Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-184/2024 05.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Əhmədov Elman Məmməd oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “onun hərbi xidmət vəzifələrini icra etməsi ilə bağlı cavabdehin xx.xx.N0NN-ci il tarixli qərarının ləğv edilərək ona sonuncu F-88 göndərişinin qeydə alındığı xx.xx.N0NN-ci il tarixdən üçüncü qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, e-N-1(118)-1N56/N0N3 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci il təvəllüdlüdür. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının **********1 saylı, xx.xx.N0NN-ci il tarixli qərarından görünür ki, İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.N0N1-ci il tarixli və xx.xx.N0NN-ci il tarixli müayinə nəticələrindən görünür ki, İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.N0N1-ci il tarixli N1445 nömrəli şəhadətnamədə qeyd edilmişdir ki, iddiaçıya "Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə, anamnezində funksional tutmalarla, Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik sefalqik sindrom. Barotravma (xx.xx.N0N0), saqtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor aqıreşitmə, pıçıltı nitqini saq qulaqda N (iki) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnoz qoyulmuşdur. Bakı N nömrəli Psixatriya Mərkəzi tərəfindən tərtib edilmiş TQS № 88 saylı , xx.xx.N0NN-ci il tarixli göndərişdə qeyd edilmişdir ki, iddiaçıya “əsas diaqnoz - F07.0 üzvü məşəli şəxsiyyət pozuntusu, partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrak şəxsiyyətin davamlı dəyişikliyi; ağırlaşma – F06. Üzvi mənşəli emosional labil (astenik) pozuntu, üzvi (partlayış travması nəticəsində) yaranmış emosional labil pozuntu) diaqnozları təyin edilmişdir. İmişli rayon xəstəxanası tərəfindən tərtib edilmiş göndərişdən görünür ki, iddiaçıya hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə anamnezində funksional tutmalarla. Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə anamnezində funksional tutmalarla Baş beyin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozğunluqlar, Barotravma (xx.xx.N0N0) sağ tərəfli xr. Koxlear nevrit, sağ tərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda iki metr, sol qulaqda 6 metr məsafədən eşitməsi ilə.” Diaqnozları təyin edilmişdir. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin TN70/N0N3 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı adına istər İmişli rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə anamnezində funksional tutmalarla. Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə anamnezində funksional tutmalarla. Baş beyin disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər pozğunluqlar, barotravma (xx.xx.N0N0) saö tərəfli xr. Koxlear nevrit, sağ tərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqla iki metr, sol qulaqda 6 metr məsadəfə eşitməsi ilə.” Və istərsə də Bakı N nömrəli Psixiatriya Xəstəxanasında tərtib edilmiş F088 göndərişlərində qeyd edilən “üzvi mənşəli şəxsiyyət pozuntusu. Partyalış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi” – diqnozlarındakı xəstəliklərdən o, hazırda əziyyət çəkir. Qeyd edilən xəstəliklər tam reabilitasiya olunmurlar, onlarla əlaqədar o, dispanser qeydiyyatda olmaslı və zərurət yarandığı hallarda müayinə və müalicəyə cəlb olunmalıdırlar. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.N0N4cü il tarixli, T3N/N0N4 saylı rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: “F07.O-Üzvi mənşəli şəxsiyyət pozuntusu, partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı... Ağırlaşma: F06.6-üzvi mənşəli emosional labil (astenik) pozuntu, üzvi partlayış travması nəticəsində yaranmış emosional labil pozuntu” diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir, Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik əlamətləri təyin etmədiyindən əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.N015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.N0NN-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Orqanizm funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə olan xəstəliklər əhatə dairəsinə düşmədiyindən meyarların hər-hansı birinə aid etmək mümkün olmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixatrik Ekspertiza Mərkəzinin publik hüquqi şəxsin xx.xx.N0N4-cü il tarixli, N13 saylı rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda Keçirilmiş (partlayış travması ilə əlaqədar) qapalı kəllə-beyin travması nəticəsində davamlı şəxsiyyət dəyişikliyi, davranış pozuntusu ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər (anamnestik məlumatlara görə İİ Qarabağ müharibəsində döyüşlərdə iştirak etməsi, xx.xx.N0N0-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə yeddi gün mühasirədə qaldıqdan sonra tanka atılmış mərmi partlaması nəticəsində qapalı kəllə-beyin travması alması (MN N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş xx.xx.N0N1-ci il tarixli 1176 saylı travma haqqında arayışa görə İddiaçı xx.xx.N0N0-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı Cəbrayıl rayonu ərazisində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Partlayış travması, barotravma” xəsarətini alması), yoxlanılan şəxsin deməsinə görə üç gün huşsuz vəziyyətdə olması, ölmüş olduğunu zənn edərək morqa .yerləşdirilməsi, lakin orada nəbzinin vurduğunu müəyyən edildiyi üçün Fizulu rayonu, Əhmədbəyli qəsəbəsində yerləşən hərbi hospitala təxliyyə edilərək bir ay yarım müayinə və müalicələrdə olması, xx.xx.N0N1-ci il tarixdə hərbi xidmətdən təxris edilməsi, aldığı kəllə-beyin travmasından sonra müharibədən əvvəlki dövrdəki iş qabiliyyətinin olmaması, buna səbəb onda yaranmış və hazırda da davam edən əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, beynində sıxıntı, yuxuda tez-tez göz önünə müharibə səhnələri və müharibədə onunla iştirak edərək hadisə yerində ölmüş cəbhə dostlarının səslərini eşitməsi nəticəsində ayılaraq yuxu pozuntusundan əziyyət çəkməsi, əsəbi gərginliklər nəticəsində ara-sıra aqressivlik halları meydana gəlməsi, göstərilən halların aldığı ambulator və stasionar qaydada müalicələrə baxmayaraq davam etməsinin onun psixi və ümumi vəziyyətinə təsir etməsi, yaranmış vəziyyətin onun iş qabiliyyətinə təsir etməsi ilə əlaqədar gələcəyə ümidsizliklə baxmasına səbəb olduğunu vurğulaması, göstərilənlərlə əlaqədar AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında xx.xx.N0N1-ci il tarixdən xx.xx.N0N1-ci il tarixə kimi “Partlayış travması nəticəsində kəllə-beyin travması, barotravma, (fəlakət) müharibə keçirdikdən sonra şəxiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə. Anamnezində funksional tutmalar” diaqnozu ilə adı göstərilən xəstəxanada stasionar müalicədə olması, xx.xx.N0N1-MN MHP-da müayinədə və müalicədə olaraq onda “Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə, anamnezində funksional tutmalarla Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə- beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik sefalgik sindrom. Barotravma (xx.xx.N0N0), sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda N (iki) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozu müəyyən edilərək HHK- nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 14b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı hesab edilməsi, xx.xx.N0NN-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunaraq “Üzvi (partlayış travması nəticəsində) yaranmış emosional labil pozuntu” diaqnozunun müəyyən edilməsi, hal-hazırkı psixiatrik müayinənin nəticələri: hazırda da özünü yaxşı hiss etmədiyini, özündən asılı olmayaraq ona əsəbilik gəldiyini, beynində gərginlik hiss etdiyi üçün yaxşı fikirləşə bilmədiyini, əsəblərini cilovlaya bilmədiyini, əhvali ruhiyyəsinin dəyişkən olması, emosional qeyri-sabitliyi və s.) sübut edir. Məhkəmənin ekspertlər qarşısında qoyduğu sualı cavablandırmaq məhkəməpsixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. Belə ki, Nazirlər Kabinetinin 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.N0N4-cü il tarixli, TN96/N0N4 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı adına “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-də tərtib edilmiş ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.N0N4-cü il tarixli, N13 saylı rəyinə əsasən hal-hazırda onda “Keçirilmiş (partlayış travması ilə əlaqədar) qapalı kəllə-beyin travması nəticəsində davamlı şəxsiyyət dəyişikliyi, davranış pozuntusu ilə” xəstəliyi müəyyən edilir. Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: “F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı.. Ağırlaşma: F06.6-üzvi mənşəli emosional labil (astenik) pozuntu, üzvi partlayış travması nəticəsində yaranmış emosional labil pozuntu” diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik əlamətləri təyin etmədiyindən əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.N015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də, xx.xx.N0NN-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Orqanizm funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə olan xəstəliklərin əhatə dairəsinə düşmədiyindən meyarların hər-hansı birinə aid etmək mümkün olmadı. Birinci instansiya məhkəməsində icraat İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin aktının qanunsuz hesab edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirməyinə görə əlillik qrupunun təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “onun hərbi xidmət vəzifələrini icra etməsi ilə bağlı cavabdehin xx.xx.N0NN-ci il tarixli qərarının ləğv edilərək ona sonuncu F-88 göndərişinin qeydə alındığı xx.xx.N0NN-ci il tarixdən üçüncü qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1997-ci ildə İmişli rayonunun Əliqullar kəndində anadan olmuşdur. N013-cü ildə İmişli rayonu Əliqullar kəndi Rəsul Məmmədov adına Tam Orta məktəbinin 11-ci sinfini bitirmişdir. NN yanvar N014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır və Naxçıvan MR-da yerləşən N saylı hərbi hissədə xidmətə başlamışdır. N015-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur. Düşmən tapdağında olan torpaqların işğaldan azad olunması ilə bağlı N8 sentyabr N0N0-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsi tərəfindən müddətdən artıq hərbi xidmətə çağırılmışdır və Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissənin tərkibində tabor komandirinin rabitəçisi kimi döyüş əməliyyatlarına qatılmışdır və Füzuli rayonunun, Cəbrayıl rayonunun və Qubadlı rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. N0N0-ci il oktyabr ayının 7-dən 8-nə keçən gecə Cəbrayıl şəhərinin düşməndən azad olunması uğrunda gedən döyüşlər zamanı, düşmən tankının atdığı mərminin partlaması nəticəsində tabor komandiri polkovnik leytenant Rəşad Quliyev şəhid olmuş, o isə ağır kəlləbeyin travması alaraq özündən getmişdir. Həmin günü şəhid olmuş tabor komandiri Rəşad Quliyevin nəşini və məni Füzuli rayonunda yerləşən morqa gətiriblər. 8 oktyabr N0N0-ci il tarixində morqda onun nəbzi yoxlanılmış və şəhid olmadığı aşkar olunmuşdur. Həmin günü o Füzuli rayonu Əhmədbəyli kəndində yerləşən Hərbi Hospitala yerləşdirilmişdir. Əhmədbəyli Hərbi Hospitalında 4 gün müalicə olunduqdan sonra onu Şəmkir Hərbi hospitalına aparılmışdır. 3 gün müalicə aldıqdan sonra N saylı hərbi hissənin Ağcabədi rayonunda yerləşən bölməsinə yerləşdirilmişdir. Orada N ay stasionar müalicə olunduqdan sonra Xocavənd rayonunda yerləşən N8N saylı hərbi hissəyə ezam olunmuşdur. N8N saylı hərbi hissəsdə N ay xidmət keçdikdən sonra N saylı saylı hərbi hissənin tabeliyinə verilmişdir. xx.xx.N0N1-ci il tarixində hərbi xidmətdən tərxis olunmuşam. Hərbi xidmətdən tərxis olunduqdan sonra əvvəllər işlədiyi şirkətdə işləməyə başlamışdır. Lakin müharibədə aldığı ağır kəllə-beyin travmasının təsirindən iş yerimdə münaqişələr yaşamışdır və işdən çıxarılmışdır. Bundan sonra Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilmişdir. 1 saylı Psixiatriya Xəstəxanasına xx.xx.N0N1-ci il tarixindən xx.xx.N0N1-ci il tarixinə kimi stasionar müalicə olunmuşdur. Bundan sonra müharibə zamanı aldığı xəsarətlə bağlı xəstəliyinin şəhadətləndirilməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N0N1-ci il tarixli, N1445 nömrəli Qərarı ilə mənə Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Şəhadtnamədə ona verilən diaqnoz: Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə, anamnezində funksional tutulmalarla; Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonra postravmatik sefalgik sindrom; Barotravma (xx.xx.N0N0), sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda N (iki) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə; Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur və müşayiətçiyə zərurət olduğu qeyd olunmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N0N1-ci il tarixli, N1445 nömrəli Qərarı əlilliyinin qiymətləndirilməsi üçün Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Lakin komissiya onun əlilliyini qiymətləndirməkdən imtina etmişdir. Lakin onun sağlamlığı bərpa olunmamışdır və onun evdə ailə üzvləri ilə psixoloji problemləri yaranmışdır və onu təkrar 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirmişlər. O, xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixinədək həmin xəstəxanada stasionar müalicə almışdır. Bundan sonra isə Psixi Sağlamlıq Mərkəzində müayinə olunmuşdur. Müayinə zamanı ona “Üzvi (partlayış travması nəticəsində) yaranmış emosional labil pozuntu F06.6” diaqnozu verilmişdi. Bundan sonra yaşayış yeri üzrə poliklinika onun sənədlərini əlilliyinin qiymətləndirilməsi üçün təkrar Tibbi Sosial Ekspert Komissiyasına göndərmişdir. Lakin TSEK xx.xx.N0NN-ci il tarixli qərarı ilə onun əlilliyini qiymətləndirməkdən imtina etmişdir. Səbbə kimi qeyd etmişdir ki, Diaqnoz əlillik əlaməti təyin etmir. Hesab edir ki, cavabdehin bu hərəkəti qanunsuzdur və o, artıq sağlamlığını itirmişdir və heç bir yerdə işləyə bilmir, əmək qabiliyyəti yoxdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik qrupunun təyin edilməsi” tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə İmişli rayon Mərkəzi Xəstəxanasının xx.xx.N0N1-ciJ tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35- Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.N - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (07.10.NN0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması , baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi , davranış pozuntuları ilə anamnezində funksional tutmalarla .Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması , baş beyin silkələməsindən sonrakı posttravmatik sefalgik sindrom . Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, . Partlayış travması (07.10.NN0) nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması , baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi , davranış pozuntuları ilə anamnezində funksional tutmalarla Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozğunluqlar, . Barotravma (xx.xx.N0N0)sağ tərəfli xr. Koxlear nevrit, sağ tərəfli davamlı neyrosensor ağıreşitmə , pıçıltı nitqini sağ qulaqda N (iki) metr, sol qulaqda 6 altı) metr məsafədən eşitməsi ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir ” səbəbiİə imtina verilmişdir. Bakı N nömrəli XN xx.xx.N0NN-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli emosional labil [astenik] pozuntu Üzvi mənşəli şəxsiyyət pozuntusu.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən N8 sentyabr N0NN- ci il tarixli **********1 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, İmişli rayon sakini xx.xx.1997-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0N6N003AASGT nömrəli göndərişi əsasında xx.xx.N0N1-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.N0N1-ci il tarixli N1445 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə, anamnezində funksional tutmalarla. Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik sefalqik sindrom. Barotravma (xx.xx.N0N0), saqtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor aqıreşitmə, pıçıltı nitqini saq qulaqda N (iki) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.N0N1-xx.xx.N0N1-ci il tarixli 7N93/N1 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Partlayış travması nəticəsində kəllə-beyin travması, barotravma, fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə. Anamnezində funksional tutmalar” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.N0NN-xx.xx.N0NN-ci il tarixli 3756/NN nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi (baş-beyin kontuziyası) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.N0NN-ci il tarixli 6717 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (partlayış travması nəticəsində) yaranmış emosional labil pozuntu” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, gərginlikdən, yuxu və yaddaş pozuntularından şikayətlənmişdir. Ünsiyyət əsnasında suallara sakit adekvat cavab vermiş, hadisələri təfsilatı ilə danışmış, əhvalı enmiş, emosional labillik və astenik-qıcıqlı əlamətlər qeyd olunmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu” əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may N0NN-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun oİaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar N0N0-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və N0N0-ci il 16 yanvartarixli 1N nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 1N (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, e-N-1(118)-1N56/N0N3 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh inzibati orqanın xx.xx.N0NN-ci il tarixli qərarının ləğv edilərək İddiaçı hərbi xidmət vəzifələrini icra etməsi ilə bağlı cavabdehin sonuncu F88 göndərişinin qeydə alındığı xx.xx.N0NN-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.N0N1-ci il tarixli N1445 nömrəli şəhadətnamədə qeyd edilmişdir ki, iddiaçıya "Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə, anamnezində funksional tutmalarla, Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik sefalqik sindrom. Barotravma (xx.xx.N0N0), saqtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor aqıreşitmə, pıçıltı nitqini saq qulaqda N (iki) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnozu qoyulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində Bakı N nömrəli Psixatriya Mərkəzi TQS № 88 saylı , xx.xx.N0NN-ci il tarixli göndərişində öz əksini tapmış iddiaçının əziyyət çəkdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin N.3.9-cu maddəsində üçüncü qrup əlilliyin təyin edilməsi əsaslarında öz əksini tapmışdır. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçı ona xx.xx.N0NN-ci il tarixdən ona hərbi xidmət vəzifələrini icra etməsi ilə bağlı üçüncü dərəcə əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətininin dəlilləri iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X5 heç bir instrumental müayinə vasitələrindən (MRT, EEQ,EMQ ) istifadə edilməmiş və şəxsin əyani müayinəsi zamanı da qeyd edilən diaqnoz öztəsdiqini tapmamışdır. Yəni, tərtib edilmiş Forma 88-lərdə qeyd edilən XBT kodlarına əsasən şəxsdə diaqnozun olması və əlillik əlamətinin müəyyən olunması barədə rəy verilmişdir. Bu isə əsassız qərar qəbul edilməsinə gətirib çıxarmışdır. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsi və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, e-N-1(118)-1N56/N0N3 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, izahatlar verərək, öz izahatlarında iş üzrə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilr. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.N. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart N015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.N. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0N0-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.N Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. N.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N9 fevral N008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.N-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir» Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0NN-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.N. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.N. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. Bənd 7.6 Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Bənd 7.6.N. Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular-XBT kodu F06 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları- XBT kodu F07.8 Qymətləndirmə: 7.6.N.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan N il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.N.N məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan N il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (N ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti; Bənd 7.7 Spesifik şəxsiyyət pozuntuları 7.7.1. psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi-F6N.1 Qiymətləndirmə: 7.7.1.1 fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski; 7.7.1.N bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan N ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması və digər) Bənd 7.5 Nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular 7.5.1 dissosiativ (konversion) pozuntular “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə N4. İşin hallarının obyektiv araşdırılması N4.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. N4.N. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. N4.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. N4.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 8N. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N0N3-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçının hərbi xidmət vəzifələrini icra etməsi ilə bağlı cavabdehin xx.xx.N0NN-ci il tarixli qərarının ləğv edilərək ona sonuncu F-88 göndərişinin qeydə alındığı xx.xx.N0NN-ci il tarixdən üçüncü qrup əlilliyin təyin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya diaqnoz qoyulmuş xəstəlik əlamətləri əlillik əlaməti təyin etmir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilmiş, həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi Üzvi mənşəli şəxsiyyət pozuntusu, partlayış travması keçirilmiş kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi (XBT kodu F07.0),ağırlaşmaları üzvi mənşəli emosionla labil pozuntu, üzvi partlayış travması nəticəsində yaranmış emosional labil pozuntu (XBT kodu F06.6) kimi qeyd edilmişdir. Həmçinin, Mərhəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş müvafiq şəhadətnamənin məzmunundan görünür ki, iddiaçı barəsində qoyulmuş diaqnoz xəstəlik “Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə, anamnezində funksional tutulmalarla, partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik sefalgik sindrom, barotravma sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor ağırlaşma pıçıltı nitqin sağ qulaqda iki metr sol qulaqda altı metr məsafədən eşitməsilə” kimi qeyd edilmiş, habelə səbəbli əlaqəsi kimi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi əks olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı qeyd edilən diaqnoz xəstəliklərlə bağlı stasionar müalicədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ tərəfindən verilmiş 07 iyul N0NN-ci il tarixli məlumatdan görünür ki, iddiaçı barəsində üzvi (partlayış travması nəticəsində) yaranmış emosional labil pozuntu –F06.6 diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.N0N3-cü il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərdən hazırda əziyyət çəkir, həmin xəstəliklər reabilitasiya olunmur, bununla əlaqədar olaraq, onun dispanser qeydiyyatında olmalı olduğu və zərurət yarandığı hallarda müayinə və müalicəyə cəlb olunmalı olduğu qeyd edilmişdir. İş materiallarında olan xx.xx.N0N4-cü il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş əsas diaqnoz (F07.0) və ağırlaşmaları (F06.6) xəstənin anemnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, əyani müayinə zamanı aşkar edilmiş patofunksional dəyişikliklərin əlillik əlamətləri təyin etmədiyindən, müvafiq Qərarlarla təsdiq edilmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən meyarların hər hansı birinə aid olmasını müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli rəyinin məzmunundan görünür ki, iddiaçıda qapalı kəllə-beyin travması nəticəsində davamlı şəxsiyyət dəyişikliyi, davranış pozuntusu müəyyən edilir, bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədləri sübut edir, istinad edilən məlumat və tibbi sənədlər sadalnmışdır. Həmçinin, məhkəmə iclasında müvafiq həkim-ekspert mütəxəssis kimi dinlənilmiş, onun tərəfindən verdiyi izahatında iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəlik və ağırlaşmaların şəxsiyyət dəyişikliyi, davranış pozuntusu ilə bağlı olduğundan, onların qiymətləndirmə üzrə əlamətlərinə aydınlıq gətirilməsinin mümkün olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçıda müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərin mövcudluğu iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyləri əsasında öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş əsas diaqnoz və ağırlaşmaları (XBT kodu F06,F07) əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən müvafiq 187 nömrəli Qərarda əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan patofunksional dəyişikliklərin olmadığını qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə qədim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin ekspert rəyi, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edilməsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin iddiaçının müalicə alması ilə bağlı istinad etdiyi hallara dair qeyd edir ki, iş materiallarında olan müvafiq tibbi sənədlərin məzmununda iddiaçının həmin xəstəliklərlə bağlı stasionar müalicədə olması qeyd edilmiş, o cümlədən müvafiq ekspert rəyində qeyd edilən xəstəlikərin reabilitasiya olunmaması, habelə dispanser qeydiyyata alınmalı olması, daimi müailəcədə olmasını zəruri olması öz əksini tapmışdır. Cavabdeh tərəfindən isə həmin halları təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəliyin əlilliyin təyin edilməsinə əsas olması ilə bağlı hissədə işin hallarına düzgün hüquqi qiymət vermiş, iddiaçı barəsində əlilliyin təyin edilməsi barədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində qeyd edilən diaqnoz xəstəliyin hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar yaranması halı da iş materiallarına olan sənədlər (Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş müvafiq şəhadətnamə, travma haqqında arayış, ekspert rəyləri və s.) əsasında öz təsdiqini tapır. Belə ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə qeyd edilmiş və müvafiq ekspert rəyləri əsasında öz təsdiqini tapmış diaqnoz xəstəliklərlə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş müvafiq şəhadətnamədə əks olunmuş xəstəliklərlə eynilik təşkil etmişdir. Həmçinin, cavabdeh tərəfindən həmin hal mübahisələndirilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət vermişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, indiki halda iddiaçının iddia tələbi ona məhz üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı barəsində müvafiq tibbi göndəriş xx.xx.N0NN-ci il tarixdə tərtib edildiyindən, cavabdeh tərəfindən imtina barədə qərar xx.xx.N0NN-ci il tarixdə qəbul edildiyindən, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi də məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may N0NN-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi meyarları”na uyğun olaraq həyata keçirilməlidir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı barəsində əlillik vəziyyətinin qiymətləndirilməsi həmin qanunvericilik norması əsasında deyil, əvvəki qanunvericilik normasının tələbinə əsasən aparılmış (hansıki iddiaçının müraciət etdiyi və bu barədə imtina qərarı qəbul edildiyi vaxtda həmin norma qüvvədə olmamışdır) bununla da hazırki iş üzrə qanunvericilik normasının tətbiqində yanlışlığa yol vermişdir. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlillik vəziyyəti məhz qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən dəyərləndirilməlidir Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş müvafiq ekspert rəyi, tibbi sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi vaxtda qüvvədə olan qanunvericilik normalarının tələbinə əsasən əlilliyn təyininə əsas verən xəstəlik (XBT kodu F06, F07) üçüncü və ikinci dərəcə məhdudlaşdırılması halında orqanizmin funksiyasının pozulmasının fərqli faiz və müddət göstəricisi əlilliyin təyin edilməsinə əsas olan hal kimi qeyd olunmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklər (F06, F07) hazırda qüvvədə olan müvafiq qanunvericilik normasında əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. Hazırda qüvvədə olan qanunvericilik normalarının tələbinə əsasən əlilliyin təyin edilməsinin əsas meyarı məhz orqanizmin funskiyasının pozulmasının faiz göstəricisi və müddətinə uyğun olaraq, xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşması halında müvafiq qaydada müəyyən edilir, habelə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti də həmin meyarlarda müəyyən edilmişdir. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən əlillik təyinatı məhz şəxsin orqanizminin funskiyasının pozulması faizinə uyğun olaraq müəyyən edilir ki, bu hal isə özlüyündə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən edilməsindən irəli gəlir. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə isə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir. İndiki halda iddiaçıya münasibətdə tərtib edilən müvafiq tibbi göndərişdə qeyd edilmiş və iş materialları əsasında öz təsdiqini tapmış diaqnoz xəstəliklər müraciət etdiyi vaxtda qüvvədə olan qanunvericilik normalarına əsasən əlilliyin təyininə əsas verən hal kimi qeyd edilmiş, lakin həmin xəstəliklər orqanizmin funksiyasının pozulmasının müxtəlif dərəcə məhdudlaşdırılması halında fərqli faiz və müddət göstəricisinə uyğun olmuşdur.Bu baxımından iddiaçıya hansı tip məhdydlaşdırılmaya müvafiq olaraq əlillik təyinatının aparılması üçün onun sağlamlıq vəziyyətinin qiymətləndirilməklə, orqanizmin funskiyasının pozulması faizinin müəyyən edilməsi məqsədəuyğundur. Bu hal isə cavabdeh inzibati orqanının qiymətləndirmə azadlığı ilə ehtiva olunur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının obyektiv müayinəsi aparılmaqla, onun orqanizmin funksiyasının hansı dərəcədə pozulması halı məhz cavabdeh inzibati orqanın qiymətləndirilməsi əsasında müəyyən edilməsi məqsədəmüvafiqdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verməmiş, iş üzrə gəldiyi nəticə qanunvericilik normasının tələbinə uyğun olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçının iddia tələbi məhz onun barəsində müvafiq tibbi göndərişin tərtib edildiyi vaxtdan, yəni xx.xx.N0NN-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əlilliyin təyin edilməsindən imtina barədə qərarı xx.xx.N0NN-ci il tarixdə qəbul edilmiş, həmin qərar hazırki inzibati iş üzrə iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əlillliyin təyin edilməsi müvafiq tibbi göndərişin tərtib edilməsi əsasında deyil, məhz həmin tibbi göndəriş rəsmiləşdirildikdən sonra, cavabdeh tərəfindən müvafiq qiymətləndirmə aparılmaqla, bu barədə qərar qəbul edilməsi əsasında həyata keçirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, əlilliyin təyin edilməsi müvafiq tibbi göndərişin tərtib edildiyi tarixdən deyil, məhz cavabdeh tərəfindən əlilliyin təyin edilməsindən imtina barədə müvafiq qərarın qəbul edildiyi tarixdən (xx.xx.N0NN-ci il tarixdən) təyin edilməlidir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi həmin hissədə də əsaslı olmamış, habelə birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən-məhz hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlliyin təyin edilməsi hissəsində əsaslı olduğundan, digər hissədə isə qanunvericilik normasının tələbinə uyğun olmadığından, birinci instansiya məhkəməsi tərəfindən isə iddia tələbi tam təmin edildiyindən, məhkəmə qərarı qismən ləğv edilməli, apellyasiya şikayəti məhkəmə qərarının ləğv edilməsi hissəsində təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, e-N-1(118)-1N56/N0N3 nömrəli qərarı qismən ləğv edilsin, ləğv edilən hissədə iddia qismən təmin edilsin. İddiaçı xx.xx.N0NN-ci il tarixdən hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 10N5, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.