Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-185/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Boris oğlunun, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(118)- 827/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Komplesinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia qaldıraraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 26 oktyabr 2020-ci il tarixli qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" MMC məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs kimi fərdi sahibkarlıqla məşğul olur. Fəaliyyətinin əsasını restoran fəaliyyəti təşkil edir. Fərdi sahibkar kimi hüquqi ünvanı Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 3/57, mənzil 29-dur, lakin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Azadlıq prospekti, ev 181 ünvanında obyekt icarəyə götürmüş və restoran fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Restoranın adı “X6” olmuşdur. "xxxx" MMC-nin şikayəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində araşdırma aparılmış və sonuncu tərəfindən iddiaçı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü bəndini pozduğu üçün 4169 manat məbləğində cərimə olunmuşdur. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 26 oktyabr 2020-ci il tarixli qərarı əsassız və qanunsuzdur. Buna görə də, həmin qərar ləğv olunmalı və iddiaçıya yazılmış cərimə silinməlidir. Belə ki, qeyd olunan qərarda istinad olunmuşdur ki, iddiaçının Binəqədi rayonunda fəaliyyət göstərdiyi obyektin adında QAYMAQ əmtəə nişanından istifadə olunmuşdur. Halbuki, obyektin adı “X6”dır. İddiaçının obyektinin adı ilə "xxxx" MMC-yə məxsus “QAY-MAQ” və “QayMaq” əmtəə nişanı ilə quruluşu və görünüşü ilə qarışdırılacaq qədər oxşar deyildir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstəricisi bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. "xxxx" MMC müraciət edərək, “Qaymaq” sözünü “QAY-MAQ” və “QayMaq” kimi quruluşda əmtəə nişanı kimi sənədləşdirmiş və özününküləşdirmişdir. Yəni bu o deməkdir ki, "xxxx" MMC “QAY-MAQ” və “QayMaq” kimi quruluşda əmtəə nişanı alıbsa, heç kim qaymaq sözünün başqa formasında istifadə edə bilməz. Məhz ona görə də yuxarıda qeyd olunan Qanunun 25.1-ci maddəsində qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir kimi qeyd olunmuşdur. İddiaçı hesab edir ki, mübahisələndirdiyi qərar qəbul olunan zaman “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu təhrif olunmuşdur. Buna görə də, səhvən “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununa istinad olunmuşdur. İş materiallarına əlavə etdiyi şəkillərdən də görünür ki, obyektin reklam tablosunda QAYMAQ sözü TURAN sözündən 3 dəfə balacadır. Əmtəələrin eynicinsliyinin müəyyən edilməsində əmtəənin növü, əmtəənin təyinatı, əmtəənin satış şəraiti nəzərə alınır. Əmtəənin növünə onun hazırlandığı material və məmulatın xarici görünüşü daxildir. Məmulatların xarici görünüşlərində fərqlilik aşağıdakı kimidir. 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus əmtəə nişanı bir sözdən “Qaymaq” sözündən, iddiaçının fəaliyyət göstərdiyi obyektdə isə üç sözdən “X6” sözlərindən ibarətdir. 