Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-188/2024 10.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X6 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs X16 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X18 ünvan 1i ərazisində yerləşən torpaq sahəsində birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla 5 mərtəbəli yaşayış binasının tikintisinə AR Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 nömrəli qərarının tələblərinin pozulması ilə icazə verilməsinə dair Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2-1(118)-27/2023 nömrəli qərarından üçüncü şəxs X26 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ ünvan 1i ünvanında yerləşən 0.1808 ha torpaq sahəsi İddiaçı Süleyman oğlunun xüsusi mülkiyyətindədir. (Reyestr nömrəsi **********68, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) Cavabdeh Başçının 17 aprel 2015-ci il tarixli 131 saylı Sərəncamı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX Seriyalı, ******* saylı çıxarışla X18 məxsus Masazır kəndində yerləşən 0.04 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında birinci mərtəbəsi qeyri-yaşayış obyekti olmaqla beş mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Sərəncamın təsdiq edilmiş surəti Abşeron rayon Dövlət Arxivinin 30 dekabr 2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “X18 ünvan 1i ərazisində yerləşən torpaq sahəsində birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla 5 mərtəbəli yaşayış binasının tikintisinə AR Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 nömrəli qərarının tələblərinin pozulması ilə icazə verilməsinə dair Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamının ləğv edilməsinə" dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* saylı Çıxarışdan göründüyü kimi, ünvan 1ində yerləşən, 0.1808 hektardan ibarət olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Lakin iddiaçının xəbəri olmadan həmin torpaq sahəsinin sərhədində yerləşən və xüsusi mülkiyyət hüququ ilə X18 məxsus olan, 0.04 hektardan ibarət torpaq sahəsinin iddiaçının əmlakına bitişik hissəsində çoxmərtəbəli bina inşa olunmağa başlanılmışdır. Bununla da iddiaçının mülkiyyət hüquqlarına qanunsuz müdaxilə olunmuş, xüsusi mülkiyyətində olan əmlakdan AR Mülki Məcəlləsinin 152-ci maddəsinə uyğun olaraq istədiyi kimi, sərbəst və maneəsiz istifadə etməyinə, həmin əmlakın indiki vəziyyətinə, yenidən layihələndirilməsinə, eləcə də gələcək tikinti işlərinə və digər işgüzar planlarına ciddi əngəllər törədilmişdir. Bütün bu qeyd edilənlər barədə tərəfindən həm Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həm də hazırkı iş üzrə Cavabdehnə müraciət edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, 76 saylı cavab məktubunda göstərilmişdir ki, “...torpaq sahəsi üzərində istifadə, icarə və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasına dair çıxarışı 4 saylı Abşeron ərazi idarəsinə təqdim etdikdən sonra Sizin torpağın sərhədləri müəyyənləşə bilər ”. Cavab məktubunun mətnindən göründüyü kimi, tələbindən hansı əsaslarla imtina edildiyi barədə məktubda heç bir dəqiq qeyd yoxdur. Ümumiyyətlə imtina edilib-edilmədiyi də dəqiq məlum deyil. Eyni zamanda cavabla iddiaçının tələbi arasında hər hansı bir əlaqə də mövcud deyil. Həmçinin məktubda qeyd edilənlərin əksinə tərəflərindən çıxarış və bütün digər sənədlər cavabdeh təşkilata təqdim edilmişdir. Ona görə də cavabdehin bu cavabı və müraciəti təmin etməkdən imtina etməsi hüquqlarını pozmuşdur. Cavabdeh tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı qeyd edir ki, Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamı ilə X18 birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla beş mərtəbəli yaşayış binasının tikintisinə icazə, xx.xx.2018-ci il tarixdə isə tikinti işlərinin başlanması üçün əsas olan 015 saylı xüsusi nişan verilmişdir. Hesab edir ki, X18 iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə bitişik şəkildə çox mərtəbəli yaşayış binasının tikilməsinə icazə verilməsi aşağıda göstərilən səbəblərdən tamamilə qanunsuz və əsassızdır. Belə ki, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 4.3-cü maddəsinə, AR Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanının 4.3-cü bəndinə və AR Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma və tikinti fəaliyyəti, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, qeyd edilən qanunvericilik normalarına əsasən, tikintiyə icazə verilməsi barədəki sərəncamın verildiyi vaxt şəhərsalma və tikinti fəaliyyəti prosesində tikintiyə icazə verilməsi və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirmək səlahiyyəti Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məxsus olmuşdur. Lakin bu açıq və imperativ qanun normalarına baxmayaraq, Cavabdeh qanunsuz olaraq qeyd edilən icazəni vermişdir. Bundan başqa, qeyd edilməlidir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə onun əhatəsində inşa edilməyə başlanılmış çoxmərtəbəli tikilinin ara məsafəsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydalara tamamilə zidd müəyyən edilmişdir. Belə ki, müvafiq qanunvericiliyin tələblərinə zidd şəkildə tikinti iddiaçıya məxsus torpaq sahəsinin son sərhədlərinə qədər aparılmış, arada heç bir məsafə qoyulmamış, bəzi hissələrdə isə onun torpaq sahəsində də tikinti işləri aparılaraq əmlakına qanunsuz müdaxilə olunmuşdur. Tikintisi aparılan yaşayış binasının 5 mərtəbədən ibarət olacağı nəzərə alınarsa, bu, müvafiq sərəncamı verən icra hakimiyyəti orqanı, o cümlədən tikintini aparan şəxs tərəfindən müvafiq qanunvericiliyin tələblərinə əməl olunmadığını, əksinə qanunun tələblərinin onlar tərəfindən kobud şəkildə pozulduğunu təsdiq edir. Nəticədə onlar tərəfindən qanun pozulması ilə yanaşı, təhlükəsizlik qaydalarına da əməl edilməmişdir. Hansı ki, mövcud qanunverciliyin tələblərinə əsasən aparılan tikili ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsi arasında təqribən 10 metrə qədər məsafə saxlanılmalı idi. İddiaçı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu, 71.1-ci, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”a istinad edərək qeyd edir ki, Cavabdeh tərəfindən qanunvericiliyin imperativ normalarının tələblərinə əməl olunmadan mövcud sərəncamın verilməsi, kobud qanun pozuntusu ilə yanaşı, yuxarıda qeyd edildiyi kimi, iddiaçının əmlakının həm indiki vəziyyətinə, həm də yenidən layihələndirilməsinə, eləcə də gələcək tikinti işlərinə və işgüzar planlarına ciddi şəkildə maneə törədir, bununla da AR Konstitusiyası və digər qanunvericilik aktları ilə müəyyən edilmiş hər kəsin öz mülkiyyətindən maneəsiz istifadə etmə hüququna malik olma hüququnu pozur. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X26, xx.xx.2021- ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətinə aid olan məsələ ilə bağlı səlahiyyətini aşaraq qanunsuz qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Komitə şəhərsalma və tikinti fəaliyyəti, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019cu il tarixli, № 597 Fərmanının 9-cu bəndinə əsasən “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin: 9.1.3-cü hissədən “aparatının” sözü çıxarılsın və həmin hissədə “ 135” rəqəmləri “cəmi 220 ştat vahidi olmaqla, Komitənin aparatı üzrə 170 ştat vahidi, onun yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə 50" sözləri ilə əvəz edilsin. 9.2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 9.2.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin: “1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra - Komitə) şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində (bundan sonra-müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.” Göründüyü kimi, qanunvericiliyə dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli, № 597 Fərmanı ilə edilmişdir. Odur ki, mübahisələndirilən sərəncam rayon İcra Hakimiyyəti tərəfindən qanuni əsaslarla qəbul edilmiş və səlahiyyətdən kənara çıxma halı baş verməmişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən rayon İcra Hakimiyyəti qərar qəbul etmişdir. Üçüncü şəxs X16 nümayəndəsi və vəkili etirazında qeyd etmişdir ki, 1. İddiaçı Süleyman oğlu Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli, 131 nömrəli sərəncamının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. 2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən sərəncamla tikintisinə icazə verilmiş yaşayış binası iddiaçıya məxsus olan torpaq sahəsinə bitişik ərazidə inşa olunmuşdur. Bununla da mövcud qanunvericiliklə müəyyən olunmuş qaydada iddiaçıya məxsus olan torpaq sahəsi ilə üçüncü şəxs X26 tərəfindən inşa edilmiş tikilinin ara məsafəsi pozulmuşdur. 3. İddiaçı həmçinin iddia ərizəsində göstərmişdir ki, onun mülkiyyətində olan torpaq sahəsinə bitişik olan torpaq sahəsində və birbaşa sərhəddə tikintinin aparılmasına görə onun razılığı alınmamış və tələbatları gözlənilməmişdir, tikintinin aparılmasından onun xəbəri olmamışdır, bununla yanaşı bəzi hissələrdə isə iddiaçıya məxsus olan torpaq sahəsində tikinti işləri aparılaraq onun əmlakına qanunsuz müdaxilə olunmuşdur. 4. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu və 71.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 nömrəli Qərarına istinad edilmişdir. 5. İş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının nəticəsinə dair xx.xx.2022-ci il tarixli, 10\5182 nömrəli ekspert rəyində X18 məxsus olan ünvan 1i ərazisində yerləşən 0,04 hektardan ibarət olan torpaq sahəsində inşa edilən yaşayış binasının Abşeron гayon İcra Hakimiyyəti Başçısının 17 aрrel 2015-ci il tarixli, 131 saylı sərəncamına uyğun şəkildə inşa edilmədiyi, həmin yaşayış binasının iddiaçıya məxsus torpaq sahəsinə bitişik inşa edildiyi, yaşayış binasının ona ayrılan torpaq sahəsinin sərhədində inşa edildiyi nəzərə alınaraq həmin yaşayış binasının inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaların” 7-ci və 9-cu bəndlərinin tələblərinin pozulduğunun müəyyən edildiyi, yaşayış binasının birinci mərtəbəsi ilə müqayisədə yuxarı mərtəbələrdə çıxıntıların mövcud olduğu, həmin çıxıntıların binanın əsas divarından 1 metr kənara çıxdığı və həmin çıxıntıların iddiaçıya məxsus torpaq sahəsinə tərəf fəzada bir tərəfdən 59 sm, digər tərəfdən isə 23 sm daxil olduğu, X26 tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinə fəzada 7,69 kv.metr olmaqla, ümumilikdə 8,91 kv.metr hissəsinə müdaxilə etdiyi göstərilmişdir. 6. Yuxarıda qeyd olunan işin hallarını, ekspert rəyini nəzərə alaraq hesab edirlər ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk növbədə inzibati icraat qaydasında irəli sürülən bütün növ iddia tələbləri üçün başlıca və zəruri olan ümumi mümkünlük şərtlərindən biri olan iddiaçının inizibati icraatda nəzərdə tutulmuş iddia tələblərindən birini irəli sürməsi üçün subyektiv hüququnun olub-olmamasını müəyyən etməlidir. Hazırki işdə isə iddiaçının belə bir subyektiv hüququnun olmaması müəyyən edilir. 7. İddiaçı iddia edir ki, mübahisələndirdiyi Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli, 131 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş yaşayış binası iddiaçıya məxsus olan torpaq sahəsinə bitişik ərazidə inşa olunmuşdur. Bununla da mövcud qanunvericiliklə müəyyən olunmuş qaydada iddiaçıya məxsus olan torpaq sahəsi ilə üçüncü şəxs X26 tərəfindən inşa edilmiş tikilinin ara məsafəsi pozulmuşdur. 8. İlk olaraq qeyd olunmalıdır ki, qüvvədə olan şəhərsalma və tikinti haqqında qanunvericiliyə əsasən ara məsafəsi sahələri qonşu torpaq sahələrində yerləşən tikililər arasında və ya tikili ilə həmin tikilinin yerləşdiyi torpaq sahəsinin sərhədləri arasında nəzərdə tutulmuşdur. İddiaçının iddia etdiyi kimi qonşu torpaq sahəsində inşa edilmiş tikili ilə iddiaçıya məxsus olan torpaq sahəsi arasında ara məsafəsi anlayışı mövcud deyildir və bu əsasla hər hansı bir tələb irəli sürmək əsassız və qanunsuzdur. 9. Digər tərəfdən tikintisi planlaşdırılan yaşayış və ya qeyri-yaşayış sahəsinin boş olan, yəni hər hansı bir tikilisi mövcud olmayan qonşu torpaq sahəsinin sərhədlərinə bitişik tikilməsinə icazə verilməsi hər hansı bir hüquq pozuntusu təşkil etmir. Mübahisələndirilən sərəncamla iş üzrə üçüncü şəxs X18 öz mülkiyyətində olan torpaq sahəsində tikinti aparılmasına icazə verilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, tikintiyə icazə verilərkən, həmçinin tikinti işləri aparılarkən və hal-hazırda da iddiaçıya məxsus olan torpaq sahəsində hər hansı bir tikinti mövcud olmamışdır. Buna görə də, iddiaçıya məxsus olan qonşu torpaq sahəsində yerləşən tikilinin xarici divarı ilə X16 mülkiyyətində olan torpaq sahəsində aparılan tikilinin xarici divarları arasında ara məsafəsinin nəzərdə tutulmalı olmasından söhbət gedə bilməz. 10. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinin mənasına görə ara məsafəsi sahələri mövcud binaların xarici divarlarının önündə nəzərdə tutulan sahələrdir. Həmin maddi hüquq normasında qeyd olunur ki, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Başqa sözlə, tikinti obyektinin planlaşdırılması, ona icazə verilməsi zamanı ara məsafəsi sahəsinin nəzərdə tutulması üçün yalnız və yalnız tikinti işlərinin aparılması planlaşdırılan torpaq sahəsi ilə həmsərhəd olan torpaq sahəsində hər hansı bir tikilinin mövcud olması əsas şərtdir. Əks halda yuxarıda qeyd olunduğu kimi ara məsafəsi sahəsinin nəzərdə tutulması absurd və anlaşılmayan tələb olacaqdı. 11. Digər tərəfdən qanunvericilik tikinti obyektinin layihələndirilməsi zamanı ara məsafəsinin inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri ilə həmsərhəd torpaqlarda mövcud olan tikililərin xarici divarları və hissələri arasında saxlanılmasını nəzərdə tutmuşdur. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.7-ci maddəsinə əsasən, Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; 69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. 12.Göstərilənlərdən aydın olur ki, iddiaçının qonşu torpaq sahəsində yaşayış sahəsinin tikintisinə icazə verilməsinə dair sərəncamı (inzibati aktı) ara məsafəsi sahələrinin saxlanılmamasına istinad etməklə mübahisələndirməsi tamamilə əsassızdır və buna görə də iddiaçının həmin tələbi irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Burada zəruri olan bir məqam qeyd olunmalıdır ki, iş üzrə üçüncü şəxs X26 tərəfindən ona məxsus olan tikinti ərazisinin sərhədləri daxilində, yəni inşa etdiyi tikili ilə həmin tikilinin yerləşdiyi torpaq sahəsinin sərhədləri arasında ara məsafəsini saxlamaması əgər qanun pozuntusuna səbəb olarsa (burada nəzərə alınmalıdır ki, mövcud qanunvericilik tikinti ərazisinin sərhədləri daxilində ara məsafəsinin saxlanmasına zərurət olmadığı halları da müəyyən etmişdir) bu halda da həmin pozuntunun aradan qaldırılmasına dair tələbi müvafiq icra hakimiyyəti orqanları irəli sürə bilərlər. Yəni bu halda da iddiaçının həmin əsasla inzibati aktı mübahisələndirməsi üçün subyektiv hüququ yoxdur. 13. Ekspert rəyindən görünür ki, X26 tərəfindən inşa edilmiş yaşayış binasının birinci mərtəbəsi ilə müqayisədə yuxarı mərtəbələrdə mövcud olan çıxıntılar binanın əsas divarından 1 metr kənara çıxmışdır və həmin çıxıntılar iddiaçıya məxsus torpaq sahəsinə tərəf fəzada bir tərəfdən 59 sm, digər tərəfdən isə 23 sm daxil olmuşdur. X2 tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinə fəzada 7,69 kv.metr olmaqla, ümumilikdə 8,91 kv.metr hissəsinə müdaxilə edildiyi göstərilmişdir. 14. Göründüyü kimi binanın əsas divarları inşa edildiyi torpaq sahəsinin hüdudları daxilində yerləşməklə iddiaçıya məxsus olan torpaq sahəsinə müdaxilə edilməmişdir. Ekspert rəyindən də görünür ki, yalnız yaşayış binasının yuxarı mərtəbələrində mövcud olan çıxıntılar iddiaçıya məxsus olan torpaq sahəsinə tərəf fəzadan ümumilikdə 7,69 kv.metr hissədə keçmişdir. 15. Qeyd olunmalıdır ki, bu hal inzibati mübahisənin deyil, mülki mübahisənin predmetini təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 173-cü maddəsi məhz bu kimi hallarda mübahisənin həlli yollarını tənzimləmişdir. Mülki Məcəllənin “çıxıntılı binalar” adlanan 173-cü maddəsinə əsasən, başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər (173.1), Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər (173.2), Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər (173.3), Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər (173.4). 16. Beləliklə yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, mübahisələndirilən inzibati aktla iddiaçının hər hansı bir hüququna müdaxilə edilməmişdir və buna görə də iddaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi məhkəmədən xahiş olunmuşdur. Daha sonra cavabdeh təşkilat dəqiqləşdirilmiş iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2007-ci il tarixdə RİH tərəfindən Xırdalan şəhəri ərazisində iddiaçıya məxsus qeyriyaşayış obyektinin qanunsuz olaraq söküldüyünü, əvəzində heç bir kompensasiya ödənişi həyata keçirilmədiyindən məhkəmədə iddia qaldırdığı bildirilir, lakin mübahisənin məhkəmədən kənar həlli məqsədilə Xırdalan şəhəri ərazisində Misir parkının qarşısında köşk qoyulmasına icazə verilməsini xahiş edir. İddiaçının qeyd etdiyi qeyri-yaşayış obyektinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd və həmin obyektin RİH tərəfindən sökülməsinə dair sübutlar ərizəyə əlavə edilmədiyindən müraciətin təmin olunması mümkün deyildir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN GƏLDİYİ NƏTİCƏ: Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2-1(118)-27/2023 nömrəli qərarı ilə iddia təmin edilərək X18 ünvan 1i ərazisində yerləşən torpaq sahəsində birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla 5 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsinə dair Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamının ləğv edilməsi qərara alınmışdır. (hakim İ.Quliyev) Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 dekabr 2022-ci il tarixli, 10/5182 saylı ekspert rəyinə və məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 dekabr 2022-ci il tarixli, 10/5182 saylı ekspert rəyi məhkəməyə təqdim edilmiş, tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir: 1. X18 məxsus olan ünvan 1i ərazisində yerləşən 0.04 hektardan ibarət oları torpaq sahəsində inşa edilmiş yaşayış binasının Cavabdeh Başçısının 17 aprel 2015-ci il tarixli, 131 saylı sərəncamına uyğun şəkildə inşa edilmədiyi müəyyən olunmuşdur. Belə ki, sərəncamda birinci mərtəbəsi qeyriyaşayış obyekti olmaqla beş mərtəbəli yaşayış binasının tikintisinə icazə verilsə də, faktiki vəziyyətdə binanın 5-ci mərtəbəsindən əlavə mansard mərtəbəsinin inşa olunduğu müəyyən edilmişdir. 2. X18 məxsus olan ünvan 1i ərazisində yerləşən 0.04 hektardan ibarət olan torpaq sahəsində inşa edilən yaşayış binasının iddiaçıya məxsus torpaq sahəsinə bitişik inşa edildiyi müəyyən edilmişdir. Mübahisəli yaşayış binasının ona ayrılan torpaq sahəsinin sərhədində inşa edildiyini nəzərə alaraq, həmin yaşayış binasının inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü ii tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 7ci və 9-cu bəndlərinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. 3. Tədqiq olunan yaşayış binasının birinci mərtəbəsi ilə müqayisədə yuxarı mərtəbələrdə çıxıntıların mövcud olduğu: həmin çıxıntıların binanın əsas divarından 1 metr kənara çıxdığı və iddiaçının mülkiyyətində olan torpaq sahəsinə tərəf fəzada bir tərəfdən 59 sm, digər tərəfdən isə 23 sm daxil olduğu; müəyyən edilmişdir. Həmin çıxıntıların iddiaçıya məxsus torpaq sahəsinə keçdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 7ci və 9-cu bəndlərinin tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. 4. Qeyd olunur ki, məhkəmə qərardadının 4-cü sualında 0.1808 ha torpaq sahəsinin mülkiyyətçisi X26 qeyd olunsa da, iş materiallarına əsasən, 0.1808 ha torpaq sahəsinin mülkiyyətçisinin İddiaçı Süleyman oğlu olduğu göstərilmişdir. Bununla əlaqədar olaraq aparılan araşdırmalar nəticəsində İddiaçı Süleyman oğluna məxsus 0.1808 ha torpaq sahəsinin, fəzada 7.69 kv.m olmaqla ümumilikdə həmin torpaq sahəsinin 8.91 kv.m hissəsinə X26 tərəfindən müdaxilə olunduğu müəyyən edilmişdir. Bundan başqa, məhkəmə tərəfindən mütəxəssis rəyi alınmış, təqdim edilmiş rəydə İddiaçı Süleyman oğluna məxsus olan ünvan 1i ərazisində yerləşən 0.1808 hektardan ibarət olan torpaq sahəsinin 8.91 kv.m (0.000891 ha) hissəsindən cavabdeh X26 tərəfindən faktiki istifadə edildiyi qeyd edilmişdir. Həmçinin Torpaq sahəsinin yerləşmə vəziyyətinə görə sxemi məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənəddən X16 faktiki istifadəsində olan 0.0436 ha torpaq sahəsinin **********68 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.1808 ha torpaq sahəsinə düşən hissəsinin 8.91 kv.m olduğu müəyyən edilir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X26 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi araşdırarkən iddiaçı tərəfindən müddətin ötürülməsi məsələsini araşdırmamışdır. Belə ki, aydın görünür ki, Sərəncam 2015-ci ilin aprel ayında verilmiş və növbəti ilin birinci yarısı artıq qeyd tikili inşa olunub tamalanmışdır. Lakin iddiaçı 2022-ci ildə məhkəməyə müraciət edərək sərəncamın ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda həmin binada mənzil mülkiyyətçiləri də məhkəmə prosesinə cəlb olunmamışlar, halbuki, sərəncamın ləğv edilməsi onların da maraqlarına toxunur. Əslində isə işə baxan məhkəmə ara məsafəsi ilə bağlı iddiaçının tələblərinin inzibati mübahisənin deyil, mülki mübahisənin predmetini təşkil etdiyini əsas gətirməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 173-cü maddəsinin tələbləri çərçivəsində tənzimlənməli olduğu barədə iddiaçıya hüquqi yardım etməli və məsələnin mülki qaydada həlli ilə bağlı müraciət olunmasını əsas gətirərək tələbin mümkünsüzlüyünü müəyyən etməli idi. Məhkəmə tərəfindən iddia tələbi tam araşdırılmadan əsassız və qanunsuz qərar qəbul edilmişdir. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspert rəyi ilə müəyyən edilmiş hallar və onların təhlili. 1. 1-ci sual üzrə gəlinən nəticə: X18 məxsus olan ünvan 1i ərazisində yerləşən 0.04 hektardan ibarət oları torpaq sahəsində inşa edilmiş yaşayış binasının Cavabdeh Başçısının 17 aprel 2015-ci il tarixli, 131 saylısərəncamına uyğun şəkildə inşa edilmədiyi müəyyən olunmuşdur. Belə ki, sərəncamda birinci mərtəbəsi qeyri-yaşayış obyekti olmaqla beş mərtəbəli yaşayış binasının tikintisinə icazə verilsə də, faktiki vəziyyətdə binanın 5-ci mərtəbəsindən əlavə mansard mərtəbəsinin inşa olunduğu müəyyən edilmişdir. Təhlil: Bu nəticə mübahisənin həlli üçün heç bir əhəmiyyət kəsb etmir. Belə ki, iddia tələbinin əsasında ara məsafəsinin pozulmasına dair iddia dayandığına görə, əlavə mansardın tikilib-tikilməməsi iddiaçının hüquqlarına hər hansı bir şəkildə müdaxilənin aşkar edilməsində rol oynamır. Lakin nəzərə alınmalıdır ki, bu sualın ekspert qarşısında qoyulmasında məhkəmənin məqsədi, tikilinin icazə sərəncamına uyğun aparılıb-aparılmamasının, bununla da icazə sərəncamı verilərkən qanun pozuntusuna yol verildiyinin, yoxsa tikinti aparılarkən icazə sərəncamından kənara çıxılmaqla qanun pozuntusuna yol verildiyinin müəyyən edilməsi təşkil edirdi. Bu suala cavabdan məhkəmə belə nəticəyə gəlmişdir ki, “Məhkəmə bir məqama münasibət bildirməyi də vacib sayır. Üçüncü şəxs iddiaya etirazında qeyd edir ki, bu mübahisəyə mülki qaydada baxıla bilər. Məhkəmə hesab edir ki, əgər tikintiyə icazə və müvafiq lahiyə qanunvericiliyin tələblərinə uyğun olsa idi, lakin tikintini aparan şəxs lahiyədə qeyd edilənlərdən fərqli olaraq ara məsafələrini gözləmədən tikinti aparsa idi, bu halda sərəncama və lahiyəyə uyğun aparılmayan tikilinin sökülməsi və mülki qanunvericilikdə nəzərdə tutulmuş digər tələblər mülki məhkəmə icraatı qaydasında irəli sürülə bilərdi. Lakin hazırkı işdə bu hal binanın 5-ci mərtəbəsindən əlavə mansard mərtəbəsinin inşa olunması kimi müəyyən edilmişdir. Amma qanunvericilikdə nəzərdə tutulmuş ara məsafələri gözlənilmədən tikintiyə icazə verildiyinə görə mübahisələndirilən inzibati akt qanunsuz olmuşdur.” Məhkəmənin gəldiyi bu nəticə, hazırki mübahisənin qanuni həllinin və eyni zamanda birinci instansiya məhkəməsinin qərarının qanuniliyinin və əsaslılığının müəyyən edilməsində həlledici məsələnin, ara məsafəsi ilə bağlı xüsusatların aydınlaşdırılmasını zəruri edir. Məhz ara məsafəsi ilə bağlı ekspert rəyində və həmin rəyə əsasən qəbul edilmiş məhkəmə qərarında qeyd olunanların təhlili adı çəkilən rəyin və qərarın qanuni olub-olmamasını aşkara çıxaracaqdır. Ara məsafəsi ilə bağlı məsələlərə isə ekspert rəyinin 2 və 3-cü suallara verilmiş cavablarında aydınlıq gətirilməyə çalışılmışdır. 2. 2-ci sual üzrə gəlinən nəticə: X18 məxsus olan ünvan 1i ərazisində yerləşən 0.04 hektardan ibarət olan torpaq sahəsində inşa edilən yaşayış binasının iddiaçıya məxsus torpaq sahəsinə bitişik inşa edildiyi nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 7ci və 9-cu bəndlərinin tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Təhlil: Əvvəla qeyd olunmalıdır ki, ekspert rəyində mübahisəli yaşayış binasının iddiaçıya məxsus olan torpaq sahəsinə bitişik inşa olunması ilə mübahisəli yaşayış binasının ona (yəni, yaşayış binasına-üçüncü şəxsə-bizə) ayrılan torpaq sahəsinin sərhədində inşa edildiyi nəzərə alınaraq ara məsafəsinin gözlənilməməsi nəticəsinə gəlinmişdir. Yəni, iş üzrə üçüncü şəxs X26 tərəfindən inşa edilən tikili (yaşayış binası) yenə X18 məxsus olan torpaq sahəsinin hüdudları daxilində, sərhədləri içərisində, lakin sərhədə bitişik şəkildə tikilmişdir. Ekspert qeyd edir ki, X26 öz tikilisi ilə öz torpaq sahəsinin sərhədi arasında ara məsafəsi saxlamamışdır. Ekspert bu rəyində tamamilə haqlıdır. Həqiqətən də X16 inşa etdiyi tikilinin xarici divarı ilə tikilinin yerləşdiyi və X16 özünə məxsus olan torpaq sahəsinin sərhədi arasında ara məsafəsi saxlanılmamışdır. Bununla əlaqədar olaraq aidiyyəti dövlət orqanları tərəfindən bu günədək X18 heç bir irad, etiraz və ya xəbərdarlıq edilməmişdir. Əksinə işdə olan sənədlərdən də görünür ki, həmin aidiyyəti orqanlar tərəfindən X18 tikiliyə dair müvafiq təsdiqedicisənədlər təqdim olunmuşdur. Burada vacib və həlledici sual budur ki, X16 inşa etdiyi tikilinin xarici divarı ilə tikilinin yerləşdiyi və X16 özünə məxsus olan torpaq sahəsinin sərhədi arasında ara məsafəsi saxlamaması, ərazisində heç bir tikilisi olmayan qonşu torpaq sahəsinin mülkiyyətçisinin hansı hüquqlarını pozmuşdur? Axı qanunvericilik tikintiyə icazə vermək səlahiyyətlərinə malik olan inzibati orqandan tikintiyə dair icazə verərkən ara məsafəsinə dair qaydalara riayət edilməsini qonşu torpaq sahəsinə münasibətdə yalnız bir halda, qonşu torpaq sahəsində hər hansı bir tikilinin mövcud olması halında tələb edir. Əgər qonşu torpaq sahəsi boşdursa, mövcud olan tikilinin xarici divarı ilə nəyin arasında ara məsafəsi saxlanılmalıdır? Ekspert rəyində bu pozuntu məhz belə əsaslandırılmışdır ki, tikili, həmin tikiliyə məxsus olan torpaq sahəsinin sərhədində inşa edilmişdir. Qonşu torpaq sahəsinin sahibinin hüquqlarının bu pozuntudan hansı zərərə məruz qalması isə heç bir şəkildə müəyyən edilmir. Birinci instansiya məhkəməsinin bu xüsusata istinad edərək iddiaçının hüquqlarının pozulduğu nəticəsinə hansı hüquqi əsasla gəlməsini müəyyən etmək olmur. 3. 3-cü sual üzrə gəlinən nəticə: Ekspert rəyində 3-cü sual üzrə müəyyən edilən hallar və bu hallarla bağlı gəlinən nəticələr belədir ki, müəyyən edilmişdir ki, tədqiq olunan yaşayış binasının birinci mərtəbəsi ilə müqayisədə yuxarı mərtəbələrdə çıxıntılar mövcuddur, həmin çıxıntılar binanın əsas divarından 1 metr kənara çıxmışdır və iddiaçının mülkiyyətində olan torpaq sahəsinə tərəf fəzada bir tərəfdən 59 sm, digər tərəfdən isə 23 sm daxil olmuşdur, beləliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 7-ci və 9-cu bəndlərinin tələblərinə riayət olunmadığı aşkar edilmişdir. Təhlil: Əvvəla qeyd edilməlidir ki, ekspert rəyindən görünür ki, mübahisəli yaşayış binasının əsas divarları inşa edildiyi torpaq sahəsinin hüdudları daxilində yerləşir və yalnız yaşayış binasının yuxarı mərtəbələrində mövcud olan çıxıntılar iddiaçıya məxsus olan torpaq sahəsinə tərəf fəzadan ümumilikdə 7,69 kv.metr hissədə keçmişdir. Etiraz ərizəsində də qeyd olunduğu kimi, bu hal inzibati mübahisənin deyil, mülki mübahisənin predmetini təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 173-cü maddəsiməhz bu kimi hallarda mübahisənin həlli yollarını tənzimləmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsi mübahisəli yaşayış binasının yuxarı mərtəbələrində olan çıxıntıların (balkonun) iddiaçıya məxsus olan torpaq sahəsinə fəzadan daxil olmasını ara məsafəsinin pozuntusu kimi qəbul etməklə növbəti qanunsuzluğa yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsinin öz qərarında gəldiyi nəticənin hüquqi əsaslandırılması kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 10.1 və 10.2-ci bəndlərinə əsasən, divar səthindən 1,5 metrə qədər irəli çıxan karnizlər, dam çıxıntıları, dayaqsız giriş və terras örtükləri; eni (xarici divara bitişik hissəsinin uzunluğu) davamlı olaraq 5 metrdən çox olmayan və divar səthindən 1,5 metrə qədər irəli çıxan divar hissələri, erkerlər, balkonlar, giriş həcmləri ara məsafələrinin hesablanması zamanı nəzərə alınmır. Beləliklə, mübahisəli yaşayış binasının yuxarı mərtəbələrində olan çıxıntıların (balkonun) iddiaçıya məxsus olan torpaq sahəsinə fəzadan daxil olması ya mülki hüquq pozuntusu kimi qəbul edilərək mülki mühakimə icraatı qaydasında həll edilməlidir, ya da ara məsafəsinin pozuntusu kimi nəzərə alınmamalıdır. Amma heç bir halda qanuni inzibati aktın ləğv edilməsi üçün əsas kimi qəbul edilməməlidir. 4. 4-cü sual üzrə ekspertin gəldiyi nəticə 3-cü sual üzrə gəlinən nəticə ilə eynilik təşkil edir və hüquqi nəticə etibarı ilə də eynidir. Birinci instansiya məhkəməsi, mübahisələndirilən inzibati akt qəbul edilərkən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 7-ci və 9-cu bəndlərinin tələblərinin pozulması barədə gəldiyi nəticə işin hallarına uyğun deyildir və məhkəmə qeyd edilən maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, yuxarıda şərh olunduğu kimi məhkəmənin gəldiyi bu qənaət ekspert rəyinə əsasən formalaşmışdır. Ekspert rəyinin təhlili onu göstərmişdir ki, ara məsafəsi ilə bağlı qeyd olunanlar tamamilə əsassızdır və əgər pozuntu mövcuddursa bu mübahisənin predmetimülkimübahisənin predmeti ola bilər. Qeyd olunanlarla yanaşı hazırki iş üzrə ən vacib məqamlardan, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən yol verilmiş ən ciddi pozuntulardan biri və hesab edirik ki, birincisi məhkəmənin mübahisələndirilən inzibati aktı düzgün qiymətləndirməməsi olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi çaşqınlığa yol verərək nəzərə almamışdır ki, mübahisələndirilən inzibati akt tikintisi nəzərdə tutulan yaşayış binasının layihəsinin təsdiq edilməsi barədə deyil, tikintiyə icazə verilməsi haqqındadır. Birinci instansiya məhkəməsi öz mühakiməsini başlıca olaraq bir xüsusatın üzərində qurmuşdur ki, o da, inzibati akt qəbul edilərkən ara məsafəsi haqqında normativ tələblərin pozulmasına yol verilməsi arqumentidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının əsaslandırma hissəsində (11-ci səhifənin ikinci abzası) qeyd edir ki, “Məhkəmə bir məqama münasibət bildirməyi də vacib sayır. Üçüncü şəxs iddiaya etirazında qeyd edir ki, bu mübahisəyə mülki qaydada baxıla bilər. Məhkəmə hesab edir ki, əgər tikintiyə icazə və müvafiq lahiyə qanunvericiliyin tələblərinə uyğun olsa idi, lakin tikintini aparan şəxs lahiyədə qeyd edilənlərdən fərqli olaraq ara məsafələrini gözləmədən tikinti aparsa idi, bu halda sərəncama və lahiyəyə uyğun aparılmayan tikinlinin sökülməsi və mülki qanunvericilikdə nəzərdə tutulmuş digər tələblər mülki məhkəmə icraatı qaydasında irəli sürülə bilərdi. Lakin hazırkı işdə bu hal binanın 5-ci mərtəbəsindən əlavə mansard mərtəbəsinin inşa olunması kimi müəyyən edilmişdir. Amma qanunvericilikdə nəzərdə tutulmuş ara məsafələri gözlənilmədən tikintiyə icazə verildiyinə görə mübahisələndirilən inzibati akt qanunsuz olmuşdur.” Bu abzasdan aydın olur ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tikintiyə icazə və müvafiq layihə qanunvericiliyin tələblərinə uyğun deyildir. Bu uyğunsuzluğu məhkəmə ekspert rəyinə əsasən müəyyən etdiyini öz qərarının 10 və 11-ci səhifələrində qeyd etmişdir. Ekspert rəyində isə ekspertizanın mülkiyyət hüququna dair çıxarışlar, tikintiyə icazə verilməsi barədə xx.xx.2015-ci il tarixli sərəncam və 2021-ci ildə “AAAF Construction" tərəfindən tərtib edilmiş “Eskiz Layihəsi” əsasında aparıldığı qeyd olunmuşdur. Yenə həmin ekspertiza rəyində göstərilmişdir ki, ekspertiza obyektinə baxış zamanı təsdiq olunmuş Eskiz Layihəsi ilə faktiki vəziyyətdə mövcud olan yaşayış binası müqayisə olunmuşdur. Buradan aydın olur ki, nəyə görə birinci instansiya məhkəməsi öz qərarında “müvafiq layihə” ifadəsinə yer vermişdir. Belə ki, birinci instansiya məhkəməsi layihəni deyil, tikintiyə icazə sərəncamını ləğv edir və bu zaman nəzərə almaya bilməzdi ki, inzibati akt 17 aprel 2015-ci il tarixdə qəbul edilmişdir, “Eskiz Layihə” isə 2021-ci ildə tərtib olunaraq təsdiq edilmişdir. O halda sual yaranır ki, 17 aprel 2015-ci il tarixli sərəncam hansı əsasla qanunsuz hesab edilmişdir? Axı həmin sərəncamda heç bir ölçü işləri nəzərdə tutulmamışdır, axı həmin sərəncamda tikintinin koordinatları, ara məsafələri və digər bu kimi tikinti normaları qeyd olunmamışdır. Hansı əsasla birinci instansiya məhkəməsi ara məsafəsi haqqında qanunvericiliyin tələblərinin pozulması səbəbi ilə 17 aprel 2015-ci il tarixli sərəncamı ləğv etmişdir? Axı tərəfimizdən dəfələrlə məhkəmə iclaslarında bildirilmişdir ki, 17 aprel 2015-ci il tarixli sərəncam tikintiyə icazə verilməsi haqqındadır və həmin icazə yerli icra hakimiyyətinin başçısı tərəfindən qanunla ona verilmiş səlahiyyətlər çərçivəsində və vətəndaşa öz mülkiyyətində olan torpaq sahəsində tikinti aparılmasına dair verilmişdir. Axı mübahisələndirilən sərəncamın bəndlərindən də görünür ki, vətəndaşa tapşırılmışdır ki, a) tikiləcək birinci mərtəbəsi qeyri-yaşayış obyekti olmaqla beş mərtəbəli yaşayış binasının layihə sənədlərinə X5 Baş İdarəsindən müsbət rəy alınmasını təmin etsin; b) tikiləcək birinci mərtəbəsi qeyri-yaşayış obyekti olmaqla beş mərtəbəli yaşayış binasının layihə-smeta sənədləri memarlıq və tikinti şöbəsi ilə razılaşdırılsın. Eskiz layihəsmeta sənədləri tam tərkibdə qeydiyyata alınmaq üçün memarlıq və tikinti şöbəsinə təqdim edilsin; c) tikinti quraşdırma işləri Azərbaycan Respublikasının mövcud qanunlarına və normativ sənədlərinə uyğun aparılsın; d) layihə sənədləri mərhələsindən asılı olmayaraq memarlıq fəaliyyəti ilə Lisenziya əsasında məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən işlənilsin; e) tikinti quraşdırma işləri başa çatdırıldıqdan sonra işçi layihə-smeta sənədləri İcra Hakimiyyəti Başçısı yanında tikintisi başa çatmış obyektlərin istismara qəbulu komissiyasına təqdim edilsin. Necə ola bilər ki, mübahisələndirilən inzibati aktın özündə tikiləcək obyektin eskiz layihə-smeta sənədlərinin aidiyyəti təşkilatlarla razılaşdırılmasının, yalnız bundan sonra tikinti quraşdırma işlərinin Azərbaycan Respublikasının mövcud qanunlarına və normativ sənədlərinə uyğun aparılmasının nəzərdə tutulduğunu birinci instansiya məhkəməsi görməmiş və nəzərə almamışdır. Necə ola bilər ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır və düzgün şərh etməmişdir ki, əgər həqiqətən ara məsafəsinin pozulması faktı və ya iddiaçının torpaq sahəsinə müdaxilə mövcuddursa bunun səbəbi inzibati akt deyil, həmin inzibati aktın tələblərinin tikintini aparanlar tərəfindən pozulmasıdır. Necə ola bilər ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, inzibati aktı onun qəbul edilməsindən 5 il sonra tərtib və təsdiq edilmiş eskiz layihədə ara məsafələrinin nəzərdə tutulması əsası ilə ləğv etmək olmaz, bu absurddur. Beləliklə, qeyd olunanlardan aydın olur ki, ara məsafəsinin pozulması əsası ilə diskresion səlahiyyətləri çərçivəsində inzibati orqan tərəfindən qanuni şəkildə qəbul edilmiş inzibati aktı ləğv etməklə birinci instansiya məhkəməsi tamamilə əsassız və qanunsuz qərar qəbul etmişdir. 2. Birinci instansiya məhkəməsi açıq-aşkar mülki mübahisənin predmeti olan işi 2 ilə yaxın müddətdə icraatında saxlayaraq, yekunda inzibati icraat qaydasında iddia irəli sürmək üçün subyektiv hüququ olmayan şəxsin xeyrinə mahiyyəti üzrə qərar qəbul etməklə ciddi pozuntulara yol vermişdir. Etiraz ərizəsində də qeyd olunduğu kimi, iddiaçının qonşu torpaq sahəsində yaşayış sahəsinin tikintisinə icazə verilməsinə dair sərəncamı (inzibati aktı) ara məsafəsi sahələrinin saxlanılmamasına istinad etməklə mübahisələndirməsi tamamilə əsassızdır və buna görə də iddiaçının həmin tələbi irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Burada zəruri olan bir məqam qeyd olunmalıdır ki, iş üzrə üçüncü şəxs X26 tərəfindən ona məxsus olan tikinti ərazisinin sərhədləri daxilində, yəni inşa etdiyi tikili ilə həmin tikilinin yerləşdiyi torpaq sahəsinin sərhədləri arasında ara məsafəsini saxlamaması əgər qanun pozuntusuna səbəb olarsa (burada nəzərə alınmalıdır ki, mövcud qannvericilik tikinti ərazisinin sərhədləri daxilində ara məsafəsinin saxlanmasına zərurət olmadığı halları da müəyyən etmişdir, lakin bu xüsusatlar birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamışdır), bu halda da həmin pozuntunun aradan qaldırılmasına dair tələbi müvafiq icra hakimiyyəti orqanları irəli sürə bilərlər. Yəni bu halda da iddiaçının həmin əsasla inzibati aktı mübahisələndirməsi üçün subyektiv hüququ yoxdur. Yuxarıda qeyd olunan işin hallarını, ekspert rəyini nəzərə alaraq hesab edirik ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk növbədə inzibati icraat qaydasında irəli sürülən bütün növ iddia tələbləri üçün başlıca və zəruri olan ümumi mümkünlük şərtlərindən biri olan iddiaçının inizibati icraatda nəzərdə tutulmuş iddia tələblərindən birini irəli sürməsi üçün subyektiv hüququnun olub-olmamasını müəyyən etməli idi. Hazırki işdə isə iddiaçının belə bir subyektiv hüququnun olmaması müəyyən edilir. 3. Birinci instansiya məhkəməsi hətta mübahisələndirilən inzibati akt nəticəsində iddiaçının torpaq sahəsinə ekspert rəyində qeyd olunan həcmdə müdaxilənin baş verməsi halında belə, işin hallarını nəzərə aldıqda həmin inzbati aktı ləğv etməkdə yenə də haqlı ola bilməzdi. Belə ki, ekspert rəyindən görünür ki, X26 tərəfindən inşa edilmiş yaşayış binasının birinci mərtəbəsi ilə müqayisədə yuxarı mərtəbələrdə mövcud olan çıxıntılar binanın əsas divarından 1 metr kənara çıxmışdır və həmin çıxıntılar iddiaçıya məxsus torpaq sahəsinə tərəf fəzada bir tərəfdən 59 sm, digər tərəfdən isə 23 sm daxil olmuşdur. X2 tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinə fəzada 7,69 kv.metr olmaqla, ümumilikdə 8,91 kv.metr hissəsinə müdaxilə edildiyi göstərilmişdir. İddiaçıya məxsus olan torpaq sahəsinin ölçüsünün 0.1808 ha (yəni, 1808 kv.metr), X18 məxsus olan torpaq sahəsinin ölçüsünün 0,04 ha, iddia qaldırılan zaman artıq tikintisi başa çatmış yaşayış binasının mansardla birlikdə 6 mərtəbəli olmasını nəzərə aldıqda, fəzadan müdaxilənin cəmi 8 kv.metr olmasına görə, faktiki olaraq külli miqdarda vəsait xərclənərək inşası tamamlanmış 6 mərtəbəli yaşayış binasının özbaşına tikili olması ilə nəticələnən qərarın qəbul edilməsi ən azından mütənasiblik prinsipinə uyğun deyildir. Onu da nəzərə almaq lazımdır ki, qanunvericilik iddiaçıya ona məxsus olan torpaq sahəsinə qonşu torpaq sahəsində inşa edilən binanın eyvan hissəsinin fəzadan 8 kv.metr hissədə müdaxiləsinə görə müvafiq kompensasiya tələb etmək və ya həmin eyvanın sökülməsini tələb etmək hüququnu tanımışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 173-cü maddəsi məhz bu kimi hallarda mübahisənin həlli yollarını tənzimləmişdir. Mülki Məcəllənin “çıxıntılı binalar” adlanan 173-cü maddəsinə əsasən, başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər (173.1), Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər (173.2), Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər (173.3), Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər (173.4). b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının 07 may 2024-cü il tarixli iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili ərizələrin təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, Sumqayıt İnzibati Məhkəməsində məhkəmə icraatı başlayan zaman mənzillərin satış prosesi başlamış, vətəndaşlarla ilkin müqavilələr bağlanmışdır. Cavabdeh özü də apellyasiya şikayətində qeyd etmişdir ki, müvafiq sərəncamla tikintisinə icazə verilmiş çoxmənzilli binadan vətəndaşlara mənzillər satılmışdır və hazırkı məhkəmə mübahisələri onların maraqlarına toxunur. Hesab edirlər ki, ərizələr təmin edilməli, həmin şəxslər üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməlidirlər. Məhkəmə kollegiyasının 07 may 2024-cü il tarixli iclasında iddiaçının nümayəndəsi və vəkili ərizələrin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, ərizələr əsassızdır. Belə ki, 2020-ci ildən məhkəmə mübahisələri başlayan zaman sözügedən şəxslər Cavabdeh xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamına əsasən tikintisinə icazə verilmiş çoxmənzilli binadan mənzil əldə etməmişdilər. Həmin şəxslərlə müqavilələr 2021-ci ildən sonra bağlanmışdır. Belə olan halda onlar məhkəmə icraatına cəlb edilə bilməzdilər. Digər bir məsələ, iddia tələbi Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamının ləğv edilməsi ilə bağlıdır, həmin binada olan mənzillərlə bağlı mübahisə yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, ərizəçilər X22, X19, X28, X11, X17, X3, X23, X7 məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Hazırkı mübahisənin predmetini Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamının ləğvi təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-188/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2-1(118)-27/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində inşa edilmiş yaşayış binasının 7, 8, 12, 15, 21, 28, 29 nömrəli mənzillərinin alıcıları X22, X19, X28, X11, X17, X3, X23, X9 ayrı-ayrılıqda ərizələrlə müraciət edərək, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmalarını xahiş etmişlər. Ərizələr onunla əsaslandırılmışdır ki, X26 ilə ərizəçilər arasında ayrı-ayrı vaxtlarda ilkin alqı-satqı müqavilələri bağlanmış, ödənişlər edilmişdir. Sözügedən mənzillərə gözlənilən mülkiyyət hüquqları mövcuddur. Bu səbəbdən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Ərizələrə ilkin alqı-satqı müqavilələri və kreditlə alınan mənzillərin ilkin ödəniş arayışları əlavə edilmişdir. Ərizələrlə bağlı 07 may 2024-cü il tarixli şifahi məhkəmə baxışı təyin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-188/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə 2-1(105)-188/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərar ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş, X22, X19, X28, X11, X17, X3, X23, X9 hazırki iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında cəlb edilmişlər. Belə ki, X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə ərizəyə əlavə edilmiş ilkin alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, X22 ilə X26 arasında xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Ə.Vahid küçəsində inşa edilmiş yaşayış binasının 7 nömrəli mənzilinin ilkin alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 14.1-ci bəndinə əsasən, satıcı mənzili 33500 manata alıcıya satmışdır. X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə ərizəyə əlavə edilmiş ilkin alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, X19 ilə X26 arasında xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Ə.Vahid küçəsində inşa edilmiş yaşayış binasının 8 nömrəli mənzilinin ilkin alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 14.1-ci bəndinə əsasən, satıcı mənzili 35000 manata alıcıya satmışdır. X20 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə ərizəyə əlavə edilmiş müqavilə ilə müəyyən olunur ki, X28 ilə X26 arasında xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ə.Vahid küçəsində inşa edilmiş yaşayış binasının 12 nömrəli mənzilinin alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 4-cü bəndinə əsasən, satıcı mənzili 28105 manata alıcıya satmışdır. X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə ərizəyə əlavə edilmiş ilkin alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, X11 ilə X26 arasında xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ə.Vahid küçəsində inşa edilmiş yaşayış binasının 15 nömrəli mənzilinin ilkin alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 14.1-ci bəndinə əsasən, satıcı mənzili 20664 manata alıcıya satmışdır. X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə ərizəyə əlavə edilmiş müqavilə ilə müəyyən olunur ki, X17 ilə X26 arasında xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ə.Vahid küçəsində inşa edilmiş yaşayış binasının 21 nömrəli mənzilinin alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 4-cü bəndinə əsasən, satıcı mənzili 32760 manata alıcıya satmışdır. X1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə ərizəyə əlavə edilmiş ilkin alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, X3 ilə X26 arasında xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ə.Vahid küçəsində inşa edilmiş yaşayış binasının 28 nömrəli mənzilinin ilkin alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 14.1-ci bəndinə əsasən, satıcı mənzili 22000 manata alıcıya satmışdır. X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə ərizəyə əlavə edilmiş müqavilə ilə müəyyən olunur ki, X9 ilə X26 arasında xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ə.Vahid küçəsində inşa edilmiş yaşayış binasının 29 nömrəli mənzilinin alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 4-cü bəndinə əsasən, satıcı mənzili 38550 manata alıcıya satmışdır. X15 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə ərizəyə əlavə edilmiş müqavilə ilə müəyyən olunur ki, X23 ilə X26 arasında xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ə.Vahid küçəsində inşa edilmiş yaşayış binasının 29 nömrəli mənzilinin alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 4-cü bəndinə əsasən, satıcı mənzili 25700 manata alıcıya satmışdır. Göründüyü kimi, Cavabdeh Başçının 17 aprel 2015-ci il tarixli 131 saylı Sərəncamı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX Seriyalı, ******* saylı çıxarışla X18 məxsus Masazır kəndində yerləşən 0.04 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında birinci mərtəbəsi qeyri-yaşayış obyekti olmaqla beşmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmiş, həmin yaşayış binasında adı çəkilən müqavilələr üzrə mənzillərin alq-satqısı həyata keçirilmişdir. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göründüyü kimi, məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Bununla da hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipinin pozulduğu müəyyən olunur. Qeyd olunmalıdır ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Kollegiya hesab edir ki, işə təkrar baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda qeyd olunan xüsusatları araşdırılmaqla əldə olunan sübutlar əsasında işə hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2-1(118)-27/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “X18 ünvan 1i ərazisində yerləşən torpaq sahəsində birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla 5 mərtəbəli yaşayış binasının tikintisinə AR Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 nömrəli qərarının tələblərinin pozulması ilə icazə verilməsinə dair Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-188/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-188/2024
10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver