Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-183/2021 12.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin N-N(NN8)-7NN/NNNN saylı, N8 sentyabr NNNN-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.N974-cü ildə Quba rayonu, Muçu kəndində anadan olmuşdur. N5.N3.N994-cü ildən N8.N4.N994-cü ilə kimi Ağdam rayonunun Quzanlı, Tapqaraqoyunlu kəndləri istiqamətində gedən döyüşlərdə döyüş bölgəsinə ezam olunmuş N saylı hərbi hissənin tərkibində atıcı əsgər kimi xidmət edərək döyüş əməliyyatlarında iştirak etmişdir, bu onun hərbi biletində öz əksini tapmışdır. Eləcə də həmin ərəfələrdə Ağdam rayonunun ərazisində yerləşən N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, lakin bununla bağlı hərbi biletdə qeydlər aparılmamışdır. N və N saylı hərbi hissələr N994-cü ilin əvvələrində döyüş bölgəsinə ezam olunarkən iddiaçı həmin hərbi hissənin əsgəri olmuşdur, lakin bununla bağlı Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsində heç bir rəsmi məlumat yoxdur. N994-cü ilin sentyabr ayında döyüş bölgəsində yaralanmışdır. N3.NN.N997-ci ildə o, N saylı hərbi hissədən təxris edilmişdir. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir, lakin müraciətə müsbət cavab verilməmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçının hərbi biletinin 4-cü səhifəsində onun N5.N3.N994-cü ildə N nömrəli hərbi hissənin siyahısına daxil edilməsi, N8.N4.N994-cü ildə siyahıdan çıxarılması barədə qeyd vardır. Hərbi biletin N9-cu səhifəsində iddiaçının N6.N4.N994-cü ildə N nömrəli hərbi hissədə hərbi andı qəbul etməsi barədə qeyd aparılmışdır. Hərbi qulluqçular ancaq hərbi and içdikdən sonra döyüş növbətçiliyinə təyin edilə və ya döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilə bilərlər və onlara silah və hərbi texnika təhkim oluna bilər. N nömrəli hərbi hissə döyüş əməliyyatları aparmamışdır. İddiaçı iddia etdiyi dövrdə hərbi andı qəbul etmədiyindən döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilə bilməzdi. Sumqayıt İnzibati Məhkəməsinin N-N(NN8)-7NN/NNNN saylı, N8 sentyabr NNNN-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim Vəfa Əzizova) Qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsinə, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il NN sentyabr tarixli NN6 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə nəzərdə tutulmuşdur. Əsasnamənin N-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın NN-dək erməni millətçi cəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Soranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü ii NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət Keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə qərarında qeyd edir ki, göründüyü kimi qanunverici NN may N994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən xəsarət almış hərbi qulluqçulara müharibə veteranının adının verilməsini mümkün hesab etmişdir. Bu mövqe qanunvericinin iradəsini tam əks etdirmir. Belə ki, Əsasnaməyə görə N994-cü ilin NN mayından müharibə veteranı adının verilməsi üçün əsas şərt hərbi qulluqçunun N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almasıdır. İddiaçıya verilmiş Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin N3.N5.NNN8-ci il tarixli r/N-64NN №-li arxiv arayışında göstərilir ki, N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli N4N №-li əmrilə 3-cü MAT-ın sıravisi İddiaçı stasionar müalicə almaq üçün 3N.N8.N994-cü il tarixdən N43 nömrəli hərbi hospitala göndərilərək qazan təminatından çıxarılmışdır. İddiaçı N43 nömrəli hərbi hospitalda N8 sentyabr N994-cü il tarixədək varikoz xəstəliyindən stasionar müalicə almışdır. N nömrəli hərbi hissənin N994cü ilin sentyabrında döyüş əməliyyatları aparması, idiaçının bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması hallarının müəyyən olunması üçün məhkəmə araşdırma aparmamış, sübut toplamamışdır. İddiaçı N9.N8.NNN8-ci ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsində, eləcə də NN.NN.NNNN-ci ildə Sumqayıt İnzibati Məhkəməsinə göndərdiyi eyni tələbə dair iddia ərizəsində hərbi xidmət dövründə yaralanması ilə bağlı hər hansı halı göstərməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının N63 nömrəli NN.NN.NNN9-cu il tarixli qərarında göstərilən halları, yəni iddiaçının N994-cü ilin sentyabr ayında yaralanmasını və bunun hərbi xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı olmasını hazırkı mübahisə üzrə həlledici və şəksiz sübut kimi qəbul etmək olmaz. Həmin sübut digər sübutlarla müqayisəli tədqiq olunmalı və dəyərləndirilməlidir. Hazırkı mübahisəni həll edərkən məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il NN sentyabr tarixli NN6 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müddəalarını düzgün təfsir etməmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi XN apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının N63 nömrəli NN.NN.NNN9-cu il tarixli qərarından görünür ki, Quba RHK tərəfindən N994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən N994-cü ilin sentyabr ayında aldığı və N4.NN.NNN9-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və XN canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsində bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd, sol almacıq sümüyü proyeksiyasında bir ədəd, sağ almacıq sümüyü proyeksiyasında bir ədəd, burun belində bir ədəd, üst dodaq nahiyəsində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin N5.NN.NNN9-cu il tarixli NN8 nömrəli göndərişi, N5.NN.NNN9-cu il tarixli N64 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və XN canlı şəxsin məhkəmə-tibbi müayinəsinin N4.NN.NNN9-cu il tarixli 46 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkimmütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”. NZ seriyalı ******* №-li hərbi biletdən görunür ki, İddiaçı N5.N3.N994-cü ildən N8.N4.N994-cü ilədək N nömrəli hərbi hissədə, N8.N4.N994-cü ildən N7.N8.N994-cü ilədək N saylı hərbi hissədə, N8.N8.N994-cü il tarixdən N5.N3.N997-ci il tarixədək N saylı hərbi hissədə, N5.N3.N997-ci ildən N3.NN.N997-ci ilədək N57 nömrəli hərbi hissədə xidmət etmişdir. Hərbi biletin N4-cü vərəqində aparılan qeyddən görünür ki, İddiaçı hərbi xidmətini N7.N8.N994-cü il tarixdən N5.N3.N997-ci il tarixədək N saylı hərbi hissədə Tərtər və Ağdam rayonlarında döyüş əməliyyatları bölgəsində keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv İdarəsi tərəfindən verilmiş N3.N5.NNN8-ci il tarixli 9/N-64NN saylı arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli N4N nömrəli əmri ilə (əsas § -3, səh. 48, sıra-N) 3cü MAT-ın sıravisi İddiaçı stasionar müalicə almaq üçün 3N.N8.N994-cü il tarixdən N43 nömrəli hərbi hissə hospitalına göndərilərək qazan təminatından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilən NN.N9.NNN9-cu il tarixli N/H-4NN4 №-li arayışdan görünür ki, iddiaçının N nömrəli hərbi hissədə hərbi xidməti atəşkəs dövrünə (NN.N5.N994-cü il) təsadüf etdiyindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli, NN6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: - N988-ci il fevralın N-dən N994-cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, -həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Sadalanan normalardan müəyyən edilir ki, qanunverici NN may N994-cü il tarixədək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş hərbi qulluqçulara və NN may N994-cü ildən sonra döyüş zonasında hərbi xidmət keçərkən xəsarət almış hərbi qulluqçulara müharibə veteranı adının verilməsini mümkün hesab etmişdir. İddiaçı N saylı hərbi hissəsdə xidmət keçərkən 3N sentyabr N994-cü ildə Ağdam rayonunun Güllücə istiqamətində döyüş əməliyyatı zamanı mərmi partlaması nəticəsində xəsarət aldığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin N5.NN.NNN9-cu il tarixli N68 nömrəli arayışından görünür ki, N974-cü il təvəllüdlü İddiaçı N5.N3.N994-cu il tarixdə keçmiş Quba RHK tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. N5.N3.N994-cü il