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Qaymaq yazıları və tərtibatı qəhvəyi rəngdən, iddiaçının fəaliyyət göstərdiyi obyektdə isə yazılar narıncı fonun üzərində ağ rəngdən ibarətdir. Əmtəənin təyinatına onun tətbiqi sahəsi və funksiyası aiddir, yəni həmin əmtəənin istehlakçılarının dairəsi. Əmtəənin təyinatını nəzərə almaqla onun eynicinsli geniş və ya az stehlak olma və istifadə müddəti faktorları əsasında müəyyən olunur. Əmtəələrin oxşarlıq dərəcəsi qiymətləndiriləndə geniş istehlaklı əmtəə üçün daha ciddi yanaşma tətbiq edilir. Geniş istehlaklı əmtəələrin alıcıları konkret növ əmtəələrlə və onların əmtəə nişanları ilə az qarışdırırlar ona görə də onların əmtəə nişanlarının qarışdırılması ehtimalı daha çoxdur. Geniş istehlakı olan əmtəələrə kosmetik və gigiyenik məmulatları, qida məhsulları, alkoqollu və tütün məmulatları, yanacağı və sairi aid etmək olar. Azmüddətli istifadə olunan və nisbətən qiyməti aşağı olan əmtəələrə alıcıların diqqəti azdır və qarışdırma təhlükəsi çoxalır. Əmtəələrin eynicinslik dərəcəsi onların nişanlanmasında istifadə olunan işarələrin oxşarlığının dərəcəsi ilə sıx bağlıdır. İşarələrin oxşarlığı çox olduqda onların qarışdırılması təhlükəliliyi də çox olur. Bu mübahisədə işarələrin oxşarlığı xarici görünüş baxımından heç də üst-üstə düşmür. Onu da qeyd edir ki, hər iki nişan eyni malın satışını xarakterizə və bununla əlaqəli xidmətləri əks etdirmir, yəni "xxxx" MMC “Qaymaq” əmtəə nişanı adı altında süd və süd məhsullarının istehsalı və satışı ilə məşğul olur. İddiaçı isə restoran fəaliyyəti ilə məşğul olur. Məhkəmənin nəzərinə çatdırır ki, ilkin olaraq "xxxx" firması 1997-ci il tarixdən fəaliyyət göstərib. 2019-cu il tarixdə bölünərək "xxxx" MMC və "xxxx" MMC kimi yenidən təşkil olunmuşdur. Buna görə də, həmin əmtəələr ayrı-ayrı malların satışının həyata keçirilməsi üçün istifadə olunur. Bu isə onların eyni növə, təyinata və satış şəraitinə aid olmamasını göstərir. Səsli əlamətlər “QAY-MAQ” əmtəə nişanındakı mətnin bir sözdən ibarət olması və hecalara ayrılaraq birinci hecadan sonra defis olması, əmtəə nişanında “QAY-MAQ” sözündə vurğunun sonuncu hecaya düşməsi; “X6” reklamındakı mətnin üç sözdən ibarət olması, sözlərin müxtəlif uzunluğa malik olması, “QAY-MAQ” sözündə cəmi 4 samitin, 2 saitin olması, “X6” sözündə cəmi 13 samitin, 9 saitin olması, fərqli fonetik tərkibə, sözlərin ayrı-ayrı kökə malik olması, vurğunun fərqli sözə düşməsi, hecaların miqdarının müxtəlif, kökün ayrı olması, yaxın səslərin və ahənglərin bir-birinə fərqli nisbətdə yerləşməsi, səslərin yaxınlıq dərəcəsinin tam olmaması, sözün uyğun olan hissələrinin xarakterinin müxtəlifliyi müqayisə olunan əmtəələrdə eyni deyildir. Nişanların ümumi görünüşünün oxşar təəssüratının olmaması, əsas elementlərin fərqliliyi müqayisə olunan əmtəələrin vizual cəhətdən oxşar olmamasını göstərir. Nişanda istifadə olunan yazının mənasının fərqli olması müqayisə olunan əmtəələrin məna (semantik) etibarı ilə də fərqli olmasını göstərir. Belə ki, “QAY-MAQ” süd məhsulu mənasını daşıyır, “X6” isə restoran fəaliyyəti sahəsinin olmasını göstərir. Müəyyən olunmuş əlamətlərə əsasən belə nəticəyə gəlmək olur ki, əmtəə nişanlarının dizaynı qarışdırılacaq qədər oxşar deyildir. Mübahisəli qərarda iddiaçının cəriməsi onunla əsaslandırılıb ki, 22.07.2020-ci il tarixdən 09.10.2020-ci il tarixə 4 faiz vergi çıxılmaqla 4169 manat gəlir əldə etmişdir. Bu hesablanma da düzgün getməmişdir. Məlumdur ki, gəlir təkcə vergilərin ödəniləndən sonra yerdə qalan məbləğ deyil. Çünki obyektin kommunal xərcləri, işçilərin (7 nəfər) əmək haqqları və sairə hesablanmamışdır. İddiaçı hesab edir ki, həmin qərar qanunsuz, əsassız və ədalətsiz, yəni prosessual pozuntularla tərtib olunmuş qərardır. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 15.09.2020-ci il tarixli 205 nömrəli müraciəti daxil olmuşdur. Müraciətdə "xxxx" MMC-yə məxsus “QAYMAQ” əmtəə nişanından Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 181 ünvanında yerləşən fiziki şəxs İddiaçı (VÖEN: **********) məxsus “X6” tərəfindən qeyri-qanuni istifadə edildiyi bildirilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 181 ünvanında yerləşən “QAYMAQ restaurant” tərəfindən “QAYMAQ” əmtəə nişanından qeyri-qanuni istifadə edilməsi barədə xidmətə "xxxx" MMC-nin 11.06.2020-ci il tarixli 134 nömrəli müraciəti daxil olmuşdur. Həmin müraciətdə qeyd olunan məsələlərin araşdırılması məqsədi ilə xidmət tərəfindən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə 13.07.2020-ci il tarixli AİBNDX-05/01-3/113 nömrəli məktub ünvanlanmışdır. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən müvafiq araşdırmalar aparılmış və görülmüş tədbirlər nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 181 ünvanında yerləşən restoran tərəfindən “QAYMAQ” əmtəə nişanından qeyri-qanuni istifadə etməklə yayımlanan reklamların yayımı dayandırılmışdır. Bu barədə xidmətin 07.09.2020-ci il tarixli AiВNDX-05/01-5/987 nömrəli məktubu ilə "xxxx" MMC-yə məlumat verilmişdir. "xxxx" MMC-nin xidmətə daxil olmuş 15.09.2020-ci il tarixli 205 nömrəli müraciətində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 181 ünvanında yerləşən restoranın giriş hissəsində yerləşdirilən reklam lövhələrində “X6” sözləri yazılmaqla yanaşı, həmçinin vətəndaşlara verilən ödəniş çeklərinin üzərində də “QAYMAQ” sözü yazılmaqla “QAYMAQ” əmtəə nişanından qeyriqanuni istifadə edildiyi bildirilmişdir. Həmin məktubla təqdim edilmiş materiallara əsasən qeyd olunan restoranın facebook.com və instagram.com sosial şəbəkələrdə də “QAYMAQ” əmtəə nişanından istifadə edildiyi müəyyən edilmişdir. Təqdim edilmiş məlumatlara əsasən “QayMaq” və “QAY-MAQ” əmtəə nişanları 43-cü sinif-restoran, iaşə, mehmanxana və onların reklamı üçün "xxxx" firmasının (indiki "xxxx" MMC) adına dövlət qeydiyyatına alınmışdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırma ehtimalı yaransa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab olunur. Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən digər bazar subyektinin əmtəə nişanından, coğrafi göstəricilərindən, firma adından, əmtəə markasından, həmçinin adından qanunsuz istifadə edilməsi haqsız rəqabət hesab edilir və bu hərəkətlərə yol verilmir. Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestr”indəki məlumatlara əsasən fiziki şəxs İddiaçı (VÖEN: **********) hüquqi ünvanı AZ5000, ünvan 7aliyyət göstərdiyi obyektin ünvanı isə AZ1054, ünvan 3eyd olunanları nəzərə alaraq, hüquqi ünvanı AZ5000, ünvan 4 isə AZ1054, ünvan 5iziki şəxs İddiaçı (VÖEN: **********) haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır, işə baxılması iclası 09.10.2020-ci il tarixinə təyin edilmiş, eyni zamanda fiziki şəxs İddiaçı zəruri sənəd və məlumatlar tələb edilmişdir. Komissiyanın qeyd olunan tarixə təyin edilmiş işəbaxılma iclasında fiziki şəxs İddiaçı səlahiyyətli nümayəndəsi X3 və “Xırman MMC-nin səlahiyyətli nümayəndəsi X4 iştirak etmişdirlər. Namiq Tarverdiyev iclasda çıxış edərək “X6” adlı obyektin üzərində yerləşdirilən “Qaymaq” sözünün sökülərək götürüldüyünü və bunu təsdiq edən fotogörüntüləri və qərarla tələb olunan bir sıra sənədləri təqdim edərək digər məlumatların təqdim olunması üçün müəyyən vaxt verilməsini xahiş etmişdir. Eyni zamanda "Qaymaq” sözünün “İnstagram” və “Facebook” səhifələrindən, menyudan və post terminal qəbzindən götürüldüyünü, sözügedən obyektin yeni fəaliyyətə başladığından “X6” yazılmış reklamın yerləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə icazə sənədinin alınması ilə əlaqədar müraciət edilmədiyini və həmin obyektin hal-hazırda fəaliyyət göstərmədiyini bildirmişdir. Komissiya qeyd olunanları və təqdim edilməmiş sənəd və məlumatların zəruriliyini nəzərə alaraq işə baxılmasını təxirə salaraq 23.10.2020-ci il tarixinə təyin etmişdir. Komissiyanın qeyd olunan tarixdə keçirilən iclasında fiziki şəxs İddiaçı səlahiyyətli nümayəndəsi X3 və "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X4 iştirak etmişdirlər. X3 iclasda çıxış edərək qeyd olunan obyektin 22.07.2020-ci il tarixdən fəaliyyətə başladığını, nəzarət-kassa aparatının quraşdırıldığını və 09.10.2020-ci il tarixində fəaliyyətinin dayandırıldığını bildirmişdir, iclasda müzakirələr aparılmış və “QAYMAQ” əmtəə nişanından istifadə olunduğu müddətdə fiziki şəxs İddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 181 ünvanında fəaliyyət göstərən restorandan əldə etdiyi gəlirlər və buna görə hesablanmış sadələşdirilmiş verginin məbləğinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Komissiya qeyd olunanları və iş vaxtının bitdiyini nəzərə alaraq iclasa fasilə verərək növbəti iş günü, yəni 26.10.2020-ci il tarixinə saat 16:00-a iclası təyin etmişdir. Komissiyanın qeyd olunan tarixdə keçirilən iclasında "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X4 iştirak etmişdir. Lakin fiziki şəxs İddiaçı və ya onun səlahiyyətli nümayəndəsi X3 iclasda iştirak etməmişdir. Məsələ ilə əlaqədar səlahiyyətli nümayəndə X3 tərəfindən xidmətə arayış təqdim edilsə də (daxilolma tarixi: 5/2021, 26.10.2020-ci il), iclasda iştirak etməməsinin səbəbi barədə komissiyaya hər hansı məlumat verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 2.7-ci bəndinə əsasən tərəflərdən hər hansı birinin öz nümayəndəsinin işə baxılmasında iştirakının uyğun sənədlərdə təsdiq olunmuş üzürlü səbəblərdən iclasa gəlmək imkanı olmadığı haqqında əsaslandırılmış vəsatəti daxil olduqda işə baxılması müddəti göstərilməklə təxirə salına bilər. Həmin Qaydaların 2.11-ci bəndinə əsasən isə işə mahiyyəti üzrə tərəflərin (onların nümayəndəsinin) iştirakı olmadan, yalnız həmin şəxslərə işə baxıldığı yer və vaxt haqqında vaxtında lazımi qaydada xəbər verildiyi haqqında məlumatlar olduğu və onların işin təxirə salınması barədə əsaslandırılmış vəsatət təqdim etmədiyi hallarda baxıla bilər. Fiziki şəxs İddiaçı və ya onun səlahiyyətli nümayəndəsinin iclasda iştirak etməməsinin üzürlü səbəbləri barədə hər hansı vəsatətin daxil olmadığını, fiziki şəxs İddiaçı səlahiyyətli nümayəndəsi X2 və "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X4na iclasın keçirilməsi barədə dəqiq məlumatın verildiyini nəzərə alaraq komissiya fiziki şəxs İddiaçı və ya onun səlahiyyətli nümayəndəsi X1 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəuyğun hesab etmişdir. Təqdim olunmuş arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Azadlıq prospekti, ev 181 ünvanında yerləşən obyektdə kassa nəzarət aparatı 22.07.2020-ci il tarixindən quraşdırılmış, lakin həmin tarixdən 01.09.2020-ci il tarixinədək satış olmamışdır. Satış 01.09.2020-ci il tarixindən 30.09.2020-ci il tarixi də daxil olmaqla kassa nəzarət çeklərinin yekun məbləği 3298,29 manat, post terminal qəbzləri üzrə olan məbləğ isə 976,71 manat təşkil etmişdir. 3-cü rüb üzrə yekun məbləğ 4275 manat təşkil etmişdir və bu məbləğin 4%-i, yəni 171 manat vergiyə ödənilmişdir. 01.10.2020-ci il tarixindən 09.10.2020-ci il tarixi də daxil olmaqla olan dövr üçün isə kassa nəzarət çeklərinin yekunu 68,02 manat, post terminal 0 manat olmuşdur. 4-cü rüb üzrə hesablanmış 68,2 manat məbləğin 4%-i, yəni 2,72 manat vergiyə ödəniləcəkdir. Ümumilikdə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Azadlıq prospekti, ev 181 ünvanında yerləşən “Turan restoran”ının 22.07.2020-ci il tarixindən 09.10.2020-ci il tarixinə qədər ümumi dövriyyəsi 4343,02 manat təşkil edir. Həmin məbləğin 4%-i, yəni 174 manat sadələşdirilmiş vergi hesablanmışdır. Həmçinin qeyd edilmişdir ki, post terminal qəbzləri üzrə olan yekun məbləğ, yəni 976,71 manal kassa nəzarət aparatında qeydiyyata alınmamışdır. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutur. Həmin Qanunun 4-cü maddəsinin dördüncü abzasına əsasən eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi rəqibin təsərrüfat fəaliyyətini təqlid hesab edilir və bu hərəkətlərə yol verilmir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bazar subyektlərinə bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə - haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergilər çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə - iki misli həcmində maliyyə sanksiyaları tətbiq edilir. Komissiya işin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, habelə təqdim edilmiş sənəd və məlumatları tam və obyektiv araşdıraraq hüquqi ünvanı AZ5000, Sumqayıt şəhəri, 5 mkr., ev 3/57, mənzil 29 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) tərəfindən AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Azadlıq prospekti, ev 181 ünvanında yerləşən obyektdə “QAYMAQ” əmtəə nişanından 22.07.2020-ci il tarixdən 09.10.2020-ci il tarixə olan dövr ərzində qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərini pozmaqla rəqibin təsərrüfat fəaliyyətini təqlid etməklə haqsız rəqabətə yol verildiyini müəyyən etmişdir. Eyni zamanda Komissiya fiziki şəxs İddiaçı 22.07.2020-ci il tarixdən 09.10.2020ci il tarixə olan dövr ərzində “QAYMAQ” əmtəə nişanından istifadə etməklə göstərilən xidmətlərdən sadələşdirilmiş vergi (4 (dörd) faiz) 174 manat) çıxılmaqla) 4169,0 manat (dörd min yüz altmış doqquz manat) gəlir əldə etdiyini müəyyən etmişdir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər, qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər, habelə qeyd olunan Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.3 və 3.0.6-cı bəndlərinə əsasən, qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin (bundan sonratəsərrüfat subyektləri) və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə mahiyyətlərinə aid edilmiş, habelə antiinhisar qanunvericiliyinin pozulması və sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması haqqında işlərə baxmaq, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması və aradan qaldırılması, bazarda ilkin vəziyyətin bərpa edilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(118)-827/2021 saylı qərarı iddia təmin edilməmişdir. (hakim İsmayıl Quliyev) Qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı əsaslandıran zaman qeyd edir ki, iddiaçı tərəfindən QAYMAQ əmtəə nişanından istifadə olunması müəyyən olunur. Hazırkı qərarın əsassızlığı elə bu yanaşmadan başlayır. Bu tipli işlərə baxan zaman əmtəə nişanının yazılış formasına xüsusi qiymət vermək lazımdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi "xxxx" MMC-nin istifadəsində olan qaymaq sözü yalnız “QayMaq” və “QAY-MAQ” formalarında əmtəə nişanı kimi tanınmış və dövlət tərəfindən lisenziya verilmişdir. Hazırkı mübahisə üzrə isə iddiaçı QAYMAQ kimi istifadə etmişdir. Yəni görünən odur ki, iddiaçı qaymaq sözünün “QAYMAQ” kimi yazılışından istifadə etməklə heç kimin əmtəə nişanından istifadə etmiş kimi sayılmır. Belə olan halda cavabdehin mübahisə predmeti olan qərarı qəbul etməsi qanunsuzdur və həmin qərarın məhkəmə tərəfindən ləğv olunmaması ikinci qanunsuzluqdur. Bundan başqa mübahisə predmeti olan cavabdehin qəbul etdiyi qərarda onun gəlirləri düzgün hesablanmamışdır. Yəni vergi orqanının verdiyi cavabla kifayətlənmişdir. Hətta əfsuslar olsun ki, məhkəmə də bu iddia üzrə həmin qərarın əsaslılığını araşdırarkən cavabdehlə eyni nəticəyə gələrək kifayətlənib. Halbuki, o, həmin obyekti icarəyə götürüb işlədirdi, həmçinin işçilərə ödədiyi əmək haqqı və kommunal xərclər nəzərə alınmamışdır. Belə ki, apellyasiya şikayətinə əlavə etdiyi icarə müqaviləsindən söründüyü kimi sözügedən obyekti 11 iyun 2020-ci il tarixdə ayda 1500 manat olmaqla icarəyə götürmüşdür. Bundan başqa həmin obyektdə 19 nəfər işçi işləmişdir. Bundan başqa həmin obyektin işıq, su və qaz pulu da tərəfindən ödənilmişdir. Görünən odur ki, o, həmin obyekti işlədərkən ziyanla işlətmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil Boris oğlu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasın Qanununun 1-ci maddəsinə əsasən, əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Həmin Qanunun 25-ci maddəsinə əsasən, əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 №-li Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü bəndinə əsasən, bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Həmin Qaydaların 29.6-cı bəndinə əsasən, sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması: 29.6.1. sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. 29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. (bənd 29.9.1) Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. (29.9.2) “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir. İnzibati icraat zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək, "xxxx" MMC-yə məxsus “QAYMAQ” əmtəə nişanından Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 181 ünvanında yerləşən fiziki şəxs İddiaçı məxsus “X6” tərəfindən qeyri-qanuni istifadə edildiyini bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müraciəti əsasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən araşdırmalar aparılmış və Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 181 ünvanında yerləşən restoran tərəfindən “QAYMAQ” əmtəə nişanından qeyriqanuni istifadə etməklə yayımlanan reklamların yayımı dayandırılmışdır. Araşdırma nəticəsində həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 181 ünvanında yerləşən restoranın giriş hissəsində yerləşdirilən reklam lövhələrində “X6” sözləri yazılmaqla yanaşı, həmçinin vətəndaşlara verilən ödəniş çeklərinin üzərində də “QAYMAQ” sözü yazılmışdır. Qeyd olunan restoranın facebook.com və instagram.com sosial şəbəkələrdə də “QAYMAQ” əmtəə nişanından istifadə edildiyi müəyyən edilmişdir. Təqdim edilmiş məlumatlara əsasən “QayMaq” və “QAY-MAQ” əmtəə nişanları 43- cü sinif-restoran, iaşə, mehmanxana və onların reklamı üçün "xxxx" firmasının (indiki "xxxx" MMC) adına dövlət qeydiyyatına alınmışdır. Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestr”indəki məlumatlara əsasən fiziki şəxs İddiaçı hüquqi ünvanı ünvan 7aliyyət göstərdiyi obyektin ünvanı isə AZ1054, ünvan 3eyd olunanları nəzərə alaraq fiziki şəxs İddiaçı haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır, işə baxılması iclası 09.10.2020-ci il tarixinə təyin edilmiş, eyni zamanda fiziki şəxs İddiaçı zəruri sənəd və məlumatlar tələb edilmişdir. Komissiyanın qeyd olunan tarixə təyin edilmiş işə baxılma iclasında fiziki şəxs İddiaçı səlahiyyətli nümayəndəsi X3 və "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X4 iştirak etmişdir. Namiq Tarverdiyev iclasda çıxış edərək “X6” adlı obyektin üzərində yerləşdirilən “Qaymaq” sözünün sökülərək götürüldüyünü və bunu təsdiq edən fotogörüntüləri və qərarla tələb olunan bir sıra sənədləri təqdim edərək digər məlumatların təqdim olunması üçün müəyyən vaxt verilməsini xahiş etmişdir. Eyni zamanda “Qaymaq” sözünün “İnstagram” və “Facebook” səhifələrindən, menyudan və post terminal qəbzindən götürüldüyünü, sözügedən obyekt yeni fəaliyyətə başladığından “X6” yazılmış reklamın yerləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə icazə sənədinin alınması ilə əlaqədar müraciət edilmədiyini və həmin obyektin hal-hazırda fəaliyyət göstərmədiyini bildirmişdir. İşdən görünür ki, “QayMaq” və “QAY-MAQ” əmtəə nişanları 43-cü sinif-restoran, iaşə, mehmanxana və onların reklamı üçün "xxxx" MMC-nin adına dövlət qeydiyyatına alınmışdır. Yuxarıda sadalanan normalardan isə görünür ki, əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir. İddiaçı isə ona məxsus restoranda quraşdırılmış lövhələrdə, restoranın adına açılmış sosial şəbəkələrdə, ödəniş qəbzlərində "xxxx" MMC-yə məxsus əmtəə nişanından istifadə etmişdir. Hazırkı iş üzrə mübahisələndirilən qərarın qəbul edilməsinə də əsas yalnız restoranın adında “Qaymaq” adından istifadə edilməsi yox, eyni zamanda vətəndaşlara verilən ödəniş çeklərinin üzərində də “QAYMAQ” sözü yazılmaqla və sosial şəbəkələrdə reklam xaraktrerli “QAYMAQ” əmtəə nişanından qeyri-qanuni istifadə edilməsi olmuşdur. Bundan başqa, inzibati icraat zamanı iddiaçının nümayəndəsi qeyd edilən halları etiraf etmişdir. Komissiyanın iclasında İddiaçı səlahiyyətli nümayəndəsi X3 “X6” adlı obyektin üzərində yerləşdirilən “Qaymaq” sözünün sökülərək götürüldüyünü, "Qaymaq” sözünün “İnstagram” və “Facebook” səhifələrindən, menyudan və post terminal qəbzindən götürüldüyünü, sözügedən obyektin yeni fəaliyyətə başladığından “X6” yazılmış reklamın yerləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə icazə sənədinin alınması ilə əlaqədar müraciət edilmədiyini və həmin obyektin hal-hazırda fəaliyyət göstərmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, iddiaçının “X6” adı ilə fəaliyyət göstərdiyini bildirdiyi obyektin üzərində daha əvvəl “Qaymaq Restaurant” yazısı olan lövhələr quraşdırılmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, “QayMaq” və “QAY-MAQ” əmtəə nişanları 43-cü sinif - restoran, iaşə, mehmanxana və onların reklamı üçün "xxxx" firmasının (indiki "xxxx" MMC) adına dövlət qeydiyyatına alındığından, əmtəə nişanının əhatə etdiyi xidmət üçün eyni əmtəə nişanından iddiaçı tərəfindən istifadə edildiyindən və nişan sahininin ondan istifadəyə dair müstəsna hüququ olduğundan iddiaçı “Qaymaq” əmtəə nişanından istifadə etməklə nişan sahibinin hüququnu pozmuşdur. Apellyasiya şikayətinin iddiaçının gəlirlərinin düzgün hesablanmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraatla bağlı iş materiallarının surətindən və həmin icraatda iştirak etmiş İddiaçı səlahiyyətli nümayəndəsi X1 təqdim etdiyi 26.10.2020-ci il tarixli arayışdan göründüyü kimi fiziki şəxs İddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Azadlıq prospekti, ev 181 ünvanında yerləşən obyektdə “QAYMAQ” əmtəə nişanından 22.07.2020-ci il tarixdən 09.10.2020-ci il tarixə olan dövr ərzində istifadə etməklə göstərilən xidmətlər üzrə ümumi dövriyyəsi 4343,02 manat təşkil etmiş, həmin məbləğə sadələşdirilmiş vergi üzrə 174 manat vergi hesablandığı göstərilmişdir. Sadələşdirilmiş vergi ödəyicisi olan iddiaçı tərəfin 4169,0 manat (4343,02-174) gəlir əldə etməsi bu məlumatlara əsasən müəyyən edilmişdir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə - haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə iki misli həcmində maliyyə sanksiyaları tətbiq edilir... Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(118)-827/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-185/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-185/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver