Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-187/2023 23.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2288/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya məxsus AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək SSRİ Silahlı Qüvvlərində zabit kimi xidmət etmişdir.
3. EB № 265380 seriyalı diplomun surətindən görünür ki, İddiaçı 1973-1979-cu illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun “hidromeliorasiya” ixtisası üzrə tam kursunu bitirmişdir.
4. İddiaçıya məxsus xx.xx.1972-ci ildə açılmış əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1972-xx.xx.1973-cü illərdə Quba rayon Əzizbəyov adına sovxozda, xx.xx.1974xx.xx.1975-ci illərdə Təmir Tikinti İdarəsində, xx.xx.1975-ci ildə Nərimanov rayon X13 nəzdində gözətçi işinə qəbul olunmuşdur.
5. İddiaçıya məxsus xx.xx.1979-cu ildə açılmış əmək kitabçasından görünür ki,İddiaçı xx.xx.1979-xx.xx.1979-cu illərdə və xx.xx.1981-xx.xx.1985-ci illərdə Quba - X7 idarəsində mühəndis-hidrotexnik, xx.xx.1985-xx.xx.1988-ci illərdə X2 Dəstəsində prorab, xx.xx.1989-xx.xx.1989-cu illərdə Su Təsərrüfatı Nazirliyinin Quba rayon İdarəsində xx.xx.1989-xx.xx.1989-cu illərdə 12 saylı Mexanikləşdirmə Dəstədə, xx.xx.1989xx.xx.1990-cı illərdə “Təbriz İnşşat” Kooperativində iş icraçısı, xx.xx.1990-xx.xx.1990-cı illərdə Quba rayon 3 saylı Yol Tikinti İdarəsində, xx.xx.1990-xx.xx.1990-cı illərdə Quba rayon Yol Tikinti İdarəsində, xx.xx.1990-xx.xx.1996-cı illərdə “Azəriqaztəchizat” İB–də, xx.xx.1996-xx.xx.2000-ci illərdə 40 nömrəli Təmir Tikitni Quraşdırma İdarəsində, xx.xx.2000-xx.xx.2001-ci illərdə Quba 6 saylı Yol Tikinti İdarəsində fəhlə işləmişdir.
6. Azərbaycan Memarlıq Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixli 114 u/p saylı əmrlə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Hidromeliorasiya” fakültəsinin əyani şöbəsinə qəbul olmuşdur (qr.363a), xx.xx.1975-ci il tarixli 92 u/p saylı əmrlə təkrar (əyani) kursda qalmışdır (qr.364a), xx.xx.1979-cü il, 82u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Hidromeliorasiya” fakültəsinin əyani şöbəsinin “Hidromeliorasiya” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının qərarına əsasən ona “Hidrotexnikamühəndisi” ixtisası verilmişdir.
7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən verilmiş 31/546 nömrəli, xx.xx.2022-ci il tarixli məktuba əsasən, İddiaçı xx.xx.1973-cü il, 114 u/p saylı əmrlə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Hİdromeliorasiya" fakültəsinin əyani şöbəsinə qəbul olmuş, xx.xx.1979-cü il, 82 u/p saylı əmrlə Azərbaycan Politexnik İnstitutunun “Hİdromeliorasiya” fakültəsinin əyani şöbəsinin “Hİdromeliorasiya” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət imtahan Komissiyasının qərarına əsasən ona “Hidrotexnika-mühəndisi” ixtisası verilmişdir (Diplom EB № 265380, qeydiyyat № 812).
8. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh “yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunması haqqında” xx.xx.2022-ci il tarixli, **********5 saylı məktubda “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə istinad etməklə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, təqdim edilən xx.xx.1972-ci il tarixində tərtib edilmiş və xx.xx.1979-cu il tarixində tərtib edilmiş əmək kitabçasına və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin arayışına əsasən onun sığorta stajı (xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 23 il 2 ay 10 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq iddiaçıya təhsilinin əyani olması haqqında arayışı Quba regional “ASAN xidmət” mərkəzinə və ya 1 saylı Quba-Xaçmaz regional filialına təqdim etdikdən sonra yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilməsi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 sentyabr 1972-ci il tarixdən 01 mart 2001-ci il tarixə kimi işlədiyi, hərbi xidmədtə olduğu və təhsil aldığı dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 1973-1979-cu illərdə təhsil aldığı dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
11. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1955-ci ildə anadan olmuş, əmək fəaliyyətinə 21 sentyabr 1972-ci Quba rayonu Əzizbəyov adına sovxozda fəhlə kimi başlamışdır. 27 avqust 1973-cü ildə təhsil almağa getdiyi üçün işdən çıxmış, 03 iyul 1974-cü ildə Təmir Tikinti İdarəsində işə qəbul olunmuşdur. 01 avqust 1979-cu ildə X1 İdarəsinə mühəndis texnik vəzifəsinə qəbul olunmuşdur. Bundan sonra hərbi xidmət yaşının çatması ilə əlaqədar hərbi xidmətə çağırılmışdır. xx.xx.1979-cu ildən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra əvvəlki işinə bərpa olunaraq 2001-ci ilə kimi “Təbriz İnşaat” Kooperativində, 3 nömrəli Avtomobil yollarının tikintisi və istismarı idarəsində, 40 nömrəli Tikinti Quraşdırma İdarəsində, Quba 6 saylı Yol Tikintisi İdarəsində işləmişdir. Əmək pensiyasını almaq üçün yaş həddinə çatdığından cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdehin 20 may 2022-ci il tarixli **********5 saylı məktubu olə ona imtina cavabı verilmişdir.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
12. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı 29 aprel 2022-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi filialda aidiyyəti üzrə baxılmış və qaunvericiliyin yuxarıda sadalanan tələbləri baxımdan iddiaçının ərizəsinin təmin edilməsi mümkün olmamışdır.Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1972-ci və xx.xx.1979-cu il tarixdə tərtib edilmiş əmək kitabçaları və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin arayışına əsasən iddiaçının sığorta stajı 23 il 2 ay 10 gün təşkil edərək, qanunvericiliklə tələb edilən 25 ildən az olduğundan müvafiq pensiya təyinatına imkan verməmişdir.Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin iddiaçıya əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinin müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilməsi bildirilmişdir.Əlavə olaraq iddiaçıya təhsilinin əyani olması haqqında arayışı Quba regional “ASAN xidmət” mərkəzinə və ya 1 saylı Quba-Xaçmaz regional filialına təqdim etdikdən sonra yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilməsi barədə məlumat verilsə də, iddiaçı tərəfindən müvafiq arayış cavabdeh inzibati orqana təqdim edilməmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
13. Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2288/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təhsil dövrü nəzərə alındıqda onun yaşa görə əmək pensiyası hüququ verən 25 illik sosil sığorta stajı tamamlanmış olur.
15. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. İddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılan apellyasiya şikayətində göstərilir ki, iddiaçıya təhsilinin əyani olması haqqında arayışı Quba regional “ASAN xidmət” mərkəzinə və ya 1 saylı Quba-Xaçmaz regional filialına təqdim etdikdən sonra yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilməsi barədə məlumat verilsə də, iddiaçı tərəfindən müvafiq arayış savabdeh orqana təqdim edilməmişdir. Birinci instansiya məhkəməsindəki icraat zamanı əldə edilmiş Azərbaycan memarlıq və İnşaat Universitetinin xx.xx.2022-ci il tarixli 31/556 saylı, Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli arayışlarının məzmunlarına əsasən İddiaçı xx.xx.1973-cü il tarixli 114 u/p saylı əmrlə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Hidromeliorasiya” fakultəsinin əyani şöbəsinə qəbul edilmiş, xx.xx.1975-ci il tarixli 92 u/p saylı əmrlə təkrar (əyani) kursda qalmış və xx.xx.1979-cu il tgarixli 82 u/p saylı əmrlə azərbaycan X5 “Hidromeliorasiya” ixtisası üzrə tam kursu bitirmiş və dövlət İmtahan Komissiyasının qərarına əsasən ona “Hidrotexnika-mühəndisi” ixtisası verilmişdir. Məhkəmə qeyd olunan arayışlar əsasında iddianı təmin etmiş, həmin arayışların inzibati icraat zamanı cavabdehə təqdim edilmədiyini (iddiaçıya ünvanlanmış məktubda qeyd olunmasına baxmayaraq) nəzərə almamışdır. Bildirmişlər ki, qeyd olunan arayış nəzərə alınmaqla iddiaçının yaşa görə əmək pensiyası hüququna cavabdeh tərəfindən yenidən baxılmış, lakin əmək kitabçasının yazılışında uyğunsuzluq aşkar edildiyindən (xx.xx.1996-xx.xx.2000-ci illər rus dilində yazıldığından) cavabdeh Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialını xx.xx.2022-ci il tarixli **********6 qərarı ilə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir (xx.xx.2022-ci il tarixli qərarı surəti əlavə edilir). Belə ki, İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 131 nömrəli arayışına əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək 1 il 5 ay 5 gün hərbi xidmət dövrü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin xx.xx.2022-ci il tarixli 31/556 nömrəli arayışına əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək 4 il 9 ay 29 gün təhsil aldığı dövr, əmək kitabçasının surətinə əsasən xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990cı il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək 17 il 2 ay 20 gün əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 23 il 5 ay 24 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Beləliklə, təhsil və hərbi xidmət dövrü də daxil olmaqla İddiaçı təsdiqini tapan ümumi sosial sığorta stajı 23 il 5 ay 24 gün təşkil edir. Bildirilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrü ilə bağlı qeydlər rus dilində aparıldığı üçün həmin dövrlərin mötəbərliliyinə əsaslı şübhələr yaranmışdır. Halbuki “İşçilərin əmək kitabşasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarının 3.1-ci yarımbəndinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Həmçinin iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək 4 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində (40№li Təmir-Tikinti Quraşdırma İdarəsi) işləməsi faktının qarşılıqlı yoxlanılması 40№li Təmir- Tikinti Quraşdırma İdarəsinin sənədləri X10 filialına təhvil verilmədiyindən mümkün olmamışdır (xx.xx.2022-ci il tarixli aktın surəti əlavə edilir). Qeyd olunan səbəblərdən həmin dövrlərin onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
21. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
22. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ....Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır.
23. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
24. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
25. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
26. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, hazırki mübahisənin predmeti iddiaçının 1973-1979-cu illərdə təhsil aldığı dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh üzərinə qoyulması barədə olsa da, cavabdehin apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh artıq həmin müddəti mübahisələndirmir və hətta bu dövrləri də iddiaçının pensiya təminatı verən sığorta stajına daxil edilməklə yenidən ona əmək pensiyası təyin edilməsi məsələsinə baxılmış, lakin bu zaman iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək 4 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində əmək fəaliyyəti dövrü ilə ilə bağlı qeydlərin rus dilində aparıldığı üçün həmin dövrlərin mötəbərliliyinə əsaslı şübhələr yaranmasına və 40№li Təmir-Tikinti Quraşdırma İdarəsinin sənədlərinin X10 filialına təhvil verilməməsi səbəbindən onun işləməsi faktının qarşılıqlı yoxlanılmasının mümkün olmaması ilə əsaslandırmışdır.
30. Beləliklə cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda iddiaçının təhsil aldığı dövrləri onun stajına hesablamamaqla iddiaçının sığorta stajının 23 il 2 ay 10 gün olduğunu bildirmiş, hazırda isə şikayətdə mübahisələndirilən dövrlər nəzərə alınmamaqla sığorta stajının 23 il 5 ay 24 gün olmasına istinad etməklə onun tələb olunan 25 il sığorta stajı olmadığından pensiya təyin olunmasını bildirir.
31. Kollegiya cavabdehin qeyd edilən dəlillərini əsassız hesab edərək bildirir ki, iddiaçı əmək stajını təsdiq edən sübut kimi, məhz hazırda mübahisələndirilən xx.xx.1996xx.xx.2000-ci il tarixləri əhatə edən əmək fəaliyyəti qeyd edilmiş xx.xx.1979-cu ildə açılmış əmək kitabçasını cavabdeh inzibati orqana təqdim etmiş, cavabdeh ilkin imtinasında həmin dövrləri mübahisələmdirməyərək staj kimi nəzərə almışdır. Eyni zamanda birinci instansiya məhkəməsində icraat zamanı da qeyd edilən dövrlər mübahisələndirməmişdir.
32. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın hazırkı iş üzrə iddiaçıya pensiya təyin edilməsindən imtinası və həmin imtinanı qanunsuz hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da digər əsaslarla qərarı mübahisələndirməkdə özünü göstərən davranışını hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri, habelə inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı tətbiq olunmalı olan qanunçuluq, etimad hüququnun qorunması, formal tələblərdən sui-istifadənin və hüququn tətbiqindən imtinanın qadağan olunması kimi prinsiplərinə zidd hesab etməklə yanaşı İPM-nin 12.1 və 82-ci maddələrinin tələbləri baxımından apellyasiya şikayətinin qeyd edilən dəlillərini araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olmaqla birinci instaniya məhkəməsinin qərarının ləğv edilməsinə səbəb ola bilməz.
33. Belə ki, iddiaçıya məxsus notarial qaydada təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş həmin əmək kitabçasının mötəbərliyi, hətta mübahisələndirilən dövrlərin rus dilində qeyd olunması baxımından belə hər-hansı ciddi şübhə doğurmur (tərtib edildiyi dövrlər və aparılmış qeydlərin dəqiqliyi, kiril əlifbası ilə yazılması və müvafiq dövrlərə uyğun möhürlərlə təsdiq olunması baxımından). Hazırkı qərarın 21-25-ci bəndlərində istinad edilmiş qanunvericiliyin müddəaları, eləcə oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış təcrübəsinə görə, kifayət qədər mötəbər və ciddi sübutlarla dəstəklənən əks hal müəyyən olunmayıbsa, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il tarixədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hazırkı işdə də iddiaçı məhz əmək kitabçasındakı müvafiq qeydə istinad etməklə xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək 4 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində işlədiyini bildirmiş, cavabdeh kifayət qədər mötəbər və ciddi sübutlara əsaslanmaqla əks halı, yəni iddiaçının həmin dövrlərdə işləməməsini sübuta yetirə bilməmiş, yalnız müəssisənin sənədlərinin dövlət arxiv idarəsində aşkar edilməməsinə istinad etmişdir. “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad edilən 19.1-ci maddəsinin tələblərinə əsasən isə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
34. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar iddiaçının əmək kitabçasındakı qeydlərin şübhə altına alınması üçün yetərli əsas ola bilməz və əmək kitabçasındakı qeydlərin rus dilində aparılması, iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
35. Kollegiya cavabdehin hazırkı və oxşar işlər üzrə əmək pensiyası hüququ olan şəxslərin sığorta stajının hesablanmasına formal yanaşması və “İnzibati icraat haqqında” qanunun tələblərini pozmaqla qanunvericiliyin tələblərini pensiya təminatını həyata keçirməli olan inzibati orqanın mənafeyinə uyğun olaraq görməzdən gəlməsi və yalnış tətbiq edilməsi ilə bağlı praktikasının vətəndaşların konstitusion pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələndiyindən yolverilməz olduğunu qeyd edir.
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2288/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.