızdır, məcburi köçkün ailəsi kimi onların hüquqları pozulmuşdur. Cavabdeh orqan iddia ərizəsinə yazılı münasibətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmiş və Qaydaların icrasına nəzarəti Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsində yaradılmış Komissiya həyata keçirir. Komissiyanın elektron məlumat bazası artıq müxtəlif qurumlara inteqrasiya olunmuşdur. İddiaçı və ailə üzvləri barəsində məlumat da həmin komissiya tərəfindən elektron baza vasitəsi ilə qeydiyyatda olduğu Cavabdeh başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, 2017-ci il noyabr ayında onlara ödəniləcək vahid aylıq müavinət dayandırılmışdır. Qeyd edir ki, iddiaçının Qarabağ müharibəsi veteranı olması, maddi durumu, müəyyən imtiyazlar daşıması, ehtiyac meyarları nəzərə alınmış, Cavabdeh başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən onun və ailə üzvlərinin adı 2020-ci ilin yanvar ayında vahid aylıq müavinətin verilməsinə dair hesabata daxil edilərək Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə göndərilmişdir. Lakin, Komitədə fəaliyyət göstərən vahid aylıq müavinətin verilməsinə dair komissiya tərəfindən iddiaçıya və onun ailə üzvlərinə vahid aylıq müavinətin verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2-1(118)-504/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir (hakim Leyla Mirzəyeva). Üçüncü şəxs iddia tələbinə yazılı münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 3.4-cü bəndinə əsasən, aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. İddiaçı və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilib-ödənilməməsi ilə əlaqədar məlumat və sənədlərin təqdim edilməsi məqsədilə aidiyyəti rayon icra hakimiyyətinə müraciət etməyi tövsiyə etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(118)-504/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(118)-504/2022 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(105)-510/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(118)-504/2022 nömrəli qərarının ləğv edilməsi, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin Sumqayıt İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır (hakimlər Hökümə Babayeva (sədrlik edən və məruzəçi), Zahid Məmmədov və Fuad Məmmədov). Sumqayıt İnzibati Məhkəməsinin 15 dekbar 2022-ci il tarixli, 2-1(118)-3610/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İsmayıl Quliyev). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 15 dekbar 2022-ci il tarixli, 2-1(118)-3610/2022 nömrəli qərardadının ləğv edilməsi, iddianın mümkün sayılıb baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardaddan narazı qalan üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 15 dekbar 2022-ci il tarixli, 2-1(118)-3610/2022 nömrəli qərdadanın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məcburi köçkünlərə dövlət qayğısının real təzahürlərindən biri də onlara vahid aylıq müavinətin verilməsidir. Məhz bu amil məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə dövlətin maddi dəstəyinin ən optimal forması kimi qəbul olunur. Ona görə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Qaydaların icrasına nəzarəti Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsində yaradılmış Komissiya həyata keçirir. Həmin məlumatlar isə Cavabdeh tərəfindən verilir. Məhz Cavabdeh verdiyi yanlış məlumatlar əsasında ona və ailə üzvlərinə ödəniləcək vahid aylıq müavinət dayandırılmışdır. Ona görə də hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi düzgün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasına əsasən bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmış, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.12. dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə; 3. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları aşağıdakılardır: 3.1. Əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; 3.2. Əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları və Komitə aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından ibarət informasiya sisteminin “Elektron hökumət” portalında yerləşdirilməsini və müntəzəm olaraq yeniləşdirilməsini təmin edirlər; 3.3. Aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir; 3.4. Aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. Əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Göründüyü kimi Bu Qaydalar “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. Hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan olan Cavabdeh qanunsuz hərəkətləri müəyyən edilir. Hazırkı tələb üzrə həmin orqan öz öhdəliklərini yerinə yetirməmiş, iddiaçı və ailə üzvlərinin adlarını Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə təqdim etməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasına əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğal olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Həmçinin bildirirlər ki, müvafiq iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi deyil, aidiyyəti rayon icra hakimiyyəti çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-392/2022 nömrəli, xx.xx.2021-ci il tarixli “məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsi” barədə qərarında da qeyd olunmuşdur ki, “bundan başqa, istinad edilən “Qayda”nın 3-cü bəndi məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən müavinətin ödənilməsinin ümumi qaydalarını müəyyən edir. Həmin bəndin müddəaları baxımından, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına əsasən, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi hazırki iddiaya cavab verməli orqan olması öz təsdiqini tapmır.” Odur ki, mövcud iddia tələbi ilə bağlı inzibati işdə cavabdeh qismində rayon icra hakimiyyəti çıxış etməlidir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətlərinə məhkəmə kollegiyasının mülahizəsi əsasında qiymətləndirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, iddiaçı və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə iddianın mümkün sayılmaması haqqında gəldiyi nəticəni əsaslandırarkən, hazırkı iş üzrə cavabdeh inzibati orqan olan Cavabdeh qanunsuz hərəkətləri müəyyən edilmədiyini, hazırkı tələb üzrə həmin orqanın öz öhdəliklərini yerinə yetirdiyini, iddiaçı və ailə üzvlərinin adlarını 2020-ci ilin yanvar ayı üzrə hesabatına daxil edərək Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə təqdim etsə də, sonuncu dürüstləşdirmə zamanı iddiaçı və ailə üzvləri ilə bağlı Maliyyə Nazirliyinə müvafiq sifariş verməməsini qeyd etmişdir. Birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyindən göründüyü kimi, məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gələrkən qeyd olunan eləcə də, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə müəyyən olunan halları əsas tutmuş və məhz bu hallardan da irəli gələrək, iddia tələbini mümkün saymamışdır. Lakin işin məhkəmə kollegiyasının iclasında aparılmış araşdırması zamanı müəyyən edildi ki, hazırkı mübahisə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin maraqlarına toxunduğundan həmin orqan üçüncü şəxs kimi prosesə cəlb olunsa da, birinci instansiya məhkəməsi üçüncü şəxs kimi işə cəlb olunmuş orqanın həll edilməli məsələ üzrə münasibətini aydınlaşdırmadan, onların mövqeyini öyrənmədən iddia tələbini mümkün saymamışdır. Bundan əlavə birinci instansiya məhkəməsinin iclas protokollarından görünür ki, Cavabdeh nümayəndəsi verdiyi izahatında iddia tələbinin təmin olunmasına etiraz etmədiklərini, eləcə də iddiaçı verdiyi izahatında üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunaraq iddia tələbinə etiraz etməyəcəyi halda iddianın mümkün sayılmalı olmasını bildirmişlər. Lakin birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını araşdırmadan iddianı mümkün saymamışdır. Beləliklə də, birinci instansiya məhkəməsi İPM-in 35-ci maddəsinin tələblərini nəzərə almaqla iddianın mümkün sayılmaması qənaətinə gələrkən, işin bütün faktiki hallarını araşdırmamış, iddianın mümkünsüz sayılmasına qədər xidməti vəzifəsindən irəli gələn bütün prosessual hərəkətləri yerinə yetirməmiş, gəldiyi nəticənin həqiqliyi yoxlanılmadan, mötəbərliyi qeyri-müəyyən olan sənədlərlə istinadən əsaslandırılmışdır. Ona görə də, məhkəmə kollegiyası iddiaçının və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşır və belə qənaətə gəlir ki, iddiaçı və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 15 dekbar 2022-ci il tarixli, 2-1(118)-3610/2022 nömrəli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 dekbar 2022-ci il tarixli, 2-1(118)-3610/2022 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar