Məhkəmə qərarları › İş №2-1(105)-184/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-184/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-184/2021 04.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-N25N/2020 saylı, N0 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı məhkəməyə müraciət edərək, 04.04.N92-ci ildən 2N.07.N96-cı ilədək N saylı hərbi hissənin tərkibində xidməti ilə bağlı veteran kimi tanınaraq müharibə veteranı statusunun və veteran vəsiqəsi verilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 26.02.N7N-ci il təvəllüdlüdür. Qubadlı rayonu Hərbi Komissarlığı tərəfindən xidmətə çağırılmış, N saylı hərbi hissədə xidmət etmiş, ümumilikdə 04.04.N92-ci ildən 2N.07.N96-cı ilədək Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin verdiyi arayışlarda təsdiq olunur ki, o, N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə hərbi hissəyə əsgər qəbul edilmişdir. O 04.04.N92-ci ildən 2N.07.N96-cı ilədək həmin hərbi hissənin tərkibində xidmət etmişdir. Bu faktı döyüş yoldaşları da təsdiq edə bilər. Onun 04.04.N92-ci ildən 2N.07.N96-cı ilədək hərbi hissə tərkibində xidmətinə və xidməti ilə bağlı ona müharibə veteranı statusunun verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin, ona ünvanlanan MN-nin şəxsi Heyət Baş İdarəsinin 29.06.2020-ci il tarixli l/M-90N2 saylı cavab məktubunda bildirilmişdir ki, müraciətinə baxılmış və müsbət qərar qəbul edilməmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək göstərmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakşılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 N-li Fərmanının N.3cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakşı larına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddiaçı döyüş əməliyyatları aparan hərbi hissənin şəxsi heyətinin siyahısnda olmuşdur. Buna görə də onun döyüş əməliyyatlarında iştirak etməsi mübahisə predmeti deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş Əsasnamənin müddəalarına görə Müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o, kateqoriya şəxslərə müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi yaranmışdır ki, həmin şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmaqla yanaşı cəlb olunduqları hərbi xidmətdən əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 0N.08.20N-cu il tarixli 9/2-N0839 N-li məktubunda göstərilir ki, müqavilə yolu ilə gəlmiş İddiaçı N () N-li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli N №-li əmrilə hərbi hissənin N-ci ərazi müdafiə atıcı bölüyündə atıcı vəzifəsinə təyin olunmuş, 0N.NN.N92-ci il tarixdən xidmət yerində olmadığı üçün 3-cü taburun könüllü hərbi qulluqçusu, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N7 dekabr N92-ci il tarixli 42 №-li əmrilə şəxsi heyətinin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün hərbi komissarlığa göndərilmişdir. N №-li hərbi hissə komandirinin yanvar-dekabr N93-cü il, yanvar-dekabr N94-cü il və iyul N96-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı hərbi xidmətdən qanuni əsaslarla buraxılmadığına görə məhkəmədən iddianın təmin olunmaması barədə qərar qəbul etməsini xahiş edilir. Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-N25N/2020 saylı, N0 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim Ceyhun Məmmədov) Qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissənin şəxsi heyətinin siyahısında olmuşdur. Buna görə də onun döyüş əməliyyatlarında iştirak etməsi mübahisə predmeti deyildir. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş Əsasnamənin müddəalarına görə Müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi yaranmışdır ki, həmin şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmaqla yanaşı cəlb olunduqları hərbi xidmətdən əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. Müdaiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 0N.08.20N-cu il tarixli 9/2-N083N №-li məktubunda göstərilir ki, müqavilə yolu ilə gəlmiş İddiaçı N () №-li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli N №-li əmrilə hərbi hissənin N-ci ərazi müdafiə atıcı bölüyündə atıcı vəzifəsinə təyin olunmuş, 0N.NN.N92-ci il tarixdən xidmət yerində olmadığı üçün 3-cü taburun könüllü hərbi qulluqçusu, siravi İddiaçı N №-li hərbi hissə komandirinin N7 dekabr N92-ci il tarixli 42 №-li əmrilə şəxsi heyətinin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün hərbi komissarlığa göndərilmişdir. N №-li hərbi hissə komandirinin yanvar-dekabr N93-cü il, yanvar-dekabr N94-cü il və iyul N96-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı hərbi xidmətdən qanuni əsaslarla buraxılmadığına görə məhkəmədən iddianın təmin olunmaması barədə qərar qəbul etməsini xahiş etmişdir. Lakin məhkəmə cavabdehin nümayəndəsinin mövqeyini nəzərə almamış, qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə mübahisələndirilən qərarında göstərir ki, cavabdeh təşkilatın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, İddiaçı N №-li hərbi hissə komandirinin N7 dekabr N92ci il tarixli 42 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Müdafiə Nazirinin qeyd olunan qərarı hərbi hissəni özbaşına tərk edən şəxslərə aid edilir. Bu isə onu İddiaçı müharibə veteranı statusunun verilməsinə yol vermir. Cavabdehin iddiaya münasibəti olduğu kimi şikayətdə göstərilmişdir və orada “Müdafiə Nazirinin qeyd olunan qərarı hərbi hissəni özbaşına tərk edən şəxslərə aid edilir. Bu isə onu İddiaçı müharibə veteranı statusunun verilməsinə yol vermir” kimi ifadələr işlədilməmişdir. Məhkəmə qərarında qeyd edir ki, qərarın təsviri hissəsində qeyd olunmuş arayışlarla və qeydiyyat kartası ilə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı öz təsdiqini tapır. Cavabdeh iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini inkar etməmişdir. Məhkəmə qərarının təsviri hissəsində isə yalnız cavabdehin iddiaya münasibətində istinad etdiyi Müdaiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 0N.08.20N-cu il tarixli 9/2-N083N №-li məktubu göstərilmişdir. Həmin məktubda isə 0N.NN.N92-ci il tarixdən xidmət yerində olmadığı üçün 3-cü taburun könüllü hərbi qulluqçusu, siravi İddiaçı N №-li hərbi hissə komandirinin N7 dekabr N92-ci il tarixli 42 №-li əmrilə şəxsi heyətinin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün hərbi komissarlığa göndərilməsi,N №-li hərbi hissə komandirinin yanvar-dekabr N93-cü il, yanvar-dekabr N94-cü il və iyul N96-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmaması göstərilir. Cavabdeh həmin faktlara əsaslanaraq məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Müdafiə Nazirliyi belə hesab edir ki, onun müharibə veteranı adı və vəsiqəsi vermək vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Məhz həmin Əsasnaməyə əsasən Müdafiə Nazirliyinin cavabdehlik öhdəliyi yaranmışdır və o, cavabdeh kimi məhkəmə proseslərinə cəlb olunur. Əsasnamədə isə hərbi qulluqçuların hərbi biletlərindəki olan məlumatların hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda mötəbər sübut kimi qəbul edilməsi nəzərdə tutulur. Hazırkı mübahisə üzrə arxiv məlumatı ilə iddiaçının N7 dekabr N92-ci il tarixdən sonra hərbi xidmət keçməsi təkzib olunur. Hərbi biletdəki, qeydiyyat kartındakı məlumatlar hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq olunmursa və yaxud onlardakı məlumatlarla üst-üstə düşmürsə və ya onlara ziddiyyət təşkil edirsə hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışlarındakı məlumatlar dəlil kimi qəbul edilməlidir. Belə mövqe cavabdehin subyektiv mülahizəsi deyildir, normativ aktı qəbul etmiş orqanın iradəsinin ifadəsidir. İddiaçı 0N.NN.N92-ci il tarixdən xidmət yerində olmadığı üçün N №-li hərbi hissə komandirinin N7 dekabr N92-ci il tarixli 42 №-li əmrilə şəxsi heyətinin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün hərbi komissarlığa göndərilmişdir. İddiaçının yenidən hərbi xidmətə daxil olması, şəxsi heyətin siyahısına salınması, təminatlara alınması barədə hərbi hissə üzrə əmrlər verilməmişdir. İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmamış, onun ehtiyata buraxılması ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarılması barədə hərbi hissə komandirinin əmri olmamışdır. İddiaçı hal-hazırda xidmət keçmədiyindən, eləcə də əvvəllər ehtiyata və istefaya buraxılmadığından Müdafiə Nazirliyinin onun qarşısında müharibə veteranı adı və vəsiqəsi vermək öhdəliyi yoxdur. Belə bir öhdəlik olmadığına görə məhkəmə həmin vəzifəni inzibati orqanın üzərinə qoya bilməz. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il arixli 396 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq iormalarının tələblərini nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bunun nəticəsində isə prosessual normalar pozulmuşdur. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi XN apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli, 2N6 nomrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin birinci bəndin səkkizinci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin abzasın “Qeyd” hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, İddiaçı N №-li hərbi hissə komandirinin N7 dekabr N92-ci il tarixli 42 №-li əmri ilə şəxsi heyyətin siyahısından çıxarılmışdır, lakin sonradan İddiaçı N saylı hərbi hissədə xidmətini davam etdirməklə, Müdafiə Nazirinin 24.06.N96-cı il tarixli N4N nömrəli əmrinə əsasən ordu sıralarından tərxis olunub. Nəzərə alınmalıdır ki, həmin dövrə İddiaçı xidmət etdiyi N saylı hərbi hissə döyüş əməliyatlarında iştrak etmişdir. Məhkəmə İddiaçı hərbi hissədə olmaması ilə bağlı gətirilən arqumentə münasibətdə hesab etmişdir ki, İddiaçı bu əməlinə görə cinayət təqibinə cəlb edilmədiyinə görə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin qeyd hissəsinin bu mübahisəyə tətbiq edilməsi düzgün deyil. Çünki “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəndə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə müharibə veteranı statusu verilə bilməz. Göründüyü kimi İddiaçı döyüş əməliyyatlarında iştrak edən zaman yuxarıda qeyd olunan qanunun qeyd hissəsində göstərilən əməllərə görə məsuliyyətə cəlb edilməyib, əksinə xidmətini davam etdirməklə Müdafiə Nazirinin 24.06.N96-cı il tarixli N4N nömrəli əmrinə əsasən ordu sıralarından tərxis olunub. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N.N-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının döyüşlərdə iştirakını və hərbi xidmətdən tərxis olunmasını təsdiq edən hərbi biletin və hərbi qeydiyyat kartasındakı məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə ki, hərbi biletin və SHXÇDX-nin Qubadlı rayon bölməsinin 06.NN.2020-ci il tarixli, 945 nömrəli məktubuna əlavə edilmiş qeydiyyat kartasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 2N.07.N96-cı ildə Azərbaycan Respublikası Müdafiə nazirinin 24.06.N96-cı il tarixli N4N nömrəli əmri ilə ordudan tərxis olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-N25N/2020 saylı, N0 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar