Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-184/2025 12.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X13 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-1 saylı iclas protokolu ilə təsdiq edilmiş, “Əmlakdan pay haqqının verilməsi” barədə 200, 201 və 203 nömrəli aktlar əsasında iddiaçılara ayrılmış (əmlak payı) tikililər üzərində birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2-1(118)-97/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçılar X7, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Abşeron rayonu, Qobustan kəndi ərazisində istifadəyə verilmiş 100 ha torpaq sahəsi üzərində yerləşən, X13 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-l iclas protokolu ilə təsdiq edilmiş Əmlakdan pay haqqının verilməsi barədə 200, 201, 202 və 203 nömrəli aktlarla onlara pay verilmiş qeyri-yaşayış binaları (əmlak kompleksi) üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi-vəkili məhkəməyə ərizə təqdim edərək, “X4 iddiaçılar sırasından çıxarılmasını, digər iddiaçılara münasibətdə X13 Komissiyasının 1998-ci il 17 yanvar tarixli, 10/AK-1 saylı iclas protokolu ilə təsdiq edilmiş, Əmlakdan pay haqqının verilməsi barədə 200, 201 və 203 nömrəli aktlar əsasında iddiaçılara ayrılmış (əmlak payı) tikililər üzərində birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobustan kəndi ərazisində yerləşən, X13 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-l iclas protokolu ilə təsdiq edilmiş “Əmlakdan pay haqqının verilməsi” barədə 202 nömrəli aktla iddiaçılara pay verilmiş qeyri-yaşayış binaları (əmlak kopleksi) və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevin icraatında olmuş 2-1(118)-328/2021 saylı iş üzrə məhkəmə zamanı İddiaçı3 Əmrah oğlu məhkəmə tərəfindən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə zamanı müəyyən olundu ki, X7 ilə birlikdə qeyd olunan əmlaka pay hüququ olan şəxs İddiaçı3 Əmrah oğlu ilə Abşeron Rayon İcra hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli Sərəncamı əsasında paylı mülkiyyətə verilmiş əmlakın yerləşdiyi 100 ha torpaq sahəsi İddiaçı3 Əmrah oğlunun icarəsinə verilmişdir. Həmin icarə müqaviləsi əsasında qeyd olunan torpaq sahəsi üzərində İddiaçı3 Əmrah oğlunun icarə hüququ dövlət qeydiyyatına alınmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2003-cü il tarixli, JN-4015 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə verilmişdir. Həmçinin müqavilə müddəti bitdiyi üçün Abşeron rayon İcra Hakimiyyəti ilə yeni - xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Hər bir halda qeyd olunan iddia üzrə məhkəmə zamanı müəyyən olunan bu halları da nəzərə alan hakim iddianın rədd edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli qətnamə qəbul etdi. Həmin qətnamədən iddiaçılar tərəfindən apellyasiya şikayəti verildi. Paralel olaraq Abşeron rayon İcra Hakimiyyəti Başçısının 24 aprel 2018-ci il tarixli 109 saylı Sərəncamının və bu Sərəncam əsasında İddiaçı3 Əmrah oğlu ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə Abşeron rayon İcra Hakimiyyətinə X7 tərəfindən yazılı olaraq müraciət edildi. Abşeron rayon İcra Hakimiyyəti müraciətə nə müsbət, nə də ki mənfi cavab vermədi, yəni müraciəti cavabsız qoydu. Bu əsasla X2 rayon İcra Hakimiyyəti Başçısının 24 aprel 2018-ci il tarixli 109 saylı Sərəncamının və həmin sərəncam əsasında Abşeron rayon İcra Hakimiyyəti ilə İddiaçı3 Əmrah oğlu arasında 15 il müddətinə bağlanmış müqavilənin ləğv edilməsi vəzifəsi Abşeron rayon İcra Hakimiyyəti üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etdi. İddia ərizəsi ilə məhkəmə baxışı zamanı iddiaçı ilə İddiaçı3 Əmrah oğlu və digər payçılar aralarında razılıq əldə olundu ki, iddia ərizəsi geri götürülsün və sözügedən torpaq sahəsində mövcud olan tikililərə pay hüququ olduğundan birlikdə əmlaka olan paylarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etsinlər. Cavabdeh xx.xx.2022-ci il tarixli bildirişi ilə qeyd olunan müraciətə imtina cavabı verərək bildirdi ki, araşdırma zamanı Abşeron rayonu, Qobustan kəndində yerləşən X7, İddiaçı2 Əmrah oğlu, İddiaçı1 və İddiaçı3 Əmrah oğluna məxsus daşınmaz əmlaklara dair hüquqların qeydiyyatı üçün tələb olunan əsaslar üzə hüquqmüyyənedici və texniki sənədlər ərizəyə əlavə olunmamışdır. Bundan başaq imtina bildirişində qeyd edilmişdir ki, DT və XK tərəfindən İddiaçı3 Əmrah oğlunun adına tərtib edilmiş JN-4015 saylı torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnamənin verilməsini əsas olmuş xx.xx.2003-cü il tarixli müqavilənin müddəti başa çatdığı üçün xx.xx.2018-ci il tarixli müqavilənin verilməsinə əsas olmuş xx.xx.2018-ci il tarixli sərəncam və digər hüquq müəyyənedici sənədlər hazırki ərizəyə əlavə edilməmişdir. Hesab edirlər ki, imtina əsasızdır, həmin imtinanın verilməsi üçün gətirilmiş dəlillər məntiqə sığmır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, Qobustan kəndində yerləşən X7, İddiaçı1, İddiaçı3 Əmrah oğlu və İddiaçı2 Əmrah oğlunun istifadəsində olduğu iddia olunan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin tam şəkildə müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş sənədlər toplusuna: İddiaçı3 Əmrah oğlunun adına Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 285 saylı 15 il müddətinə bağlanmış icarə müqaviləsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-4015 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə; İddiaçı3 Əmrah oğlu ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısı arasında bağlanmış xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsi; X7, İddiaçı1, İddiaçı3 Əmrah oğlu və İddiaçı2 Əmrah oğlunun adına verilmiş əmlakdan pay verilməsi barədə aktların əlavə edildiyi müəyyən edilmişdir. İddiaçı3 Əmrah oğlu ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısı arasında bağlanmış xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinə dair digər hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi; İcarə müqaviləsinin X7, İddiaçı1, İddiaçı3 Əmrah oğlu və İddiaçı2 Əmrah oğlu ilə deyil, yalnız İddiaçı3 Əmrah oğlu ilə bağlandığı; X7, İddiaçı1, İddiaçı3 Əmrah oğlu və İddiaçı2 Əmrah oğlunun adına verilmiş əmlakdan pay verilməsi barədə aktların qanunvericiliyə əsasən mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas hesab olunmaması, həmin aktlarda yalnız tikili və mal-qaranın pay kimi verildiyinin qeyd edilməsi və həmin tikililərin yerləşdiyi torpaq sahəsinə dair texniki sənədlərin təqdim edilməməsi; X1 0.02 ha torpaq sahəsi üzərində istifadə hüququnun, həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı qaldırdığı iddia tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında 2-1(105)- 548/2021 saylı inzibati işin olması səbəbindən ərizənin icrasından imtina edilmişdir. Əlavə olaraq bildirilir ki, 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət yalnız torpaq sahəsi üzərində hüquqların qeydiyyatına dair olmuş, lakin Sumqayıt İnzibati Məhkəməsinə təqdim edilmiş iddia ərizəsində həm torpaq sahəsi, həm də əmlak kompleksi kimi müəssisə üzərində hüquqların qeydiyyata alınması öhdəliyinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir. Bununla bağlı bildirilir ki, əmlak kompleksi kimi müəssisəyə dair texniki və hüquqmüəyyənedici sənədlər İdarəyə təqdim edilməmiş, bu tikililərin yerləşdiyi torpaq sahəsinin isə təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2-1(118)-97/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 münasibətdə X13 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-1 saylı iclas protokolu ilə təsdiq edilmiş, Əmlakdan pay haqqının verilməsi barədə 200, 201 və 203 nömrəli aktlar əsasında iddiaçılara ayrılmış (əmlak payı) tikililər üzərində birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq Sumqayıt İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2-1(118)-97/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçılar və cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili və nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçılar və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini iddiaçıların müvafiq tikililər üzərində birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından cavabdehin imtinası təşkil edir. İddiaçıların hüquqi marağı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 24 aprel 2018-ci il tarixli, 49 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, sözügedən müqavilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 24 aprel 2018-ci il tarixli, 109 saylı sərəncamına əsasən bağlanmaqla İddiaçı3 9 nömrəli “Quldar” qış otlaq sahəsindən 100.0 (yüz) hektar sahə 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş Abşeron rayon Dövlət Arxivinin 04 noyabr 2022-ci il tarixli, 521 nömrəli məktubundan görünür ki, X12 İslahatı Komissiyasının arxiv sənədləri saxlanılması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Abşeron rayon İcra Hakimiyyətinin 17 noyabr 2022-ci il tarixli, 1/2439 nömrəli məktubundan görünür ki, Rayon İcra Hakimiyyəti başçısı ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 49 nömrəli icarə müqaviləsinin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmaqla, bildirilir ki, sözügedən müqavilənin ləğv edilməsi tələbi ilə X7 tərəfindən 30 iyul 2021-ci il tarixdə Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət olunmuşdur. Ərizədə A.Şükürov tələbini onunla əsaslandırmışdır ki, X13 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-1 iclas protokolu ilə təsdiq edilmiş “Əmlakdan pay verilməsi barədə” 202 nömrəli Akta əsasən onun mülkiyyətinə verilmiş qeyri-yaşayış binaları sözügedən icarə müqaviləsi ilə ayrılmış torpaq sahəsində yerləşir. Təqdim olunan Aktda mülkiyyətə verilmiş əmlak payının 19 nömrəli qış otlaq sahəsində yerləşdiyi qeyd olunduğu üçün ərizə müəllifinin etibarnamə üzrə nümayəndəsi X5 izah olunmuşdur ki, Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il 49 nömrəli icarə müqaviləsi ilə icarəyə verilmiş torpaq sahəsi rayon ərazisində yerləşən 9 nömrəli “Quldar” qış otlağında yerləşir və müqavilədə də qış otlağının nömrəsi qeyd olunmuşdur. Məhkəmənin nəzərinə çatdırılır ki, rayon ərazisində yerləşən 19 nömrəli “Qasıməli” qış otlağı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 2006-cı il tarixli, 60 saylı Qərarı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin idarəçiliyinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 aprel 2023-cü il tarixli, 3-21-3-60/2-778/2023 nömrəli məktubundan görünür ki, arxivdə və elektron bazada aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1982-ci il tarixli 254 nömrəli qərarı ilə 9 nömrəli (Quldar) qış otlaq sahəsi Abşeron rayonunun ərazisindən Abşeron rayonunun təsərrüfatlarının (Abşeron rayonu keçmiş Qobustan qoyunçuluq sovxozunun) istifadəsinə verilmişdir. Sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 60 saylı Qərarı ilə həmin qərar qüvvədən düşmüş hesab edilmişdir və sözügedən qış otlaq sahəsi Abşeron rayonunun istifadəçiliyində qalmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ünvanlanan 01 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, X13 Komissiyasının 1998-ci il 17 yanvar tarixli, 200, 201, 202 və 203 nömrəli aktlarla iddiaçılara ayrılmış qeyri-yaşayış obyektlərinin sxem və koordinatları olmadığından sualın cavablandırılması mümkün olmamışdır, lakin iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsində baş planda göstərilən A,B,C,D,E,F,G,İ,M,T,H tikililər mövcuddur. X13 Komissiyasının 1998-ci il 17 yanvar tarixli, 200, 201, 202 və 203 nömrəli aktlarla iddiaçılara ayrılmış qeyri-yaşayış obyektlərinin sxem və koordinatları olmadığından sualın cavablandırılması mümkün olmamışdır. Elektron baza məlumatlarına əsasən iddiaçının faktiki istifadəsində olan tikililərin koordinatları 19 nömrəli “Qasıməli” yerləşmir, 9 nömrəli “Quldar” qış otlağında yerləşir. Elektron baza məlumatlarına əsasən iddiaçının faktiki istifadəsində olan tikililərin koordinatları sənəd üzrə JN-4015 KOD 30800001 nömrəli "Torpağın müvəqqəti istifadə hüququna” dair Şəhadətnamə ilə üst-üstə düşür. İddiaçılara ayrılmış əmlakın (qeyri-yaşayış obyektləri) yerləşdiyi otlağın Abşeron inzibati ərazisinin hüdudları daxilində yerləşir. Həmçinin apellyasiya instansiyasında icraat zamanı ətraflı araşdırılma aparılması məqsədilə müvafiq sorğular edilərək aşağıdakı məlumatlar əldə olunmuşdur. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 noyabr 2003-cü il tarixli, 285 nömrəli sərəncamından görünür ki, Abşeron rayonu, Qobustan kənd sakini İddiaçı3 9 №-li “Quldar” adlanan qış otlağından kənd təsərrüfatı məqsədi ilə 100,0 hektar torpaq sahəsi verilməsi üçün tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. “Torpaq sahəsinini icarəyə verilməsi haqqında” 27 noyabr 2003-cü il tarixli, 285 nömrəli müqavilədən görünür ki, Abşeron rayonu ərazisində 100 hektar torpaq sahəsi kənd təsərrüfatı-qoyun-quzu saxlamaq üçün 15 il müddətinə İddiaçı3 icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş JN-4015 KOD 30800001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”-dən görünür ki, İddiaçı3 Əmrah oğluna Abşeron rayonu İHB-nin xx.xx.2003-cü il tarixli, 285 saylı Sərəncamı və xx.xx.2003-cü il tarixli, 285 saylı icarə müqaviləsi ilə Abşeron rayonu “Quldar” adlanan qış otlağından kənd təsərrüfatı məhsullarının istehsalı üçün 15 il müddətinə 100 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 may 2025-i il tarixli, 3-21-3-60/2-1144/2025 nömrəli məktubundan görünür ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı “Əmlakdan pay haqqının verilməsi barədə” 200, 201, 202 və 203 nömrəli aktlara dair məlumat aşkar edilməmişdir. Göründüyü kimi iddiaçılar “Əmlakdan pay haqqının verilməsi” barədə 200, 201 və 203 nömrəli aktlar əsasında iddiaçılara ayrılmış (əmlak payı) tikililər üzərində birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb edir. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçıların mülkiyyət hüquqlarının yaranması əsası kimi təqdim etdikləri aktların məzmunundan görünür ki, cədvəlin “binalar və tikintilər, o cümlədən ambar” və “Mal-qara” qrafasında “miqdar” və “dəyər” bəndləri üzrə qeydlər aparılmış (İddiaçı3 məxsus aktda əlavə olaraq “texnika və avadanlıq, o cümlədən traktor kombayn, kotan” qrafasında qeyd aparılmışdır), sözügedən əmlakın tam olaraq nədən ibarət olması, o cümlədən ölçüsü barədə hər hansı qeyd aparılmamışdır. Bununla da iddiaçıların istinad etdiyi aktlara əsasən onlara ayrılmış (əmlak payı) tikililərin nədən ibarət olması, ölçüsü və digər meyarları aydın olmamışdır. Əlavə olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 may 2025-i il tarixli, 3-21-3-60/2-1144/2025 nömrəli məktubundan da göründüyü kimi iddiaçıların hüquqmüəyyənedici sənəd qismində istinad etdiyi sözügedən aktlar barədə hər hansı məlumat mövcud deyil. Kollegiya həmçinin qeyd edir ki, həmin aktlar barədə məlumat mövcud olduğu təqdirdə belə, aktlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulan əsaslara daxil deyildir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işin halları ilə oxşar olan iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1069/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarında qeyd olunan aşağıdakı mövqeyə də diqqət yetirilməlidir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. İddiaçının mərhum əri X11 isə sözügedən torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməmişdir. Yəni, iddiaçının həmin torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş ilkin hüquqmüəyyənedici sənədləri mövcud deyildir. İddiaçı hüquqmüəyyənedici sənəd kimi mərhum ərinin adına verilmiş X16 İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli iclasının 08 saylı protokoluna istinad edir. Halbuki həmin iclasın protokolunun məzmunundan görünür ki, X14 Komissiyasının xx.xx.1997-ci il tarixli qərar ilə Siyəzən rayon Qalaşıxı qoyunçuluq yatağının və çoban evinin göstərilən qiymətə Qabil Ağayeva satılması barədə qərar qəbul edildiyi göstərilsə də, qoyunçuluq yatağının nədən ibarət olması, uzunun və eninin nə qədər olması, koordinatları və eyniləşdirmək üçün hər hansı digər bir məlumatın olması müəyyən olunmur və yatağın dəyərinin ödənilməsi ilə bağlı hər hansı bir sübut aşkar edilməmişdir. Beləliklə də, kollegiya hesab edir ki, iddiaçılar mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün zəruri hüquqmüəyyənedici sənədlərə sahib olmadığından, o cümlədən yuxarıda istinad olunan qərarda da qeyd olunduğu kimi mübahisəli əmlakın ölçüləri, koordinatları və eyniləşdirmək üçün hər hansı digər bir məlumat mövcud olmadığından tələbləri əsassız olmuşdur. Lakin birinci instansiya məhkəməsi iddiaçıların zəruri müvafiq hüquqmüəyyənedici sənədləri olmadığı halda, hüquq normasını düzgün tətbiq etməmiş, iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün X13 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-1 saylı iclas protokolu ilə təsdiq edilmiş, “Əmlakdan pay haqqının verilməsi” barədə 200, 201 və 203 nömrəli aktlarını əsas hesab etmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, sözügedən aktlar iddiaçıların həmin əmlak üzərində mülkiyyət hüququnun yaranması əsasını təşkil etmir. Bundan əlavə iddiaçıların iddia etdikləri tikililər iddiaçılardan birinin icarəsində olan qış otlaq sahəsində yerləşir ki, hazırkı iddianın təmini vahid əmlak prinsipinə də ziddiyət təşkil edir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçıların mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar və inzibati orqanın inzibati praktikasına uyğun olaraq aparılmalı olan əsaslar və ya qanunvericilikdən irəli gələn digər əsaslar mövcud deyil və cavabdeh inzibati orqan əsaslı olaraq iddiaçıların tələbinin təmin edilməsindən imtina etmişdir. Bu səbəbdən də kollegiya qeyd edir ki, müvafiq tikililər üzərində iddiaçıların mülkiyyət hüquqlarının mövcudluğu mötəbər sübutlarla təsdiqlənmədiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddianı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2-1(118)-97/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X13 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-1 saylı iclas protokolu ilə təsdiq edilmiş, Əmlakdan pay haqqının verilməsi barədə 200, 201 və 203 nömrəli aktlar əsasında iddiaçılara ayrılmış (əmlak payı) tikililər üzərində birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.