tarixdən N8.N4.N994-cü ilədək N saylı hərbi hissədə, N8.N4.N994-cü il tarixdən N7.N8.N994-cü ilədək N saylı hərbi hissədə, N8.N8.N994-cü il tarixdən N5.N3.N997-ci il tarixədək N saylı hərbi hissədə, N5.N3.N997-ci ildən N3.NN.N997-ci ilədək N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. N3.NN.N997-ci ildə Az.Resp.MO-nun N6N nömrəli əmri ilə ehtiyata tərxis olunub. NN.NN.N997-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsində hərbi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 9/N- 49N4 nömrəli, N8 iyul NNNN-ci il tarixli məktubunda göstərilmişdir ki, 3-cü MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı stasionar müalicə almaq üçün N43 nömrəli hospitala göndərildiyi üçün N nömrəli hərbi hissə komandirinin N9.N8.N994-cü il tarixli N4N №-li əmrilə (əsas: səh 47, § 3, sıra N) 3N.N8.N994-cü il tarixdən qazan təminatından çıxarılmışdır. Əmrdə hansı səbəbdən hospitala göndərilməsi qeyd edilməmişdir. N43 nömrəli hərbi hissə komandirinin avqust-sentyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin avqust-sentyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində Ağdam rayonunun Güllücə istiqamətində döyüşlərin aparılması barədə qeydiyyat aparılmamışdır. NNN nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin N6.N8.N993-cü ildən NN.N5.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının N6.NN.NNNN-ci il tarixli 8N79 nömrəli arayışından görünür ki, N9N №-li hərbi hissənin sabiq əsgəri İddiaçı həqiqətən N9.N8.N994-cü il tarixdən N8.N9.N994-cü il tarixədək N №-li Tərtər Hərbi Səhra Cərrahiyyə Hospitalında (N43 №-li hərbi hissədə) stasionar müayinə və müalicədə olmuş, N8.N9.N994-cü il tarixdə öz hərbi hissəsinə yazılmışdır. Diaqnoz: Sol tərəfli varikosele. (Əsas: N №-li Tərtər Hərbi Səhra Cərrahiyyə Hospitalının (N43 №-li hərbi hissənin) N994-cü ilə məxsus N4 №-li “Stasionar xəstələrin qeydiyyatı” kitabının 4N84-cü sayındakı qeyd.) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının NN.N8.NNNN-ci il tarixli 5768 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən N5.N9.N994-cü il tarixindən NN.NN.N994-cü il tarixinədək N43 nömrəli hərbi hissədə (hərbi hospitalında) stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Qapalı kəllə-beyin travması. (Əsas: N43 nömrəli hərbi hissədə (hərbi hospitalında) N994-cü ilə məxsus stasionar kitabının 4455-ci sayındakı qeyd.) Göründüyü kimi iş üzrə tədqiq olunan sübutlarla iddiaçının N994-cü ilin sentyabr ayında, yəni N9.N8.N994-cü il tarixdən N8.N9.N994-cü il tarixədək sol tərəfli varikosele diaqnozu, N5.N9.N994-cü il tarixindən NN.NN.N994-cü il tarixinədək N43 nömrəli hərbi hospitalda qapalı kəllə-beyin travması diaqnozu ilə stasionar müayinə və müalicədə olması təsdiqini tapsa da, həmin dövrdə onun bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi, həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması müəyyən edilmir. Belə ki, iddiaçının hərbi xidmət keçdiyi N saylı hərbi hissənin N6.N8.N993-cü ildən NN.N5.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat mövcuddur, lakin NN.N5.N994-cü il tarixindən sonra həmin hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat yoxdur. İddiaçı isə həmin hərbi hissədə N8.N8.N994-cü il tarixdən N5.N3.N997-ci il tarixədək xidmət keçmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş zonasında hərbi xidmət keçərkən xəsarət alması iş materialları ilə təsdiqini tapmadığından, mövcud iddia tələbi təmin edilməməlidir. Odur ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apelyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir və cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 9N və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin N-N(NN8)-7NN/NNNN saylı, N8 sentyabr NNNN-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 3N (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-183/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-183/2021
12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver