Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-189/2022 31.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X16 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X18 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X16 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbədə yerləşən 0,08 ha torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın və torpağın planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2-1(118)-472/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Həyətyanı torpaq sahəsinin verilməsinə dair 20 dekabr 1994-cü il tarixli Akta əsasən sovxozun direktorunun 14 dekabr 1994-cü il tarixli 135 nömrəli əmril ilə 0.08 ha torpaq sahəsi fərdi mənzil tikintisi məqsədilə ayrılaraq X1 daimi istifadəsinə verilmişdir.
2. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı Protokolu ilə Xaçmaz rayonunun Nəsimi adına sovxozun AİK üzrə 2-ci şöbə üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında 140-cı X1 adına faktiki 0.08 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur.
3. İddiaçı 29.09.2020-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması barədə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət etmişdir.
4. Cavabdeh 02.10.2020-ci il tarixli məktubla iddiaçının ərizəsinin icrasının icrasının mümkün olmadığını bildirmişdir. Məktubda göstərilir ki, sənədlərin ekspertizası və əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunmuş 0.08 ha torpaq sahəsinə dair əsas sənəd kimi təqdim edilmiş Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 20.09.2019-cu il tarixli 753 saylı arxiv çıxarışında torpaq sahəsinin ünvanı Xudat şəhəri, 2-ci şöbə qeyd olunmuş, lakin faktiki isə torpaq sahəsi Xudat şəhəri, 1-ci şöbə ərazisində yerləşir. “Torpaq islahat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən islahat zamanı vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumatı bazasında olan xəritəyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxiv məlumatlarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının və ailə üzvlərinin adlarına müvafiq Aqrar İslahat Komissiyasının qərarı ilə Xaçmaz rayonu Xudat şəhəri ərazisində yerləşən həyətyanı torpaq sahəsinə dair JN-194F torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə işlənilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublika Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədləri göstərilən məlumatın dölət reyestində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 23 oktyabr 2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbədə yerləşən 0,08 ha torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın və torpağın planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsində göstərilir ki, M.Primova 29.09.2020-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət etmiş və müraciətinə aşağıdakı məzmunda imtina cavabı almışdır. “İddiaçının Xaçmaz rayonu Xudat şəhəri ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş 29.09.2020-ci il tarixli ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Sənədlərin ekspertizası və əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunmuş 0.08 ha torpaq sahəsinə dair əsas sənəd kimi təqdim edilmiş Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 20.09.2019-cu il tarixli 753 saylı arxiv çıxarışında torpaq sahəsinin ünvanı Xudat şəhəri, 2-ci şöbə qeyd olunmuş, lakin faktiki isə torpaq sahəsi Xudat şəhəri, 1-ci şöbə ərazisində yerləşir. Məlumat üçün bidirilmişdir ki, “Torpaq islahat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən islahat zamanı vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumatı bazasında olan xəritəyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxiv məlumatlarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının və ailə üzvlərinin adlarına müvafiq Aqrar İslahat Komissiyasının qərarı ilə Xaçmaz rayonu Xudat şəhəri ərazisində yerləşən həyətyanı torpaq sahəsinə dair JN-194F torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə işlənilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublika Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədləri göstərilən məlumatın dölət reyestində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Daşınmaz əmlakı dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur.” İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu. Xudat şəhəri 1-ci şöbədə yerləşən 0.06 ha torpaq sahəsinə dair şəhadətnamə iddiaçının əri X3 adı verilmişdir. Həmin torpaq sahəsi 1960-cı illərdə Pirimov Ziyəddinə fərdi yaşayış evi tikilməsi məqsədi ilə verilmişdir. İddiaçı isə həmin evə gəlin gəlmiş və indiyə qədər də orada yaşayır. X10 rəhmətə qedəndən sonra həmin torpağın üzərində tikilmiş fərdi mənzil vərəsəlik yolu ilə oğlu X4 mülkiyyətinə keçmişdir. Torpaq da X8 faktiki istifadəsində olduğu üçün Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı qərarı əsasında onun mülkiyyətinə verilmişdir. İddiaçı isə 0.08 ha torpaq sahəsi Xaçmaz rayonunun Nəsimi adına sovxozu tərəfindən 20 dekabr 1994-ci tarixli aktla sovxozun direktorluğunun 14 dekabr 1994-cü il tarixli 135 saylı əmrinə əsasən verilmişdir. Xaçmaz rayon Dövlət arxivi tərəfindən verilən arayışda da bu haqda məlumat öz əksini tapmışdır. Həmin arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli 08 saylı protokolu ilə Xaçmaz rayonunun Nəsimi adına sovxozun AİK üzrə 2-ci şöbə üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında 140-cı X5 adına faktiki 0,08 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. 1994-cü ilin dekabr ayında Xaçmaz rayonu, Xudat şəhər 2-ci şöbədən iddiaçıya 0.08 ha torpaq sahəsi veriləndə onun fərdi ev tikmək üçün maddi imkanı olmadığı üçün orada fındıq ağacları əkmiş və oradan bağ kimi istifadə etmişdirlər. İddiaçı və ailəsi isə o vaxtdan da qayınatasından qalan və həyat yoldaşı Primov Şövkətin mülkiyyətinə verilən torpaqda tikilən fərdi yaşayış evində yaşayırlar. İddia ərizəsində “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci, “İnzibati icraat haqqında” Qanunun 20.2-ci və 15.2ci, habelə Mülki Məcəllənin 157.1-ci maddəsinə istinad edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
7. Cavabdeh etirazda 02.10.2020-ci il tarixli məktubunda göstərilmiş eyni hallara və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 9-cu, 11.1-ci və 15-ci maddələrinə, Torpaq Məcəlləsinin 68-ci maddəsinə istinad etməklə iddia ərizəsinə etiraz etdiyini bildirmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Xaçmaz rayon Xudat Bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, məhkəmənin 22 oktyabr 2021-ci il tarixli 2-1(118)-425/2021 saylı qərarı ilə iddia təmin edilərək İddiaçı Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbədə yerləşən 0.08 ha torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması və müvafiq sənədlərin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyət hüququ yaranmışdır. Aqrar islahat zamanı həmin hüququnun dövlət qeydiyyatına alınmaması iddiaçının məsuliyyəti kimi müəyyən edilə bilməz.
10. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunda apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.
11. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının iddia tələbində etdiyi dəqiqləşmə ərizəsi nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının iddia tələbində etdiyi dəqiqləşmə ərizəsi nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.
14. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
17. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-). Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
18. 19 fevral 2016-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1.Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə.
20. İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
21. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.12.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Hazırki mübahisənin predmetini cavabdehin iddiaçının Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbədə yerləşən 0.08 ha torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın və torpağın planı və ölçüsünün verilməsindən imtinası təşkil edir.
25. Cavabdehin imtinasının, habelə etirazının və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunmuş 0.08 ha torpaq sahəsinə dair əsas sənəd kimi təqdim edilmiş Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 20.09.2019-cu il tarixli 753 saylı arxiv çıxarışında torpaq sahəsinin ünvanı Xudat şəhəri, 2-ci şöbə qeyd olunmuş, lakin faktiki isə torpaq sahəsi Xudat şəhəri, 1-ci şöbə ərazisində yerləşir.
26. Birinci instansiya məhkəməsi qeyd edilən dəlillərə uyğun olaraq araşdırma apararaq düzgün olaraq müəyyən etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. İddiaçının hazırkı qərarın 17-18-ci bəndlərində istinad olunan qanunvericilik normalarına əsasən ona ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət mülkiyyət hüququ yaranmışdır.
27. Belə ki, hazırki işin materiallarından görünür ki, Xaçmaz rayon Dövlət Arxivinin 29 sentyabr 2019-cu il tarixli 753 saylı Arxiv arayışında Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı Protokolu ilə Xaçmaz rayonunun Nəsimi adına sovxozun AİK üzrə 2-ci şöbə üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında 140-cı X1 adına faktiki 0.08 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Həyətyanı torpaq sahəsinin verilməsinə dair 20 dekabr 1994-cü il tarixli Akta əsasən sovxozun direktorunun 14 dekabr 1994-cü il tarixli 135 nömrəli əmril ilə 0.08 ha torpaq sahəsi fərdi mənzil tikintisi məqsədilə ayrılaraq X1 daimi istifadəsinə verilmişdir.
28. Cavabdehin imtinasında göstərilən JN 194 F, KOD 30202004 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı Qərarı ilə verilmiş 0.06 ha torpaq sahəsi isə iddiaçının əri X6 mülkiyyətinə verilmişdir. Xaçmaz rayon Xudat Bələdiyyəsinin 25.05.2021-ci il tarixli 190 saylı arayışına əsasən Xudat şəhəri, Xəzər küçəsi ev 13-də qeydiyyatda olan və yaşayan X7 həqiqətən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1993-cü il tarixli 266 saylı qərarı, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı protokolu, Nəsimi Sovxozunun direktorunun 14 dekabr 1994-cü il tarixli 135 №li əmri ilə Xudat şəhəri, 2-ci şöbə ərazisindən 0.08 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi hazırda onun istifadəsindədir.
29. Birinci instansiya məhkəməsinin sorğusuna Xaçmaz rayon Dövlət Arxivinin cavab məktubunda bildirilmişdir ki, vətəndaş X7 pay torpaq və həyətyanı torpaq sahəsi ayrılması və rəsmiləşdirilməsi ilə əlaqəli Xaçmaz rayonu aqrar islahat komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı protokolu ilə Xaçmaz rayon “Nəsimi” adına sovxozun 2-ci şöbə üzrə pay torpaq almaq hüququ olan vətəndaşların siyahısından başqa hec bir sənəd aşkar edilməmişdir.
30. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin sorğusuna iş üzrə yekun qərar qəbul edildikdən sonra 25.10.2021-ci il tarixdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən daxil olmuş 19.10.2021-ci il tarixli məktubda Xidmətin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivində aparılan araşdırma zamanı Xaçmaz rayonu 2-ci şöbənin (“NəsimiƏ təsərrüfatı) pay torpaq sahəsinə dair subyektlərin siyahısından vətəndaş X1 və ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarış və Xaçmaz RAİK-in 24.06.1998-ci il tarixli, 8 nömrəli qərarından çıxarışın təsdiq edilmiş surətləri təqdim edilmişdir. Əlavə edilmiş həmin sənədlərlə də müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyası üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında (İİ şöbə) X2 (sıra №140) və ailə üzvlərinin adları qeyd edilmiş, qaytanlanmış kitabda və həm də faktiki olaraq 0.08 ha həyətyanı torpaq sahəsi göstərilmişdir.
31. Beləliklə birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən olunmuşdur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı Protokolu ilə Xaçmaz rayonunun Nəsimi adına sovxozun AİK üzrə 2-ci şöbə üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında 140-cı X1 adına faktiki 0.08 ha həyətyanı torpaq sahəsi qeyd olunmuş, Xaçmaz rayon Xudat Bələdiyyəsi tərəfindən X1 həyətyanı torpaq sahələrinə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, İddiaçı Xudat şəhəri 1-ci şöbə ərazisindəki yaşadığı həyətyanı torpaq sahəsi Xəzər küçəsində yerləşməklə qaynatasına məxsusdur. Onun adına isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1993-cü il tarixli 266 saylı qərarı Nəsimi Sovxozunun direktorunun 14 dekabr 1994cü il tarixli 135 nömrəli əmri ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsi Xudat şəhəri 2-ci şöbə ərazisində yerləşir. Həmin torpaq sahələri eyni əmlak deyildir. Onlardan biri 1-ci şöbə ərazisində digəri isə 2-ci şöbə ərazisində yerləşir. Hazırda 2-ci şöbə ərazisində yerləşən 0,08 ha torpaq sahəsindən X9 istifadə edir. Həmin torpaq sahələrini yerləşdiyi ərazilərin xəritələri Xaçmaz rayon Xudat Bələdiyyəsi tərəfindən məktuba əlavə olunmuşdur.
32. İş materialları ilə müəyyən olunmuşdur ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi 0.08 ha olmaqla X1 faktiki istifadəsindədir. Bələdiyyə tərəfindən torpaq sahəsinin yerquruluşu planından çıxarış da təqdim edilmişdir. Cavabdehin qeyd etdiyi 0.06 ha torpaq sahəsi isə ayrı torpaq sahəsi olmaqla JN 194F, KOD 30202004 Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı Qərarı ilə X6 mülkiyyətinə verilmişdir, iddiaçının adı ailə üzvü kimi həmin sənəddə qeyd edilmişdir. İddiaçının qanuni istifadəsinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində isə onun mülkiyyət hüququnun yaranmasını istisna edən hər hansı bir əsas müəyyən olunmamışdır.
33. Cavabdeh imtinasında, etirazında və apellyasiya şikayətində iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaq istədiyi torpaq sahəsinin ünvanının Xudat şəhəri, 2-ci şöbə qeyd olunsa da faktiki Xudat şəhəri, 1-ci şöbə ərazisində yerləşdiyini göstərsə də, bunu təsdiq edən hər hansı sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı da cavabdehin bu dəlili öz təsdqini tapmamış, əksinə işin yuxarıda qeyd edilən hallarına əsasən təkzib olunmuşdur.
34. Beləliklə, iddiaçının ərizəsinin təmin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və onun hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.
35. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, iddiaçı tələbində torpaq sahəsi üzərində hansı hüququn qeydə alınmasını iddia ərizəsində dəqiq qeyd etməmiş, məhkəmə də qərarında iddiaçının hansı hüququnun qeydə alınmalı olduğunu göstərməmişdir. Odur ki, kollegiya tərəfindən iddaçıya yardım edilmiş və iddiaçının nümayəndəsi ərizə təqdim edərək tələbini dəqiqləşdirərək Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbədə yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın və torpağın planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Ərizənin icraata qəbulu ilə bağlı kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.
37. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.
38. Odur ki, kollegiya hesab edir ki, qeyd edilən səbəbdən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbədə yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə çıxarışın və torpağın planı və ölçüsünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilə bilməz.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2-1(118)-472/2019 saylı qərarı dəyişdirilsin. İddiaçı Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbədə yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə çıxarışın və torpağın planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X16 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.