Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-184/2022 09.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Fuad Əli oğlu, Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Şamaxı rayonu Məlhəm Bələdiyyəsinə qarşı “sürüşmə nəticəsində mülkiyyətində olan, yararsız vəziyyətə düşmüş 0.10 ha torpaq sahəsinin əvəzinə başqa torpaq sahəsinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2-1(118)-1935/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra iddiaçı) Şamaxı rayonu Məlhəm Bələdiyyəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona aid Şamaxı rayonu Məlhəm kəndində zəlzələdən sonra sürüşmə nəticəsində yararsız vəziyyətə düşmüş mülkiyyətində olduğu 0.10 ha ölçüdə torpaq sahəsinin əvəzinə, ona Məlhəm kəndinin sürüşmə olmayan ərazisində eyni 0.10 ha ölçüdə başqa torpaq sahəsinin verilməsinə dair qərar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Məlhəm kəndində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsi MA seriyalı ******* nömrəli çıxarışa əsasən, mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. 05.02.2019-cu il tarixdə baş vermiş zəlzələdən sonra ona məxsus bu torpaq sahəsində güclü torpaq sürüşmələri baş verdiyindən bu ərazi hər hansı bir təyinat üçün istifadəyə yaramayan, bərpası mümkün olmayan yararsız vəziyyətə düşmüşdür. Həmin torpaq sahəsində hər hansı tikinti-inşaat işlərinin aparılması mümkün deyildir. Belə ki, həmin ərazidə hər hansı tikinti-inşaat işlərinin aparılması qarşısıalınmaz faciələr baş verməklə insan həyatı və sağlamlığı üçün ağır fəsadlarla və arzuolunmaz faciəvi sonucla nəticələnə bilər. Həmçinin bildirir ki, torpağı sürüşmə nəticəsində təhlükəli və yararsız vəziyyətə düşdüyündən həmin torpaq sahəsi digər (əkin, kənd təsərrüfatı və s.) təyinatlar üçün də istifadə edilə bilməz. Ərizədə yazılan həqiqətlər yerində baxış keçirilməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 16.06.2011-ci il tarixli, №18/B- 068 nömrəli və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 05.05.2021-ci il tarixli, №**********26 nömrəli məktubları (rəyləri) ilə ətraflı olaraq tam təsdiq edilmişdir. Qeyd edilənlərlə bağlı cavabdehə rəsmi qaydada müraciət etsə də, ərizəyə münasibət bildirməmiş, məktuba cavab verməmişdir.
3. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddia tələbinə etiraz edir. Belə ki, bələdiyyənin perespektiv inkişaf fondunda torpaq sahəsinin olmadığı üçün onun iddiasını təmin etmək mümkün deyildir.
4. Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2-1(118)-1935/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev)
5. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 17.11.2021-ci il tarixli, 2-1(118)-1935/2021 nömrəli qərardadının ləğv edilməsi və iddiasının təmin edilməsini xahiş etmişdir.
6. Daha sonra iddiaçı 15.12.2021-ci il tarixli ərizə ilə apellyasiya şikayətinə dəqiqləşmə verərək, Sumqayıt İnzibati Məhkəməsinin 17.11.2021-ci il tarixli, 2-1(118)- 1935/2021 nömrəli qərardadının ləğv edilməsi və iddianın məhkəmə qaydasında baxılmasının mümkün sayılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ TƏRƏFLƏRİNİN İZAHATLARİ a. Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh bələdiyyə iddiaya etirazında bildirir ki, bələdiyyənin perspektiv inkişaf fondunda torpaq sahəsinin olmadığı üçün onun iddiasını təmin etmək mümkün deyildir. Bu isə iddianı mümkünsüz edir.
8. İddiaçı hesab edir ki, məhkəmə işə dair ədalətsizliyini nümayiş etdirir. Belə ki, cavabdehin quru sözlə iddiaçıya veriləcək torpağım yoxdur deyə etiraz etməsini əsas tutaraq, cavabdehin etirazına istinad mənbəyi kimi hüquqi qiymət verir. Bu isə yol verilməz haldır. A) Cavabdehin perspektiv inkişaf fondunda torpaqlarının olmaması faktı məhkəmə tərəfindən müvafiq dövlət orqanına sorğu göndərilməklə yoxlanmamışdır. B) Cavabdehin torpağının olmamasına dair etirazının doğruluğunun yoxlanılması üçün 05.02.2019-cu il tarixdə baş vermiş zəlzələdən sonra bələdiyyənin hərrac vasitəsi ilə torpaq satılıb və ya satılmaması faktı məhkəmə tərəfindən müvafiq dövlət orqanına sorğu göndərilməklə yoxlanılmayıb.
9. Məhkəmə kifayət qədər faktları araşdırmadan iddianı mümkünsüz sayır. Qeyd etmək lazımdır ki, hazırda cavabdehdə torpaq olmasa belə, gələcəkdə olmağı mümkündür. Həmçinin qeyd etmək lazımdır ki, 05.02.2019 cu ildə baş vermiş zəlzələ nəticəsində vətəndaşın mülkiyyətindəki yararsız vəziyyətə düşmüş torpağın təyinatına dair digər yararlı torpaqla dəyişdirilməsi üçün bələdiyyə Dövlət qarşısında məsələ qaldırarsa, istisna qaydasında Dövlətdən vətəndaş üçün torpaq ayrıla bilər.
b. Məhkəmə icraatı tərəflərinin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi və şikayətlə eyni məzmunda izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin zəlzələ nəticəsində sürüşməyə məruz qalaraq yararsız vəziyyətə düşdüyü üçün ona həmin ölçüdə başqa torpaq sahəsinin verilməsinə dair etiraz etdiklərini, bələdiyyənin rerspektiv inkişaf fondunda torpaq sahəsinin olmadığı üçün iddianı təmin etmək mümkün olmadığını bildirmişdir.
12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
14. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
15. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın hazırkı iddia tələbi ilə bağlı qanundan irəli gələn hər hansı bir öhdəliyi mövcud deyil. Belə ki, Bələdiyyə torpaqlarının idarə edilməsi Qanunvericiliklə tənzimlənir. İş materiallarından görünür ki, Şamaxı rayon Məlhəm Bələdiyyəsinin 22.04.2005-ci il tarixli, 04 saylı qərarı əsasında iddiaçıya torpaq sahəsi ayrılmışdır. İddiaçının torpaq sahəsinin sürüşmə nəticəsində yararsız vəziyyətə düşməsi bələdiyyənin məsuliyyəti hesab edilmir. Sözügedən torpaq sahəsinin digər torpaq sahəsi ilə əvəz edilməsi bələdiyyənin səlahiyyətlərinə aid edilə bilməsi qanunvericiliklə tənzimlənməmişdir və bələdiyyənin bu cür öhdəliyinin olması müəyyən edilmir. Bundan əlavə cavabdeh Bələdiyyə iddiaya etirazında qeyd etmişdir ki, bələdiyyənin perespektiv inkişaf fondunda torpaq sahəsinin olmadığı üçün onun iddiasını təmin etmək mümkün deyildir. Bu isə yuxarıda qeyd edilənlərdən başqa faktiki olaraq torpaq sahəsinin olmaması baxımındanda iddianı mümkünsüz edir.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. İPM-in istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın.
19. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır.
20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanın hazırkı iddia tələbi ilə bağlı qanundan irəli gələn hər hansı bir öhdəliyi mövcud deyil.
21. Belə ki, qüvvədə olan qanunvericilikdə ekzogen geoloji proseslərə məruz qalmış torpaqların əvəzinə mülkiyyətçiyə bələdiyyə tərəfindən başqa torpaq sahəsinin verilməsinə dair norma nəzərdə tutulmamışdır.
22. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 37-ci maddəsinə əsasən, ekzogen geoloji proseslərə (sürüşmə, sel, aşınma, uçqun, tökülmə, eroziya, abraziya, deflyasiya, eol, bataqlaşma, yarğan və s.) məruz qalmış torpaq əraziləri texniki meliorasiya və yararlaşdırma (bərpa) işləri aparılanadək təsərrüfat fəaliyyəti dövriyyəsindən çıxarılır və prosesin miqyasından asılı olaraq müvafiq ehtiyat fondu torpaqlarına keçirilir. Belə torpaqlarda mühəndis texniki və kənd təsərrüfatı işlərinin aparılmasına həmin ərazilərin (sahələrin) yararlı hala salınmasından sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada icazə verilir.
23. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2000-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi” Qaydasına əsasən: Bu Qayda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi qaydasını tənzimləyir. Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlara ərazilərində sürüşmə, sel, su eroziyası (yarğanəmələgəlmə, torpaq qatının yuyulması), külək eroziyası (deflyasiya; eol) uçqunlar, subasma bataqlıqlaşma, yer çökməsi, abraziya prosesləri gedən, həmçinin palçıq vulkanları təzahür edən sahələr aiddir. Torpaqların ekzogen geoloji proseslərə məruz qalmasının regional qiymətləndirilməsi Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (bundan sonra—Dövlətgeolkom) tərəfindən həyata keçirilir. Dövlətgeolkom aidiyyəti üzrə digər müvafiq elmi və icra strukturları ilə birlikdə Azərbaycan Respublikası ərazisinin mühəndisgeoloji öyrənilməsini, ekzogen geoloji proseslərin və bu proseslərə məruz qalmış sahələrin aşkarlanmasını, proseslərin kompleks tədqiqini, onların mənfi təsirinin qarşısını almağa dair operativ tövsiyələr vermək məqsədi ilə ekzogen geoloji proseslərin monitorinqinin yaradılmasını və aparılmasını təmin edir. Dövlətgeolkom, təhlükəsizlik dərəcəsi nəzərə alınmaqla, ekzogen geoloji proseslərə məruz qalmış və bu proseslərin getdiyi torpaqlarda meliorasiya və bərpa (rekultivasiya) işləri aparılanadək onların istehsal və həyat fəaliyyəti üçün istifadəsinin məhdudlaşdırılması və konservasiya edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerli icra hakimiyyətləri və bələdiyyələr qarşısında vəsatət qaldırır. Yerli icra hakimiyyətləri, bələdiyyələr və torpaq mülkiyyətçiləri onlara məxsus torpaq sahələrində rast gəldikləri ekzogen geoloji proseslər haqqında Dövlətgeolkoma məlumat verirlər. Dövlətgeolkom yoxlanması və gələcəkdə baş vermə təhlükəsi gözlənilən ekzogen geoloji proseslərə qarşı mübarizə tədbirlərinin görülməsi barədə müvafiq təkliflər hazırlayır və onlara təqdim edir. Azərbaycan Respublikası ərazisində ekzogen geoloji proseslərin təhlükəlilik dərəcəsi onların inkişaf etdiyi torpaqların istifadə təyinatından asılı olaraq müəyyənləşdirilir. Sürüşməyə məruz qalmış və aktivlik dərəcəsindən asılı olmayaraq sürüşmə prosesi gedən torpaqlarda relyefin mailliyi 30 dərəcədən yuxarı olduqda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılması (mal-qara otarılmasından başqa) qadağandır. Relyefin mailliyi 20—30 dərəcə arasında olduqda sürüşmə prosesi gedən torpaqlarda mühəndistexniki işlərin aparılmasına icazə verilmir. Xüsusi hallarda Dövlətgeolkomun və Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə ağır texnika və süni suvarma tətbiq edilmədən kənd təsərrüfatı işləri aparıla bilər. Relyefin mailliyi 20 dərəcədən az olduqda, sürüşmə prosesinin aktivlik dərəcəsindən asılı olaraq, torpaqlardan Dövlətgeolkomun, Fövqəladə Hallar Nazirliyinin, və Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə müvafiq mühəndis müdafiə tədbirləri tətbiq edilməklə yalnız xüsusi əhəmiyyətli mühəndis-texniki işlər aparıla bilər. Belə torpaqlardan kənd təsərrüfatı işlərinin aparılması üçün süni suvarma tətbiq edilmədən Dövlətgeolkomun və Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı, habelə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin icazəsi ilə istifadə edilə bilər. Ekzogen geoloji proseslərə məruz qalmış torpaqların istifadəsini şərtləndirən bütün mühəndisi-mühafizə tədbirlərinin layihələri Fövqəladə Hallar Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlətgeolkomla, irriqasiya, meliorasiya və drenaj tədbirlərinin layihələri isə Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Meliorasiya və X1 Səhmdar Cəmiyyəti və Dövlətgeolkomla razılaşdırılır. Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılması bu torpaqların təsir sahəsində yerləşmiş digər torpaq mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarını pozmamalı və onlara maddi ziyan vurmamalıdır.
24. Beləliklə, sadalanan normalardan göründüyü kimi, qüvvədə olan qanunvericilikdə ekzogen geoloji prosesə-hazırkı halda sürüşməyə məruz qalmış torpaq sahəsinin əvəzinə mülkiyyətçisinə, bələdiyyə tərəfindən digər torpaq sahəsinin verilməsi nəzərdə tutulmamış, bələdiyyənin üzərinə qanunla belə bir öhdəlik qoyulmamışdır.
25. Əksinə Torpaq Məcəlləsinin 34-cü maddəsinin 5-ci hissəsində deyilir ki, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqların mühafizəsi sahəsində torpaqların su və külək eroziyasından, sellərdən, su basmaqdan, bataqlaşmaqdan, təkrar şoranlaşma, kipləşmə və quraqlıqdan, istehsalat və məişət tullantılarından, kimyəvi və radioaktiv maddələrlə çirklənmədən, səhralaşma, sürüşmələr, abraziya və digər dağıdıcı proseslərdən qorunması istiqamətində tədbirlər həyata keçirməlidir.
26. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, iddianı mümkün saymayan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2-1(118)-1935/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.